Məhkəmə qərarları › İş №1(008)-562/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-562/2025

08.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-562/2025 08.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X4 qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə X2-norfolk şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi Demyan Bednıy küçəsində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yekun protokola əsasən Təqsirləndirilən şəxs qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 05 iyul 2025-ci il tarixdə saat 13 radələrində ünvan 3 ünvanının qarşısında tanışı Zərərçəkmiş şəxs onu nalayiq ifadələrə təhqir etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı qəsdən əl zərbələri ilə Zərərçəkmiş şəxs boyun və alın nahiyəsinə bir neçə dəfə vuraraq, ona alın nahiyəsinin dərialtı hematoması ilə müşayiət olunan əzilmiş yarası; boyun nahiyəsinin qançırı kimi xəsarətlər yetirərək sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Böyük Britaniyada anadan olmağına baxmayaraq 2 yaşından Azərbaycan Respublikasında yaşamış və orta məktəbi Abşeron rayonu Xırdalan qəsəbəsi 2 nömrəli tam orta məktəbin rus bölməsini bitirmişdir. O, heyvanlara olan bağlılığından könüllü olaraq (valantiyor) Sabunçu rayonu Sabunçu qəsəbəsi Şəhər Şossesində MS OİL Yanacaq doldurma məntəqəsinin yaxınlığında heyvanların sığınacağı yerində heyvanlara baxır. Fəridə adlı xanımı o, həmin sığınacaqda onun kimi könüllü işlədiyinə görə təxminən 5 ay müddətdir ki, tanıyır. Həmin sığınacağın sahibi Ülviyyə adlı xanımdır. Fəridə 30 iyun 2025-ci il tarixdə onunla mobil telefonla əlaqə saxlamağa başlamışdır. Həmin vaxt o, mobil telefonla başqa bir şəxslə danışdığından onun zənginə cavab verməmişdir. Bundan sonra o, özünə məxsus mobil nömrənin wotsap ani mesajlaşma tətbiqi ilə ona məxsus mobil nömrənin wotsap ani mesajlaşma tətbiqinə nalayiq ifadələr yazaraq onu əngəlləmişdir. 05 iyun 2025-ci il tarixdə saat 13 radələrində o, Fəridə ilə işlədiyi sığınacaqda qarşılaşmışlar. O, Fəridədən hansı səbəbdən onun üvanına nalayiq ifadələr işlətməsini soruşmuşdur. Fəridə, yenidən onunla aqresiv danışaraq anasının ünvanına nalayiq küçə söyüşü söymüşdür. O, Fəridənin bu sözlərini eşidib ona yaxınlaşaraq onun alın nahiyəsindən bir dəfə yumuruqla zərbə endirmişdir. Zərbənin təsirindən Fəridənin alın nahiyəsindən qan gəlmişdir. Bundan sonra o, içəri getmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmış, dəymiş ziyanı ödəmiş, əməlindən peşmandır. Hazırki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Araz Marketin mərkəzi ofisində mühasib vəzifəsində çalışır. Heyvanlara olan bağlılığından o, yaralı it və pişikləri gördükdə onların müalicəsi ilə məşğul olur. Bununla bağlı sosial şəbəkədə səhifəsidə vardır. O, küçədə xəstə heyvan görəndə 28 May metrostansiyasının yaxınlığında olan klinakaya apararaq orada müalicə etdirir, müalicə bitdikdən sonra həmin heyvanları, Sabunçu rayonu Sabunçu qəsəbəsi Şəhər Şossesində MS OİL Yanacaq doldurma məntəqəsinin yaxınlığında heyvanların sığınacaqı yerinə gətirir. Leyanna adlı xanım həmin sığınacaqda onlara kömək edir. Bir neçə gün bundan öncə o, sığınacaqda olan pişiyi sahibləndirmək üçün bir nəfər xanım onunla əlaqə saxlamışdır. O, həmin xanıma razılıq vermişdir və həmin xanımı sığınacağa yönləndirmişdir. Həmin vaxt o, Leyanın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə bir neçə dəfə zəng edib əlaqə saxlamağa çalışmışdır. Həmin vaxt Leyanna, onun zənginə cavab verməmişdir. Bir qədər sonra o, Leyanna ilə əlaqə saxlaya bilmişdir və ona irad bildirərəkən aralarında sözlə mübahisə baş vermişdir. Həmin vaxtdan o, Leyannanın zənglərini əngəlləmişdir. xx.xx.2025-ci il tarixdə saat 12 radələrində o, sığınacağa getmişdir. Orada rəfiqəsi sığınacağın müdiri Ülviyyə və Leyanna olmuşdur. Leyanna onu görüb bayıra çağırmışdır. Həmin vaxt Leyanna onu hansı səbəbdən nalayiq ifadə ilə təhqir etməyini soruşmuş, o, Leyannaya həmin vaxt əsəbi olmağını bildirmişdir. Leyanna ona evdə olmasını və işinin olmasını bildirmişdir. O, Leyannaya onun özünə görə zəng etmədiyini və heyvana görə zəng etməyini bildirmişdir və üzünü çevirirək oradan uzaqlaşmaq istəmişdir. Həmin vaxt Leyanna yumuruq zərbəsi ilə onun alın və boyun nahiyəsindən vurmuşdur. O, zərbənin təsirindən alın nahiyəsindən qan axdığını görmüşdür. Bu zaman yaxınlıqdan keçən bir nəfər şəxs Leyannanı ondan ayırmışdır. Bundan sonra rəfiqəsi bayıra çıxmış və ona ilkin tibbi yardım göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirmə və götürmə haqqında 05 iyul 2025-ci il tarixli protokoldan və foto şəkillərdən görünür ki, ünvan 3 ünvanının qarşısına baş vermiş hadisə ilə əlaqədar baxış keçirilmiş, baxış zamanı fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v.06-08); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və potoloji Anatomiya Birliyi” Publik hüquqi şəxs Sabunçu rayon şöbəsinin xx.xx.2025-ci il tarixli 1479 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs alın nahiyəsinin dərialtı hematoması ilə müşayiət olunan əzilmiş yarası; boyun nahiyəsinin qançırı xəsarətləri müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2025-ci tarixə uyğun gəlir. Dərəcəsinə görə xəsarətlərdən alın nahiyəsinin dərialtı hemotoması ilə müşayiət olunan əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığın YÜNGÜL zərəvuramaya aiddir; boyun nahiyəsinin qançırı isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir (i.v.32-33); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, DİN BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v.66); Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, özünü təqsirli bilir, Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir; Zərərçəkmiş şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi, protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma— min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs əməli düzgün olaraq ibtidai araşdırma orqanı tərəfindən CM-nin 128ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar işə xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələrini, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan iş üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair iş üzrə cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir iş üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəməyədək icraat və məhkəmə icraatı zamanı sərf edilmiş 30 iş saatına görə 330 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar