Məhkəmə qərarları › İş №1(008)-546/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-546/2023

19.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-546/2023 19.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X6 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ramazanovanın katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1980-cı il tarixdə Naxçıvan MR-nın Ordubad rayonunun Vənənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməyən və qanunla müəyyən edilmiş qaydada götürülməyən, Naxçıvan MR, Ordubad rayonu, Vənənd kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, İnternatın yanında yerləşən nömrəsiz fərdi evdə kirayədə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq ilə ələ keçirmək məqsədilə 2022-ci ilin avqust ayından tanıdığı Zərərçəkmiş şəxs özünü Heydər Əliyev adına Beynəlxalq hava Limanında yüksək, eləcə də məxfi vəzifədə işlədiyini bildirərək etibarını qazanmış, sonuncunun oğlu X2 Heydər Əliyev adına Beynəlxalq hava Limanında sürücü vəzifəsinə işə düzəldəcəyinə dair vəd verməklə həqiqətə uyğun olmayan yalan məlumatlar verib inandırmış, nəticədə 22 dekabr 2022-ci il tarixdə, saat 13 radələrində Zərərçəkmiş şəxs tərəfindən Sabunçu rayonu, Anaşkin küçəsində yerləşən “E-manat” ödəniş terminalı vasitəsilə özünün qabaqcadan təqdim etdiyi “Kapital banka” məxsus hesab nömrəsinə 800 manat pulun aldatma və etibardan sui-istifadə etmək yolu ilə göndərilməsinə nail olub həmin pulu ələ keçirib Zərərçəkmiş şəxs 800 manat maddi ziyan vuraraq dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10 ilə yaxındır ki, o, Aynurə ilə birlikdə qeyri-rəsmi nikah münasibətlərindədir. Həyat yoldaşının bronxlarında narahatlıq olduğundan onu hər il yay aylarında Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən “Duzlu” gölə aparır. 2022-ci ilin avqust ayında o, növbəti dəfə həyat yoldaşını gölə aparmış, yoldaşı duz vannası qəbul etdikdən sonra onun əyləşdiyi kafeyə gəlmiş, bir yerdə çay içiblərmiş. Təxminən 15 dəqiqə sonra onların əyləşdiyi masanın yanında sonradan adının Mirvari olduğunu bildiyi bir nəfər qadın, yanında isə sonradan qızının olduğunu bildiyi bir nəfər şəxs keçmişdir. Həmin şəxslər ona salam vermiş, tanımadığı üçün yoldaşından həmin şəxslərin kim olduğunu soruşmuşdur. Aynurə isə həmin şəxslərlə palçıq vannası qəbul edərkən tanış olduğunu demişdir. Daha sonra o yoldaşı ilə gölü tərk etmiş, Pirşağı qəsəbəsindəki kirayə yaşadığı evə getmişlər. Həmin müddətdən etibarən həyat yoldaşı Aynurə Mirvari adlı qadınla telefonda, həmçinin “whatsap”da danışırlarmış. Bir neçə dəfə o, yoldaşının mobil nömrəsi ilə Mirvarinin mobil nömrəsinə “whatsap”da “hal-əhval” tutmaqla bağlı mesajlar göndərmişdir. Təxminən 2022-ci ilin noyabr ayında yoldaşı ona Mirvari adlı qadının onun mobil nömrəsini istədiyini bildirmiş, o nömrəsinin Mirvariyə verilməsinə etiraz etməmişdir. 2-3 gün sonra xx.xx.2022-ci il tarixdə Mirvari adlı qadınlc telefonla danışmışdır. Danışıq zamanı Mirvari ona Aynurə ilə münasibətlərindən uşağının olmadığını bildiyini demiş, səbrli olmalarını məsləhət bilmiş, həmçinin oğlunun bərbərxanda işlədiyini, hazırda işsiz olduğunu söyləmişdir. O, Mirvariyə hazırda “Heydər Əliyev adına Beynəlxalq hava Limanın”da çalışdığını və oğlunu ora sürücü vəzifəsinə işə düzəldə biləcəyini təklif etmiş, həmçinin hansı sənədlərin nə qədər pulun lazım olacağı barədə məlumat versə də, hava limanında hansı vəzifədə işləməsi barədə konkret məlumat verməmişdir. Həmin gün axşam, yəni xx.xx.2022-ci il tarixdə, saat 20:00-dan sonra Mirvariyə mesaj yazaraq danışa bilib-bilmədiyini soruşmuş, daha sonra “whatsap”da videogörüntü ilə onu yığmış, təxmini bir saat yarım aralarında danışıq olmuşdur. Həmin vaxt, onun yanında yoldaşı Aynurə də əyləşmişdir. Mirvarinin yanında isə gölə gələrkən onunla birlikdə olan qızı və oğlu Şahin əyləşmişdir. Videogörüntülü danışıq zamanı o, Mirvariyə oğlu Şahini işə düzəlcə biləcəyini demiş, ondan şəxsiyyət və sürücülük vəsiqələrinin, hərbi biletin kserosurətlərini, yaşayış yerindən arayışı, 4 ədəd 3x4-ə ölçüdə fotoşəkil və 800 manat pul müqabilində oğlu Şahini “Heydər Əliyev adına Beynəlxalq hava Limanın”a aylıq maaşı 870 manat olan sürücü vəzifəsinə işə düzəldəcəyinə inandırmış, həmçinin 2-3 günə işə çıxacağına dair söz vermişdir. Həmin 800 manat pulu növbəti gün, saat 12:00-dək ona çatdırmalarını tapşırmışdır. Növbəti gün yəni, xx.xx.2022-ci il tarixdə o Şahinə zəng edib harda olduğunu soruşmuş, sonuncu isə sənədlərin surətlərini çıxartmaqla məşğul olduğunu bildirmişdir. O Şahinə hava limanı yolunda yerləşən “Milli Aviasiya Akademiyasının” yanında olduğunu və sənədlərlə bağlı isləri həll etdikdən sonra ora gəlməsini tapşırmışdır. Təxminən 30 dəqiqə sonra Şahin onun yanına, “Milli Aviasiya Akademiyasının” qarşısına gəlmiş, şəxsiyyət və sürücülük vəsiqələrinin, hərbi biletin kserosurətlərini, yaşayış yerindən arayışı, 4 ədəd 3x4-ə ölçüdə fotoşəkili ona təqdim etmişdir. O, 800 manat pulu nə üçün gətirmədiyini soruşduqda, Şahin anasının göndərəcəyini bildirmişdir. O, Mirvariyə zəng edib pulu nə üçün göndərmədiyini soruşmuş, Mirvari isə 5-10 dəqiqəyə pulu tapacağını söyləmişdir. O “Kapital” bankda olan **********829646 hesab nömrəsini “whatsap” vasitəsilə Mirvariyə göndərmişdir. Təxminən, yarım saat sonra həmin hesab nömrəsinə ümumilikdə 800 manat göndərilmişdir. O, Mirvariyə zəng edərək pulun öz hesabına çatdığını təsdiqləmiş, Şahinlə sağollaşmış, özünün zəng edəcəyini bildirmişdir. Həmin gün bir neçə dəfə Şahin ona zəng etsə də, telefon zənglərinə cavab verməməyə çalışmış, yaxud dəstəyi götürüb guya danışa bilmədiyini bildirmişdir. azırda zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmişdir. Zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2022-ci ilin avqust ayında müalicə məqsədilə qızı Fərqanə ova ilə birlikdə Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Duzlu gölə” gedərkən Aynurə adlı qadınla tanış olmuş və həmin qadın onunla ünsiyyət qurmağa başlamış, orada onunla müxtəlif mövzularda söhbətləşmişdir. Onlara dənizdə olarkən Aynurə adlı qadın yaxınlıqda yerləşən kafedə əyləşən bir nəfər kişi cinsindən olan şəxsi göstərərək, adının Rahil və həyat yoldaşı olduğunu, onun “Heydər Əliyev adına Beynəlxalq hava Limanı’nında işlədiyini demişdir. Dənizdə olarkən onunla şəxsi, ailə məsələləri barədə söhbətlər edir, eləcə də Aynurə mobil nömrəsini ona verərək əlaqə saxlamağı təklif etmişdir. O arada Aynurə adlı şəxslə əlaqə saxlayır, hal-əhval tutur, əksər hallarda isə Aynurə özü onu yığır, münasibəti dərinləşdirməyə səy göstərirmiş. Telefcnla danışarkən Aynurə ondan növbəti dəfə dənizə gedəcəyi halda ona məlumat verməsini xahiş etdiyindən o dənizə gedərkən, öncədən Aynurəyə məlumat verir, dənizə əksər vaxtlarda bir yerdə gedirlərmiş. Onlar dənizə getdikləri vaxt Aynurənin göstərdiyi Rahil adlı şəxs də, kənarda yaxınlıqda yerləşən kafedə əyləşirmiş. Aynurə hər dəfə görüş zamanı həyat yoldaşı barədə söhbət açır, lakin o söhbəti dəyişməyə çalışırmış. Əksər hallarda Aynurə həyat yoldaşı Rahilin “Heydər Əliyev adına Beynəlxalq hava LimanTnına işə adam düzəltməsindən, bu işləri bacardığından söhbət açır, eləcə də işə düzəltməyə tanışları olsa, ona müraciət etməyi təklif edirmiş. Aynurə, ondan mütəmadi olaraq ailə tərkibi, qızları, yoldaşı haqqında maraqlanır, harada işlədiklərini soruşurmuş. 2022-ci ilin avqust ayından həmin ilin dekabr ayınadək mütəmadi olaraq Aynurə onunla əlaqə saxlamış, ev ünvanını soruşur, eləcə də “Quba” rayonuna ailəvi gedib dincəlməyi təklif edir, hər dəfə telefonda danışarkən işə düzəlmək istəyən hər hansı şəxsin olub-olmadığını soruşurmuş. xx.xx.2022-ci il tarixdə o, Aynu' adlı qadınla “whatsapp” vasitəsilə danışarkən oğlu Şahin Manafovun nə işlə məşqul olduğunu, niyə işsiz qaldığını soruşmuş, o oğlunun saç ustalığını bacardığını, yaxın vaxtlarda işləmək üçün Rusiya Federasiyasına göndərəcəyini demişdir. Bu zaman Aynurə ona oğlunu uzaq ölkəyə göndərməyini məsləhət bilmədiyini demiş və həyat yoldaşı Rahilin oğlunu işə düzəldə biləcəyini təklif etmişdir. O, təklifi qəbul etmiş, bir neçə dəqiqə sonra, Aynurəun həyat yoldaşı kimi təqdim etdiyi Rahil adlı şəxs öz mobil nömrəsilə onun nömrəsinə “whatsapp" vasitəsilə videozənglə zəng etmiş, o və oğlu X5 görüntülü danışmışdır. Danışıq zamanı Rahil oğlunun işsiz olduğu halda nə üçün ona müraciət etməmələrini bildirmiş, oğlunun sürücülük və şəxsiyyət vəsiqələrinin surətlərini, yaşayış yerindən arayışın ona təqdim olunmasını və oğlunu “Heydər Əliyev adma Beynəlxalq hava Limanı”nında sürücü vəzifəsinə işə düzəldəcəyini, 950 manat aylıq maaş alacağını, ay ərzində maaşdan əlavə qazancının olacağını bildirmiş, həmçinin, növbəti gün, 800 manat pulu ona verməli olduqlarını bildirmiş, Rahildən “Heydər Əliyev adına Beynəlxalq hava Limanf’nında hansı vəfizədə işlədiyini soruşsa da, o, məxfi şöbədə işlədiyini, tam açıqlama verə bilməyəcəyini demiş, ünsiyyət zamanı onu özünə inandırmışdır. O Rahilə ilk öncə oğlunu işə düzəltməsini, daha sonra pulu verməsini bildirdikdə, Rahil bunun mümkün olmadığını demişdir. Həmin gün axşam saatlarında Aynurə ona zəng edərək təbrik etmiş, “şükür allaha ki,” oğlunun iş prablemi də həll olundu sözlərini demişdir. Növbəti gün, yəni xx.xx.2022-ci il tarixdə, səhər saat 10 radələrində Rahil onun nömrəsinə zəng edərək oğlu Şahinin telefon zənglərinə cavab vermədiyini bildirmiş və 800 manat pulu nə üçün ona çatdırmadığını soruşmuşdur. O, həmin pulu düzəldə bilmədiklərini demiş, Rahil telefon danışığı zamanı saat 12:00-dək pulun çatmalı olduğunu israrla bildirmişdir. O, Aynurə ilə əlaqə saxlayıb, yoldaşı Rahilin həqiqətən indiyədək işə adam düzəldib-düzəltmədiyini maraqlanmış, o, “əlbəttə” deyərək Rahilin bir neçə nəfəri 2500 manat müqabilində işə düzəltdiyini, onlara hörmət edərək 800 manat istədiyini bildirmişdir. O, yenidən Rahilə zəng edib ondan kart istədikdə o, “Kapital Banka” məxsus kartın şəklini “whatsapp” la ona göndərmişdir. Oğlu isə sənədləri götürərək Rahillə görüşə getmişdir. O, həmin gün, saat 12:30 radələrində qonşuluqda Anaşkin küçəsində yerləşən marketdən, “e-Manat” ödəniş terminalı vasitəsilə Rahilin ona göndərdiyi hesab nömrəsinə 800 manat pul göndərmişdir. Daha sonra, Rahil ona zəng edərək pulun ona çatdığını və oğlu heç yerə getmədiyi halda oğlunu sağlamlıqla bağlı analizlərdən artıq keçirtdiyini, 2 (iki) günə işə çıxacağını bildirmişdir. Həmin gün axşam Aynurə ilə telefonla danışarkən yenidən onu təbrik etmiş, oğlunu Rusiya Federasiyasına göndərməməklə, hava limanında işə düzəltməklə düzgün iş gördüyünü, oğlunun Rahilin yanında çalışacağını bildirmişdir. İki gün sonra Rahil ona yenidən zəng edərək hazırda boş iş yerlərinin olduğunu, işə düzəltmək üçün əlavə adamlar olduqda ona xəbər vermələrini təklif etmiş, həmçinin, bir neçə dəfə mənə zəng edərək işə düzəlmək istəyən adamların olub- olmadığını soruşmuşdur. O, ilk öncə oğlunu işə düzəltməsini, daha sonra başqa adamları işə düzəltməsini bildirmiş, bir həftə müddət keçdikdən sonra, Rahil artıq telefon zənglərinə cavab verməməyə başlamış, bir neçə dəfə Aynurəyə zəng edərək Rahilin nə üçün verdiyi vədə əməl etməməsini soruşduqda, onunla kobud tərzdə danışaraq telefonu üzünə söndürmüş, nömrəsini “qara siyahıya” atmış, pulunu qaytarmaqdan boyun qaçırtmış, müxtəlif bəhanələr gətirərək verdiyi vədə əməl etməmişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmiş, o, təqsirləndirillən şəxslə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs anasıdır. 2022-ci ilin avqust ayında anası ilə müalicə Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Duzlu gölə” gedərkən göldə adlı qadınla tanış olmuş, həmin Aynurə adlı qadın onlarla ünsiyyət qurmağa dır. Müxtəlif mövzularda söhbətlər edir, eləcə də 4 dəfə qabaqcadan xəbərləşərək həmin gölə getmişlər. Onlar dənizdə olarkən “Aynurə” adlı qadın yaxınlığında kafedə əyləşən bir nəfər kişini göstərərək həyat yoldaşı olduğunu bildirmiş, anası İjıəyat yoldaşı Rahilin harada işlədiyini soruşduqda, “Bakı- Beynəlxalq hava limanında” i bildirmişdir. xx.xx.2022-ci il tarixdə o, evdə digər otaqda olarkən anasının Aynurə adlı “whatsapp” vasitəsilə danışarkən qardaşının saç ustası olduğunu, yaxın vaxtlarda üçün Rusiya Federasiyasına gedəcəyini dediyini, Aynurə adlı qadın anasına oğlunu Rusiyaya göndərməməyi məsləhət bildiyini eşitmişdir. Həmin gün bir neçə dəqiqə sonra, Rahil adlı şəxs öz mobil nömrəsilə anasının “whatsapp” nömrəsinə görüntülü-video zəng zamanı anası və qardaşı X5 görüntülü danışmışlar. Bu zamanı, Rahil qardaşının sürücülük və şəxsiyyət vəsiqələrinin surətlərini, yaşayış yerindən ona təqdim olunmasını və qardaşını “Bakı-Beynəlxalq hava limanında” sürücü vəzifəsinə işə düzəldəcəyini, 950 manat aylıq maaş alacağını, işə düzəldilməsi üçün 2500 manat pulun lazım olduğunu, sadəcə olaraq onlara görə hörmət edib 800 manata qardaşını işə düzəldəcəyini bildirmişdir. Anası həmin gün ona pul göndərə bilməyəcəyini, bunun sabah olacağını demiş, növbəti gün, yəni xx.xx.2022-ci il tarixdə anası ilə birlikdə marketdə quraşdırılmış “e-Manat” ödəniş terminalı vasitəsilə Rahil adlı whatsapp”la göndərdiyi “Kapital banka” məxsus hesab nömrəsinə 800 manat pulu göndərmişlər. Evə geri qayıdarkən Rahil anasına zəng edərək pulun onun hesabına narahat olmamağı, 2 günə bütün işlərin yekunlaşacağını, qardaşının işə çıxacağını bildirmişdir. Lakin Rahi vədinə əməl etməmiş, anasının verdiyi pulu aldadaraq ələ keçirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 10 ilə yaxın müddətdir ki, Rahillə birlikdə qeyri-rəsmi nikah münasibətlərində yaşayır. Bronxlarında narahatlıq olduğundan Rahil onu 10 ilə yaxın müddətdir ki, hər il yay aylarında Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən “Duzlu göl”ə aparır. 2022-ci ilin avqust ayında növbəti dəfə Rahillə “Duzlu göl”ə getmişlər. Həmin gölün yaxınlığında “Veteranlar kafesi” kimi tanınan kafe var, Rahil adətən orada əyləşir, vaxtını keçirirdi. Bu dəfə də göldə palçıq vannası qəbul edərkən Rahil həmin kafedə əyləşmişdi. Dənizdə olarkən yaxınlığında sonradan adının Mirvari olduğunu bildiyi qadın qızı ilə dənizdə çimirərkən aralarında ünsiyyət yaranmağa başlamışdır. Bir birlərindən nömrə götürmüşlər. Bu hadisədən sonra üç dəfə Mirvari və qızı ilə birlikdə Duzlu gölə getmişlər. 2022-ci ilin dekabr ayınadək Mirvari ilə aralarında hər hansı prablem olmayıb. Dekabr ayının sonlarına yaxın Mirvari ona “whatsapp”da səs yazısı ataraq, Rahilin oğlu Şahini işə düzəltmək adı ilə ondan 800 manat pul aldığını, lakin işə düzəltmədiyini bildirmiş, pulunu qaytarmağı tələb etmiş, bundan sonra Rahilin ondan pul almasından xəbər tutmuşdur. Həmin səs yazısına qədər o, Rahilin Mirvaridən hər hansı məbləğdə pul aldığını bilmirmiş. O, Rahilə zəng etsə də zənglərə cavab verməmişdir. Daha sonra Rahil evə gəlmiş, Mirvarinin ona göndərdiyi səsləri qulaq asdırmış, bundan sonra X1 “Heydər Əliyev adına Beynəlxalq hava Limanında sürücü vəzifəsinə işə düzəltməsi adı ilə 800 manat pul aldığını bildirmişdir. Hazırda zərərçəkmiş şəxsə vurulmuş ziyan tam ödənilmişdir. Şahidlər Şahid1 və Şahid3 məhkəmə iclasında iştirak etmədiklərindən onların ibtidai istintaq zamanı verdikləri ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 27 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, cinayət hadisəsinin törədildiyi yerin Bakı şəhəri, Sabunçu rayonu, Anaşkin küçəsində yerləşən market olması müəyyən edilmişdir (i.v.05-07). “Maddi sübut kimi tanıma haqqında” 10 fevral 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən təhqiqat dövründə təqdim edilmiş 01 ədəd ödəniş qəbzinin kserosurəti maddi sübut kimi tanınmışdır (i.v.46). “Maddi sübut kimi tanıma haqqında” 10 fevral 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim edilmiş 01 ədəd “CD” disk götürülmüş və həmin diskə baxış keçirilmişdir (i.v.47-48). “CD diskə baxış keçirilməsi haqqında” 10 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Şahin Manafov “whatsapp” vasitəsilə Təqsirləndirilən şəxs istifadəsində olan +994 70 *** ** ** mobil nömrəsinə zəng edir, aralarında aşağıdakı məzmunda 02 dəqiqə 27 saniyə danışıq olur. A (Şahin) - “Rahil danışdım, bibimoğlunun pulu yoxdu, yəni hələ ki, pulu tapa bilmir, taşa düşdün qardaşım, həmdə ki, yasdadılar ona görə alınmır, B (Rahil) - bildim, bildim, yəni boş yer var da, arayışı sabah da verə bilər, bildin necə, A - 2-3 gün keçsin düzüb coşar da, ona kimi, B - 1-2 gün deyile, bunların hamısını çıxardırlar, dünən dediyim yerdə ysr yoxdu, çıxartdılar, burda boş masın varıdı 3 dənə maşın əlavə var, birinə adam verdilər dünən, bir yer qalıb cəmi, ona görə bu gün maşın verirlər ki, sabah işə çıxsınlar, boş yer qalrıır fsyo, uje bir yer qalıb, A - bildim başa düşdüm qardaşım, nətər edim, bu dəyqə heçkimdə pul yoxdu B - sənə görə deyirdim, yəni yanında olsunlar, başqası gedib işləyincə o gəlsiı də, A - danışdım deyir ki, sabaha zada səninlə yenə əlaqə saxlayaram, B - gör yenə maraqlan da başqası olsa, mamana zəng elədim götürmədi, A - yasdadılar, baş qarışıq dı, B - heçnə yenə maraqlan olub eləsə deyərsən mənə; Bundan əlavə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “Şahin vəsiqəsini dünən atmışdı mənə, mən onu indi yazdırtdırdım, başqa adamı götürməsinlər zəng elədim yazdılar, mən ayrapolun aşağı tərəfindəyəm karqo hissəsindəyəm, içridə deyiləm, aşağı hissəsindəyəm, ordan çıxanda mənə bir dənə yığsın tez, yığsın ki, mən ordan çölə çıxa bilim onu içəri buraxrr lyacaqlar içəri o girə bilməz onun sənədi zadı yoxdu hava limanı strateji yerdi mən çıxa bi im bütün sənədlərin hamısı özündə olsun qalan sənədlə lazım deyil vəsiqə ilə, çıxanda məni yığsın deyim hava limanının hansı tərəfinə gəlsin”: “Xala kartı atıram, kapital bankdı, yəni atın mənə perevod edəcəm, prablem deyil, bir də oğluva üstüörtülü deyəcəm maşını götürəndə işə çıxanda orda hər cürə adam var da, nə bilim fəhləsi, şoferi, yük yığanlar var, soruşsalar pul vermisən, desin verməyib, mən gətirmişəm, Rahil gətiribdi yanında işləyirəm dostumuzdu, yəni sabah prablem olmasın: “Oldu xala başıva dönüm sənin, o pul məsələsi mənlik deyil. Yoxsa həll eliyərəm deyərəm lap sabah verin, birisigün verin, quranhaqqı bax əllərində pul yanır, indi 2-3 nəfər zəng eləmişdi, başqalarının adamıdı, mən müəyyən qədər soxmuşam da manapoliyadı, qoymurlar əvvəlki kimi deyil, Ordubad uşaqlarından gətirib soxaram, 1-2 nəfər qoya bilirk ora, əllərində pul quranhaqqı 1500-2000 startdadılar, 10 dəqiqənin içində 5 dəfə yığırlar, demişəm gözləyin, özümüzün adamımız var, yer yoxdu, hamı bilir hava limanı necə bir yerdi, yəni super yerdi də, maaşı da yaxşıdı, dövlət işidi, hərtərəfli, quranhaqqı mən orda bir manat da götürmürəm, and olsun allaha, başqa yerlərinə düzəltsəm hə götürürəm, ama ora elədiki mənim yanımdı deyə, götürə bilmirəm, salamat adam istəyirəm, başıva dönüm sənədlərlə bir yerdə çatdırsın, sən pulu ateırsan prablem deyil, oğlun sənədləri verər” məzmunlu səslər göndərir (i.v.49). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndinə əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. İş materiallarında olan: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 04 fevral 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 22 may 2006-cı il tarixli hökmünə əsasən AR CM-nin 178.1-ci maddəsi ilə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 05 oktyabr 2006-cı il tarixdə cəzzasının sonu ilə azad edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 09 iyun 2011-ci il tarixli hökmünə əsasən AR CM-nin 296.1,196.2-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində AR CM-nin 70-ci maddəsi tətbiq edilməklə 02 il sınaq müddəti müəyyən edilmiş, Astara Rayon Məhkəməsinin 12 iyun 2014-cü il tarixli hökmünə əsasən AR CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək AR CM-nin 67-ci maddəsinə əsasən 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 15 mart 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 29 dekabr 2019-cu il tarixli hökmünə əsasən AR CM-nin 178.2.2-ci maddəsi ilə 01 il 06 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 16 fevral 2021-ci il tarixdə AR CM-nin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və AR CPM-nin 40.3-cü maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir (i.v.28-30). “Axtarşda olan şəxsin tutulması haqqında” 17 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 mart 2023-cü il tarixdə, saat 16:00-da tutulmuşdur (i.v.67). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 19 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v.101-103). “Qətimkan tədbirinin seçilməsi haqqında” 19 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.104-106). “Pulları təqdim etmə barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiy 400 manat pul maddi ziyanın ödənilməsi üçün götürülmüş və Zərərçəkmiş şəxs təhvil verilmişdir (i.v.124). Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənilmiş, o, təqsirləndirilən şəxslər barışmış və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 07 saylı cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş sənəddən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 29 dekabr 2019-cu il tarixli hökmünə əsasən AR CM-nin 178.2.2-ci maddəsi ilə qəti olaraq 01 il 06 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 12 iyul 2021-ci il tarixdə cəza müddətinin başa çatması ilə əlaqədar azad edilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 29 dekabr 2019-cu il tarixli, 1(003)- 156/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 06 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşman olmasını (CM- 59.2), zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ondan şikayətçi olmadığını (CM-59.1.12), cinayət nəticəsində vurulmuş zərərin tam ödənilməsini (CM- 59.1.13) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkumluğunun ödənilmədiyi dövrdə yenidən AR CM-nin eyni maddəsi ilə (CM-178-ci maddə) nəzərdə tutulmuş cinayət əməlini törətməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, istintaq zamanı tutularaq saxlandığı müddət (Təqsirləndirilən şəxs 17 mart 2023-cü il tarixdə, saat 16:00-da tutulmuş, 18 mart 2023-cü il tarixdə, saat 16:00-dan saat 16:20-dək təqsirləndirilən şəxs qismində dindirildikdən sonra barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilmişdir ki, bu da onun 24 saatdan artıq azadlığının mədudlaşdırılmasına dəlalət etdiyindən onun şübhəli şəxs qismində saxlandığı müddət 02 gün hesabı ilə hesablanmalıdır) azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş ürə maddi sübut 01 ədəd ödəniş qəbzinin kserosurəti və 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 08:00-dək tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 17 mart 2023-cü il tarixdən 18 mart 2023-cü il tarixədək tutularaq saxlandığı 02 gün müddət (saatlarla hesablanma nəzərə alınmaqla) azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanmaqla 04 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 08:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altna vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut-01 ədəd ödəniş qəbzinin kserosurəti və 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar