Məhkəmə qərarları › İş №1(008)-558/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-558/2024

31.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-558/2024 31.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Nuri Nihal Yusif oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, təqsirləndirilən şəxsxx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilı məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 1,004 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib saxlayaraq yaşadığı ünvan 2 ünvanına qədər daşımış, 16 aprel 2024-cü il tarixdə, saat 12:05-də ünvan 2 ünvanının yaxınlığında olan zaman onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi 48 ünvanında yerləşən Sabunçu RPİ-nin 15-ci PB-nə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən, əynindəki göy rəngli cins şalvarının sağ yan cibində satış məqsədilə əldə edib saxladığı 1 ədəd qara rəngli sellofana bükülmüş təmiz çəkisi 1,004 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 3 ilə yaxındır ki, narkotik vasitə olan heroin istifadə edir. Sonuncu dəfə Sabunçu rayonu Balaxanı qəsəbəsi ərazisində narkotik vasitə almışdır. xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanının yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılaraq 15-ci PB-nə gətirilmişdir. Orada üzərinə baxış keçirilmiş və üzərindən narkotik vasitə heroin aşkar olunmuşdur. O, narkotik vasitələrin satışı ilə məşğul olmur. Əldə etdiyi narkotik vasitəni satmaq niyyəti olmamış, şəxsi istifadə məqsədilə əldə etmişdir. SMS yazışmalar aşkar olunan telfon nömrəsi onun dayısına məxsus olmuşdur. O, polis tərəfindən saxlanılarkən dayısı həbsdə olmuşdur. Dayısının telefon nömrəsini tutulmazdan təxminən 4 ay öncə cəmi 1 ay istifadə etmişdir. Göndərilən mesajlardan, kart hesablarından məlumatı yoxdur. Məhkəmədən qeyd edilənləri nəzərə alaraq əməlinin AR CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Sabunçu RPİ-nin 15-ci PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Sabunçu rayonu ərazisində narkotik vasitələrin saxlanması, istifadəsi və alqı-satqısı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat əsasında 16 aprel 2024-cü il tarixdə Sabunçu RPİ-nin 15-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə əməliyyat qrupu yaradılaraq əməliyyat tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri nəticəsində 16 aprel 2024-cü il tarixdə, X1 ünvan 4 ünvanının yaxınlığında olan zaman müəyyən olunmuş və həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək həmin şəxsi Sabunçu RPİ-nin 15-ci PB-nə dəvət etmişlər. Bundan sonra videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və həmin şəxsə üzərində hər hansı qeyriqanuni əşya varsa təqdim etməsi bildirilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd qara rəngli sellofana bükülmüş bükülünü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunmuş bükülünün içərisindəki maddə narkotik vasitə heroindir və onu 16 aprel 2024-cü il tarixdə, səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində, üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 20 (iyirmi) manat müqabilində şəxsi istifadəsi üçün almışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 12:05-də şübhəli şəxs qismində tutulmuşdur; şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd qara rəngli sellofana bükülmüş açıq qəhvəyi rəngli maddə spesifik iyə malik, narkotik maddə olan heroinə bənzər maddəni çıxardaraq könüllü təhvil vermiş, bu narkotik maddəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını və yaşadığı yeri bilmədiyi şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirdi. Vətəndaş Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd qara rəngli sellofana bükülmüş açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik maddə olan heroinə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 161 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətə malik ola biləcək əşya və sənədlər aşkar edilmədi. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edildi; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinın xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/2041 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümlər” yazılar və imzalar olan zərfdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi - 1,004 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur; Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal Sabunçu RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır; Qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; “Videoyazıya baxış keçirilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin 15-ci PB-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsinə nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilir. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qara rəngli sellofana bükülmüş bükülünü çıxardaraq təqdim edir. Həmin bükülünün içərisinə keçirilmiş baxış zamanı bükülünün içərisindən narkotik vasitə heroinə bənzər kütlə aşkar edilir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılır, lakin həmin vaxt Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya müəyyən edilmir. Daha sonra Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd qara rəngli sellofana bükülmüş bükülü kağız zərfdə qablaşdırılıb möhürlənir. Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur( i.v.89); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 X2 X3 Komissiyasının xx.xx.2024-cü il tarixli 2567 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində MOP(+), MET (+) aşkar olunmuşdur. Müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; Sübutların qiymətləndirilməsi haqqında 20 iyun 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 1,004 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, onun üzərində şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış videoçəkiliş əks olunan 01 ədəd CD disk, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı yazışmalar olan "xxxx" MMC-dən götürülmüş 01 ədəd “CD” disk iş üzrə maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatəndan sonra qalıq qalmış xalis çəkisi 0,904 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına verilmiş, şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış videoçəkiliş əks olunan 01 ədəd “CD” disk, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı yazışmalar olan "xxxx" MMC-dən götürülmüş 01 ədəd “CD” disk iş materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə xx.xx.2023-cü il tarixdən 17.04.24-cü il tarixədək daxil olan və çıxan sms-lərin məzmunu belə olmuşdur: «SMS_Tarixcesi_ **********0853____ 708298212» adlı fayla baxış keçirilən zaman xx.xx.2023-cü il tarixdə saat 14:37-də ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə mesaj vasitəsilə **********372061 saylı kart hesabı gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 14:41-də ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə mesaj vasitəsilə **********372061 saylı kart hesabı gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat 11:21-də ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ”**********364702 Unibank Bitmə tarixi 01/27” məzmunlu mesaj və kart hesabı gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat 01:27-də ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “**********096633 ka” məzmunlu mesaj və kart hesabı gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat 21:25-də ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “4169 7388 1524 2221 kapital” saylı kart hesabı mesaj olaraq gəlmişdir. «SMS_Tarixcesi **********0856_708298212» adlı fayla baxış keçirilən zaman xx.xx.2023-cü il tarixdə saat 14:41-də Təqsirləndirilən şəxs məxsus, istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə mesaj vasitəsilə **********372061 saylı kart hesabı göndərilmişdir. xx.xx.2023-cü il tarixdə saat 14:31-də Təqsirləndirilən şəxs məxsus, istifadəsində olan ***- ***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “tekem evdeyem gelim ureyin isteyen qeder ot dusi” məzmunlu mesaj getmişdir. xx.xx.2023-cü il tarixdə saat 03:33-də Təqsirləndirilən şəxs məxsus, istifadəsində olan ***- ***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Yetim kartin nomresin at 10 manat var virim karta” məzmunlu mesaj getmişdir. xx.xx.2024-cü il tarixdə saat 13:04-də Təqsirləndirilən şəxs məxsus, istifadəsində olan ***- ***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Yetim bele men ozumem bidenede tramadolun iynesi var” məzmunlu mesaj getmişdir. xx.xx.2024-cü il tarixdə saat 18:34-də Təqsirləndirilən şəxs məxsus, istifadəsində olan ***- ***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Xaniw menem emildi yetim 20 manata ne alinar” məzmunlu mesaj getmişdir. xx.xx.2024-cü il tarixdə saat 09:16-da Təqsirləndirilən şəxs məxsus, istifadəsində olan ***- ***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Yetim menem emil belke biraz nese ola sende” məzmunlu mesaj getmişdir. xx.xx.2024-cü il tarixdə saat 22:06-da Təqsirləndirilən şəxs məxsus, istifadəsində olan ***- ***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “ne lazimdisa yaz özüm yigacam” məzmunlu mesaj getmişdir. xx.xx.2024-cü il tarixdə saat 01:27-də Təqsirləndirilən şəxs məxsus, istifadəsində olan ***- ***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “**********096633 kapital bankdi” məzmunlu mesaj və kart hesabı getmişdir. xx.xx.2024-cü il tarixdə saat 18:53-də Təqsirləndirilən şəxs məxsus, istifadəsində olan ***- ***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “kartin iksindede ne geder pul varsa bu karta kocur **********226756” məzmunlu mesaj və kart hesabı getmişdir. xx.xx.2024-cü il tarixdə saat 19:00-da Təqsirləndirilən şəxs məxsus, istifadəsində olan ***- ***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Tengiz meni gozduyurler pulu vurda bu karta **********226756” məzmunlu mesaj və kart hesabı getmişdir. xx.xx.2024-cü il tarixdə saat 19:04-də Təqsirləndirilən şəxs məxsus, istifadəsində olan ***- ***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Melik pulu bu karta vurarsan **********226756” məzmunlu mesaj və kart hesabı getmişdir. xx.xx.2024-cü il tarixdə saat 07:22-də Təqsirləndirilən şəxs məxsus, istifadəsində olan ***- ***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Sozuvu diyib adboy verisen bildi sensen daniwmag istedi men bilseydim tema söhbeti eliyecey ona tel veren gehbedi” məzmunlu mesaj getmişdir. xx.xx.2024-cü il tarixdə saat 22:18-də Təqsirləndirilən şəxs məxsus, istifadəsində olan ***- ***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Gaga men burda can verirem sennen bir xbr cixmadi rehmanada kim ne diyibse onnan bize neye belediki bilsinde nese cekineceyimiz yox bir wey yox” məzmunlu mesaj getmişdir. xx.xx.2024-cü il tarixdə saat 19:59-da Təqsirləndirilən şəxs məxsus, istifadəsində olan ***- ***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə mesaj vasitəsilə “**********9223516” saylı kart hesabı getmişdir. xx.xx.2024-cü il tarixdə saat 20:16-da Təqsirləndirilən şəxs məxsus, istifadəsində olan ***- ***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə mesaj vasitəsilə “**********799198” saylı kart hesabı göndərildiyi müəyyən olunmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 8-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Həmin qərarın 9-cu bəndinə əsasən CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.” Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitəni satış üçün əldə etməməsi barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinə daxil olan və çıxan smslərə baxış keçirilməsi zamanı narkotik vasitələrin satışı ilə bağlı müxtəlif məzmunlu yuxarıda göstərilmiş sms mətnləri müəyyən edilmişdir. Göstərilən hallar Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədilə əldə edərək üzərində daşımasına dəlalət edir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidin ifadəsi, keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən təmiz çəkisi 1,004 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş şahid ifadələrininvə digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı ağırlaşdıran halların olmaması, cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “polisin nəzarəti altına vemə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli hökm çıxarıldığı tarixdən hesablanmalı, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübutlar- Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,904 qram olan narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), 02 ədəd CD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, 110 (yüz on) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 aprel 2024-cü il tarixdən 18 aprel 2024-cü il tarixədək 2 gün cinayət törətməkdə şübhəli şəxs qismində tutulması nəzərə alınaraq həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablanmaqla üzərində qəti olaraq 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu RPİ-də maddi sübutların saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,904 qram olan narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 02 ədəd CD disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 110 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs 30 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 180 manat əmək haqqı Bakı şəhəri 7 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, hakim Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar