Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-565/2024 31.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 03 avqust 1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Atçılıq” yaşayış massivi, nömrəsiz fərdi evdə yaşayan və barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 01 aprel 2024-cü il tarixdə, saat 11:20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Orucov küçəsində fəaliyyət göstərən “Bakıxanov" Ticarət Mərkəzində çay dəmləyib mağazaların satıcılarına satmaq rəqabəti ilə əlaqədar aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs əli və ayağı ilə bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq ona döş qəfəsinin dərialtı hemotoması, sol almacıq, sol said və sol bazu nahiyələrinin qançırları ilə müşaiyət olunan, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş xəsarətlər yetirərək qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, bir müddətdir Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində fəaliyyət göstərən “Bakıxanov” Ticarət Mərkəzində icarəyə kiçik çayxana götürüb mağazalara çay satmış, 2023-cü ilin may ayında səhhəti ilə bağlı 6 ay həmin ticarət mərkəzinə gedə bilməmiş, 2024-cü ilin yanvar ayının ortalarında yenidən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində fəaliyyət göstərən “Bakıxanov” Ticarət Mərkəzinə getmiş, həmin vaxt əvvəllər tanımadığı, sonradan adını bildiyi Pəri onun işlətdiyi çayxananı icarəyə götürüb mağazalara çay satdığını görmüşdür, bu səbəbdən həmin ticarət mərkəzində icarəyə başqa yer götürüb mağazalara çay satmağa başlamışdır, onun müştərilərinə çay satdığına görə aralarında bir neçə dəfə sözlə mübahisə yaranmışdır. xx.xx.2024-cü il tarixdə, saat 11.20 radələrində ticarət mərkəzində mağaza işlədən Həmzə adlı şəxslə söhbət edərkən Pəri Həmzəyə yaxınlaşıb orada çaynik və stəkanlarının qalıbqalmamasını soruşmuş, Pəri oradan uzaqlaşarkən Həmzə onun arxası ilə danışmağa başlamış, Pəri onun sözlərini eşidib geri qayıtmış və Həmzəyə iradını bildirmişdir, onların arasında sözlə mübahisə başlamış, Zərərçəkmiş şəxs sakitləşdirməyə çalışsa da, buna nail ola bilməmiş, Pəri onu küçə söyüşləri ilə təhqir etməyə başlamışdır, Pəri onun üzərinə hücum edərək əli ilə sinəsini cırmaqlamış, məcbur olub əlləri ilə Zərərçəkmiş şəxs başının arxa hissəsindən saçlarından tutub itələmişdir, sonra Pəri özünü bilərəkdən yerə yıxmış, onu təhqir etmişdir. Əli ilə onun sifət nahiyyəsinə və təpiklə ayağına zərbə vurması barədə Zərərçəkmiş şəxs göstərdiyi xüsusatlar şər və böhtandır. Münaqişə təxminən 5-6 dəqiqə davam etmiş, Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş münaqişə Həmzə adlı şəxsin işlətdiyi mağazanın yaxınlığında, yəni insanların gediş-gəlişi olmayan yerdə baş verdiyindən hadisəni görən olmamışdır. Həmin vaxtı tibbi müayiədən keçməmiş, bununla bağlı polisə müraciət etməmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2023-cü ilin may ayından Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində fəaliyyət göstərən “Bakıxanov” Ticarət Mərkəzində icarəyə yer götürüb sifariş əsasında mağazalara çay satmış, bundan təxminən 2-3 ay sonra ticarət mərkəzində icarəyə götürdüyü yeri dəyişmiş, 2-3 ay sonra Təqsirləndirilən şəxs onunla üz-üzə olan yeri icarəyə götürüb mağazalara çay satmaqla məşğul olmuş, onunla bir neçə dəfə heç bir səbəb olmadan onunla sözlə mübahisə etmişlər. 01 aprel 2024-cü il tarixdə, saat 11:20 radələrində Ticarət Mərkəzində mağaza işlədən Həmzə adlı şəxsə yaxınlaşıb onun mağazasında stəkan və ya çaynikinin qalıb-qalmadığını soruşmuş, bu zaman Təqsirləndirilən şəxs həmin mağazaya yaxınlaşıb Həmzə ilə onun barəsində danışdığını eşitmiş, Vahaba barəsində danışdığına görə iradlarını bildirmiş, bu zaman Təqsirləndirilən şəxs onu küçə söyüşləri ilə təhqir etməyə başlamış, onu sakitləşdirməyə çalışsa da buna nail ola bilməmiş, həmin vaxt Təqsirləndirilən şəxs heç bir səbəb olmadan qəfildən əli ilə bir dəfə sinəsinə, bir dəfə sol gözünə və bir dəfə sol qoluna yumruq zərbəsi vurmuş, sonra saçlarından tutub sürümüş, eləcə də aldığı zərbədən huşunu itirib yerə yıxılmış, qeyd edilən münaqişə təxminən 3-4 dəqiqə davam etmiş, Münaqişə zamanı Təqsirləndirilən şəxs heç bir xəsarət yetirməmişdir. Hazırda şikayətçidir, bir neçə aydır işləmədiyi üçün ona dəymiş ziyanın ödənilməsini tələb edir. Şahid ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, “Vətən Müharibəsi” iştirakçısı olmuş, eləcə də Azərbaycan Respublikasının Prezidenti tərəfindən 6 ədəd medalla təltif olunmuşdur, təxminən 2022-ci ilin yanvar ayından Sabunçu rayonu, Bakıxanov qəsəbəsində fəaliyyət göstərən “Bakıxanov” Ticarət Mərkəzində yerləşən mağazaların birində satıcı işləmiş, həmin vaxtlardan Ticarət Mərkəzində icarə əsasında çayxana işlədən Təqsirləndirilən şəxs tanımış, o, təxminən 2023-cü ilin may ayında səhhəti ilə bağlı 6 ay həmin Ticarət mərkəzinə gələ bilməmiş, həmin ərəfədə qeyd edilən çayxananı Zərərçəkmiş şəxs icarəyə götürüb mağazalara çay satmağa başlamış, cari ilin yanvar ayının ortalarında Təqsirləndirilən şəxs yenidən “Bakıxanov” Ticarət Mərkəzinə qayıdıb çay satmağa başlamış, xx.xx.2024-cü il tarixdə, saat 11.20 radələrində Zərərçəkmiş şəxs Ticarət mərkəzində onun işlədiyi mağazaya gəlib 1 gün əvvəl mağazada çaynik və stəkanlarının qalıb-qalmamasını soruşmuş, bir gün əvvəl onun çaynik və stəkanlarını qaytardığını və ona bu barədə məlumat verdiyini bildirmiş, bu zaman onların arasında sözlə mübahisə yaranmış, həmin vaxt təsadüfən Təqsirləndirilən şəxs onlara tərəf gəlmiş, Pəri ilə aralarında baş vermiş mübahisənin səbəbini soruşmuş, mübahisənin səbəbini Təqsirləndirilən şəxs danışmış, bu səbəbdən Zərərçəkmiş şəxs aralarında olan söhbəti Vahaba danışdığına görə ona irad bildirmiş, həmin vaxt Təqsirləndirilən şəxs onların söhbətinə müdaxilə etmiş, bu səbəbdən Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında sözlə mübahisə başlamış, çalışsa da onları sakitləşdirə bilməmiş, onların sözlə mübahisə edə-edə mağazadan uzaqlaşdıqlarını və mağazalar arasında olan ensiz yola tərəf döndüklərini görmüş, həmin vaxt işlədiyi mağazaya müştəri gəldiyi üçün mağazaya daxil olmuş, odur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmasını görməmişdir, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Nuruilah qızını təhqir etdiyini, eləcə də əli ilə onun sifət nahiyyəsinə vurduğunu, təpiklə ayağına zərbə vurduğunu və saçlarından tutub yolduğunu görməmiş və bu barədə ümumiyyətlə məlumatı olmamışdır, göstərilən münaqişə zamanı hadisə yerinə başqa şəxlərin toplaşdıqlarını görməmişdir(i.v.89-92); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirilməsi haqqında 01 aprel 2024-cü il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsində yerləşən Bakıxanov Ticarət Mərkəzinin daxilində hadisənin baş verdiyi yerə baxış keçirilmiş, fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur. Hadisə yerində videomüşahidə kameraları aşkar olunmamışdır (i.v.9-11); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi” X1 Sabunçu rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 700 nömrəli Ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsinin dərialtı hematoması; sol almacıq, sol said və sol bazu nahiyələrinin qançırları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xarakterinə və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur (i.v.19-20); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması ilə bağlı əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v.37); xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə saxlanılaraq Sabunçu RPİ-nin MSY-nə təhvil verilmişdir(i.v.44); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 14 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Sabunçu RPİ-nin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş Təqsirləndirilən şəxs dərhal MSY-dən azad edilmişdir(i.v.83-85); qətimkan tədbirinin seçilməsi barədə 14 iyun 2024-cü il tarixli qərardan görüünr ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.86-88); Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, “...Pəri onun üzərinə hücum edərək əli ilə sinəsini cırmaqlamış, məcbur olub əlləri ilə Zərərçəkmiş şəxs başının arxa hissəsindən saçlarından tutub itələmişdir, sonra Pəri özünü bilərəkdən yerə yıxmış, onu təhqir etmişdir. Əli ilə onun sifət nahiyyəsinə və təpiklə ayağına zərbə vurması barədə Zərərçəkmiş şəxs göstərdiyi xüsusatlar şər və böhtandır.” Məhkəmə onun ifadəsində göstərilən bu xüsusatların özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Belə ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatları yuxarıda qeyd edilən ifadəsi ilə təkzib etmişdir. Məhkəmə, zərərçəkmiş şəxsə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq zərərçəkmiş şəxsin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Bundan başqa, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi” X1 Sabunçu rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 700 nömrəli Ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsinin dərialtı hematoması; sol almacıq, sol said və sol bazu nahiyələrinin qançırları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xarakterinə və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirinin mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Beləliklə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən - Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində cərimə növündə cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər və ona cərimə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 20-ci bəndinə görə CM-nin 69.4-cü maddəsinə görə məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma cərimə, yaxud müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Qanunun bu norması imperativ xarakter daşıyır və müvafiq hallarda mütləq tətbiq olunmalıdır. Belə hallarda Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad olunmamalı, cəzanın yüngülləşdirilməsi və ya cəzadan tamamilə azad olunma Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə istinad etməklə hökmün təsviriəsaslandırıcı hissəsində əsaslandırılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməli, 12 iyun 2024-cü il tarixdən 14 iyun 2024-cü il tarixədək həbsdə saxlanıldığı iki gün müddət nəzərə alınmaqla, ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilməli(CM-69.4), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M ET D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və ona 1500 (min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 12 iyun 2024-cü il tarixdən 14 iyun 2024-cü il tarixədək həbsdə saxlanıldığı iki gün müddət nəzərə alınmaqla, təyin edilmiş 1500 (min beş yüz) manat miqdarda cərimə cəzası yüngülləşdirilərək üzərində qəti olaraq 1200 ( min iki yüz) manat məbləğində cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəməyədək icraat və məhkəmə icraatı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-565/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-565/2024
31.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver