Məhkəmə qərarları › İş №1(008)-559/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-559/2025

08.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-559/2025 08.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X7 qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxx 1999-cu il tarixdə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Lerik rayonu, Livədirqə ərazi dairəsi, Mastail kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X9, Mehriban qonşular küçəsi, ev 45 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 1,701 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi işə məşğul olması barədə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis şöbəsinə daxil olmuş məlumat əsasında həmin şöbənin əməkdaşları tərəfindən “Əməliyyat-axtarış fəliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət etməklə keçirilən əməliyyat tədbirləri nəticəsində 10 may 2025-ci il tarixdə saat 01:10-da Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Tavaylıq yaşayış massivi ərazisində yerləşən “OBA” marketin yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılmış, həmin ünvanda üstünün yoxlanılması zamanı əynində olan şalvarının cibindən 01 (bir) ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 1,701 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 1 ildir ki, psixotrop maddə metamfetamin istifadə edir. O, 2024-cü ilin dekabr ayında instagram sosial şəbəkəsində “Leyla” adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuşdur. Həmin vaxtı “Leyla” adlı şəxs instagram sosial şəbəkəsində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə elan yerləşdirmişdir. O da psixotrop maddə istifadəsiçisi olduğu üçün “Leyla” adlı şəxsin profilinə direct üzərindən sms yazmış və ona psixotrop maddə almaq istədiyini demişdir. Tanışlıqdan sonra onlar bir-birilərinə mobil nömrələrini vermişlər. O, “Leyla” adlı şəxslə whatsapp ani yazışma vasitəsi ilə mütəmadi olaraq əlaqə saxlayaraq onun atdığı “m10" hesablarına dediyi məbləğdə pulu atmaqla atdığı ünvanlardan öz istifadəsi üçün psixotrop maddə gedib götürmüşdür. Lakin şəxsən onunla heç vaxt görüşməmişdir. O, “Leyla” adlı şəxsdən təxminən bir neçə dəfə öz istifadəsi üçün psixotrop maddə almışdır. O, sonuncu dəfə xx.xx.2025-ci il tarixdə saat 23 radələrində yaşadığı mənzildə olan zaman xx.xx.2025-ci il tarixdə “Leyla” adlı şəxsə whatsapp ani yazışma vasitəsi ilə yazaraq 2 qram psixotrop maddə metamfetamin istəmiş, Leyla ondan bunun üçün 85 manat pul istəmişdir. O ona hesab kartını atmağını xahiş etmişdir. “Leyla” adlı şəxs ona “4169 7388 3766 3909” saylı bank hesab kartı atmış və o qeyd etdiyi bank hesab kartına “Redmi Note 13” markalı mobil telefonunda olan ***-***-**-** saylı mobil nömrəsi ilə qeydiyyatdan keçdiyi “m10" hesabı ilə 85 manat pulu göndərmişdir. Bir neçə dəqiqə sonra “Leyla” adlı şəxs ona yazaraq ünvan atmış və oraya 2 patı atdığını demişdir. O da onunla razılaşmışdır. O, “Bolt” proqramı vasitəsi ilə taksi çağırmış və tanımadığı taksi sürücüsü onu evdən götürüb Suraxanı rayonu ərazisinə aparmağını xahiş etmişdir. O, taksi ilə 20 dəqiqəyə atılan konuma çatmış və taksi sürücüsünə 5 dəqiqəyə qayıdacağını demişdir. O avtomobildən düşərək oradan psixotrop maddə metamfetamini götürmüşdür. O taksiyə qayıtmış və Sabunçu rayonu Maştağa qəsəbəsi, Tavaylıq yaşayış massivinə sürməsini xahiş etmişdir. Taksi sürücüsü onu qeyd etdiyi ünvana çatdırmış və o avtomobildən yerə düşən kimi iki nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmişlər. Daha sonra həmin polis əməkdaşları onun vəkillə təmin edilmək hüququnun olduğunu izah etmişlər, lakin o imtina etmişdir. Polis əməkdaşları ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş predmet və ya vasitə varsa təqdim etməyini təklif etmişlər və o bundan sonra şalvarının cibindən 01 ədəd bükümdə olan “patı” kimi tanıdığı psixotrop maddəni, üzərində ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələr olan “Redmi Note 13” markalı mobil telefonunu, “X7” markalı bir ədəd siqaret qutusunu, hərbi biletini və iki ədəd alışqanları təqdim etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə axtarış keçirilmişdir. Daha sonra təqdim etdiyi büküm və mobil telefon polis əməkdaşı tərəfindən qablaşdırılmışdır. Daha sonra o polis əməkdaşları ilə birlikdə Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PŞ-nə getmişdir. 14-cü PŞ-nin inzibati binasında polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra vəkil dəvət edilmişdir. Dəvət olunmuş vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra vəkilin iştirakı ilə təhqiqatçı tərəfindən təqdim etdiyi qablaşdırılmış 01 ədəd bükümə baxış keçirilmişdir. Polis əməkdaşı təqdim etdiyi bükümdən aşkar olunmuş maddənin nə olduğunu soruşanda, o səmimi olaraq bükümün içərisindən aşkar edilən maddənin psixotrop maddə “patı” kimi tanıdığı metamfetamin olduğunu, həmin maddəni İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı “Leyla” adlı şəxsə 85 manat pul ödəməklə onun əvvəlcədən ona whatsapp ani yazışma vasitəsi ilə göndərdiyi konumdan, yəni Suraxanı rayonu ərazisindən şəxsi istifadəsi üçün götürdüyünü bildirmişdir. Bundan sonra üzərindən aşkar edilərək götürülmüş, qablaşdırılmış içərisində metamfetamin olan 01 ədəd bükümə baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, ondan götürülmüş içərisində psixotrop maddə metamfetamin olan büküm qablaşdırılaraq möhürlənmiş və orada olan şəxslərlə yanaşı o da, protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, o, Sabunçu RPİ-nin 14-cü PŞ-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması və daşıması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədi ilə 10 may 2025-ci il tarixdə əməliyyat qrupu təşkil olunmuş, əməliyyat qrupunun tərkibinə o və Sabunçu Rayon Polis idarəsinin 14-cü Polis şöbəsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 daxil edilmişlər. O və Şahid2 iştirakları ilə aparılmış əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 10 may 2025-ci il tarixdə saat 01:10-da Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Tavaylıq yaşayış massivi ərazisində yerləşən “OBA” marketin yaxınlığında piyada hərəkətdə olan zaman yaxınlaşıb özlərini təqdim etmişlər, bundan sonra həmin şəxsə vəkillə təmin edilmək hüququ izah edilmiş və həmin şəxs bu hüququndan imtina etmiş, bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində saxlanması, daşınması, istifadəsi qanunla qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etsin. Təklifə əsasən Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən bir ədəd bükülünü, “Redmi Note 13” markalı mobil telefonunu, “X7” markalı bir ədəd siqaret qutusunu, hərbi biletini və iki ədəd alışqanları çıxararaq təqdim etmiş, ondan təqdim etdiyi bükümün nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükülünün içərisindəki kütlənin "patı” kimi tanıdığı maddə olduğunu, həmin maddəni xx.xx.2025-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri Suraxanı rayonu ərazisindən anket məlumatlarını bilmədiyi “Leyla" adlı şəxsin “4169 7388 3766 3909” saylı bank hesab kartına 85 manat pul ödəməklə şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində kütlə olan bükülü və mobil telefon tərəflərindən zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra tərəflərindən Təqsirləndirilən şəxs 14-cü Polis şöbəsinə gətirilmişdir. Şöbənin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulması barədə qərar elan edilmiş və onun hüquqlarının müdafiə edilməsi üçün Bakı şəhəri 7 saylı Vəkil Bürosundan vəkil dəvət edilmişdir. Dəvət edilmiş vəkil Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Bundan sonra təhqiqatçı tərəfindən vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən götürülmüş zərflərə baxış keçirilmişdir. Zərflərdən birində Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş içərisində kütlə olan bükülü olmuş, digər zərfdə isə Təqsirləndirilən şəxs məxsus “Redmi Note 13” markalı mobil telefon olmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs zərfdəki bükümün ondan aşkar edilmiş büküm olub-olmadığını soruşduqda, Təqsirləndirilən şəxs bükümün ona məxsus olduğunu, bükülünün içərisindəki kütlənin “patı” kimi tanıdığı maddə olduğunu, həmin maddəni xx.xx.2025-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri Suraxanı rayonu ərazisindən anket məlumatlarını bilmədiyi “Leyla” adlı şəxsin “4169 7388 3766 3909” saylı bank hesab kartına 85 manat pul ödəməklə şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra təhqiqatçı təqdim edilmiş bükümün məhkəmə ekspertiza mərkəzinə göndəriləcəyini bildirmiş və Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş içərisində kütlə olan bükülü və mobil telefon təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PŞ- nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Vətəndaşın üstünün yoxlanılması haqqında 10 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Sabunçu RPİ-nin 14cü PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Tavaylıq yaşayış massivində yerləşən “OBA” marketin yaxınlığında piyada hərəkətdə olan zaman şübhəli şəxs qismində saxlanılmış və orada Təqsirləndirilən şəxs üstünün yoxlanılması zaman əynindəki boz rəngli cins şalvarının sol yan cibindən 01 büküm və “Redmi Note 11” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Bundan sonra təqdim etdiyi psixotrop maddəyə bənzər ağ şəffaf rəngdə olan bərk kristalşəkilli kütlə qablaşdırılaraq saxlanılan şəxs və polis əməkdaşları tərəfindən imzalanmaqla götürülmüşdür. Həmçinin iş üçün əhəmiyyət kəsb etdiyi üçün “Redmi Note 11” markalı mobil telefon da götürülmüşdür(i.v.11-12); şübhəli şəxsin tutulması haqqında 10 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 01:10-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.25); 10 may 2025-ci il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, xx xxxx 1999-cu il tarixdə Lerik rayonunda doğulmuş Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Tavaylıq yaşayış massivində yerləşən “OBA” marketin yaxınlığında piyada hərəkətdə olan zaman şübhəli şəxs qismində saxlanılmış və orada Təqsirləndirilən şəxs üstünün yoxlanılması zaman əynindəki boz rəngli cins şalvarının sol yan cibindən 01 bükümdə təmiz çəkisi 1,701 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür(i.v.38-42); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinın 10 may 2025-ci il tarixli 6/1757 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №100» dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs üzərindən” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,721 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir (i.v.47-50); Diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, diskd olan görüntülər xx.xx.2025-ci il tarixli vətəndaşın üstünün yoxlanılması haqqında protokola uyğun olmuşdur(i.v.79); Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 11 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətin müdafiə edilməsindən imtina edilmiş və MSY-dən azad edilməsi qərara alınmışdır(i.v.83-85); Qətimkan tədbirinin seçilməsi haqqında 11 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.86-87); Diskə baxış keçirilməsi haqqında 03 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrələrə daxil olan və çıxan zənglər, SMS mətnləri, nömrə adına sənədləşdirilmiş şəxslərə dair məlumatlar olan 01 ədəd diskə baxış keçirilmiş, baxış zamanı istintaq marağı kəsb edən hər hansı bir xüsusat aşkar edilməmişdir(i.v.119); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur(i.v.120); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 X4 X5 Komissiyasının xx.xx.2025-ci il tarixli 3421 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Kannabinoidlərdən və psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, NARKOMANİYA xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür(i.v.121-122); Sübutların qiymətləndirilməsi haqqında 04 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan disk iş üzrə əhəmiyyət kəsb etdiyindən sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunması qərara alınmış, Təqsirləndirilən şəxs aşkar olunmuş 01 bükümdə təmiz çəkisi 1,701 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra 1,651 qram qalığı saxlanması üçün Bakı şəhəri Sabunçu RPİ-nin Növbətçi Hisəssinə təhvil verilməsi qərara alınmışdır (i.v.131-138); Məhkəmə iclasında bir ədəd DVD diskə baxış keçirilmiş, diskdə olan video görüntülərdən görünür ki, həmin görüntülər şəxsin üzərinin yoxlanılması barədə 10 may 2025-ci il tarixli protokola uyğun olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadəsi, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən təmiz çəkisi 1.701 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar (CM-59.2) və ağırlaşdıran halların olmaması, ondan aşkar olunmuş psixotrop maddənin miqdarı, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, 10 may 2025-ci il tarixdən 11 may 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı(CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.2), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli, cəzasının əvvəli hökm çıxarıldığı tarixdən hesablanmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınması nəzərə alınmalı, iş üzrə maddi sübutlar Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 1,701 qram olan tədqiqatdan sonra qalıq qalmış 1,651 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), 01 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, 89 (səksən doqquz) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 10 may 2025-ci il tarixdən 11 may 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 08 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin, dərhal məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 1,701 qram olan tədqiqatdan sonra qalıq qalmış 1,651 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 89(səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 275 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar