Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-56/2023 04.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1998-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Bala Qəcər kəndində qeydiyyatda olan, Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Hüseynbala Əliyev küçəsi, nömrəsiz evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 07 yanvar 2022-ci il tarixdə, saat 21:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Kərvan küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus evin pəncərəsindən içəri qanunsuz daxil olaraq hər birinin qiyməti 5 manat olan cəmi 150 manat dəyərində 30 ədəd işığı idarə edən elektrik cihazları, hər birinin qiyməti 5 manat olan cəmi 75 manat dəyərində 15 ədəd elektrik yuvacığı cihazları, hər birinin qiyməti 15 manat olan cəmi 30 manat dəyərində 02 ədəd “spot” lampa, 45 manat dəyərində 01 ədəd nəmdən qoruyucu “izoteks” çəllək, 250 manat dəyərində 01 ədəd perforator və 100 manat dəyərində 01 ədəd santexnika ütüsünü gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 650 manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs iş üzrə verilmiş ittiham üzrə özünü təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, Bərdə rayonu, Bala Qəcər kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Hüseynbala Əliyev küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşayır. İşsiz olduğu üçün maddi cəhətdən çətinlik çəkmişdir. 07 yanvar 2022-ci il tarixdə, saat 21:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Kərvan küçəsinə gələrək oğurluq etmək üçün uyğun ev axtarmağa başlamış, bir müddət sonra həmin küçədə yerləşən sonradan Zərərçəkmiş şəxs məxsus olduğunu bildiyi evin işıqlarının yanmadığını görərək evdə heç kəsin olmadığını düşünmüş, həmin evdən oğurluq etməyi qərara almışdır. O, ilk öncə ətrafa nəzər yetirərək heç kəsin olmadığına əmin olmuş, daha sonra hasardan aşaraq həyətə enmiş, həyətdə inşa edilmiş evin açıq vəziyyətdə olan pəncərəsindən içəri daxil olub, evdən oğurlamaq üçün pul və yaxud qiymətli əşyalar axtarmağa başlamışdır. Evdən pul və qiymətli əşyalar tapa bilmədiyini gördükdə elektrik işləri görülməsi üçün nəzərdə tutulan avadanlıqları, yəni işığı idarə edən elektrik cihazları, elektrik yuvacığı cihazları, spot lampa, nəmdən qoruyucu izoteks çəllək, perforator və 01 ədəd santexnik ütüsünü evdən tapdığı sellofan paketə yığmış, evə daxil olduğu pəncərədən həyətə, oradan da hasardan aşmaqla küçəyə çıxmışdır. Bundan sonra həmin yerdən uzaqlaşmış və sürücüsünü tanımadığı taksi saxladıb, özünə məxsus əşyaları aparmaq istədiyini dedikdə sürücü onunla razılaşmışdır. Ona görə də oğurladığı əşyaları həmin taksinin arxa yük yerinə qoyub yaşadığı evin yaxınlığına aparmış və yolun kənarında gizlədib yaşadığı evə getmişdir. Ertəsi gün oğurladığı elektrik avadanlıqlarını Sabunçu rayonu, Pirşağı qəsəbəsində yaşayan İbrahim adlı şəxsin yaşadığı evə aparmış və özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirərək 55 manata satmış, əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərəçəkmiş şəxsin və şahidin ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Kərvan küçəsində yerləşən fərdi yaşayış evi ona məxsusdur. O, 2021-ci ilin sonlarında bir neçə dəfə tikinti materialları alaraq qeyd olunan ünvana yığmış, sonuncu dəfə, 30 dekabr 2021ci il tarixdə fərdi yaşayış evində olduğu zaman hansısa oğurluq hadisəsi aşkar etməmişdir. 08 yanvar 2022-ci il tarixdə yenidən fərdi yaşayış evinə getdiyi zaman evin pəncərəsinin açıq vəziyyətdə olduğunu görərək evin giriş qapısını açıb içəri daxil olmuş, evə baxış keçirdiyi zaman hər biri 5 manat dəyərində cəmi 150 manat məbləğində 30 ədəd işığı idarə edən elektrik cihazlarının, hər biri 5 manat dəyərində cəmi 75 manat məbləğində 15 ədəd elektrik yuvacığı cihazlarının, hər biri 15 manat dəyərində cəmi 30 manat məbləğində 02 ədəd spot lampanın, 45 manat dəyərində 01 ədəd nəmdən qoruyucu izoteks çəlləyin, 250 manat dəyərində 01 ədəd perforator və 100 manat dəyərində 01 ədəd santexnik ütüsünün oğurlandığını müəyyən etmişdir. O, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə gedərək hadisə barədə məlumat vermiş, ərizə yazaraq izahat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 650 manat madd ziyan dəymişdir. Zərərçəkmiş şəxs məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, ona vurulmuş zərər tamamilə ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, işsiz olduğuna görə yaşadığı evin həyətyanı sahəsində inşa etdirdiyi evləri kirayə verərək qazanc əldə edir. Təqsirləndirilən şəxs ona məxsus evin tikintisində fəhlə olaraq işləmişdir. 2022-ci ilin yanvar ayının əvvəllərində Təqsirləndirilən şəxs onun yaşadığı ünvana gələrək ondan 55 manat borc pul istəmiş, pulunun olmadığını bildirdikdə, Təqsirləndirilən şəxs özü ilə gətirdiyi 01 ədəd perforator, 01 ədəd santexnik ütüsü və digər adlarını xatırlamadığı elektrik avadanlıqlarını göstərərək özünə məxsus olduğunu bildirərək, həmin əşyaları götürərək ona 55 manat verməsini xahiş etmişdir. O, Təqsirləndirilən şəxs 55 manat borc vermiş, Təqsirləndirilən şəxs özü ilə gətirdiyi əşyaları onun həyətinə qoyaraq getmişdir. Bir neçə gün sonra yaşadığı ünvana polis əməkdaşları gələrək ondan Təqsirləndirilən şəxs tikinti avadınlıqları alıb-almadığını soruşmuş, o, Təqsirləndirilən şəxs aldığı tikinti avadınlıqlarını polis əməkdaşlarına təqdim etmişdir. Cinayət işinin 33-cü vərəqəsində olan 14 yanvar 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 14 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 53-cü vərəqəsində olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, cianyət hadisəsi nəticəsində ona vurulmuş ziyan tam şəkildə ödənildiyi üçün Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin 70-71-ci vərəqələrində olan 15 yanvar 2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Fərid Soltanlının vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru vəzifəsini icra edən Qəhrəman Əsgərov tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 72-73-cü vərəqələrində olan 15 yanvar 2022-ci il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 79-cu vərəqəsində olan İ-4099 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Cinayət işinin 79-cu vərəqəsində olan İ-7609 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Cinayət işinin 94-97-ci vərəqəsində olan 28 aprel 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotolardan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrin düzgünlüyünü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsi yerində yoxlanılmışdır. Cinayət işinin 98-101-ci vərəqəsində olan sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 30 ədəd işığı idarə edən elektrik cihazları, 15 ədəd elektrik yuvacığı cihazları, 02 ədəd “Spot” lampa, 01 ədəd nəmdən qoruyucu “İzoteks” çəllək, 01 ədəd perforator və 01 ədəd santexnik ütüsü cinayət işi üzrə maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs təhvil verilmişdir. Cinayət işinin 77-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 28 yanvar 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 56/2023 saylı, 12 iyun 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunaraq barəsində axtarış elan edilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 3-16-17/38/2-6769/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 27 sentyabr 2023cü il tarixdə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutularaq 28 sentyabr 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə, digər iş materialları ilə onun yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, “Vətən” müharibəsində iştirak etməklə “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığın məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən, onun barəsində CM-nin 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 14 yanvar 2022-ci il tarixdən saat 00:23-dən 15 yanvar 2022-ci il tarixədək saat 11:35-dək, 27 sentyabr 2023cü il tarixdən 04 oktyabr 2023-cü il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tutulduğu və həbsdə olduğu 09 (doqquz) günü nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının 18 (on səkkiz) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmalı və Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməlidir. İş üzrə maddi sübut, 30 ədəd işığı idarə edən elektrik cihazları, 15 ədəd elektrik yuvacığı cihazları, 02 ədəd “Spot” lampa, 01 ədəd nəmdən qoruyucu “İzoteks” çəllək, 01 ədəd perforator və 01 ədəd santexnik ütüsünün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu və həbsdə olduğu cəmi 09 (doqquz) gün müddətinin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 18 (on səkkiz) gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. İş üzrə maddi sübut, 30 ədəd işığı idarə edən elektrik cihazları, 15 ədəd elektrik yuvacığı cihazları, 02 ədəd “Spot” lampa, 01 ədəd nəmdən qoruyucu “İzoteks” çəllək, 01 ədəd perforator və 01 ədəd santexnik ütüsünün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-56/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-56/2023
04.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver