Məhkəmə qərarları › İş №1(008)-55/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-55/2024

11.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-55/2024 11.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1, Zərərçəkmiş şəxs X3 iştirakı ilə xx xxxxx 1997-ci il tarixdə Türkmənistan Respublikasının Ahal vilayətində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada işləmiş, məhkum olunmuş, Xaçmaz şəhəri, H.Əliyev küçəsi ev 01də qeydiyyatda olan və ünvan 1 ünvanda yaşamış, «barəsində polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair xx xxxx 1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Sülh küçəsi ev 08 inzibati binada qeydiyyatda olan və ünvan 2 ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 03 mart 2023-cü il tarixdə, saat 09:00 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakıxanov qəsəbəsi, T.Mustafayev kiiçəsi 30 ünvanda yerləşən həyət evinə qapının açıq olmasından istifadə edərək, həmin qapıdan qanunsuz daxil olmuş, Təqsirləndirilən şəxs1 hər hansı bir şəxs gələrkən ona xəbər vermək üçün sığortalayaraq həmin qapının qarşısında dayanmış, o, evə qanunsuz daxıl olub oradan 200 manat dəyərində «Bosch» markalı bir ədəd prefaratoru, 350 manat dəyərində «Bosch markalı bir ədəd prefaratoru, 200 manat dəyərində bir ədəd lazer aparatını, bir ədədinin qiyməti 100 manat olan 200 manat deyərində iki ədəd taxta kəsən elektrik mişarını, bir ədədinin qiyməti 60 manat olan cəmi 120 manat olan iki əded dreli, 20 manat dəyərində dörd litrlik «Rektol 5W 30» markalı motor yağını, 50 manat dəyərində iyirmi beş metr uzunluqda mis elektrik naqilini, cəmi 100 manat dəyərində olan təmirdə istifadə edilən müxtəlif ölçülü açarları gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 1.240 manat miqdarında ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 04 mart 2023cü il tarixdə, saat 02:00 radələrində X13 məxsus ünvan 4 ünvanda yerləşən üç mərtəbəli evə həyətin hasarından aşmaqla həyətinə, oradan isə evinə qanunsuz daxil olub həmin evdən bir ədədinin qiyməti 5 manat olan cəmi 50 manat dəyərində on ədəd kiçik ölçülü kombi üçün ventill, bir ədədinin qiyməti 7 manat olan cəmi 70 manat dəyərində on ədəd orta ölçülü kombi üçün ventili, bir ədədinin qiyməti 10 manat olan cəmi 140 manat dəyərində on dörd ədəd böyük ölçülü kombi üçün ventili, 500 manat deyərində iki yüz metr uzunluğunda elektrik kabelini, 50 manat dəyərində «Bosch» markalı, göy rəngli, orta ölçülü bir ədəd laqondanı, 40 manat dəyərində Almaniya istehsalı olan «DWT WS 115» markalı, yaşıl rəngli, kiçik ölçülü bir ədəd laqondanı, 100 manat dəyərində bir ədəd laqondanı, bir ədədi 100 manat olan cəmi 200 manat dəyərində iki ədəd prefaratoru, bir ədədi 50 manat olan 100 manat dəyərində İki ədəd dreli gizli olaraq talayıb, zərərçəkmiş şəxs A.A.Alıyevə 1.260 manat miqdarında maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 04 mart 2023cü il tarixdə, saat 05:00 radələrində Zərərçəkmiş şəxs3 məxsus ünvan 5 ünvanda yerləşən həyət evinə qapının açıq olmasından istifadə edərək, qanunsuz daxil olub, evdən 400 manat dəyərində bır ədəd qaynaq aparatını, 100 manat dəyərində bir ədəd dreli, 70 manat deyərində əlli metr uzunluğunda dördlük elektrik kabelini və cəmi dəyəri 100 manat olan təmirdə istifadə edilən müxtəlif ölçülü açarları gizli olaraq talayıb, Zərərçəkmiş şəxs3 670 manat miqdarında ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 oğiu ilə qabaqcadan əlbir olən bir qrup şəxs halında 03 mart 2023cü İl tarixdə, saat 09:00 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 6 ünvanda yerləşən həyət evinə qapının açıq olmasından istifadə edərək, Təqsirləndirilən şəxs2 həmin qapıdan qanunsuz daxil olmuş, o, hər hansı bir şəxs gələrkən Təqsirləndirilən şəxs2 xəbər vermək üçün onu sığortlayarəq həmin qapının qarşısında dayanmış, Təqsirləndirilən şəxs2 evdən 200 manat dəyərində «Bosch» markalı bir ədəd prefaratoru, 350 manat dəyərində «Bosch markalı bir ədəd prefaratoru, 200 manat dəyərində bir əded lazer aparatını, bir ədədinin qiyməti 100 manat olan cəmi 200 manat dəyərində iki ədəd taxta kəsən elektrik mişarını bir ədədinin qiyməti 60 manat olan cəmi 120 manat olan iki ədəd dreli, 20 manat dəyərində dörd litrlik «Rektol 5W 30» markalı motor yağım, 50 manat dəyərində iyirmi beş metr uzunluqda mis elektrik naqilini, camı 100 manat deyərində olan təmirdə istifadə edilən müxtəlif ölçülü açarları gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 1.240 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0.746 qram olan narkotik vasitə tiryəki əldə edib üzərində saxlamaqla daşımış, 03 mart 2023-cü il tarixdə, saat 13:30 radələrində Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 7 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə gətirilmiş, Polis Şöbəsində müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan göy rəngli cins şalvarın qabaq sağ yan cibində saxladığı bir ədəd qara rəngli kağız parçasına bükülmüş içərisində təmiz çəkisi 0.746 qram olan tünd qəhvəyi rəngii qətrana bənzər məddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirlədirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakıxanov qəsəbəsində yaşamış Təqsirləndirilən şəxs1 2023-cü ilin yanvar ayında tanımışdır. 2023-cü ilin mart ayının əvvəlində o, yaşadığı Bakıxanov qəsəbəsində yerləşən yaşayış olmayan həyətlərə və evlərə girib müxtəlif metal əşyalar və alətlər oğurlamağı, həmin əşyaları satıb pul eldə etməyi qərara almışdır. 02 mart 2023-cü il tarixdə o, bu barədə tanışı İnala demişdir. İnal onunla birlikdə oğurluq etməyə razı olmuşdur. 03 mart 2023-cü il tarixdə səhər saatlarında Bakıxanov qəsəbəsində o İnalla görüşmüş və İnalla birlikdə qəsəbə ərazisində gəzib T.Mustafayev küçəsinə getmişlər O, həmin küçədə yerləşən əvvəllər tanımadığı, sonradan adı ona məlum olmuş Zərərçəkmiş şəxs1 məxsus 30 nömrəli ev ünvanın həyət darvazasının qapısım yoxlamış və açıq vəziyyətdə oduğunu görmüşdür. O, İnala həyətə daxil olacağını, qapının qarşısında onu gözləməsini, hər hansı bir şəxs gələcəyi halda ona məlumat verməsini, dərhal qaçıb uzaqlaşmalarını demişdir. İnal həmin qapının yanında dayanıb gözləmişdir, o, isə qapıdan həyətə daxil olmuşdur. Bir ədəd kisəyə həyətdə yerləşən evdən və həyətdən elektrik naqili, bir ədəd baçokda yağ, dırel, prefarator və digər əşyalar yığıb küçəyə çıxmışdır. Həmin kisəni İnala verib saxlamasım, yenə müxtəlif əşyalar götürəcəyini demişdir. Yenidən həyətə daxıl olmuş və həmin əşyalardan yenə də kisəyə yığmışdır.Həyətdən çıxmış və İnalla birlikdə kisələri götürüb yaşadığı evə getmişdir. Onlar kisələr yerə boşaltmışlar. Həmin kisələrdə iki ədəd prefaratorun, bir ədəd lazer aparatının, iki ədəd taxta kəsən mişarın, iki ədəd drelin, bir neçə ədəd təmir açarlarının, bir ədəd dörd litrlik motor yağının və təxminən 25 metr uzunluğunda mis elektrik naqilinin olduğunu görmüşdür. O, elektrik naqillərini təmizləyib misi çıxarmışdır. O, İnala birlikdə həmin əşyaları aparıb satmalarını demişdir Bundan sonra o, İnalla birlikdə həmin əşyaları kisələrə yığıb Bakıxanov qəsəbəsində yerləşən xatırlamadığı metal qəbulu məntəqəsinə aparmışlar. İnalla birlikdə oğurladıqları əşyaların hamısını satmış və 73 manat pul eldə etmişlər. İnala təxminən 20-30 manat pul vermiş, qalan pulları isə özünə götürmüşdür. İnal onunla sağollaşıb getmişdir. O, isə yaşadığı evə qayıtmışdır. Həmin gün axşam saatlarında o, yenidən oğurluq etməyi qərara almışdır 04 mart 2023-cü il tarixdə, saat 02:00 radəiərində o, əvvəllər tanımadığı, sonradan adı ona məlum olmuş A.A.Alıyevə məxsus ünvan 4 ünvana getmişdir. O, hasardan baxaraq həyətdə heç kimin olmadığını görmüşdür. Bundan sonra o, hasarın üstünə çıxıb oradan həyətə daxil olmuşdur. Həyətdə üç mərtəbəli təmirdə olan evin olduğunu görmüş və həmin evə daxil olmuşdur. Evdən bır ədəd kisəyə xeyli sayda kombi üçün ventilləri, elektrik kabellərini, bir neçə ədəd laqondanı, iki ədəd prefaratoru götürüb yığmışdır. Götürdüyü əşyaları kisədə həyətdən küçəyə çıxarmış və yaşadığı evə aparmışdır. Oğurladığı əşyaların 34 ədəd kombi üçün ventildən, laqondadan, iki ədəd prefaratordan və iki ədəd dreldən ibarət olduğunu müəyyən etmişdir. Bundan sonra o, yenidən oğurluq etmək üçün evdən çıxaraq Bakıxanov qəsəbəsində gəzişmiş və yenidən T.Mustafayev küçəsinə getmişdir. Həmin tarixdə, saat 05:00 radələrində o, əvvəllər tanımadığı, sonradan adı ona məlum olmuş Zərərçəkmiş şəxs3 məxsus 4S/1 ünvana yaxınlaşmışdır.Həyətin giriş qapısını yoxlamış və açıq vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra o, həmin qapıdan həyətə, sonra isə həyətdə təmir edilən evə daxil olmuşdur. Evdən əlində olan kisəyə bir ədəd drel, elektrik kabeli və açarlar yığmış, həmçinin, bir ədəd qaynaq aparatını götürüb küçəyə çıxmışdır. Oğurladığı əşyaların hamısını yaşadığı evə aparmışdır. Həmin əşyaları hissə-hissə olmaqla ətraf qəsəbələrdə yerləşən metal qəbulu məntəqələrinə satmışdır. Əldə etdiyi pulu gündəlik tələbatına xərcləmişdir.Törətdiyi əməldən peşmandır.Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirlədirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Akif oğlu ona Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sabunçu qəsəbəsində yaşamış Adili 2023-cü ilin yanvar ayında tanımışdır. 02 mart 2023-cü il tarixdə Adil ona Bakıxanov qəsəbəsində yerləşən yaşayış olmayan həyətlərə və evlərə girib müxtəlif əşyalar oğurlamağı, həmin əşyaları satıb pul əldə etmələrini təklif etmişdir. Onun pula ehtiyacı olduğu üçün Adilin təklifi ilə razılaşmış və Adillə birlikdə oğurluq etməyi qərara almışdır. 03 mart 2023-cü il tarixdə səhər saatlarında Bakıxanov qəsəbəsində o, Adillə görüşmüş və Adillə birlikdə T.Mustafayev küçəsində gəzişmişlər. Həmin vaxt o, əvvəllər tanımadığı, sonradan adı ona məlum olmuş Zərərçəkmiş şəxs1 məxsus 30 nömrəli ev ünvanın həyət darvazasının qapısının açıq oduğunu görmüşdür. Adil ona qapının qarşısında gözləməyini, həyətə və evə daxil olub oğurluq edəcəyini, hər hansı bır şəxs gələcəyi halda Adilə məlumat verməyini demişdir. Adil açıq qapıdan həyətə daxil olmuşdur. O, isə həyət qapısının qarşısında gözləmişdir. Təxminən 10 dəqiqə sonra Adil evdən küçəyə çıxmış və onun yanına gəlmişdir. Adilin əlində bir ədəd kisə olduğunu və içərisində müxtəlif əşyaların olduğunu görmüşdür. Adil kisəni ona vermiş, yenidən evə daxil olmuş və bir neçə dəqiqə sonra yenidən küçəyə çıxmış, yenə də əlində kisə gətirmişdir. Onlar birlikdə kisələri götürüb Adilin yaşadığı evə getmişlər. Adilin yaşadığı evin həyətində hər iki kisədə olan əşyaları yerə boşaltmışlar. Həmin kisələrdə iki ədəd prefaratorun, bir ədəd lazer aparatının, iki ədəd taxta kəsən mişarın, iki ədəd drelin, bir neçə ədəd təmir açarlarının, bir ədəd dörd litrlik motor yağının və təxminən 25 metr uzunluğunda mis elektrik naqilinin olduğunu görmüşlər. Adil misi və digər əşyaları aparıb satmalarını demişdir. Adillə birlikdə həmin əşyaları kisələrə yığıb Bakıxanov qəsəbəsində yerləşən xatırlamadığı metal qəbulu məntəqəsinə aparmışdır. Onlar oğurladıqları əşyaların hamısını satmış və 73 manat pul əldə etmişlər. Adil ona 20 manat pul vermiş, qalan pulu isə özünə götürmüşdü. Adillə sağollaşıb narkotik maddə almaq üçün tanımadığı şəxsin idarə etdiyi taksi avtomobili ilə Xətai rayonu, NZS qəsəbəsinə getmişdir. 03 mart 2023-cü il tarixdə, saat 13:00 radələrində o, üzdən tanıdığı şəxslə NZS qəsəbəsində görüşüb ona tiryək satmasını, 20 manat pulunun olduğunu demişdir. Həmin şəxs ona bir büküm tiryək satmağa razı olmuş və ondan 20 manat pul almışdır. Bir neçə dəqiqə sonra həmin şəxs gələrək ona bır ədəd büküm vermişdir. Bükümün içərisinə baxmış və təxminən bir qrama yaxın miqdarında tiryəkin olduğunu görmüşdür. Tiryəki əynində olan cins şalvarının sağ yan cibinə qoymuş və həmin şəxsdən aralaşmışdır. Saat 13:30 radələrındə o, Xətai rayonunda olarkən polis əməkdaşları onu tutub 37-ci Polis Şöbəsinə aparmışlar Polis şöbəsində bir nəfər şəxs isə kamera ilə video çəkiliş aparmışdır. Şəxsi axtarış zamanı o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibində bir ədəd bükümdə olan tiryəki təqdim etmişdir.Törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 03 mart 2023-cü il tarixdə günorta saatlarında ona məxsus ünvan 6 nömrəli evindən oğurluq edildiyini aşkar etmişlər. Onun oğlu Elçin 055 635 50 10 nömrəli telefonla 102-yə zəng edərək evdən oğurluq edilməsi barədə məlumat vermişdir. Bundan sonra 13-cü Polis Bölməsinin əməkdaşları ona məxsus evə gəlib baxış keçirmiş, fotoşəkillər çəkmişlər. Baxış zamanı evdən 200 manat dəyərində «Bosch» markalı bir ədəd prefaratorun, 350 manat dəyərində «Bosch markalı bır ədəd prefaratarun, 200 manat dəyərində bir ədəd lazer aparatının. 200 manat dəyərində iki ədəd taxta kəsən elektrik mişarının, 120 manat olan iki ədəd drelin, 20 manat dəyərində dörd litrlik «Rektol 5W 30» markalı motor yağının, 50 manat dəyərində iyirmi beş metr uzunluqda mis elektrik naqilinin, 100 manat dəyərində təmirdə istifadə edilən müxtəlif ölçülü açarların oğurladığını müəyyən etmişdir. Oğurlanmış əşyalar ona məxsus olmuş və nəticədə ona 1.240 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, 03 mart 2023-cü il tarixdə gün ərzində o, təmir etdiyi evdə olmuş və bəzi təmir işlərini görmüşdür. Həmin gün saat 18:00 radələrində o, işini bitirib yaşadığı evə getmişdir. 04 mart 2023-cü il tarixdə, saat 09:00 radələrində təmir işlərini davam etdirmək üçün evinə gəlmişdir. Həmin vaxt o, evdə olan bəzi əşyaların yerində olmadığını görmüşdür. Evinə hansısa şəxsin girib əşyaları oğurladığını bilmişdir. O, istifadə etdiyi 070 586 73 33 nömrəli telefonla 102-ya zəng edərək evindən oğurluq olması barədə məlumat vermişdir. 13-cü Polis Bölməsinin əməkdaşları ona məxsus evə gəlmişlər. Polis əməkdaşları evə baxış keçirib fotoşəkillər çəkmişlər. Baxış zamanı evdən 400 manat dəyərində 34 ədəd kollektorun, 500 manat dəyərində 200 metr uzunluqda kabelin, 300 manat dəyərində 3 ədəd laqondanın, 200 manat dəyərində 2 ədəd prefaratorun, 100 manat dəyərində 2 ədəd direlin oğurlandığını müəyyən edilmişdir. 34 ədəd kollektorun on ədəd kiçik ölçülü, on ədədi orta ölçülü, on dörd ədəd böyük ölçülü olmuş və kombi üçün ventiller adlanır. Laqondamn bır ədədi «Bosch» markalı, göy rəngli, orta ölçülü, bir ədədi Almaniya istehsalı olan «DWT WS 115» markalı, yaşıl rəngli, kiçik ölçülü olmuşdur. Digər laqondamn, prefaratorların və direllerin markasını o, bilməmişdir, Oğurluq nəticəsində ona təxminən 1.500 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, 03 mart 2023-cü il tarixdə, saat 21:00 radələrində o, evində işini qurtarıb digər evinə getmişdir. Səhəri gün 04 mart 2023-cü il tarixdə, saat 09:00 radələnndə o, evinə gələrkən birinci mərtəbədə saxladığı əşyaların bir hissəsinin yerində olmadığını görmüşdür. O, evinə hansısa şəxsin girib oğurluq etdiyini bilmişdir Baxış zamanı evindən 400 manat dəyərində bir ədəd qaynaq aparatının, 100 manat dəyərində bir ədəd drelin, 70 manat dəyərində əlli metr uzunluğunda dördlük elektrik kabelinin və 100 manat dəyərində təmirdə istifadə edilən müxtəlif ölçülü açarların oğurlandığı, nəticədə ona 670 manat maddi ziyan dəydiyi məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadsində göstərmişdir ki, Abşeron rayonu, Məhəmmədi qəsəbəsi nömrəsiz evdə yaşayan İ.A. Abbasovun narkotik vasitələrin qanunsuz istifadəsi və dövriyyəsi ilə məşğul olması barədə 03 mart 2023-cü il tarixdə etimad doğuran məlum və qərəzsiz mənbədən polis şöbəsinə məlum daxil olmuşdur. O, həmin məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs1 ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə polis şöbəsinin rəisinə raportla məruzə etmişdir. Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitə saxlamasına görə onun ifşa edilməsi məqsədi ilə ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs1 ətrafında tədbirlər keçirilmişdir. O, Şahid1lə birlikdə Bakı şəhəri, Xətai rayonu A.Novruzov küçəsinə getmişlər. Saat 13:30 radələrində A.Novruzov küçəsində bir nəfər şəxsin özünü şübhəli apardığını müşahidə etmişlər. Onlar həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs adının İnal, soyadının isə Abbasov olduğunu bildirmişdir. Onlar həmin şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib həmin şəxsi Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə dəvət etmişlər. İ,A.Abbasov heç bir etiraz etməyərək onlarla razılaşmışdır. Bundan sonra onlar Təqsirləndirilən şəxs1 polis şöbəsinə gətirmişlər. Şöbədə Təqsirləndirilən şəxs1 şəxsiyyəti dəqiqləşdirilmişdir. Xidməti otaqda Təqsirləndirilən şəxs1 üzərinə videoçəkiliş tətbiqi ilə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs1 üzərində olan qeyri-qanuni əşyaları əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qara rəngli kağız parçasına bükülmüş içərisində tiryək olan bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs1 üzərindən təqdim etdiyi bir ədəd bükümdəki maddənin narkotik vasitə tiryək olduğunu bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında dindirilmiş X8 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhərində doğulmuş və Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yaşamışdır. O, rəsmi olaraq heç bir yerdə işləməmişdir. 03 mart 2023-cü il tarixdə günorta saatlarında Bakıxanov qəsəbəsi T.Mustafayev küçəsi 30 nömrəli evdən atası Miryusifə məxsus əşyaların oğurlandığını aşkar etmişlər O, ***-***-**- ** nömrəli telefonla 102-yə zəng edərək evdən oğurluq edilməsi barədə melumat vermişdir. Bundan sonra 13-cü Polis Bölməsinin əməkdaşları evə gəlib baxış keçirmiş, fotoşəkillər çəkmişlər. Baxış zamanı onlar evdən 200 manat dəyərində «Bosch» markalı bir ədəd prefaratorun, 350 manat dəyərində «Bosch markalı bir ədəd prefaratorun, 200 manat dəyərində bır ədəd lazer aparatının, 200 manat dəyərində iki ədəd taxta kəsən elektrik mişarının, 120 manat olan iki ədəd drelin, 20 manat dəyərində dörd litrlik «Rektol 5W 3G» markalı motor yağının, 50 manat dəyərində iyirmi beş metr uzunluqda mis elektrik naqilinin, 100 manat dəyərində təmirdə istifadə edilən müxtəlif ölçülü açarların oğurlandığını aşkar etmişlər. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respblikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2723 saylı, 17 may 2023-cü il tarixli məhkəmə əmtəəşünaslıq eskpertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 129.00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir «Bosch» markalı, göy rəngli, orta ölçülü bir ədəd laqonda ümumi qiyməti 60 manat, Almaniya istehsalı olan «DWT WS 115» markalı, yaşıl rəngli, kiçik ölçülü bir ədəd laqonda ümumi qiyməti 40 manat, kiçik ölçülü kombi üçün bir ədəd ventil 5 manat, orta ölçülü kombi üçün iki ədəd ventil bir edədi 7 manat, ümumi qiyməti 14 manat, böyük ölçülü kombi üçün bir ədəd venti 10 manat. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/1326 saylı, 04 mart 2023-cü il tarixli məhkəmə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorların, güclü təsir edən və zəhərli maddələrin, dərman vasitələrinin tədqiqi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş «Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Zərflər Üçün №153» dairəvi möhür əksi olan, «(imza) Təqsirləndirilən şəxs1» yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0.746 qram tünd qəhvəyi rəngli qətrana bənzər maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir Tiryək 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in İ siyahısına daxildir. Tiryəkin ümumi təmiz çəkisi: 0.746 qram, tədqiqata sərf edildi 0.1 qram, qalıq 0.646 qramdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Respublika Narkoloji Mərkəzi X15 Ambulator X1 2521 saylı, 29 aprel 2023-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomanıya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X2 İdarəsi tərəfindən 28 mart 2023-cü il tarixdə doldurulmuş tələbnamədən və Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 1(008)241/2023 saylı, 10 oktyabr 2023-cü il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 iyun 2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, «03» (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 13 noyabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)241/2023 saylı, 10 oktyabr 2023-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən «02» (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs2 18 iyul 2022-ci il tarixdən 20 iyul 2022-ci il tarixə kimi, 31 mart 2022-ci il tarixdən 01 aprel 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı «04» (dörd) gün müddət nəzərə alınmış, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən «04» (dörd) gün hesablanaraq təyin olunmuş cəzadan çıxılmış və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq «01» (bir) il, «11» (on bir) ay, «26» (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 iyun 2018-ci il tarixli hökmü ilə yaranmış məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X2 İdarəsi tərəfindən 05 aprel 2023-cü il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Şəxsi axtarış və götürmə prosesinin videogörüntünün əks olunduğu bir ədəd CD diskə baxış zamanı müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qara rəngli kağız parçasına bükülmüş bükülünü və həmin bükülünün içərisində olar maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs1 bükümdə olan maddənin narkotik maddə olan tiryək olduğunu bildirmişdir. Həmin kağız parçası açılmış, içərisindən qəhvəyi rəngli, bərk halda, spesifik iyə malik madda aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 maddəni 03 mart 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində üzdən tanıdığı şəxsdən öz istifadə etmək üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 1772.3-cü maddələri iləoğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs, şahid ifadələri, ekspertiza rəyi və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrin sankisiyası həddində cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-ci maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. X10 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə-oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs, şahid ifadələri, ekspertiza rəyləri, videodisk və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə tövsif edilmiş və o, həmin maddələrin sankisiyası həddində cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən əza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməldən peşman olmasını, əvvəllər məhkum olunmamasın, ilk dəfə az ağır cinayət törətməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. İnsan Hüquqlarının və X5 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı reaksiyadır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirləndirilmələrinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirliyi onların etirafedici ifadəsi ilə yanaşı, Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə bir ildən üç ilədək azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət işinin materiallarında olan 09 mart 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 09 mart 2023-cü il tarixdə, saat 19:45də şübhəli şəxs qismində tutulmuşdur (cild 01, səh., 31). Cinayət işinin materiallarında olan 11 mart 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (cild 01, səh.,109). Təqsirləndirilən şəxsin dindirilməsi 11 mart 2023-cü il tarixdə, saat 09:20-də başlamış, saat 09:55-də bitmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu rayon prokurorunun 11 mart 2023-cü il tarixli həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə olunmasından imtina olunması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə olunmasından imtina olunmuşdur (cild 01, səh., 146). Cinayət işinin materiallarında olan 11 mart 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir (cild 01, səh., 151). Cinayət işinin materiallarında olan 09 mart 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 09 mart 2023-cü il tarixdə, saat 22:45də şübhəli şəxs qismində tutulmuşdur (cild 01, səh., 48). Cinayət işinin materiallarında olan 11 mart 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (cild 01, səh.,123). Təqsirləndirilən şəxsin dindirilməsi 11 mart 2023-cü il tarixdə, saat 10:30-da başlamış, saat 11:00-da bitmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu rayon prokurorunun 11 mart 2023-cü il tarixli həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə olunmasından imtina olunması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə olunmasından imtina olunmuşdur (cild 01, səh., 139). Cinayət işinin materiallarında olan 11 mart 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir (cild 01, səh., 156). Cinayət işinin materiallarında olan 03 mart 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 03 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs1 həmin tarixdən saat 13:30 radələrində tutulmuş hesab edilmişdir (cild 01, səh., 236). Cinayət işinin materiallarında olan 04 mart 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.1ci maddəsri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (cild 02, səh.,05). Təqsirləndirilən şəxsin dindirilməsi 04 mart 2023-cü il tarixdə, saat 16:40-da başlamış, saat 17:50--də bitmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Xətai rayon prokurorunun 05 mart 2023-cü il tarixli həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə olunmasından imtina olunması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə olunmasından imtina olunmuşdur (cild 02, səh., 22). Cinayət işinin materiallarında olan 05 mart 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir (cild 02, səh., 24). Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o , tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun alternativ cəza ilə islah olunmasının qeyri mümkünlüyünü, onun Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 1(008)241/2023 saylı, 10 oktyabr 2023-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən «02» (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini, həmin cəzanı çəkməsini, həmin iş üzrə onun əməlində cinayətin residivin olmasını və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrumetmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun alternativ cəza ilə islah olunmasının qeyri mümkünlüyünü və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrumetmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər-ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən-xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzanı-«ciddi rejimli» cəzaçəkmə müəssisələrində cəza çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını «ciddi rejimli» cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 «ciddi rejimli» cəzaçəkmə müəəsisəsində cəza çəkməsi Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 1(008)241/2023 saylı, 10 oktyabr 2023-cü il tarixli hökmü ilə müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin başlanğıcı «17» aprel 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin başlanğıcı «11» mart 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunmalı, onun Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 1(008)241/2023 saylı, 10 oktyabr 2023-cü il tarixli hökmü ilə cəza çəkməsi nəzərə alınmalı, seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunmalı, məhkəmə iclas zalından həbs edilməli, seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs2 tutulub AZ.MEM VÖİN **********, X4, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ**********000 ******* SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. İş üzrə 114 manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutulub AZ.MEM VÖİN **********, X4, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ**********000 ******* SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Respublika Narkoloji Mərkəzi X15 Ambulator X1 2521 saylı, 29 aprel 2023-cü il tarixli rəyi ilə müəyyən olmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomanıya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs2 09 mart 2023-cü il tarixdən 11 mart 2023-cü il tarixə kimi, Təqsirləndirilən şəxs1 09 mart 2023-cü il tarixdən 11 mart 2023-cü il tarixə kimi, 03 mart 2023-cü il tarixdən 05 mart 2023-cü il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu müddət nəzərə alınmalıdır. İş üzrə maddi sübutlar-Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə 0.646 qram tiryək məhv edilməli, bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılmalı, bir ədəd «Bosch» markalı, göy rəngli orta ölçülü bir ədəd laqonda, «DWT» markalı, yaşıl rəngli, kiçik ölçülü bir ədəd laqonda, kiçik ölçülü bir ədəd, orta ölçülü iki ədəd və böyük ölülü bir ədəd kombi üçün ventillər sahibinə qaytarılmalıdır. Hüquqi xidmətə görə Müdafiəçi2 iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Hüquqi xidmətə görə Müdafiəçi1 iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, Təqsirləndirilən şəxs2 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən «03» (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(0)241/2023 saylı, 10 oktyabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş «02» (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, hazırki hökmlə təyin olunmuş cəza ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılsın və Təqsirləndirilən şəxs2 üzərində «03»(üç) il, «06» (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)241/2023 saylı, 10 oktyabr 2023-cü il tarixli hökmü ilə nəzərə alınmış Təqsirləndirilən şəxs2 18 iyul 2022-ci il tarixdən 20 iyul 2022-ci il tarixə kimi, 31 mart 2022-ci il tarixdən 01 aprel 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı «04» (dörd) gün müddət nəzərə alınsın, hazırki iş üzrə 09 mart 2023-cü il tarixdən 11 mart 2023-cü il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı «02» (iki) gün müddət nəzərə alınsın Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən «06» (altı) gün hesablanaraq təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq «03» (üç) il, «05» (beş) ay, «24» (iyirmi gün) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını «ciddi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin başlanğıcı «17» aprel 2023-cü il tarixdən hesablansın. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs2 tutulub AZ.MEM VÖİN **********, X4, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ**********000 ******* SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunsun, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008) 241/2023 saylı, 10 oktyabr 2023-cü il tarixli hökmü ilə cəza çəkməsi nəzərə alınsın, seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən «03» (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən «01» (bir) il müddətinə azadlıqdan məhrum təyin edilsin. Təyin olunmuş cəzalar Cinayət Məcələsinin 66.2-ci maddəsinə əsasən qismən toplanaraq qəti olaraq X10 üzərində «03» (üç) il, «06» (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 09 mart 2023-cü il tarixdən 11 mart 2023-cü il tarixə kimi, 03 mart 2023-cü il tarixdən 05 mart 2023-cü il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı «04» (dörd) gün müddət nəzərə alınsın Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 04 (dörd) gün hesablanaraq təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq «03» (üç) il, «05 » (beş) ay, «26» (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin başlanğıcı «11» mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə 114 manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutulub AZ.MEM VÖİN **********, X4, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ**********000 ******* SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. İş üzrə maddi sübutlar-Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə 0.646 qram tiryək məhv edilsin, , bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılsın, bir ədəd «Bosch» markalı, göy rəngli orta ölçülü bir ədəd laqonda, «DWT» markalı, yaşıl rəngli, kiçik ölçülü bir ədəd laqonda, kiçik ölçülü bir ədəd, orta ölçülü iki ədəd və böyük ölülü bir ədəd kombi üçün ventillər sahibinə qaytarılsın. Hüquqi xidmətə görə Müdafiəçi2 iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir. (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Hüquqi xidmətə görə Müdafiəçi1 iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir. (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunsun, məhkəmə iclas zalından həbs edilsin, seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar