Məhkəmə qərarları › İş №1(008)-563/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-563/2024

11.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-563/2024 11.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X13 İmanovanın sədrliyi, Aytən Eldar qızı Səfərovanın katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və müdafiəçisi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs3 və müdafiəçisi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Ermənistan Respublikası, Böyük Qarakilsə rayonundadoğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu qanuna müvafiq qaydada ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Gülçülük Sovxozu yaşayış massivində nömrəsiz fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4cü maddələri, xx xxxxxxxx 1987-ci il tarixdə Ermənistan Respublikası, Quqark rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilmiş, məhkumluğu qanuna müvafiq qaydada ödənilməmiş və ya götürülməmiş, ünvan 3 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Gülçülük Sovxozu yaşayış massivində nömrəsiz fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri, 03 avqust 1997-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, X2 yaşayış massivində nömrəsiz fərdi evdə qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 verilmiş ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 12 mart 2024-cü il tarixdən 17 mart 2024-cü il tarixədək olan müddət ərzində dəqiq tarixləri istintaqa məlum olmayan ayrı-ayrı vaxtlarda Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X2 yaşayış massivində yerləşən "xxxx" MMC-yə məxsus istixananın daş hasar və dəmir darvaza ilə qorunan ərazisinə qanunsuz daxil olmaqla orada saxlanılan “Aksa” markalı elektrik generatorunun dəyəri 5000 manat olan bir ədəd mis sarğısını, elektrik transformatorunun dəyəri 2000 manat olan bir ədəd mis sarğısını, hər birinin dəyəri 700 manat olmaqla ümumi dəyəri 7000 manat olan 10 ədəd su nasoslarını, hər metrinin dəyəri 15 manat olmaqla ümumi dəyəri 7500 manat olan 500 metr uzunluğunda 3 fazalı elektrik naqilini, hər metrinin dəyəri 3 manat olmaqla ümumi dəyəri 1800 manat olan 600 metr uzunluğunda 2 fazalı elektrik naqilini, hər birinin dəyəri 100 manat olmaqla ümumi dəyəri 400 manat olan istilik qurğusuna aid metal hissələri, hər metrinin dəyəri 1 manat 20 qəpik olmaqla ümumi dəyəri 180 manat olan 150 metr uzunluğunda plastik boruları, dəyəri 150 manat olan bir ədəd plastik pəncərə çərçivəsini, hər birinin dəyəri 6 manat olmaqla ümumi əyəri 60 manat olan 10 ədəd plastmas dibçəkləri gizli olaraq talayıb əmlak sahibi olan hüquqi şəxs "xxxx" MMC şirkətinə vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 24090 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 verilmiş ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 12 mart 2024-cü il tarixdən 17 mart 2024-cü il tarixədək olan müddət ərzində dəqiq tarixləri istintaqa məlum olmayan ayrı-ayrı vaxtlarda Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X2 yaşayış massivində yerləşən, "xxxx" MMC-yə məxsus istixananın daş hasar və dəmir darvaza ilə qorunan ərazisinə qanunsuz daxil olmaqla orada saxlanılan “Aksa” markalı elektrik generatorunun dəyəri 5000 manat olan bir ədəd mis sarğısını, elektrik transformatorunun dəyəri 2000 manat olan bir ədəd mis sarğısını, hər birinin dəyəri 700 manat olmaqla ümumi dəyəri 7000 manat olan 10 ədəd su nasoslarını, hər metrinin dəyəri 15 manat olmaqla ümumi dəyəri 7500 manat olan 500 metr uzunluğunda 3 fazalı elektrik naqilini, hər metrinin dəyəri 3 manat olmaqla ümumi dəyəri 1800 manat olan 600 metr uzunluğunda 2 fazalı elektrik naqilini, hər birinin dəyəri 100 manat olmaqla ümumi dəyəri 400 manat olan istilik qurğusuna aid metal hissələri, hər metrinin dəyəri 1 manat 20 qəpik olmaqla ümumi dəyəri 180 manat olan 150 metr uzunluğunda plastik boruları, dəyəri 150 manat olan bir ədəd plastik pəncərə çərçivəsini, hər birinin dəyəri 6 manat olmaqla ümumi əyəri 60 manat olan 10 ədəd plastmas dibçəkləri gizli olaraq talayıb əmlak sahibi olan hüquqi şəxs "xxxx" MMC şirkətinə vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 24090 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs3 verilmiş ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla təkrar oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 04 mart 2024-cü il tarixdə, günorta saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X2 yaşayış massivində yerləşən, "xxxx" MMC-yə məxsus istixananın daş hasar və dəmir darvaza ilə qorunan ərazisinə qanunsuz daxil olmaqla orada saxlanılan hər birinin dəyəri 30 manat olmaqla ümumi dəyəri 150 manat olan 05 ədəd 200 litr tutumlu dəmir çəlləkləri və bir ədəd dəyəri 20 manat olan dəmir profili gizli olaraq talayıb əmlak sahibi olan hüquqi şəxs "xxxx" MMC-yə 170 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq təkrar talama məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 12 mart 2024-cü il tarixdən 17 mart 2024-cü il tarixədək olan müddət ərzində dəqiq tarixləri istintaqa məlum olmayan ayrı-ayrı vaxtlarda Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X2 yaşayış massivində yerləşən, "xxxx" MMC-yə məxsus istixananın daş hasar və dəmir darvaza ilə qorunan ərazisinə qanunsuz daxil olmaqla orada saxlanılan “Aksa” markalı elektrik generatorunun dəyəri 5000 manat olan bir ədəd mis sarğısını, elektrik transformatorunun dəyəri 2000 manat olan bir ədəd mis sarğısını, hər birinin dəyəri 700 manat olmaqla ümumi dəyəri 7000 manat olan 10 ədəd su nasoslarını, hər metrinin eləyəri 15 manat olmaqla ümumi dəyəri 7500 manat olan 500 metr uzunluğunda 3 fazalı elektrik naqilini, hər metrinin dəyəri 3 manat olmaqla ümumi dəyəri 1800 manat olan 600 metr uzunluğunda 2 fazalı elektrik naqilini, hər birinin dəyəri 100 manat olmaqla ümumi dəyəri 400 manat olan istilik qurğusuna aid metal hissələri, hər metrinin dəyəri 1 manat 20 qəpik olmaqla ümumi dəyəri 180 manat olan 150 metr uzunluğunda plastik boruları, dəyəri 150 manat olan bir ədəd plastik pəncərə çərçivəsini, hər birinin dəyəri 6 manat olmaqla ümumi əyəri 60 manat olan 10 ədəd plastmas dibçəkləri gizli olaraq talayıb əmlak sahibi olan hüquqi şəxs "xxxx" MMC şirkətinə vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 24090 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, heç bir oğurluq törətməmişdir. 2024-cü ilin mart ayında, Novruz bayramı münasibəti ilə xalası oğlu Elmarı evlərinə çağırmışdır. Onlar 19 mart 2024-cü il tarixdə yeyib içmişlər və bir evdə qalmışlar. Həmin vaxt onun həyat yoldaşı və uşaqları rayonda olmuşlar. Səhərisi gün, 20 mart 2024-cü il tarixdə Elmar onun avtomobilini idarə edərək anasına dərman almağa getmiş, o, isə evdə tək qalmışdır. O, evdə olan zaman öncədən birlikdə fəhlə işlədiyi Orxan ona zəng edərək avtomobil lazım olduğunu, avtomobili ilə onun dediyi yerə gəlməsini demişdir. O isə Orxana avtomobilinin xalası oğlu Elmarda olduğunu bildirmiş və Elmarın nömrəsini Orxana verərək Elmarla əlaqə saxlamasını bildirmişdir. Həmin gün o, özü içkili olmuş və evdən çıxmamışdır. Bir qədər müddət keçmiş, Elmar onun avtomobili ilə geri qayıtmışdır. Həmin vaxt Orxan da avtomobildə olmuşdur. Orxan ona demişdir ki, avtomobildə mis metallar və plasmas borular var. Orxan həmin əmlakları zibillikdən tapdığını bildirmişdir. Orxan demişdir ki, həmin əmlakları satmaq istəyir. Xahiş etmişdir ki, avtomobil onun olduğundan, Elmarın isə avtomobili idarə etmək hüququ olmadığından o, da avtomobildə olsun və onlarla getsin. O, Orxanın sözlərinə inanaraq avtomobilə əyləmiş, avtomobili isə Elmar idarə etmişdir. Onlar getdikləri yerdə o və Elmar avtomobildən enməmiş, Orxan enərək harasa getmiş, bir qədər sonra isə qayıdaraq əmlakların bir hissəsini satdığını, bir hissəsini sata bilmədiyini demişdir. Sonra onlar birlikdə onun yaşadığı evə qayıtmışlar. Orxan əmlakların qalan hissəsini onun həyətinə qoyaraq sonra götürəcəyini bildirmişdir. Bu səbəbdən polis əməkdaşları gələn zaman əmlaklar onun həyətində olmuşdur. O, hər hansı oğurluqda iştirak etməmiş, onun səhvi Orxana inanmaq olmuşdur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs Cəfərov X5 əvvəl birlikdə fəhlə kimi işlədiklərini və normal münasibətlərinin olduğunu, hadisə günü Orxanın onun yanına gələn zaman artıq oğurluğu edərək gəldiyini, onun Orxanın gətirdiyi əmlakların oğurluq olmasından məlumatsız olduğunu, Orxanın ona və Elmara əmlakları zibillikdən tapdığını və pula ehtiyacı olduğundan satmaq istədiyini dediyini, əmlakları satmağa gedən zaman avtomobildə oturmasının səbəbinin Elmarın onun avtomobilini idarə etməsi və idarə etmək üçün etibarnaməsinin olmamasının olduğunu, Elmarın onu götürməyə gələn zaman Orxanla birlikdə gəldiyini, özünün oğurluq hadisəsi olan yerə getmədiyini və bundan xəbərsiz olduğunu, Orxanın ona zəng edərək avtomobilə ehtiyacının olduğunu bildirən zaman Elmarın anasına dərman almaq üçün getdiyini, həmin vaxt Elmarın nömrəsinin Orxanda olmadığını, Elmarın mobil nömrəsini Orxana özünün verdiyini, Orxanın ona “Whatsapp” vasitəsi ilə zəng etdiyini, lakin Elmarın telefonunda internet olmadığından və sadə telefon işlətdiyindən onunla adi zəng vasitəsi ilə əlaqə saxladığını, Elmarın və onun Orxanı metal qəbulu məntəqəsinə aparan zaman əmlakların oğurluq olmasından məlumatsız olduqlarını, Orxanın onları aldadaraq əmlakları zibillikdən tapdığını dediyini, əmlakları satan zaman nə onun, nə də Elmarın avtomobildən enmədiklərini və məsələyə qarışmadıqlarını, Orxanın hər şeyi təkbaşına həll etdiyini, əldə etdiyi puldan bazarlıq etdiyini və onlara getdiklərini, həmin puldan onlara hər hansı məbləğdə pul vermədiyini, Dəniz adlı qadının onun tanışı olduğunu, hazırda onun harada olduğunu, telefon nömrəsini bilmədiyini, onun oğurluqda nəinki iştirakının olmadığını, polis əməkdaşları onu bölməyə aparanadək oğurluqdan məlumatsız olduğunu, bölmədə ona təzyiqlər göstərildiyindən və fiziki güc tətbiq olunduğundan ilkin ifadələrini oxumadan imzaladığını, lakin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə baxılan zaman hakimə həqiqətləri söylədiyini, oğurluq etmədiyini dediyini, göstərmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun xalası oğludur. Novruz bayramı münasibəti ilə Rafiq onu evlərinə çağıraraq bayramı birlikdə keçirməyi təklif etmişdir. O, razılaşmış və onlar Rafiqlə evdə yeyib içdikdən sonra yatmışlar. Səhərisi gün, yəni 20 mart 2024-cü il tarixdə o, Rafiqə məxsus “Vaz 21011” markalı avtomobili götürərək anasına dərman almağa getmişdir. O, yolda olarkən Rafiqin iş yoldaşı Orxan ona zəng edərək nömrəsini Rafiqdən götürdüyünü, avtomobilə ehtiyacının olduğunu, zibillikdən tapdığı bəzi əşyaları satmaq istədiyini deyərək onu olduğu yerdən götürməsini xahiş etmişdir. O, Orxandan olduğu yeri soruşaraq həmin yerə getmiş, Orxanı götürmüş, Orxan əşyaları avtomobilin baqajına yığmışdır. Orxan ondan avtomobili metal qəbulu məntəqəsinə sürməsini xahiş etmiş, o, isə avtomobili idarə etmək üçün etibarnaməsinin olmadığını, bu səbəbdən avtomobilin mülkiyyətçisi olaraq gedib Rafiqi götürməli olduğunu bildirmişdir. Onlar birlikdə gedərək Rafiqdən onlarla getməsini xahiş etmişlər, Rafiq nə məsələ olduğunu soruşduqda Orxan ona zibilikdən mis metallar və plasmas borular tapdığını, pula ehtiyacı olduğundan satmaq istədiyini bildirmişdir. Rafiq Orxana inanaraq yolda onun avtomobili etibarnaməsiz sürməsi ilə əlaqədar problem yaranmaması üçün onlarla getməyə razılaşmışdır. Onlar birlikdə metal qəbulu məntəqəsinə getmişlər, o və Rafiq avtomobildən enməmişlər. Orxan düşüb getmiş, bir qədər sonra qayıdaraq əmlakların bir hissəsini satsa da, bəzi əmlakları sata bilmədiyini bildirmişdir. Sonra Orxan bazarlıq etmiş və onlar birlikdə Rafiqin yaşadığı evə getmişlər. Qalan əmlakları Orxan Rafiqin yaşadığı evin həyətinə qoyaraq sonra götürəcəyini demişdir. Səhərisi gün isə polis əməkdaşları onları bölməyə aparmışlar. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs2 istintaq zamanı ifadələrini təsir-təzyiqlər nəticəsində imzaladığını, döyülməsə də, ona bir neçə sillə vurulduğunu, qorxusundan ifadələrini oxumadan imzaladığını, barəsində həbs qətimkan tədbiri seçilən zaman məhkəmə iclasında oğurluq etmədiyini bildirdiyini, Orxanın əmlakların satışından əldə etdiyi puldan nə ona, nə də Rafiqə pul vermədiyini, o, Orxanın zəngindən sonra onu götürməyə gedən zaman Orxanın artıq metal naqilləri və plasmaq boruları yolun kənarına çıxararaq onu gözlədiyini, həmin əmlakları zibillikdən deyil, istixananın həyətindən oğurlanmasını bilməsinin mümkün olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CMnin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib, AR CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2024-cü ilin mart ayında iki dəfə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X2 yaşayış massivi ərazisində yerləşən, artıq uzun müddətdir ki, fəaliyyət göstərməyən istixanının qurulduğu bağ sahəsinə sınmış və açıq vəziyyətdə olan darvazasından içəri daxil olmaqla oradan hazırda dəqiq yadında qalmayan ölçüdə eletrik naqillərini, metal hissələrini, plastik boruları, plastik pəncərəni, 05 ədəd 200 litr tutumlu dəmir çəlləkləri, aliminium profilləri və digər xırda metal tullantılarını özü tək oğurlamışdır. Birinci oğurluğu mart ayının əvvəlində, ikincini isə 20 mart 2024-cü il tarixdə, Novruz bayramında törətmişdir. İlk dəfə həmin istixananın ərazisindən 05 ədəd dəmir çəlləkləri və sökülmüş dəmir profilləri oğurlayıb yaşadığı ərazidə fərdi qaydada yük daşıma fəaliyyəti ilə məşğul olan «Qazel» markalı avtomobil ilə daşıyıb Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, «Kirov Dairəsi» adlanan ərazidə fəaliyyət göstərən metal qəbulu məntəqəsinin İlqar adlı işçisinə 45 manata satmışdır, həmin pulun 20 manatını yükdaşıma xidmətinə görə yük avtomobilinin Nicat adlı sürücüsünə vermiş, qalan hissəsini isə öz ehtiyaclarına xərcləmişdir. Bir müddət sonra pula yenidən ehtiyacı yarandığından həmin istixanaya gedib yenidən oğurluq etmək qərarına gəlmişdir. 2024-cü ilin mart ayının 20-də, axşam saatlarında həmin istixanaya gedərək oradan yenə də metal və mis kabel, plastik boru hissələrini toplayıb darvazanın qarşısına yığmışdır. Onları daşımaq üçün nəqliyyat vasitəsindən istifadə etmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 zəng vurub zibillikdən satmaq üçün əşyalar tapdığını, həmin əşyaları aparmaq üçün avtomobilə ehtiyacı olduğunu demişdir. Rafiq ona içkili olduğunu, avtomobilinin özündə deyil, xalası oğlu Elmarda olduğunu bildirmişdir. O, Rafiqdən Elmarın nömrəsini istəmiş, Rafiq də ona Elmarın nömrəsini demişdir. Bundan sonra o, Elmara zəng edərək zibillikdən bəzi əşyalar tapdığını, onları satmaq istədiyini və bunun üçün avtomobilə ehtiyacının olduğunu bildirmişdir. Elmar onun dediyi yerə gəlmişdir. Həmin vaxt o, artıq əşyaları istixananın həyətindən çıxararaq darvazadan çöl tərəfə yığdığından Elmar həmin əşyaların istixananın həyətindən götürüldüyünü bilməmiş və həmin əşyaları zibillikdən tapdığına inanmışdır. O, əşyaları avtomobilin baqağına yığmışdır. Həmin vaxt Elmar ona demişdir ki, Rafiqin avtomobilini idarə etmək üçün etibarnaməsi yoxdur, Rafiq isə içkilidir. Əşyaları satmağa apararkən yolda problem yaranmasın deyə gedib Rafiqi götürməlidilər. Onlar birlikdə Rafiqin yaşadığı evə getmişlər, o, Rafiqə zibillikdən tapdığı əşyaları satmaq istədiyini, pula ehtiyacının olduğunu deyərək Elmarın onun avtomobilini idarə etməsi üçüm etibarnaməsinin olmaması səbəbindən yolda problem olmasın deyə onlara getməsini xahiş etmişdir. Rafiq razılaşmışdır. Onlar birlikdə metal qəbulu məntəqəsinə getmişlər. Elmarla Rafiq avtomobildən enməmişlər, o, əşyaları metal qəbulu məntəqəsində olan şəxsə təqdim etmiş, o, əşyaların bəzilərini alaraq ona 50 manat pul vermiş, plastik və dəmir boru hissələrini, plastik pəncərə çərçivəsini almaqdan imtina etmişdir. O, əldə etdiyi pulun bir hissəsinə bazarlıq etmiş və onlar birlikdə Rafiqgilə getmişlər. Satılmayan əşyaları Rafiqin evinin həyətinə qoyaraq gəlib götürəcəyini demişdir. Özünü oğurluq cinayətində təqsirli bilsə də, Rafiqlə Elmar onunla birlikdə nəinki oğurluq etməmişlər, heç hadisə günü sonradan da onun oğurluq etməsindən xəbərsiz olmuşlar. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs3 oğurlanmış əmlakların satışından əldə etdiyi puldan nə Elmara, nə də Rafiqə pul vermədiyini, onların ümumiyyətlə əmlakların oğurluq olmasından şübhələnmədiklərini, Rafiqə avtomobilə ehtiyacının olduğunu deyən zaman, Elmarı isə oğurluq etdikdən sonra olduğu yerə çağıran zaman avtomobilin zibillikdən tapdığı əmlakları daşımaq lazım olduğunu dediyini, Rafiqin ümumiyyətlə onu götürməyə gəlmədiyini, əksinə Elmar onu götürdükdən sonra sadəcə Elmarın etibarnaməsi olmadığından Rafiq avtomobilin mülkiyyətçisi kimi avtomobildə olsun deyə onu gedib evindən götürdüklərini, həmin vaxt Rafiqin içkili olduğunu, sadəcə avtomobildə əyləşdiyini, Elmarın onu götürməyə gəldiyi zaman artıq əşyaları darvazadan çölə çıxardığını, bu səbəbdən də Elmarın onun həmin əmlakları oğurlamasından şübhələnmədiyini və zibillikdən tapdığına inandığını, həm Rafiqin, həm özünün yaşadığı evin oğurluq baş verən əraziyə yaxın olduğunu, barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə vəsatətə baxılan zaman dediklərinin həqiqəti əks etdirmədiyini, müstəntiqin təkidi ilə həmin ifadəni verdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, 2022-ci ilin avqust ayından "xxxx" MMC-də çalışır, şirkətləri yaşıllaşdırma və abadlıq işləri ilə məşğul olur. Şirkətin rəhbərliyi dekorativ ağacların və bitkilərin yetirşdirməsi məqsədi ilə 2023-cü ilin aprel ayında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X2 yaşayış massivi ərazisində 1 ha ölçüdə boş torpaq sahəsi alaraq üzərində istixana quraşdırmışdır. Həmin ərazi dörd bir tərəfdən təxminən 2 metr hündürlüyündə daş hasarla əhatə olunur, ərazinin bir girişi var, girişi dəmir darvaza ilə açılıb bağlanır. Ərazinin müşahidə kameraları olmasa da, 2024-cü ilin mart ayınadək ərazi mühafizəçi tərəfindən mühafizə olunurmuş, lakin mart ayında mühafizəçi ailə problemləri ilə bağlı işdən çıxmışdır və bir müddət həmin ərazi mühafizəsiz qalmışdır. Buna baxmayaraq vaxtaşırı işçiləri həmin əraziyə gedərək yetişdirdikləri bitki və ağacları suvarır, həm də ki, əraziyə nəzarət edirlərmiş. Ətrafda başqa istixanalar və fərdi yaşayış evləri olduğundan həmin ərazi tam da olaraq nəzarətsiz olmurmuş, onlar da buna arxayın olaraq mühafizəçi işdən çıxdıqdan sonra dərhal həmin əraziyə mühafizəçi təyin etməyə tələsməmişlər. Baş vermiş oğurluq hadisəsini aşkar etdikləri tarixdən təxminən 15 gün əvvəl sonuncu dəfə həmin ərazini suvarmaq üçün getmiş əməkdaşları orada olduqda əmlakları salamat vəziyyətdə olmuşdur. Lakin təxminən 20 və ya 21 mart 2024-cü il tarixdə, axşam saatlarında həmin ərazidə olan çoban Əlirza adlı şəxs ona zəng vuraraq bildirmişdir ki, əraziyə bir nəfər şəxs daxil olaraq oğurluq etmişdir. O, səhərisi gün MMC-yə getmiş, darvazanın sındırıldığını, açıq vəziyyətdə olduğunu müəyyən etmiş, həyətdəki «Aksa» markalı generatorun və elektik transformatorunun içəriləri sökülərək mis hissələrinin, orada quraşdırılmış su çənlərinin üzərində olan 10 ədəd su nasoslarının, generatordan istixanaya çəkilmiş 500 metr uzunluğunda 3 fazalı və 600 metr uzunluğunda 2 fazalı elektrik kabellərin, həyətdə olan istilik qurğusunun dəmir hissələrinin, istilik qurğusunun yanacağı üçün nəzərdə tutulmuş 05 ədəd 200 litr tutumlu dəmir çəlləklərin və həyətdə saxlanılan 01 ədəd dəmir profilin, plastmas boruların, bir ədəd plastik pəncərənin çərçivəsinin, bir neçə ədəd dibçəklərin oğurlandığını aşkar etmişdir. O, hadisə barədə həmin çobandan soruşduqda o, bir nəfər gənc oğlanı ərazidə gördüyünü, hətta həmin oğlanın əşyaları daşımaqda əziyyət çəkdiyini və ondan əşyaları çölə çıxarması üçün kömək istədiyini bildirmişdir. Həmin vaxt sonradan adını bildiyi Təqsirləndirilən şəxs3 həmin ərazidən yenə keçərkən yanında olan çoban dünən əraziyə gələrək əşyaları aparan şəxsin həmin şəxs olduğunu bildirmişdir. Çoban əli ilə Orxanı göstərərək son vaxtlar həmin şəxsin onların istixanasına girib-çıxdığını gördüyünü demişdir. Onlar çönüb həmin şəxsə, yəni Təqsirləndirilən şəxs3 tərəf baxdıqda Orxan bunu hiss etmiş və geri dönərək qaçmağa başlamışdır. Avtomobilinə əyləşərək həmin şəxsi təqib etməyə başlamış, bir qədər irəlidə həmin şəxsə çataraq qarşısını kəsib saxlamış və avtomobildən aşağı enərək həmin şəxsi tutmuşdur. Orxanla söhbət etməyə başlamış, Orxan əvvəl oğurluq etdiyini inkar etsə də sonradan onu görənlərin olduğunu bilib oğurluq etdiyini, oğurluğu tanışları Rafiq və Elmar adlı şəxslərlə törətdiyini etiraf etmişdir. O, Orxandan əmlakların harada olduğunu soruşduqda Orxan Rafiqin evini tərif edərək əmlakların bir hissəsinin Rafiq adlı tanışının evinin həyətində olduğunu bildirmişdir. O, polis orqanına məlumat verdikdən sonra hamısı birlikdə Təqsirləndirilən şəxs1 yaşadığı evə getmişlər. Polis əməkdaşları içəri daxil olaraq Rafiqlə Elmarı götürüb polis bölməsinə aparmışlar. Oğurlanmış əmlakların bir hissəsi isə həqiqətən həmin həyətdən, həyətdəki evdən və avtomobilin baqajından aşkar olunaraq götürülmüşdür. MMC-yə dəymiş ziyanın məbləği 24260 manat olmuşdur. Məhkəmə iclasında verilmiş suala cavab olaraq nümayəndə MMC-yə dəymiş ziyanın məhz Təqsirləndirilən şəxs3 qohumları tərəfindən ödənildiyini nəzərə alaraq MMC-nin yalnız ondan şikayətçi olmamaqla Təqsirləndirilən şəxs3la barışdığını bildirir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2022-ci ilin aprel ayından Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Kirov Dairəsi adlanan ərazidə yerləşən metal qəbulu məntəqəsini icarəyə götürüb işlədir. Adı sonradan, araşdırma zamanı ona məlum olmuş Təqsirləndirilən şəxs3 ilk dəfə 2024-cü ilin mart ayının təxminən sonlarında onun məntəqəsinə satmaq üçün əridilmiş mis gətirəndə görmüşdür, əvvəlcədən aralarında heç bir razılıq və ya sövdələşmə olmamışdır. Müvafiq qeydiyyat aparmadığından və aldığı malları demək olar ki, gündəlik olaraq metal əritmə zavodunun əməkdaşlarına təhvil verdiyindən, hadisədən artıq xeyli müddət keçdiyindən Orxanın gətirdiyi misin dəqiq çəkisini və həmin misi ondan neçəyə almağını yadına sala bilmir. Orxan həmin misi ona təhvil verdikdə bildirmişdir ki, özü ərazini gəzib tullantı materiallar toplamaqla məşğul olur, ona gətirdiyi misi də topladığı tullantı materialların əridilməsindən əldə etmişdir. Orxanın oğurluq etməsi ona yalnız sonradan, polis əməkdaşları ilə birlikdə gəlib onun məntəqəsini göstərdikdə məlum olmuşdur. Misi ona Orxan təhvil vermiş, müvafiq olaraq pulu da o, Orxana vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 25 ildir ki, Maştağa qəsəbəsində yuxarıda qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. Ailəsini dolandırmaq üçün özünə məxsus «Qazel» markalı, ** FU *** dövlət qeydiyyat nişanlı yük avtomobil ilə qəsəbə ərazisində fərdi qaydada yükdaşıma fəaliyyəti ilə məşğul olur. Hazırda barələrində istintaq aparılan Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əvvəllər tanımayıb, aralarında heç bir münasibətləri olmayıb. xx.xx.2024-cü il tarixdə günorta saatlarında məhəllədəki çayçının qarşısında yük avtomobilini saxlayıb özü isə çayxanada oturarkən avtombilinə bir nəfər, adının Təqsirləndirilən şəxs3 olması sonrakı araşdırma zamanı ona məlum olan cavan oğlan yaxınlaşaraq yaxınlıqda yükü olmasını, yükünün daşınmasında ona köməklik etməyini istəmişdir. Yükün haradan haraya apırlmasını öyrənib həmin şəxsdən 20 manat məbləğində daşıma haqqı istəmiş, Orxan da razılaşmışdır. Bundan sonra Orxan avtomobilinin kabinəsini əyləşmiş və birlikdə yükünü götürmək üçün Südçülük Sovxozu ərazisindəki bağlar massivi istiqamətində getmişlərk, oradakı həyətlərdən birinin qarşısında Orxan avtomobilini saxlatmış, aşağı enərək daş hasarlı, dəmir darvazalı həyətə yaxınlaşmış və qapını açaraq həyətə daxil olmuşdur, içəri tərəfdən darvazanı açmış və o, avtomobilini həyətə sürmüşdür. Həmin vaxt həyətdə başqa kimsə yox imiş, həyətə daxil olduqda görmüş ki, həmin həyətdə yaşayış evi yoxdur, yalnız istixana var. Həyətə daxil olduqdan sonra Orxan istixananın qarşısına topladığı 05 ədəd 200 litr həcmli dəmir çəlləkləri və bir ədəd dəmir profil kəsiyini avtomobilinin arxa hissəsinə yükləmiş və avtmoobilin kabinəsinə minərək onu Maştağa qəsəbəsi «Kirov Dairəsi» adlanan ərazi istiqamətində sürdürmüş, oradakı metal qəbulu məntəqəsinin qarşısında saxlatmış və yükü boşaltmışdır. Məntəqənin işçisindən pul alıb ona əvvəlcədən razılaşdıqları daşıma haqqı olan 20 manat məbləğində pul verib yola salmış, özü isə orada qalmışdır. Sonradan baş verənlərdən xəbəri olmamışdır, yalnız bir neçə gündən sonra onu 14-cü Polis Şöbəsinə çağırdıqda bilmişdir ki, heç demə Orxanın onun avtomobili ilə daşıdığı yük oğurluq imiş, Orxan özü isə həmin vaxt ona bu barədə heç bir şey bildirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təxminən iki ildir ki, yaşadığı Maştağa qəsəbəsi ərazisində «Kirov Dairəsi» adlanan ərazidə avtomobil yolunun kənarında icarəyə yer götürüb metal alqı-satqısı ilə məşğul olur. Material aldığı bütün müştərilərin də ya şəxsiyyət vəsiqələrinin, ya da kı, özlərinin və mal gətirdikləri avtomobillərin fotoşəklini telefonu ilə çəkərək özündə saxlayır ki, sonradan nə isə bir problem çıxdıqda malı gətirən şəxsləri tapa bilsin. Bundan əlavə məntəqəsində hər 15 gündən bir yaddaşı təzələnən videomüşahidə kameraları var. Lakin yazı qabiliyyəti olmadığından qeydiyyat jurnalı saxlamır. Dəqiq tarix yadında olmasa da, 2024-cü ilin mart ayının əvvəllərində məntəqədə olarkən Təqsirləndirilən şəxs3 «Qazel» markalı ** FU *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə məntəqəsinə 5 ədəd 200 litr həcmli dəmir çəlləkləri və bir ədəd dəmir profil kəsiyi gətirərək özünə məxsus olduğunu, onları satmaq istədiyini bildirmiş, sənəd istədikdə özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Orxanın şəxsiyyət vəsiqəsinin fotoşəklini öz mobil telefon cihazının kamerası vasitəsi ilə çəkərək gətirdiyi 05 ədəd dəmir çəlləkləri və bir ədəd dəmir profil kəsiyini ümumilikdə 40 manat məbləğində pul ödəməklə Orxandan almışdır. Bir neçə gündən sonra məntəqəsinə Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları gəldikdə isə məlum olmuşdur ki, Orxanın satdığı həmin metal əşyalar oğurluq imiş, o da həmin əşyaları və Orxanın şəxsiyyət vəsiqəsinin özündə qalan fotoşəklini polis əməkdaşlarına təqdim etmişdir. Həmin polis əməkdaşları özləri də məntəqənin videomüşahidə kameralarının həmin tarixə qeydə aldıqları videogörüntülərə baxaraq onun düz danışdığına əmin olmuşlar və həmin videogörüntüləri öz telefonlarına köçürüb Orxandan aldığı əşyaları toxunulmaz vəziyyətdə saxlamağını tapşıraraq çıxıb getmişlər. Sonradan baş verənlərdən isə artıq xəbəri olmamışdır. Orxan adlı şəxsdən aldığı metal əşyaların oğurluq olmasından xəbəri olmamış, bu barədə Orxanın özü də ona heç bir söz deməmişdir, əksinə onu aldatmışdır ki, guya öz malıdır, əgər onların oğurluq olmasını bilsəydi almazdır, polisə özü məlumat verərdi. Həmin vaxt Orxan onun məntəqəsinə həmin əşyaları tək gətirmişdir, onları gətirdiyi yük avtomobilinin sürücüsü isə ümumiyyətlə onların söhbətinə heç bir müdaxilə etməmiş, Orxanla razılaşan kimi yük avtomobilinin sürücüsü yükünü boşaldıb çıxıb getmişdir, Orxan isə haqq-hesab etmək üçün məntəqədə qalmış və sonradan tək çıxıb getmişdir. Orxanın onun məntəqəsinə gəldiyi tarixin 04 mart 2024-cü il tarixə təsadüf etməsini ona görə tam əminliklə bildirir ki, həmin vaxt Orxandan mal qəbul edərkən şəxsiyyət vəsiqəsinin fotoşəklini o, istifadəsində olan mobil telefon cihazının fotokamerası ilə çəkmişdir, həmin fotoşəklin çəkilməsi də telefon cihazının yaddaşında qeyd olunmuş məlumata əsasən xx.xx.2024-cü il tarixə təsadüf edir. O ki, qaldı məntəqədə quraşdırılmış videomüşahidə kameralarının qeydə aldığı görüntülərdə hadisə tarixinin 21 mart 2024-cü il tarixi kimi qeyd olunmasına, bu onunla əlaqədardır ki, videomüşahidə kameralarının yaddaş cihazından elə də anlayışı olmadığı üçün tarix və saat göstəricilərini düzgün tənzimləyə bilmir, yaddaş cihazının vaxt və tarix göstəriciləri, real vaxt və tarix göstəriciləri ilə uyğun gəlmir, ona görə də videogörüntülərdə hadisənin tarixi və vaxtı düzgün əks olunmamışdır. Həmin dəmir çəlləkləri gətirdiyi vaxtdan əvvəl və ya sonra Təqsirləndirilən şəxs3 onun məntəqəsinə başqa hər hansı bir vaxtda hansı bir digər əşyalar gətirməsi və ya təklif etməsi halının baş verməsi yadına gəlmir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, o, “Green Life” şirkətinin ərazisindən oğurluq edilməsinin şahidi olmamış, konkret kiminsə həmin ərazidən oğurluq etdiyini görməmişdir. O, sadəcə şirkətin darvazasının aşdığını görərək şirkətin nümayəndəsi Nizama bu barədə məlumat vermişdir. Nizam əraziyə gəldikdən sonra MMC-nin qarşısında Orxanın keçdiyini görmüş, Orxan onları görən zaman qaçmağa başladığlndan ərazidəki oğurluqlarla bağlı Orxandan şübhələnmişlər. Orxanı saxlamışlar, ondan sonra Nizam özü Orxanı polis şöbəsinə aparmışdır. Daha sonra nə baş verməsindən məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 22 mart 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Gülçülük Sovxozunda yerləşən “Green Life” şirkətinə məxsus olan istixanadır (cild 01; i.v.7-10). “Baxış keçirilməsi və əşyanın götürülməsi barədə” 22 mart 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Gülçülük Sovxozundan yerləşən nömrəsiz ünvana baxış keçirilmişdir. Baxış keçirilən yer 3 otaqlı köhnə tikili olan həyət evidir. Həyətdə hasarın küncündə plastik turba, plastik pəncərələr, santexnika və kabel kəsikləri aşkar edilmişdir. Evə daxil olduqda otaqda əridilmiş kabel hissələrinin qalıqları aşkar edilmiş, aşkaş edilmiş əşyalar götürülərək fotoşəkilləri çəkilmişdir (cild 01; i.v.14-17). “Maddi sübut kimi tanıma haqqında” 26 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 kirayə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Gülçülük Sovxozu yaşayış massivi ərazisində yerləşən nömrəsiz fərdi həyət evinin həyətində aşkar olunaraq götürülmüş doğranmış plastik və dəmir boru hissələri, plastik pəncərə çərçivəsi, elektrik naqillərin hissələri, yaşayış evinin daxilindən aşkar edilmiş əridilmiş elektrik naqillərinin qalıqları, həyətdəki “VAZ 21011” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa yük yerindən aşkar edilmiş bir ədəd dəmir kəsən mişar, Şahid3 işlətdiyi, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi “Kirov Dairəsi” adlanan ərazidə yerləşən metal qəbulu məntəqəsindən aşkar edilərək götürülmüş 05 ədəd 200 litr tutumlu dəmir çəlləklər və bir ədəd dəmir profil maddi sübut kimi tanınaraq həmin əşyaların saxlanılmaları üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır (cild 01; i.v.180). “Videogörüntüyə baxış keçirilməsi haqqında” 23 may 2024-cü il tarixli protokoldan görünür ki, videogörüntüdə iş üzrə Təqsirləndirilən şəxs3 tək halda yükdaşıma xidmətindən istifadə etdiyi Şahid2 ilə birlikdə Şahid3 metal qəbulu məntəqəsinə gəlməsi, orada sonuncu ilə söhbət etməsi, razılaşdıqdan sonra gətirdiyi yükü boşaltmaq üçün yük avtomobilini məntəqənin həyətinə salmaq məqsədi ilə məntəqənin darvazasını açması açıq aydın əks olunur (cild 01; i.v.235). “Maddi sübut kimi tanıma haqqında” 23 may 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Şahid3 tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs3 AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin, metal qəbulu məntəqəsinə gətirdiyi 01 ədəd dəmir profilin, 05 ədəd dəmir çəlləklərin 04 ədəd fotolarının, 01 ədəd videogörüntünün əks olunduğu diskin maddi sübut kimi tanınması qərara alınmışdır (cild 01; i.v.236). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxslərin hər birinin ibtidai istintaq zamanı verdikləri ifadələr, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsi, şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin qərarın 20-ci bəndinə əsasən anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və digər qurğular aiddir. Məhkəmə iclasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Rahir oğlu özlərini onlara elan edilmiş ittihamda təqsirli bilməsələr də, məhkəmə onların özlərinin, digər Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verilmiş ifadələrini və iş materiallarında olan sübutları tədqiq edərək onların məhkəmə istintaqı zamanı verilmiş ifadələrini özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirir və gəldiyi qənaətin əsaslandırılmasını zəruri hesab edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittihamda təqsirli bilməmiş, oğurluqdan ümumiyyətlə məlumatsız olduğunu, heç vaxt Orxanla Elmarı oğurluq olunan ərazidən avtomobili ilə gedərək götürmədiyini, əksinə onların hadisə günü onu gəlib evdən götürdüklərini, həmin vaxt avtomobilində olan əmlakların oğurluq olduğunu bilmədiyini, Orxana inanaraq əşyaları zibillikdən tapdığını düşündüyünü bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittihamda təqsirli bilməmiş, oğurluğun təkbaşına törədildiyini, özünün həmin cinayətdə iştirak etmədiyini, Orxanın ona əşyaları zibillikdən tapdığını deyərək gəlib onu götürməsini xahiş etdiyini, bu səbəbdən Orxanın dediyi yerə gedərək onu və yanında olan əmlakları götürdüyünü, Rafiqin də cinayətdən məlumatsız olduğunu bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsini onun ibtidai istintaq zamanı verdiyi ilkin izahatı və sonrakı ifadələri, digər təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verilmiş ifadələri, istintaq hərəkətlərinin protokolları, maddi sübutların aşkar olunmasına dair protokol və iş materiallarında olan sübutlarla əlaqəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs1 və ona aid hissədə digər təqsirləndirilən şəxslərin məhkəmə iclasında verilmiş ifadələrini işin həqiqi halları ilə uzlaşmayan ifadələr kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs1 cinayət işinin materiallarında olan ilkin izahatından (cild 01; i.v.13) görünür ki, o, həmin izahatında göstərmişdir ki, Orxan ona zəng edərək bildirmişdir ki, bağda kəsilmiş mis kabellər var, gəl onları sənin maşınınla aparaq. O, Orxandan kabellərin sahibinin nə deyəcəyini soruşduqda Orxan ona demişdir ki, “buranın sahibi uzun müddətdir ki, bura gəlmir”. O, Orxanın dediyi yerə getmiş və onlar birlikdə Orxanın götürdüyü kabelləri avtomobilə yükləyərək Orxangilin həyətinə aparmışlar. Sonra həmin kabelləri yandırıb içindəki mis naqilləri çıxarmışlar. Orxan həmin naqilləri sataraq ona da 50 manat pul vermişdir. Bundan başqa, xx.xx.2024-cü il tarixdə, saat 11 radələrində o, yaşadığı evdə olarkən Orxan ona birlikdə getməyi təklif etmiş, o, isə tutulmaq istəmədiyini və getməyəcəyini bildirmişdir. Onlarda olan xalası oğlu Orxanla birlikdə çölə çıxmışlar. 5 saatdan sonra xalası oğlu gələrək marketə getməsi üçün maşınının açarını ondan istəmiş, o, isə maşının açarını xalası oğlu Elmara vermişdir. Bir müddət sonra Elmarla Orxanın onun avtomobili ilə dəmir məmulatları apardığını görmüş, onlardan nə məsələ olduğunu soruşduqda Elmar bir az dəmir yığdıqlarını və həmin dəmirləri satmağa getdiklərini demişdir. Avtomobilin sənədləri onda olduğundan o da onlarla birlikdə dəmirləri satmağa getmişdir. Orxanla Elmar dəmirləri daşıyıb təhvil vermişlər. Həmin puldan ona da 60 manat vermişlər. Təqsirləndirilən şəxs2 cinayət işinin materiallarında olan ilkin izahatından (cild 01; i.v.12) görünür ki, o, həmin izahatında göstərmişdir ki, o, xalası oğlu Rafiqgilə getmiş, həmin gün orada Orxan da olmuşdur. Onlar yeyib-içib gecəni orada qalmışlar. Səhərisi gün Orxan ona Orxangilə getməyi təklif etmiş, onlar Orxangilə getmişlər. Orxan ona demişdir ki, “burada bir bağ var, orada dəmir-zad var”. O, baxanda görmüşdür ki, ərazi böyük istixanadır, darvazası aşmışdır, yerdə kəsilmiş vəziyyətdə kabellər vardır. O, Orxanla həmin kabelləri yığmış, onları çöldə yandırmış, sonra Orxanla birlikdə aparıb satmışdır. Həmin pula bazarlıq edərək Rafiqgilə getmişlər. Bundan iki gün sonra axşamtərəfi yenidən Orxanla həmin bağa getmişlər. Onlar dəmir kəsikləri, plasmas məmulatları yığmışlar. Daha sonra Rafiq öz maşını ilə gəlmiş, əşyaları onun maşınına yükləyib Rafiqgilə getmişlər. Səhərisi gün Rafiqlə Orxan həmin əşyaları metal qəbulu məntəqəsinə təhvil vermişlər. Bildiyinə görə onlar 50-55 manat pul əldə etmişlər. Təqsirləndirilən şəxs3 cinayət işinin materiallarında olan (cild 01; i.v.11) ilkin izahatından görünür ki, o, həmin izahatında göstərmişdir ki, 2024-cü ilin mart ayında qonşuluqda olan istixanadan səslər eşidərək Rafiqə zəng etmiş, ona parniklər olan bağ tərəfə gəlməsini demişdir. Rafiq gəlib hasardan işığı salıb qışqırdıqda ərazidə olan şəxslər qaçıb getmişlər. Onlar isə çıxıb evlərinə getmişlər. Səhərisi gün o, Rafiqgilə getmiş, Rafiq ona demişdir ki, “Elmarı göndərmişəm həmin bağa, get ona kömək elə”. O, bağa gəldikdə Elmarın 30-40 metr kabelləri kəsdiyini görmüşdür. Elmarla həmin kabelləri Rafiqin yaşadığı evə aparmışdır. 3-4 gün sonra yenidən Elmarla həmin bağa getmiş, 30-40 metr kabel kəsib həmin kabelləri çöldə əritmişlər. Sonra Rafiqin maşını ilə həmin mis naqilləri Elmarın tanıdığı metal qəbulu məntəqəsinə 85 manata satmışlar, həmin puldan 20 manat pul və bir qutu siqaret ona verilmiş, qalan pul Rafiqlə Elmara qalmışdır. Təqsirləndirilən şəxs1 “Şübhəli şəxs qismində dindirilməsi haqqında” 23 mart 2024-cü il tarixli protokoldan görünür ki, o, şübhəli şəxs qismində dindirilən zaman ilkin izahatında verdiyi ifadənin məzmunu ilə eyni məzmunlu ifadə vermiş, müstəntiq tərəfindən verilmiş suallara cavab olaraq oğurlanmış əşyaların avtomobili ilə daşınması və onların metal qəbulu yerinə aparılıb satılmasında iştirak etməsinin səbəbinin pula ehtiyacının olmasının olduğunu bildirmişdir (cild 01; i.v.41-42). Təqsirləndirilən şəxs2 “Şübhəli şəxs qismində dindirilməsi haqqında” 23 mart 2024-cü il tarixli protokoldan görünür ki, o, şübhəli şəxs qismində dindirilən zaman ifadəsində göstərmişdir ki, o, təxminən 2024-cü ilin mart ayının 11-də, saat 11 radələrində xalası oğlu Rafiqin kirayə yaşadığı evə qonaq getmişdir. Həmin vaxt sonradan adını bildiyi Orxan da orada olmuşdur. Onlar yeyib-içdikdən sonra gecəni orada qalmışlar. Səhərisi gün Orxan ondan birlikdə Orxangilə getməyi xahiş etmişdir. Onlar birlikdə Orxanın yaşadığı ünvana getmişlər. Orxan evinin yaxınığında bağ sahəsinin olduğunu, oranın sahibinin olmadığını, orada dəmir və kabellərin olduğunu demişdir. Onlar həmin ünvana getdikdə oranın darvazası sındırılmış və yerə aşmış vəziyyətdə idi. Giriş darvazasından içəri daxil olduqda yerdə kəsik kabellərin olduğunu görmüşdür. O, Orxanla birlikdə kabel kəsiklərini toplayıb boş torbalara yığıb Rafiqə xəbər etdikdən sonra Rafiqin avtomobili ilə aparıb Orxanın evinə həyətinə yığmışlar. Həmin kabelləri yandırıb əldə olunan misləri Orxanla birlikdə Sabunçu rayonu ərazisində olan metal qəbulu məntəqəsinə apararaq 87 manata satmışlar. Həmin pula bazarlıq edərək Rafiqin yaşadığı ünvana qayıtmışlar. Həmin oğurluqdan bir neçə gün sonra yenidən Orxanla birlikdə həmin ünvana gedib oradan dəmir kəsikləri, plastik boruları və plastik pəncərələri yığmışlar. O, Rafiqin yaşadığı evə gedib mağazaya getmək adı ilə ona məxsus “VAZ 21011” markalı avtomobilin açarlarını ondan almış və həmin ünvana geri qayıtmışdır. Oradan topladıqları əşyaları Rafiqin avtomobilinə yığıb Rafiqin yaşadığı evə qayıtmışlar. Ertəsi gün Rafiqlə Orxan həmin əşyaları metal qəbulu məntəqəsinə təhvil vermişlər. Onun bildiyinə görə həmin əşyaların satışından 50-55 manat pul əldə etmişlər. Təqsirləndirilən şəxs3 “Şübhəli şəxs qismində dindirilməsi haqqında” 23 mart 2024-cü il tarixli protokoldan görünür ki, o, şübhəli şəxs qismində dindirilən zaman ifadəsində göstərmişdir ki, təxminən 2024-cü ilin mart ayının 12-də, saat 11 radələrində o, Rafqin yaşadığı evə getmiş, Rafiq ona demişdir ki, “Elmarı göndərmişəm istilikxananın yerləşdiyi bağ sahəsinə, get ona kömək elə”. O, həmin bağ sahəsinə gedəndə görmüşdür ki, Elmar 30-40 metr kabelləri kəsib kənara toplamışdır. Elmarla birlikdə həmin kabelləri torbalara yığmışıar. Bundan sonra Rafiqə zəng etmişlər. Rafiq həmin ünvana gəlmiş, onlara topladıqları kabelləri Rafiqin yaşadığı evə aparmışlar. Mart ayının 17-si Elmarla yenidən həmin bağ sahəsinə getmək qərarına gəldilər. Oradan 30-40 metr uzunluğunda qara rəngli üç fazalı kabelləri, həyətdə olan plastik boru və plastik pəncələri toplanmışlar. Həmin əşyaları daşıya bilmədikləri üçün Elmar Rafiqin evinə gedib onun avtomobili ilə geri qaytıtmışdır. Oğurladıqları əşyaları Rafiqin yaşadığı evə gətirib əritmişlər. Sonra Rafiqin maşını ilə həmin mis naqilləri Elmarın tanıdığı metal qəbulu məntəqəsinə təhvil vermişlər. Elmar həmin əşyaları 85 manata satmış, 20 manat pul və bir qutu siqareti ona vermiş, qalan pul Rafiqlə Elmara qalmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair 25 mart 2024-cü il tarixli, 4(008)-165/2024 saylı qərarından görünür ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs2 oğurluq etmədiyini, Orxanın ona zəng edərək onu məhlədən götürməsini xahiş etdiyini, torbada olan əşyaları maşına qoyduğunu, maşının xalası oğlu Rafiqə məxsus olduğunu, Rafiqin maşını ilə Orxanı hadisə yerindən götürdüyünü, əşyaların satılmasında onunla birgə Rafiqlə Orxanın da iştirak etdiklərini bildirmişdir (cild 01; i.v.170-174). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair 25 mart 2024-cü il tarixli, 4(008)-163/2024 saylı qərarından və məhkəmə iclasının audio-video yazısına olan görüntülərdən görünür ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs3 özünü qismən təqsirli bilərək Rafiqgilə gedən zaman Rafqiin ona xalası oğlu Elmarı parnik ərazisinə göndərdiyini bildirərək gedib ona kömək etməsini dediyini, Elmarla birlikdə parnik ərazisindən plasmas boru və 35-40 metr uzunluğunda kabel götürdüklərini, sonradan Rafiqin onları maşınla götürdüyünü, Rafiqin oğurluqdan məlumatlı olduğunu bildirmişdir (cild 01; i.v.175-179). Bununla yanaşı, zərərçəkmiş hüquqi şəxs şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə ifadəsindən görünür ki, (cild 01; i.v.198-201) o, həmin ifadəsində oğurluq barədə məlumat aldıqdan sonra əraziyə gəldiyini, Təqsirləndirilən şəxs3 həmin vaxt ərazinin qarşısından keçərkən orada olan şəxslərdən birinin əraziyə girən şəxsin bu şəxs olduğunu dediyini, bu zaman Orxanın bunu hiss edərək qaçmağa başladığını, avtomobilinə əyləşərək Orxanın dalıyca getdiyini və onu yaxaladığını, onunla söhbət etməyə başladığını, Orxanın əvvəl oğurluq etdiyini inkat etməsinə baxmayaraq sonradan artıq bir neçə gündür ki, tanışları Rafiq və Elmar adlı şəxslərlə istixanadan oğurluq etdiklərini etiraf etdiyini, bu barədə polisə məlumat verdiyini, Orxanın polislərə Rafiqlə Elmarın yaşadıqları ünvanı göstərdiyini, həmin ünvana gedən zaman orada istixanadan oğurlanmış plasmas boruların, plastik pəncərə çərçivəsinin, dibçəklərin, “VAZ 21011” markalı avtomobilin yük yerində dəmir kəsən mişarın olduğunu aşkar etdiklərini bildirmişdir. “Maddi sübut kimi tanıma haqqında” 26 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 kirayə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Gülçülük Sovxozu yaşayış massivi ərazisində yerləşən nömrəsiz fərdi həyət evinin həyətindən doğranmış plastik və dəmir boru hissələri, plastik pəncərə çərçivəsi, elektrik naqillərin hissələri, yaşayış evinin daxilindən aşkar edilmiş əridilmiş elektrik naqillərinin qalıqları, həyətdəki “VAZ 21011” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa yük yerindən bir ədəd dəmir kəsən mişar aşkar edilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdikləri ifadələr özlərinin və digər Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verilmiş ifadələri, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsi və iş materiallarında olan sübutlarla təkzib edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 xalası oğlu olmaqla onun Təqsirləndirilən şəxs3 məhz Təqsirləndirilən şəxs1 vasitəsi ilə tanıdığını, onların hər üçünün hadisədən öncə bir yerdə olaraq yeyib-içdiklərini, oğurluqdan sonra da məhz Təqsirləndirilən şəxs1 yaşadığı evə gəldiklərini, əmlakların Təqsirləndirilən şəxs1 avtomobili ilə daşındığını, maddi sübutların Təqsirləndirilən şəxs1 evindən, evinin həyətindən və avtomobilindən aşkar edilməsini nəzərə alaraq Təqsirləndirilən şəxs1 cinayətdən məlumatsız olmasının mümkünsüz olması, onun cinayətin törədilməsində iştirakının olmamasına dair irəli sürülmüş dəlillərinin real və inandırıcı olmaması qənaətindədir. Belə ki, Təqsirləndirilən şəxs1 özü ilkin izahatında oğurlanmış naqillərin onun avtomobili ilə özü tərəfindən Orxanla birlikdə Orxangilin həyətinə aparılaraq yandırdıqlarını, daha sonra sataraq həmin puldan 50 manat əldə etdiyini, cinayətin törədilməsində pula ehtiyacı olduğundan iştirak etdiyini göstərmiş, məhkəmə iclasında həmin ifadəsini fiziki təsir-təzyiq nəticəsində verdiyini bildirmişdir. Məhkəmə tərəfindən həmin xüsusatın araşdırılması məqsədi ilə Təqsirləndirilən şəxs1 Bakı İstintaq Təcridxanasından tibb kartı, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən isə Təqsirləndirilən şəxs1 xəsarətlərin olub-olmaması ilə bağlı məlumat tələb edilmişdir. Bakı İstintaq Təcridxanası tərəfindən təqdim edilmiş 30 iyul 2024-cü il tarixli, 3-16-17/40/2- 5115/2024 saylı məktubla Təqsirləndirilən şəxs1 27 mart 2024-cü il tarixdə BİT-ə daxil olması, tibbi müayinədən keçən zaman sol bazunun arxa səthində iri həcmli tünd bənövşəyi qançır, sağ kürək nahiyyəsində, sağ bazunun arxa səthində sarımtıl rəngli qançır müşahidə edilməsi barədə məlumat verilmişdir. Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü polis şöbəsi tərəfindən təsdiq edilmiş 22 mart 2024-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs1 bədəninə vizual baxış keçirilən zaman onun qolunun sol hissəsində və sağ çiyin nahiyyəsində göyərtilərin olması aşkar edilmiş, Təqsirləndirilən şəxs1 həmin xəsarətləri yıxılaraq aldığını bildirmişdir. Məhkəmə tərəfindən əldə edilmiş sənədlərlə Təqsirləndirilən şəxs1 xəsarətlərin olması təsdiq olunduğundan məhkəmə tərəfindən Bakı şəhəri Sabunçu rayon prokurorluğuna müraciət olunaraq Təqsirləndirilən şəxs1 xəsarət alması ilə bağlı Bakı şəhəri Sabunçu rayon prokurorluğuna məlumatın daxil olub-olmaması, daxil olmuşdursa, həmin məlumat əsasında toplanılmış materialın Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə təqdim edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin böyük prokuroru X7 tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 27 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həbs olunan zaman xəsarətlər alması barədə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin məlumatı əsasında Baş prokurorluğun Xidməti araşdırmalar idarəsində araşdırma aparılmış və toplanmış material üzrə AR CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda istinad olunmuş məhkəmə-tibbi eskpertizasının 04 may 2024-cü il tarixli, 982 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 sol bazunun, sağ kürək nahiyyəsinin, sağ bazunun qançırları müəyyən edilmiş, xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş, sol bazunun qançırı şəxsin Bakı İstintaq Təcridxanasında müayinəsindən 2-4 əvvələ, sağ kürək və sağ bazunun qançırı 6-9 gün əvvələ uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Xarakterinə və lokalizasiyasına görə yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən yetirilməsi inkar olunmur. Məhkəmə Təqsirləndirilən şəxs1 polis bölməsində fiziki təsir-təzyiqlərə məruz qalması ilə əlaqədar “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda əks olunmuş izahatları, o cümlədən, həmin faktla əlaqədar keçirilmiş məhkəmə tibb ekspertizasının rəyini nəzərə alaraq Təqsirləndirilən şəxs1 polis böıməsində döyülməsi ilə bağlı irəli sürdüyü arqumentin öz təsdiqini tapmaması qənaətinə gəlir. Belə ki, sözügedən ekspert rəyində Təqsirləndirilən şəxs1 aşkar edilmiş xəsarətlərin müxtəlif vaxtlarda (xəsarətlərdən biri Təqsirləndirilən şəxs1 artıq ilkin izahatını verdikdən sonrakı tarixə, digərləri isə tutulmamışdan öncəki tarixə uyğun gəlmişdir) və müxtəlif şəraitdə (buraya həm döyülmə, həm həmin xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi, həm də yıxılma nəticəsində yaranması, həm də ehtiyatsızlıqdan hansısa əşyaya (məsələn: qapıya) dəyərək və.s. hallar aiddir) yaranması göstərilmişdir ki, belə olan halda artıq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini etiraf edərək ilkin izahatını verdikdən, sənədləri imzaladıqdan sonra və bununla da polis əməkdaşlarının ona təsir-təzyiq göstərməsi üçün bir əsas qalmadığı halda Təqsirləndirilən şəxs1 döyülməsi və ona xəsarət yetirilməsi inandırıcı və real deyildir. Məhkəmə Təqsirləndirilən şəxs1 aşkar edilmiş xəsarətlərdən bir qisminin tutulmamışdan öncəki tarixə uyğun gəlməsini, digər xəsarətlərin isə müxtəlif şəraitdə yaranmasının mümkün olmasının ekspert rəyi ilə müəyyən edildiyini, onun polis şöbəsinə daxil olarkən həmin xəsarətləri yıxılması nəticəsində aldığını bildirərək həmin gün tərtib edilmiş aktı imzası ilə təsdiq etdiyini, iş materialları ilə onun polis şöbəsində fiziki təsir-təzyiqlərə məruz qalmasının öz təsdiqini tapmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs1 onda olan xəsarətləri polis şöbəsində almasına dair irəli sürdüyü dəlili sadəcə cinayət məsuliyyətindən və cəzadan yayınmağa yönəlik dəlil kimi qiymətləndirir. Digər Təqsirləndirilən şəxs2 məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cinayətdən məlumatsız olması, onun heç vaxt oğurluq olunan əraziyə gələrək Orxanla onu götürmədiyini, cəmi bir dəfə özünün Orxanı Rafiqin avtomobili ilə götürməyə getdiyini bildirsə də, məhkəmə Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxsin qohumu (xalası oğlu) olmasını, məhkəmə istintaqı zamanı məsuliyyətdən yayınmaq üçün qeyri-səmimi və işin həqiqi halları ilə uzlaşmayan ifadələr verərək özünün də cinayətdən məlumatsız olduğunu bildirməsini, ifadəsindəki xüsusatların məhkəmə araşdırması nəticəsində həqiqəti əks etdirməyən hallar olmasının müəyyən olunduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs2 həm öz qohumunu, həm də özünü müdafiə etmək naminə Təqsirləndirilən şəxs1 xeyrinə ifadə verməsi qənaətindədir. Halbuki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı fərqli məzmunda ifadələr verərək Rafiqə cinayət barədə məlumat verdiklərini və Rafiqin cinayətdən məlumatlı olduğunu, birinci oğurluq zamanı Rafiqin onunla Orxanı hadisə yerindən götürərək oğurlanmış əşyaları avtomobilinə qoyduğunu, ikinci dəfə oğurluq edilən zaman da Rafiqin əşyaların oğurluq olduğunu bildiyini, özünün Rafiqin avtomobili ilə hadisə yerinə getdiyini, lakin əşyaların satılmasında Rafiqin də iştirak etdiyini, əşyaların satışından Rafiqlə Orxanın pul əldə etdiklərini bildirmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimata baxılan zaman məhkəmə iclasında da eyni məzmunlu ifadə vermişdir. Həm ibtidai istintaqın sonunda, həm də məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı ilkin izahatında və ifadələrində müstəntiqə, o cümlədən, barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimata baxılan zaman məhkəmə iclasında hakimə verdiyi ifadələrdən tamamilə başqa məzmunda ifadə verərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayətdən məlumatsız olduqlarını bildirsə də, məhkəmə onun həmin ifadəsini həm digər təqsirləndirilən şəxslərin xeyrinə verilmiş ifadə, həm də özünün əməlinin ictimai təhlükəliliyinin azaldılmasına (cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi deyil, guya təkbaşına özü tərəfindən törədilməsi) xidmət edən ifadə kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs3 həm ilkin izahatında, həm şübhəli şəxs qismində, həm də təqsirləndirilən şəxs qismində verdiyi birinci ifadəsində Rafiqin ilkin olaraq Elmarı oğurluq etmək üçün parnik ərazisinə göndərdiyini, sonradan onu da Elmara kömək etmək üçün həmin əraziyə göndərdiyini, daha sonra isə özünün onları götürməyə gəldiyini, oğurlanmış əşyaları birlikdə Rafiqin avtomobilinə yüklədiklərini, birgə aparıb satdıqlarını, həmin puldan 20 manatın ona verildiyini, qalan pulun Rafiqlə Elmarda qaldığını bildirmişdir. Bundan savayı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrdən görünür ki, o, Təqsirləndirilən şəxs3 tutduqdan sonra ondan oğurluq barədə soruşduqda Orxan ona oğurluğu tanışları Rafiq və Elmarla birlikdə törətdiyini, oğurlanmış əşyaların bir qisminin Rafiqin evinin həyətində olduğunu bildirərək Rafiqin yaşadığı evin ünvanını göstərmiş və həqiqətən də oğurlanmış əşyaların bir qismi Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətindən, bir qismi evindən, bir qismi avtomobilinin yük yerindən aşkar edilmişdir. Göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və onun müdafiəsi naminə digər təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı verdiyi ifadələr onların ibtidai istintaq zamanı verilmiş ifadələri, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsində göstərilmiş xüsusatlar və işin həqiqi halları ilə uzlaşmamışdır ki, bu da təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı verilmiş ifadələrinin düşünülmüş şəkildə hər birinə münasibətdə vəziyyətlərinin yaxşılaşdırılması, məsuliyyətdən kənarda qalmaları istiqamətində verilmiş ifadələr olmasına dəlalət edir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında özünü təqsirli bilməyərək polis bölməsində fiziki təsir-təzyiqlər altında ilkin izahat və ifadələrini imzaladığını bildirsə də, məhkəmənin sorğusuna əsasən Bakı İstintaq Təcridxanası tərəfindən məhkəməyə təqdim edilmiş 30 iyul 2024-cü il tarixli, 3- 16-17/40/2-5115/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 BİT-ə daxil olan zaman onun bədənində hər hansı xəsarət aşkar edilməmiş, sol bazunun yuxarı üçdə birinin arxa səthində, hər iki saidin ön səthində çoxsaylı köhnə çapıq toxuma müşahidə olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 həm BİT-ə daxil olan zaman, həm də məhkəmə istintaqı zamanı polis şöbəsində fiziki təsir-təzyiqlərə məruz qaldığını bildirsə də, həmin fakt öz təsdiqini tapmamış və onda köhnə çapıq izləri istisna olmaqla hər hansı xəsarət aşkar olunmamışdır. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxslərin məhkəmə iclasında verdikləri ifadələrdə səmimi olmaması qənaətinə gələrkən guya hadisə gününədək Orxanla Elmarın biri-birilərini tanımamalarına, Orxanın Rafiqə zəng edərək onu götürməsini xahiş edərkən Rafiqin içkili olması səbəbindən gələ bilməməsini deyərək Orxana xalası oğlu Elmarın nömrəsini verməsinə, Orxanın ilk dəfə həmin gün Elmara zəng edərək tanış olduqlarını və onu hadisə yerinə onu götürməyə çağırmasına, cinayətin ya 19, ya da 20 mart tarixində törədilməsinə, bu zaman istifadəsində olmuş ***-***-**-** mobil nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə zəng edərək əlaqə saxlamasına dair göstərilmiş xüsusatların da məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamasını nəzərə almışdır. Belə ki, təqsirləndirilən şəxslərin ifadələrindəki xüsusatların araşdırılması, onların ifadələrində göstərilən halların həqiqiliyinin müəyyən olunması üçün məhkəmə tərəfindən Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**- ** mobil nömrəyə daxil olan və çıxan zənglər barəsində məlumatların təqdim edilməsi üçün müvafiq olaraq "xxxx" MMC-yə və "xxxx" MMC-yə 17 iyul 2024-cü il tarixli qərarla müraciət olunmuş, mobil operatorlaqr tərəfindən məhkəməyə daxil olmuş məktublarla həmin nömrələrin 19 və 20 mart 2024cü il tarixlərdə istifadə olunmadığı müəyyən edilmişdir. Bununla yanaşı, məhkəmə iclasında təqsirləndirilən şəxslər hadisə gününədək Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs3 biri-birilərini tanımadığını, Orxanın sadəcə Rafiqin tanışı olduğunu, Rafiqin Orxan onu çağıran zaman gedə bilməməsi və həmin vaxt avtomobilinin Elmarda olması səbəbindən Elmarın nömrəsini Orxana verdiyini bildirsələr də, ibtidai istintaq zamanı verilmiş ifadələrdən Elmarın hadisə gününədək Orxanı tanıması, onların hadisədən öncə Rafiqgilin evində yeyib-içmələri, ilkin olaraq elə Rafiqgilin evindən hadisə yerinə getmələri müəyyən edilmiş, o cümlədən, onların hadisə günü telefonla danışmalarına və guya Orxanın Elmarı zəng vasitəsi ilə hadisə yerinə çağıraraq oğurladığı əşyaları daşımağa kömək etməsini xahiş etməsinə dair xüsusat "xxxx" MMC və "xxxx" MMC tərəfindən verilmiş məktublarla təkzib edilərək öz təsdiqini tapmamışdır ki, bu da təqsirləndirilən şəxslərin məhkəmədə verdikləri ifadələrdə səmimi olmamalarına, cinayət məsuliyyətindən yayınmaq üçün məhkəməni yanıltmağa cəhd etmələrinə dəlalət edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxslərin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-zərərçəkmiş şəxs hüquqi şəxsin nümayəndəsinin ifadələri ilə, istintaq hərəkətlərinin aparılmasına dair protokollarla müqayisəli şəkildə tədqiq edərək təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələri daha inandırıcı və işin həqiqi halları ilə uzlaşan ifadələr kimi qiymətləndirir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin və şahidin ifadələrinin, iş materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin hər birinin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 törətdiyi əməl isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsaəsn hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci bəndində göstəriklmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 23 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 23 mart 2024-cü il tarixdə, saat 16:00-da tutulmuşdur (cild 01; i.v.32). “Şübhəli şəxsin tutulması haqqında” 23 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 23 mart 2024-cü il tarixdə, saat 17:30-da tutulmuşdur (cild 01; i.v.54). Şübhəli şəxsin tutulması haqqında” 23 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 23 mart 2024-cü il tarixdə, saat 19:00-da tutulmuşdur (cild 01; i.v.76). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 mart 2024-cü il tarixli, 4(008)-164/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 23 mart 2024-cü il tarixdən hesablanmaqla 02 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01; i.v.165-169). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 mart 2024-cü il tarixli, 4(008)-165/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 23 mart 2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01; i.v.170-174). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 mart 2024-cü il tarixli, 4(008)-163/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbsetmənin əvvəli 23 mart 2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01; i.v.175-179). AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 29 may 2024cü il tarixli tələbnamədən görünür ki, Cəfərov X6 Rayon Məhkəməsinin 03 yanvar 2019-cu il tarixli qərarı ilə AR CM-nin 178.1-ci maddəsi ilə barəsində olan cinayət təqibinə xitam verilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 11 ay 16 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (cild 01; i.v.202-204). AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 29 may 2024cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 14 mart 2007-ci il tarixli hökmünə əsasən AR CM-nin 170.3, 181.2.1, 181.2.2, 181.2.5-ci maddələri ilə təqsirli bilinərək AR CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 25 noyabr 2008-ci il tarixli hökmünə əsasən AR CM-nin 317.2.1-ci maddəsi ilə təqsirli bilinərək AR CM-nin 67.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla qəti olaraq 07 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 19 oktyabr 2015-ci il tarixdə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 04 ay 06 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 29 fevral 2016-cı il tarixdə şərti olaraq vaxtından əvvəl azad edilmə müddəti bitmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 01 ay 16 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 05 avqust 2023-cü il tarixdə cəzanın sonu ilə azad edilmişdir (cild 01; i.v.205-207). AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 29 may 2024cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır (cild 01; i.v.208-209). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 may 2024-cü il tarixli, 4(008)-298/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddət 01 ay olmaqla 23 iyun 2024-cü il tarixədək uzadılmışdır (cild 01; i.v.214-216). "xxxx" MMC-nin direktoru tərəfindən verilmiş ərizədən görünür ki, MMC-yə vurulmuş zərər Təqsirləndirilən şəxs3 ailə üzvləri tərəfindən tam şəkildə ödənilmiş, MMC-nin Təqsirləndirilən şəxs3 qarşı heç bir şikayət və tələbi yoxdur (cild 01; i.v.217). AA5121253 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs3 02 mart 2023-cü il təvəllüdlü (X3) uşağı var (cild 01; i.v.219). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 1(008)-222/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR CM-nin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla üzərində qəti olaraq 01 il 01 ay 16 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 1(008)-359/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 234.1-ci maddəsi ilə təqsir bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, AR CM-nin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla üzərində qəti olaraq 01 il 11 a6 16 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Bakı Şəhər Probasiya İdarəsi tərəfindən daxil olmuş 15 iyul 2024-cü il tarixli, 21-1/3-13899-24 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 1(008)-359/2023 saylı hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə 01 il 11 ay 16 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin cəzanı bu günədək çəkməmişdir. Portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 07 mart 2009-cu il təvəllüdlü (X8) və 22 oktyabr 2013-cü il təvəllüdlü (X4) uşaqları var. Məhkəmə hesab edir ki, cinayət nəticəsində vurulmuş zərər Təqsirləndirilən şəxs3 ailə üzvləri tərəfindən ödənildiyindən və zərərçəkmiş tərəf məhz onunla barışaraq ona qarşı şikayət və tələbinin olmadığını bildirdiyindən (məhkəmə baxışı zamanı hüquqi şəxsin nümayəndəsi bir daha həmin mövqeyi bildirmişdir) həmin hal cəzanı yüngülləşdirən hal qismində yalnız Təqsirləndirilən şəxs3 münasibətdə nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşağının olmasını (CM-nin 59.1.4) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 əvvəllər törətdiyi cinayətə görə çəkilməmiş cəzası olmaqla məhkumluğunun ödənilmədiyi dövrdə yenidən cinayət əməlini törətməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Qərarının 7-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmasına yol verilməyən ödənilməyən və götürülməyən məhkumluqlar iş üzrə digər hüquqi məsələlərin həllində, məsələn Cinayət Məcəlləsinin 58.3 və yaxud 70-ci maddələrinin məqsədləri üçün təqsirləndirilənin şəxsiyyəti qiymətləndirilərkən nəzərə alına bilər. Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır (CM-61.1.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimaihüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə Təqsirləndirilən şəxs3 törətdiyi əməli etiraf edərək peşman olmasını, ilk dəfə cinayət məsuliyyətin cəlb edilməsini (CM-59.2), himayəsində azyaşlı uşağının olmasını (CM- 59.1.4), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını (CM-nin 59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və aradan qaldırılmasını (CM-nin 59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs1 AR CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, yuxarıda sadalanan cəzasını yüngülləşdirən hal, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), məhkumluğu ödənilmədən yenidən cinayət törətməsi və onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının mümkün olmaması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, AR CM-nin 67.1-ci maddəsinə əsasən ona Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 1(008)-359/2023 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 01 il 11 ay 16 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla hazırki hökmlə təyin ediləcək cəzaya qismən birləşdirilməklə ona qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs2 AR CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların olmaması, cəzasını ağırlaşdıran hal kimi əməlində cinayətin residivinin olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs3 AR CM-nin 177.2.1, 177.2.2., 177.2.3 və 177.2.4-cü maddələri təqsirli bilinib məhkum edilməli, onun tərəfindən törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, yuxarıda göstərilən cəzanı yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların olmaması, təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması nəzərə alınaraq Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi AR CM-nin 177.2.1, 177.2.2., 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, həbsdə saxlandığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getmmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, o, məhkəmə iclas zalında həbsdən azad olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs3 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs3 üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 08:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübutlar iş üzrə maddi sübutlar Təqsirləndirilən şəxs1 kirayə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Gülçülük Sovxozu yaşayış massivi ərazisində yerləşən nömrəsiz fərdi həyət evinin həyətində aşkar olunaraq götürülmüş doğranmış plastik və dəmir boru hissələri, elektrik naqillərin hissələri, yaşayış evinin daxilindən aşkar edilmiş əridilmiş elektrik naqillərinin qalıqları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübutlar- Təqsirləndirilən şəxs1 kirayə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Gülçülük Sovxozu yaşayış massivi ərazisində yerləşən nömrəsiz fərdi həyət evinin həyətində aşkar olunaraq götürülmüş plastik pəncərə çərçivəsi, həyətdəki “VAZ 21011” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa yük yerindən aşkar edilmiş bir ədəd dəmir kəsən mişar, Şahid3 işlətdiyi, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi “Kirov Dairəsi” adlanan ərazidə yerləşən metal qəbulu məntəqəsindən aşkar edilərək götürülmüş 05 ədəd 200 litr tutumlu dəmir çəlləklər və bir ədəd dəmir profillər qanuni sahibi "xxxx" MMC-yə qaytarılmalı, Şahid3 tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs3 AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin, metal qəbulu məntəqəsinə gətirdiyi 01 ədəd dəmir profilin, 05 ədəd dəmir çəlləklərin 04 ədəd fotoları və 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs3 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. AR CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 1(008)-359/2023 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 01 il 11 ay 16 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla-11 ay 23 gün müddət, hazırkı hökmlə təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs1 qəti olaraq 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 23 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 23 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 23 mart 2024-cü il tarixdən 11 oktyabr 2024-cü il tarixədək həbsdə saxlanıldığı 06 ay 18 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 01 il 01 ay 06 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 10 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 cəzasını çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. İş üzrə maddi sübutlar Təqsirləndirilən şəxs1 kirayə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Gülçülük Sovxozu yaşayış massivi ərazisində yerləşən nömrəsiz fərdi həyət evinin həyətində aşkar olunaraq götürülmüş doğranmış plastik və dəmir boru hissələri, elektrik naqillərin hissələri, yaşayış evinin daxilindən aşkar edilmiş əridilmiş elektrik naqillərinin qalıqları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut- Təqsirləndirilən şəxs1 kirayə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Gülçülük Sovxozu yaşayış massivi ərazisində yerləşən nömrəsiz fərdi həyət evinin həyətində aşkar olunaraq götürülmüş plastik pəncərə çərçivəsi, həyətdəki “VAZ 21011” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa yük yerindən aşkar edilmiş bir ədəd dəmir kəsən mişar, Şahid3 işlətdiyi, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi “Kirov Dairəsi” adlanan ərazidə yerləşən metal qəbulu məntəqəsindən aşkar edilərək götürülmüş 05 ədəd 200 litr tutumlu dəmir çəlləklər və bir ədəd dəmir profillər qanuni sahibi "xxxx" MMC-yə qaytarılsın. İş üzrə maddi sübut-Şahid3 tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs3 AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin, metal qəbulu məntəqəsinə gətirdiyi 01 ədəd dəmir profilin, 05 ədəd dəmir çəlləklərin 04 ədəd fotoları və 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs3 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxslərə hökmün təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar