Məhkəmə qərarları › İş №1(008)-556/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-556/2025

28.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-556/2025 28.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Səfərova Aytən Eldar qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi–Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Türkmənistan Respublikası, Krasnovodsk şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Biləsuvar rayonu, Ağayrı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi - 0,571 qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış və 17 aprel 2024-cü il tarixdə saat 14:40-da Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Bakı şəhəri, Sabunçu rayon Polis idarəsinin 15-ci polis bölməsinin inzibati binasına gətirilərək, üzərində keçirilən şəxsi axtarış zamanı, əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,571 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi - 0,651 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış və Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 14 mart 2025-ci il tarixdə saat 14:03-də Bakı şəhəri Sabunçu rayonu Zabrat 1 qəsəbəsi Nəsibə Zeynalova küçəsində piyada hərəkətdə olan zaman şübhəli şəxs qismində saxlanılıb, üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibinin üzərində olan kiçik cibdən şəffaf sellofana bükülmüş 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi - 0,651 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin özünün vermiş olduğu ifadələri, şahid ifadələri, maddi sübutların götürülməsi protokolu, ekspertizalarının rəyləri, eləcə də işin birbirini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş hər iki ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, psixotrop maddə ona məxsus olmamışdır. Birinci dəfə polis bölməsində ona bildirilmişdir ki, əgər təqsirini etiraf etməsə narkotik maddələrin külli miqdarda satışı ilə ittiham olunacaqdır. İkinci dəfə isə o polis əməkdaşları tərəfindən döyülərək xəsarət almışdır. Ona bölmədə sadəcə olaraq bildirmişlər ki, narkotik və psixotrop maddənin ona məxsus olmasını bildirsin və onunla bağlı video çəkiliş aparılacaqdır. Polislər onu yaşadığı mənzildən gəlib aparmışlar, onların mənzilə daxil olmağa səlahiyyəti olmamışdır. Narkotik vasitələrdən istifadə etmir, yalnız bir dəfə içkili vəziyyətdə olarkən istifadə etmişdir və rəy var ki, o təmiz çıxmışdır. Ona verilən suallara cavabında isə döyülməsi və təzyiq altında olması ilə bağlı heç bir orqana müraciət etmədiyini, bu barədə istintaqda müdafiəçisinə bildirməməsini, xəsarətləri ilə bağlı hər hansı arayışın olmamasını, hər hansı yerdə qeydiyyatdan keçmədiyini bildirmişdir. Məhkəməyədək icraat dövründə ifadəsi elan olunduqdan sonra, həmin ifadələri psixoloji təsir altında verdiyini, qorxduğu üçün həmin formada ifadə verdiyini qeyd etmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, bədənində ağrılar olduğu üçün müxtəlif yerlərdə anket məlumatlarını bilmədiyi lakin üzdən tanıdığı şəxslərdən narkotik vasitə heroin əldə edib istifadə etmişdir. O, narkotik vasitələri ağrılarına təsir göstərərək onu yüngülləşdirdiyi üçün qəbul etdiyini, 17 aprel 2024-cü il tarixdə təxminən saat 09 radələrində Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxslə söhbət zamanı onunla tanış olduğunu həmin zaman onun narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildiyi həmin şəxsdən bir büküm narkotik vasitə heroini ona 10 manata sata biləcəyini bildirmişdir. O, həmin şəxsdən narkotik vasitə heroini aldıqdan sonra əynindəki göy rəngli idman şalvarının sağ yan cibinə qoymuşdur. Həmin gün saat 14:40-da yaşadığı Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsi 56 saylı evin yaxınlığında olarkən iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını demişlər, daha sonra onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu barədə məlumatın olduğunu bildirərək onu Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsinə dəvət etmişlər, o, da etiraz etməmiş və həmin polis əməkdaşları ilə birlikdə Polis bölməsinə gəlmişdir. Polis bölməsində ona hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına vəkil təqdim edilmiş və üzərində şəxsi axtarışın keçiriləcəyi bildirilmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən ona üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşyalar olduğu halda onları təqdim etmək təklif olunmuş, oda əynində olan göy rəngli idman şalvarının sağ yan cibində saxladığı içərisində narkotik vasitə heroin olan bir ədəd sellofan kəsiyindən olan bükümü çıxardıb polis əməkdaşına təqdim etmişdir. Polis əməkdaşı bükümü açıb baxmış, onu haradan və kimdən əldə etməyi barədə soruşulduqda o, da polis əməkdaşına həmin maddənin “kokos” olduğunu Sabunçu rayonu Balaxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, ondan götürülmüş içərisində narkotik vasitə heroin olan büküm qablaşdırılaraq möhürlənmiş orada olan şəxslərlə yanaşı o, da protokolun düzgünlüyünü imzasıyla təsdiq etmişdir. Bundan başqa o, 14 mart 2025-ci il tarixdə səhər saatlarında Balaxanı qəsəbəsində üzdən tanıdığı anket məlumatlarını bilmədiyi şəxsdən 20 manata şəxsi istifadəsi üçün bir bükümdə “patı” kimi tanıdığı psixotrop maddə metamfetmini alıb üzərində saxlamışdır ki, ehtiyacı olanda istifadə etsin. Həmin gün saat 14:03-da Bakı şəhəri Sabunçu rayonu Zabrat 1 qəsəbəsi Nəsibə Zeynalova küçəsində piyada gedərkən üç nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, həmin şəxslərdən ikisi onun yanında biri isə mobil telefon vasitəsi ilə videoçəkiliş aparaq özlərini təqdim etmişlər. Bundan sonra onun adını, soyadını soruşmuşlar, onun cibində “patı” olduğundan tez bir zamanda oradan yayınmaq istəmiş, lakin polis əməkdaşları buna imkan verməmişlər bundan sonra o, başa düşmüşdür ki, polis əməkdaşlarının onun üzərində “kokos”un olmasından məlumatları var. O, polis əməkdaşları ilə bir qədər söhbət etdikdən sonra onun qanunsuz olaraq narkotik vasitələri, əldə etməyi, üzərində saxlamağı və daşımağında şübhəli olduğunu deyib üzərində qanunla qadağan olunmuş nə varsa təqdim etməsini xahiş etmişlər. O, da başqa çıxış yolu görmədiyindən əynində olan qara rəngli cins şalvarın sağ yan cibinin üzərində olan kiçik cibində gizlətdiyi “patı’nı çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşlarından biri həmin maddənin nə olduğunu və neçəyə aldığını soruşduqdan sonra həmin maddəni ağ rəngli kağız zərfə qoyaraq möhürləmiş və ekspertizaya göndəriləcəyini bildirdikdən sonra üzərini yazmış o, və orada olan polislər ilə birlikdə həmin zərfin üzərini imzaladıqdan sonra həmin polis əməkdaşları ilə birlikdə Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə getmiş orada olan otaqların birində polis geyim formasında olan şəxs ona saxlanılmağı ilə bağlı suallar verdikdə o, da həmin sualları cavablandırmışdır. Bundan sonra onun üzərindən aşkar edilərək götürülmüş və zərfə qoyulmuş həmin maddə ona təqdim edildikdə o, da səmimi olaraq həmin maddənin özünə məxsus olduğunu, Balaxanı qəsəbəsində üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra həmin polis əməkdaşı tərəfindən protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş ondan götrülmüş içərisində “patı” olan büküm qablaşdırılaraq möhürlənmiş və orada olan şəxslərlə yanaşı o, da protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldıqda, tutulduqda və üzərinə şəxsi axtarış və götürmə keçirildikdə ona qarşı zor tətbiq edilməmiş və narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmur, yalnız özü istifadə edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 15-ci PŞ CA üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni əldə etməsi, üzərində saxlaması və daşıması ilə bağlı əməliyyat məlumatı daxil olması səbəbindən Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədi ilə 14 mart 2025-ci il tarixdə əməliyyat qrupu təşkil olunmuş, qrupun tərkibinə o, iş yoldaşları Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin Cinayət-axtarış üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 və Cinayət-axtarış üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 daxil edilmişdir. Onlar tərəfindən aparılmış əməliyyat tədbirləri nəticəsində 14 mart 2025-ci il tarixdə saat 14:03də Bakı şəhəri Sabunçu rayonu Zabrat 1 qəsəbəsi Nəsibə Zeynalova küçəsində piyada hərəkətdə olan Təqsirləndirilən şəxs saxlanılan zaman həmin vaxtı tərəflərindən videkoçəkiliş aparılmış və Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunandan sonra üzərinə şəxsi axtarış keçirilmiş və onun əynində olan qara rəngli cins şalvarın sağ yan cibinin üzərində ola kiçik cibində gizlətdiyi metamfetamim çıxararaq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində olan maddənin metamfetamin olduğunu və Balaxanıdan tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs götürülmüş bir ədəd büküm qablaşdırılmış və onlarla birlikdə 15-ci polis bölməsinə gətirilmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş onun hüquqlarını müdafiə etmək məqsədi ilə dövlət tərəfindən vəkillə təmin olunmuşdur. Təhqiqatçı dəvət olunmuş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs götürdükləri maddəyə baxış keçirilmiş Təqsirləndirilən şəxs səmimi olaraq həmin bağlamada olan maddənin psixotrop maddə metamfetamin olduğunu Balaxanıdan tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını etiraf etmişdir. Bundan sonra Təqsirləndirilən şəxsdan götürülmüş maddi sübut qablaşdırılmış, möhürlənmiş və bu barədə protokol tərtib edilmiş orada olan iştirakçılarla birlikdə o, da protokolu imzalamışdır. Təqsirləndirilən şəxs saxlanılan, tutulan, üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman ona qarşı zor tətbiq edilməmişdir. Bundan başqa məlumat əsasında 17 aprel 2024-cü il tarixdə 14:40-da ünvan 2 ünvanında yaşadığı evin yaxınlığında saxlanılmış, özlərini təqdim etdikdən sonra onun barəsində əməliyyat məlumatlarının olmasını bildirmişlər və onu Sabunçu RPİ-nin 15-ci PB-nin inzibati binasına dəvət etmişlər. Sabunçu RPİ-nin 15-ci PB-nin inzibati binasında xidməti otaqların birində ona təhqiqatçı tərəfindən dövlət hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarışın vəkilinin iştirakı olmadan keçirilməsinə etirazının olmadığını bildirmiş və bu barədə ərizə verdikdən sonra onun üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona təklif edilmişdir ki, üzərində saxlanması, daşınması, istifadəsi qanunla qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etsin. Təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən içərisində “kokos” kimi tanıdığı narkotik vasitə heroin olan bir ədəd sellofan bükümünü çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi büküm təhqiqatçı tərəfindən açılmış, içərisindən narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli tozşəkilli maddə aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxsdan götürülmüş maddi sübut qablaşdırılmış, möhürlənmiş və bu barədə protokol tərtib edilmiş orada olan iştirakçılarla birlikdə o, da protokolu imzalamışdır. Ona verilmiş suallara cavabında isə bildirmişdir ki, Təqsirləndirilən şəxs tutularkən ona qarşı hər hansı fiziki və psixi təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin 15-ci PŞ-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, aparılmış əməliyyat tədbirləri nəticəsində 14 mart 2025-ci il tarixdə saat 14:03-də Bakı şəhəri Sabunçu rayonu Zabrat 1 qəsəbəsi Nəsibə Zeynalova küçəsində piyada hərəkətdə olan Təqsirləndirilən şəxs saxlanılan zaman həmin vaxtı tərəflərindən videkoçəkiliş aparılmış və Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunandan sonra üzərinə şəxsi axtarış keçirilmiş və onun əynində olan qara rəngli cins şalvarın sağ yan cibinin üzərində ola kiçik cibində gizlətdiyi metamfetamim çıxararaq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində olan maddənin metamfetamin olduğunu və Balaxanıdan tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs götürülmüş bir ədəd büküm qablaşdırılmış və onlarla birlikdə 15-ci polis bölməsinə gətirilmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş onun hüquqlarını müdafiə etmək məqsədi ilə dövlət tərəfindən vəkillə təmin olunmuşdur. Təhqiqatçı dəvət olunmuş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs götürdükləri maddəyə baxış keçirilmiş Təqsirləndirilən şəxs səmimi olaraq həmin bağlamada olan maddənin psixotrop maddə metamfetamin olduğunu Balaxanıdan tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını etiraf etmişdir. Bundan sonra Təqsirləndirilən şəxsdan götürülmüş maddi sübut qablaşdırılmış, möhürlənmiş və bu barədə protokol tərtib edilmiş orada olan iştirakçılarla birlikdə o, da protokolu imzalamışdır. Ona verilmiş suallara cavabında isə bildirmişdir ki, Təqsirləndirilən şəxs tutularkən ona qarşı hər hansı fiziki və psixi təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin 15-ci PŞ-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, aparılmış əməliyyat tədbirləri nəticəsində 14 mart 2025-ci il tarixdə saat 14:03-də Bakı şəhəri Sabunçu rayonu Zabrat 1 qəsəbəsi Nəsibə Zeynalova küçəsində piyada hərəkətdə olan Təqsirləndirilən şəxs saxlanılan zaman həmin vaxtı tərəflərindən videkoçəkiliş aparılmış və Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunandan sonra üzərinə şəxsi axtarış keçirilmiş və onun əynində olan qara rəngli cins şalvarın sağ yan cibinin üzərində ola kiçik cibində gizlətdiyi metamfetamim çıxararaq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində olan maddənin metamfetamin olduğunu və Balaxanıdan tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs götürülmüş bir ədəd büküm qablaşdırılmış və onlarla birlikdə 15-ci polis bölməsinə gətirilmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş onun hüquqlarını müdafiə etmək məqsədi ilə dövlət tərəfindən vəkillə təmin olunmuşdur. Təhqiqatçı dəvət olunmuş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs götürdükləri maddəyə baxış keçirilmiş Təqsirləndirilən şəxs səmimi olaraq həmin bağlamada olan maddənin psixotrop maddə metamfetamin olduğunu Balaxanıdan tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını etiraf etmişdir. Bundan sonra Təqsirləndirilən şəxsdan götürülmüş maddi sübut qablaşdırılmış, möhürlənmiş və bu barədə protokol tərtib edilmiş orada olan iştirakçılarla birlikdə o, da protokolu imzalamışdır. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş şahid Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin 15-ci PŞ-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, 17 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin əldə edilməsi, daşınması və üzərində saxlanılması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs ifşa edilməsi məqsədi ilə onlar tərəfindən polis bölməsinin rəhbərinə raportla müraciət olunmuş və əməliyyat qrupu təşkil olunmuşdur. Qrupun tərkibinə o və Sabunçu RPl-nin 15-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 daxil edilmişdir. Onlar tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 17 aprel 2024-cü il tarixdə 14:40-da ünvan 2 ünvanında yaşadığı evin yaxınlığında saxlanılmış, özlərini təqdim etdikdən sonra onun barəsində əməliyyat məlumatlarının olmasını bildirmişlər və onu Sabunçu RPİ-nin 15-ci PB-nin inzibati binasına dəvət etmişlər. Sabunçu RPİ-nin 15- ci PBnin inzibati binasında xidməti otaqların birində ona təhqiqatçı tərəfindən dövlət hesabına müdafiəçi təyin edilmişdir. Dəvət edilmiş vəkil Təqsirləndirilən şəxs təqdim olunmuş, barəsində şəxsi axtarış aparılacağı izah edilmiş bununla bağlı qərar qəbul edilmişdir. Qərar qəbul edildikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarışın video çəkilişlə həyata keçiriləcəyi bildirilərək etirazının olub-olmaması soruşulmuşdur. O, video çəkilişlə şəxsi axtarış keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra ondan vəkilinin iştirakı ilə və yaxud vəkilinin iştirakı olmadan şəxsi axtarışın keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs şəxsi axtarışın vəkilinin iştirakı olmadan keçirilməsinə etirazının olmadığını bildirmiş və bu barədə ərizə verdikdən sonra onun üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona təklif edilmişdir ki, üzərində saxlanması, daşınması, istifadəsi qanunla qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etsin. Təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən içərisində “kokos” kimi tanıdığı narkotik vasitə heroin olan bir ədəd sellofan bükümünü çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi büküm təhqiqatçı tərəfindən açılmış, içərisindən narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli tozşəkilli maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindən aşkar olunmuş maddənin “kokos” olduğunu deyərək Balaxanı qəsəbəsində üzdən tanıdığı anket məlumatlarını bilmədiyi şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxsdan götürülmüş maddi sübut qablaşdırılmış, möhürlənmiş və bu barədə protokol tərtib edilmiş orada olan iştirakçılarla birlikdə o, da protokolu imzalamışdır. Təqsirləndirilən şəxs saxlanılan, tutulan, üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman ona qarşı zor tətbiq edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 14 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik və psixotrop maddələrinin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında onun ətrafında təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır(İ Cild i.v.4-5). Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və baxış keçirilməsinə dair 14 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı xx.xx.2025-ci il tarixdə saat 14:03 dəqiqədə Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nəsibə Zeynalova küçəsində olan zaman saxlanılmışdır. Tutulan anda üstünün yoxlanılması həyata keçirilmiş, üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyaları verməsi təklif edilmiş, bu təklifdən sonra o, əynindəki qara rəngli cins şalvarının sağ yan kiçik cibindən şəffaf siqaret selofana bükülmüş ağ rəngli xırda kristal formada olan psixotrop maddəyə bənzər maddələr təqdim etmişdir. Sonra həmin büküm qablaşdırılmaqla tədbir iştirakçıları, saxlanılan şəxs tərəfindən imzalanaraq götürülmüşdür. Üstünü yoxlama və baxış Zabrat qəsəbəsi, Nəsibə Zeynalova küçəsində keçirilmiş və videokamera vasitəsi ilə çəkiliş aparılmışdır(İ Cild i.v. 9-10). Baxış və götürmə aparılması haqqında 14 mart 2025-ci il tarixli protokoldan görünür ki, baxış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək üzərindən aşkar edilərək götürülmüş maddi sbutun qablaşdırıldığı zərfə baxış keçirilən zaman 01 ədəd şəfffaf siqaret selofanına bükülmüş ağ rəngli xırda kristal formada olan psixotrop maddəyə bənzər maddə olan bükümü yenidən qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 161 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir(İ cild i.v 35-37). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki kimyəvi ekspertizasının 15 mart 2024-cü il tarixli 6/1113 nömrəli rəyindən görünür ki, “Azərbaycan Respublikası DİN Zərflər üçün Ne161” dairəvi möhür əksi olan, “ Saxlanılan şəxs: Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi-0,651 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata sərf edildi 0,05 qram, qalıq 0, 601 qram(İ cild i.v 45-49). “DVD diskə baxış keçirilməsi barədə” 15 mart 2025-ci il tarixli protokoldan görünür ki, Baxış keçirilən 1 ədəd üzərində heç bir yazı olmayan diskə Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin inzibati binasında istifadə olunan “HP” markalı kompüter monitorunda yuxarıda adları sadalanan şəxslərin iştirakı ilə baxış keçirilərkən müəyyən edildi ki, videogörüntü diskə 02 fayılda yazılmışdır. 1-ci fayıl "video 1" adı ilə yazılmış və 07 dəqiqə 29 saniyədən ibarətdir. 2-ci fayıl isə "video 2" adı ilə yazılmış 02 dəqiqə 34 saniyədən ibarətdir. “Video 1” adı ilə yazılmış videogörüntüyə baxdıqda Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları yol ilə gedərkən Təqsirləndirilən şəxs saxlayaraq özlərini təqdim edirlər. Video çəkliş zamanı Təqsirləndirilən şəxs mülki geyim formasında olan polis əməkdaşları ilə birlikdə olan zaman Təqsirləndirilən şəxs qanunla dövriyyəsi əldə edilməsi, üzərində saxlanılması, daşınması qadağan olunmuş şübhəli bilinən əşya və predmetlərin saxlanmasında və gəzdirməsində şübhəli bilindiyi üçün saxlanıldığını üzərində qanunla qadağan edilmiş əşya və ya predmet olması soruşulduqdan sonra o, könüllü olaraq əynində olan qara rəngli cins şalvarın sağ yan cibinin üzərində ola kiçik cibində gizlətdiyi metamfetamini çıxararaq polis əməkdaşlarına təqdim edir. Polis əməkdaşlarından biri həmin maddənin nə olduğunu və neçeyə aldığını soruşduqda, Təqsirləndirilən şəxs üzərində olan maddənin metamfetamin olduğunu və Balaxanıdan tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirir. Bundan sonra polis əməkdaşı həmin maddəni ağ rəngli kağız zərfə qoyaraq möhürlənmiş kağızla ekspertizaya göndəriləcəyini bildirdikdən sonra üzərini yazır və orada iştirak edənlər onu imzalayırlar. "Video 2" adı ilə yazılmış videogörüntüyə baxdıqda Təqsirləndirilən şəxs onun vəkili və polis əməkdaşlarının olduğu görsənir. Təhqiqatçıvə orada iştirak edənlər özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs üzərindən götürülərək kağız zərfə qoyulmuş və möhürlənmiş kağız paket təhqiqatçı tərəfindən çıxarılır və Təqsirləndirilən şəxs təqdim edilərək həmin maddənin nə olduğu nə üçün aldığı barədə sual verildikdə Təqsirləndirilən şəxs həmin maddəni Balaxanı qəsəbəsindən 20 manata şəxsi istifadəsi üçün aldığın bildirir. Bundan sonra həmin zərf yenidən təhqiqatçı tərəfindən qablaışıdırılaraq mühürlənir və ekspertizaya göndəriləcəyi bildirilir. Bununlada çəkiliş sona çatır(i.v.75-76). Maddi sübut kimi tanınma haqqında 15 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,651 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin tədqiqatdan sonra qalıq qalmış 0,601 qram hissəsi maddi sübut hesab olunaraq saxlanması üçün Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir(İ Cild i.v 96-97). Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 17 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik və psixotrop maddələrinin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında onun ətrafında təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır(İ Cild i.v.111-112). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 09 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində şəxs axtarış və götürmənin apanıdığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş içərisində açıq rəngli tozşəkilli maddəni təqdim etmiş, Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq həmin maddənin Sabunçu rayonu, Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Həmin maddə zərfdə qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Zərflər üçün” 161 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir(İ Cild i.v. 137-139). Məhkəmə fiziki-kimyəvi ekspertizasının 18 aprel 2024-cü il tarixli, 3-16-16/2-6/2074 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş... şübhəli şəxs(imza) Təqsirləndirilən şəxs” yazısı və imzası olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,571 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Sərf edildi 0,05 qram, qalıq 0,521 qram(İ Cild i.v 143-147). “DVD diskə baxış keçirilməsi barədə” 19 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Baxış keçirilən 1 ədəd üzərində DVD diskə Sabunçu RPİ-nin inzibati binasında istifadə olunan “HP” markalı kompüter monitorunda yuxarıda adları sadalanan şəxslərin iştirakı ilə baxış keçirilərkən müəyyən edildi ki, videogörüntü 05 dəqiqə 11 saniyədən ibarətdir. Videogörüntüyə baxdıqda Sabunçu rayon Polis İdarəsinin 15-ci PB-nin əməkdaşları tərəfindən Sabunçu rayon Polis İdarəsinin 15-ci PB-nin gətirilmiş Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş video görüntülərin qeydə alınması öz əksini tapmışdır. Belə ki, video çəkliş zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları ilə birlikdə polis bölməsindəki xidməti otağa daxil olurlar, əvvəlcə təhqiqatçı sonra isə içəriyə daxil olmuş şəxslər özlərini təqdim edirlər. Təhqiqatçı Təqsirləndirilən şəxs qanunla dövriyyəsi əldə edilməsi, üzərində saxlanılması, daşınması qadağan olunmuş şübhəli bilinən əşya və predmetlərin saxlanmasında və gəzdirməsində PB-nin əməkdaşları tərəfindən keçirilmiş ƏAT nəticəsində saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 15-ci PB-nə gətirildiyini deyir ona üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması, qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməsini xahiş edir. Təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd sellofana bükülmüş qəhvəyi rəngli tozşəkilli maddəni çıxarıb masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi bükümün içərisində aşkar olunmuş maddənin "kokos" olduğunu deyərək, Balaxanıdan tanımadığı şəxsdən 10 manta şəxsi istifadəsi üçün aldığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə təhqiqatçı tərəfindən qablaşdırılaraq möhürlənir, şəxsi axtarış və götürmədə iştirak edən şəxslər tərəfindən imzalanır və bununla da çəkiliş sona çatır(İ Cild i.v 174-175). Maddi sübut kimi tanınma haqqında 20 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,571 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,521 qram hissəsi maddi sübut kimi tanınmış, Sabunçu rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir(İ Cild i.v 186-187). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 14 may 2024-cü il tarixli 3260 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU(NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür(İ Cild i.v 206-207). Respublika Narkoloji Mərkəzi PHŞ xx.xx.2025-ci il tarixli xx/xx-4227 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs opioid və psixostimulyatorun birgə qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə narkoloji qeydiyyatdadır(İİ cild i.v 25). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 20 may 2025-ci il tarixli 2945A nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU(NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində F 19.2 diaqnozu ilə dispanser qeydiyyatındadır(İİ cild i.v 39-40). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X2 Mərkəzi” X6 Kompleks Ambulator Məhkəmə-Psixiatrik və Psixoloji Ekspertizasının xx.xx.2025-ci il tarixli 1159 saylı rəyində görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs əqli-intelektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görədə Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman Azərbaycan Respublikası CM-nin 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillilik aşkar edilmir(İİ cild i.v 41-44). “Sübutların qiymətləndirilməsi haqqında” 21 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzrəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs götürülmüş qalıq qalmış 0,521 qram heroin və 0,601 qram metamfetamin maddi sübut kimi tanınmış, xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə zamanı çəkilmiş video görüntülər, xx.xx.2025-ci il tarixli keçirilmiş şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntülər olan disklər maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin əldə etdiyi şəxsin. Mənbəyinin müəyyən edilməsi məqsədi ilə cinayət işinin materiallarından ayrıca icraata material ayrılaraq, Bakı şəhər Sabunçu Rayon Pİ 15-ci polis bölməsinə göndərilmiş, təqsirləndirilən şəxsin ifadəsi, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə istintaq hərəkəti protokolları, ekspert rəyləri və digər istintaq sənədləri iş üzrə əhəmiyyətli olduğundan sübut növü kimi qiymətləndirilmişdir(İİ cild i.v.53-64). İş materiallarında olan: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 15 mart 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır(İ Cild i.v.1). “Şübhəli şəxsin tutulması haqqında” 14 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 mart 2025-ci il tarixdə, saat 14:03-dan tutulmuş hesab edilmişdir(İ Cild i.v.15). “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 15 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan edilmişdir(İ cild i.v.58-59). Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi haqqında vəsatətin müdafiə olunmasından imtina edilməsi haqqında 15 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs dərhal saxlandığı yerdən azad edilmişdir(İ Cild i.v.88-90). “Qətimkan tədbiri seçilməsi barədə” 15 mart 2025-ci il tarixli qərar və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir(i.v.91-94). Cinayət işinin icraata qəbul edilməsi və təzələnməsi haqqında 17 mart 2025-ci il tarixli qərardan görünür ki, ********** saylı cinayət işi icraata qəbul edilərək təzələnmiş və ibtidai istintaqı davam etdirilmişdir(İ cild 101). Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında 17 mart 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CŞ-nin 234.1-ci maddəsi ilə olan ********* saylı cinayət işi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* saylı cinayət işi ilə bir icraatda birləşdirilmiş və istintaq ********* saylı ilə davam etdirilmişdir(İ cild i.v 103-105). “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 18 aprel 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır(İ Cild i.v.108). “Şübhəli şəxsin tutulması haqqında” 17 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 aprel 2024-cü il tarixdə, saat 14:40-dan tutulmuş hesab edilmişdir(İ Cild i.v.125). “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 19 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan edilmişdir(İ cild i.v.151-152). Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi haqqında vəsatətin müdafiə olunmasından imtina edilməsi haqqında 19 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs dərhal saxlandığı yerdən azad edilmişdir(İ Cild i.v.179-181). “Qətimkan tədbiri seçilməsi barədə” 19 aprel 2024-cü il tarixli qərar və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir(i.v.182-184). Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şahid1 Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair xx.xx.2024-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair materiallar baxılmadan geri qaytarılmışdır(İ Cild i.v 196). Cinayət işi üzrə icraatının dayandırılması haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, iş üzrə icraat X3 tutulub istintaqa təhvil verilənədək icraat dayandırılmışdır(İ Cild i.v 219- 220). Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir(İ Cild i.v 229-230). Qətimkan tədbirinin dəyişdirilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polisin nəzarəti altına vermə qətimkan tədbiri seşilmiş və qərar ona elan edilmişdir(İİ cild i.v 1-4). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Sabunçu rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1 -ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2018-ci ildə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 1 il 8 ay 4 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb. xx.xx.2020-ci ildə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılıb. Sabunçu rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1, 66.5-ci maddələri ilə 01 il 06 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir(İİ Cild i.v.21-22). Cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi Təqsirləndirilən şəxs tutulub istintaqa təqdim edilənədək dayandırılmışdır(İİ Cild i.v 36-37). Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi barədə 16 iyun 2025-ci il tarixli qərardan görünür ki, dayandırılmış icraat təzələnərək istintaq davam etdirilmişdir(İİ cild i.v. 45-46). Axtarışda olan şəxsin könüllü gəlməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq istintaq orqanına gəlmişdir(İİ cild i.v 48). “Qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında” 16 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvəsində saxlanılmışdır(İİ Cild i.v.49-51). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir(CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 0,15-2-dək qram olan heroin xeyli miqdar, 02 qram olduqda isə külli miqdar, "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahisına (Siyahı İİ) əsasən 0,15-2-dək qram olan metamfetamin xeyli miqdar, 02 qram olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi dəyişdirilmiş ifadəsinə qiymət verərək hesab edir ki, o, psixotrop maddə ona məxsus olmadığını, təzyiq altında olduğu üçün belə ifadə verdiyini, polis əməkdaşlarının onu yaşadığı ünvandan götürməsini bildirsə də, məhkəmə baxışınadək dedikləri ilə bağlı bir dəfə də olsun hüquq mühafizə orqanlarına müraciət etməmiş, buna dair etirazını bildirməmişdir. Verilən suallara cavabında təqsirləndirilən şəxs bədənində xəsarətlərin olmadığını, ona qarşı təzyiq və döymə faktının olması ilə bağlı nə özü, nə də ki müdafiəçisi tərəfindən hər hansı orqana müraciət etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs birinci dəfə xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində istintaq hərəkətləri aparılmış, ikinci dəfə isə xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində istintaq hərəkətləri aparılmışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin bir ilə yaxın vaxtda iki dəfə ayrı-ayrı vaxtlarda tutulub azad olunmasına baxmayaraq tutularkən ona xəsarət yetirilməsi, polis əməkdaşlarının ona təsir göstərməsi və onun mənzilinə daxil olması barədə bir dəfə də olsun reaksiya verməmiş, buna dair hər hansı formada etiraz və iradını bildirməmişdir. Belə ki, təqsirləndirilən şəxs 17 aprel 2024-cü il tarixdə, saat 14:40-dan tutulmuş(şübhəli şəxs qismində), 19 aprel 2024-cü il tarixdə azad edilərək, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş, həmçinin 14 mart 2025-ci il tarixdə, saat 14:03-dan tutulmuş, 15 mart 2025-ci il tarixdə azad edilərək, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi təqsirləndirilən şəxsin məhkəmə iclası zamanı ifadələrində qeyd edilən halların müəyyən edilməsi üçün imkanı olmuş, yəni polis orqanın(əməkdaşlarının) təsiri altında olmamış, lakin buna baxmayraq bir dəfə də olsun etirazını bildirməmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə bir neçə dəfə davamlı olaraq üstünün yoxlanılmasıvə baxış keçirilməsi haqqında protokolda(i.v 9-10), şübhəli şəxs kimi(i.v 41-44), təqsirləndirilən şəxs kimi(i.v.70-72) ifadələrində, şəxsi axtarış və götürmə aparılması haqqında protokolda(i.v 137-138),(video çəkilişdə), şübhəli şəxs kimi(i.v 155- 157), təqsirləndirilən şəxs kimi(i.v.169-171) və təqsirləndirilən şəxs kimi(i.v.241-243) ifadələrində eyni məzmunlu ifadələri verməsi, həmin ifadələrin hər hansı təzyiq və ya psixoloji təsir altında olmadan verməsi məhkəməyədək icraat zamanı ifadələrin doğruluğuna əsas verir. Təqsirləndirilən şəxs narkotik və psixotrop maddədən istifadə etməməsini və onda hər hansı xəstəliyin olmamasını qeyd etsə də, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 14 may 2024cü il tarixli 3260 nömrəli və 20 may 2025-ci il tarixli 2945A nömrəli rəylərindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində F 19.2 diaqnozu ilə dispanser qeydiyyatındadır. Həmçinin Respublika Narkoloji Mərkəzi PHŞ xx.xx.2025-ci il tarixli xx/xx-4227 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs opioid və psixostimulyatorun birgə qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə narkoloji qeydiyyatdadır. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsə kifayət qədər vaxt verilməsinə baxmayaraq məhkəmə iclasında verdiyi dəlillərə dair sübutlar təqdim etməmiş, həmin dəlillər məhkəmə tərəfindən araşdırılaraq öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışında verdiyi ifadəsi özünü müdafiə xarakterli qiymətləndirilməli və məhkəməyədək icraat dövründə verdiyi ifadələri tədqiq edilmiş digər sübutlarla əlaqəli şəkildə araşdırılaraq təsdiq edildiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadələri əsas götürülməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4- ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən(şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının(onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. 33-cü bəndinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Avropa Məhkəməsinin "Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, "...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə "əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin "Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 16.1-ci maddəsinə əsasən Cinayət Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçü--ciddi rejimli cəzaçəkmə müəssisələrində; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 61.1.1-ci maddəsinə görə cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 83.4-cü maddəsinə görə məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cinayətləri təkrar törətməsi(CM 61.1.1) cəzasını ağırlaşdıran hal hesab edilməldir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar(təkrarlıq), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə maddənin sanksiyasında nəzərədə tutulmuş cəzanın növü ilə bağlı hesab edir ki, Təqsirləndirilən şəxs cinayətləri təkrar törətməsi, bununla da təqsirləndirilən şəxsə onun cəmiyyətdən tam təcrid edilməsini nəzərdə tutan azadlıqdan məhrum etmə cəzasından başqa digər cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olunmasının mümkün olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğundan ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə cəzanın həddi ilə bağlı hissədə hesab edir ki, aşkar edilmiş narkotik və psixotrop maddənin miqdarı(0,651 və 0,571 qram) nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs AR Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallların müəyyən edilməməsi, cəzanı ağırlaşdıran halların müəyyən edilməsi(61.1.1-təkrarçılıq), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri(CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun cinayət işi üzrə şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı(CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı hökm elan olunduğu vaxtdan hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli(CM- 56.1.3.), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdiriməli, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona narkomaniyadan məcburi müalicə təyin olunmalı, ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınmalı(CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan ekspertiza tədqiqatından sonra qalıq qalan psixotrop maddə metamfetamin, narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli(CPM-132), DVD disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq müddəti zamanı 17 aprel 2024-cü il tarixdən 19 aprel 2024cü il tarixədək tutulduğu 02 gün müddət, 14 mart 2025-ci il tarixdən 15 mart 2025-ci il tarixədək tutulduğu 01 gün müddət, cəmi 03 gün ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 01 il 02 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 28 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və onun ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut–ekspert tətqiqindən sonra qalıq qalmış Bakı şəhəri Sabunçu RPİ-nin saxlancında saxlanılan 0,601 qram psixotrop maddə metamfetamin və narkotik vasitə 0,521 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut–02 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 179(bir yüz yetmiş doqquz) manat Təqsirləndirilən şəxs tutularaq AZ.Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla, məhkəmə istintaqı zamanı 26 iş saatına görə 286 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB **********2000207120, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar