Məhkəmə qərarları › İş №1(008)-552/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-552/2023

24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-552/2023 24.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X1 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ramazanovanın katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 23 avqust 2004-cü il tarixdə İmişli rayonu, Xubyarlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, İmişli rayonu, Məzrəli Ə/D, Xubyarlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava qəsəbəsi, nömrəsiz fərdi evdə kirayədə yaşamış, hazırki cinayət işi üzrə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, başqa cinayət işi üzrə həbsdə olmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 18 noyabr 2022-ci il tarixdə 20 yanvar metrostansiyasının yaxınlığında tanış olduğu Zərərçəkmiş şəxs3 dəvəti ilə onun kirayədə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi, Döngə 2 ünvanına gəlmiş və 19 noyabr 2022-ci il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs3 kirayədə yaşadığı Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi, Döngə 2 ünvanında olarkən tamah niyyəti ilə Zərərçəkmiş şəxs3 və onunla birlikdə kirayədə yaşayan Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 evdə yatmasından istifadə edib yataq otağındakı termonun üzərində olan özgənin əmlakını Zərərçəkmiş şəxs3 məxsus üzərində 3 manat dəyərində ***-***-**-** saylı GSM nömrə olan, 60 manat dəyərində bir ədəd Viyetnam istehsalı olan «Samsung» markalı, «SM-J330F/DS» modelli, «358494/09894956/6», «3584xx/xx/894956/3» imei kodlu mobil telefonu, qiyməti 8 manat olan bir ədəd mobil telefonlar üçün nəzərdə tutulmuş enerji ötürücüsünü, qapısı olmayan dolabın açıq rəfindən 500 manatı, masanın üzərinə olan özgənin əmlakını Zərərçəkmiş şəxs1 məxsus üzərində 100 manat dəyərində ***-***-**-** saylı və 5 manat dəyərində ***- ***-**-** saylı GSM nömrələr olan, 250 manat dəyərində bir ədəd qızılı rəngli, «Samsung» markalı, «SM-J730GM/DS» modelli, «3571xx/xx/336658/7», «3571xx/xx/336658/5» imei kodlu mobil telefonu və çarpayının üzərində olan döşəyin altından 170 manatı, masanın üzərinə olan özgənin əmlakını, Zərərçəkmiş şəxs2 məxsus üzərində 5 manat dəyərində ***-***-**-** saylı GSM nömrə olan, 150 manat dəyərində bir ədəd qara rəngli, Çin istehsalı olan, «Huaweı» markalı, «RNE-L01» modelli, «**********33438» imei kodlu mobil telefonu, üzərində GSM nömrə olmayan qiyməti 30 manat olan bir ədəd «Nokia» markalı mobil telefonu və pul qabından 90 manatı vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 571 manat məbləğində, Zərərçəkmiş şəxs1 ümumilikdə 525 manat məbləğində, Zərərçəkmiş şəxs2 isə ümumilikdə 275 manat, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ümumilikdə 1371 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, 18 noyabr 2022-ci il tarixdə, təxminən saat 20 radələrində 20 Yanvar dairəsində olduğu zaman bir nəfər tanımadığı şəxs ona yaxınlaşaraq ondan siqaret istəmişdir. O, da həmin şəxsə siqaretindən birini vermiş, sonra həmin şəxslə söhbət etmişlər və aralarında tanışlıq yaranmış, həmin şəxs adının Azər olduğunu bildirmişdir. Azərlə söhbət edən zaman ona iş təklif etmiş, o, Azərdən nə işi olduğunu soruşmuş, Azər ona şəhərdə şəkər pambığı satdığını deyib, onunla birlikdə şəkər pambığı satmağı təklif etmiş, o, da Azərin təklifi ilə razılaşmışdır. Azər ona Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində 2 nəfər dostu ilə birlikdə kirayədə yaşadığını deyərək, onlarla birlikdə qala biləcəyini bildirmiş, o, da etiraz etməmişdir. Həmin gün saat 23 radələrində Azərin sifariş verdiyi taksi ilə birlikdə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən fərdi evə getmişlər. Evdə Azərlə kirayədə yaşayan digər iki nəfər şəxslərlə tanış olmuşdur. Həmin şəxslər də ona iş verəcəklərini və onlarla birlikdə şəkər pambığı satmasını təklif etmişlər. O, da həmin vaxt işsiz olduğu üçün onlarla razılaşmışdır. 18 noyabr 2022-ci il tarixdən, 19 noyabr 2022-ci il tarixə keçən gecə təxminən saat 02 radələrində işıqları söndürmüşlər, Azər və sonradan adları ona məlum olan Hüseyn və Erkin adlı şəxslər yatmışlar, lakin o, yatmamış, onların mobil telefonlarını gizli oğurlayıb evi tərk etmək qərarma gəlmişdir. Həmin şəxslər yatdıqdan sonra termonun üzərindəki bir ədəd "Samsung Galaxy J3" markalı mobil telefonu, bir ədəd mobil telefona enerji ötürücüsünü gizli götürüb cibinə qoymuşdur. Bundan sonra masanın üzərinəki bir ədəd "Huaweı P10" makalı, bir ədəd sadə “Nokia" markalı, bir ədəd "Samsung J7 Pro" markalı mobil telefonları gizli götürüb cibinə qoyaraq sakitcə evdən çıxmışdır. Çölə çıxdıqdan sonra dərhal həmin mobil telefonların üzərində olan GSM nömrələri çıxarıb tullamış və yol kənarında dayanan tanımadığı taksilərin birinə minib bir neçə gün əvvəl günlük kirayədə yaşadığı Xutor qəsəbəsində yerləşən nömrəsiz fərdi evə getmişdir. Həmin günün səhəri, yəni 19 noyabr 2022-ci il tarixdə yaşadığı evdən çıxaraq tanımadığı taksi maşını ilə 28 may metrostansiyası istiqamətinə yollanmışdır. Təxminən saat 16 radələrində 28 may küçəsində yerləşən telefon dükanlarından birinə yaxınlaşmış və adını bilmədiyi şəxsə oğurladığı mobil telefonları göstərib satmaq istədiyini bildirmişdir. Həmin şəxs ondan şəxsiyyət vəsiqəsini istədikdə o, həmin şəxsə şəxsiyyət vəsiqəsinin üzərində olmadığını və satdığı mobil telefonların özünə məxsus olduğunu bildirmişdir. Lakin dükanda çalışan şəxs şəxsiyyət vəsiqəsi olmadan mobil telefonları ala bilməyəcəyini bildirmişdir. O, da həmin şəxsə narahat olmamasını deyib, şəxsiyyət vəsiqəsini gətirəcəyini bildirmişdir. Həmin şəxs də ona telefonlara görə 10 manat beh verəcəyini deyib, şəxsiyyət vəsiqəsini gətirdikdən sonra 50 manatda verəcəyini bildirmiş, o, da razlaşmışdır. Bundan sonra mağazanı işlədən şəxs telefonları ondan götürmüş və ona 10 manat vermiş, yerdə qalan 50 manatı isə şəxsiyyət vəsiqəsini gətirdikdən sonra verəcəyini bildirmiş, lakin oğurladığı sadə “Nokia” markalı mobil telefonu bəyənmədiyi üçün almamışdır. Bundan sonra o, telefon dükanından çıxaraq kirayədə yaşadığı evə getmiş, lakin şəxsiyyət vəsiqəsini telefonları satdığı telefon dükanına təqdim etməmişdir. Oğurladığı sadə “Nokia” markalı mobil telefona pul verən olmadığı üçün tullamışdır. 22 noyabr 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmış və oğurluq yolu ilə əldə etdiyi mobil telefonları satdığı dükanın yerini polis əməkdaşlarına göstərmişdir. O, zərərçəkmiş şəxslərin yalnız telefonlarını oğurlamış, pullarını oğurlamamışdır. Zərərçəkmiş şəxslərin telefonları isə istintaq zamanı aşkar olunaraq özlərinə qaytarılmışdır. Məhkəmə iclasından öncə Zərərçəkmiş şəxs3 ilə telefon vasitəsi ilə əlaqə saxlanılmış, o, Xaçmaz rayonunda yaşadığını və Bakı şəhərinə gəlmək üçün maddi imkanının olmadığını bildirmiş, məhkəmə tərəfindən onun iştirakının təmin edilməsi məqsədi ilə onun göndərdiyi karta yol xərcləri üçün vəsait göndərilsə də, məhkəmə iclas günü zərərçəkmiş şəxs telefonla əlaqə saxlayaraq Bakıya gələrkən yolda avtomobildə problemlər yarandığını, bu səbəbdən gələ bilməyəcəyini və istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 18 noyabr 2022-ci il tarixdə, axşam saatlarında 20 yanvar metrostansiyasmın yaxınlığında olan zaman Samit adlı şəxslə tanış olmuşdur. Samit kimi özünü təqdim edən şəxs valideyinlərini itirdiyini deyib, qalmağa yerinin olmadığını bildirmiş, o, da uşaqlıqda valideyinlərini itirdiyi üçün pis olmuşdur. Samitlə söhbət edən zaman Samitə 2 nəfər dostu ilə Sabunçu qəsəbəsində kirayədə yaşadığını deyib, Bakı şəhərinin müxtəlif yerlərində şirin pambıq satdıqlarını bildirmişdir. Samit onlarla birlikdə işləmək istədiyini deyib, razı olub-olmasını soruşmuşdur. O, heç bir etiraz etməmiş, sonra onunla eyni ünvanda kirayədə yaşayan Hüeynin istifadə etdiyi mobil telefonuna zəng edərək bir nəfər şəxslə tanış olduğunu, həmin şəxsin qalmağa yeri olmadığı üçün gələcəkdə onlarla birlikdə işləyəcəyini deyib, kirayədə yaşadıqları evdə onlarla birlikdə qalmasına etirazının olub-olmamasını soruşmuş, Hüseyn də etiraz etməmişdir. Həmin gün təxminən saat 22 radələrində Samit adlı şəxslə birlikdə kirayədə yaşadıqları ünvana getmişlər. Samit, Hüseynə və Erkinə də valideyinlərini itirdiyini deyib, müvəqqəti onlarla yaşayacağını və gələcəkdə onlarla birlikdə işləyəcəyini bildirmişdir. Hüseyn və Erkin də etiraz etməmişlər. 18 noyabr 2022-ci il tarixdən, 19 noyabr 2022-ci il tarixə keçən gecə saat 01 radələrində onlar yatmışlar. Təxminən saat 04 radələrində Hüseyn onu və Erkini yuxudan oyadaraq, özünü Samit kimi təqdim edən şəxsin ünvandan çıxaraq getdiyini bildirmişdir. Yuxudan oyandıqdan sonra onlara məlum olmuşdur ki, özünü Samit kimi təqdim edən şəxs onların yatmasından istifadə edib, yataq otağmda olan termonun üzərinə qoyduğu ona məxsus üzərində ***-***-**-** saylı mobil nömrə olan, 60 manat dəyərində “**********49566 və **********49563” imei kodlu bir ədəd "Samsung Galaxy J3" markalı mobil telefonu, 8 manat dəyərində bir ədəd mobil telefona enerji ötürücüsünü və qapısı olmayan dolabın açıq rəfindən 500 manatı, Erkinə məxsus üzərində ***-***-**-** saylı mobil nömrə olan bir ədəd "Huaweı P10" markalı mobil telefonu, üzərində nömrəsi olmayan bir ədəd "Nokia" markalı mobil telefonu, 90 manat pulu və şəxsiyyət vəsiqəsini, Hüseynə məxsus üzərində ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələr olan bir ədəd "Samsung J7" markalı mobil telefonu və 170 manatı gizli yolla oğurlayaraq yaşadıqları evi tərk edib getmişdir. Zərərçəkmiş şəxs1 ilə telefon vasitəsilə əlaqə saxlanılmış, o, Naxçıvanda olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyini, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, ona vurulmuş zərərdən yalnız telefonun qaytarıldığını, oğurlanmış 170 manat pulunun qaytarılmadığını bildirmiş və bu barədə məhkəməyə teleqram göndərdiyini bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 18 noyabr 2022-ci il tarixdə onunla eyni ünvanda kirayədə yaşayan Azər onun istifadə etdiyi mobil telefonuna zəng edərək bir nəfər şəxslə tanış olduğunu, həmin şəxsin qalmağa yeri olmadığı üçün gələcəkdə onlarla birlikdə işləyəcəyini deyib, kirayədə yaşadıqları evdə onlarla birlikdə qalmasına etirazının-olub olmamasını soruşmuş, o, da etiraz etməmişdir. 18 noyabr 2022-ci il tarixdə saat 22 radələrində kirayədə yaşadıqları ünvana Azər bir tanımadığı şəxs gətirmiş, həmin şəxs özünü Samit kimi təqdim etmişdir. Özünü Samit kimi təqdim edən şəxs valideyinlərini itirdiyini deyib, müvəqqəti onlarla yaşayacağını və gələcəkdə onlarla birlikdə işləyəcəyini bildirmişdir. 18 noyabr 2022-ci il tarixdən, 19 noyabr 2022-ci il tarixə keçən gecə saat 01 radələrində onlar yatmışlar. Təxminən 04 radələrində işə getmək üçün yuxudan oyanmış və özünü Samit kimi təqdim edən şəxsin evdə olmadığını görmüşdür. Bundan sonra evin işığını yandırmış, həmin vaxt mobil telefonunun və yatdığı çarpayıda döşəyin altında saxladığı 170 manatın yerində olmadığmı görmüşdür. Bundan sonra onunla eyni ünvanda kirayədə yaşayan Azəri və Erkini yuxudan oyatmışdır. Həmin vaxt onlara məlum olmuşdur ki, özünü Samit kimi təqdim edən şəxs onların yatmasından istifadə edib, yataq otağmda olan masanın üzərinə qoyduğu ona məxsus üzərində ***-***-**-**, 055-953- 69-83 saylı mobil nömrələr olan 250 manat dəyərində “**********66587 və **********66585” imei kodlu bir ədəd "Samsung J7 Pro" markalı mobil telefonu, 170 manat pulunu, Azərə məxsus üzərində ***- ***-**-** saylı mobil nömrə olan bir ədəd "Samsung" markalı mobil telefonu, mobil telefona enerji ötürəni və 500 manat pulu, Erkinə məxsus üzərində ***-***-**-** saylı mobil nömrə olan "Huaweı P10" markalı mobil telefonu, üzərində nömrəsi olmayan "Nokia" markalı mobil telefonu, 90 manat pulu və şəxsiyyət vəsiqəsini gizli yolla oğurlayaraq yaşadıqları evi tərk edib getmişdir. Zərərçəkmiş şəxs2 ilə telefon vasitəsi ilə əlaqə saxlanılmış, o, Daşkəsən rayonunda olduğundan məhkəmə iclasında iştirak edə bilməyəciyini, Daşkəsəndə yaşadığından Bakı şəhərinə gəlməsi üçün maddi imkanının olmadığını, lakin yazılı surətdə ərizəsini məhkəmə təqdim etmək istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 ərizəsində ibtidai istintaq zamanı veridyi ifadəsini təsdiq etdiyini, ona dəymiş zərərdən mobil telefonun qaytarıldığını, lakin 90 manat pulun hələ də qaytarılmadığını bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 18 noyabr 2022-ci il tarixdə Hüseynlə kirayədə yaşadıqları evdə olduqları zaman Azər Hüseynin istifadə etdiyi mobil telefonuna zəng edərək bir nəfər şəxslə tanış olduğunu, həmin şəxsin qalmağa yeri olmadığı üçün gələcəkdə onlarla birlikdə işləyəcəyini deyib, kirayədə yaşadıqları evdə onlarla birlikdə qalmasına etirazınınolub olmamasını soruşmuş, Hüseyn də etiraz etməmişdir. 18 noyabr 2022-ci il tarixdə saat 22 radələrində kirayədə yaşadıqları ünvana Azər bir nəfər tanımadıqları şəxs gətirmiş, həmin şəxs özünü Samit kimi təqdim etmişdir. Özünü Samit kimi təqdim edən şəxs valideyinlərini itirdiyini deyib, müvəqqəti onlarla yaşayacağmı və gələcəkdə onlarla birlikdə işləyəcəyini bildirmişdir. Onlar da, etiraz etməmişlər. 18 noyabr 2022-ci il tarixdən, 19 noyabr 2022-ci il tarixə keçən gecə saat 01 radələrində onlar yatmışlar. Təxminən saat 04 radələrində Hüseyn onu və Azəri yuxudan oyadaraq, özünü Samit kimi təqdim edən şəxsin ünvandan çıxaraq getdiyini bildirmişdir. Yuxudan oyandıqdan sonra onlara məlum olmuşdur ki, özünü Samit kimi təqdim edən şəxs onların yatmasından istifadə edib, yataq otağında olan masanın üzərinə qoyduğu ona məxsus üzərində 055- ***-**-** saylı mobil nömrə olan 150 manat dəyərində “**********33438” imei kodlu bir ədəd "Huaweı P10" markalı mobil telefonu, üzərində nömrəsi olmayan bir ədəd 30 manat dəyərində imei kodunu bilmədiyi "Nokia" markalı mobil telefonu, pul qabında saxladığı 90 manatı və şəxsiyyət vəsiqəsini, Hüseynə məxsus üzərində ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələr olan bir ədəd "Samsung J7" markalı mobil telefonu və 170 manatı, Azərə məxsus üzərində ***-***-**-** saylı mobil nömrə olan bir ədəd "Samsung" markalı mobil telefonu, mobil telefona enerji ötürücüsünü və 500 manatı gizli yolla oğurlayaraq yaşadıqları evi tərk edib getmişdir. Şahid məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2021-ci ildən Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsində icarə əsasında telefon dükanı işlədir. 19 noyabr 2022-ci il tarixdə, təxminən saat 16 radələrində dükana cavan bir oğlan gələrək, özünə məxsus mobil telefonlarını satmq istədiyini deyib, üzərində olan bir ədəd “Samsung J3” markalı, bir ədəd “Samsung J7” markalı və bir ədəd “Huaweı” markalı mobil telefonları ona təqdim etmişdir. O, həmin şəxsin satmaq istədiyi mobil telefonlara baxmış və telefonları ümumilikdə 60 manata ala biləcəyini bildirmişdir. Həmin şəxs də ona təcili pul lazım olduğunu deyib, heç bir etiraz etməmiş və ona dediyi qiymətlə razlaşmışdır. Bundan sonra həmin şəxsin təqdim etdiyi mobil telefonların texniki sazlığını yoxlamış, telefonlar saz vəziyyətdə olduğu üçün telefonları almaq qərarına gəlmişdir. Bundan sonra o, həmin şəxsə dükanda mobil telefonları yalnız şəxsiyyət vəsiqəsi ilə götürdüyünü deyib, şəxsiyyət vəsiqəsini təqdim etməsini bildirmişdir. Həmin şəxs adınm Samit olduğunu deyib, şəxsiyyət vəsiqəsinin üzərində olmadığını, yaşadığ evdən gətirib ona təqdim edəcəyini bildirmişdir. O, da həmin şəxsə ilkin olaraq 10 manat beh vermiş, mobil teleonları ondan götürmüş, qalan 50 manat pulu isə şəxsiyyət vəsiqəsini gətirdikdən sonra verəcəyini bildirmişdir. Özünü Samit kimi təqdim edən şəxs də onun dedikləri ilə razlaşmış, 1 saat ərzində şəxsiyyət vəsiqəsini gətirəcəyini deyib, ondan 10 manat almış və çıxıb getmişdir. Lakin həmin şəxs şəxsiyyət vəsiqəsini gətirməmiş, mobil telefonlar onda qalmışdır. 22 noyabr 2022-ci il tarixdə təxminən saat 12 radələrində işlədiyi telefon dükanında olarkən, ona üç ədəd mobil telefonları satan Samit adlı şəxsin, yanında bir polis geyimində və bir mülki geyimdə olan şəxslərlə dükanın qarşısı ilə getdiyini görmüşdür. Bundan sonra o, dükandan çölə çıxaraq Samit adlı şəxsə və yanında olan şəxslərə yaxınlaşmış, Samitin yanında olan şəxslər Sabunçu RPİ-nin 12-ci polis şöbəsinin əməkdaşları olduqlarını, Samit adlı şəxsin ona üç ədəd mobil teklefonlar satdığmı deyib, həmin telefonların oğurluq olmasını bildirərək, onlara təqdim etməsini xahiş etmişlər. O, da etiraz etməmiş və Samit adlı şəxsdən aldığı bir ədəd “Samsung J3” markalı, bir ədəd “Samsung J7” markalı və “Huaweı” markalı mobil telefonları polis əməkdaşlarına təqdim etmiş və həmin telefonlar polis əməkdaşları tərəfindən protokol tərtib edilərək ondan götürülmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 19 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi, döngə 2 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evidir (i.v.09-11). “Təqdim etmə haqqında” 22 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs və Şahid Etibar oğlu 22 noyabr 2022-ci il tarixdə, saat 12:30 radələrində oğurlanan 03 ədəd markaları, tünd göy rəngli “Samsung J3” qızılı rəngdə olan “Samsung J7” və qara rəngdə “Huavei P10 lite” mobil telefonlarını təhiqata təqdim etmişlər (i.v.30-31). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 26 dekabr 2022-ci il tarixli, 9/8717 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş mobil telefonların satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarlarm olmaması və yuxanda qeyd edilən xüsusatlar nəzərə alınmaqla 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən olunur. - 01 ədəd qara rəngli, Çin istehsalı, “HUAWEİ” markalı, “RNE-L01” model mobil telefon- 40,0 manat; - 01 ədəd Viyetnam istehsalı, “Samsung” markalı, “SM-J330F/DS” model, 358494/09894956/6 və 3584xx/xx/894956/3 İMEİ kodlu mobil telefon- 40,0 manat; - 01 ədəd istifadədə olmuş, qızılı rəngli, “Samsung” markalı, “SM- J730GM/DS model, 3571xx/xx/336658/7 və 3571xx/xx/336658/5 İMEİ kodlu mobil telefon-100,0 manat (i.v.136- 139) “Sübutların qiymətləndirilməsi haqqında” 16 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.1-ci maddəsi ilə yenidən ittiham elan edilmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, həbsdə saxlanılması nəzərə alınmış, Təqsirləndirilən şəxs oğurladığı Zərərçəkmiş şəxs3 məxsus bir ədəd Viyetnam istehsalı olan “Samsung” markalı, “SM- J330F/DS” modelli, “358494/09894956/6”, “358495/894956/3” imei kodlu modil telefon, Zərərçəkmiş şəxs1 məxsus bir ədəd qızılı rəngli, “Samsung” markalı, “SM-J730GM/DS” modelli, “3571xx/xx/336658/7”, “3571xx/xx/336658/5” imei kodlu mobil telefon və Zərərçəkmiş şəxs2 məxsus Çin istehsalı olan, “Huawei” markalı, “RNE-L01” modelli, “**********33438” imei kodlu mobil telefon cinayət işi üzrə maddi sübut kimi tanınmış və məsul saxlanc üçün zərərçəkmiş şəxslərə verilməsi qərara alınmışdır (i.v.174-183). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, material üzrə keçirilmiş ekspertizanın rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd). Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin sadəcə telefonlarını götürdüyünü, hadisə yerindən onlara məxsus pulu götürmədiyini bildirsə də, ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü pulların götürülməsində də tam təqsirli bilərək konkret olaraq hardan və hansı məbləğdə pul vəsaitlərini götürməsini dəqiq göstərmiş və onun ifadəsindəki xüsusatlar zərərçəkmiş şəxslərin pulların oğurlanması ilə bağlı ifadələrində göstərdikləri hallarla tam uzlaşmışdır ki, bu da təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı özünümüdafiə məqsədi ilə dəlillər irəli sürməsinə dəlalət edir. Belə ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 18 noyabr 2022-ci il tarixdə, təxminən saat 20 radələrində 20 Yanvar dairəsində olduğu zaman bir nəfər tanımadığı şəxs ona yaxınlaşaraq ondan siqaret istəmişdir. O, da həmin şəxsə siqaretindən birini vermiş, sonra həmin şəxslə söhbət etmişlər və aralarında tanışlıq yaranmış, həmin şəxs admın Azər olduğunu bildirmişdir. Azərlə söhbət edən zaman ona iş təklif etmiş, o, Azərdən nə işi olduğunu soruşmuş, Azər ona şəhərdə şəkər pambığı satdığını deyib, onunla birlikdə şəkər pambığı satmağı təklif etmiş, o, da Azərin təklifi ilə razılaşmışdır. Azər ona Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində 2 nəfər dostu ilə birlikdə kirayədə yaşadığmı deyərək, onlarla birlikdə qala biləcəyini bildirmiş, o, da etiraz etməmişdir. Həmin gün saat 23 radələrində Azərin sifariş verdiyi taksi ilə birlikdə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən fərdi evə getmişlər. Evdə Azərlə kirayədə yaşayan digər iki nəfər şəxslərlə tanış olmuşdur. Həmin şəxslər də ona iş verəcəklərini və onlarla birlikdə şəkər pambığı satmasını təklif etmişlər. O, da həmin vaxt işsiz olduğu üçün onlarla razılaşmışdır. 18 noyabr 2022-ci il tarixdən, 19 noyabr 2022-ci il tarixə keçən gecə təxminən saat 02 radələrində işıqları söndürmüşlər, Azər və sonradan adları ona məlum olan Hüseyn və Erkin adlı şəxslər yatmışlar, lakin o, yatmamış, onların mobil telefonlarmı və pullarını gizli oğurlayıb evi tərk etmək qərarma gəlmişdir. Həmin şəxslər yatdıqdan sonra termonun üzərindəki bir ədəd "Samsung Galaxy J3" markalı mobil telefonu, bir ədəd mobil telefona enerji ötürücüsünü və dolabın içərisindən 500 manatı gizli götürüb cibinə qoymuşdur. Bundan sonra çarpayıda döşəyin altında olan 170 manatı, pul qabından 90 manatı, bir ədəd "Huaweı P10" makalı, bir ədəd sadə “Nokia" markalı, bir ədəd "Samsung J7 Pro" markalı mobil telefonları gizli götürüb cibinə qoyaraq sakitcə evdən çıxmışdır. Çölə çıxdıqdan sonra dərhal həmin mobil telefonların üzərində olan GSM nömrələri çıxarıb tullamış və yol kənarmda dayanan tanımadığı taksilərin birinə minib bir neçə gün əvvəl günlük kirayədə yaşadığı Xutor qəsəbəsində yerləşən nömrəsiz fərdi evə getmişdir. Evdə pulları sayarkən oğurladığ 90 manat pulun arasında Erkin adlı şəxsə məxsus şəxsiyyət vəsiqəsi görmüş, lakin həmin şəxsiyyət vəsiqəsi ona lazım olmadığı üçün ayrıca saxlamışdır ki, səhər küçədə tullasın. Həmin günün səhəri, yəni 19 noyabr 2022-ci il tarixdə yaşadığı evdən çıxaraq tanımadığı taksi maşını ilə 28 may metrostansiyası istiqamətinə yollanmışdır. Taksi ilə yolda gedərkən oğurladığı pulların arasında təsadüfən götürdüyü Erkin adlı şəxsə məxsus şəxsiyyət vəsiqəsini dəqiq yadmda qalmayan ərazidə tullamışdır. Təxminən saat 16 radələrində 28 may küçəsində yerləşən telefon dükanlarından birinə yaxınlaşmış və adını bilmədiyi şəxsə oğurladığı mobil telefonları göstərib satmaq istədiyini bildirmişdir. Həmin şəxs ondan şəxsiyyət vəsiqəsini istədikdə o, həmin şəxsə şəxsiyyət vəsiqəsinin üzərində olmadığını və satdığı mobil telefonların özünə məxsus olduğunu bildirmişdir. Lakin dükanda çalışan şəxs şəxsiyyət vəsiqəsi olmadan mobil telefonları ala bilməyəcəyini bildirmişdir. O, da həmin şəxsə narahat olmamasını deyib, şəxsiyyət vəsiqəsini gətirəcəyini bildirmişdir. Həmin şəxs də ona telefonlara görə 10 manat beh verəcəyini deyib, şəxsiyyət vəsiqəsini gətirdikdən sonra 50 manatda verəcəyini bildirmiş, o, da razlaşmışdır. Bundan sonra mağazanı işlədən şəxs telefonları ondan götürmüş və ona 10 manat vermiş, yerdə qalan 50 manatı isə şəxsiyyət vəsiqəsini gətirdikdən sonra verəcəyini bildirmiş, lakin oğurladığı sadə “Nokia” markalı mobil telefonu bəyənmədiyi üçün almamışdır. Bundan sonra o, telefon dükanından çıxaraq kirayədə yaşadığı evə getmiş, lakin şəxsiyyət vəsiqəsini telefonları satdığı telefon dükanına təqdim etməmişdir. Oğurladığı sadə “Nokia” markalı mobil telefona pul verən olmadığı üçün tullamış, oğurladığı pulları isə şəxsi ehtiyaclarına xərcləmişdir. 22 noyabr 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmış və oğurluq yolu ilə əldə etdiyi mobil telefonları satdığı dükanın yerini polis əməkdaşlarına göstərmişdir. Bununla yanaşı, zərərçəkmiş şəxslər istintaq zamanı dindirilərkən ifadələrində təqsirləndirilən şəxsin onların telefonlarını oğurlaması ilə yanaşı, onlara məxsus olan (Zərərçəkmiş şəxs3 məxsus qapısı olmayan dolabın açıq rəfindən 500 manat, Zərərçəkmiş şəxs1 məxsus çarpayının üzərində olan döşəyin altından 170 manat, Zərərçəkmiş şəxs2 məxsus üzərində 5 manat dəyərində ***-***-**-** saylı GSM nömrə olan, 150 manat dəyərində bir pul qabından 90 manat məbləğində pullar) pul vəsaitini də oğurladığını bildirərək məhkəməyə Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş ərizədə onun 90 manat məbləğində pulunun, Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş teleqramda isə ona məxsus olmuş 170 manat məbləğində pulun hələ də qaytarılmadığı göstərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlazərərçəkmiş şəxslərin hər birinin ifadələri, zərərçəkmiş şəxslər tərəfindən məhkəmə təqdim edilmiş ərizələr və istintaq hərəkətinin protokolları ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, şahid ifadəsinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla yanaşı, məhkəmə əməlin tövsifinə təsir etməsə də, təqsirləndirilən şəxsə verilmiş ittihamın həcmi ilə razılaşmır və ittihamın həcminin azaldılmasını qanuni və əsaslı hesab edir. Belə ki, yuxarıda qeyd olunan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 26 dekabr 2022-ci il tarixli, 9/8717 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş mobil telefonların satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarlarm olmaması və yuxanda qeyd edilən xüsusatlar nəzərə alınmaqla 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti təxminən 01 ədəd qara rəngli, Çin istehsalı, “HUAWEİ” markalı, “RNE-L01” model mobil telefon üçün 40,0 manat, 01 ədəd Viyetnam istehsalı, “Samsung” markalı, “SM- J330F/DS” model, 358494/09894956/6 və 3584xx/xx/894956/3 İMEİ kodlu mobil telefon üçün 40,0 manat, 01 ədəd istifadədə olmuş, qızılı rəngli, “Samsung” markalı, “SM- J730GM/DS model, 3571xx/xx/336658/7 və 3571xx/xx/336658/5 İMEİ kodlu mobil telefon- 100,0 manat məbləğində müəyyən edilsə də, ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihamda 01 ədəd Viyetnam istehsalı olan «Samsung» markalı, «SM-J330F/DS» modelli, «358494/09894956/6», «3584xx/xx/894956/3» imei kodlu mobil telefonunun dəyəri 60 manat, 01 ədəd qızılı rəngli, «Samsung» markalı, «SM-J730GM/DS» modelli, «3571xx/xx/336658/7», «3571xx/xx/336658/5» imei kodlu mobil telefonun dəyəri 250 manat, 01 ədəd qara rəngli, Çin istehsalı olan, «Huaweı» markalı, «RNE-L01» modelli, «**********33438» imei kodlu mobil telefonun dəyəri isə 150 manat məbləğində göstərilmişdir. Halbuki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Göründüyü kimi, hazırki iş üzrə aşkar edilmiş maddi sübutların, yəni zərərçəkmiş şəxslərə məxsus olan hər bir mobil telefonun cinayət törədilən vaxtı olan faktiki dəyərinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən müstəntiq tərəfindən məhkəməəmtəəşünaslıq ekspertizasının təyin edilməsinə və oğurlanmış mobil telefonların dəyərinin cinayət törədilən vaxt üçün ekspert tərəfindən müəyyən edilməsinə baxmayaraq müstəntiq zərərçəkmiş şəxslərin öz əmlaklarına verdikləri dəyəri (həmin telefonları aldıqları qiyməti) müvafiq ekspert rəyindən üstün tutaraq bunun səbəbini əsaslandırmaq zərurəti görnədən zərərçəkmiş şəxslərin göstərdikləri məbləğlərlə telefonları qiymətləndirərək həmin məbləğlər əsasında da təqsirləndirilən şəxsə 1371 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsinə dair ittiham elan etmişdir. Məhkəmə müvafiq ekspert rəyi ilə 2022-ci ilin noyabr ayına olan 01 ədəd qara rəngli, Çin istehsalı, “HUAWEİ” markalı, “RNE-L01” model mobil telefonun orta bazar qiymətinin təxminən 40,0 manat, 01 ədəd Viyetnam istehsalı, “Samsung” markalı, “SM-J330F/DS” model, 358494/09894956/6 və 3584xx/xx/894956/3 İMEİ kodlu mobil telefonun orta bazar qiymətinin təxminən 40,0 manat, 01 ədəd istifadədə olmuş, qızılı rəngli, “Samsung” markalı, “SM- J730GM/DS model, 3571xx/xx/336658/7 və 3571xx/xx/336658/5 İMEİ kodlu mobil telefonun orta bazar qiymətinin isə təxminən 100,0 manat məbləğində, cəmi 180 manat məbləğində müəyyən edilməsini, istintaq orqanı tərəfindən həmin məbləğin isə ümumi hər üç telefona görə 460 manat məbləğində müəyyən edilməsini nəzərə alaraq məhkəməəmtəəşünaslıq ekspertizasının rəyində göstərilən məbləğ əsas götürülməklə şəxsə ittiham verilməsinin qanuni olması və telefonların ittihamda verilmiş dəyərinin 280 manat məbləğində azaldılaraq ümumi ittiham verilmiş məbləğin 1091 manat məbləğində müəyyən edilməli olması qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, göstərilən hal əməlin tövsifinə təsir etmədiyindən Təqsirləndirilən şəxs AR CM-nin 177.1-ci maddəsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması barədə” 22 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 noyabr 2022-ci il tarixdə tutulmuşdur (i.v.46). “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi barədə” 24 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Sabunçu RPİ-nin MSY-dən azad edilmişdir (i.v.87-89). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 07 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 11 dekabr 2021-ci il tarixdə AR CM-nin 177.2.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, 01 oktyabr 2022-ci il tarixdə cinayət işi üzrə icraat AR CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (i.v.126-127). Abşeron Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəlinin 13 dekabr 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini (CM- 59.2), zərərçəkmiş şəxslərə dəymiş zərərin qismən (telefonların qaytarılması) aradan qaldırılmasını (CM-59.1.14) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 1(008)-363/2023 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, AR CM-nin 69.3-cü maddəsinə əsasən hazırki iş üzrə şübhəli şəxs qismində saxlanıldığı müddət ona təyin edilmiş cəzadan çıxılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli Abşeron Rayon Məhkəməsinin hökmü ilə müəyyən edilmiş tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və Abşeron Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli qərarına əsasən həbsdə olması nəzərə alınmalı, iş üzrə maddi sübut-Zərərçəkmiş şəxs3 məxsus bir ədəd Viyetnam istehsalı olan “Samsung” markalı, “SM-J330F/DS” modelli, “358494/09894956/6”, “358495/894956/3” imei kodlu modil telefon, Zərərçəkmiş şəxs1 məxsus bir ədəd qızılı rəngli, “Samsung” markalı, “SM-J730GM/DS” modelli, “3571xx/xx/336658/7”, “3571xx/xx/336658/5” imei kodlu və Zərərçəkmiş şəxs2 məxsus Çin istehsalı olan, “Huawei” markalı, “RNE-L01” modelli, “**********33438” imei kodlu mobil telefonlar müvafiq olaraq qanuni sahiblərində saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla- 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 1(008)-363/2023 saylı hökmü ilə təyin edilmiş 03 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 il 01 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki iş üzrə istintaq müddəti zamanı 22 noyabr 2022-ci il tarixdən 24 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 il 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 13 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisn nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Abşeron Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs həbsdə olması nəzərə alınsın. İş üzrə maddi sübut Zərərçəkmiş şəxs3 məxsus bir ədəd Viyetnam istehsalı olan “Samsung” markalı, “SM-J330F/DS” modelli, “358494/09894956/6”, “358495/894956/3” imei kodlu, Zərərçəkmiş şəxs1 məxsus bir ədəd qızılı rəngli, “Samsung” markalı, “SM- J730GM/DS” modelli, “3571xx/xx/336658/7”, “3571xx/xx/336658/5” imei kodlu və Zərərçəkmiş şəxs2 məxsus Çin istehsalı olan, “Huawei” markalı, “RNE-L01” modelli, “**********33438” imei kodlu mobil telefonlar müvafiq olaraq qanuni sahiblərində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar