Məhkəmə qərarları › İş №1(008)-549/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-549/2023

19.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-549/2023 19.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi ilə Xüsusi ittihamçılar «FACE Studio» əmtəə nişanının sahibi X4, «FACE Studio» X3 X1 tərəfindən verilmiş xüsusi ittiham qaydasında verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Xüsusi ittihamçılar «FACE Studio» əmtəə nişanının sahibi X4, «FACE Studio» X3 X1 tərəfindən verilmiş xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı qərar qəbul edəsiniz. Ərizə onunla əsaslandırmışdır ki, Günay Qaçayeva "xxxx" MMC-in əməkdaşı Tural Vahid ilə əlaqə yaratmış və bizim brendin adına əsassız böhtan atmış, aramızda olan d anışları təhrif etmiş və işgüzar nüfuzumuza zərər verən ifadələr işlədərək böhtan atmışdır. 19 iyul 2022-ci il tarixdə "xxxx" MMC-yə məxsus web sayt; İnstagram; Facebook; Youtube platformalanndakı hesablarında bu hadisə ilə bağlı materiallar təqdim edilmişdir. Xüsusilə, İnstagram platformasında paylaşılmış posta 26.000- çox istifadəçi tərəfindən, web saytda paylaşılmış xəbərə isə təqribən 6.000 şəxs tərəfindən baxış olmuşdur. Böyük bir kütləyə çatmış bu böhtan nəticəsində «FACE Studio» markasının işgüzar nüfuzuna ciddi zərər dəymişdir. X7 Rayon Polis İdarəsinə «FACE Studio»-nu şikayət etmiş, şikayət nəticəsində Polis Əməkdaşları «FACE Studio» brendi ilə fəaliyyət göstərən ünvan 1 ünvanında yerləşən digər bir gözəllik salonunda əsassız yoxlama keçirilmiş, qanunvericiliyin tələbləri pozulmuşdur. Müraciətimiz nəticəsində Nizami RPİ-in əmakdaşları Bakı Şəhər Baş Polis idarəsi tərəfindən intizam məsuliyyətinə cəlb edilmişdirlər. Günay Qaçayeva tərəfindən verilmiş əsassız şikayətlər də rədd edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, xüsusi ittihamçılar X4 və X6 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlümat verməmiş, işin baxılmasının təxirə salınması barədə heç bir vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.1.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2-ci maddəsinə əsasən şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5-ci maddəsinə əsasən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzürlü səbəb olmadan təkrarən gəlmədikdə. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllləsinin 37.2-ci maddəsinin tələbinə görə xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» 3 saylı, 21 fevral 2014-cü il tarixli qərarından görünür ki,xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmunu CPM-in 293.3.1-293.3.7-ci maddələrin tələblərinə uyğun olub-olmaması yoxlanılır. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədkidə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 293.3.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasıın adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək, bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, xüsusi ittiham qaydaında şikayət Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun tərtib edilməmiş, xüsusi ittihamsıların məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Bu səbəbdən məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, xüsusi ittihamçılar «FACE Studio» əmtəə nişanının sahibi X4, «FACE Studio» X3 X1 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət məhkəmə baxışına keçirilməsindən və bu şikayətin icraata qəbul olunmasından imtina olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 299, 300, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Xüsusi ittihamçılar «FACE Studio» əmtəə nişanının sahibi X4, «FACE Studio» X3 X1 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət məhkəmə baxışına keçirilməsindən və bu şikayətin icraata qəbul olunmasından imtina olunsun. Qərarın surəti xüsusi ittiham qaydasında şikayət vermiş şəxslərə və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsə göndərilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar