Məhkəmə qərarları › İş №1(008)-567/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-567/2023

12.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-567/2023 12.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Aslanlı Akşin Eldar oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2000-ci ildə Masallı rayonu, Təklə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Masallı rayonu, Xoşçobanlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi 11-ci dalanda fərdi nömrəsiz evdə kirayədə yaşamış və barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki o, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 01 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən Şahid işlətdiyi “Al Marketin qapısını açmaq yolu ilə içəri qanunsuz daxil olmaqla oradan 41 ədəd 168,10 manat dəyərində hər birinin dəyəri 4,10 manat olan “X14” markalı, 41 ədəd 147,6 manat dəyərində hər birinin dəyəri 3,60 manat olan “X17” markalı, 33 ədəd 132 manat dəyərində hər birinin dəyəri 4 manat olan X5 markalı, 31 ədəd 127,10 manat dəyərində hər birinin dəyəri 4,10 manat olan “ X7 markalı, 31 ədəd 117,8 manat dəyərində hər birinin dəyəri 3,80 manat olan “Kent Nanotek İNFN 01 markalı, 30 ədəd 114 manat dəyərində hər birinin dəyəri 3,80 manat olan “Kent HD 8 Futura” markalı, 23 ədəd 87,40 manat dəyərində hər birinin dəyəri 3,80 manat olan “X19 04” markalı, 12 ədəd 43,2 manat dəyərində hər birinin dəyəri 3,60 manat olan “X20 Silver” markalı, 2 ədəd 5,40 manat dəyərində hər birinin dəyəri 2,70 manat olan “Palİ X21” markalı, 2 ədəd 5,40 manat dəyərində hər birinin dəyəri 2,70 manat olan “X8” markalı, 2 ədəd 4,40 manat dəyərində hər birinin dəyəri 2,20 manat dəyərində “X15” markalı, 1 ədəd 2,70 manat dəyərində X9 markalı, 1 ədəd 2,50 manat dəyərində X22 Gold markalı, 1 ədəd 2,20 manat dəyərində X18 markalı siqaretlər, 7 ədəd 3,67 manat dəyərində “Bizon” markalı 250 ml-lik qazlı içki, 6 ədəd 4,71 manat dəyərində Biron markalı 500 ml-lik qazlı içki, 1 ədəd 10,50 manat dəyərində “Final" 2 litrlik qarğıdalı yağı, 1 ədəd 4,60 manat dəyərində 2 litrlik Xırdalan pivəsi, 15 ədəd 2,79 manat dəyərində Cakmak alışqanları, 8 ədəd 3,26 manat dəyərində Cakmak Mutfak alışqanlarından ibarət müxtəlif çeşidli tütün, ərzaq və qeyri-ərzaq məhsullarını gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə 989 manat 33 qəpik dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 04 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən Şahid işlətdiyi "xxxx"in qapısının qıfılını sındırılmaq yolu ilə marketə qanunsuz daxil olub oradan 2 ədəd ümumilikdə 4,07 manat dəyərində “Zolotoe Solnisko” Günəbaxan 500 ml duru yağ, 1 ədəd 15,26 manat dəyərində 5 litrlik “Serfeli Günəbaxan” yağı, 9 ədəd 13,41 manat dəyərində hər birinin dəyəri 1,49 manat olan Xırdalan-banka pivələri, 10 ədəd 24,67 manat dəyərində “LD Club Platinium” markalı, 10 ədəd 27,63 manat dəyərində hər birinin dəyəri 2,76 manat olan X20 Silver markalı, 30 ədəd 62,47 manat dəyərində hər birinin dəyəri 2,08 manat dəyərində “X10” markalı, 20 ədəd 41,64 manat dəyərində hər birinin dəyəri 2,06 manat olan X4 markalı, 19 ədəd 39,60 manat dəyərində hər birinin dəyəri 2,08 manat olan Winchester Silver markalı, 1 ədəd 2,12 manat dəyərində Palİ X21 markalı, 20 ədəd 41,69 manat dəyərində hər birinin dəyəri 2,08 manat olan Palİ X11 markalı, 10 ədəd 17 manat dəyərində hər birinin dəyəri 1,70 manat olan X16 markalı, 10 ədəd 17 manat dəyərində hər birinin dəyəri 1,70 manat olan “X18” markalı siqaretlər, 1 ədəd 1,97 manat dəyərində Vernel 1 İt Relax markalı ətir, 2 ədəd 1,60 manat dəyərində hər birinin dəyəri 80 qəpik olan Gilette Venüs markalı üzqırxan, 01 ədəd 160 ml-lik Prelest Lak markalı 1,33 manat dəyərində dırnaq boyası, 1 ədəd “Blend-A-Med markalı 1,69 manat dəyərində diş məcunu, 1 ədəd 3,58 manat dəyərində Head&Sholders markalı şampun, 4,531 kiloqram 20,87 manat dəyərində hər kiloqramının dəyəri 4,61 manat olan “Siyezen Dadlı” toyuq əti, 03 ədəd 4,15 manat dəyərində hər birinin dəyəri 1,38 manat olan “Chipsim” çərəzi, 1 ədəd “Go Gold” markalı 1,06 manat dəyərində spirtli içki, 2 ədəd 2,52 manat dəyərində hər birinin dəyəri 1,26 manat dəyərində “Efsane” pivəsi, 2 ədəd 6,30 manat dəyərində hər birinin dəyəri 3,15 manat olan 1 litrlik “Serfeli Günebaxan” yağı, 1 ədəd 3,34 manat dəyərində “Qubernator” markalı 500 ml-lik araq, 2 ədəd 3,46 manat dəyərində hər birinin dəyəri 1,73 manat dəyərində “Qubernator” markalı 250 ml-lik araq, 2 ədəd 7,20 manat dəyərində hər birinin dəyəri 3,60 manat dəyərində “Elidor” markalı şampun, 2 ədəd ümumilikdə 2,46 manat dəyərində Yaguar markalı spirtli içki, 2 ədəd 5,77 manat dəyərində hər birinin dəyəri 2,77 manat olan Xan Krepostninaya içkisi, 1 ədəd 1,40 manat dəyərində 110 qram Dana Burger, 3 ədəd 4,52 manat dəyərində 160 qram X6, 1 ədəd 1,95 manat dəyərində Sarj kablosu(naqili), 3 ədəd hər birinin dəyəri 2,60 manat olan ümumilikdə 7,80 manat olan Sarj KablosuType-C siyah naqili, 1 ədəd 1,55 manat dəyərində qulaqlıqdan ibarət müxtəlif çeşitli tütün, ərzaq və qeyri-ərzaq məhsullarını gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs “Al Market" MMC-yə 391 manat 8 qəpik dəyərində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 01 radələrində X1 işlətdiyi Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən marketə qapını açmaqla içəri qanunsuz daxil olub hər blokda 10 ədəd olmaqla hər blokunun dəyəri 40 manat olan 01 blok göy nazik, 1 blok ağ nazik, 1 blok ag qalın, 2 blok ballı cəmi 240 manat dəyərində “Sobranie” markalı siqaretlər, 3 blok hər blokunun dəyəri 36 manat olan ümumilikdə 108 manat dəyərində “Vinston” markalı siqaretlər, 1 blok kent 4 nazik markalı 37 manat dəyərində siqaretlər, 1 blok “Classik” markalı 24 manat dəyərində siqaret, 3 blok “Vincestr” markalı hər blokunun dəyəri 27 manat olan siqaretlər, 2 blok hər birinin dəyəri 27 manat olan cəmi 54 manat dəyərində olan “Palmalİ” markalı siqaretlər, 02 blok hər blokunun dəyəri 27 manat olan cəmi 54 manat dəyərində olan “Rothmans” markalı siqaretlər, 4 blok hər blokunun dəyəri 22 manat olan cəmi 88 manat dəyərində “Magna” markalı siqaretlər, 1 blok “Vigeroy” markalı 22 manat dəyərində siqaretlər, 02 blok hər blokunun dəyəri 31 manat olan ümumilikdə 62 manat dəyərində olan “LD” markalı siqaretlər və tək açılmış vəziyyətdə 4 ədəd hər birinin dəyəri 2,90 manat dəyərində olan “Vincestr” markalı, 02 ədəd hər birinin dəyəri 3,80 manat olan “Vinston” markalı, 08 ədəd hər birinin dəyəri 3,30 manat dəyərində olan LD qara nazik markalı, 03 ədəd hər birinin dəyəri 3,90 manat olan “Kent-4” nazik markalı siqaretlər və 180 manat dəyərində 50 qəpiklər, 20 manat nağd pulu gizli olaraq talayıb zərərçəkmiş şəxsə 1027 manat 30 qəpik dəyərində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, oğurluq cinayəti törətdiyinə görə 2022-ci ilin may ayında Sabuçu rayon məhkəməsinin hökmü ilə 1 il 8 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, sonradan həmin cəza Sabunçu rayon məhkəməsinin qərarı ilə azadlıqdan məhrum etmə cəzasına dəyişdirilmişdir. O dolanışıq üçün müxtəlif yerlərdə fəhləçilik ilə məşğul olmuş, lakin, maddi vəziyyəti pis olduğundan, o cümlədən övladı xəstə olduğundan mağazalardan oğurluq etmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə təxminən gecə saat 01 radələrində o Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi deyilən yerdə yolun kənarında olan Şuşa sarayı ilə üzbəüz aralıda yerləşən “Almarket” mağazasının işıq xəttini söndürmüşdür. Sonra kameraların və işığın sönməsindən əmin olduqdan sonra qabaqcadan özü ilə götürdüyü dəmir parçası ilə giriş qapısının qıfılını sındırmış, bundan sonra, o marketin içərisinə daxil olmuşdur. Həmin ərazidə yaşadığı üçün o marketin əşyalarının və otağın harada olmasını bilmiş, içəri daxil olduqdan sonra digər otaqda yerləşən siqaretləri götürmək üçün həmin otağa daxil olmuşdur. Həmin otaqdan 12 blok siqaret götürərək selofanın içərisinə qoymuşdur və oradan çıxaraq yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində olan fərdi yaşayış evinə getmişdir. xx.xx.2023-cü il tarixdə təxminən günorta saat 14 radələrində həmin 12 blok siqareti Neftçilər metrosunun yaxınlığında yerləşən köşkə satmışdır. Əldə etdiyi məvacibi övladına dərman alaraq evə qayıtmışdır. Bundan sonra, o, xx.xx.2023-cü il tarixdə saat təxminən 4 radələrində təkrar həmin Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi deyilən yerdə yolun kənarında olan Şuşa saray ilə üzbəüz aralıda yerləşən Al marketdən oğurluq etmək qərarına gəlmişdir. Belə ki, həmin saatda o marketin önünə gəlmiş və sol tərəfdə yerləşən işıq xəttini söndürmüşdür. Sonra kameraların və işığın sönməsindən əmin olandan sonra qabaqcadan özü ilə götürdüyü dəmir parçası ilə giriş qapısının qıfılını sındırmışdır. Bundan sonra o mağazanın içərisinə daxil olmuşdur. Həmin ərazidə yaşadığına görə o mağazanın əşyalarını və otağın harda olmasını bilmiş, pul və siqaret götürmək üçün orada olan ikinci otağın kilidini sındıraraq içəri daxil olmuş, pul və bahalı siqaretləri axtarsa da tapmamış və orada dəmir rəfin içərisində olan 3 blok siqareti götürərək yaxasının içərisinə qoymuş və oradan çıxaraq yaşadığı Sabunçu rayonu, Ramana qəsəbəsi Şuşa şəhərciyində olan fərdi yaşayış evinə getmişdir. Həmin siqaretlər bahalı olmadığından və satış üçün ucuz olduğundan onları özü istifadə edərək çəkmişdir. Bundan başqa, xx.xx.2023-cü il tarixdə təxminən gecə saat 03 radələrində o Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, Zəfər marketlə üzbəüz ünvanda yerləşən adı olmayan marketin qarşısına getmişdir. Qabaqcadan özü ilə götürdüyü dəmir parçası ilə giriş qapısını açmış və marketin içinə daxil olmuşdur. Həmin marketin içərisində olan müxtəlif markalı siqaretləri və açıq olan 17 ədəd siqaret paçkalarını, həmçinin bankada olan qəpik və 20 manat nağd pulu götürüb oğurlayaraq sellofanın içinə qoymuş və oradan çıxaraq yaşadığı Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində olan fərdi yaşayış evinə getmişdir. Həmin siqaretlərdən blokda olanları “Neftçilər” metrosunun yaxınlığında köşkə satmış, öz istifadəsi üçün saxladığı qalıq qalan 17 ədəd siqaretləri polislərə təhvil vermişdir. Əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, o, "xxxx" MMC-də 2020-ci ildən hüquqşünas olaraq işləyir. 2023-cü ilin yanvar ayında "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Şuşa şəhərciyində 3302 saylı marketindən iki dəfə oğurluq hadisələrinin baş verməsi barədə market müdiri Şahid MMC-nin rəhbərliyinə zəng və mail vasitəsi ilə məlumat vermişdir və həmin faktların araşdırılması ona tapşırılmışdır. O marketdən baş vermiş oğurluq hadisələri zamanı oğurlanmış əmlakların tam yoxlanışını apararaq qrafik olaraq məbləğləri ilə birlikdə istintaqa təqdim etmişdir. xx.xx.2023-cü il tarixdə naməlum şəxs tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Şuşa şəhərciyində 3302 saylı marketin giriş qapısını aralayıb açmaq yolu ilə oradan 989 manat 33 qəpik dəyərində müxtəlif çeşidli tütün, ərzaq və qeyri ərzaq məhsulları oğurlanmışdır. Bundan sonra isə, xx.xx.2023-cü il tarixdə eyni üsulla Bakı şəhəri, Sabunçu rayonu, Şuşa şəhərciyində 3302 saylı marketin giriş qapısının qıfılını sındırıb qapını açmaq yolu ilə içəri daxil olan naməlum şəxs tərəfindən 391 manat 8 qəpik dəyərində müxtəlif tütün, ərzaq və qeyri ərzaq məhsulları gizli olaraq talanmaqla oğurlanmışdır. Hazırda dəymiş ziyanın ödənilməsini tələb edir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə axşam 23:30 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi Şuşa şəhərciyindəki işlətdiyi marketin plastik qapısını açarla bağlayıb evə getmişdir. Növbəti gün, xx.xx.2023-cü il tarixdə saat 09 radələrində evdən çıxıb marketə gəlmiş, açarla qapını açıb içəri girmiş, bu zaman marketə gələn müştəri siqaret istədikdə o siqaret olan divardakı rəfə baxdıqda siqaretlərin yerində olmadığını aşkar etmişdir və ətrafa nəzərə saldıqda görmüşdür ki, dolabın içindəki 50 qəpiklərlə yığdığı bankanın içindəki qəpik və 20 manat pul da oğurlanmışdır. Artıq oğurluq olmasını anladıqdan sonra DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Daha sonra hadisə yerinə gələn 12-ci PŞ-nin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilmiş və o ərizəsini, izahatını vermişdir. O həmin hadisədən sonra dəqiq yoxlamış və marketindən naməlum şəxs tərəfindən hər blokda 10 ədəd olmaqla hər blokunun dəyəri 40 manat olan 01 blok göy nazik, 1 blok ağ nazik, 1 blok ağ qalın, 2 blok ballı cəmi 240 manat dəyərində “Sobranie” markalı siqaretlər, 3 blok hər blokunun dəyəri 36 manat olan ümumilikdə 108 manat dəyərində “Vinston” markalı siqaretlər, 1 blok kent 4 nazik markalı 37 manat dəyərində siqaretlər, 1 blok “Classik” markalı 24 manat dəyərində siqaret, 3 blok “Vincestr” markalı hər blokunun dəyəri 27 manat olan siqaretlər, 2 blok hər birinin dəyəri 27 manat olan cəmi 54 manat dəyərində olan “Palmalİ” markalı siqaretlər, 02 blok hər blokunun dəyəri 27 manat olan cəmi 54 manat dəyərində olan “Rothmans” markalı siqaretlər, 4 blok hər blokunun dəyəri 22 manat olan cəmi 88 manat dəyərində “Magna” markalı siqaretlər, 1 blok “Vigeroy” markalı 22 manat dəyərində siqaretlər, 02 blok hər blokunun dəyəri 31 manat olan ümumilikdə 62 manat dəyərində olan “LD” markalı siqaretlər və tək açılmış vəziyyətdə 4 ədəd hər birinin dəyəri 2,90 manat dəyərində olan “Vincestr” markalı, 02 ədəd hər birinin dəyəri 3,80 manat olan “Vinston” markalı, 08 ədəd hər birinin dəyəri 3,30 manat dəyərində olan LD qara nazik markalı, 03 ədəd hər birinin dəyəri 3,90 manat olan “Kent-4” nazik markalı siqaretlər və 180 manat dəyərində 50 qəpiklər, 20 manat nağd pul oğurlanmışdır. Həmin oğurluq hadisəsi nəticəsində ona 1027 manat 30 qəpik dəyərində ona maddi ziyan dəymişdir. Sonradan həmin oğurluq hadisəsini törədən şəxs tutulmuş və polislər tərəfindən marketə gətirilərək hadisəni göstərmişdir və ona məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Həmin şəxsi əvvəllər tanımamış, onunla heç bir ədavəti yoxdur(i.v.133-135); Şahid ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsinə oxşar məzmunda ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir(i.v.140-142); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirilməsi haqqında 23 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən marketə baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v.11-13); baxış keçirilməsi və götürülməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs saxlanılaraq 12-ci PŞ-nə gətirilmiş, o törətdiyi əməli etiraf edərək oğurlanmış siqaretlərin 17 qutusunu PŞ-nin inzibati binasının xidməti otağında təqdim etmişdir. Oğurlanmış 4 qutu “Winchester”, 2 qutu “Winston”, 8 qutu “LD club”, 3 qutu “Kent 4” markalı siqaretləri təqdim etmişdir(i.v.18-19); hadisə yerinə baxışın aparılması haqqında 17 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahədə yerləşən 3302-saylı "xxxx" mağazasına baxış keçirilmiş, fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur(i.v.33-37); şübhəli şəxsin tutulması haqqında 27 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:40-da şübhəli şəxs qismində tutulmuşdur (i.v.62); ifadənin yerində yoxlanması haqqında 27 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi oğurluq cinayət əməllərini hadisə yerlərində əyani olaraq göstərməklə bir daha təsdiq etmiş, bu barədə protokol tərtib edilmiş və çəkilmiş videoçəkilişin köçürüldüyü 02 ədə DVD disk protokola əlavə edilmişdir(i.v.74-76); hadisə yerinə baxış keçirilməsi haqqında 10 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Sabunçu rayonu, Südçülük sovxozunda yerləşən "xxxx"ə baxış keçirilmiş, fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur(i.v.88-89, 92); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-67/2023 saylı, 28 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 27 yanvar 2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir(i.v.117-120); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən, hökmün və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 7(008)-177/2023 saylı, 07 fevral 2023-cü il tarixli qərarı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 05 ay 01 gün hissəsi 08 ay 15 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir(i.v.122-127); zərərçəkmiş şəxs qismində tanınma haqqında 11 mart 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır(i.v.129); Qəbzdən görünür ki, Zərərçəkmiş şəxs dəymiş ziyan olan 1027 manatdan 300 manat təqsirləndirilən şəxs tərəfindən ona ödənilmişdir(i.v.136); maddi sübut kimi tanıma haqqında 17 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 4 qutu “Winchester”, 2 qutu “Winston”, 8 qutu “LD club”, 3 qutu “Kent 4” markalı siqaretlər cinayət işinin istintaqı zamanı maddi sübut qismində tanınmış və sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir(i.v.137); xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Əliyeva X3 Xəyal Əli oğlundan götürülmüş 4 qutu “Winchester”, 2 qutu “Winston”, 8 qutu “LD club”, 3 qutu “Kent 4” markalı siqaretləri təhvil almışdır(i.v.139); zərərçəkmiş şəxs qismində tanınma haqqında 10 aprel 2023-cü il tarixli qərardan görünür ki, "xxxx" MMC zərərçəkmiş hüquqi şəxs qismində tanınmışdır(i.v.143); Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla təkrarən törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində dəymiş ziyanın qismən ödənilməsini (CM-59.1.14), törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını (CM-59.2) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-91/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi hazırki cinayət əməllərini Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-91/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünün qanuni qüvvəyə minməsindən sonra törədilməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq hökmlərin məcmusu kimi cəza təyin edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-91/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü üzrə olan məhkumluğu azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluq olduğundan CM-nin 18.4-cü maddəsinə əsasən cinayətin residivi zamanı nəzərə alına bilməz. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), daha əvvəl də onun azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması, buna baxmayaraq, yenidən qəsdən cinayət törətməsi, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(008)-91/2022 saylı hökmü ilə təyin edilmiş 01(bir) il 08(səkkiz) ay 28(iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasının, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(008)-177/2023 saylı qərarı ilə azadlıqdan məhrum etmə cəzasına dəyişdirilərək çəkilməmiş qalan 08(səkkiz) ay 15(on beş) gün hissəsi ilə qismən birləşdirilərək qəti cəza təyin edilməli(CM-67.1), cəzaçəkmə müddətinin başlanğıcı 27 yanvar 2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli(CM-56.1.2), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan 17 qutu siqaretin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır(CPM-132). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02(iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(008)-91/2022 saylı hökmü ilə təyin edilmiş 01(bir) il 08(səkkiz) ay 28(iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasının, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(008)-177/2023 saylı qərarı ilə azadlıqdan məhrum etmə cəzasına dəyişdirilərək çəkilməmiş qalan 08(səkkiz) ay 15(on beş) gün hissəsi ilə qismən birləşdirilməklə qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 27 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – 17 qutu siqaretin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar