Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-560/2025 02.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Səfərova Aytən Eldar qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, təqsirləndirilən şəxsin müdafiəçisi-Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1969-cu ildə Bakı şəhərində anadan olmuş, evli, orta təhsilli, Şəki rayonu, Baş Layısqı ə/d, Qumux kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, M.Məmmədyarov küçəsində yerləşən nömrəsiz evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur, ondan ötrü ki, o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq aldatma və etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə aylıq kredit ödənişlərini gecikdirdiyi üçün adının krediti vaxtında ödəməyənlərin siyahısına düşməsi və bu səbəbdən də əlavə kredit ayrılmaması ilə bağlı müraciət etmiş Zərərçəkmiş şəxs qabaqcadan 1.500 (min beş yüz) manat pul müqabilində adının krediti vaxtında ödəməyənlərin siyahısından çıxarılması və əlavə kredit ayrılmasına köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq bu adla 13 aprel 2024-cü il tarixdə saat 12:37-də 500 (beş yüz) manat və 13 aprel 2024-cü il tarixdə saat 12:41-də 495 (dörd yüz doxsan beş) manat pul vəsaitini istifadəsində olan UniBank-a məxsus 4098 5844 9794 6390 nömrəli “LeoBank” kart hesabına köçürtdürməklə, 30 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X2 küçəsi ünvanında yerləşən “SMAK” adlı restoranda 500 manat pulunu əlbəəl alaraq vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs ümumilikdə 1495(min dörd yüz doxsan beş) manat pul vəsaitini ələ keçirib dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2024-cü ilin aprel ayında tanışı Şahid1 ona zəng vuraraq bildirmişdir ki, bir nəfər tanışı bankdan kredit pul götürmüş, lakin kredit borcunu vaxtında ödəmədiyi üçün adı qara siyahıya salınmışdır. Hal-hazırda həmin şəxsin pula ehtiyacı olduğundan yenidən kredit götürmək istəsə də, gecikmə səbəbindən ona kredit məbləğ ayrılmamışdır. Tanışı Şahid1 onu geniş əlaqələri olan şəxs kimi tanımışdır. Şahid1 ondan xahiş etmişdir ki, həmin şəxs köməklik istəyir, əgər gücü çatırsa, həmin şəxsə köməklik etsin. O da Şahid1 demişdir ki, heç bir problem yoxdur, köməklik edəcəkdir. Bu söhbətdən sonra 2024-cü ilin aprel ayında o, Şahid1 və Zərərçəkmiş şəxs Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X2 küçəsi ünvanında yerləşən “SMAK” adlı restoranda görüşmüşlər. Görüş zamanı Şahid1 onları tanış etmiş və o Zərərçəkmiş şəxs ilə söhbətləşmişdir. Söhbət əsnasında Zərərçəkmiş şəxs ona demişdir ki, “Azərbaycan Beynəlxalq Bank”ından kreditə pul götürmüş, maddi problemi ilə bağlı ödənişlərdə gecikmə olduğundan adı qara siyahıya düşmüşdür. Çıxılmaz vəziyyətdədir və onun yenidən kreditə pul götürməyə ehtiyacı vardır. Bu zaman Qalib Süleymannova heç bir problem olmadığını, bankda tanışlarının olduğunu, məsələni həll edəcəyini, lakin xərxi çıxacağını demişdir. Həmin zaman maddi problemləri olmuş və bu səbəbdən də pula ehtiyacı olmuşdur. Əsl niyyəti isə Zərərçəkmiş şəxs kömək etmək yox, onun pulunu ələ keçirmək olmuşdur. Bu söhbətdən bir neçə gün sonra 13 aprel 2024-cü il tarixdə Zərərçəkmiş şəxs zəng vurmuş və bildirmişdir ki, məsələni həll edəcəkdir, amma işin həlli ilə əlaqədar 1.500 manat pul lazımdır. Həmin məbləğin həlli üçün ilkin olaraq isə təcili 1.000 manat pul göndərilməlidir. Zərərçəkmiş şəxs da onunla razılaşmışdır. Daha sonra o pulun göndərilməsi üçün istifadəsində olan UniBank-a məxsus 4098 5844 9794 6390 nömrəli “LeoBank” plastik kartının məlumatlarını Zərərçəkmiş şəxs vermuş, az müddət sonra hesabına 495 manat və 500 manat olmaqla ümumilikdə 995 manat pul köçürülmüşdür. Bundan sonra Zərərçəkmiş şəxs ilə əlaqə saxladıqda o bildirmişdir ki, qalıq pulu da verəcəkdir. Bu məsələdən təxminən 2 həftə sonra o yenidən Zərərçəkmiş şəxs istifadəsində olan mobil nömrəyə zəng vurmuş və onunla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X2 küçəsi ünvanında yerləşən “SMAK” adlı restoranda görüş təyin etmişdir. 30 aprel 2024-cü il tarixdə Zərərçəkmiş şəxsla təklikdə həmin ünvanda görüşmüşlər və o Zərərçəkmiş şəxs qalıq 500 manat pulu əlbəəl alaraq yaxın zamanda məsələsinin həll ediləcəyinə vəd vermişdir. Bu məsələdən sonra bir müddət Zərərçəkmiş şəxs ona zəng vurub işi barədə soruşduqda hər dəfə müxtəlif bəhanələr gətirmiş, daha sonra isə ümumiyyətlə zənglərə cavab verməmişdir. Əldə etdiyi ümumilikdə 1.495 manat pulun hamısını isə şəxsi ehtiyacları üçün xərcləmişdir. Məsələni yoluna qoymadığından Şahid1 bir neçə dəfə ona zəng vurub məsələnin həlli barədə soruşduqda Şahid1 demişdir ki, tanışının işi həll olunacaqdır. Lakin daha sonra Şahid1 da zənglərinə cavab verməmişdir. Törətdiyi əməldən səmimi peşmanlıq hissi keçirir. Ona verilmiş suallara cavabında göstərmişdir ki, köməklik məqsədilə pul almış, əvvəl 1000 manat, sonra 500 manat almışdır. Sonradan xəstəliyi ilə əlaqədar olaraq pulu qaytara bilməmiş və Zərərçəkmiş şəxs pulunu qaytarmaq istəsə də, maddi imkanı olmadığından qaytara bilmir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2024-cü ilin mart ayının sonlarında ayında tanışı Şahid2 ilə söhbət zamanı ona Azərbaycan Beynəlxalq Bankına 8.000 manat kredit borcu ilə bağlı aylıq kredit ödənişlərini gecikdirməsi ucbatından bank tərəfindən qara siyahıya düşdüyünü və bu səbəbdən əlavə kredit ayrılmadığını demiş, Şahid2 isə ona Şahid1 adında tanışı olduğunu, həmin şəxsin də eyni problem yaşadığını, bir nəfər tanışının ona köməklik etdiyini bildirmişdir. O, Şahid2 onu Şahid1 ilə tanış etməsini xahiş etmiş, Şahid2 da ona Şahid1 istifadəsində olan mobil nömrəyə zəng vurmuş və onunla danışaraq məsələni izah etmişdir. Şahid1 da öz tanışı ilə danışıb məlumat verəcəyini bildirmişdir. Bu söhbətdən sonra o Şahid1 mobil nömrəsini götürmüş və onunla əlaqə saxlamışdır. 02 aprel 2024-cü il tarixdə o, Şahid1 və Rafayıl adlı şəxs Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X2 küçəsi ünvanında yerləşən “SMAK” adlı restoranda görüşmüşlər. Söhbət əsasında Şahid1 onu Rafayıl adlı şəxs ilə tanış etmişdir. Görüş zamanı Rafayıl adlı şəxsə Azərbaycan Beynəlxalq Bankına kredit borcu olduğunu, aylıq krediti ödəyə bilmədiyi üçün gecikməyə və qara siyahıya salındığını, bu səbəbdən də ona əlavə kredit ayrılmadığını demişdir. Bu vaxt Rafayıl ona demişdir ki, banklarda tanışları var, köməklik edəcəkdir. Ondan işin həlli müqabilində nə qədər pulun tələb ediləcəyini soruşduqda isə məlumat verəcəyini demişdir. Daha sonra Rafayıl adlı şəxsin mobil nömrəsini götürmüş və oradan çıxıb getmişdir. 13 aprel 2024-cü il tarixdə Rafayıl adlı şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ona zəng vuraraq işin həlli üçün 1.500 manat pulun tələb olunduğunu deyib, ilkin olaraq 1.000 manat pul istəmişdir. O da etiraz etməmişdir. Bundan sonra ABB-na məxsus mobil tətbiq vasitəsilə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolunda yerləşən nömrəsiz evdə olan zaman Rafayılın “whatsapp” ani mesajlaşma mobil tətbiqi vasitəsilə göndərdiyi UniBank-a məxsus 4098 5844 9794 6390 nömrəli LeoBank kart hesabına 13 aprel 2024-cü il tarixdə saat 12:37 radələrində 500 manat, 13 aprel 2024-cü il tarixdə saat 12:41 radələrində 495 manat pul köçürmüşdür. Bir müddət sonra 30 aprel 2024-cü il tarixdə Rafayıl yenidən ***-***-**-** saylı mobil nömrədən ona zəng vuraraq 500 manat pul istəmişdir. Rafayıl adlı şəxs ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov küçəsi, Səməd bəy Mehmandərov küçəsində yerlən “SMAK” adlı restorana görüş təyin etmişlər. 30 aprel 2024-cü il tarixdə saat 11:00 radələrində həmin ünvanda yerləşən restoranın içərisində Rafayıla əlbəəl təklikdə 500 manat pul vermişdir. Pulu verdikdən sonra Rafayıl adlı şəxs ona demişdir ki, 10-15 gün ərzində məsələni həll edəcəkdir. Lakin Rafayıl adlı şəxs 2024cü ilin iyun ayınadək müxtəlif bəhanələr gətirmiş və ondan asılı olmayan səbəblərdən işin həllinin gecikdiyini, buna baxmayaraq müsbət nəticə əldə olunacağını demişdir. Bundan sonra Rafayılın dostu olan Şahid1 istifadəsində olan ***-***-**-** və ***-***-**-** nömrələri ilə əlaqə saxladıqda Şahid1 ona demişdir ki, pulu Rafayıla vermisən, onun özü ilə əlaqə saxla. 2024-cü ilin iyun ayından sonra Rafayıl adlı şəxs ümumiyyətlə zənglərinə cavab verməmişdir. Daha sonra məlum olmuşdur ki, Rafayıl adlı şəxs Təqsirləndirilən şəxsdur, sadəcə olaraq özünü Rafayıl kimi təqdim edibmiş. Baş vermiş hadisə nəticəsində Təqsirləndirilən şəxs onu aldadaraq hissə-hissə olmaqla ümumilikdə 1495 (min dörd yüz doxsan beş) manat pulunu ələ keçirmişdir. Ona verilmiş suallara cavabında göstərmişdir ki, pulu alandan sonra Elxan telefonlarına cavab verməmişdir. Hazırda pulunun geri qaytarılmasını xahiş edir. Şikayətçidir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 7 ilə yaxın müddətdir ki, Təqsirləndirilən şəxs tanıyır. Onunla tanışlığı 7 ilə bundan öncə məclislərin birində ortaq tanışlarının vasitəsi ilə yaranmışdır. Aralarında ünsiyyət yarandıqdan sonra təxminən 5 il bundan qabaq “Kapital Bank”a kredit borcu olduğundan və adı gecikməyə düşdüyündən ortaq tanışlarının vasitəsilə Təqsirləndirilən şəxs müraciət etmiş, o da adının qara siyahıda olmasına baxmayaraq kredit almasına köməklik göstərmişdir. Təqsirləndirilən şəxs ilk 2 il Rafayıl adı ilə tanımış, daha sonra ona məlum olmuşdur ki, adı Elxandır. Təqsirləndirilən şəxs özü ona demişdir ki, adı Elxan olmasına baxmayaraq uşaqlıqdan onu Rafayıl adı ilə çağırmışlar. Onunla münasibəti olduğundan ara-sıra Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X2 küçəsində yerləşən “SMAK” adlı kafedə əyləşmişlər. 2024-cü ilin aprel ayında tanışı, hal-hazırda mobil nömrəsini bilmədiyi və xatırlamadığı Vüqar adlı şəxs ona zəng vuraraq bir nəfər tanışının banka kredit borcu olduğunu, lakin vaxtında kredit borcunu ödəmədiyindən adının qara siyahıya düşdüyünü deyib, tanışının köməklik edib edə bilməyəcəyini soruşmuşdur. Bu hadisədən müəyyən müddət əvvəl toy məclisində Vüqar adlı şəxs ilə stol arxasında əyləşib yeyib-içən zaman söhbət əsnasında Vüqara bildirmişdir ki, “Kapital Bank”a kredit borcu olmuş, lakin kredit borcunu vaxtında ödəmədiyinə görə adı gecikməyə düşmüş, bu səbəbdən əlavə kredit ayrılmamış, amma bir nəfər tanışının köməkliyi ilə adının qara siyahıda olmasına baxmayaraq adına əlavə kredit ayrılmışdır. Həmin zaman Vüqarın özünün də belə bır problemi olduğundan ondan xahiş etmişdir ki, onu həmin şəxslə əlaqələndirsin. O da onları əlaqələndirmişdir. Şahid2 ona zəng vurub bu haqda məlumat verdikdən sonra Şahid2 demişdir ki, Rafayıl adlı şəxs var, əgər tanışı istəyərsə onları görüşdürər və onlar öz aralarında razılığa gələrlər. Daha sonra Zərərçəkmiş şəxs ona zəng vurmuş və Rafayıl adlı şəxs ilə görüşmək istədiyini bildirmişdir. 2024-cü ilin aprel ayında o, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X2 küçəsi ünvanında yerləşən “SMAK" adlı restoranda görüşmüşlər. Görüş zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs tanış etmişdir. Söhbət əsnasında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs demişdir ki, Azərbaycan Beynəlxalq Bankından kreditə pul götürüb, lakin maddi problemi ilə bağlı halhazırda ödənişlərində gecikməsi var və bu səbəbdən də adı qara siyahıya düşübdür, çıxılmaz vəziyyətdədir və yenidən kreditə pul götürməyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs də ona demişdir ki, heç bir problem yoxdur, bu barədə köməklik edə bilər, amma problemli iş olduğundan bir az xərci olacaqdır. Orada Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs demişdir ki, bu barədə ikisi danışarlar, lazımi köməkliyi edəcəkdir. Kafedə əlaqə saxlamaları üçün bir-birlərinin nömrələrini götürmüşlər. Söhbətin sonunda oradan ayrılıb hərəsi ayrı istiqamətə çıxıb getmişlər. Bu söhbətdən təxminən 10 gün sonra Zərərçəkmiş şəxs ona zəng vuraraq demişdir ki, Rafayıl işinin həlli müqabilində ondan 1.000 manat pul istəmiş, o da Rafayılın bank hesabına 1.000 manat pul göndərmişdir. O da Rafayıla zəng vuraraq Zərərçəkmiş şəxs iş barədə maraqlandıqda Rafayıl ona demişdir ki, işin həlli müqabilində 1.000 manat göndərilib, tezliklə məsələni həll edəcəkdir. Bu söhbətlərindən təxminən 1 ay keçdikdən sonra Zərərçəkmiş şəxs ona zəng vuraraq demişdir ki, Rafayıl zənglərinə cavab vermir, pulunun qaytarılmasını istəyir. O da dərhal Rafayıla zəng vurmuş və nə baş verdiyini soruşduqda cavab vermişdir ki, məsələnin həlli istəqamətində çətinlik yaranmışdır. Təqsirləndirilən şəxs demişdir ki, əgər işi həll edə bilmirsə Zərərçəkmiş şəxs aldığın pulu geri qaytarsın Bu məsələ ilə bağlı dəfələrlə Təqsirləndirilən şəxs zəng etmiş, o isə hər dəfə müxtəlif bəhanələr gətirmiş, daha sonra isə telefon zənglərinə cavab verməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldadaraq pulunu ələ keçirməsi ilə bağlı məlumatı Zərərçəkmiş şəxs ona zəng vurub bu barədə bildirdikdən sonra olmuşdur. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2015ci il tarixdən 2017-ci il tarixinədək Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisinndə yerləşən Abşeron anbarı kimi adlanan birlikdə işləmişdir. Həmin vaxtdan bəri aralarında münasibət yaranmışdır. Ara-sıra bir-biriləri ilə mobil telefon vasitəsilə əlaqə saxlamışlar. 2024-cü ilin mart-aprel aylarında Zərərçəkmiş şəxs ona zəng vuraraq banka kredit borcu olduğunu, ödənişi gecikdirdiyi üçün bank tərəfindən qara siyahıya salındığını, amma pula ehtiyacı olduğundan əlavə kredit götürməli olduğunu bildirərək ondan tanışının mobil nömrəsini istəmişdir. Çünki bir dəfə onun da başına belə bir hadisə gəlmiş, kredit borcu olduğundan ona kredit ayrılmamışdır. Həmin zaman tanışı Şahid1 ilə söhbət edən zaman bu barədə ona bildirmiş və Şahid1 tanışının köməkliyi ilə ona kredit ayrılmışdır. Bu barədə də Zərərçəkmiş şəxs məlumatı olmuşdur. Zərərçəkmiş şəxs ondan xahiş etdikdən sonra Zərərçəkmiş şəxs yanında Şahid1 zəng vurub məsələni izah etmiş və Şahid1 mobil nömrəsini Zərərçəkmiş şəxs vermişdir. Bundan təxminən 10 gündən sonra Zərərçəkmiş şəxs ona zəng vurub bank tərəfindən kredit ayrılması üçün pul tələb olunduğunu, verməli olub-olmadığını soruşduqda, demişdir ki, öz işindir, özün bilərsən. Təxminən 1 aydan sonra Zərərçəkmiş şəxs ona zəng vurub Rafayıl adlı şəxsə pul verdiyini, lakin işinin alınmadığını demişdir. O, bundan dərhal sonra Şahid1 zəng vurmuş, Şahid1 da iş ilə onun yox tanışı Rafayıl adlı şəxsin məşğul olduğunu deyib, Rafayıl ilə əlaqə saxlayacağını bildirmişdir, özünün Şahid1 ilə aralarında yaxın münasibətləri olmamışdır, sadəcə olaraq Zərərçəkmiş şəxs ondan xahiş etdiyindən Şahid1 ilə əlaqələndirmişdir. Daha sonra isə baş verənlərdən məlumatı olmamışdır. Təqsirləndirilən şəxs tanımır, Zərərçəkmiş şəxs Şahid1la əlaqələndirməsində niyyəti Zərərçəkmiş şəxs köməklik etmək istəməsi olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirmə və götürmə haqqında” 30 may 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X2 küçəsi ünvanında yerləşən “SMAK” adlı restoranda baş vermişdir(i.v 12-13). “Zərərçəkmiş şəxs qismində tanımaq haqqında” 28 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır(i.v.32-33); “Götürmə aparılması haqqında” 28 noyabr 2024-cü il tarixli qərardan, 28 noyabr 2024cü il tarixli “Təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürülməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi 13 aprel 2024-cü il tarixdə saat 12:37 radələrində 4098********6390 nömrəli kart hesabından 5167********4663 nömrəli kart hesabına 500 (beş yüz) manat pul və 13 aprel 2024-cü il tarixdə saat 12:41 radələrində 4098********6390 nömrəli kart hesabından 5167********4663 nömrəli kart hesabına 495 (dörd yüz doxsan beş) manat pul vəsaiti köçürülmüşdür(i.v. 44, 46-49). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 18 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir(i.v 100-101); “”Qətimkan tədbirinin seçilməsi haqqında” 18 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir(i.v. 116-117); “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürülməsi haqqında” 22 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan kart hesabına 13 aprel 2024-cü il tarixdə saat 12:37 radələrində 4098********6390 nömrəli kart hesabından 5167********4663 nömrəli kart hesabına 500 manat pul və 13 aprel 2024-cü il tarixdə saat 12:41 radələrində 4098********6390 nömrəli kart hesabından 5167********4663 nömrəli kart hesabına 495 manat pul vəsaiti mədaxil olunmuşdur(i.v 122-127). “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən saxlanılmış, Zərərçəkmiş şəxs təqdim etdiyi 13 aprel 2024-cü il tarixdə saat 12:37 radələrində 4098********6390 nömrəli kart hesabından 5167********4663 nömrəli kart hesabına 500 (beş yüz) manat pul və 13 aprel 2024-cü il tarixdə saat 12:41 radələrində 4098********6390 nömrəli kart hesabından 5167********4663 nömrəli kart hesabına 495 (dörd yüz doxsan beş) manat pul vəsaiti köçürülməsini özündə əks etdirən 02 (iki) ədəd qəbzin surəti maddi sübut kimi tanınmış, "xxxx" ASC tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs istifadəsində olan LeoBank hesabı vasitəsi ilə həyata keçirilmiş bank əməliyyatlarının çıxarışı maddi sübut kimi tanınmışdır(i.v 128-133). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi rayon Məhkəməsinin 06 sentyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.1-ci maddəsi ilə təqsirləndirilərək 3.500 manatcərimə edilmiş, Beyləqan rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi yekunlaşdırılaraq 28 mart 2025-ci il tarixdə məhkəməyə göndərilmişdir(i.v 76-77). AZE MİS Elektron Məhkəmə sistemi üzərindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə aparılan 1(020)-34/2025 saylı cinayət işi Beyləqan Rayon Məhkəməsinin hakimi Xatın Cabbarlının icraatındadır. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 28 noyabr 2024-cü il tarixli qərardan görünür ki, fakta əsasən CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul olunaraq ibtidai istintaqı aparılmışdır(i.v 1). “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 01 yanvar 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə icraat təqsirləndirilən şəxs istintaqa gətirilənə qədər CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır(i.v 73). Bakı şəhər Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs 11 iyun 2025-ci il tarixdən Bakı şəhəri 7 saylı Kliniki Xəsətəxanada yatılı müalicə alır. Xəstəxadan səhhəti ilə bağlı çıxarılması məsləhət görülmür(i.v 78). “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” 18 iyun 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə icraat təzələnərək ibtidai istintaqı davam etdirilmişdir(i.v 79). Təqsirləndirilən şəxs törətmiş olduğu əməli etiraf edərək öz müdafiəsi üçün dəlillər gətirməmişdir. Məhkəmə tərəfindən dəymiş ziyanın ödənilməsi ilə bağlı kifayət qədər vaxt verilməsinə baxmayaraq təqsirləndirilən şəxs dəymiş ziyanı ödəməmişdir. Həmçinin AZE MİS Elektron Məhkəmə sistemi üzərindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(020)-34/2025 saylı cinayət işi Beyləqan Rayon Məhkəməsinin hakimi Xatın Cabbarlının icraatındadır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmamasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Belə ki, təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəzalar nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cinayət nəticəsində vurulmuş ziyanın məbləği (1495 manat pul), həmçinin ziyanın ödənilməməsi nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən(müəyyən edilməmişdir), və ağırlaşdıran hallar(müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası CPM-nin 132.1.6-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış 02 ədəd qəbzin surəti və bank əməliyyatlarının çıxarışı cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - yaşayış yeri üzrə çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 06:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, mülki iddia ilə Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 03 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar 02 (iki) ədəd qəbzin surəti və təqdim edilmiş bank əməliyyatlarının çıxarışı iş materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs mülki məhkəmə icraatı qaydasında iddia vermək hüququnun olması izah olunsun. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla 27 iş saatına görə 297 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Teymur Həsənov
Məhkəmə qərarları › İş №1(008)-560/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-560/2025
02.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver