Məhkəmə qərarları › İş №1(008)-565/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-565/2023

07.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-565/2023 07.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1994-cü il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanda yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan- Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan ümumi təmiz çəkisi 1.150 qram heroini və təmiz çəkisi 0.332 qram psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, 06 fevral 2023-cü il tarixdə, saat 20:30 radələrində özünü şübhəli apardığı üçün Sabunçu RPİ-in CAŞ-in əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, Qaraxan MTK-ı yaşayış kompleksinin yaxınlığında saxlanılaraq Sabunçu RPİ-in 13-cü PB-nə gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli gödəkçənin sol yan cibindən iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.959 qram və 0.191 qram kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış ümumi təmiz çəkisiləri 1.150 qram narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 0.332 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntüdə üzərindən aşkar edilib götürülmüş psixotrop maddə metamfetamin və heroini Bakı şəhərinin müxtəlif ərazilərindən İran islam Respublikası vətəndaşları olan Rza, Feyyaz, Yusif adlı şəxslərdən onların kart hesablarına pul göndəməklə əldə edirdi. Həmin şəxslər narkotik vasitə və psixotrop maddələri adətən, Bakı şəhərinin 20 Yanvar metrostansiyasının çıxışına, Xırdalanda Yeni həyat yaşayış kompleksinin ətrafına, Neftçilər rayonu ərazisində isə Nizami rayon icra hakimiyyəti yaxınlığında müxtəlif yerlərə qoyurdular. 06 fevral 2023-cü il tarixdə, saat 20:30 radələrində özünü şübhəli apardığı üçün Sabunçu RPİ-in CAŞ-in əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, Qaraxan MTK-i yaşayış kompleksinin yaxınlığında saxlanılmış və araq Sabunçu RPİ-in 13-cü PB-nə gətirilmişdir. Orada üzərində olan iki ədəd bükümdə narkotik vasitələr heroin və bir ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Törətdiyi əməldən peşmandır. Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü təqsirli bilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 06 fevral 2023-cü il tarixdə, saat 20:30 radələrində şöbənin CA üzrə kiçik inspektoru, polis serjantı Şahid2 ilə birlikdə Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi Qaraxan MTK-i yaşayış kompleksinin yaxınlığında xidmət apardıqları zaman bir nəfər qadının dayandığını, özünü şübhəli apardığını görüb ona yaxınlaşıb, özlərini təqdim edərək Sabunçu RPİ-in CAŞ-in əməkdaşları olduqlarını bildirmiş və ondan özünü təqdim etməsini xahiş etmişlər. Bu zaman həmin şəxs həyəcanlı şəkildə özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini xahiş etmişlər. O üzərində şəxsiyyət vəsiqəsinin olmadığını bildirərək tələsdiyini deyərək onlardan yayınmağa çalışmışdır. Təqsirləndirilən şəxs özünü həyəcanlı aparmasından şübhələnərək ona şəxsiyyətinin dəqiqləşdirilməsi üçün bölməyə getməyi təklif etmişlər. Bu zaman o, həyəcanlı şəkildə təkrarən tələsdiyini deyərək yaxınlıqdakı yaşayış binasına qalxmaq istədiyini bildirmişdir. Ancaq onlar Tamaranın hərəkətlərindən şübhələnərək üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan edilən maddə, əşya və ya predmet olması ehtimalını nəzərə alaraq birlikdə Sabunçu RPİ-in 13-cü PB-nə getməyi tələb etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs onlarla razılaşmış və Sabunçu RPİ-in 13-cü PB-nə getmişlər. Bölmədə onun şəxsiyyəti barədə məlumatları dəqiqləşdirmiş, gətirilməsi ilə bağlı raport yazaraq bölmənin Növbətçi hissəsinə təqdim etmişlər. Polis Bölməsində Təqsirləndirilən şəxs videoçəkilişlə və vəkilinin iştirakı olmadan şəxsi axtarışın keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. O etirazının olmadığını bildirdikdən sonra üzərində qanunla saxlanılmasına icazə verilməyən maddə, əşya və predmetin olubolmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçənin sol yan cibindən üç ədəd bükümü təqdim etmişdir. Bükümlərdən ağ rəngli kristallik və qəhvəyi rəngli tozşəkilli maddələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs bükümlərdə olan maddələrin nə olduğu soruşulan zaman o, şəffaf rəngdə olan bükümlərdə «kakos», digər bükümdə isə «patı» olduğunu, onları 05 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 25 manata aldığını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, **********79 mobil nömrəni bir ildən çox olar ki, o işlədir. Oğlanları Bəhruz və Ülvi narkotik vasitə asıllığından əziyyət çəkirlər. Onun mobil telefonu günün əksər saatlarında oğlanlarında olur. O, 2022-ci ilin sentyabr ayında telefonunun yaddaşında «Totu» adı görmüş, oğlanlarından kim olduğunu soruşmuş, onlar ilk öncə Totunun özləri kimi xəstə olduğunu desələr də sonradan yazışmalara baxdıqda oğlanlarınını həmin Totudan müxtəlif növ narkotik və ya psixotrop maddələr aldıqlarından əmin olmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olan **********64 mobil nömrədən onun istifadəsində olan **********79 mobil nömrəsinə xx.xx.2022-ci il saat 20:36:54-də, xx.xx.2022-ci il saat 02:42:58-də, xx.xx.2022ci il saat 16:36:43-da və xx.xx.2022-ci il saat 17:04:40-da daxil olan yazışma mətnlərinin ona aid olmadığını, həmin yazışmaların övladları Bəhruz və Ülviyə aid olduğunu, övladlarının «Totu» kimi tanıdığı Tamara adlı şəxsdən ağrıları olarkən narkotik vasitə aldıqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır, 055 *** ** ** mobil nömrəsi ona məxsusdur. 2023-cü ilin yanvar ayının 15-dək Sabunçu rayonu, ünvan 2 ünvanda yerləşən yataqxanada yaşamışdır. Həmin yataqxanada onlar 1-ci mərtəbədə, 2-ci mərtəbədə qonşuluqda Elçin adlı şəxs də qalırdı. 2022-ci ilin sentyabr ayında axşam saatlarında siqaret çəkmək üçün yataqxananın dəhlizinə çıxmış, bu zaman qonşusu Elçin öz qohumuna zəng etmək adı ilə ondan mobil telefonunu istəmişdir. O, telefonu ona vermiş, sonra telefonuna baxış keçirdərkən orada hər hansı sms, zəng, ad aşkar etməmişdir. xx.xx.2022-ci il 00:30:16saatda **********64 nömrəsindən onun **********64 nömrəsinə göndərilmiş «gozde Elcin men evde deyiləm, evde yari temam vardi gotürüm, onu bölüb vere bilerem, sen gerek pul onda karta atasan ki, meni emim oğluna deyim balkona atsın, götürəəsən» mətnli sms ona aid deyil, həmin smsdən xəbəri yoxdur, həmin sms Elçin adlı qonşusu ilə bağlıdır, lakin onun hazırda dəqiq ünvanını, eləcə də anket məlumatlarını bilmir və onun mobil telefonu olmayıb. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs doğma əmisi qızıdır. O, 2022-cil ilin avqust ayından Təqsirləndirilən şəxs Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, Qaraxan MTK yaşayış kompleksində kirayədə qaldıqları evdə müvəqqəti yaşamışdır. Həmin müddətdə bir dəfə Tamara və qeyri-rəsmi münasibətdə olduğu Zakirin bir yerdə qaldıqları otağa təsadüfən daxil olarkən Zakirlə Tamaranın sonradan adının «nəşə» olduğunu bildiyi otu çəkdiklərini, otağın tüstü olduğunu görmüş, otağa daxil olmadan bayıra çıxmışdır. Bir neçə gün sonra onların yaşadığı otağa paltarlarını götürməyə girərkən Zakirlə Tamaranın yenə nəşə çəkdiklərini görmüş, öz istəyi ilə otağa daxil olmüş, onların yanında əyləşib nəşədən cəmi iki dəfə çəkmiş, halı anidən pisləşmiş, ürəyi bulanmış və qaytarmışdır. Özünü pis hiss etdiyindən tövbə etmiş, bir daha hər hansı narkotik vasitə və ya psixotrop maddə qəbul etməmişdir. O, Tamaragildə qalarkən tikintilərdə fəhləlik edirdi. Bir neçə dəfə Tamara ona zəng edərək siqaret alması üçün borca pul istəmişdir. Həmçinin, bir dəfə o əmisigildə olarkən Tamara ona zəng edib binanın qarşısında gözlədiyini, yuxarı qalxmamaq üçün otağında dolabda olan siqaret qutusunu balkondan aşağı atmasını ondan xahiş etmiş, onun xahişini nəzərə alıb, siqaret qutusunu balkondan aşağı atmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, T.V. Ağahəsənova ilə qeyri-rəsmi nikah münsibətində yaşayan Şahid3 atasıdır, 3-4 ildir ki, oğlu onunla birlikdə yaşamır. Təqsirləndirilən şəxs üzdən tanımır, görməyib, lakin oğlu ila birlikdə narkotik vasitə istifadə etdiyini və satdığını eşitsə də, görməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 4-5 ilə yaxın müddətdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla qeyri-rəsmi nikah münasibətindədir. 2-3 ilə yaxın müddətdir ki, narkotik vasitə və psixotrop maddələrdən çəkmək yolu ilə istifadə edir. İki dəfə məhkumluq həyatı yaşamışdır. 070 650 04 04 və 055 205 06 01 mobil nömrələr ona məxsusdur. Tamaranın narkotik vasitə və psixotrop maddə satmasından məlumatlıdır, lakin özü satışla məşğul deyil. Onunla qeyri-rəsmi bir yerdə yaşadığından özü üçün aldığı narkotik maddə və psixotrop maddədən bir yerdə istifadə ediblər. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, 4 ilə yaxın müddətdir ki, ünvan 3 ünvanda yerləşən qadın gözəllik salonunda dırnaq ustası olaraq çalışır. 2021-ci ilin yay aylarından Təqsirləndirilən şəxs işlədiyi salona gəlib-gedir, yanında dırnaqlarını düzəltdirirdi. Salonda olarkən Təqsirləndirilən şəxs Zakir adlı şəxslə ər-arvad münasibətlərində olduğunu, eləcə də himayəsində iki azyaşlı övladının olduğunu barədə ona danışırdı. Həmçinin, işlədiyi salonun yaxınlığındakı 9 mərtəbəli binanın, 3-cü mərtəbəsində kirayədə yaşadığını demişdir. Həmin ünvanda təxmini olaraq 2-3 ay kirayədə yaşamış, daha sonra həmin mənzildən köçdüyünü eşitmişdir. Təqsirləndirilən şəxs kirayədə yaşadığı mənzilin sahibinin adını xatırlamadığı həyat yoldaşı da onun müştərisi olduğunu, yanına gəlib-gedərkən Təqsirləndirilən şəxs və anasının kirayə pulunu gecikdirdiklərini, eləcə də Tamaranın narkotik vasitələrin istifadəsi, eləcə də satışı ilə məşğul olmasından şübhələndiklərini, Tamaranın narkotik vasitələri kirayədə yaşadığı mənzilin balkonundan ataraq satdığını eşitdiyini ona demişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, **********67 mobil nömrəsi ona məxsusdur, təxmini olaraq iki ilə yaxın müddətdir ki, həmin nömrəni işlədir. Onunla eyni ünvanda 1999-cu il təvəllüdlü oğlu T.Ə.Əsgərzadədə yaşayır. 2022-ci ilin yay aylarında oğlu Turalın hərəkətlərinin qeyri-adekvat olması onda şübhə yaratmışdır. Çünki evdən çıxarkən xarici görünüşü başqa cür olur, evə qayıdarkən isə başqa halda, vəziyyətdə olurdu. 2022-ci ilin sentyabr ayının əvvəüərində oğlu Turalı güdərkən onun Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, Qaraxan MTK-ın yaşayış binası tərəfə getdiyini görmüş, həmin tarixdən ona bəlli olmuşdur ki, oğlu yaxınlıqdan hardansa narkotik alır. Bundan sonra o Daxili İşlər Nazirliyinin qaynar xəttinə yığıb oğlunu müalicə etdirmək istədiyimi bildirmiş, 2022-ci ilin sentaybr 15-dən sonra oğlu Turalı Maştağa qəsəbəsində yerləşən dispanserə aparmış, təxmin olaraq 2 həftə orada müalicə almışdır. Tamara adlı şəxsi tanımır, 15 sentyabr 2022-ci il tarixdə, saat 15:15:10-da Tamaranın istifadəsində olan **********64 nömrədən istifadəsində olan **********67 mobil nömrəsinə göndərilmiş «Gor ne deyerm indi gelimsem zaklatqadan təzə mal goturmsəm bir qepiym yoxdu 14 manat təmiz olsun, allah haqqı vermiyəcəm təmiz olmasa» məzmunlu smsin oğlu Turala aiddir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, **********65 mobil nömrəsi ona, **********67 mobil nömrəsi atasına məxsusdur. Təqsirləndirilən şəxs 2022-ci ilin iyun ayından tanıyır. Onun narkotik vasitə və psixotrop maddə satdığını eşitmişdir. İlk dəfə ona zəng etmiş, 6 manat müqabilində bir büküm «patı» kimi tanınan metamfetamin almışdır. O adətən Təqsirləndirilən şəxsmn yaşadığı Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, Qaraxan MTK-ın yaşayış binasının qarşısına gəlir, o isə yaşadığı binanın balkonundan (səf etmirəmsə 3-cü mərtəbə) kakos və ya metamfetamini salfetkaya bükərək atırdı. Salfetkanın içərisində isə siqaret kağızına bükülmüş bir «çet» mal olurdu. Adətən Tamara ilə **********65 mobil nömrəsi ilə əlaqə saxlamışdır. Daha sonra «mal» ala bilmədiyi üçün telefonunu lombarda qoyub pul götürmüş, həmin pula yenidən Tamaradan «patı» və «kakos» almışdır. 2022-ci ilin avqust ayından atası ondan şübhələnməyə başlamışdır. Telefonu olmadığından xx-xx-2022-ci il tarixdə atasının istifadəsində olan **********67 mobil nömrəsi ilə Tamara ilə əlaqəyə çıxmışdır. Atasını nömrəsinə göndərilmiş smslər onunla bağlıdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertiza Mərkəzinin 6/738 saylı, 07 fevral 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün №160» dairəvi möhür əksi, «Vət.Təqsirləndirilən şəxs təqdim etdiyi 3 büküm ..» yazısı və imzalar olan kağız zərfdəki 2(iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.959 qram və 0.191 qram, ümumi təmiz çəkisi 1.150 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasltə-heroindir və 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0.332 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin və metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı 01) daxildir. Heroinin təmiz çəkisi: 1.150 qram, tədqiqata sərf edildi 0.10 qram, qalıq 1.050 qram, metamfetaminin təmiz çəkisi-0.332 qram, tədqiqata sərf edildi-0.05 qram, qalıq-0.282 qram. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 X4 X2 792 saylı, 13 fevral 2023-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi B.Ə.S.İ.İ-i tərəfindən 27 fevral 2023-cü il tarixində doldurulmuş tələbnamədən və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)335/2023 saylı, 20 iyul 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, «08» (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu «02» (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının «02» (iki) gününə bərabər tutulmaqla, onun cəzasından «02» (iki) gün çıxılaraq, qəti olaraq üzərində «07» (yeddi) ay, «28» (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəza çəkmə müddətinin əvvəli 20 iyul 2023-cü il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı bir ədəd DVD diskə köçürülmüş görüntüdən görünür ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra Sabunçu RPİ-in 13-cü PB-in inzibati otaqlarından birində onun üzərinə şəxsi axtarış aparılmazdan əvvəl özünü təqdim etməsini bildirir. Bundan sonra Təqsirləndirilən şəxs özünü təqdim edir və ondan saxlanılmasının səbəblərinin ona aydın olub-olmaması soruşulur. Təqsirləndirilən şəxs isə narkotik vasitə və psixotrop maddəni əldə etməkdə, üzərində gəzdirməkdə şübhəli olduğu üçün saxlanılmasının ona aydın olduğunu bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi, şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilir və bununla bağlı etirazının olub-olmaması soruşulur. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdikdən sonra üzərində qanunla saxlanılmasına icazə verilməyən maddə, əşya və predmetin olub-olmaması soruşulur və olduğu halda təqdim etməsi təklif edilir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sol yan cibindən üç ədəd bükümü təqdim etdi. Bükümlərə baxış keçirildiyi zaman ağ bükümdən ağ rəngli kristallik hissəciklər, şəffaf rəngli bükümdən isə qəhvəyi rəngli tozşəkilli maddələr aşkar edildi. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı 1 siyahının 5-ci qrafasına əsasən aşkar olunmuş narkotik vasitələr miqdarına görə şəxsi istehlak miqdarından artın miqdar hesab olunur. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən-satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma-cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri, baxış keçirilən zaman çəkilmiş videogörüntü və iş materiallarında olan (telefon danışıqları, mesajları) və sair digər sübutlarla tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı öhdəliyin reaksiyasıdır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən- satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə-üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuüşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən əza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, himayəsində iki azyaşlı yetkinlik yaşına çatmayan uşağın olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 02 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanın yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədinin özünün və cinayət əməlinin təhlükəliyini azaldan və cinayət tərkibindən kənara qalan müxtəlif hallardır. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. Cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarına əsasən Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarında olan 06 fevral 2023-cü il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 fevral 2023cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, həmin tarixdən saat 20:30 radələlərindən tutulmuş hesab edilmişdir (səh.,17). Cinayət işinin materiallarında olan 08 fevral 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 08 fevral 2023-cü il tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh.,56). Dindirmə 08 fevral 2023-cü il tarixdə, saat 11:45-də başlanmış, saat 12:10-da başa çatmışdır. Bu barədə protokol tərtib olunmuşdur. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə olunmmasından imtina olunması barədə Bakı şəhəri, Sabunçu rayon prokuroru tərəfindən verilmiş 08 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri seçilməsi barədə vəsatət təmin olunmamışdır (səh.,69). Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs barəsində 08 fevral 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir (səh.,73). Cinayət işinin materiallarında olan 27 aprel 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, onun Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)335/2023 saylı, 20 iyul 2023-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə növündə cəza çəkməsini, maddənin sankisiyasında alternativ cəzanın olmamasını, olsa belə onun alternativ cəza ilə islah olunmasını qeyri mümkünlüyünü və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs «06» fevral 2023-cü il tarixdən «08» fevral 2023-cü il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu «02» (iki) gün müddət nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəza çəkmə müəssisəsində çəkməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər-«ümumi rejimli» cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəza çəkirlər. Həmin Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Təqsirləndirilən şəxsa cəza çəkdiyi müddətdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «20» iyul 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 X4 X2 792 saylı, 13 fevral 2023-cü il tarixli rəyi ilə müəyyən olmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunmalı, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 1(008)335/2023 saylı, 20 iyul 2023-cü il tarixli hökmü ilə cəza çəkməsi nəzərə alınmalı, seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübutlar-keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitələr-1.050 qram heroin və 0.282 qram metemfetamin məhv edilməli, iki ədəd disk və bir ədəd mobil telefon aparatı isə isə cinayət işinin materialları arasında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. 114 manat ekspertiza xərci Təqsirləndirilən şəxsdan tutulub AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən «03» (üç) il, «06» (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hal-hazırki hökmlə təyin olunmuş cəza Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)335/2023 saylı, 20 iyul 2023-cü tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin olunmuş «08» (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və qəti olaraq Təqsirləndirilən şəxs üzərində «04» (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)335/2023 saylı, 20 iyul 2023-cü tarixli hökmü ilə cəza çəkmə müddətinə hesablanmış «02» (iki) gün, hazırki iş üzrə onun «06» fevral 2023-cü il tarixdən «08» fevral 2023-cü il tarixə (saatlarla hesablanmaqla) kim şübhəli şəxs kimi həbsdə olduğu müddət «02» (iki) gün, cəmi «04» (dörd) gün hesablanaraq Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq «03» (üç) il, «11» (on bir) ay, «26» (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «20» iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübutlar, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitələr-1.050 qram heroin və 0.282 qram metemfetamin məhv edilsin, iki ədəd disk və bir ədəd mobil telefon aparatı isə isə cinayət işinin materialları arasında saxlanılsın. 114 manat ekspertiza xərci Təqsirləndirilən şəxsdan tutulub AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunsun, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 1(008)335/2023 saylı, 20 iyul 2023-cü il tarixli hökmü ilə cəza çəkməsi nəzərə alınsın, seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar