Məhkəmə qərarları › İş №1(008)-573/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-573/2025

21.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-573/2025 21.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X2 Həsənovun sədrliyi, Aytən Eldar qızı Səfərovanın katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi–Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs–Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1986-cı ildə Bərdə rayonunda anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana kombinatı ev 46, mənzil 3 ünvanında yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, 13 iyul 2025-ci il tarixdə saat 21:40 radələrində Təqsirləndirilən şəxs qeyri-rəsmi münasibətdə olduğu Zərərçəkmiş şəxs Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana kombinatı “Oba” marketin arxa hissəsində yerləşən boş sahədə aralarında ailə-məişət münaqişəsi zəmnində yaranmış mübahisə zamanı qəsdən əli ilə baş və üz nahiyəsinə bir neçə dəfə vuraraq, ona burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüklərinin yerini dəyişən qapalı sınığı və burun nahiyəsinin qançırı, hər iki göz konyuktivasına və ağlı qişasına qansızma ilə müşayiət olunan hər iki gözyuvasıətrafı-almacıq-yanaq nahiyələrinin, alın nahiyəsinin dərialtı hematomaları, sağ bazunun və sol diz oynağı nahiyələrinin qançırları ilə nəticələnən zərərməkmiş şəxs Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş dərəcəsinə görə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə iclasında əməli törətmiş şəxs şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, qeyri-rəsmi münasibətdə olduğu Zərərçəkmiş şəxs ilə təxminən 1 il 6 aydır ki münasibəti var. İndiyə qədər aralarında dəfələrlə münaqişələr olmuşdur. xx.xx.2025-ci il tarixdə saat təxminən 21:50 radələrində o, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana kombinatı deyilən ərazidə “Oba” marketin yaxınlığında olarkən Cahan dayanacaqda avtobusdan düşmüş və marketə girmək istəyərkən o, Cahana yaxınlaşıb şəxsiyyət vəsiqəni verməyini istəmişdir, lakin Cahan, ona kobud cavab verdiyi üçün Cahanı “Oba” marketin arxasına heç kimin olmadığı yerə dəvət etdmişdir. O, Cahanın sözlərindən əsəbləşdiyi üçün üz nahiyəsinə bir neçə dəfə əli ilə zərbələr endirmiş daha sonra Cahan yerə yığılmışdır. Yalnız sifət nahiyyəsindən iki dəfə zərbə vurmuş, başqa zərbə vurmamışdır. Son söz olaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdirki, zərbənin təsirindən Zərərçəkmiş şəxs yerə yıxılmış, daha sonra onu ayağa qaldırmışdır. Cahanın yerə yıxılmasına səbəb onun başın tez-tez fırlanması olmuşdur. Ayağa qalxdıqdan sonra Cahan onu daşla vurmaq istəyərkən oradan uzaqlaşmışdır. Sonra yenidən gəlib şəxsiyyət vəsiqəsini götürmüşdür. Məhkəməyədək icraat dövründə ifadəsini oxumadan imza etmiş, kaş oxuyub imza edərdi. Əvvəllər də barəsində döymə ilə bağlı iş olmuşdur, lakin barışıqlar olduğu üçün xitam verilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 21:40 radələrində o, işdən çıxıb evə gedərkən avtobusdan düşmüş və Zabrat qəsəbəsi, İstixana deyilən yerin yaxınlığında dayanacaqda Samiri görmüşdür. O, alış-veriş etmək məqsədilə “Oba” marketə daxil olmaq istəyərkən Samir ona yaxınlaşıb şəxsiyyət vəsiqəsi onda olduğu üçün vəsiqəsini istəmişdir Samir, vəsiqəni ona vermədiyi və kobud cavabla qarşılıq verdiyi üçün onu “Oba” arxasına çağırmışdır. Heç kimin olmadığı yerdə Samir əli ilə bir neçə dəfə üz nahiyəsinə zərbələr vurmuş və o yerə yıxıldığını bildirmişdir. Daha sonra yerə yığıldıqdan sonra Samir onun saçından tutaraq üz və baş nahiyələrinə vurmağa davam etmişdir. Ərizə təqdim edərək Təqsirləndirilən şəxsla barışdığını, ona dəymiş ziyanın tam ödənilməsini, ona qarşı şikayət və tələbinin olmamasını qeyd etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana kombinatının yaxınlığında yerləşən OBA marketin arxasında baş vermişdir(i.v.6-8); Məhkəmə-tibbi ekspertizasının 17 iyul 2025-ci il tarixli 1556 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüklərinin yerini dəyişən qapalı sınığı və burun nahiyəsinin qançırı; hər iki göz konyuktivasına və ağlı uzunsına qansızma ilə müşayiət olunan hər iki gözyuvasıətrafıalmacıq-yanaq nahiyələrinin, alın nahiyəsinin dərialtı hematomaları; sağ bazunun və sol diz oynağı nahiyələrinin qançırları müəyyən edildi. Xəsarətlər bərk əşya(lar) təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir(i.v.20-21); xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X1 zərəçəkmiş şəxs qismində tanınmışdır(i.v23). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə AR Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 1 il islah işləri 20% cəzası tətbiq edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-ci il tarixli “Amnistiya” qərarının 1.5-ci bəndinə əsasən cəzadən azad edilmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə AR Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək AR CPM-in 40.3-cü maddəsinə əsasən xitam verilmişdir. CM-nin 128-ci maddəsi ilə aparılan cinayət işi xx.xx.2025-ci il tarixdə məhkəməyə göndərilmişdir(i.v.60-61); Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(011)-164/2025 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs AR Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 1500 (min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir(i.v 62-67). Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli 3-16-21-1/2-67619/2025 saylı məhkəmə sorğusuna cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(011)-164/2025 saylı hökmü və hökmün icrasına dair hakimin göstərişi xx.xx.2025-ci il tarixdə idarənin icraatına daxil olmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixə təyin olunan cərimə məbləğini tam ödədiyi üçün barəsində olan şəxsi iş idarənin qeydiyyatından çıxarılmışdır. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxsla barışmış, ona dəymiş ziyanın tam ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur. Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü bir azyaşlı uşağı vardır. Əməli törətmiş şəxs məhkəmə baxışında zərərçəkmiş şəxsi yalnız iki dəfə sifət nahiyyəsindən vurduğunu, bundan sonra onun yıxıldığını, başqa zərbə vurmadığını bildirmişdir. Məhkəmə əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yalnız sifətindən iki dəfə vurması barədə ifadəsinə həmin hissədə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsə bilə-bilə yalan ifadə vermək barədə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmiş və yalnız bundan sonra Zərərçəkmiş şəxs dindirilmişdir. Zərərçəkmiş şəxsin ifadəsi ilə əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ifadəsi istisna edilmiş, zərərçəkmiş şəxsin ifadəsi məhkəmə istintaqı zamanı tədqiq olunmuş iş materialları ilə tam təsdiq olunmaqla üst-üstə düşmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə olan ifadəsi elan edilmiş, o, ifadəsində qeyd edilən “Cahanın yerə yıxıldıqdan sonra onun saçından tutaraq bir neçə dəfə əli ilə onun üz və baş nahiyyələrinə vurduqdan sonra həmin ərazidən uzaqlaşmasına” hissəsinə münasibətdə qeyd etmişdir ki, ifadəsini oxumadan imza etmişdir. Məhkəmə hesab edir ki, əməli törətmiş şəxsin ifadəsini oxumadan imza etməsi inandırıcı hesab edilə bilməz. Məhkəmə-tibbi ekspertizasının 17 iyul 2025-ci il tarixli 1556 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüklərinin yerini dəyişən qapalı sınığı və burun nahiyəsinin qançırı; hər iki göz konyuktivasına və ağlı uzunsına qansızma ilə müşayiət olunan hər iki gözyuvasıətrafıalmacıq-yanaq nahiyələrinin, alın nahiyəsinin dərialtı hematomaları; sağ bazunun və sol diz oynağı nahiyələrinin qançırları müəyyən edildi. Xəsarətlər bərk əşya(lar) təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir(CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır . Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Əməli törətmiş şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, əməli törətmiş şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. 72-ci maddəsinin “Qeyd”inin 1-ci hissəsinə əsasən şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinin cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə ilə bağlı müddəasının şərh edilməsinə dair” 28 dekabr 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə olan cinayət işinə CPMnin 40.3-cü maddəsinə əsasən xitam verildiyindən o yenidən cinayət məsuliyyətindən azad edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinin sanksiyasında:-iki ilədək müddətə islah işləri, -iki ilədək müddətə azadlığın məhdudlaşdırılması, -iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzaları nəzərə tutulmuşdur. Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi(59.1.12), himayəsində bir azyaşlı uşağının olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallardır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran-CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Qeyd olunanları nəzərə almaqla məhkəmə cəzanın növü və həddinə münasibətdə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halları(zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını(CM-59.1.12), himayəsində bir azyaşlı uşağın olmasını), iş üzrə cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə də təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri(CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra edilməsi üçün Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 17 iş saatına görə 187 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına(Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar