Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-563/2023 22.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Vəliyeva Elnarə Fəxrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Tərtər rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Tərtər rayonu, Mamırlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa-şəhərciyi 450 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 14 aprel 2023-cü il tarixdə, saat 17 radələrində, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, yeni sahə adlanan ərazidə şəxsi münasibət zəminində aralarında yaranmış mübahisə zamanı əli ilə qəsdən tanışı Zərərçəkmiş şəxs üz və bədən nahiyəsinə vuraraq, sonuncuya sol qulaq seyvanın qançırı və əzilmiş səthi yarası ilə müşayiət olunan sol sifət nahiyəsinin yumşaq toxumalarının əziyi, qarın nahiyəsinin qançırı xəsarətini yetirərək, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə hazırlıq iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 14 aprel 2023-cü il tarixdə, Ayət adlı qadın qohumu ona “Koroğlu” metrostansiyası yaxınlığında taksiyə mindiyini, getdiyi ünvana çatdıqdan sonra taksi sürücüsünə xidmət haqqı olaraq 1 manat əvəzinə yanlışlıqla 50 manat verdiyini bildirərək, həmin şəxsi tapmasını və pulunun artıq hissəsini geri almasını xahiş etmişdir. O, “Koroğlu” metrostansiyası yaxınlığına gələrək orada taksi fəaliyyəti göstərən sürücülərə həmin şəxsin əlamətlərini bildirmiş, taksi sürücüləri ona həmin şəxsin əlamətlərinin Ramana qəsəbə sakini Turanın əlamətləri ilə üst-üstə düşdüyünü demişlər. O, Turanın mobil nömrəsini öyrənərək onunla əlaqə saxlamış, həmin gün, yəni, 14 aprel 2023-cü il tarixdə, saat 17 radələrində, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, yeni sahə adlanan ərazidə görüşmüşdür. Aralarında olan söhbət zaman o, Turana qohumunun xidmət haqqı olaraq yanlışlıqla ona 50 manat verdiyini bildirərək, pulun qalıq hissəsini geri qaytarmasını xahiş etmiş, lakin, Turan belə bir halın baş vermədiyini, ödəniş haqqı olaraq 50 manat almadığını bildirmişdir. Bununla bağlı aralarında mübahisə yaranmış, mübahisə zamanı Turanı vuraraq ona müxtəlif bədən xəsarətləri yetirmişdir. Törətdiyi əməldən səmimi peşmandır. Hal-hazırda zərərçəkmiş şəxslə barışmış və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə hazırlıq iclasında məhkəməyədək sadələşdirilmiş icraat zamanı zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla düşmənçiliyi və ədavəti olmamışdır. O, taksi fəaliyyəti ilə məşğul olur.13 aprel 2023-cü il tarixdə, axşam saatlarında “Koroğlu” metrostansiyası yaxınlığından müştəri götürərək Sabunçu rayonu, Ramana qəsəbə ərazisinə aparmış, sərnişinlərin hər biri ödəniş haqqı olaraq ona 1 manat ödəmişlər. Həmin sərnişinlərdən biri qadın olmuş, həmin qadın xidmət haqqı olaraq ona 1 manat vermişdir. 14 aprel 2023-cü il tarixdə, saat 17 radələrində Fəzail adlı qəsəbə sakini ona zəng vuraraq onunla görüşmək istədiyini bildirmiş, o, etiraz etməyərək Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, yeni sahə adlanan ərazidə həmin şəxslə görüşmüşdür. Aralarında olan söhbət zaman həmin şəxs ona qohumunun xidmət haqqı olaraq yanlışlıqla 50 manat verdiyini bildirərək, pulun qalıq hissəsini geri qaytarmasını tələb etmişdir. O, Fəzailə həmin şəxsin ona xidmət haqqı olaraq ona 50 manat vermədiyini, 1 manat ödəniş etdyini bildirmişdir. Fəzail onunla kobud şəkildə danışaraq təkidlə ondan pulu geri qaytarmasını tələb etmiş, o, belə bir halın baş vermədiyini Fəzail bildirsə də, Fəzail ona inanmamış, bu səbəbdən, aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı, Fəzail onu təhqir edərək ona müxtəlif bədən xəsarətləri yetirmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Cinayət işinin 21-22-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 Sabunçu rayon şöbəsinin 26 aprel 2023-cü il tarixli, 761 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol qulaq seyvanın qançırı və əzilmiş səthi yarası ilə müşayiət olunan sol sifət nahiyəsinin yumşaq toxumalarının əziyi, qarın nahiyəsinin qançırı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmiş, müddəti qərarda göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2023-cü il tarixə və şəraitə uyğun gəlmiş, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Cinayət işinin 56-57-ci vərəqəsində Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsi tərəfindən 25 aprel 2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 may 2011-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2015-ci il tarixdə cəza müddətinin sona çatması ilə əlaqədar azad edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını göstərmiş, bunları ifadə edən ərizəni məhkəməyə təqdim edərək barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs da, məhkəməyə yazılı ərizə təqdim edərək göstərmişdir ki, artıq Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, bununla əlaqədar onun barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, aşağıdakılara əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsindəki cinayət təqibi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə uyğun olaraq, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2- ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə müvafiq olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1 -ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində məhkəmə tərəfindən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilə bilər. Məhkəmə hesab edir ki, şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət əməli törətdiyindən, zərərçəkmiş şəxslə barışdığından və iş üzrə maddi ziyan olmadığından Təqsirləndirilən şəxs qarşı cinayət təqibinə xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 40.3, 43.1.2, 300.1.7, 344-347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-563/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-563/2023
22.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver