Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-55/2025 16.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Cəfərova İfadə Gündüz qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 21 avqust 1972-ci il tarixdə Gürcüstan Respublikası, Bolnisi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan y/m-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən olunmamış vaxtda və mənbədən əldə etdiyi çətənə bitkisinin toxumlarından istifadə etməklə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi X4 nömrəsiz evinin həyətyanı sahəsində yerləşən tikintisi tam başa çatmamış, bir mərtəbən ibarət, üstü açıq, 9 kv metr sahədən ibarət otağının içərisində qanunsuz olaraq əkdiyi xeyli miqdarda tərkibində narkotik maddələr olan 05 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərini xx.xx.2024-cü il tarixədək aqrotexniki qaydada qulluq göstərərək yetişdirməklə kultivasiya etmiş, onun qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kültivasiya etməsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Sabunçu RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbiri zamanı 27 iyun 2024-cü il tarixdə saat 21 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi X4 saxlanılıb yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən həyətdə yerləşən tikintisi tam başa çatmamış bir mərtəbəli üstü açıq 1 otaqdan ibarət yarımtikilinin içərisində qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi nəm vəziyyətdə 05 ədəd ümumi təmiz çəkisi 1728,5 qram əkilibbecərilməsi qadağan olunmuş aqrotexniki qaydada qulluq göstərilmiş narkotik təbiətli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü AR CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi ev 2 mənzil 1-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X4 fərdi evdə tək yaşayır. Hazırda heç bir yerdə rəsmi olaraq işləməsə də fərdi əməklə yəni fəhləliklə məşğul olub maddi ehtiyaclarını ödəyir. 1 il olar ki, cavan qızı yol nəqliyyat hadisəsi zamanı rəhmətə getdikdən sonra dağınıq fikrini toplamaq üçün narkotik vasitə olan marixuananı Bakı şəhəri ərazisində kənd yerlərindən tanımadığı şəxslərdən alaraq istifadə edir. 2024-cü ilin mart ayında yenidən istifadə etmək üçün tanımadığı şəxsdən Sabunçu rayonu Maştağa qəsəbəsində marixuana almış və içərisində olan 5-6 ədəd toxumu evinin həyətindəki 9 kv. metr sahəsi olan üstü açıq toyuq damı tikmək üçün başladığı yarımçıq tikilinin içərisinə əkmişdir. Həmin yerə torpaq alıb tökmüş və həmin toxumların əmələ gəlməsi üçün qulluq etməyə başlamış, qulluq edəndən sonra toxumlardan 5 ədəd kol əmələ gəlmişdir. Əkdiyi çətənə toxumlarımdan əmələ gəlmiş kollardan birini xx.xx.2024-cü il tarixdə çıxarıb yarpağından qurudub xx.xx.2024-cü il tarixdə bir dəfə çəkmişdir. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi X4 olan evimə tərəf piyada hərəkətdə olan zaman ona iki nəfər mülki geyimdə olan şəxslər yaxınlaşmış və özlərini Sabunçu RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili kimi təqdim edib onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərib, barəsində əməliyyat - axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdib onu Sabunçu RPİnin 14-cü PŞ-nin inzibati binasına dəvət etmişlər. PŞ-də dəvət olunmuş müdafiəçinin iştirakı ilə o təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri təhqiqatçı tərəfindən elan olunmuş və buna dair bildiriş təqdim edilmiş, bundan sonra onun üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya var isə onları təqdim etməyi təklif olunmuş, bu təklifdən sonra o üzərində olan Redmi 9 markalı mobil telefonu və evin açarını təqdim etmiş, verilən suallara cavab olaraq yaşadığı evin həyətində çətənə bitkisi əkdiyini demiş, üzərində qanunla qadağan edilən əşya aşkar edilməmiş, Redmi 9 markalı telefon götürülərək qablaşdırılıb zərfə qoyulmuş, evin açarı isə özünə qaytarılmışdır. Bundan sonra polis əməkdaşları ilə birlikdə onunrazılığı əsasında gedib Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi X4 olan nömrəsiz evinin həyətinə baxış keçirilmiş, baxış zamanı həyətdə olan yarımçıq tikilini göstərib həmin tikilidə əkdiyi 5 ədəd kolun yerini demiş bir yerdə gedib həmin yarımçıq tikilidə olan kolları sayıb 4 ədəd kök üstündə 1 ədəd isə xx.xx.2024-cü il tarixdə kökdən çıxarıb kənara qoyduğu çətənə bitkiləri aqronomun iştirakı ilə sənədləşdirilib qablaşdırılmış və götürülmüşdür. Daha sonra axtarış və baxış zamanı yaşadığı evdən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmiş, təqdim etdiyi qurudulmuş və yaş çətənə kolları qablaşdırılmış, DİN-in 100 saylı möhürü ilə möhürlənmiş, qara rəngli politelin bağlamaya qoyulmuş və zərfin üzəri onun, müdafiəçinin və təhqiqatçının tərəfindən imzalanmışdır. Həmçinin ifadəsində göstərmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Törətdiyi əməldən peşman olduğunu, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin CAŞ-nin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xidməti zərurətlə bağlı tanımış və onun narkotik vasitələrin əkilib becərilməsində, saxlanılmasında şübhəli olması barədə daxil olmuş məlumat əsasında iş yoldaşı Şahid1 ilə birlikdə keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı 27 iyun 2024-cü il tarixdə saat 21:00-da Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Savalana YYM-nin ərazisində saxlayaraq Sabunçu RPİ-nin 14-cü PŞ-nə aparmışlar. PŞ-nin inzibati binasında 14-cü PŞ-nə getdikdən sonra xidməti otaqlardan birində təhqiqatçı, polis mayoru Tahir Vəliyev tərəfindən dövlət hesabına dəvət edilmiş vəkilin iştirakı ilə hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə müvafiq qərar qəbul edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçiriləcək axtarış və baxışda video çəkilişdən istifadə ediləcəyi deyilib vəkilin digər polis əməkdaşının və özünün iştirakları ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs eləcə də digər iştirakçılara hüquq və vəzifələri izah olunmuş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman ona üzərində olan qanunsuz əşyaları təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman gödəkçəsinin sağ yan cibindən 01 ədəd Redmi 9 markalı mobil telefonu çıxarıb təqdim etmiş, üzərində qanunla qadağan edilən əşya və ya dəlil aşkar edilməmiş, verilmiş suallara cavab olaraq Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan YYM-də nömrəsiz evinin həyətində olan üstü açıq yarımçıq tikilinin içində çətənə kolları əkmişdir. Bundan sonra əməliyyat axtarış tədbirlərinin davamı olaraq onlar Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər həyətyanı sahəsinə baxış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmiş həyətinə baxış keçirilməsinə etiraz etməmiş, bundan sonra həyətinə daxil olub evin arxasında olan yarımçıq tikilini göstərmiş, həmin tikilidə 4 ədəd kol üstündə olan çətənə bitkiləri və bir ədəd həmin koldan bir neçə gün qabaq çıxarılıb qurudulmuş ağac kolu aşkar edilmişdir. Aqronomun iştirakı ilə keçirilən baxış zamanı həmin kollara qulluq olunması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əkdiyi çətənə bitkisinin toxumlarını Bakı kəndlərinin birindən çəkmək üçün aldığı nəşənin arasından çıxdığını özündə saxlayıb həmin toxumları əkib becərdiyini və qulluq etdiyini deyib, heç kimə narkotik vasitə satmadığımı, başqa heç yerdə narkotik maddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şəxsi axtarış və götürmə Sabunçu RPİ-nin 14-cü PŞ-nin inzibati binasında xidməti iş otaqlarından birində, baxış isə yaşayış ünvanında süni işıqlandırma şəraitində keçirilmiş, Şəxsi axtarış, baxış və götürmə zamanı «Samsung» markalı video kameradan istifadə etməklə video çəkiliş aparılmışdır. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir (i.v.117-119); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Axtarış və götürmə aparılması haqqında” 27 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı mənzildə və mənzilin həyətində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş və ya iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildikdə o, yaşadığı Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan YYM-də nömrəsiz evinin həyatyanı sahədə yerləşən üstü açıq yarım tikilinin içərisində 4 ədəd əkibbecərdiyi və qulluq etdiyi narkotik tərkibli çətənə bitkisini və qurudulmuş 1 ədəd cəmi 5 ədəd çətənə bitgisini təqdim edərək həmin çətənə bitgilərini öz istifadəsi üçün əkdiyini bildirmişdir. Həmin 5 ədəd narkotik tərkibli çətənə bitkiləri sübuti əhəmiyyətə malik olduğundan 01 ədəd kisədə qablaşdırılıb AR DİN “Zərflər üçün” 100 saylı möhürü ilə möhürlənərək götürülmüşdür ( i.v. 38-39). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 28 iyun 2024-cü il tarixli, 3-16-16/2-7/1057 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “şübhəli Təqsirləndirilən şəxs....” yazılar və imzalar olan 01 ədəd qara rəngli politellin bağlamada ümumi sayı 5 ədəd 04 ədəd yaş 01 ədəd nəm bitki nümunələri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. (i.v.45-47). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 iyul 2024-cü il tarixli 3-16-16/2-7/1094 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ rəngli sintetik torbada nəm vəziyyətdə ümumi sayı 5 (beş) ədəd olan bitki nümunələri, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Həmin bitkilərin ümumi çəkisi - 1728, 5 qramdır. Aqronomun (mütəxəssisin) rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir(i.v.93-95). xx.xx.2024-cü il tarixli aqronomun (mütəxəssisin) rəyindən görünür ki, aşkar olunmuş ümumi sayı 5 (beş) ədəd olan bitki nümunələrinə aqrotexniki qaydada qulluq olunmuş, suvarılmış və alaq olunmuşdur(i.v.41). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X10 X6 X7 üzrə 08 avqust 2024-cü il tarixli 5430 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərdən istifadə etmə halları olub, lakin, hal- hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs NARKOMANİYA xəstəliyindən ƏZAB ÇƏKMİR. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür( i.v.111-112). Videoçəkilişin əks olunduğu CD diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Cinayət işinə əlavə edilmiş 27 iyun 2024-cü il tarixdə saat 22.05-dən etibarən qeydə alınmış video görüntüyə baxış zmanı Sabunçu RPİ-ni 14-cü PŞnin təhqiqatçısı, polis mayoru Tahir Vəliyev, idarənin CAŞ-nin baş əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldığı müəyyən olunur, həmin görüntülərdən görünür ki, Elşad Müstafayevin üzərinə baxış zamanı əynində olan qara rəngli idman köynəyinin sağ yan cibindən 01 ədəd Redmi 9 markalı telefon, sol yan cibindən isə 01 ədəd yaşadığı evə aid açar aşkar edilərək götürülür. Baxış zamanı qanunla qadağan edilmiş başqa əşya aşkarlanmır və götürülmür. Götürülmüş mobil telefon zərfə qoyularaq möhürlənir evin açarı isə şəxsin özünə qaytarılır. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs hazırda üzərində narkotik vasitə olmasa da yaşadığı evin həyətində Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan massivində yerləşən həyətində olan üstü açıq yarımtikilinin içərisində əkdiyi toxumlardan əmələ gələn çətənə kolları olduğunu deyir və həmin kolların yerini göstərə biləcəyini bildirir. Bundan sonra baxış və axtarış əməliyyat tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan massivində yerləşən həyətində Sabunçu RPİ-ni 14-cü PŞ-nin təhqiqatçısı, polis mayoru Tahir Vəliyev, idarəniun CAŞ-nin baş əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 və xüsusi biliklərə malik olan aqronom Ramis Bayramovun iştirakları ilə Təqsirləndirilən şəxs öz iştirakı ilə aparılır. Həyətə daxil olan Təqsirləndirilən şəxs evin arxa tərəfinə keçir və həmin yerdə olan üstü açıq yarımçıq tikilim göstərib həmin yerdə əkdiyi 4 ədəd kol olan çətənə bitkisini və bir ədəd qurudulmuş çətənə bitkisini göstərir, aşkar olunmuş çətənə bitkiləri qablaşdırılaraq boş qara rəngli politelin torbaya qoyulur və üzəri möhürlənir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq həyətindən aşkar olunmuş çətənə bitkilərinin özünə məxsus olduğunu, həmin çətənə bitkilərini öz istifadəsi üçün əkdiyini və böyüməsi üçün xüsusi qulluq etdiyini, heç kimə narkotik vasitə satmadığını, başqa heç yerdə narkotik maddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. «Samsung» markalı video kameradan istifadə etməklə video çəkiliş aparılmışdır( i.v.97). Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ustafayev Elşad Sabir oğluna Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə yenidən ittiham elan edilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri nəzərə alınmış, əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, təqsirləndirilən şəxsin çətənə bitkisinin toxumlarını və istifadə etməsi üçün aldığı qurudulmuş marixuananı haradan əldə etdiyini müəyyən etmək məqsədi ilə nəməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərarın surəti Bakı şəhər Sabunçu RPİ-nin 14-cü PŞ-nə göndərilmiş, Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən götürülmüş 05 ədəd çətənə kolları ümumi təmiz çəkisi 1725,5 qram olmaqla qablaşdırılmış halda “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Tədqiqat Obyekti N-72” mətninə malik ştampla möhürlənmiş vəziyyətdə saxlanılması üçün Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanılma otağına təhvil verilmiş, şəxsi axtarış və götürmə, həmçinin yaşayış evinin həyətinə aparılmış video çəkilişi özündə əks etdirən bir ədəd DVD disk maddi sübut edilərək cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında, baxış keçirilməsi haqqında protokollar, ekspert rəyləri, əməliyyat tapşırığının cavabı sübut kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs görütülmüş Redmi 9 markalı mobil telefon özünə qaytarılması nəzərə alınmış, "xxxx" MMC-dən alınmış xx.xx.2024-cü il tarixli 19074 nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD disk sübut əhəmiyyətinə malik olduğu üçün iş materiallarına əlavə edilmişdir(i.v.121-127). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) — üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsinə əsasən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanmasıdır. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqadarlarına görə” siyahılarının İİİ siyahısına əsasən çətənə növlü bitkilərin xeyli miqdarı 3-15 ədəd(6-30 hissə) təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının 19-cu bəndində göstərilmişdir ki, məhkəmələrə izah olunsun ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 27 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 27 iyun 2024-cü il tarixdə, saat 21:00-dan tutulmuş hesab edilmişdir (i.v. 19). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 29 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v.75-77). “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 29 iyun 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixdə saat 15:00-da qərar ona elan edilmişdir (i.v.78-79). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 23 avqust 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sabunçu rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinib 02 il azadlığın məhdudlaşdırılması cəzası alıb, xx.xx.2011-ci il tarixdə cərimə cəzası ilə azad edilib, xx.xx.2011-ci il tarixdə cəriməni tam ödəyərək cəzadan azad edilmişdir (i.v.109-110). 29 iyun 2024-cü il tarixli qərarla toplanmış ilkin sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuşdur(i.v 58-59). 16 sentyabr 2024-cü il tarixli qərarla X3 yeni məzmunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ittiham elan edilmiş və o həmin maddə ilə cəlb olunmuşdur(i.v.129-130). Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, yaşadığı Sabunçua rayonu, Maştağa qəsəbəsi, Savalan yym-də yerləşən fərdi yaşayış evinə və həyətyanı sahəsinə axtarış və götürmə keçirilməsinə heç bir etiraz etməmişdir(i.v.34). İstintaq aidiyyatı üzrə göndərilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs həyatyani sahəsində çətənə kollarının aşkar olunması ilə əlaqədar toplanmış material araşdırma davam etdirilməsi üçün AR CPM-nin 213-cü maddəsinə əsasən Sabunçu RPİ-nin İŞ-nə göndərilmişdir(i.v. 49). "xxxx" MMC-dən alınmış CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan 050 *** ** ** saylı telefon nömrəsi vasitəsi ilə edilən zənglərə və SMS-lərə baxış keçirilsə də, iş üçün əhəmiyyətli hər-hansı sübut və dəlil aşkar edilməmişdir(i.v.115). Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli 113 saylı sərəncamdan çıxarışından, nigah haqqında, doğum, ölüm haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı Mustafayeva Hicran İltizam qızı yetkinlik yaşına çatmayan nəvələri xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 üzərində valideyn himayəsindən məhrum olduqları üçün qəyyum təyin edilmişdir(i.v.167-174). 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqadarlarına görə” siyahılarının İİİ siyahısına əsasən çətənə növlü bitkilərin xeyli miqdarı 3-15 ədəd(6-30 hissə) təşkil edir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən götürülmüş narkotik tərkibli çətənə (kannabis) bitkisinin miqdarı 5 (beş) ədəd təşkil edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını (AR CM-nin 59.2-ci maddəsi) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 237.1-ci maddəsinin sanksiyasında üç cəza növü nəzərdə tutulmuşdur: -cərimə, -azadlığın məhdudlaşdırılması, -azadlıqdan məhrum etmə. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində saxlandığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik təbiətli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 iyun 2024-cü il tarixdən 29 iyun 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut –Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən götürülmüş 5 ədəd (ümumi çəkisi 1728,5 qram) olmaqla əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 144 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd DVD və 01 ədəd CD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəməyədək icraat dövründə 120 manat, məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Teymur Həsənov
Məhkəmə qərarları › İş №1(008)-55/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-55/2025
16.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver