Məhkəmə qərarları › İş №1(008)-556/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-556/2024

07.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-556/2024 07.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Nuri Nihal Yusif oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1 Təmraz oğlunun, Müdafiəçi4, 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, təqsirləndirilən şəxslər –Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 iştirakları ilə, təqsirləndirilən şəxs - xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Xəzər rayonu, Binə qəsəbəsi, Orconikidze küçəsi, ev 21 ünvanında qeydiyyatda olan və yaşayan, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair təqsirləndirilən şəxs - xx.xx.1998-ci ildə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2ında yaşayan, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair təqsirləndirilən şəxs - xx.xx.1979-cu ildə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 3 ünvanında qeydiyyatda olan, ünvan 4 ünvanında yaşayan, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CMnin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 05 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq FS-3277 nömrəli, Polşa dövlətində zavod üsulu ilə 2003-cü ildə istehsal olunmuş, 9 mm kalibrli PM-98 modelli odlu yivli silah hesab edilən 01 ədəd tapança-pulemyotu, zavod üsulu ilə istehsal olunmuş, 9x19 mm kalibrli olmaqla, həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı, döyüş sursatı hesab edilən 40 ədəd patronu və zavod üsulu ilə istehsal olunmuş, 9x19 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli PM-98 modelli tapançapulemyotların komplekt hissəsi hesab edilən 02 ədəd darağı, 01 ədəd zavod üsulu ilə Almaniya dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, odlu yivli silah hesab edilən 9 mm kalibrli, SP-0085723 nömrəli, SİG- SAUER SP-2022 modelli tapançanı, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, 15 ədəd 9x19 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli SİG-SAUER SP-2022 modelli tapançaların komplekt hissəsi hesab edilən darağı, 09 ədəd zavod üsulu ilə xarici dövlətdə 2006-cı ildə istehsal olunmuş, atəş üçün yararlı, döyüş sursatı hesab edilən 9x19 mm kalibrli olmaqla həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş Parabelum patronunu, 01 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1965-ci ildə istehsal olunmuş, 9 mm kalibrli yivli, texniki cəhətdən saz və atəş üçün yararlı, odlu silah hesab edilən PH-8148 nömrəli, Makarov konstruksiyalı PM modelli silahı, keçmiş SSRİ dövlətində istehsal olunmuş, təyinatı üzrə istifadə və atəş üçün yararlı, döyüş sursatı hesab olunan 9x18 mm kalibrli olmaqla Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların 05 ədəd ştat patronlarını və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadəyə yararlı, 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi hesab edilən darağı əldə edərək, qeyd olunan odlu silahlardan, onların komplekt hissələrindən və döyüş sursatlarından PM-98 modelli tapança-pulemyotu, həmin silahdan atəş açmaq üçün nəzərdə tutulmuş 40 ədəd patronu və həmin kalibrli tapança-pulemyotların komplekt hissəsi hesab edilən 02 ədəd darağı üzərində saxlamaqla daşıyaraq gəzdirmiş, digər odlu yivli silahların, döyüş sursatlarının və onların komplekt hissələrinin satışını həyata keçirmək üçün tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş və 2023-cü ilin dekabr ayının ortalarında Təqsirləndirilən şəxs3 həmin odlu silahları, onun komplekt hissələrini və döyüş sursatlarını vahid niyyətlə satacaqları barədə razılaşmış, ilkin olaraq 2023-cü ilin dekabr ayının sonlarında Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən Tesla parkının yaxınlığında qanunsuz olaraq 01 ədəd Makarov konstruksiyalı PM modelli silahı, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların 05 ədəd ştat patronlarını və 01 ədəd Makarov konstruksiyalı tapançaların komplekt hissəsi hesab edilən darağı Təqsirləndirilən şəxs3 satmaq məqsədi ilə Təqsirləndirilən şəxs2 vermiş, sonuncu isə həmin odlu silahı, onun komplekt hissəsini və döyüş sursatlarını əldə edib, saxlayaraq satış məqsədi ilə gəzdirməklə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Tərxun” kafesinə daşımış, qeyd edilən ünvanda və tarixdə Təqsirləndirilən şəxs3la görüşərək vahid niyyətlə satacağı odlu silahlardan, onun komplekt hissələrindən və döyüş sursatlarından olan odlu silah hesab edilən Makarov konstruksiyalı PM modelli silahı, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların 05 ədəd ştat patronlarını və 01 ədəd Makarov konstruksiyalı tapançaların komplekt hissəsi hesab edilən darağı Təqsirləndirilən şəxs3 1000 manata satmış, 2023-cü dekabr ayının sonlarında Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən Tesla parkının yaxınlığında 01 ədəd SİG-SAUER SP-2022 modelli tapançanı, 01 ədəd SİG-SAUER SP-2022 modelli tapançaların komplekt hissəsi hesab edilən darağı və 09 ədəd həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş Parabelum patronunu vahid niyyətlə əhatə olunan qəsdlə Təqsirləndirilən şəxs3 satması üçün Təqsirləndirilən şəxs2 vermiş, sonuncu isə həmin odlu silahı, onun komplekt hissəsini və döyüş sursatlarınıəldə edib, saxlayaraq satış məqsədi ilə gəzdirməklə Təqsirləndirilən şəxs3 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən nömrəsiz fərdi evin yaxınlığına daşımış, qeyd edilən ünvanda və tarixdə Təqsirləndirilən şəxs3la görüşərək vahid niyyətlə satacağı odlu silahlardan, onun komplekt hissələrindən və döyüş sursatlarından olan 01 ədəd SİG-SAUER SP-2022 modelli tapançanı, 01 ədəd SİG-SAUER SP-2022 modelli tapançaların komplekt hissəsi hesab edilən darağı və 09 ədəd həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş Parabelum patronunu Təqsirləndirilən şəxs3 1700 manata satmış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 15 fevral 2024-cü il tarixdə saat 22:10-da Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən “Verona Palace” şadlıq sarayının yaxınlığında olduğu zaman saxlanılmaqla 16 fevral 2024-cü il tarixdə, saat 00:06-dan etibarən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çiynindən asdığı 01 ədəd boz rəngli çantadan FS-3277 nömrəli, Polşa dövlətində zavod üsulu ilə 2003-cü ildə istehsal olunmuş, 9 mm kalibrli PM-98 modelli odlu yivli silah hesab edilən 01 ədəd tapança-pulemyot, zavod üsulu ilə istehsal olunmuş, 9x19 mm kalibrli olmaqla, həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı, döyüş sursatı hesab edilən 40 ədəd patron və zavod üsulu ilə istehsal olunmuş, 9x19 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli PM-98 modelii tapança-pulemyotların komplekt hissəsi hesab edilən 02 ədəd daraq aşkar edilərək götürülmüş, daha sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs3 21 fevral 2024-cü il tarixdə, saat 14:55-də Göygöl rayonu, Toğanalı kəndində yerləşən Göygöl Milli Parkında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilərək həmin gün saat 22:25-dən etibarən yaşadığı ünvan 4 ünvanında keçirilmiş axtarış zamanı yaşayış evinin giriş qapısının üzərində olan saxlanc yerindən Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək qanunsuz olaraq əldə edib, saxlayaraq satış məqsədi ilə daşıyıb gəzdirdikləri və Təqsirləndirilən şəxs3 satdıqları 01 ədəd zavod üsulu ilə Almaniya dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, odlu yivli silah hesab edilən 9 mm kalibrli, SP-0085723 nömrəli, SİG-SAUER SP-2022 modelii tapança, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, 15 ədəd 9x19 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli SİG-SAUER SP-2022 modelii tapançaların komplekt hissəsi hesab edilən daraq və 09 ədəd zavod üsulu ilə xarici dövlətdə 2006-cı ildə istehsal olunmuş, atəş üçün yararlı, döyüş sursatı hesab edilən 9x19 mm kalibrli olmaqla həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş Parabelum patronu aşkar edilərək götürülmüş, daha sonra isə X2 surətdə qardaşı Təqsirləndirilən şəxs3 qanunsuz olaraq əldə etdiyi 01 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1965-ci ildə istehsal olunmuş, 9 mm kalibrli yivli, texniki cəhətdən saz və atəş üçün yararlı, odlu silah hesab edilən PH- 8148 nömrəli, Makarov konstruksiyalı PM modelii silah, keçmiş SSRİ dövlətində istehsal olunmuş, təyinatı üzrə istifadə və atəş üçün yararlı, döyüş sursatı hesab olunan 9x18 mm kalibrli olmaqla Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların 05 ədəd ştat patronları və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadəyə yararlı, 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi hesab edilən darağı 22 fevral 2024-cü il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirməklə təhvil verdiyindən qeyd edilən odlu silah, onun komplekt hissəsi və döyüş sursatlarına həmin gün saat 09:09-dan etibarən videoçəkilişlə baxış keçirilməklə götürülmüşdür. Həmin əməlinə görə Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən naməlum tarixdə və şəraitdə əldə etdiyi qanunsuz olaraq 01 ədəd zavod üsulu ilə Almaniya dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, odlu yivli silah hesab edilən 9 mm kalibrli, SP-0085723 nömrəli, SİG- SAUER SP-2022 modelli tapançanın, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, 15 ədəd 9x19 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli SİG- SAUER SP-2022 modelli tapançaların komplekt hissəsi hesab edilən darağı, 09 ədəd zavod üsulu ilə xarici dövlətdə 2006-cı ildə istehsal olunmuş, atəş üçün yararlı, döyüş sursatı hesab edilən 9x19 mm kalibrli olmaqla həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş Parabelum patronun, 01 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1965-ci ildə istehsal olunmuş, 9 mm kalibrli yivli, texniki cəhətdən saz və atəş üçün yararlı, odlu silah hesab edilən PH-8148 nömrəli, Makarov konstruksiyalı PM modelli silahın, keçmiş SSRİ dövlətində istehsal olunmuş, təyinatı üzrə istifadə və atəş üçün yararlı, döyüş sursatı hesab olunan 9x18 mm kalibrli olmaqla Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların 05 ədəd ştat patronların və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadəyə yararlı, 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi hesab edilən darağın satışını həyata keçirmək üçün 2023-cü ilin dekabr ayının ortalarında Təqsirləndirilən şəxs3 ilə görüşərək həmin odlu silahları, onun komplekt hissələrini və döyüş sursatlarını vahid niyyətlə ona satacaqları barədə razılaşmış, ilkin olaraq 2023-cü ilin dekabr ayının sonlarında Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən Tesla parkının yaxınlığında qanunsuz olaraq 01 ədəd Makarov konstruksiyalı PM modelli silahı, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların 05 ədəd ştat patronlarını və 01 ədəd Makarov konstruksiyalı tapançaların komplekt hissəsi hesab edilən darağı Təqsirləndirilən şəxs3 satmaq məqsədi ilə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 vermiş, sonuncu isə həmin odlu silahı, onun komplekt hissəsini və döyüş sursatlarını əldə edib, saxlayaraq satış məqsədi ilə gəzdirməklə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Tərxun” kafesinə daşımış, qeyd edilən ünvanda və tarixdə Təqsirləndirilən şəxs3la görüşərək vahid niyyətlə satacağı odlu silahlardan, onun komplekt hissələrindən və döyüş sursatlarından olan odlu silah hesab edilən Makarov konstruksiyalı PM modelli silahı, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların 05 ədəd ştat patronlarını və 01 ədəd Makarov konstruksiyalı tapançaların komplekt hissəsi hesab edilən darağı Təqsirləndirilən şəxs3 1000 manata satmış, 2023-cü dekabr ayının sonlarında Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən Tesla parkının yaxınlığında 01 ədəd SİG-SAUER SP-2022 modelli tapançanı, 01 ədəd SİG-SAUER SP-2022 modelli tapançaların komplekt hissəsi hesab edilən darağı və 09 ədəd həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş Parabelum patronunu vahid niyyətlə əhatə olunan qəsdlə Təqsirləndirilən şəxs3 satması üçün Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 vermiş, sonuncu isə həmin odlu silahı, onun komplekt hissəsini və döyüş sursatlarını əldə edib, saxlayaraq satış məqsədi ilə gəzdirməklə Təqsirləndirilən şəxs3 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən nömrəsiz fərdi evin yaxınlığına daşımış, qeyd edilən ünvanda və tarixdə Təqsirləndirilən şəxs3la görüşərək vahid niyyətlə satacağı odlu silahlardan, onun komplekt hissələrindən və döyüş sursatlarından olan 01 ədəd SİG- SAUER SP-2022 modelli tapançanı, 01 ədəd SİG-SAUER SP-2022 modelli tapançaların komplekt hissəsi hesab edilən darağı və 09 ədəd həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş Parabelum patronunu Təqsirləndirilən şəxs3 1700 manata satmış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs3 21 fevral 2024-cü il tarixdə, saat 14:55-də Göygöl rayonu, Toğanalı kəndində yerləşən Göygöl Milli Parkında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilərək həmin gün saat 22:25- dən etibarən yaşadığı ünvan 4 ünvanında keçirilmiş axtarış zamanı yaşayış evinin giriş qapısının üzərində olan saxlanc yerindən Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək qanunsuz olaraq əldə edib, saxlayaraq satış məqsədi ilə daşıyıb gəzdirdikləri və Təqsirləndirilən şəxs3 satdıqları 01 ədəd zavod üsulu ilə Almaniya dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, odlu yivli silah hesab edilən 9 mm kalibrli, SP-0085723 nömrəli, SİG- SAUER SP-2022 modelli tapança, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, 15 ədəd 9x19 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli SİG-SAUER SP-2022 modelli tapançaların komplekt hissəsi hesab edilən daraq və 09 ədəd zavod üsulu ilə xarici dövlətdə 2006-cı ildə istehsal olunmuş, atəş üçün yararlı, döyüş sursatı hesab edilən 9x19 mm kalibrli olmaqla həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş Parabelum patronu aşkar edilərək götürülmüş, daha sonra isə X2 surətdə qardaşı Təqsirləndirilən şəxs3 qanunsuz olaraq əldə etdiyi 01 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1965-ci ildə istehsal olunmuş, 9 mm kalibrli yivli, texniki cəhətdən saz və atəş üçün yararlı, odlu silah hesab edilən PH- 8148 nömrəli, Makarov konstruksiyalı PM modelli silah, keçmiş SSRİ dövlətində istehsal olunmuş, təyinatı üzrə istifadə və atəş üçün yararlı, döyüş sursatı hesab olunan 9x18 mm kalibrli olmaqla Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların 05 ədəd ştat patronları və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadəyə yararlı, 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi hesab edilən darağı 22 fevral 2024-cü il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirməklə təhvil verdiyindən qeyd edilən odlu silah, onun komplekt hissəsi və döyüş sursatlarına həmin gün saat 09:09-dan etibarən videoçəkilişlə baxış keçirilməklə götürülmüşdür. Həmin əməlinə görə Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs3 2023-cü ilin dekabr ayının ortalarında Təqsirləndirilən şəxs2 ilə görüşüb ondan qanunsuz olaraq Makarov konstruksiyalı PM modelli silah və SİG- SAUER SP-2022 modelli tapança, onların komplekt hissələri olan daraqlarını və döyüş sursatları hesab edilən patronlarını almaq barədə razılaşdıqdan sonra 2023-cü ilin dekabr ayının sonlarında Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Tərxun” kafesində bir daha sonuncu ilə görüşərək ondan 1000 (min) manat pul müqabilində 01 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1965-ci ildə istehsal olunmuş, 9 mm kalibrli yivli, texniki cəhətdən saz və atəş üçün yararlı, odlu silah hesab edilən PH-8148 nömrəli, Makarov konstruksiyalı PM modelli silah, keçmiş SSRİ dövlətində istehsal olunmuş, təyinatı üzrə istifadə və atəş üçün yararlı, döyüş sursatı hesab olunan 9x18 mm kalibrli olmaqla Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların 05 ədəd ştat patronları və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadəyə yararlı, 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi hesab edilən darağı alaraq qanunsuz olaraq əldə etdikdən sonra həmin odlu silahı, onun komplekt hissəsini və döyüş sursatlarını üzərində gəzdirməklə yaşadığı ünvan 4 ünvanın yaxınlığındakı yarımtikiliyə daşıyaraq saxlamış, 2023-cü dekabr ayının sonlarında yaşadığı ünvan 4 ünvanın yaxınlığında yenidən Təqsirləndirilən şəxs2 1700 (min yeddi yüz) manat pul müqabilində vahid niyyətlə əhatə olunan qəsdlə 01 ədəd zavod üsulu ilə Almaniya dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, odlu yivli silah hesab edilən 9 mm kalibrli, SP- ******* nömrəli, SİG-SAUER SP-2022 modelli tapança, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, 15 ədəd 9x19 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli SİG- SAUER SP- 2022 modelli tapançaların komplekt hissəsi hesab edilən daraq və 09 ədəd zavod üsulu ilə xarici dövlətdə 2006-cı ildə istehsal olunmuş, atəş üçün yararlı, döyüş sursatı hesab edilən 9x19 mm kalibrli olmaqla həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş Parabelum patronu alaraq qanunsuz olaraq əldə etməklə həmin odlu silahı, onun komplekt hissəsini və döyüş sursatlarını yaşadığı ünvan 4 ünvanına daşıyaraq gəzdirməklə həmin yaşayış evinin giriş qapısının üzərində olan saxlanc yerində saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs3 21 fevral 2024-cü il tarixdə saat 14:55-də Göygöl rayonu, Toğanalı kəndində yerləşən Göygöl Milli Parkında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilməklə 21 fevral 2024-cü il tarixdə, saat 22:25-dən etibarən yaşadığı ünvan 4 ünvanında keçirilmiş axtarış zamanı yaşayış evinin giriş qapısının üzərində olan saxlanc yerindən 01 ədəd zavod üsulu ilə Almaniya dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, odlu yivli silah hesab edilən 9 mm kalibrli, SP-0085723 nömrəli, SİG-SAUER SP-2022 modelli tapança, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, 15 ədəd 9x19 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli SİG-SAUER SP-2022 modelli tapançaların komplekt hissəsi hesab edilən daraq və 09 ədəd zavod üsulu ilə xarici dövlətdə 2006-cı ildə istehsal olunmuş, atəş üçün yararlı, döyüş sursatı hesab edilən 9x19 mm kalibrli olmaqla həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş Parabelum patronu aşkar edilərək götürülmüş, daha sonra X2 surətdə qardaşı Təqsirləndirilən şəxs3 qanunsuz olaraq əldə etdiyi 01 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1965-ci ildə istehsal olunmuş, 9 mm kalibrli yivli, texniki cəhətdən saz və atəş üçün yararlı, odlu silah hesab edilən PH-8148 nömrəli, Makarov konstruksiyalı PM modelli silah, keçmiş SSRİ dövlətində istehsal olunmuş, təyinatı üzrə istifadə və atəş üçün yararlı, döyüş sursatı hesab olunan 9x18 mm kalibrli olmaqla Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların 05 ədəd ştat patronları və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadəyə yararlı, 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi hesab edilən darağı 22 fevral 2024-cü il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirməklə təhvil verdiyindən qeyd edilən odlu silah, onun komplekt hissəsi və döyüş sursatlarına həmin gün saat 09:09-dan etibarən videoçəkilişlə baxış keçirilməklə götürülmüşdür. Həmin əməlinə görə Təqsirləndirilən şəxs3 ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, Məhərrəm ondan 2700 manat borca pul istəmişdir. Pulu 3 aya qaytaracağına söz vermişdir. Pulu qaytarana qədər 2 ədəd silahı saxlamağını bildirmişdir. Həmin silahlar makarov və amerikanka modelli silahlar olmuşdur. Naxçıvana getdiyini silahların onda qalmasını, qayıdanda pulunu qaytarıb silahları götürəcəyini bildirmişdir. Pulu ondan aldıqdan 1 həftə sonra silahları gətirib vermişdir. Silahlardan biri evdə olub, digərini isə Seyid adlı şəxsə girov qoyub 1000 manat pul götürmüşdür. Polis əməkdaşları tərəfindən saxlanıldıqda evdə olan silahı polisə könüllü təhvil vermişdir. Qardaşına demişdir ki, digər silahın yerini müəyyənləşdirib polisə təhvil versin. Qardaşı da silahı verdiyi şəxsə 1000 manat pulu qaytarıb silahı götürmüş və daha sonra polisə təhvil vermişdir. O, Məhərrəmdən silah almamışdır. Özünü qanunsuz olaraq silahı saxlamaqda təqsirli bilir. Səhv etmişdir, buna görə etdiyi əməldən peşmandır. Məhkəmədən səhhətinin, ailə vəziyyətinin nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs3 ibtidai istintaqda verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs3 həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 təxminən 2-3 aydır ki, tanıyır. Belə ki, o, Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində qohumunun qonaqlıq məclisində olarkən Təqsirləndirilən şəxs2 orada onunla eyni məclisdə iştirak etmişdir. Buna görə də onunla tanışlıqları yaranmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 ilə tanışlıq münasibətində olmuş və mobil nömrələrini bir-birinə vermişdir. Bakı şəhərinə gəldikdən sonrada o, Təqsirləndirilən şəxs2 əlindən gələn köməkliyi etmişdir. Təxminən iki ay əvvəl, yəni 2023cü ilin dekabr ayının ortalarında o Təqsirləndirilən şəxs2lə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Tərxun” adlı kafedə görüşmüşdür. Bu vaxt Təqsirləndirilən şəxs2 ona pula ehtiyacı olduğunu əgər istəyirsə yaxın dostunda “Makarov” və “Amerikanka” tipli tapançalar olduğunu lazım olarsa sata biləcəyini bildirmişdir. Onun da silahlara marağı olduğu üçün ondan silahları ala biləcəyini bildirmişdir. Məhərrəm ilə razılaşmışdır ki, hər iki silahı özü üçün alsın. Daha sonra Məhərrəm ona bildirmişdir ki, silahları bir-bir gətirib verəcək. O da Məhərrəmlə razılaşmışdır. O, Məhərrəmdən Makarov tipli tapançanı 1000 manata ala biləcəyini demişdir. Məhərrəm də həmin qiymətə silahı verəcəyini bildirmişdir. 2023-cü ilin dekabr ayının sonlarında Məhərrəm Makarov tipli silahı ona gətirəcəyini bildirdiyindən o Məhərrəmin kart hesabına 1000 manat pul göndərmişdir. Elə həmin gün Təqsirləndirilən şəxs2lə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Tərxun” adlı kafenin kabinetində görüşmüşdür. Məhərrəm gəldikdə o tapançanı belinə keçirmişdir. “Tərxun” adlı kafedə Məhərrəm silahı çıxarmış əvvəlcə özü baxmış, tapançanın daraq hissəsini çıxarıb yerinə taxmışdır. Daraqda 5 ədəd patron var idi. Məhərrəm bundan sonra isə silahı ona vermişdir. O silaha baxarkən onun nömrəsinin “PH8148” olduğunu görmüşdür. Bundan sonra silahı götürüb yaşadığı ünvana gətirmişdir. Lakin yaşadığı ünvanda həmin silahın saxlanılmasını təhlükəli hiss etdiyi üçün onu və içərisində olan patronları yaşadığı evin yaxınlığında olan yarımtikilidə gizlətmişdir. Bu barədə heç kimə bildirməmişdir. Bundan bir müddət sonra 2023-cü ilin dekabr ayının sonlarında Məhərrəm yenidən onunla əlaqə saxlayaraq digər silahı da gətirib ona verəcəyini bildirmişdir. O da əvvəldən həmin silahı almağa razılaşdığı üçün silahı gətirməsini bildirmişdir. Həmin silaha görə Məhərrəm ondan 1700 manat pul istəmişdir. O, silahın Amerikanka olduğunu və 15 patron tutduğunu bildirmişdir. Buna görə də həmin tarixdə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi nömrəsiz fərdi evin yaxınlığında Təqsirləndirilən şəxs2lə görüşmüşdür. Görüşəndən sonra Məhərrəm ona silahı təqdim etmişdir. Tapança qara rəngli dəri qoburda idi. Tapança qara rəng idi. Onun dəstəyinin sağ tərəfində “sigpro”, lüləyində SP0085723 nömrəli olduğu qeyd olunmuşdur. Təqsirləndirilən şəxs2 tapançanın darağını çıxardı daraqda 13 ədəd patron var idi. Məhərrəm tapançanı onun yaşadığı küçənin yuxarısında ona vermiş, o da öz növbəsində 1700 manat pulun 1500 manatını vermiş geridə qalan 200 manatı isə 2-3 günə verəcəyini bildirmişdir. Həmin məbləği 2-3 gün ərzində Məhərrəmin bank kartına göndərmişdir. O tapançaya baxarkən onun hissəsi olan darağın onun üzərində olduğunu, eləcə də daraqda 13 ədəd patron olduğunu görmüşdür. O həmin tapançanı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən evinə aparmışdır. O tapançanı heç kəs görməsin deyə yaşadığı evin mansarında giriş qapısının yuxarısında saxlanc yerində gizlətmişdir. Bu hadisədən sonra Təqsirləndirilən şəxs2 Naxçıvan şəhərinə qayıtmışdır. Onlar bir necə dəfə hal-əhval tutmaq üçün telefonla danışsa da bir daha görüşməmişdir. O silah saxlamağın qanunsuz bir əməl olduğunu və cinayət məsuliyyətinə səbəb olduğunu bilmişdir. Lakin marağı xatirinə onları özü üçün almışdır. Lakin Makarov tipli tapançanı gizlətdiyi yer barədə dostu Seyid adlı şəxsə bildirmişdir. Lakin Seyid adlı şəxsə orada olan əşyanın silah olmasını deməmiş, sadəcə olaraq əmanət gizlətdiyini bildirmişdir. Seyidin anket məlumatlarını bilmir, ancaq onu bilir ki, o 1982-ci il təvəllüdlüdür. Çünki düşünmüşdür ki, başına iş gəlsə bilsin ki, həmin yerdə əmanət var və kimsə axtarsa əmanətin yerini bildirsin. Lakin Seyid adlı şəxsə silahı göstərməmiş və o, silahı görməmişdir. Həmin yarım tikilini Seyid də tanıdığı üçün orada gizlətdiyini bildirmişdir. 21 fevral 2024-cü il tarixdə saat 14:55-də o Göygöl rayonu, Toğanalı kəndində yerləşən Göygöl Milli Parkında olan zaman bir neçə nəfər mülki geyimli şəxs mənə yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edib onun odlu silah, onun komplekt hissəsini və döyüş sursatının qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onlarla birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getməyini xahiş etmişdir. O etiraz etməyib onlarla birlikdə Baş İdarəyə gəlmişdir. Burada ona müdafiəçi təyin edilmişdir. Hüquq və vəzifələri ona izah olunmuş və o şübhəli şəxs qismində tutulmuşdur. O müstəntiq tərəfindən dindirilərkən Təqsirləndirilən şəxs2 aldığı tapançanı yaşadığı evdə giriş qapısının üstündə saxlanc yerində gizlətdiyini bildirmişdir. O evinə polis əməkdaşları tərəfindən axtarış və götürmə keçirilməsinə etirazı olmadığını bildirmişdir. Buna görə də bundan sonra o, müdafiəçi və polis əməkdaşları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Məmmədyarov 4Q ünvanında yerləşən evinə getmişdir. Polis əməkdaşları onların evinin həyət qapısını döydükdə onları atası Cabbarov Orduxan Mehrac oğlu qarşılamış və Orduxan Cabbarovdan onun qohumu olub-olmadığı soruşulduqda, Orduxan Cabbarov onun atası olduğunu bildirmişdir. Polis əməkdaşları atasından onun yaşadığı ünvanda axtarış keçirilməsinə icazə verib vermədiyini soruşduqda atası, onun yaşadığı ünvanda axtarış keçirilməsinə heç bir etirazının olmadığını bildirərək ərizə ilə müraciət etmişdir. Bundan sonra 21 fevral 2024-cü il tarixdə saat 22:25-də axtarış başlamış və videoçəkilişlə aparılmışdır. Atası birinci mərtəbədə anası ilə birlikdə yaşadığını, ikinci mərtəbədə mansarda isə Vüqarın yaşadığını bildirərək onun yaşadığı ünvanda axtarış keçirilməsinə etirazının olmadığını bildirmişdir. O da ikinci mərtəbədə mansarda yaşadığını bildirmişdir. Axtarışa başlamazdan əvvəl ona yaşadığı evdə saxladığı odlu silahı, onun komplekt hissəsi olan darağı və döyüş sursatlarını təqdim etmək təklif edilmişdir. Bundan sonra onun yaşadığı evə daxil olmuşdur. O yaşadığı evə daxil olduqdan sonra evin giriş qapısının üzərindəki taxta materiallı saxlanc yerində olan 01 ədəd qara rəngli dəri qoburda olan tapançanı götürərək təqdim etmişdir. Müstəntiq tapançanı dəri materiallı qoburdan çıxarmış, masanın üzərinə qoymuş və ona baxış keçirmişdir. Tapançanın qara rəngli, dəstəyinin sağ tərəfində “sig pro”, tapançanın lüləyinin sağ tərəfində SP ******* nömrəsi və bir neçə başqa yazı olması müəyyən edilmişdir. Daha sonra müstəntiq onun komplekt hissəsi olan darağı çıxarmış və onun içərisində döyüş sursatı hesab edilən patron olduğu müəyyən edilmişdir. Patrona baxış keçirilən zaman patronların sayının 09 ədəd olması müəyyən edilmişdir. Bundan sonra tapança, onun komplekt hissəsi daraq və döyüş sursatı patron narıncı rəngli sellofan torbaya bükülərək qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. O, şifahi sorğu zamanı yaşadığı ünvanda təhvil verdiyi əşyanın tapança olmasını, silahlara marağı olduğu üçün tapançanın, darağının və güllənin Təqsirləndirilən şəxs2 vasitəsi ilə 1700 manata alaraq yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Məmmədyarov 4Q ünvanında saxladığını, başqa məqsədinin olmadığını, həmin silahdan istifadə etmədiyini bildirmişdir. Bundan sonra onun yaşadığı evə axtarış davam etdirilsə də, odlu silah, onun komplekt hissəsi, döyüş sursatı və ya hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra evin digər hissələrində axtarış keçirilsə də, heçnə götürülməmişdir. Axtarış qurtardıqdan sonra videoçəkiliş dayandırılmışdır. Həmin yerdə protokol tərtib etmək mümkün olmadığından o və digər iştirakçılar birlikdə BMCMİ-yə gəlmişdir. BMCMl-də protokol tərtib edilmiş, ucadan oxunmuş, protokol düzgün tərtib edildiyi üçün o həmin protokolu imzalamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, özünü silahı qanunsuz olaraq saxladığı üçün təqsirli bilir, qabaqcadan əlbir olan bir qrup şəxs halında silahın satışında təqsirli bilmir. Ceyhunla uzaqdan qohumdur. Ceyhun silahlara marağı olduğunu bilirdi. O, Bakıda olanda Ceyhun ona silahı olduğunu istəsə verə biləcəyini demişdir. Onda pul olmadığı üçün o, da 2023-cü ilin noyabr ayında Vüqardan 2700 manat borca pul almışdır. Sonra həmin pulu Ceyhuna verib silahları almışdır. Silahları özündə 1 həftə saxlamışdır. Sonra Naxçıvana gedəsi olmuşdur. Güvəndiyi adam Vüqar olduğu üçün silahları Vüqarın yanında girov qoymuşdur. Dekabr ayında silahları Vüqara verib Naxçıvana getmişdir. Bu işdə Vüqarın heç bir günahı yoxdur. Vüqarın bu işdə iştirakçı olmasına görə özünü günahkar hiss edir. Silahları yalnız marağı olduğu üçün almış, heç kimə satmamışdır. Silahı qanunsuz olaraq əldə edib saxlamağa görə özünü təqsirli bilir. Buna görə əməlindən peşmandır. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs2 ibtidai istintaqda verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs2 həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 2 ildir ki, tanıyır. Belə ki, Təqsirləndirilən şəxs1 həyat yoldaşı onun uzaq qohumudur. O, 2023-cü ilin noyabr ayında Naxçıvan şəhərindən Bakı şəhərinə gəlmişdir. O, Bakıya gəzinti məqsədi ilə gəlmişdir. Bakıda olduğu zaman bir gün Təqsirləndirilən şəxs1 “Whatsapp” mobil tətbiqi vasitəsi ilə ona zəng edərək “Makarov” və “Amerikanka” tipli tapançaların olduğunu istəyəcəyi təqdirdə sata biləcəyini bildirmişdir. O da Təqsirləndirilən şəxs1 ona silah lazım olmadığını tanışlarına bu barədə xəbər verərərək silahı sata biləcəklərini bildirmişdir. Ceyhun ona zəng edən zaman Təqsirləndirilən şəxs3 ilə birlikdə Zabrat qəsəbəsində yerləşən “Tərxun” adlı kafedə olmuşdur. Vüqar adlı tanışını o 2-3 aydır ki tanıyır. Vüqarı o kriminal həyat tərzi keçirən şəxs kimi tanımışdır. Ceyhunla danışdıqdan sonra o Vüqara Ceyhun adlı tanışında “Makarov” və “Amerikanka” tipli silahların olduğunu və ona lazım olduğu təqdirdə ala biləcəklərini bildirmişdir. Vüqar da ona silahları ala biləcəyini bildirmişdir. O da bundan sonra Ceyhuna zəng edərək tanışının silahları almaq istədiyini bildirmişdir. Ceyhun ona danışan zaman o Makarov tipli silahın qiymətinin 900 manat olduğunu bildirmişdir. Ceyhunla aralarında olan razılığa əsasən Vüqardan 1000 manat alacaqdı aldığı 1000 manatdan 100 manat ona qalacaqdı. Bununla da birlikdə qazanc əldə edəcəkdi. Bundan sonra o Vüqara silahın qiymətinin 1000 manat olduğunu bildirmişdir. Vüqar da razılaşaraq silahı almaq istədiyini bildirmişdir. Ceyhunla danışdıqları gün, yəni 2023-cü ilin dekabr ayının sonlarında o Ceyhunla Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən Tesla parkının yaxınlığında görüşmüşdür. Ceyhun onunla görüşə taksi ilə gəlmişdir. Ceyhunla görüşləri zamanı ona Makarov tipli tapançanı belindən çıxarıb təqdim etmişdir. O da silahı götürüb satıb gətirib pulunu verəcəyini Ceyhuna bildirmişdir. Silahı Ceyhundan götürdükdən sonra Vüqarla danışmış və silahı gətirəcəyini bildirmişdir. O Ceyhunla görüşməmişdən əvvəl Vüqar onun kart hesabına 1000 manat pul göndərərək silahı alıb gətirməyini bildirmişdir. O da Ceyhundan silahı aldıqdan sonra Vüqardan aldığı 1000 manat puldan 900 manatını Ceyhuna vermişdir. 100 manatı isə özünə götürmüşdür. Silahı aldıqdan sonra həmin gün o silahı üzərində daşıyaraq taksi ilə Vüqarın yaşadığı Zabrat qəsəbəsinə getmişdir. “Tərxun” adlı kafedə o silahı çıxarmış, bu vaxt silaha baxarkən onun sol tərəfində “PH8148” nömrəsinin yazıldığını görmüşdür. “Tərxun” adlı kafedə Vüqara silahı verdikdən sonra Vüqar çıxıb getmişdir. Vüqarın həmin silahı hara aparmasından kimə verməsindən heç bir məlumatı olmamışdır. Həmçinin hansı məqsədlə həmin silahı almasını da bilmir. Vüqar getdikdən sonra Bakıda qaldığı evə, yəni Bakı şəhəri, Nəsimi rayonuna getmişdir. Vüqara silahı verdikdən bir müddət sonra Ceyhun onunla yenidən əlaqə saxlayaraq adını “Amerikanka” kimi bildiyi tapançanı sata biləcəyini bildirmişdir. Silahın qiymətinin 1600 manat olduğunu bildirmişdir. O da bundan sonra Vüqara bu barədə məlumat vermiş və demişdir ki, silahın 2-cisidə hazırdır, istəyirsənsə həmin silahı da alaq. Vüqar əvvəldən dediyi kimi həmin silahı da almaq üçün gözlədiyini bildirmişdir. Çünki əvvəldən razılaşmışdır ki, Ceyhunda olan hər iki silahı Vüqar özü üçün alacaqdır. Lakin Vüqar silahı Ceyhundan aldığını bilməmişdir. Həmçinin Ceyhun da silahı Vüqara satdığını bilməmişdir. Onlar arasında olan vasitəçi o olmuşdur. O tapançanın qiymətinin 1700 manat olduğunu bildirmişdir. Çünki Ceyhun həmin tapançanı 1600 manata satdığını bildirdiyindən və onun da qazancı olsun deyə həmin silahın 1700 manat olduğunu bildirmişdir. Vüqar da silahı almaq istədiyini bildirmişdir. Vüqar onda 1500 manat olduğunu daha sonra 200 manat verə biləcəyini demişdir. O da bu barədə Ceyhuna demişdir ki, silahı almaq istəyən şəxsin 1500 manat pulu var, qalan 100 manat pulu isə 2-3 gün ərzində verəcək. Ceyhun da heç bir problem olmadığını demişdir. Ceyhunla həmin gün, yəni 2023-cü ilin dekabr ayının sonlarında Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən Tesla parkının yaxınlığında görüşərək o ondan qara dəri qoburda olan silahı almış və oradan uzaqlaşmışdır. Silahı aldıqdan sonra o silahı Vüqarın yaşadığı küçənin yuxarısında, yəni Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi nömrəsiz fərdi evin yaxınlığına gətirərək Vüqara vermişdir. Tapança qara rəngli dəri qoburda idi. Tapança qara rəng idi. Onun dəstəyinin sağ tərəfində “sigpro”, lüləyində SP0085723 nömrəli olduğu qeyd olunmuşdur. O tapançanın darağını çıxarmış daraqda 13 ədəd patron olmuşdur. Bütün bunları gördükdən sonra Vüqar həmin silahı ondan qəbul etmişdir. O silahları Vüqara verən zaman yanlarında heç kim olmamış və silahları ona verməyindən heç kimin məlumatı olmamışdır. Vüqar bir neçə gündən sonra qalan 200 manatı ona vermişdir. O da Vüqardan aldığı 200 manat pulun 100 manatını Ceyhuna vermişdir. Geridə qalan 100 manatı isə özünə götürmüşdür. Bakıda bir müddət qaldıqdan sonra o Naxçıvana geri qayıtmışdır. Təxminən 20 gün bundan əvvəl o Naxçıvanda olduğu zaman Ceyhun ona zəng edərək “Uzi” tipli silah olduğunu bildirmişdir. Silahın qiymətinin 1600 manat olduğunu, həmçinin ondan sonuncu dəfə silahı ondan alana, yəni Vüqara bu barədə məlumat verməyini, istəyəcəyi təqdirdə sonucu dəfə əldə etdiyi silahla dəyişərək “Uzi” tipli silahı ala biləcəyini demişdir. O da Ceyhuna heç kimin silah istəmədiyini və onunla bir daha əlaqə saxlamamağını bildirmişdir. 21 fevral 2024-cü il tarixdə səhər saatlarında o polis əməkdaşları tərəfindən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə dəvət edilmişdir. O da Baş idarəyə getmişdir. Təqsirləndirilən şəxs2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, o silahları Ceyhundan alan zaman ətraflarında başqa şəxslər olmamışdır. Eləcə də o silahı Vüqara verən zaman yanlarında başqa şəxslər olmamışdır. O Vüqarın təxminən 40-45 yaşı olduğunu və Bakı şəhəri, Sabunçu rayonu Zabrat qəsəbəsində yaşadığını bilir. Bundan əlavə onun anket məlumatları barədə heç nə bilmir. Vüqar adlı şəxsdə silah olması, həmçinin Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la birlikdə qanunsuz olaraq odlu silahların dövriyyəsi ilə məşğul olmaqları barədə heç kimin məlumatı yoxdur. Ceyhun Vüqarı tanımamış, yalnız, Məhərrəmin tanışı olduğunu bilmişdir. O Təqsirləndirilən şəxs1 silahı hardan əldə etdiyini bilmir. Ona polis əməkdaşları tərəfindən hər hansı formada təzyiq olmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, özünü ona elan olunmuş ittihamla qətiyyən təqsirli bilmir. Ona verilən ittiham törətdiyi əmələ uyğun deyil. O, Məhərrəmlə qohumdur. Məhərrəmin silahlara marağı olduğunu bilirdi. Məhərrəmə bildirmişdir ki, onda iki dənə silah var, sata bilər. O da razılaşmışdır. Əvvəlcədən ikisinin də qiymətini danışmışlar. 2023-cü ilin noyabr ayında silahı Məhərrəmə verəndə Məhərrəm ona 900 manat pul vermişdir. İkinci silahı ondan təxminən 2 gün sonra vermiş və həmin vaxtda Məhərrəm 1600 manat pul vermişdir. Silahın biri özündə qalmışdır. O, Təqsirləndirilən şəxs3ı tanımır. Onu ilk dəfə burada görmüşdür. Silahları Məhərrəmə satmışdır. Məhərrəm sonra həmin silahlarla nə etmişdir, onun xəbəri yoxdur, buna görə onun məsuliyyətə cəlb olunması doğru deyil. Yazılanların heç biri doğru deyil. Onu saxlayanda ümumiyyətlə üzərində silah olmamışdır. Silah evində olmuşdur. Polislərə silahı evdən götürüb vermişdir. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaqda verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPMnin 327.1.3-cü maddəsinə əsasən onun müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs1 həmin ifadəsində göstərmişdir ki, o, 2019-cu ildən “Bilgah estates” yaşayış kompleksində işləyir, həmin kompleksdə hovuzlara nəzarət edir. 2023-cü ilin dekabr ayının 1-dən həmin işdən çıxmışdır. İşlədiyi müddət ərzində bilmişdir ki, həmin kompleksdə villaların hər birinin giriş qapısı daim açıq olur. Buna görə də həmin villalara rahat daxil olub işləmişdir. Təxminən 2023-cü ilin yay aylarında Sabunçu rayonu, Bilgəh qəsəbəsi, “Bilgəh estates” yaşayış kompleksində yerləşən 86 nömrəli villanın hovuzunu təmizləməyə getmişdir. Həmin villanın hovuzunu təmizlədikdən sonra, sanitar qovşağında əllərini yumaq məqsədilə həmin villanın həyətində yerləşən mühafizəçi otağına daxil olmuşdur. O sanitar qovşağında əllərini yuduqdan sonra dincəlmək üçün 5-10 dəqiqə mühafizəçi otağında oturmaq fikrinə düşmüşdür. Bu zaman yerdə olan qutu diqqətini cəlb etmişdir. Qutunun içərisini açıb baxdıqda orada bir neçə silah olduğunu görmüşdür. O qutunun içindəki silahları çıxarıb baxdıqda orada 01 ədəd “Makarov”, 01 “Sig sauger”, 01 ədəd suvenirə bənzər kiçik tapança, 01 ədəd “PM 98” markalı tapança-pulemyot, 1 qutu və təxminən 7-8 ədəd 8,68 çaplı snayper gülləsi olduğunu görmüşdür. Onun silahlara həvəsi olduğundan silahları tanıyır və buna görə də 01 ədəd “Makarov”, 01 “Sig sauger”, 01 ədəd “PM 98” markalı tapança-pulemyotu götürmək istəmişdir. Lakin qapıda mühafizəçi olduğundan və “Bilgah estates” yaşayış kompleksinə daxil olduqda və çıxdıqda üzərini yoxladığından rahat çıxara bilməyəcəyini bilmişdir. Buna görə də o Sabunçu rayonu, Bilgəh qəsəbəsi, “Bilgəh estates” yaşayış kompleksində yerləşən 32 nömrəli villanın sahibsiz olduğunu bildiyindən silahları həmin villanın hovuzunun deposunda gizlətmək fikrinə düşmüşdür. O, “Makarov” tipli tapançanı əynində olan boz rəngli gödəkçəsinin sağ cibinə, “sig saugen” markalı tapançanı şalvarının belinə, “PM 98” markalı tapança-pulemyotu isə gödəkçəsinin altından qolu ilə bədəninin arasına qoymuş və sıxıb saxlamışdır. Bu vəziyyətdə gətirib 32 nömrəli villanın hovuzunun deposunda gizlətmişdir. 01 ədəd suvenirə bənzər kiçik tapança və snayper güllələri isə orada qalmışdır. Elə həmin gün o “Makarov” tipli tapançanı nahar üçün gətirdiyi çörəyin arasında gizlədərək yaşayış kompleksindən çıxarmışdır. Mühafizəçi çantasına baxarkən içində çörək olduğunu görüb heçnə deməmişdir. O götürdüyü silahı ünvan 8 ünvanında yerləşən yaşadığı evə gətirib, yataq otağında yatağının altında boz rəngli çantanın içərisində gizlətmişdir. Həmin günün sabahı o yenidən “Bilgəh estates” yaşayış kompleksinə getmişdir. Buradakı villalarda yaşayan insanlar artıq qalan çörəklərini evlərinin qabağından asır. Onlar da ehtiyac olduqda götürür. O həmin çörəklərdən birini götürüb 32 nömrəli villanın hovuzunun deposunda gizlətdiyi “Sig saugen” markalı tapançanı çörəyin arasına qoyub eyni qayda ilə yaşadığı ünvana gətirib yatağının altındakı boz çantada gizlətmişdir. “PM 98” markalı tapança nisbətən böyük olduğundan onu çörəyin arasında gizlətmək mümkün deyildi. Buna görə də o bir həftə gözləmişdir. Çünki təxminən bir həftə sonra o iş vaxtı geyindiyi çirkli paltarları yuyulması üçün evə aparmalı idi. Təxminən bir həftə sonra o 32 nömrəli villanın hovuzunun deposunda “PM 98“ markalı silahı çirkli paltarlarına büküb çantasına qoymuş və heç kəsin xəbəri olmadan yaşadığı ünvana gətirib digər tapançaların yanında gizlətmişdir. O bu silahları yalnız çıxarıb baxıb, təmizləyib sonra yenidən çantaya qoymuşdur. O 2023-cü ilin dekabr ayında Təqsirləndirilən şəxs2 adlı dostu ilə silahlar barədə “whatsapp” ani mesajlaşma proqramında zəng vasitəsilə söhbət etmişdir. Təqsirləndirilən şəxs2 ilə silahlar barədə danışdıqdan sonra Məhərrəmdə də həvəs oyanmış və Məhərrəm bu silahları ondan alaraq satmaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 özündə olan silahların hər biri barədə məlumat vermişdir. Lakin həmin silahlardan ikisini satacağını Məhərrəmə bildirmişdir. Məhərrəm isə həmin silahları satmağa adam tapacağını demişdir. Bundan sonra Məhərrəm danışaraq silahlara adam tapdığını bildirmişdir. Lakin o silahları bir bir Məhərrəmə verməli idi ki, satıb pulunu gətirsin. Bununla da Məhərrəm ilə birlikdə silahların satışını həyata keçirməli idi. Məhərrəmin də bu işdə qazancı var idi. Razılaşmalarına əsasən Məhərrəm ilə birlikdə onun vasitəsi ilə Makarov tipli tapançanı 900 manata, Amerikanka tipli silahı 1600 manata satacaqdı. Lakin Məhərrəm silahı tanışa satacağını bildirsə də, ad olaraq kimə satacağını deməmişdir. Onlar razılaşmışdır ki, o “makarov” tipli tapançaya görə 900 manat ödəsin. O evdə “Makarov” tipli tapançaya baxarkən onun nömrəsinin “PH8148” olduğunu görmüşdür. O bu silahla başqa bir cinayət törədilib-törədilmədiyini bilmədiyi üçün onun nömrəsini əzbərləmişdir. O həmin günün sabahı yəni, 2023-cü dekabr ayının sonlarında Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən Tesla parkının yaxınlığında Təqsirləndirilən şəxs2 ilə görüşüb həmin yerdə “makarov” tipli tapançanı 900 manat qarşılığında Təqsirləndirilən şəxs2 vermişdir. O silahı Məhərrəmə verdikdən sonra o, tanışından silaha görə 1000 manat aldığını bildirərək həmin pulun 900 manatını ona vermişdir. 100 manat isə özünün qazancı kimi hesablamışdır. O pulu aldıqdan sonra silahı Məhərrəmə vermişdir. Bundan sonra Məhərrəm 2-ci silahı nə vaxt verəcəyini soruşanda o Məhərrəmə bildirmişdir ki, təxminən 1 həftə sonra gətirib silahı sənə verəcəyəm. Heç bir həftə olmazdı Məhərrəmlə əlaqə saxlamışdır. 2023-cü ilin dekabr ayının sonları idi. Təqsirləndirilən şəxs2 zəng edib adını “Amerikanka” kimi bildiyi tapançanı satmaq istədiyini bildirmişdir. Məhərrəm də biraz sonra onunla danışaraq silahı gətirməyini bildirmişdir. Onlar yenə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən Tesla parkının yaxınlığında görüşmüş, o həmin silahı qara rəngli qoburda aparıb Məhərrəmə vermişdir. Silahın üzərində daraq var idi. Darağın içərisində isə 13 ədəd patron olmuşdur. Razılaşmalarına əsasən həmin silah üçün 1600 manat pulu gətirib ona verməli idi. Qalan üzərinə nə məbləğ qoysa Məhərrəmin olmalı idi. Məhərrəm də silahı, darağı və patronları götürüb getmiş və bir müddət sonra qayıdaraq 1500 manat pulu ona gətirib vermiş, yerdə qalan 100 manatı isə 2-3 gün müddətinə verəcəyini bildirmişdir. Məhərrəm dediyi kimi vaxtında 100 manat pulu da vermişdir. 15 fevral 2024-cü il tarixdə o, “PM 98” markalı tapança-pulemyotun evdə qalmasından narahat olduğu üçün yerini dəyişmək istəmişdir. Buna görə də həmin tapança-pulemyotu boz çantasına qoyub evdən çıxmışdır. Təxminən saat 22:00 radələrində Bakı şəhəri, Xəzər rayonu rayonu, Binə qəsəbəsində yerləşən “Verona Palace” şadlıq sarayının yaxınlığında olduğu zaman ona 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirərək ondan anket məlumatlarını soruşmuşdur. O özünü təqdim etdikdən sonra polis əməkdaşları onun qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etməyi və saxlamağı barədə bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişdir. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişdir. O buna etiraz etməyib həmin polis əməkdaşları ilə birlikdə həmin Polis idarəsinə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmişdir və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra video çəkilişdən istifadə edilməklə onun üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən öncə ona üzərində qanunsuz əşya və ya predmet, eyni zamanda odlu silah və döyüş sursatı varsa könüllü olaraq təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra o çiynindən asılmış 01 ədəd boz rəngli çantanı masanın üzərinə qoyaraq həmin çantanın içərisində 1 ədəd odlu silahın, 02 ədəd darağın və 40 ədəd patronun olduğunu bildirmişdir. Həmin çantaya baxış zamanı çantanın böyük cibindən 01 ədəd qatlanan qundaqlı, qara rəngli pulemyot-tapança tipli odlu silah, 02 ədəd sandıqça və 01 ədəd şəffaf selofanın içərisində 40 ədəd patrona olması müəyyən edilmişdir. Çantanın digər ciblərində isə heç bir əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı həmin 01 ədəd pulemyottapança tipli odlu silahı, 02 ədəd sandıqçanı və 40 ədəd patronu 2022-ci ilin iyul ayında Bakı şəhəri, Xəzər rayonu, Bilgəh qəsəbəsində dənizkənarı ərazidə gəzən zaman təsadüfən tapdığını, şəxsi marağı olduğu üçün götürüb saxladığını, həmin əşyaların onda olması barədə heç kimin məlumatının olmadığını, lakin heç bir zaman istifadə etmədiyini, heç kimə satmaq və ya hədiyyə etmək niyyətinin olmadığını, xx.xx.2024-cü il tarixdə həmin əşyaların yerini dəyişdirib gizlətmək məqsədilə çantaya qoyub üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra o əynində olan bozumtul rəngli cins şalvarın sağ yan cibindən içərində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olan 01 ədəd “İnfiniks" markalı mobil telefonu masanın üzərinə qoymaqla təqdim etmişdir. 01 ədəd qatlanan qundaqlı, qara rəngli pulemyot-tapança tipli odlu silah, 02 ədəd sandıqça və 01 ədəd şəffaf sellofanın içərisində 40 ədəd patron aşkar edildiyi çantanın içərisinə qoyulmuş, üzərinə qara rəngli sellofan torba keçirilərək yapışqan lentlə bağlanaraq qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra üstündə şəxsi axtarış keçirilmiş və heç bir əşya və predmet aşkar edilməmişdir. Təqdim etdiyi içərisində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri olan 01 ədəd “infiniks” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən polis əməkdaşları tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, silahları Məhərrəmə verməyindən heç kəsin xəbəri olmamışdır, çünki o silahları Məhərrəmə verən zaman yanlarında heç kəs olmamışdır və o bu barədə heç kəsə danışmamışdır. Təqsirləndirilən şəxs2 Naxçıvan Muxtar Respublikasında yaşayır, təxminən 25 yaşlarındadır, yaxşı tanıyır, həyat yoldaşının uzaq qohumudur. Digər anket məlumatlarını və mobil nömrəsini bilmir. Bir sözlə Məhərrəm ilə əlbir olub həmin silahları sataraq qazanc əldə etmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 qeyd edilən əməli törətməkdə təqsirliliyi aşağıdakı sübutlarla təsdiq olunur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili X10 ifadəsində bildirmişdir ki, 15 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 qanunsuz olaraq odlu silah və döyüş sursatlarını əldə edib saxlaması və daşımaqla üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə BMCMİ-nin rəhbərliyinə raportla məruzə etmişdir, icazə verildikdən sonra həmin şəxsin ətrafında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul etmiş və həmin qərar rəhbərlik tərəfindən təsdiq edilmişdir. Daha sonra həmin məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs1 olduğu yer müəyyən edildiyindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.lsazadə küçəsində yerləşən “Verona Palace” şadlıq sarayının yaxınlığına gəlmişdir. Təqsirləndirilən şəxs1 oxşar şəxsin qeyd edilən ünvanın yaxınlığında olduğunu görüb 15 fevral 2024-cü il tarixdə saat 22:10-da həmin şəxsə yaxınlaşmışdır. Özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və ondan anket məlumatlarını bildirməsini xahiş etmişdir. Həmin şəxs özünü Təqsirləndirilən şəxs1 kimi təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 qanunsuz olaraq odlu silah və döyüş sursatlarını əldə edib saxlaması və daşımaqla üzərində gəzdirməsi barədə məlumat daxil olduğunu və buna görə də onlarla birlikdə Baş idarəyə getmək lazım olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 isə etiraz etmədən razılaşıb onlarla birlikdə Baş idarəyə gəlmişdir. Baş İdarədə Təqsirləndirilən şəxs1 müdafiəçilərin siyahısı təqdim edilmişdir. Müdafiəçi gəldikdən sonra Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuş, üzərində videoçəkilişlə şəxsi axtarış başlamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edilmiş, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 çiynindən asılmış 01 ədəd boz rəngli çantanı masanın üzərinə qoyaraq həmin çantanın içərisində 01 ədəd odlu silahın, 02 ədəd sandıqçanın və 40 ədəd patronun olduğunu bildirmişdir. Həmin çantaya baxış zamanı çantanın böyük cibindən 01 ədəd üzərində “PM98”, “2003” yazıları yazılmış, FS 3277 seriya nömrəli, qatlanan qundaqlı, qara rəngli pulemyot-tapança tipli odlu silaha oxşar dəmir predmetin, 02 ədəd qara rəngli sandıqça tipli dəmir predmetin və 01 ədəd şəffaf selofanın içərisində 40 ədəd arxa hissəsində “9mm”, “LUGER” və s. yazıları yazılmış patrona oxşar dəmir predmetin olması müəyyən edilmişdir. Çantanın digər ciblərində isə heç bir əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin 01 ədəd pulemyot-tapança tipli odlu silaha bənzər dəmir predmeti, 02 ədəd sandıqçaya bənzər dəmir predmeti və 40 ədəd patrona bənzər dəmir predmeti 2020-ci ilin iyul ayında Bakı şəhəri, Xəzər rayonu, Bilgəh qəsəbəsində dənizkənarı ərazidə gəzən zaman təsadüfən tapdığını, şəxsi marağı olduğu üçün oradan götürüb saxladığını, həmin əşyaların onda olması barədə heç kimin məlumatının olmadığını, heç bir zaman istifadə etmədiyini, heç kimə satmaq və ya hədiyyə etmək niyyətinin olmadığını bildirmişdir.. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili X8, şahid X5 ifadəsinə oxşar məzmunda ifadə vermişdir. Təqsirləndirilən şəxs3 qardaşı X9 məhkəmə iclasında ifadə verməkdən imtina etmişdir. X9 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 onun doğma qardaşıdır, onunla münasibətləri yaxşıdır, heç bir düşmənçilik və ya ədavəti yoxdur. 21 fevral 2024-cü il tarixdə atası Orduxan Cabbarov ilə əlaqə saxlayan zaman o, yaşadığı ünvan 4 ünvanında polis əməkdaşlarının axtarış apardıqlarını bildirmişdir. O da bundan sonra atasının yaşadığı həmin ünvana gəlmişdir. Atası Vüqar ilə söhbət edən zaman ona Təqsirləndirilən şəxs3 yaşadıqları ünvana polis əməkdaşları ilə birlikdə gəldiyini, polis əməkdaşlarına yaşadıqları evdə axtarış keçirilməsinə etirazının olmadığını bildirmiş, buna görə də polis əməkdaşları Təqsirləndirilən şəxs3 yaşadığı hissədə axtarış aparmışdır. Axtarış zamanı atası Orduxan onun gözləri qarşısında axtarış aparıldığını və axtarış zamanı Təqsirləndirilən şəxs3 yaşadığı hissədə giriş qapısının üzərində olan saxlanc yerində saxladığı bir ədəd tapançanı götürərək polis əməkdaşlarına təqdim etdiyini bildirmişdir. Lakin atasının sözlərindən başa düşmüşdür ki, Təqsirləndirilən şəxs3 başqa da silahı olmuş, lakin silah evdə olmadığı üçün polis əməkdaşları tərəfindən götürülməmişdir. O da bundan sonra Vüqarın dostu olan Hüseyn adlı şəxs ilə əlaqə saxlayaraq Vüqarın polis əməkdaşları tərəfindən saxlanıldığını, Vüqarın son zamanlar yaxın münasibətdə olduğu şəxslərin kimlər olmasını soruşaraq Vüqarın bir silahının onun hansısa tanışında olmasını deyib həmin silahın təhvil verilməsini bildirmişdir. Hüseyn adlı şəxs isə Vüqarın yaxın münasibətdə olduğu şəxslərlə danışacağını bildirmişdir. Hüseyn adlı şəxs biraz sonra zəng edərək silahın birinin yerini “Seyid” adlı şəxsin bildiyini bildirmişdir. Hüseyn onunla əlaqə saxlayaraq onu yaşadığı ünvandan götürməyini bildirmişdir. O da buna görə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsinə gedib oradan Hüseyni götürmüşdür. Bundan sonra Hüseyn adlı şəxs ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Anaşkin küçəsi 4 ünvanına gəlmişdir. 22 fevral 2024-cü il tarixdə saat 02 radələrində həmin ünvanda bir nömrəsini və markasını xatırlamadığı avtomobil dayanaraq bir ədəd sellofanı Hüseynə təqdim etmiş və oradan uzaqlaşmışdır. Həmin avtomobilin sürücüsünün adı Muraddır. Murad adlı şəxsin anket məlumatlarını bilmir. Bir ədəd sellofanda olan tapançanı götürdükdən sonra BMCMl-yə gəlmək üçün yola düşmüşdür. Lakin yolda Hüseynin vəziyyəti ağırlaşdığı üçün onu evinə qaytarmışdır. Çünki o ağır şəkər xəstəsidir. Hüseynin vəziyyəti pisləşdiyi üçün o bir ədəd sellofanda olan tapança dediyi silahı ona vermişdir. O da həmin bir ədəd sellofanı götürmüşdür, ilk öncə həmin sellofanı BMCMİ-yə gətirmək istəsə də, artıq saatın çox gec olduğunu görmüşdür. Artıq orada heç kim olmayacağını düşünmüşdür. Buna görə də həmin bir ədəd sellofanda olan tapançanı götürüb yaşadığı evə aparmışdır. 22 fevral 2024-cü il tarixdə BMCMİ-nin qarşısına gəlmiş və saat 09 radələrində onu müstəntiq qarşılamışdır. O müstəntiqə könüllü surətdə Hüseyn adlı şəxs ilə birlikdə Murad adlı şəxsdən götürdüyü tapançanı təqdim etmək istədiyini bildirmişdir. Lakin Hüseyn adlı şəxsin vəziyyəti ağır olduğu üçün gələ bilmədiyini bildirmişdir. Bundan sonra onun hüquq və vəzifələri izah olunmuşdur. BMCMl-də otaqda videoçəkilişlə baxış və götürmə aparılacağı bildirilmişdir. 22 fevral 2024-cü il tarixdə saat 09:09-dan etibarən videoçəkilişlə baxış başlanmışdır. Videoçəkiliş zamanı müstəntiq gətirdiyi tapançanı könüllü surətdə təqdim etməyini təklif etmişdir. O da bundan sonra bir ədəd sellofanda masanın üzərinə qoymuşdur. Müstəntiq tərəfindən bir ədəd sellofanın içərisinə baxış keçirilən zaman sellofandan bir ədəd qobur, qoburun içərisində tapança və bir ədəd içərisində güllələr olan daraq aşkar edilmişdir. Silahın üzərində PH 8148 sözləri və rəqəmləri yazılmışdır. O Hüseyn adlı şəxsdən silahı götürəndən sorna həmin silaha açıb baxmamışdır. Müstəntiq açıb baxanda o, həmin silahı görmüşdür. Bundan sonra həmin tapança, daraq və 05 ədəd güllə qobura qoyularaq bir ədəd kağız zərfdə qablaşdırılaraq üzəri möhürlənmiş və götürülmüşdür. Verilən suallara cavab olaraq bildirmişdir ki, 21 fevral 2024-cü il tarixdə atası ilə əlaqə saxlayan zaman o, yaşadığı ünvanda polis əməkdaşlarının axtarış apardıqlarını, qardaşı Təqsirləndirilən şəxs3 yaşadığı evdə silahın aşkar edildiyini, Vüqarın əlavə bir silahının olmasının, buna görə də Hüseyn adlı şəxslə əlaqə saxladığını, Hüseyn adlı şəxs Təqsirləndirilən şəxs3 gizlətdiyi silahının yerini Seyid adlı şəxsin bilməsini və həmin 01 ədəd tapançanı Murad adlı şəxsin gətirib Hüseynə verəcəyini, Hüseyn isə bu barədə ona bildirdiyini, Hüseyn ilə birlikdə gedib həmin silahı 22 fevral 2024-cü il tarixdə saat 02 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Anaşkin küçəsi 4 ünvanından götürdüklərini, lakin Hüseynin vəziyyəti yaxşı olmadığı üçün gələ bilmədiyini, buna görə də həmin gün saat 08:30 radələrində BMCMl-yə gələrək silahı təhvil vermək istədiyini bildirmişdir. Bundan sonra baxış və götürmə qurtarmış, protokol tərtib edilmiş, ucadan oxunmuş və həmin protokol düzgün tərtib edildiyi üçün imzalamışdır İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq odlu silah və onun komplekt hissəsini əldə etməsi, gəzdirməsi, daşımaqla üzərində saxlaması faktına görə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. - Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə saat 22:10 dəqiqədə AR CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - şəxsi axtarış və götürmə aparılması haqqında 16 fevral 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə AR DİN BMCMİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı tərəfindən xidməti otaqların birində şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs1 üzərinə videoçəkilişdən istifadə edilməklə AR DİN BMCMİ-nin əməliyyat müvəkkillərinin, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxsin, onun müdafiəçisinin iştirakı ilə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs1 barəsində şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silahı, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 çiynindən asılmış 01 ədəd boz rəngli çantanı masanın üzərinə qoyaraq həmin çantanın içərisindən 01 ədəd odlu silahın, 02 ədəd sandıqçanın və 40 ədəd patronun olduğunu bildirdi. Həmin çantaya baxış zamanı çantanın böyük cibindən 01 ədəd üzərində “PM98”, “2003” yazılmış, FS 3277 seriya nömrəli, qatlanan qundaqlı, qara rəngli pulemyot-tapança tipli odlu silaha oxşar dəmir predmetin, 02 ədəd qara rəngli sandıqça tipli dəmir predmetin və 1 ədəd şəffaf selofanın içərisində 40 ədəd arxa hissəsində “9mm”, “LUGER”, “G.F.L” yazıları yazılmış patrona oxşar dəmir predmetin olması müəyyən edildi. Çantanın digər ciblərində isə heç bir əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin 01 ədəd pulemyot-tapança tipli odlu silaha bənzər dəmir predmeti, 02 ədəd sandıqçaya bənzər dəmir predmeti və 40 ədəd patrona bənzər dəmir predmeti 2020-ci ilin iyul ayında Bakı şəhəri, Xəzər rayonu, Bilgəh qəsəbəsində dənizkənarı ərazidə gəzən zaman təsadüfən tapdığını, şəxsi marağı olduğu üçün oradan götürüb saxladığını, həmin əşyaların onda olması barədə heç kimin məlumatının olmadığını, heç bir zaman istifadə etmədiyini, heç kimə satmaq və ya hədiyyə etmək niyyətinin olmadığını, xx.xx.2024-cü il tarixdə çantasından aşkar edilmiş olan 01 ədəd pulemyot-tapança tipli odlu silaha bənzər dəmir predmetin, 02 ədəd sandıqçaya bənzər dəmir predmetin və 40 ədəd patrona bənzər dəmir predmetin yerini dəyişdirib gizlətmək məqsədilə çantaya qoyub üzərində gəzdirdiyini bildirmişdir. Qeyd edilən predmetlər aşkar edildiyi çantanın içərisinə qoyuldu, üzərinə qara rəngli sellofan torba keçirilərək yapışqan lentlə bağlanaraq qablaşdırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı “Sony” markalı videokameradan istifadə edilməklə videoçəkiliş aparılmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 24/354 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd FS 3277 nömrəli silah zavod üsulu ilə Polşa dövlətində 2003-cü ildə istehsal olunmuş, 9 mm kalibrli, PM-98 modelli tapança-pulemyotdur, odlu yivli silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 40 patron zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 9x19 mm kalibrli olmaqla, həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatlarıdır və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 02 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 9x19 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli PM-98 modelli tapança-pulemyotların komplekt hissəsidir-darağlarıdır, texniki cəhətdən sazdırlar və təyinatı üzrə istifadə üçün yararlıdırlar. - Təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. - maddi sübut kimi tanıma haqqında 17 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş 01 ədəd FS 3277 nömrəli silah zavod üsulu ilə Polşa dövlətində 2003-cü ildə istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, odlu, yivli, 9 mm kalibrli, PM-98 modelli tapança-pulemyot, zavod üsulu ilə istehsal olunmuş 9x19 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli PM-98 modelli tapança pulemyotların komplekt hissəsi olan 02 ədəd daraq, eksperimental atəş zamanı istifadə edildikdən sonra qalıq qalan zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 9x19 mm kalibrli olmaqla, həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı olan 37 ədəd patron öz xususiyyətinə, əlamətlərinə və cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyinə görə maddi sübut kimi tanınmış və saxlanması üçün DİN-nin BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. - Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməllər AR CM-nin 228.1-ci maddəsindən həmin Məcəllənin 228.1 və 228.2.1-ci maddələrinə tövsif edilmişdir. - Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə saat 09:30-da AR CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2024-cü il tarixdə saat 14:55-də AR CM-nin 228.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - Axtarış və götürülmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə AR DİN BMCMİ-nin İstintaq İdarəsinin baş müstəntiqi X3 tərəfindən Təqsirləndirilən şəxs3 yaşadığı Sabunçu rayonu, Zabrat qəsəbəsi, Məmmədyarov 4Q ünvanında videoçəkilişdən istifadə edilməklə AR DİN BMCMİ-nin əməliyyat müvəkkillərinin, şübhəli şəxsin, onun müdafiəçisinin iştirakı ilə axtarış və götürmə aparılmışdır. Axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs3 yaşadığı evdə saxladığı odlu silahı, onun komplekt hissəsi olan darağı və döyüş sursatlarını təqdim etmək təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs3 yaşadığı evə ağ rəngli plastik qapıdan daxil olmuşlar. Təqsirləndirilən şəxs3 evə daxil olduqdan sonra evin giriş qapısının üzərindəki taxta materiallı saxlanc yerində olan 01 ədəd qara rəngli qoburda olan tapançaya bənzər predmeti götürərək təqdim etmişdir. Həmin predmet dəri materiallı qoburdan çıxarılmış, masanın üzərinə qoyulmuş və ona baxış keçirilmişdir. Tapançaya bənzər predmetin qara rəngli, dəstəyinin sağ tərəfində “sig pro”, tapançaya bənzər predmetin lüləyinin sağ tərəfində “SİGARMS İNC, EXETER-NH, SP ******* 9mm para”, lüləyin sol tərəfində “SİG SAUER SP 2022, FRAME MADE İN GERMANY” yazıları olması müəyyən edilmişdir. Onun komplekt hissəsi olan darağa bənzər predmet çıxarılmış və onun içərisində döyüş sursatı hesab edilən patrona bənzər predmetlər olduğu müəyyən edilmişdir. Patrona bənzər predmetlərə baxış keçirilən zaman patronların sayının 9 ədəd olması müəyyən edilmişdir. Bundan sonra tapançaya bənzər predmet, onun komplekt hissəsi olan darağa bənzər predmet və döyüş sursatı patrona bənzər predmetlər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd narıncı rəngli sellofan torbaya bükülərək qablaşdırılıb AR DİN-nin Zərflər üçün 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs3 şifahi sorğu zamanı yaşadığı ünvanda təhvil verdiyi əşyanın tapança olmasını, silahlara marağı olduğu üçün tapançanın, darağının və güllənin Təqsirləndirilən şəxs2 vasitəsilə 1700 manata alaraq yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Məmmədyarov 4Q ünvanında saxladığını, başqa məqsədinin olmadığını, gəmin silahda istifadə etmədiyini bildirmişdir. Baxış keçirilməsi zamanı “Sony” markalı videokameradan istifadə edilməklə videoçəkiliş aparılmışdır. - Maddi sübutu könüllü təqdim etmə, götürmə və baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, 22 fevral 2024-cü il tarixdə İlqar Cabbarov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gələrək könüllü surətdə özü ilə gətirdiyi tapançanı təqdim etmək istədiyini bildirmişdir. Buna görə də 22 fevral 2024-cü il tarixdə saat 09:09-dan etibarən videoçəkilişlə baxış və götürmə istintaqı hərəkəti aparılmağa başlanılmışdır. Videoçəkiliş BMCMİ-nin İstintaq İdarəsinin müstəntiqi, istintaq qrupunun rəhbəri, polis leytenantı Məhəmməd Məmmədli tərəfindən aparılmışdır. İlqar Cabbarova gətirdiyi predmetləri təqdim etmək təklif edilmişdir. Bundan sonra o, sağ əlində saxladığı 1 ədəd sellofanı gətirirək masanın üzərinə qoymuş, bundan sonra həmin sellofana baxış keçirilmişdir. Sellofanın içərisində bir ədəd qəhvəyi rəngli qoburda predmet aşkar edilmişdir. Həmin qoburun içərisinə baxdıqda isə bir ədəd tapança tipli predmet, bir ədəd darağa bənzər predmet və həmin darağa bənzər predmetin içərisində olan 05 ədəd patrona bənzər predmet aşkar edilmişdir. Tapança tipli predmetin lüləyi qara rəngli, dəstəyi isə qəhvəyi rənglidir. Lüləyinin sol tərəfində PH 8148, qoruyucunun üzərində 8148, dəstəyinin üzərində PH 8148 və 1965 sözləri və rəqəmləri yazılmışdır, Odur ki, həmin tapançaya, darağa və patrona bənzər predmetlər əhəmiyyət kəsb etdiyindən İlqar Cabbarovdan götürülərək qablaşdırılmışdır. Həmin qablaşdırmanın üzəri iştirakçılar tərəfindən imza edilmiş və ballistik ekspertiza tədqiqatına təqdim edilməsi üçün götürülmüşdü. İlqar Cabbarov verilən suallara cavab olaraq bildirmişdir ki, 21 fevral 2024cü il tarixdə atası Orduxan Cabbarov ilə əlaqə saxyalan zaman polis əməkdaşlarının evə gələrək axtarış apardıqlarını, axtarış zamanı Təqsirləndirilən şəxs3 evdə saxladığı silahı polisə təqdim etdiyini, bundan sonra atasının yaşadığı ünvana gəldiyini, atasının sözündən Təqsirləndirilən şəxs3 əlavə bir silahının olduğunu başa düşdüyünü, bundan sonra Vüqarın Hüseyn adlı dostu ilə əlaqə saxladığını və olanları ona bildirdiyini, Hüseyn adlı şəxsin bir az sonra zəng edəcəyini dediyini, biraz sonra Hüseyn adlı əxsin zəng edərək Vüqarın silahının yerini Seyid adlı şəxsin bildiyini, Hüseyn adlı şəxsi gedib yaşadığı ünvandan götürərək, ünvan 10də Murad adlı taksi sürücüsünün bir ədəd sellofanı gətirib Hüseynə verib getdiyini, lakin bundan sonra Hüseynin vəziyyətinin pisləşdiyini, Hüseyni evlərinə apardığını, silahı götürüb özü yaşadığı evə gətirdiyini və 22 fevral 2024-cü il tarixdə saat 08:30-dan etibarən BMCMİ-nin qarşısına gələrək silahı könüllü surətdə təqdim etmək istdəyini bildirmişdir. Baxış keçirilməsi zamanı “Sony” markalı videokameradan istifadə edilməklə videoçəkiliş aparılmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 24/413 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd SP-0085723 №-li silah zavod üsulu ilə Almaniya dövlətində istehsal olunmuş 9 mm kalibrli, SİG-SAUER SP-2022 modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın təyinatı hər hansı bir dəyişiklərə məruz qalmamışdır. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 15 ədəd 9x19 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli SİG- SAUER SP-2022 modelli tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 09 ədəd patronlar zavod üsulu ilə xarici dövlətdə 2006-cı ildə istehsal olunmuş 9x19 mm kalibrli olmaqla, həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş Parabelum patronlarıdır, döyüş sursatıdır və atəş üçün yararlıdırlar. -Təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 AR CM-nin 228.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. -Təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 AR CM-nin 228.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Maddi sübut kimi tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə əhəmiyyət kəsb etdiyinə görə Təqsirləndirilən şəxs3 ünvan 11 ünvanında yerləşən yaşadığı mənzilə axtarış keçirilən zaman aşkar olunaraq götürülmüş 01 ədəd zavod üsulu ilə Almaniya dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, odlu yivli silah hesab edilən 9 mm kalibrli, SP-0085723 nömrəli, SİG- SAUER SP-2022 modelli tapança, 01 ədəd istifadə üçün yararlı, 15 ədəd 9x19 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli SİG-SAUER SP-2022 modelli tapançaların komplekt hissəsi hesab edilən daraq və 06 ədəd qalıq qalmış zavod üsulu ilə xarici dövlətdə 2006-cı ildə istehsal olunmuş, atəş üçün yararlı döyüş sursatı hesab edilən 9x19 mm kalibrli olmaqla həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş Parabelum patron və X1 təqdim etdiyi 01 ədəd PH-8148 №-li silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1965-ci ildə istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapança, 02 ədəd qalıq qalmış zavod üsulu ilə keçmiş SSRİ də istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların patronu və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ə d ə d 9 x 1 8 m m kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan, döyüş sursatı hesab edilməyən, texniki cəhətdən saz olan daraq öz xüsusiyyətinə, əlamətlərinə və cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyinə görə maddi sübut kimi tanınmış və saxlanılması üçün DİN-in BMCMİ-in maddi sübutları saxlama yerinə təhvil verilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 24/431 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd PH-8148 №-li silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1965-ci ildə istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 05 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronlarıdır, döyüş sursatıdırlar, təyinatı üzrə istifadə və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş : 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli “Makarov” konstruksiyalı tapançaların komplekt hissəsidir-darağıdır, döyüş sursatı hesab edilmir, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. - Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 12 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 228.2.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. - Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 12 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 AR CM-nin 228.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. - Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 12 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 AR CM-nin 228.2.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 yaşadığı evə axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntüləri əks etdirən 01 ədəd DVD disk iş üzrə sübut qismində tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs1 məhkumluğu barədə məlumat yoxdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs2 məhkumluğu barədə məlumat yoxdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 il 05 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. - Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs3 ilə X4 arasındakı nikah xx.xx.2008-ci il tarixdə Naxçıvan MR Babək Rayon Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 268 nömrə ilə qeyd edilmişdir. - Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində xx.xx.2012-ci il təvəllüdlü X13 və xx.xx.2010-cu il təvəllüdlü X12 adlı iki övladı vardır. - Bakı şəhər Xəzər RİH başçısının Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində qəsəbə nümayəndəliyinə hər hansı bir xoşagəlməz hallar barədə heç bir məlumat daxil olmamışdır. - Bakı şəhər Sabunçu RİH başçısının Zabrat qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Sabunçu rayonu, Zabrat qəsəbəsi, Məmmədyarov küçəsi, ev 4Q ünvanında qeydiyyatsız yaşadığı müddət ərzində barəsində qəsəbə nümayəndəliyinə heç bir şikayət ərizəsi daxil olmamışdır. - Naxçıvan şəhər İH başçısının 4 saylı İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Musayev X7 şəhəri, Naxçıvan küçəsi, döngə 3, ev 26 ünvanında yaşadığı müddətdə özünün nizam intizamına görə məhəllə sakinləri və qonşular arasında hörmət qazanmış, icra nümayəndəliyinə onun barəsində heç bir şikayət daxil olmamışdır. İcra nümayəndəliyi tərəfindən müsbət xarakterizə olunmuşdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 21 iyun 2010-cu il tarixli qərarında göstərilmişdir ki, “odlu silah” anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan “Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı” Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən “odlu silah” dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-nin 228-ci maddəsi çıxış edir.” “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 4-cü, 5-ci və 8-ci bəndlərinə əsasən döyüş silahı — qulluq vəzifəsinin və döyüş tapşırığının yerinə yetirilməsi üçün istifadə olunan silahdır; döyüş sursatı — müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır; odlu silah — barıtın və ya digər alışan maddələrin yanmasından yaranan enerji hesabına mərmisi istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi mexaniki zədələmək və ya sıradan çıxarmaq təyinatına malik olan silahdır. Həmin Qanunun 3-cü maddəsinin İİ hissəsinin 11-ci bəndinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında kalibri 4,5 millimetrdən çox olan, gülləsinin uçuş sürəti saniyədə 150 metrdən çox olan pnevmatik silahın, habelə odlu və soyuq silahın idman obyektlərindən kənarda saxlanılması və istifadə edilməsi və vətəndaşlar tərəfindən əldə edilməsi qadağandır. Həmin Qanunun 24-cü maddəsinə əsasən bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs3 silah satmadığına dair ifadəsi iş üzrə toplanmış sübutlarla öz təsdiqini tapmadığından özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs1 cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs3 tərəfindən Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs3 cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs3 silah satmadığına dair ifadəsi iş üzrə toplanmış sübutlarla öz təsdiqini tapmadığından özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs2 cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 törətdikləri əməl az ağır cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət əməli törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət əməli törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 il 05 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs3 cəzadan azad edildiyi gündən iki il keçdiyinə görə məhkumluğu ödənilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakerizə olunmasını, himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs3 cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs3 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs edilməsinin əvvəlindən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı; Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs edilməsinin əvvəlindən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı; Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs edilməsinin əvvəlindən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və DİN-in BMCMİ-in maddi sübutları saxlama yerində saxlanılan, 01 ədəd FS 3277 nömrəli silah zavod üsulu ilə Polşa dövlətində 2003-cü ildə istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, odlu, yivli, 9 mm kalibrli, PM-98 modelli tapança-pulemyot, zavod üsulu ilə istehsal olunmuş 9x19 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli PM-98 modelli tapança pulemyotların komplekt hissəsi olan 02 ədəd daraq, eksperimental atəş zamanı istifadə edildikdən sonra qalıq qalan zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 9x19 mm kalibrli olmaqla, həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı olan 37 ədəd patron, 01 ədəd zavod üsulu ilə Almaniya dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, odlu yivli silah hesab edilən 9 mm kalibrli, SP-0085723 nömrəli, SİG-SAUER SP-2022 modelli tapança, 01 ədəd istifadə üçün yararlı, 15 ədəd 9x19 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli SİG-SAUER SP-2022 modelli tapançaların komplekt hissəsi hesab edilən daraq və 06 ədəd qalıq qalmış zavod üsulu ilə xarici dövlətdə 2006-cı ildə istehsal olunmuş, atəş üçün yararlı döyüş sursatı hesab edilən 9x19 mm kalibrli olmaqla həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş Parabelum patron, 01 ədəd PH-8148 №-li silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1965-ci ildə istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapança, 02 ədəd qalıq qalmış zavod üsulu ilə keçmiş SSRİ də istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların patronu və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ə d ə d 9 x 1 8 m m kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan, döyüş sursatı hesab edilməyən, texniki cəhətdən saz olan daraq müsadirə edilməli və Azərbaycan Respublikası DİN-ə təhvil verilməli, Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Müdafiəçi1, Müdafiəçi4 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir Nəticə: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan və DİN-in BMCMİ-in maddi sübutları saxlama yerində saxlanılan, 01 ədəd FS 3277 nömrəli, zavod üsulu ilə Polşa dövlətində 2003-cü ildə istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, odlu, yivli, 9 mm kalibrli, PM-98 modelli tapança-pulemyot, zavod üsulu ilə istehsal olunmuş 9x19 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli PM-98 modelli tapança pulemyotların komplekt hissəsi olan 02 ədəd daraq, eksperimental atəş zamanı istifadə edildikdən sonra qalıq qalan zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 9x19 mm kalibrli olmaqla, həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı olan 37 ədəd patron, 01 ədəd zavod üsulu ilə Almaniya dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, odlu yivli silah hesab edilən 9 mm kalibrli, SP- 0085723 nömrəli, SİG-SAUER SP-2022 modelli tapança, 01 ədəd istifadə üçün yararlı, 15 ədəd 9x19 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli SİG- SAUER SP-2022 modelli tapançaların komplekt hissəsi hesab edilən daraq və 06 ədəd qalıq qalmış zavod üsulu ilə xarici dövlətdə 2006-cı ildə istehsal olunmuş, atəş üçün yararlı döyüş sursatı hesab edilən 9x19 mm kalibrli olmaqla həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş Parabelum patron, 01 ədəd PH-8148 №-li, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1965-ci ildə istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapança, 02 ədəd qalıq qalmış zavod üsulu ilə keçmiş SSRİ də istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların patronu və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ə d ə d 9 x 1 8 m m kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan, döyüş sursatı hesab edilməyən, texniki cəhətdən saz olan daraq müsadirə edilsin və Azərbaycan Respublikası DİN-ə təhvil verilsin. Cinayət işi üzrə maddi sübut olan 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1, Müdafiəçi4 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə hər birinə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar