Məhkəmə qərarları › İş №1(008)-566/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-566/2024

19.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-566/2024 19.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X6 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdə Abşeron rayonu, Məmmədli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 21 avqust 2023-cü il tarixdə, saat 12 radələrində ünvan 2 ünvanında qeyri-rəsmi nikahla yaşadığı Zərərçəkmiş şəxs qıznın onunla birlikdə gəzintiyə getməməsi səbəbindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən onun baş və bədən nahiyələrinə yumruqla, təpiklə, taxta parçası ilə müxtəlif zərbələr vuraraq üzərində olan istintaqa məlum olmayan deşici-kəsici alətlə onun sol ayağından 1 dəfə vuraraq sonuncuya sol-baldır nahiyəsinin deşilmiş-kəsilmiş yarası və alt çənə nahiyəsinin sıyrığı ilə müəyyən olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü AR CM-nin 128-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 6 il bundan əvvəl qeyri-rəsmi nigahla ailə qurmuş və birgə nigahlarından 5 yaşlı övladları Qasımov Rəhman dünyaya gəlmişdir. O, Yeganə ilə ailə qurandan sonra dəfələrlə onunla aralarında söz-söhbətlər olumuşdur. 21 avqust 2023-cü il tarixdə, saat təxminən 12 radələrində o, ünvan 2 ünvanına oğlu Rəhmanı gəzəməyə aparmaq üçün getmişdir. Bu zaman Yeganənin qohumu Sevinc ilə qonaq otağında əyləşib söhbət etdiyini görmüş Yeganəyə oğlu Rəhmanın paltarını geyindirməsini və onu gəzməyə aparmaq istədiyini bildirmişdir. Bu zaman Yeganə uşağın paltarını geyindirmiş və o, Yeganəyə onunla getməyi təklif etmişdir. Yeganə onunla getməyə etiraz etdiyi üçün aralarında söz mübahisəsi yarandığından o, Yeganənin üzərinə gədərək təpik və yumruq zərbələri ilə onun baş və bədənin müxtəlif nahiyələrinə zərbələr endirmiş. Bunun nəticəsində Yeganə müvazinətini itirərək yerə yıxılmış, bu zaman o, taxta materiallı pol taxtasını götürərək onun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmağa başlamışdır. O, Yeganəni döyən zaman Yeganə uca səslə qışqıraraq onun ünvanına nəlayiq küçə söyüşləri söydüyü üçün o, daha da əsəbləşmiş və sonra sağ əli ilə bel nahiyyəsində gizlətdiyi cib bıçağını çıxararaq Yeganənin sol baldırına bir bıçaq zərbəsi vurmuş və evdən həyətə çıxaraq oğlu Rəhmanı da götürərək oradan çıxıb getmişdir. Yeganəyə xəsarət yetirdiyi bıçağı isə hadisədən sonra gecə vaxtı Abşeron rayonu, Məmmədli kəndində xatırlamadığı yol kənarına atmışdır. Törətdiyi əməldən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışıq əldə edilmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etmədiyindən onunla telefon vasitəsi ilə əlaqə saxlanılmış, o, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərin ödənildiyini qeyd edərək təqsirləndirilən şəxslə barışdığını bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə göndərmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. O, həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 6 il bundan əvvəl qeyri-rəsmi nigahla ailə qurmuş və birgə nigahlarından 5 yaşlı oğlu X2 dünyaya gəlmişdir. Raci ilə ailə qurandan təxminən 5 ay sonra Raci narkotik istifadə etməyə başlamış buna görədə aralarında söz-söhbətlər olurmuşdur, o, həmişə Raciyə narkotikdən istifadə etməyi tərgitməsini bildirirmişdir. 2022-ci ilin mart ayında Raci onun sol əlinə bıçqala zərbə vurduğu üçün onun şikayəti əsasında Sabunçu rayon Polis İdarəsi tərəfindən tutulmuşdur. 2023-cü ilin iyun ayında Raci CÇM-dən azadlığa buraxıldıqdan sonra o, Raci ilə barışmış və onunla birlikdə ünvan 2 ünvanında yaşamağa başlamışdır. Müəyyən vaxt keçdikdən sonra o, düşünmüşdür ki, Raci narkotik vasitələrdən istifadə etməyi tərgidib, lakin o, əksinə olaraq daha da pis vəziyyətə düşmüş, mütəmadi olaraq narkotik vasitə olan "patı” kimi eşitdiyi psixotrop maddə qəbul edərək evdə səbəbsiz söz söhbətlər yaradaraq onun və ailə üzvlərinin ünvanına o cümlədən azyaşlı oğlu Rəhmanıda nəlayiq küçə söyüşləri ilə söyüb təhqir edirmiş. Bu səbəbdən də o, Racidən ayrılmaq qərarına gəlmiş, evdə olan zaman Raci ilə oturub söhbət etmiş və qərara vermişlər ki, xoşluqla ayrılsınlar. Lakin Raci ondan əl çəkməyəcəyini bildirmişdir. 19 avqustda oğlu Rəhmanın ad gününü Raci təbrik etməmişdir. 21 avqust 2023-cü il tarixdə o, ünvan 2 ünvanında oğlu Rəhman və qohumu Sevinc ilə qonaq otağında əyləşmişdir. Həmin gün saat 12 radələrində Raci onun yaşadığı evə gələrək “mənə uşağımı ver aparım” demiş, bu zaman o, oğlu Rəhmanın paltarlarını geyindirmiş və ona “götür apar" demişdir, Raci ona “səndə mənimlə getməlisən” demiş, o isə ona “mən səninlə getmirəm” demişdir. Bu zaman Raci onun üzərinə gəlmiş təpiklə onun sifətinə vurmuş o, da dərhal zərbənin nəticəsindən yerə yıxılmışdır. 0, yerdə olan zaman Raci onu taxta materiallı pol taxtasıyla, təpiklə və yumruq zərbələri ilə baş və bədəninin müxtəlif nahiyyələrinə zərbələr vurmağa başalmışdır. Raci onu döyən zaman o, qışqırmağa başlamış, Raci dahada əsəbləşərək aqressiv hərəktlər etmiş onu dahada qəzəbli döyməyə başlamışdır. Raci onu döydükdən sonra sağ əli ilə bel nahiyəsində gizlətdiyi cib bıçağını çıxararaq onun sol baldırına bir bıçaq zərbəsi vurmuş, onun ayağından qan gəlməyə başladıqda isə Raci qanı görmüş və evdən həyətə çıxaraq oğlu Rəhmanıda götürərək oradan çıxıb getmişdir. Bundan sonra o, DİN-nin 102 xidmətinə və “103” qaynar xəttinə zəng vuraraq baş vermiş hadisə barəsində məlumat vermiş, həkimlər onun evinə gələrək onu təcili tibbi yardım maşını vasitəsilə 3 saylı şəhər kilinik xəstəxanasına aparmış və sol baldır nahiyyəsinə 3 tikiş vuraraq cərrahi əməliyyat etmişlər. Şahid məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Şahid həmin ifadəsində göstərmişdir ki, 21 avqust 2023-cü il tarixdə ünvan 2 ünvanında yaşayan qohumu Yeganəgilə getmiş, Yeganə ilə qonaq otağında əyləşmiş söhbət etmişdir. Həmin gün saat 12 radələrində Yeganənin həyat yoldaşı Raci həmin ünvanına gələrək Yeganəyə "uşağımı ver gəzməyə aparıram” demiş bu zaman Yeganə oğlu Rəhmanın paltarlarını geyindirmiş və Raciyə “götür apar” demişdir. Raci Yeganəyə “səndə mənimlə getməlisən” demiş, lakin Yeganə buna etiraz etmiş, bu zaman Yeganə ilə Raci arasında söz mübahisəsi başlamışdır. Yeganə Raciyə “mən səninlə getmirəm” dedikdən sonra Raci Yeganənin üzərinə gələrək təpiklə onun sifətinə vurmuş, zərbənin nəticəsindən Yeganə yerə yıxılmış, bu zaman Raci taxta materiallı pol taxtasını götürərək, təpik və yumruq zərbələri ilə Yeganənin baş və bədəninin müxtəlif nahiyyələrinə zərbələr vurmağa başalmışdır. Raci Yeganəni döyən zaman o, qışqırmağa başladıqda o dahada aqressiv hərəkətlər edərək Yeganəni dahada qəzəbli döyməyə başlamışdır. Raci onu döydükdən sonra sağ əli ilə bel nahiyyəsində gizlətdiyi cib bıçağını çıxararaq Yeganənin sol baldırına bir bıçaq zərbəsi vurmuş. Bu zaman Yeganənin ayağından qan gəlməyə başladıqda Raci qanı görmüş və evdən həyətə çıxaraq oğlu Rəhmanıda götürərək oradan çıxıb getmişdir. Bundan sonra Yeganə DİN-nin "102” xidmətinə və “103” qaynar xəttinə zəng vuraraq baş vermiş hadisə barəsində barədə məlumat vermiş. Həkimlər ünvana gələrək Yeganəni Təcili tibbi yardım maşını vasitəsilə 3 saylı şəhər kilinik xəstəxanasına aparmış və onu cərrahi əməliyyat etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” 21 avqust 2023-cü il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Məscidin yanında yerləşən fərdi yaşayış evinin qonaq otağıdır baş vermişdir (i.v.8-10). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” X8 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş məhkəmə Tibb Ekspertizasının 30 avqust 2023-cü il tarixli, 2075 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol baldır nahiyəsinin deşilmiş-kəsilmiş yarası və alt çənə nahiyəsinin sıyrığı müəyyən olundu. Xəsarətlərdən sol baldır nahiyəsinin deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşya (alət), ola bilsin bıçağın təsirindən; alt çənə nahiyəsinin sıyrığı isə bərk küt əşya təsirindən törənmişdir, qərarda göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xarakter və lokalizasiyasına görə, xəsarətin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar edilir (i.v.14-15). “Sübutların qiymətləndirilməsi haqqında” 24 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli AR CM-nin 128-ci maddəsi ilə tövsif edilmiş, zərərçəkmiş şəxsin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və şahidin ifadələrinin, məhkəmə-tibbi ekspertizasının rəyinin və işdə olan digər protokolların sübut kimi qəbul edilməsi qərara alınmışdır (i.v. 54-55). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş müvafiq ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 21 sentaybr 2023-cü il tarixli tələbnamədən görünür ki, Qasımov X1 Rayon Məhkəməsinin 13 aprel 2005-ci il tarixli hökmünə əsasən AR CM-nin 339.1, 296, 32.5,318.2-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 08 ay 10 gün müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 13 iyun 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, 03 iyun 2022-ci il tarixdə barəsində AR CM-nin 128-ci maddəsi ilə cinayət təqibinə başlanılmış, AR CPM-nin 40.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilmişdir (i.v.44-45). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 1(008)-517/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (i.v. 47-51). “Qətimkan tədbirinin seçilməsi haqqında” 22 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.86-87). AZE 11640935, AZE 11640942, AZE 11640941 və AA ******* nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il təvəllüdlü (X4), xx.xx.2010-cu il təvəllüdlü (X3), xx.xx.2014-cü il təvəllüdlü (X5) və xx.xx.2018-ci il təvəllüdlü (X2) uşaqları var. Zərərçəkmiş şəxs tərəfindən verilmiş yazılı ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, o, təqsirləndirilən şəxslə barışmış və onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını (AR CM-nin 59.2-ci maddəsi), himayəsində üç azyşalı uşağının olmasını (CM-59.1.4), zərərçəmiş şəxslə barışıq əldə edilməsini (CM-59.1.12), zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini (CM-59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəl törətdiyi cinayət əməlinə görə məhkumluğu ödənilmədən yenidən cinayət törətməsini şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Qərarının 7-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmasına yol verilməyən ödənilməyən və götürülməyən məhkumluqlar iş üzrə digər hüquqi məsələlərin həllində, məsələn Cinayət Məcəlləsinin 58.3 və yaxud 70-ci maddələrinin məqsədləri üçün təqsirləndirilənin şəxsiyyəti qiymətləndirilərkən nəzərə alına bilər. Məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, üzərinə qanunla müəyyən edilmiş vəzifələr qoyulmalı, barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yaşayış yerində - Abşeron rayonu və Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 08:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla ibtidai istintaq zamanı sərf edilmiş 20 iş saatına, məhkəmə istintaqı zamanı sərf edilmiş 10 iş saatına, cəmi 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar