Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-553/2023 11.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı Şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs X2, Zərərçəkmiş şəxs9 iştirakı ilə xx xxxx 2003-cü il tarixdə Gəncə şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, heç yerdə işləməyən, orta təhsilli, məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, nömrəsiz fərdi evdə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin, Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan-X4 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X13 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 15 sentyabr 2020-ci il tarixdə, saat 05:54 radələrində Zərərçəkmiş şəxs9 icarə əsasında işlətdiyi ünvan 3 ünvanda yerləşən «Moskva məhsulları» adlı mağazanın qapısını özləri ilə götürdükləri vintaçan alətlə açaraq, birlikdə qanunsuz mağazaya daxil olub orada saxlanc yeri hesab olunan kassa aparatının altındakı siyirtmədən 1.400 manat məbləğdə nağd pul və 200 manat dəyərində «Apple iPhone 6» markalı mobil telefon aparatını gizli olaraq talayıb əldə etdikləri əmlakı öz aralarında bölməklə Zərərçəkmiş şəxs9 1.600 manat məbləğdə manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X13 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 20 sentyabr 2020-ci il tarixdə, saat 04:30 radələrində Zərərçəkmiş şəxs8 icarə əsasında işlətdiyi ünvan 4 ünvanda yerləşən avtomobil ehtiyyat hissələrinin satışı mağazasının qapısını özləri ilə götürdükləri vintaçan alətlə açaraq, birlikdə qanunsuz mağazaya daxil olub orada saxlanc yeri hesab olunan kassadan Zərərçəkmiş şəxs8 məxsus 1.321 manat məbləğdə nağd pulu gizli olaraq talayıb əldə etdikləri əmlakı öz aralarında bölməklə Zərərçəkmiş şəxs8 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X13 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 24 sentyabr 2020-ci il tarixdə, saat 04:57 radələrində X3 müdürü olduğu ünvan 5 ünvanda yerləşən «ERA kimyəvi təmizləmə» şirkətinin şüşə konstruksiyalı pəncərəsini aralayıb birlikdə qanunsuz binaya daxil olaraq, şirkətin içərisində təmizləmə otaqlarından birində şkafın içərisində olan pul qabından 100 manat məbləğdə nağd pul, müdir otağında olan 01 ədəd «Junema» markalı, içərisində 3.400 manat məbləğdə nağd pulu, 01 ədəd şirkətin möhürü olan 400 manat dəyərində dəmir materialdan ibarət seyfi və masanın üzərində olan saxlanc yeri hesab olunan kassa aparatından 350 manat məbləğdə nağd pulu gizli olaraq talayıb əldə etdikləri əmlakı öz aralarında bölməklə zərərçəkmiş şəxs H.M.Məmmədova 4.250 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları X10 və X13 qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 16 noyabr 2020-ci il tarixdə, saat 07:00 radələrində ünvan 6 ünvanda yerləşən «Belnatur» estetik klinikasının qapısını özləri ilə götürdükləri vintaçan alətlə sındırmaq yolu ilə açıb birlikdə qanunsuz binaya daxil olub klinikadan saxlanc yeri hesab olunan seyfdən 1.500 manat məbləğdə nağd pulu gizli olaraq talayıb əldə etdikləri əmlakı öz aralarında bölməklə Zərərçəkmiş şəxs7 1.500 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları X13 və şəxsiyyəti istintaqa məlum olmayan «Zahid» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 30 noyabr 2020-ci il tarixdə, saat 06:30 radələrində ünvan 7 ünvanda yerləşən Zərərçəkmiş şəxs6 məxsus «Fleur» gözəllik salonunun giriş qapısını özləri ilə götürdükləri vintaçan alətlə açıb qanunsuz binaya daxil olaraq, dolabın içərisindən 600 manat məbləğdə nağd pulu gizli olaraq talayıb əldə etdikləri əmlakı öz aralarında bölməklə Zərərçəkmiş şəxs6 600 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları X10 və X13 ilə qabaqcadan əlbir olar bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 31 dekabr 2020-ci il tarixdə, saat 07:00 radələrində ünvan 8 ünvanda yerləşən «Mini market» adlı mağazaya qapını sındırmaq yolu ilə birlikdə qanunsuz daxil olaraq, mağazadan ümumi dəyəri 45.60 manat olan 12 ədəd «Sobrania ağ qalın» markalı siqaret, ümumi dəyəri 38 manat olan 10 ədəd «Sobrania göy qalın» markalı siqaret, ümumi dəyəri 57 manat olan 15 ədəd «Sobrania ağ nazik» markalı siqaret, ümumi dəyəri 49.40 manat olan 13 ədəd «Sobrania göy nazik» markalı siqaret, ümumi dəyəri 54 manat olan 15 ədəd «Kent 4 qalın» markalı siqaret, ümumi dəyəri 72 manat olan 20 ədəd «Kent 4 nazik» markalı siqaret, ümumi dəyəri 42.20 manat olan 12 ədəd «Kent 8 qalın» markalı siqaret, ümumi dəyəri 47.60 manat olan 14 ədəd «Winston nazik» markalı siqaret, ümumi dəyəri 54.40 manat olan 16 ədəd «Winston Compact» markalı siqaret, ümumi dəyəri 48 manat olan 20 ədəd «Palmal boz nazik» markalı siqaret, ümumi dəyəri 36 manat olan 15 ədəd «Palmal mentol» markalı siqaret, ümumi dəyəri 48 manat olan 20 ədəd «Winchester boz nazik» markalı siqaret, ümumi dəyəri 40.80 manat olan 17 ədəd «Winchester compact» markalı siqaret, ümumi dəyəri 43.20 manat olan 18 ədəd «Winchester» markalı qalın siqaret, ümumi dəyəri 45.60 manat olan 19 ədəd «Winchester göy nazik» markalı siqaret, ümumi dəyəri 38.40 manat olan 16 ədəd «Rothmans boz» markalı siqaret, ümumi dəyəri 45.60 manat olan 19 ədəd «Rothmans göy» markalı siqaret, ümumi dəyəri 33.60 manat olan 14 ədəd «Rothmans mentol» markalı siqaret, ümumi dəyəri 34.20 manat olan 19 ədəd «Arqo göy qalın» markalı siqaret, ümumi dəyəri 39.60 manat olan 18 ədəd «West qalın» markalı siqaret, ümumi dəyəri 42 manat olan 21 ədəd «Magna ağ» markalı siqaret, ümumi dəyəri 34 manat olan 17 ədəd «Magna qara» markalı siqaret, ümumi dəyəri 32 manat olan 16 ədəd «Magna boz» markalı siqaret, ümumi dəyəri 44 manat olan 22 ədəd «Want qara» markalı siqaret, ümumi dəyəri 38 manat olan 19 ədəd «Want boz» markalı siqaret, ümumi dəyəri 32.30 olan «Viceroy qara» markalı siqaret, ümumi dəyəri 36.10 manat olan 19 ədəd «Viceroy boz» markalı siqaret, ümumi dəyəri 32.40 manat olan 18 ədəd «Arqo nazik» markalı siqareti, mağazanın içərisində yerləşən tumbanın üzərində olan kiçik qutudan metal pullarla (qəpiklərlə) 150 manat məbləğdə nağd pulu, 85 (səksən beş) manat məbləğdə kağız əskinazlarla nağd pulu, ümumi dəyəri 36 manat olan 36 ədəd «Snickers» markalı şokolad, ümumi dəyəri 48 manat olan 48 ədəd «Baunty» markalı şokolad, ümumi dəyəri 42 manat olan 42 ədəd «Mars» markalı şokolad, ümumi dəyəri 44 manat olan 44 ədəd «Twiks» markalı şokolad, ümumi dəyəri 25.50 manat olan 03 ədəd «Final» markalı yağ, ümumi dəyəri 4.50 manat olan 03 ədəd «Final» markalı ketçup, ümumi dəyəri 03 manat olan 02 ədəd «Final» markalı mayonezi gizli olaraq talayıb əldə etdikləri əmlakı öz aralarında bölməklə, Zərərçəkmiş şəxs5 1.642 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə şəxsiyyəti istintaqa «Tofiq» adı ilə məlum olan tanışı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 02 may 2021-ci il tarixdə, gecə saat 02:00 radələrində Zərərçəkmiş şəxs4 məxsus ünvan 9 ünvanda yerləşən «Beauty Mania» adlı gözəllik salonunun aliminium qapısını vintaçan alətlə təzyiq göstərərək açmaqla, içəriyə qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs4 məxsus bir ədəd 350 manat dəyərində «Acer» markalı noutbuku və 300 manat məbləğdə nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 650 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 22 may 2021-ci il tarixdə, gecə saat 03:00 radələrində Zərərçəkmiş şəxs3 icarə əsasında işlətdiyi ünvan 10 ünvanda yerləşən «Winetage» adlı restoranın plastik pəncərəsini üzərində olan vintaçan alətlə açaraq, içəriyə qanunsuz daxil olub oradan həmin tarixə uyğun olan milli məzənnə ilə 1.700 manat təşkil edən 1.000 ABŞ dolları dəyərində bir ədəd «Apple» markalı planşeti və 1.000 manat dəyərində bir ədəd «Lenovo» markalı planşeti gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 2.700 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 23 iyul 2021-ci il tarixdə, saat 04:20 radələrində ünvan 11 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi «A.N. Beauty by Loren» adlı gözəllik salonunun plastik giriş qapısının kilidini istintaqa məlum olmayan əşya ilə aralayaraq, giriş qapısını itələyib açmaqla həmin gözəllik salonuna qanunsuz daxil olub gözəllik salonunun kosmetoloji xidmətlər göstərilən hissəsində yerləşən masanın üzərindəki 01 ədəd kitabçanın içindən Zərərçəkmiş şəxs1 qızma məxsus 20 manat məbləğdə nağd pulu, həmin masanın siyirməsində yerləşən, hər biri Zərərçəkmiş şəxs2 məxsus 60 manat dəyərində 01 ədəd «Lenovo» markalı və 110 manat dəyərində bir ədəd «Hisense» markalı mobil telefon, gözəllik salonunun lazer kabinetində girişlə üzbəüz olan dolabın alt gözündən bir bir ədəd pul yığılması üçün nəzərdə tutulmuş metal kassanın içərisindən Zərərçəkmiş şəxs1 məxsus 4.000 manat məbləğdə və həmin tarixə uyğun olan milli məzənnə ilə 170 manat təşkil edən 100 ABŞ dolları məbləğdə pulu vahid niyyətlə əhatə olunmuş gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 170 manat məbləğdə və Zərərçəkmiş şəxs1 4.190 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, A.A.Həsənov, A.İ.Məmmədli həmçinin «Tofiq», «Zahid» və «Emin» adlı şəxslərlə bir neçə ildir, dostluq münasibətləri olmuş, həmin şəxslərlə bir neçə dəfə əlbir olub oğurluq etmişdir. O, 05 sentyabr 2020-ci il tarixdə tanışı Aydınla birlikdə Əhmədli qəsəbsində yerləşən «McDonalds» kafesinin qarşısında mobil telefon aparatı ilə zəngləşib görüşmüş, orada aralarında oğurluq etmək barədə söhbət edib birlikdə razılığa gəlmişlər. Daha sonra birlikdə «Tarqovıy» deyilən ərazidə gəzib oğurluq etmək üçün obyekt axtarmağa başlamışlar, orada ara küçələrdə gəzib saat 04:30 radələrində S.Vurğun küçəsi 17 ünvanda yerləşən «Beauty Tech» adlı gözəllik salonunun giriş qapısının qarşısına getmişlər. Həmin ünvanda Aydın üzərində olan vintaçan alətlə qapını aralamış və gözəllik salonuna daxil olmuşlar. Salondan onlar bir ədəd «Redmi Note 8» markalı mobil telefon aparatı, kassada olan 400 manat məbləğdə nağd pulu və bir ədəd gümüşdən kişi boyunbağısını oğurlamışlar. Sonra həmin gözəllik salonunu tərk etmişlər və 400 manat məbləğdə pulu öz aralarında 200 manat olmaqla bölmüşlər, mobil telefon aparatı və boyunbağı isə onda qalmışdıp. Sonra o, həmin mobil telefon aparatını və boyunbağını xatırlamadığı yerdə atmışdır. 15 sentyabr 2020-ci il tarixdə gecə saatlarında yenə tanışı Aydınla birlikdə Yasamal rayonu, «Qış Parkı» və oralara yaxın ərazilərdə gəzişmiş, həmin tarixdə saat 05:00 radələrində Aydınla birgə «Qış Parkı» ilə üzbəüz yolun kənarında yerləşən «Moskva məhsulları» adlanan mağazanın yanından keçərkən, oradan oğurluq etmək qərarına gəlmişlər. Ətrafda insan olmadığını gördükdən sonra özləri ilə götürdükləri vintaçan alətlə həmin mağazanın qapısını aralayıb hər ikisi içəri daxil olmuşlar. Aydınla o, birlikdə dərhal kassa kimi istifadə edilən masaya yaxınlaşmış, masanın siyirmələrini axtarmağa başlamışlar. Orada kağızları və sənədləri yerə tökəndə, masanın yuxarı birinci siyirməsindən Aydın 1.100 manat pul aşkar etmiş və həmin pulu ona ötürmüşdür. Sonra onlar yenə pul axtarmağı davam etmişlər. Bir ədəd «Apple Phone 6» markalı mobil telefonu aşkar edib cibinə qoymuşdur. Bundan sonra Aydın mağazadan başqa heç bir qiymətli əşya aşkar etmədiyinə görə birlikdə çıxıb getmişlər. Onlar əldə etdikləri pulu bölmüşlər, həmin puldan adama 550 manat pul qalmış və o, həmin pulu öz ehtiyaclarına xərcləmişdir. 20 sentyabr 2020-ci il tarixdə, saat təxminən 04:30 radələrində tanışı Aydınla birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən avtomobil ehtiyat hissələrinin satışı mağazasından oğurluq etmək qərarına gəlmişlər. Aydın özündə olan vintaçan alətlə mağazanın qapısını açmış və oradan 1.321 manat pul tapmışdır. Onlar pulu oğurlamışlar və pulu öz aralarında bölmüşlər. 24 sentyabr 2020-ci il tarixdə, saat 03:00 radələrində o, tanışı Aydınla birlikdə Hövsan qəsəbəsində olan vaxt oğurluq etmək qərarına gəlmişlər, yol kənarı ilə gedəndə yoldan keçən tanımadığı «Mercedes Benz E-Class» markalı taksi sürücüsünü görüb əl edərək saxlatdırmış və avtomobilə əyləşdikdən sonra sürücüdən avtomobili Bakı şəhəri, Nəsimi rayonu ərazisinə sürməsini istəmişlər. Taksi sürücüsü etiraz etməyib razılaşmış, Nəsimi rayonu ərazisinə giriş etdikdə, sürücü avtomobili haraya sürəcəyini soruşmuş, Aydın isə, «Koala» parka tərəfə sürməsini bildirmişdir. Onlar həmin ünvanın qarşısına çatdıqda, Aydın taksidən, işıqfordan sola dönməsini istəmiş, işıqforun təxminən 150-200 metr sonra isə taksi sürücüsünə avtomobili sola döndərib avtomobili saxlaması, onları 10-15 dəqiqə gözləməsini bildirmişdir. Taksi sürücüsü bir az düşündükdən sonra razılıq vermiş, avtomobildən düşdükdən sonra onlar yol kənarı ilə gedərkən «Era» adlı kimyəvi təmizləmə şirkəti görmüşlər və diqqətlə baxanda görmüşlər ki, «Era» kimyəvi təmizləmə şirkətinin giriş qapısı şüşə konstruksiyalı olmuşdur. Bu zaman Aydın dərhal üzərində gəzdirdiyi təxminən 15-20 sm olan dəmir parçasını çıxartmış, giriş qapısının arasına salaraq aralamağa başlamış, giriş qapısını bir az araladıqdan sonra əvvəlcə Aydın, ardınca isə o, içəri daxil olmuş və içərini axtarmağa başlamışlar. İlk əvvəl o, şkafda bir ədəd pul kisəsi tapmış, bildiyinə görə içərisindən 100 manat pul götürmüşdür. Aydın isə həmin vaxt kimyəvi təmizləmə şirkətinin içərisini axtararaq, daha böyük dəyəri olan bir şey, pul və ya qiymətli əşya axtarmışdır. Onlar şirkətin içərisində olanda yoldan avtomobil keçdiyi üçün avtomobilin işıqları şirkətin içərisinə də düşdüyü üçün onlar görsənməmək üçün yerə uzanmışlar. Kimyəvi təmizləmə şirkətini axtaran zaman bir otağa daxil olmuşlar, həmin otaq müdür otağına oxşamış, həmin otaqda iş stolunun arxasında şkaf olmuş, şkafın şüşəli qapısından içərisində seyfə oxşar dəmir görmüşlər. O, şüşə konstruksiyalı qapını açarkən, gördüyü şeyin həqiqətən də seyf olduğunu müəyyən etmişlər. Aydın seyfi götürəndə o da, başqa yerlərdən oğurluq üçün pul və ya qiymətli əşya axtarmışdır. Aydın seyfi götürdüyü zaman ona seyf tapdığını bildirmiş, onlar seyfi silkələməyə başlamışlar ki, içərisində nələr olduğunu bilsinlər. Bundan sonra Aydın seyfi götürmüş, kimyəvi təmizləmə şirkətinin digər qapısından çıxmaq istəmişlər. Həmin vaxtı o, Aydının yanında olmuş, onlar nə qədər güc etsələr də, həmin şüşə konstruksiyalı giriş qapısını aça bilməmişlər, geri qayıdıb əvvəlki giriş qapısından çıxmağı qərara almışlar. Onlar geri qayıdan zaman bir ədəd qara rəngli sellofan torba götürüb seyfi həmin sellofan içərisində qoymuşlar ki, sonra heç kim onlardan şübhələnməsin. Onlar «Era» kimyəvi təmizləmə şirkətini ilk olaraq daxil olduqları giriş qapısından çıxaraq ərazidən uzaqlaşmışlar və taksi sürücüsünü saxlatdırdıqları yerə tərəf getməyə başlamışlar, avtomobilə əyləşdikdə isə, taksi sürücüsünə avtomobili Nizami rayonu, NZS qəsəbəsinə sürməsini bildirmişlər, taksi sürücüsü pulunu istədikdə, onlar qeyd etdikləri ünvana çatdıqdan sonra pul verəcəklərini bildirmişlər. Aydınla o, yolda oğurluq barədə söhbət etməmişlər. NZS qəsəbəsinə çatdıqda taksi sürücüsü avtomobili haraya sürəcəyini soruşmuş, onlar avtomobili qabağa sürüb yol kənarında saxlamasını demişlər, avtomobildə olarkən, taksi sürücüsünə demişlər ki, avtomobili saxlayıb onları 10-15 dəqiqə gözləsin. Taksi sürücüsü bir az fikirləşdikdən sonra razılıq vermiş, onlar avtomobildən düşmüşlər və taksi sürücüsünün görə biləcəyi ərazidən uzaqlaşmışlar, xeyli müddət getdikdən sonra yol kənarında olan zibil qutularından birinin yanında daş görmüşlər və dərhal həmin daşın yanına gedib daşla seyfin qapısını sındırmağa başlamışlar. Onlar seyfin qapısını sındırdıqda görmüşlər ki, içərisində bir ədəd möhür, açarlar və pul olmuşdur. Pulu götürdükdən sonra seyfi içərisindəkilərlə birlikdə zibil qutusu yanında qoymuşlar, pulu sayıb seyfin içərisində 3.400 manat məbləğdə pul olduğunu müəyyən etmişlər. Bu vaxt o bildirmişdir ki, Aydın seyfi tapıb götürən zaman o da, «Era» kimyəvi təmizləmə şirkətinin ikinci giriş qapısının yan tərəfindəki kassa aparatını açıb içərisindən 235 manat məbləğdə pul götürmüşdür. Aydın həmin puldan öz payına 1.900 manat məbləğdə pul götürmüş, qalan pulu isə o götürmüşdür. Onlar pulları böldükdən sonra ayrılmışlar və həmin pulları o, özünə götürüb xərcləmişdir. 16 noyabr 2020-ci il tarixdə, saat 04:00 radələrində o, tanışları Ata və Aydınla birlikdə Nizami rayonu, Şərifli küçəsi ilə oğurluq etmək niyyəti ilə gəzişərkən, orada «Belnatur» estetik klinikasını görüb həmin klinikadan oğurluq etmək qərarına gəlmişlər. Ona görə, klinikanın qapısını özləri ilə götürdükləri vintaçan alətlə açaraq, klinikaya daxil olub oranı axtarmağa başlamışlar. Klinikada seyfi görüb seyfi açmışlar, oradan pulu oğurlayaraq başqa heç nə tapmadıqları üçün oradan çıxıb getmişlər, yolda oğurladıqları pula baxdıqda, pulun 1.500 manat olmasını aşkar etmişlər. Puldan ona və Ataya 200 manat qalmış, qalan pulu isə Aydın özünə götürmüşdür. 30 noyabr 2 020-ci il tarixdə, səhər saat 06:30 radələrində o, tanışları Aydın və Zahidlə birlikdə oğurluq etmək məqsədi ilə ünvan 12 ünvanda «Fleur» gözəllik salonu yerləşir. Onlar ətrafa baxmış, heç kimin görmədiyinə əmin olandan sonra əvvəl qapını itələmişlər. Sonra qapının aliminium çərçivəsinin aşağı hissəsini dəmirlə əyərək, qapını aralayıb möhkəm itələmişlər və qapını açdıqdan sonra üçü də salona daxil olmuşdur. Bundan sonra gözəllik salonuna daxil olduqda, salonda giriş hissədə olan masasının aşağısında yerləşən şkafın içərisini axtarmışlar, şkafda olan 600 manat nağd pulu götürüb salonu tərk etmişlər. Onlar həmin pulu götürdükləri üçün digər otaqları axtarmamışlar, Oradan uzaqlaşdıqdan sonra oğurladıqları 600 manat pulu üç yerə bölmüşlər, hər birinə 200 manat pul düşmüş və o öz payına düşən pulu öz ehtiyacına xərcləmişdir. Bundan başqa 31 dekabr 2020-ci il tarixdə, səhət saat 06-07 radələrində o, tanışları Aydın və Ata adlı şəxslərlə birlikdə Xətai rayonu, «Əhmədli» metrostansiyasının yaxınlığında görüşmüş, bir az söhbət etdikdən sonra onlar birlikdə ünvan 13 ünvanda yerləşən mağaza yaxınlığına getmişlər. O, orada olanda tanışları Ata və Aydına, mağazaya daxil olaraq oradan oğurluq etməyi təklif etmiş, bundan sonra ətrafa baxmış, ətrafda heç kimin olmadığına əmin olduqdan sonra Ata üzərində olan vintaçan aləti ona vermiş və o, Ata ilə birlikdə mağazanın qapısını açmışdır. Qapı açıldıqdan sonra onlar mağazaya daxil olmuşlar, bir neçə saniyə sonra Aydın da onların ardınca mağazaya daxil olmuşdur. Onlar mağazanın içərisində olarkən mağazanın içindən sellofan torbaları götürüb mağazanın kassa hissəsində olan piştaxtada olan siqaretləri torbalara yığmağa başlamışlar. Aydın kassanın içərisində olan 20 manat pulu da götürmüş və onlar mağazanı tərk etmişlər. Mağazadan çıxdıqdan sonra Əhmədli qəsəbəsində yerləşən məscidin yaxınlığına getmiş, oğurladıqları əmlakları gizlətdikdən sonra sağollaşaraq öz evlərinə getmişlər. 31 dekabr 2020-ci il tarixdə, saat 14-15 radələrində tanışları Ata və Aydınla yenidən Əhmədli qəsəbəsində yerləşən məscidin yaxınlığında görüşmüşdür. Mağazadan oğurlayıb gizlətdikləri pulu və siqaretləri götürüb Əhmədli qəsəbəsində yerləşən müxtəlif kiçik mağazalara 10 qutu-10 qutu olaraq satmağa başlamışlar, qəpikləri isə yeni il bayramı ərəfəsi olduğu üçün birlikdə xərcləmişlər. Bundan başqa, 02 may 2021ci il tarixdə, saat 01:00 radələrində Hövsan qəsəbəsində iki ay əvvəl tanış olduğu «Tofiq» adlı şəxs ona zəng edərək bildirmişdir ki, tanışı Eminin avtomaşını ilə şəhərə gedirlər, onu birlikdə getməyə dəvət etmişdir. O, Tofiqlə razılaşmış, əvvəlcədən danışdıqları kimi Xətai rayonu, Gəncə prospektində yerləşən,Xəzər univermağının yaxınlığına taksi ilə getmiş, həmin yerə gedəndə artıq oğurluğa gedəcəklərini bilmiş, bu səbəbdən, oğurluq edərkən vintaçan alət də lazım olduğundan, evdən vintaçan alət də götürərək üzərində saxlamışdır. «Tofiq» adlı şəxslə «instagram» sosial şəbəkəsi vasitəsi ilə danışmış, onun telefonu olmadığından, evin telefonu ilə Tofiqlə yazışmış, həmin telefonun üzərində nömrə olmamış, Wi-Fi ilə işləmişdir. O, bir müddət keçdikdən sonra Tofiqi orada görüb yaxınlaşmış, Tofiqin yanında bir nəfər də olmuşdur. Tofiq həmin şəxsi ona Emin kimi təqdim edərək, dostu olduğunu bildirmişdir. Bundan sonra o, Eminin ağ rəngli, Nissan markalı, dövlət nömrə nişanını xatırlamadığı hündür ban növünə malik avtomobilində arxada, Tofiq öndə əyləşmişdir. Onlar şəhərə doğru hərəkət etmişlər, yolda Tofiq ona demişdir ki, oğurluq edib pul əldə etsinlər. O, Tofiqlə razılaşmış, Nəsimi rayonu, S.Vurğun küçəsində yolun kənarında «Beauty Mania» gözəllik salonunu görüb Eminə avtomobilini binaların arasında saxlamasını bildirmişlər. Emin avtomobili binaların arasında saxlamış, Tofiqlə o, avtomobildən düşüb həmin gözəllik salonunun qarşısına getmişlər, ətrafa göz gəzdirmişlər və o, saat 02:00 radələrində ətrafda kiminsə olmadığını görüb üzərində götürdüyü vintaçanı sağ cibindən çıxarmışdır. Aliminiumdan olan qapıya təzyiq edərək, qapını açmışdır. Əvvəlcə Tofiq arxasınca isə o, içəriyə daxil olmuşlar, birlikdə içərini axtarmışlar. O, orada şkafın gözlüyünü çəkdikdə pul olduğunu görmüş, pulu götürərək saymadan şalvarın arxa cibinə qoymuşdur. O, Tofiqin şkafın gözlüklərini axtararaq pul tapmadığını görmüş, Tofiq şkafın üzərində olan «Acer» markalı notebooku götürmüş və onlar gözəllik salonundan çıxmışlar. Eminin avtomobilə yaxınlaşarkən, Tofiq ona demişdir ki, pulu Tofiqə versin, saysın. O, pulu Tofiqə vermiş, Tofiq isə notebooku ona vermişdir. Tofiq pulu sayaraq 97 manat pul olduğunu bildirmiş, onlar avtomobilə yaxınlaşmış, avtomobllə oradan uzaqlaşmış, birlikdə Eminin yaşadığı ünvana getmişlər və orada yemək yeyib çay içdikdən sonra Emin Xətai rayonu, Xəzər univermağının yaxınlığına aparmışdır. Yolda Eminin avtomobilinə 05 manat benzin vurmuşlar, Emin onları Xəzərdə düşürdükdən sonra Tofiq Eminə 25 manat məbləğdə pul vermiş, Emin çıxıb getmişdir. Onlar oradan birlikdə taksi ilə onun yaşadığı ünvana getmişlər, artıq səhər saat 08:00 radələrində anası və qardaşı işə getmişlər. Bacısının 06 yaşı olduğundan anası bacısını özü ilə işə aparmışdır. 02 may 2021-ci il tarixdə, saat 11:00 radələrində Tofiq Eminə zəng edərək, Neftçilər metrostansiyasına çağırmışdır ki, oğurladıqları «Acer» markalı notebuku lombarda qoyaraq pul əldə etsinlər. Onlar üçü Neftçilər metrostansiyasının yaxınlığında görüşmüş, kafedə əyləşib yemək yemişlər, kafedən çıxandıqdan sonra Tofiq 35 manata özünə ayaqqabı almış və qalan pulu ona vermişdir. O, pulu saymış, lombarda gedərkən yolda polis əməkdaşları onu tibbi maskadan istifadə etmədiyinə görə saxlayıb adı-soyadını portala daxil etdikdə, Xətai rayonunda oğurluq ilə axtarışda olduğunu müəyyən etmişlər və onu Nizami RPİ-in 24-cü Polis Bölməsinə apararaq təhvil vermişlər. Oradan polis əməkdaşları onu Xətai RPl-nə aparmış, iki gün MSY-də qaldıqdan sonra müstəntiq onu İltizamla buraxmışdır. Suraxanı RPl- nin 33-cü Polis Bölməsinin əməkdaşları onu 15 gün əvvəl Zığ qəsəbəsində etdiyi oğurluğa görə Suraxanı RPl-nə apararaq izahatını almış və evə buraxmışlar. Bundan sonra 02 may 2021-ci il tarixdə Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən «Beauty Mania» gözəllik salonundan oğurluq edəndə əl-barmaq izləri oradan götürülüb eyniləşdirilərək, onun oğurluq etdiyi müəyyən edildiyindən, Nəsimi RPİ-in 20-ci Polis Bölməsinin əməkdaşları Suraxanı RPİ- nə gedib ondan oğurluq etdiyini soruşduqda, o, 02 may 2021-ci il tarixdə Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən «Beauty Mania» adlı gözəllik salonundan Tofiqlə birgə «Acer» markalı notbuk və 97 manat nağd pul oğurladığını bildirmişdir. «Beauty Mania» adlı gözəllik salonundan oğurladıqları «Acer» markalı notebuk Tofiqdə qalmış, harada olduğunu o bilməmişdir. O, gözəllik salonundan oğurladıqları pulu saymamışdır. Onlar oğurluq etdiyikləri obyektdən çıxaraq birlikdə Eminin avtomobilinə gedərkən, Tofiq pulu ondan alaraq saydıqda, 97 manat pul olduğunu müəyyən etmiş, həmin pulun hansı əskinazlarda olduğunu o xatırlamamışdır. «Emin» adlı şəxs onların oğurluğa getdiklərini, oğurluq edərək, 97 manat məbləğdə pul və notbuk əldə etdiklərini bilmişdir. Bundan başqa 22 may 2021-ci il tarixdə, gecə saat təxminən 03:00 radələrində oğurluq etmək üçün o, Nəsimi rayonu ərazisində piyada gərərək ətrafa nəzər yetirmişdir ki, işıqları yanmayan və plastik qapı və ya pəncərəsi olan obyekt və ya ev tapsa, girib oradan oğurluq etsin. Həmin vaxtı S.Vurğun küçəsində piyada gəzərkən, orada «Winetage» adlı restoranın işıqlarının yanmadığını və restoranın plastik pəncərəsi olduğunu görmüş, həmin restorana yaxınlaşmış, ətrafa baxıb heç kimin olmadığını gördükdən sonra üzərindəki vintaçan alətlə restoranın plastik pəncərələrindən birinə yaxınlaşmış və plastik pəncərənin kilid hissəsinə əliedə olan vintaçanı salıb kilidi yuxarıya qaldırmış, pəncərəni sıxıb açaraq, restorana daxil olmuşdur. Bu zaman həmin pəncərənin içəri tərəfində gül olduğu üçün gül yerə düşərək dağılmış, o, restoranın içərisini axtarmış, orada vitrində olan içkilərdən birini götürüb içmiş, butulkanı masada saxlamış və ətrafa nəzər yetirərkən, restoranın bar kimi nəzərdə tutulan masanın arxasında iki ədəd planşet görmüşdür. Bu vaxt həmin iki planşeti qutuları ilə birlikdə götürmüş və başqa dəyərli əşya və ya pul tapa bilmədiyi üçün restorana daxil olduğu pəncərədən də çölə çıxmışdır. Bundan sonra o, oğurladığı iki ədəd planşetə diqqətlə baxdıqda, birinin «Apple» markalı və digərinin «Lenovo» markalı planşetlər olduğunu görmüş, yoldan keçən tanımadığı taksi sürücüsü ilə metronun «Əhmədli» stansiyasına, oradan da evinə gedib yatmışdır. O, günorta yuxudan oyandıqdan sonra axşam oğurladığı iki ədəd planşeti satmaq üçün metronun «Əhmədli» stansiyasına çatmamış «Ukrayna dairəsi» deyilən yerin yaxınlığında yerləşən parka getmiş, orada oturan tanımadığı oğlanlardan birinə yaxınlaşmış və özünə məxsus iki ədəd planşet olduğunu, onları satmaq istədiyini bildirmişdir. Həmin oğlan bir nəfər dostunun bu planşetləri ala biləcəyini demiş, kiməsə zəng etmiş, bir azdan bir nəfər tanımadığı başqa oğlan da parka getmiş və onun oğurladığı iki planşetə baxıb yoxladıqdan sonra bəyənmişdir. Həmin oğlan iki ədəd planşetin kimə məxsus olduğunu soruşduqda, o, həmin şəxsə planşetlərin özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satmaq istədiyini demişdir. Həmin şəxslər ona inanmış, ikinci gələn oğlanla «Apple» markalı planşeti 150 manata və «Lenovo» markalı planşeti isə 100 manata satmaq barədə razılığa gəlmişlər. Həmin planşetlərin qutuları olduğu üçün oğlan ona inanıb sənəd tələb etmədən, 250 manat pul verərək hər iki planşeti götürmüşdür. Sonra o, həmin yerdən uzaqlaşmış və oğurluq yolu ilə əldə etdiyi pulu öz ehtiyacları üçün xərcləmişdir. O, oğurluq etmək üçün 22 may 2021-ci il tarixdə gecə piyada gəzib obyekt və ya ev axtarmış, həmin obyekti gördükdə də oradan oğurluq etmək qərarına gəlib oğurluq etmişdir. Hadisə vaxtı onun yanında heç kim olmamış və heç kim ona kömək etməmişdir. O, oğurladığı planşetlərin ikisini 250 manata Xətai rayonunda «Ukrayna dairəsi» deyilən yerin yaxınlığındakı parkda tanımadığı şəxsə satmışdır. Son dəfə təxminən 2021-ci ilin iyun ayında dostları ilə Bakıxanov qəsəbəsinə getmiş və «Dost məkan» adlı çayxanada əyləşib çay içmişlər, həmin vaxt yaxınlıqda yaşayış binanın birinci mərtəbəsində yerləşən gözəllik salonunu görmüş, həmin vaxtı salon yadında qalmış və oraya daxil olub oğurluq etməyi fikirləşmişdir. O, 23 iyul 2021-ci il tarixdə, saat təxminən 04:00 radələrində Köhnə Günəşli qəsəbəsində yerləşən yaşadığı evdən çıxıb oğurluq etmək məqsədi ilə Bakıxanov qəsəbəsinə həmin gözəllik salonunun qarşısına getmiş, oraya çatdıqda, saat təxminən 04:30 olmuşdur. O, ətraflara baxıb heç kimin olmadığını dəqiqləşdirdikdən sonra salonun giriş qapısına yaxınlaşmış, giriş qapısı qəhvəyi rəngli plastikdən olmuşdur. O, özü ilə götürdüyü bir ədəd vintaçan aləti həmin qapının kilid hissəsinə salıb qapını itələyərək açmış, əvvəl salonun içərisindən və arxa tərəfdən mühafizəçi və başqa şəxsin gəlməsindən ehtiyat edib oradan uzaqlaşmışdır. Lakin təxminən bir dəqiqə kənarda gözləyib heç kimin gəlmədiyinə əmin olduqdan sonra, həmin qapıdan salona daxil olmuşdur. Salonun içərisi qaranlıq olduğu üçün o, özü ilə götürdüyü alışqanın fənərini işə salaraq, salonda pul axtarmağa başlamışdır. O, əvvəlcə güzgülər olan hissədə siyirmələrə baxmış və heç nə tapa bilməmiş, daha sonra arxa hissəyə keçib masanın siyirmələrinə baxmış, masadakı siyirmədən bir ədəd «Hisense», bir ədəd «Lenovo» və bir ədəd işlək vəziyyətdə olmayan «LG» markalı mobil telefonları tapıb əynində olmuş şalvarın cibinə qoymuşdur. Bundan başqa, həmin masanın üzərində bir ədəd göy rəngli kitabça olmuş, o, gözəllik salonlarında və ya digər bu kimi yerlərdə belə kitabçalar hesabat üçün olduğunu və kitabçaların arasına pul qoyulduğunu bildiyi üçün həmin kitabçanın arasına baxdıqda, 20 manat pul olduğunu görmüş və pulu götürüb cibinə qoymuşdur. Həmin yerdə axtarılası başqa yer olmamış, yalnız girişdən sol tərəfdə olan otaq qalmışdır. O, həmin otağa daxil olduqda, orada döşəkçə və siyirmə və rəfdən ibarət dolabın olduğunu görmüş, siyirməni çəkib içərisinə baxanda heç nə tapa bilməmiş, dolabın rəf hissəsinin qapısını açdıqda, alt gözdə bir ədəd pul yığılması üçün nəzərdə tutulan, yaşılabənzər rəngli, metal kassa olduğunu görmüş, kassanı silkələyərək yoxladıqda, qəpik səsləri gəldiyindən, kassanı götürdükdən sonra həmin yerləri bir də axtarmış, lakin heç nə tapa bilməyib həmin salonu daxil olduğu üsulla tərk etmişdir. O, salonun qapısını kilidləməmiş, yalnız örtmüş, salondan çıxıb üzbəüz yolun digər tərəfində yerləşən yaşayış binasının qarşısına getmiş, gəldiyi istiqamətdə olan girişə yox, sonuncu girişə daxil olmuşdur. Bunun səbəbi isə, kənar şəxsin arxası ilə gəlməsindən ehtiyat etdiyi olmuşdur. O, girişə daxil olduqdan sonra girişin qarşısında kassanı açmağa başlamış, vintaçan alətlə kassanın pul atılması üçün nəzərdə tutulan boşluğunu aralamış və içərisindəki kağız pulları və qəpikləri əli ilə çıxartmışdır. O, pulları sayıb orada 100 ABŞ dolları, 4-5 ədəd 05 manatlıq əskinaz, 2-3 ədəd bir manatlıq əskinaz və yeddi ədəd 50 qəpiyin olduğunu aşkar etmiş, həmin pulları cibinə qoyub kassanı da blokun girişinə ataraq oranı tərk etmişdir. Bundan sonra o, yaşadığı evə gedərkən üzərində olan vintaçan aləti xatırlamadığı yerə atmışdır, vintaçan alətin tutacağı qara rəngli olmuşdur. Həmin gün saat təxminən 11:00 radələrində o, Xətai rayonu ərazisində yerləşən «Ukrayna» dairəsinin qarşısındakı parka getmiş, parka daxil olub oğurladığı mobil telefonları satmaq üçün adam axtarmağa başlamış, həmin vaxtı tanımadığı 25-30 yaşlarında, orta boylu, arıq bədən quruluşlu bir oğlanı görüb sonuncuya yaxınlaşmış və ucuz qiymətə telefon almaq istəyib-istəməməsini soruşmuşdur. Həmin oğlan ikinci telefon kimi istifadə etmək üçün telefon almaq istədiyini demiş və ondan “Hisense" markalı mobil telefonu 30 manata almışdır. Həmin oğlan telefonun oğurlanıb-oğurlanmadığını soruşmuş, o, telefonu oğurlmadığım, özünə məxsus olduğunu və təcili pula ehtiyacı olduğu üçün satdığını bildirmiş, lakin digər telefonlar ona lazım olmadığı və sata bilmədiyi üçün xatırlamadığı zibil qutularının birinə atmışdır. O, «Hisense» markalı mobil telefonun satışından əldə etdiyi pulları şəxsi ehtiyaclarına və müxtəlif kafelərdə xərcləmişdir. Onun 23 iyul 2021-ci il tarixdə Bakıxanov qəsəbəsində yerləşən salondan oğurladığı kassada yalnız ifadəsində qeyd etdiyi məbləğdə pul olmuş, həmin kassanın içərisində 4.000 manat pul olmamışdır. O, həmin gözəllik salonundan oğurladığı mobil telefonu satdığı şəxsin adı və digər məlumatları barədə heç nə bilməmiş, həmin oğlanı təsadüfən parkda görüb yaxınlaşmış, birinci dəfə görmüş və həmin şəxslə əvvəldən telefon satacağı barədə razılaşmamışdır. O, həmin gözəllik salonunun qarşısında olarkən girişdə videomüşahidə kameralarının quraşdırıldığını görmüş, həmin kameraların içinə baxdıqda, qırmızı rəngli işıq yandığından, kameraların işlək vəziyyətdə olmasını bilmiş, lakin kiminsə onu həmin videokameralar vasitəsi ilə izlədiyini güman etməmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, ünvan 15 ünvanda yerləşən «Belnatur» estetik klinikasını işlədir. O, 16 noyabr 2020-ci il tarixdə yaşadığı ünvanda olan zaman klinikada işçi olan «Cihad» adlı şəxs ona zəng edərək, klinikadan oğurluq edilməsini bildirmşdir. O, estetik klinikaya getdikdə, klinikadakı seyfdən 1.500 manat məbləğdə pulunun oğurlanmasını aşkar etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, təxminən 03 ay əvvəl Bakı şəhəri, Yasamal rayonu, M.Əliyev küçəsi 154 ünvanda «Moskva məhsulları» adlanan mağaza açmış, həmin mağazada Rusifa Federasiyasının Moskva şəhərindən gətirilən məhsulların satışı ilə məşğul olurdu. Hər gün saat 10:00-da mağazanı açıb 23:00-da bağlayaraq evə getmişdir. O, 14 sentyabr 2020-ci il tarixdə, saat 23:00 radələrində hər zaman olduğu kimi mağazanı bağlayıb evə getmişdir. 15 sentyabr 2020-ci il tarixdə, saat 07:00 radələrində mağazanın yerini ona kirayə verən «Samir» adlı şəxs zəng edib bildirmişdir ki, mağazanın qapısı açıq vəziyyətdədir. O da, dərhal mağazaya yollanmış, mağazaya getdikdə görmüşdür ki, qapı açıq vəziyyətdədir, mağazanın içərisində giriş qapısının yanında olan, kassa kimi istifadə etdiyi masanın siyirtmələri açıq vəziyyətdədir və orada olan sənədlər yerə dağıdılmışdır. O, dərhal masanın birinci siyirtməsinə baxmış və orada saxladığı 1.400 manat nağd pul və bir ədəd üzərində nömrə olmayan 200 manat dəyərində «İ Phone 6» markalı mobil telefonun yerində olmadığını görmüşdür. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, 20 sentyabr 2020-ci il tarixdə, saat 04:30 radələrində onun icarə əsasında işlətdiyi ünvan 4 ünvanda yerləşən avtomobil ehtiyyat hissələrinin satışı mağazasından 1.321 manat məbləğdə nağd pul oğurlanmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, ünvan 7 ünvanda yerləşən «Fleur» gözəllik salonunu işlədir. 06 noyabr 2020-ci il tarixdə, saat 08:30 radələrində işlətdiyi gözəllik salonuna gedərək qapını açmaq istəyən zaman qapının aşağı hissəsinin əyilməsini görüb mağazaya kənar şəxsin daxil olmasını başa düşmüş, mağazaya baxış keçirərkən, dolabda olan 600 manat nağd pulun oğurlanmasını aşkar etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 Şahin oğlu ifadəsində göstərmişdir ki, təxminən 01 ilə yaxındır ki, ünvan 16 ünvanda yerləşən «Mini market» adlı mağazanı icarəyə işlədir. 30 dekabr 2020-ci il tarixdə, saat 22:00 radələrində mağazanı bağlayaraq yaşadığı ünvana getmişdir. 31 dekabr 2020-ci il tarixdə, saat 08:30 radələrində yaşadığı ünvandan çıxaraq mağazaya getmiş və mağazanın giriş hissəsində yerləşən plastik qapının açıq olmasını görərək, mağazaya daxil olmuşdur. O, mağazaya daxil olduqdan sonra mağazada olan əmlaklarının dağınıq olmasını görmüş və naməlum şəxs və ya şəxslərin mağazaya daxil olaraq, oradan oğurluq etmələri ona məlum olmuşdur. O, dərhal Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə baş vermiş oğurluq hadisəsi ilə əlaqədar olaraq məlumat vermişdir. Ona məxsus olan mağazanın qapısını sındırmaq yolu ilə daxil olan naməlum şəxs və ya şəxslər oradan ümumilikdə dəyəri 45.60 olan 12 ədəd «Sobrania» markalı ağ qalın siqaret, ümumilikdə dəyəri 38 manat olan 10 ədəd «Sobrania» markalı göy qalın siqaret, ümumilikdə dəyəri 57 manat olan 15 ədəd «Sobrania» markalı ağ nazik siqaret, ümumilikdə dəyəri 49.40 manat olan 13 ədəd «Sobranie» markalı göy nazik siqaret, ümumilikdə dəyəri 54 manat olan 15 ədəd «Kent» markalı 4 qalın siqaret, ümumilikdə dəyəri 72 manat olan 20 ədəd «Kent» markalı 4 nazik siqaret, ümumilikdə dəyəri 42.20 manat olan 12 ədəd «Kent» markalı 8 qalın siqaret, ümumilikdə dəyəri 47.60 manat olan 14 ədəd «Winston» markalı nazik siqaret, ümumilikdə dəyəri 54.40 manat olan 16 ədəd «Winston» markalı siqaret, ümumilikdə dəyəri 48 manat olan 20 ədəd «Palmal» markalı boz nazik siqaret, ümumilikdə dəyəri 36 manat olan 15 ədəd «Palmal» markalı mentol siqaret, ümumilikdə dəyəri 48 manat olan 20 ədəd «Winchester» markalı boz nazik siqaret, ümumilikdə dəyəri 40.80 manat olan 17 ədəd «Winchester» markalı kompakt siqaret, ümumilikdə dəyəri 43.20 manat olan 18 ədəd «Winchester» markalı qalın siqaret, ümumilikdə dəyəri 45.60 manat olan 19 ədəd «Winchester» markalı göy nazik siqaret, ümumilikdə dəyəri 38.40 manat olan 16 ədəd «Rothmans» makalı boz siqaret, ümumilikdə dəyəri 45.60 manat olan 19 ədəd «Rothmans» markalı göy siqaret, ümumilikdə dəyəri 33.60 manat olan 14 ədəd «Rothmans» markalı mentol siqaret, ümumilikdə dəyəri 34.20 manat olan 19 ədəd «Argo» markalı göy qalın siqaret, ümumilikdə dəyəri 39.60 manat olan 18 ədəd «West» markalı qalın siqaret, ümumilikdə dəyəri 42 manat olan 21 ədəd «Magna» markalı ağ siqaret, ümumilikdə dəyəri 34 manat olan 17 ədəd «Magna» markalı qara siqaret, ümumilikdə dəyəri 32 manat olan 16 ədəd «Magna» markalı boz siqaret, ümumilikdə dəyəri 44 manat olan 22 ədəd «Vant» markalı qara siqaret, ümumilikdə dəyəri 38 manat olan 19 ədəd «Vant» markalı boz siqaret, ümumilikdə dəyəri 32.30 olan «Viceroy» markalı qara siqaret, ümumilikdə dəyəri 36.10 manat olan 19 ədəd «Viceroy» markalı boz siqaret, ümumilikdə dəyəri 32.40 manat olan 18 ədəd «Argo» markalı nazik siqaret, mağazanın içərisində yerləşən tumbanın üzərində olan kiçik qutudan 150 manat və 85 manat nağd pul, ümumilikdə dəyəri 36 manat olan 36 ədəd «Snickers» markalı şokolad, ümumilikdə dəyəri 48 manat olan 48 ədəd «Baunty» markalı şokolad, ümumilikdə dəyəri 42 manat olan 42 ədəd «Mars» markalı şokolad, ümumilikdə dəyəri 44 manat olan 44 ədəd «Twiks» markalı şokolad, ümumilikdə dəyəri 25.50 manat olan 03 ədəd «Final» markalı yağ, ümumilikdə dəyəri 4.50 manat olan 03 ədəd «Final» markalı ketçup və ümumilikdə dəyəri 03 manat olan 02 ədəd «Final» markalı mayonezi oğurlayaraq, ona cəmi 1.643 manat maddi ziyan vurmaqla oğurluq etmişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2006-cı il tarixdən ünvan 17 ünvanda yerləşən «Beauty Mania» gözəllik salonunu işlədir. 01 may 2021-ci il tarixdə, saat təxminən 19:00 radələrində işlətdiyi ünvan 18 ünvanda yerləşən «Beauty Mania» gözəllik salonundan işçilər çıxıb getdikdən sonra o da, salonu bağlayıb çıxıb getmiş, 02 may 2021-ci il tarixdə, saat 10:30 radələrində gözəllik salonuna getdiyi zaman giriş qapısının açıq olduğunu görmüş, salona daxil olunaraq oğurluq olduğunu yəqin etmiş, özü içəri daxil olmamışdır. Bundan sonra dərhal Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermiş, içəri baxdıqda, kassadan 300 manat pulun olmadığını, masanın üzərinə qoyduğu «Acer» markalı notebookun yerində olmadığını aşkar etmişdir. Onun işlətdiyi S.Vurğun küçəsi 148 B ünvanda yerləşən «Beauty Mania» gözəllik salonuna aliminiumdan olan giriş qapısına təzyiq olunmaqla qapı açılaraq içəri qanunsuz daxil olunmuş, oğurluq edilmişdir. Ona məxsus olan «Acer» markalı notebooku təxminən 4 il əvvəl 550 manata almış, lakin işlənmiş vəziyyətdə dəyəri 350 manatdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ixtisası lazeroloqdur. Təxminən 01 ildir, əmisi qızı Günaya məxsus Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsində yerləşən «A.N. beauty by Loren» adlı gözəllik salonunda lazeroloq kimi işləyir, ondan başqa 05 nəfər qadın kosmetoloji sahədə müxtəlif işlərdə çalışır. Salonun sonunda arakəsmələrlə ayrılan lazer kabineti yerləşir, həmin kabinetdə olan bütün əşyalar ona məxsusdur və oradan yalnız o istifadə edir, bundan başqa manikür və pedikür işləri ilə salonun sonunda sağ hissədə məşğul olur. O, qazandığı pulları demək olar ki, həmin kabinetdə yerləşən dolabın alt hissəsinə və ya siyirməyə qoyur. Təxminən 04 aydır ki, metal, üzərində cizgi filmlərinin şəkilləri olan kassa almış, əvvəlcə həmin kassaya qəpiklər yığmaq istəmiş, daha sonra pullarını həmin kassaya yığmağa qərara vermişdir. Həmin kassanın hər tərəfi bağlıdır, yuxarı hissəsində yarıq vardır. Kassadan pulları yalnız alt hissəsini kəsməklə çıxarmaq mümkündür və bundan sonra kassaya pul yığmaq olmur. Təxminən 15-xx.xx.2021-ci il tarixində öz yığıdığı 2.000 manat pulu həmin kassaya atmış, təxminən 2 gün sonra Elnarə adlı tanışı əvvəldən ona qalan 2.000 manat borcunu gətirib vermişdir. O, Elnarənin verdiyi 2.000 manatı da həmin kassaya atmışdır. O, həmin pulları xərcləməmək və aldığı lazer cihazının kredit ödənişini etmək üçün sözügedən kassaya atmış, öz yığdığı pullar müxtəlif əskinaslarla olsa da, Elnarənin ona verdiyi pullar yalnız 100 manatlıq əskinasla olmuşdur. Kassa həmişəki kimi lazer otağında dolabın alt hissəsində arxa tərəfdə olmuş, təxminən 1- 2 gün sonra müştərilərdən biri 100 ABŞ dollarını xırdalamaq və ödəniş etmək istəmiş, bu səbəbdən, həmin 100 ABŞ dollarını götürərək həmin kassaya atmışdır. 22 iyul 2021-ci il tarixdə, saat 19:00 radələrində işdə olan zaman müştərilərdən biri 20 manat ödəniş etmiş və o, həmin 20 manatı masanın üzərində olan göy rəngli kitabçanın arasına qoymuşdur. Təxminən saat 20:23 radələrində salonun Esmira adlı işçisi və o, gözəllik salonunu tərk etmişlər. Tərk etməmişdən əvvəl lazer kabinetinin qapılarını bağlamış və kabinetdə olan, içərisində kassa yerləşən dolabın qapılarını açarla kilidləmiş, açarı isə başqa qaba qoymuş, salonu tərk edərkən işıqları söndürmüşlər və Esmira qapını açarla kilidləmişdir. Növbəti gün, yəni 23 iyul 2021-ci il tarixdə, saat 09:00 radələrində Günay ona zəng edib salonun giriş qapısının açıq olduğunu deyərək, qapını bağlayıb-bağlamadıqlarını soruşmuş, o, qapını bağladıqlarını dedikdən sonra Günay, ona məxsus lazer kabinetinin də qapısının açıq olduğunu və dolabın açıq vəziyyətdə olduğunu demişdir. Həmçinin dolabda olan kassanın da olmadığını dedikdə, o, artıq oğurluq hadisəsinin baş verdiyini başa düşmüş, dərhal salona gəlib videomüşahidə kameralarına baxdıqda, bir nəfər oğlanın salona daxil olduğunu və həmin kassa ilə salondan çıxdığını görmüşlər. Hadisə zamanı ona 4.190 manat məbləğdə maddi ziyan dəymişdir. Onun hadisə barədə şübhələndiyi konkret şəxs olmamış, kassanın yerini və içərisində pul olduğunu yalnız o və işçisi Fatimə bilmiş, Fatimə isə həmin məbləğdə pulun olmasını bilməmiş, yalnız öz yığdığı 2.000 manat pulu və 100 ABŞ dollarını həmin kassaya atdığını bilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, təxminən 01 ildir ki, özünə məxsus Bakıxanov qəsəbəsi E.Xəlilov küçəsində yerləşən «A.N. beauty by Loren» adlı gözəllik salonunu işlətmiş, ondan başqa 05 nəfər qadın kosmetoloji sahədə müxtəlif işlərdə çalışır. Həmin qadınların üçü qohumları, digərləri isə uzun müddətli tanışlarıdır. Salonda hər işçinin özünə məxsus sahəsi var və həmin yerlərdə çalışırlar. Salonda yerləşən lazer kabineti ayrılmış, digər yerlər isə açıqdadır. Salonun 02 ədəd, «Hisense» və «Lenovo» markalı mobil telefonu olmuş və həmin mobil telefonlar daima masanın üzərində olmuş, mobil telefonlarda olan mobil nömrələr iş nömrələridir, salonun sonunda yerləşən, arakəsmələrlə ayrılan lazer kabinetində olan bütün əşyalar Aynurəyə məxsusdur və oradan yalnız Aynurə istifadə edir. 22 iyul 2021-ci il tarixdə, saat 17:00 radələrində o, işdən çıxıb getmiş, demək olar ki, həmin salonda olmur və salona getdikdə, 1-2 saat qalıb çıxır. O, salondan çıxdıqda hər şey qaydasında olmuş, növbəti gün, yəni 23 iyul 2021-ci il tarixdə, saat 09:00 radələrində ona «Aysel» adlı işçisi zəng etmiş və salonun giriş qapısının açıq olduğunu deyərək, qapını bağlayıb-bağlamadıqlarını soruşmuş, lazer kabinetinin də qapısının açıq olduğunu və dolabın açıq vəziyyətdə olduğunu demişdir. O, Aynurənin qapını və dolabı bağlamağı unutduğunu düşünmüş, lakin sonra öyrənmişlər ki, qapıya kənardan təsir etməklə salona daxil olmuşlar. Dərhal salona gəlib videomüşahidə kameralarına baxdıqda, bir nəfər oğlanın salona daxil olduğunu və kassa ilə salondan çıxdığını görmüşlər. Aynurə demişdir ki, həmin kassa özünə məxsusdur və kassada olan 4.000 manat və 100 ABŞ dolları, həmçinin masanın üzərində olan kitabçanın içərisindəki 20 manat pul oğurlanmışdır. Bundan başqa masanın üzərindəki həmin 02 ədəd telefon da oğurlanmış, həmin telefonların ümumi dəyəri 170 manat olmuşdur. O, mobil telefonların çalışdığı mobil nömrələri xatırlamamış, hadisə barədə şübhələndiyi konkret şəxs olmamış, kassanın yerini və içərisində pul olduğunu yalnız Aynurə bilmiş, Aynurənin belə bir kassası olduğunu bilsə də, içərisində olan pulun məbləğini bilməmiş, bundan başqa heç bir əşya oğurlanmamışdır. Hadisə zamanı iki ədəd mobil telefonun oğurlanması nəticəsində ona 170 manat məbləğdə maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, ünvan 19 ünvanda yerləşən «Winetage» adlı restoranı icarəyə götürmüş, həmin restoranı qardaşı Cavidan işlədir, qardaşı Cavidan Mustafayev də hər gün onunla birlikdə restoranda işləyir və restoranın fəaliyyətinə nəzarət edir. Hər gün günorta saat təxminən 13:00 radələrində restoranı açır və axtam saat təxminən 23:00 radələrində restoranı bağlayıb evə gedirlər. 21 may 2021-ci il tarixdə həmişəki kimi axşam saat 23:00 radələrində restoranı bağlayıb evə getmişlər. 22 may 2021-ci il tarixdə qardaşı Cavidanın işi olduğu üçün restoranı həmin gün o açmışdır. O, restoranın qarşısında olan zaman pəncərənin açıq olduğunu görüb elə zənn etmişdir ki, axşam yadından çıxmış, qapını bağlamamışdır. Lakin o, qapını açıb içəri keçəndə görmüşdür ki, restoranın içində pəncərənin yanında qoyduqları dibçək dağınıq halda yerdədir. O bilmişdir ki, restorana kimsə oğurluğa girmişdir. O, restoranın barına baxanda, iki ədəd «Apple» və «Lenovo» markalı planşetlərin olmadığını görmüş, qardaşı Cavidana zəng edərək, bu barədə xəbər vermişdir. Daha sonra qardaşı Cavidan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etdikdən sonra özü də restorana getmiş, sonra polis əməkdaşları hadisə yerinə getmişlər və o, restorandan bir ədəd 1.700 manat ekvivalentində olan 1.000 ABŞ dolları dəyərində «Apple» markalı planşetin və bir ədəd 1.000 manat dəyərində olan «Lenovo» markalı planşetin oğurlanması barədə ərizə yazmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 2.700 manat məbləğdə maddi ziyan dəymişdir. Onun restorandan oğurluq olması ilə bağlı şübhələndiyi şəxs olmamış, lakin restorana quraşdırılmış təhlükəsizlik kamerasına baxdıqda, bir nəfər cavan oğlanın restorana girib oradan oğurluq etməsi aşkar şəkildə görünmüşdür. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidia istintaq dövründə zərərçəkmiş şəxsin hüquqi varisi kimi dindirilmiş X8 göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi 61 ünvanda «ERA» adlı kimyəvi təmizləmə şirkəti mərhum atası X6 məxsus olmuşdur. X18 24 sentyabr 2020-ci ildə həmin kimyəvi təmizləmə obyektindən özünə məxsus pul qabından 100 manat məbləğdə pul, içərisində 3.400 manat məbləğdə pul olan 400 manat dəyərində seyf və kassa aparatından 350 manat məbləğdə nağd pulun oğurlandığını aşkar etmiş və bu barədə polisə məlumat vermişdir. Nəsimi RPİ-də başlanmış cinayət işi üzrə mərhum X18 zərərçəkmiş şəxs kimi tanınmış və Sabunçu RPİin İstintaq şöbəsində Azərbaycan Republikası CM-nin 177.2.3-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zərəçəkmiş şəxs qismində iştirak etsə də, 18 avqust 2021- ci il tarixdə törədicisi müəyyən olunmamış pnevmoniya xəstəliyindən ölmüşdür. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/4507 saylı, 14 iyul 2021-ci il tarixli ərzaq və sənaye mallarının əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, bir ədəd «Lenova TabM 10 HD» markalı planqet 200 manat, «Apple» 7-ci nəsil planşetin qiyməti 500 manat, 2021-ci ilin iyun ayına olan orta bazar qiyməti təxminən 700.0 manat müəyyən edilir. Digər 1 ədəd «Acer» markalı notbuk haqqında ətraflı məlumat (modeli və digər texniki göstəriciləri) olmadığından qiymətləndirmə aparman mümkün olmadı. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublikası Psixatriya X9 Şəxsin 6895 saylı, 17 avqust 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada müailəcədə olmayab. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublikası Narkoloji Mərkəzin xx/xx-9109 saylı, 21 avqust 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs mərkəzdə müalicədə olmayab. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən doldurulmuş tələbnamədən və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)368/2021 saylı, 10 sentyabr 2021-ci il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, cəza çəkmə müddətinin əvvəli 10 sentyabr 2021-ci il tarixdən hesablanmaqla 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 (iki) gün şübhəli şəxs kimi həbsdə saxlandığı müddət nəzərə alınmaqla ona təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Oğurluğa, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1 №li, 03 mart 2005-ci il tarixli Plenumunun qərarından görünür ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə alınmalıdır ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədi ilə, hüquqazidd, əvəssiz götürülməsi və bu əmlakını təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs Vuqar oğlunun Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə-oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilmə cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş elan edilmiş, təqsirləndirilən şəxsin etirafedici, zərərçəkmiş şəxsin ifadələri, cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə ilə düzgün tövsif edilmiş və o, həmin maddələrin sankisiyası həddində cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. İnsan Hüquqlarının və X7 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı öhdəliyin reaksiyasıdır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində təqsirləndirilməcinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs əməli onların etirafedici ifadəsi ilə yanaşı, Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməyə görə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarında olan 11 yanvar 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (cild 02, səh., 117). Cinayət işinin materiallarında olan qətimkan tədəbirinin seçilməsi haqqında 11 yanvar 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, səh., 60). Cinayət işinin materiallarında olan 06 avqust 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (cild 01, səh., 72). Cinayət işinin materiallarında olan 06 avqust 2021-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)558/2021 saylı, 06 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 avqust 2021-ci il tarixdən hesablanmaqla 02 ay, 20 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 01, səh., 93). Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, səh., 227). Cinayət işinin materiallarında olan 08 may 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (cild 01, səh., 239). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Prokurorunun vəsatətin müdafiə olunmasından imtina olunması haqqında 08 may 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə olunmasından imtina olunmuşdur. Cinayət işinin materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 08 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, səh., 163). Cinayət işinin materiallarında olan 11 iyun 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (cild 01, səh., 140). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Prokurorunun vəsatətin müdafiə olunmasından imtina olunması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə olunmasından imtina olunmuşdur. Cinayət işinin materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 11 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)533/2023 saylı, 31 avqust 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, dəymiş ziyanların ödənməməsini, analoji cinayətə görə əvvələr məhkum olunmasını və işdə olan digər halları nəzərə alaraq, ona ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Həmin Məcəllənin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 04 avqust 2021-ci il tarixdən 10 sentyabr 2021-ci il tarixə kimi həbsdə olduğu müddət, 07 may 2021-ci il tarixdən 08 may 2021-ci il tarixə, 09 iyun 2021-ci il tarixdən 11 iyun 2021-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı müddət nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 14 iyul 2022-ci il tarixli qərarından görünür ki, əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halı həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin mümkünlüyünu istisna edən əsas kimi qəbul edilə bilməz. Belə ki, göstərilən halda Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «31» avqust 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********000001944, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB **********2000 207120, VÖEN **********). İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən «02» (iki) il, «08» (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hal-hazırki hökmlə təyin olunmuş cəza Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)368/2021 saylı, 10 sentyabr 2021-ci il tarixli hökmü ilə təyin olunmuş «02» (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq «04» (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)368/2021 saylı, 10 sentyabr 2021-ci il tarixli hökmü ilə təyin olunmuş «02» (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Təqsirləndirilən şəxs 04 avqust 2021-ci il tarixdən 10 sentyabr 2021-ci il tarixə kimi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə həbsdə olduğu müddət, 07 may 2021-ci il tarixdən 08 may 2021-ci il tarixə, 09 iyun 2021-ci il tarixdən 11 iyun 2021-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı müddət, eləcə də Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)368/2021 saylı, 10 sentyabr 2021-ci il tarixli hökmü ilə nəzərə alınmış şübhəli şəxs kimi çıxılmış «02» (iki) gün müddət çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs üzərində «01» (bir) il, «10» (on) ay, «19» (on doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını «ümumi » rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «31» avqust 2023-cü il tarixdən hesablansın. 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********000001944, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB **********2000 207120, VÖEN **********). Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-553/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-553/2023
11.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver