Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-571/2024 31.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən 01 ədəd sellofan bükümün içərisində 2 (iki) ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,176 qram və 0,089 qram, ümumi təmiz çəkisi 0,265 qram qəhvəyi rəngli tozşəkilli maddələrə xarici əlamətlərinə və kimyəvi tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 18 mart 2024-cü il tarixdə saat 18:45-də Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ilqar Həsənov küçəsində Bakı şəhəri Sabunçu RPİnin NMB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış təbdirləri nəticəsində saxlanılaraq Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PŞ-nin inzibati binasına gətirilmiş və orada onun üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə aparılarkən əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümün içərisində 2 (iki) ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,176 qram və 0,089 qram, ümumi təmiz çəkisi 0,265 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bir neçə vaxtdır ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. 18 mart 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, “Sovetski” kimi tanınan ərazidən adının Elvin olduğunu bildiyi şəxsdən şəxsi istifadəsi üçün 40 manata 01 ədəd sellofan bükümün içərisində 02 ədəd kağız bükümdə olan heroin və 01 ədəd kağız bükümdə metamfetamin almış, əynində olan qara rəngli idman şalvarının sağ yan cibində qoymuşdur. Heroini və metafetamini bükümlərə özü yox, Elvin adlı şəxs ayırmış, 18 mart 2024-cü il tarixdə saat 18:45 radələrində o, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsində yolun kənarında dayanarkən iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin işçiləri olduqlarını bildirərək xidməti vəsiqələrini təqdim etmişlər. Daha sonra həmin şəxslər ondan şəxsiyyətini təsdiq edən sənəd istəmiş, onun üzərində sənədi olmasa da polis əməkdaşlarına özünü təqdim etmişdir. Onda heroin və metamfetamin olduğu üçün həyəcanlanmış və polis əməkdaşlarından yayınmağa çalışmışdır. Lakin polis əməkdaşları ondan şübhələndikləri üçün saxlayaraq 14-cü Polis Şöbəsinə dəvət etmiş, o da bundan sonra polis əməkdaşlarının avtomobili ilə 14-cü Polis Şöbəsinə getmişdir. Həmin vaxt fürsət tapıb üzərindəki heroin və metamfetamini tullaya bilməmişdir. 14-cü Polis Şöbəsində otaqların birində hüquqlarının müdafiəsi üçün dövlət hesabına vəkil dəvət edilmiş, ona hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə videoçəkilişlə şəxsi axtarış aparılacağı izah edilmişdir. O, ərizə ilə müraciət edərək müdafiəçinin şəxsi axtarış zamanı iştirak etməsini istəmədiyini bildirmişdir. Onun üzərinə şəxsi axtarış keçirilərkən təhqiqatçı tərəfindən üzərində olan qeyri-qanuni hər hansı bir əşyanın olub-olmaması soruşularaq olduğu halda təqdim etməsi təklif edilmişdir. Həmin vaxt o, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd büküm təqdim etmiş, həmin büküm təhqiqatçı tərəfindən açılarkən içərisində 02 ədəd bükümdə heroin və 01 ədəd bükümdə metamfetamin olması müəyyən edilmişdir. Həmçinin şəxsi axtarış zamanı o, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd ***-***-**-** nömrəsi ilə istifadə etdiyi “Redmi” markalı mobil telefonu təqdim etmişdir. Sorğu zamanı o, bildirmişdir ki, 02 ədəd bükümdəki maddə heroin, 01 ədəd bükümdəki maddə isə metamfetamindir, həmin heroin və metamfetamini “Sovetskidə” Elvin adlı şəxsdən 40 manata alaraq öz istifadəsi üçün üzərində daşımışdır. Həmin iki büküm heroin, metamfetamin və "Redmi” markalı mobil telefonu polis əməkdaşları tərəfindən götürülmüş, üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, aşkar edilmiş maddələr ekspertizaya göndəriləcəyi elan edilərək zərfə qoyulmuş və zərf möhürlənmişdir. O və iştirakçılar tərtib edilmiş sənədlərin doğruluğunu imzaları ilə təsdiq etmişlər. O, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmur, yalnız özü istifadə edir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmiş, şəxsi axtarış və baxış keçirilməzdən əvvəl ona üzərinə heç bir polis əməkdaşı yoxlanış etməmişdir. Başqa heç yerdə və ya evində hər hansı narkotik vasitə, psixotrop maddələr saxlamır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ-nin NMB-nin əməkdaşı Şahid2 ifadəsində göstərdi ki, Sabunçu RPİ-nin NMB-nə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməsi, saxlaması, daşıması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, Təqsirləndirilən şəxs cinayət əməlininin ifşa olunması məqsədi ilə 18 mart 2024-cü il tarixdə əməliyyat qrupu təşkil olunmuş, əməliyyat qrupunun tərkibinə o və Sabunçu RPİ-nin NMB-nin əməkdaşı Şahid1 daxil edilmişlər. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 18 mart 2024-cü il tarixdə saat 18:45-də Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İlqar Həsənov küçəsi yaxınlığında yol kənarında müəyyən edərək yaxınlaşıb özlərini təqdim etmişlər. Onlar Təqsirləndirilən şəxs onun qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməsi, saxlaması, daşıması və istifadə etməsi barədə məlumata malik olduqlarını bildirib Sabunçu rayon Polis idarəsinin 14-cü Polis Şöbsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs əvvəlcə yayınmağa çalışsa da, onu saxlayıb onlarla birlikdə Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinə apararkən müşahidə altında saxlanılmış, bu səbəbdən də, sonradan məlum olduğu kimi Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini hər hansı bir üsulla özündən kənarlaşdırması üçün imkanı olmamışdır. Polis Şöbəsində olarkən təhqiqatçı tərəfindən vəkil təqdim edilmiş və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, o, vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsini bildirərək bu barədə rəsmi ərizə ilə müraciət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinbə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ona üzərində qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya və predmetin olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən özünə məxsus 1 ədəd bükümü, həmçinin həmin cibindən “Redmi" markalı mobil telefonu təqdim etmişdir. Bir ədəd büküm təhqiqatçı tərəfindən açıldıqda tozşəkilli qəhvəyi rəngli maddə olan 2 ədəd büküm və içərisində ağ rəngli kristalşəkilli maddə olan bir ədəd büküm olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi 2 ədəd bükümün içərisində olan narkotik vasitə heroin və 1 ədəd bükümdə içərisində olan maddə isə “patı" kimi tanıdığı psixotrop maddə metamfetamindir, həmin narkotik vasitə və psixotrop maddəni “Sovetski” deyilən ərazidə Elvin adlı şəxsdən 40 manata alaraq şəxsi istifadəsi üçün üzərində daşımışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən saxlanılması qanunla qadağan olunmuş başqa hər hansı əşya, predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 2 bükümdə tozşəkilli qəhvəyi rəngli və 1 bükümdə ağ rəngli kristalşəkilli maddələr qablaşdırılaraq götürülmüş, həmçinin Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd “Redmi” markalı mobil telefon da sübut əhəmiyyətinə malik olduğundan götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Şahid qismində dindirilmiş Sabunçu RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiqləmişdir(i.v.95-97); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 18 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:45 radələrində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.19); şəxsi axtarış və götürmə aparılması haqqında 18 mart 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd “Redmi” mobil telefon və şalvarının həmin cibindən şəffaf sellofanın içərisində iki ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş heroinə bənzər və bir ədəd ağ rəngli kağız bükümündə olan metamfetaminə bənzər maddələri təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində iki ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş heroinə bənzər və bir ədəd ağ rəngli kağız bükümündə olan metamfetaminə bənzər maddələr narkotik vasitə olan heroin və metamfetamin olduğunu, bu narkotik vasitələri Elvin adlı şəxsdən qırx manata aldığını və istifadə üçün üzərində gəzdirdiyini bildirmişdir(i.v. 28-29); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16- 16/2-6/1609 nömrəli 19 mart 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” № 100” dairəvi möhür əksi, “vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazı və imzalar olan zərfdəki 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,176 qram və 0,089 qram, ümumi təmiz çəkisi 0,265 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi tərkibinə görə eyni maddə olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd bükümdə təmiz çəkisi 0,097 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrap maddələr”in siyahısına daxildirlər (i.v.35-37); DVD diskə baxış keçirilməsi haqqında 20 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə Sabunçu RPİ-nin 14-cü PŞ-də keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər vardır. Həmin görüntülərdən müşahidə olunur ki, Sabunçu RPİ-nin 14-cü PŞ-də təhqiqatçı tərəfindən Sabunçu RPİ-nin NMB-nin əməliyyat müvəkkilləri polis polkovnik-leytenantı X1 və polis polkovnik-leytenantı Şahid1 iştirakı ilə şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif edilir ki, üzərində saxlanılması qanunla qadağan olunmuş əşya və ya predmetin olduğu təqdirdə təqdim etsin. Həmin vaxt şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofanı təqdim edir. Həmin sellofan açıldıqda içərisində 02 ədəd kağız bükümün içərisində tünd qəhvəyi rəngli tozşəkilli maddə və 01 ədəd kağız bükümdə kristalşəkilli maddə olması müəyyən olunur. Bundan başqa, Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd telefon aşkar olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, 02 ədəd bükümdəki maddə heroin və 01 ədəd bükümdəki maddə isə metamfetamindir, həmin heroin və metamfetamini “Sovetski” deyilən ərazidə Elvin adlı şəxsdən 40 manata alaraq öz istifadəsi üçün üzərində daşımışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd heroin və 01 bükümdə metamfetamin, 01 ədəd mobil telefon qablaşdırılmış, DİN-in “Zərflər üçün” 100 saylı möhürü ilə möhürlənir, şəxsi axtarış və götürmədə iştirak edən şəxslər tərəfindən imzalanır və bununla da çəkiliş sona çatır(i.v.54-55); 20 mart 2024-cü il tarixli protokoldan görünür ki, “Redmi” markalı mobil telefon cihazında Təqsirləndirilən şəxs narkotik vasitələr əldə etməsi, narkotik vasitələr barədə hər hansı şəxslərlə yazışmalar etməsi, səsli mesajlar göndərməsi, zənglər etməsi, foto və video səhifələrdə narkotik vasitələrə aid hər hansı fotolar və ya videoların olması, həmçinin, Təqsirləndirilən şəxs başqa hər hansı cinayət hadisələrində iştirakını təsdiqləyən sübutlar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefon cihazı iş üçün əhəmiyyət kəsb etmədiyindən ona qaytarılmışdır (i.v. 66); Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 20 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və dərhal saxlandığı MSY-dən azad edilməsi qərara alınmışdır (i.v. 77-80); Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında 20 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.81-82); Maddi sübut kimi tanıma haqqında 26 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 0.265 qram çəkidə narkotik vasitə heroin və 0.097 qram psixotrop maddə metamfetamin ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalan 0.165 qram heroin və 0.057 qram metamfetamin saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir(i.v.88-89); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Sabunçu RPİ tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir, iş icraatdadır (i.v. 93-94); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 Şəxsinin xx.xx.2024-cü il tarixli 4251 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs müayinə zamanı OPİOİDLƏRİN və Psixostimulyatorların birgə qəbulu nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunmuş, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (i.v.103-104); Sübutların qiymətləndirilməsi barədə 14 iyun 2024-cü il tarixli qərardan görünür ki, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,176 qram və 0,089 qram, ümumi təmiz çəkisi 0,265 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi tərkibinə görə eyni maddə olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd bükümdə təmiz çəkisi 0,097 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, məhkəmə kimyəvi ekspertiza tədqiqatından sonra qalıq qalmış iki bükümdə 0,185 qram çəkidə narkotik vasitə heroin və 0,057 qram çəkidə psixotrop maddə metamfetamin Sabunçu RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilməsi, şəxsi axtarış və götürməni əks etdirən videogörüntü olan 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və DVD diskin cinayət işinə əlavə edilməsi nəzərə alınmışdır(i.v.105-117); Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü və xx.xx.2013-cü il təvəllüdlü iki azyaşlı övladları vardır. Məhkəmə iclasında bir ədəd “DVD” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, həmin görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 18 mart 2024-cü il tarixli protokola uyğun olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 83-cü qrafasına əsasən təmiz çəkisi 0.265 qram olan narkotik vasitə heroin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 18 mart 2024-cü il tarixdən 20 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət təyin edilmiş cəzaya hesablanmalı(CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, narkomaniyadan məcburi müalicə təyin edilməli(CM-93.1.2) və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD” disk iş materiallarında saxlanılması nəzərə alnmalı (CPM-132), 114 (yüz on dörd) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - yaşadığı ünvan 3 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 mart 2024-cü il tarixdən 20 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş 0,265 qram, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0,185 qram narkotik vasitə heroin, 0,097 qram, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0,057 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd “DVD” diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-571/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-571/2024
31.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver