Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-567/2025 11.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Səfərova Aytən Eldar qızının katibliyi, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi 07 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, onun nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 02 fevral 2025-ci il tarixdə, saat 02 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozub nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Vaz 21013” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Binəqədi-Balaxanı şossesi ilə üzü Balaxanı qəsəbəsi istiqamətində “Lukoil” yanacaq doldurma məntəqəsindən təqribən 150 metr aralıda maksimum surət həddi 60 km saatadək məhdudlaşdırılmış yaşayış məntəqələri daxilində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozub 70 kilometr sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bu tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunları etməyib idarəetməni itirərək yolun sağ kənarında olan dəmir məneəyə çırpılmaış, nəticədə ehtiyatsızlıqdan avtomobildə ön sərnişin oturacağında əyləşmiş sərnişin Zərərçəkmiş şəxs baş-beyin silkələnməsi, yayılmış sidik peritonitis və sidik kisəsinin çırılması, çanaq sümüklərinin sınığı ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirərək zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Bununla da Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CMnin 263-1.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə hazırlıq iclası zamanı Dövlət ittihamçısı vəsatət verərək ibtidai araşdırma zamanı kobud pozuntulara yol verildiyindən cinayət işinin baxılmasına xitam verilməsini və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Vəsatəti onunla əsaslandırmışdır ki, Həmin cinayət işi Bakı şəhəri Sabunçu RPİ-nin İstintaq şöbəsində xx.xx.2025-ci il tarixdə CM-in 263-1.2-ci maddəsi ilə başlanaraq istintaq aparılmış; xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs tutularaq MSY-yə keçirilmiş və o, qeyd olunan maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş; xx.xx.2025-ci il tarixdə iş üzrə ittiham aktı Sabunçu rayon prokuroru, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Murad Dadaşov tərəfindən təsdiq edilmiş və iş baxılması üçün Sabunçu rayon məhkəməsinə göndərilmişdir. İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs 02 fevral 2025-ci il tarixdə saat 02 radələrində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozub nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi "Vaz 21013" markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Binəqədi-B al axanı şossesi ilə üzü Balaxanı qəsəbəsi istiqamətində "Lukoil" yanacaq doldurma məntəqəsindən təqribən 150 metr aralıda maksimum surət həddi 60 km saatadək məhdudlaşdırılmış yaşayış məntəqələri daxilində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozub 70 kilometr sürətlə hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bu tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunları etməyib idarəetməni itirərək yolun sağ kənarında olan dəmir maneəyə çırpılmış, nəticədə ehtiyatsızlıqdan avtomobildə ön sərnişin oturacağında əyləşmiş sərnişin Zərərçəkmiş şəxs baş-beyin silkələnməsi, yayılmış sidik peritonitis və sidik kisəsinin çırılması, çanaq sümüklərinin sınığı ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirərək zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ittiham aktı və cinayət işi materialları öyrənilərkən müəyyən edilmişdir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı bir sıra kobud qanun «pozuntularına yol verildiyindən məhkəmə tərəfindən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası CPM-in 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildikdə, məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır.Həmin Məcəllənin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması kobud pozuntu hesab edilməklə, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. Belə ki, “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” 30 may 2025-ci il tarixli qərardan göstərilmişdir ki, Təqsirləndirilən şəxs sürücülük hüququ olmadan 02 fevral 2025-ci il tarixdə saat 02 radələrində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozub nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi "Vaz 21013" markalı, **-BV- *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yolun sağ kənarında olan dəmir maneəyə çırpılmış, nəticədə ehtiyatsızlıqdan avtomobildə ön sərnişin oturacağında əyləşmiş sərnişin Zərərçəkmiş şəxs sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirərək zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Bundan başqa, “qətimkan tədbirinin seçilməsi haqqında” 30 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs sürücülük hüququ olmadan 02 fevral 2025-ci il tarixdə saat 02 radələrində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun 33-cü maddesinin 4-cü hissəsinin tələblərini pozub nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yolun sağ kənarında olan dəmir maneəyə çırpılmış, nəticədə ehtiyatsızlıqdan sərnişin Zərərçəkmiş şəxs sağlamlığa ağır zərər vurulmasına səbəb olmuşdur. Həmçinin, “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 30 may 2025-ci il tarixli qərarda göstərilmişdir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan 02 fevral 2025-ci il tarixdə saat 02 radələrində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozub nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi "Vaz 21013" markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yolun sağ kənarında olan dəmir maneəyə çırpılmış, nəticədə ehtiyatsızlıqdan avtomobildə ön sərnişin oturacağında əyləşmiş sərnişin Zərərçəkmiş şəxs sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirərək zərərçəkmiş şşxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Eləcə də “sübutların qiymətləndirilməsi haqqında” 18 iyul 2025-ci il tarixli qərarda da Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan 02 fevral 2025- ci il tarixdə saat 02 radələrində yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər yetirilməsi göstərilmişdir. Qeyd olunanlardan əlavə, ittiham aktının təsviri-əsaslandırıcı və nəticəvi hissələrində də göstərilmişdir ki, Təqsirləndirilən şəxs 02 fevral 2025-ci il tarixdə saat 02 radələrində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun 33-cü maddesinin 4-cü hissəsinin tələblərini pozub nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Vaz 21013” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yolun sağ kənarında olan dəmir maneəyə çırpılmış, nəticədə ehtiyatsızlıqdan avtomobildə ön sərnişin oturacağında əyləşmiş sərnişin Zərərçəkmiş şəxs sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirilərək zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası CPM-in 223.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti göstərilir. Həmin Məcəllənin 289.3.1-ci maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilir. Beləliklə, iş materialları ilə təqsirləndirilən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan 26 dekabr 2024-cü il tarixdə saat 02 radələrində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozub nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi "Vaz 21013" markalı, **-BV- *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yolun sağ kənarında olan dəmir maneəyə çırpılması, nəticədə ehtiyatsızlıqdan avtomobildə ön sərnişin oturacağında əyləşmiş sərnişin Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulmasına səbəb olması təsdiq edildiyi halda, müstəntiq tərəfindən “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında”, “qətimkan tədbirinin seçilməsi haqqında” və “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 30 may 2025ci il tarixli, “sübutların qiymətləndirilməsi haqqında” 18 iyul 2025-ci il tarixli qərarlarda, eləcə də ittiham aktının təsviri-əsaslandırıcı və nəticəvi hissələrində isə hadisənin 02 fevral 2025-ci il tarixdə saat 02 radələrində baş verməsi göstərilmişdir. Bununla da, müstəntiq tərəfindən qanunverciliyin tələbinə əməl edilməyərək prosessual pozuntuya yol verilmişdir ki, tərtib edilmiş ittiham aktı Azərbaycan Respublikası CPM-in 289-cu maddəsinin tələblərinə uyğun olmamışdır. Odur ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntular olduğundan aradan qaldırılması mümkün deyildir. Yuxarıda qeyd olunanlara əsasən, hazırkı iş üzrə CPM-in 303.3.6-cı maddəsinə əsasən ittiham aktının bu Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmaması kobud qanun pozuntusudur və bu qanun pozuntularına yol verildikdə, cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Eləcə də, CPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu barəsində xüsusi qərar çıxarmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 84.6.2, 300.1.5, 303.3.6, 306.2 və 307.1-ci maddələrini rəhbər tutaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsini və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini, Bakı şəhəri Sabunçu RPİ-nin istintaq şöbəsinin müstəntiqi, polis mayoru X1 barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclası zamanı Zərərçəkmiş şəxs verilmiş vəsatətin təmin edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Müdafiəçi vəsatətin təmin edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Təqsirləndirilən şəxs verilmiş vəsatətin təmin edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə hesab edir ki, dövlət ittihamçısının vermiş olduğu vəsatət təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokuroruna qaytarılmalıdır. Belə ki, cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 02 fevral 2025-ci il tarixli qərarda göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 02 radələrində, toplanmış materialda fakta görə CM-nin 263-1.2-ci maddəsi ilə cinayət işi başlanmışdır(i.v.01); Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Binəqədi-Balaxanı şossesi ilə üzü Balaxanı qəsəbəsi istiqamətində baş vermişdir(i.v.05- 11); Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 02 fevral 2025-ci il tarixdə, saat 02 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozub nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Vaz 21013” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Binəqədi-Balaxanı şossesi ilə üzü Balaxanı qəsəbəsi istiqamətində “Lukoil” yanacaq doldurma məntəqəsindən təqribən 150 metr aralıda maksimum surət həddi 60 km saatadək məhdudlaşdırılmış yaşayış məntəqələri daxilində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozub 70 kilometr sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bu tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunları etməyib idarəetməni itirərək yolun sağ kənarında olan dəmir məneəyə çırpılmaış, nəticədə ehtiyatsızlıqdan avtomobildə ön sərnişin oturacağında əyləşmiş sərnişin Zərərçəkmiş şəxs baş-beyin silkələnməsi, yayılmış sidik peritonitis və sidik kisəsinin çırılması, çanaq sümüklərinin sınığı ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirərək zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur(i.v.57-58); Təqsirləndirilən şəxsin MSY-dən azad edilmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, 02 fevral 2025-ci il tarixdə, saat 02 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozub nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Vaz 21013” markalı, **-BV- *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Binəqədi-Balaxanı şossesi ilə üzü Balaxanı qəsəbəsi istiqamətində “Lukoil” yanacaq doldurma məntəqəsindən təqribən 150 metr aralıda maksimum surət həddi 60 km saatadək məhdudlaşdırılmış yaşayış məntəqələri daxilində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozub 70 kilometr sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bu tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunları etməyib idarəetməni itirərək yolun sağ kənarında olan dəmir məneəyə çırpılmaış, nəticədə ehtiyatsızlıqdan avtomobildə ön sərnişin oturacağında əyləşmiş sərnişin Zərərçəkmiş şəxs baş-beyin silkələnməsi, yayılmış sidik peritonitis və sidik kisəsinin çırılması, çanaq sümüklərinin sınığı ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirərək zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur.(i.v. 71). Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 02 fevral 2025-ci il tarixdə, saat 02 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozub nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Vaz 21013” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Binəqədi-Balaxanı şossesi ilə üzü Balaxanı qəsəbəsi istiqamətində “Lukoil” yanacaq doldurma məntəqəsindən təqribən 150 metr aralıda maksimum surət həddi 60 km saatadək məhdudlaşdırılmış yaşayış məntəqələri daxilində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2ci hissəsinin 1-ci bəndinin tələblərini pozub 70 kilometr sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3cü bəndinin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bu tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunları etməyib idarəetməni itirərək yolun sağ kənarında olan dəmir məneəyə çırpılmaış, nəticədə ehtiyatsızlıqdan avtomobildə ön sərnişin oturacağında əyləşmiş sərnişin Zərərçəkmiş şəxs baş-beyin silkələnməsi, yayılmış sidik peritonitis və sidik kisəsinin çırılması, çanaq sümüklərinin sınığı ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirərək zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur(i.v73-74). Toplanmış sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 02 fevral 2025-ci il tarixdə, saat 02 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozub nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Vaz 21013” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Binəqədi-Balaxanı şossesi ilə üzü Balaxanı qəsəbəsi istiqamətində “Lukoil” yanacaq doldurma məntəqəsindən təqribən 150 metr aralıda maksimum surət həddi 60 km saatadək məhdudlaşdırılmış yaşayış məntəqələri daxilində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2ci hissəsinin 1-ci bəndinin tələblərini pozub 70 kilometr sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3cü bəndinin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bu tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunları etməyib idarəetməni itirərək yolun sağ kənarında olan dəmir məneəyə çırpılmaış, nəticədə ehtiyatsızlıqdan avtomobildə ön sərnişin oturacağında əyləşmiş sərnişin Zərərçəkmiş şəxs baş-beyin silkələnməsi, yayılmış sidik peritonitis və sidik kisəsinin çırılması, çanaq sümüklərinin sınığı ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirərək zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur(i.v.105-109). Cinayət işinin materiallarında olan ittiham aktının təsviri-əsaslandırıcı və nəticə hissələrindən görünür ki, hazırki cinayət hadisəsinin törədilmə vaxtı 02 fevral 2025-ci il tarixdə saat 02 radələri olaraq göstərilmişdir(i.v.115-120). Göründüyü kimi, cinayət işinin başlanması haqqında qərarda, Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokolda hadisənin xx.xx.2024-cü il tarixdə saat 02 radələrində baş verdiyi göstərilsə də, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında, qətimkan tədbirinin seçilməsi haqqında, təqsirləndirilən şəxsin MSY-dən azad edilmə haqqında qərarlarda, toplanmış sübutların qiymətləndirilməsi haqqında qərarda, ittiham aktının təsviri əsaslandırıcı və nəticəvi hissəsində cinayət hadisənin 02 fevral 2025-ci il tarixdə saat 02 radələrində baş verdiyi göstərilmişdir. Yuxarıda göstərilən hallardan göründüyü kimi cinayət işinin materiallarındakı sənədlər bir birinə uyğunsuz olmaqla təqsirləndirilən şəxsə verilən ittiham qeyri dəqiqdir. Qeyd olunan hallar həm ittiham aktının düzgün tərtib edilməməsi ilə, həm də təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə nəticələnmişdir. Belə ki, İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin a) yarəmbəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs ən azı ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququ vardır. Cinayət qanunun müvafıq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və “İnsan hüquqları üzrə Avropa Məhkəməsi”nin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasma səbəb olur. Belə ki, “İnsan hüquqlarının və X2 haqqın”da Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Beləliklə, iş üzrə təqsirləndirilən şəxsin müdafiə hüquqları pozulmuş, bundan başqa, təqsirləndirilən şəxsə verilmiş ittiham toplanmış sübutlarla uyğunluq təşkil etmir, bu da, iş üzrə ittiham aktının Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələbləri pozulmaqla tərtib edilməsi ilə nəticələnmişdir. Yuxarıda qeyd olunan hallar Azərbaycan Respublikası CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə cinayət işinin materiallarını araşdıraraq, dövlət ittihamçısının vəsatətini müzakirə edərək hesab edir ki, vəsatət təmin edilməli, ibtidai araşdırma zamanı kobud pozuntulara yol verildiyindən cinayət işinin baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin: 91.5.1-ci maddəsinə əsasən, “nədə təqsirləndirildiyini bilmək (ittihamm məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifı)” təqsirləndirilən şəxsin hüququdur. 301.1 və 301.1.3-cü maddələrinin mənasına görə məhkəmə baxışı yalnız məhkəməyədək icraat həmin Məcəllənin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntularına yol verilmədən aparıldıqda, keçirilə bilər. 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. 303.3-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır: 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntu hesab edilir, cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilərək ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. 303.3.6-ci maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilərək ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Beləliklə, məhkəmə verilmiş vəsatəti, proses iştirakçılarını dinləyərək və cinayət işinin materiallarını tədqiq edərək hesab edir ki, məhkəməyədək icraat zamanı CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrində nəzərdə tutulan kobud pozuntulara yol verildiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokuroruna qaytarılmalıdır. Eyni zamanda Cinayət-Prosessual Məcəlləsinin 306.1-ci maddəsinin tələblərinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməməlidir. Bundan başqa məhkəməyədək icraat zamanı CPM-nin yuxarıda qeyd olunan tələblərin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində ayrıca xüsusi qərar çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 289, 300, 303, 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokuroruna qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərarın surəti 3 (üç) gün müddətində cinayət prosesinin iştirakçılarına göndərilsin. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz. Hakim Teymur Həsənov
Məhkəmə qərarları › İş №1(008)-567/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-567/2025
11.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver