Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-574/2024 23.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X4 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Ucar rayonu, Qazıqumlaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu qanuna müvafiq qaydada ödənilməmiş və ya götürülməmiş, Ucar rayonu, Qazıqumlaq kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında kirayə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmə məqsədilə kənd təsərrüfatı təyinatlı yem otu satışı ilə məşğul olduğunu internet saytlarından öyrənib mobil telefon nömrəsinə zəng vuraraq özünü heyvandarlıqla məşğul olan şəxs kimi təqdim etməklə və heyvanları üçün hər birinin dəyəri 5 manat 50 qəpik olmaqla ümumilikdə 700 ədəd yem otu bağlaması almaq istədiyini bildirməklə etibarını qazandığı Ağcabədi rayon sakini Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə rayondan 700 ədəd yem otu bağlaması gətizdirmiş, həmin ot bağlamalarını satacağına dair əvvəlcədən telefon vasitəsi ilə danışıb razılaşdığı cinayətdən xəbəri olmayan Şahid məxsus Bakı şəhəri Sabunçu rayonu Yeni Ramana qəsəbəsi ərazisində yerləşən fermaya boşaltdırmış, gətirdiyi ot bağlamalarının qalan hissəsini Sovxoz Ramana qəsəbəsi ərazisinə aparıb boşaltmağını və orada görüşüb pulunu verəcəyini yalandan bildirərək Zərərçəkmiş şəxs ərazidən uzaqlaşmasına nail olduqdan sonra öz malı kimi təqdim etdiyi 2750 manat dəyərində 500 ədəd ot bağlamasını cinayətdən məlumatı olmayan Şahid özünün bank kartının hesabına 1500 manata məbləğində pul köçürtdürməklə sataraq əmlak sahibi Zərərçəkmiş şəxs ümumilikdə 2750 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, özgənin əmlakını tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmə məqsədilə kənd təsərrüfatı təyinatlı yem otu satışı ilə məşğul olduğunu internet saytlarından öyrənib mobil telefon nömrəsinə zəng vuraraq özünü heyvandarlıqla məşğul olan şəxs kimi təqdim etməklə və heyvanları üçün hər birinin dəyəri 5 manat 50 qəpik olmaqla ümumilikdə 700 ədəd yem otu bağlaması almaq istədiyini bildirməklə etibarını qazandığı otu ucuz qiymətə təklif etdiyini görən Əli dərhal razılaşmış, ona otu çatdırmağı üçün Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi ərazisində koordinat vermiş, o da həmin koordinatları otu gətirən Zərərçəkmiş şəxs vermiş, Asif 500 bağlama otu həmin yerə boşaltdıqdan sonra orada dayanıb onun otun pulunu Əli adlı müştəridən almağına mane olmasın deyə, Asifə gətirdiyi otun qalan hissəsini də Sovxoz Ramana qəsəbəsinə aparmasını, orada onunla görüşüb otun hamısının pulunu verəcəyini deməklə aldatmışdır. Asif onun sözü ilə 500 bağlama otu boşaltdığı ərazidən uzaqlaşdıqdan sonra Əli adlı müştərinin ota baxmaq üçün göndərdiyi işçisi otu bəyəndikdən sonra Əli adlı şəxsin telefonuna istifadəsində olan "xxxx" ASC-yə aid plastik bank kartının hesab nömrəsini vermiş, Əli də onun hesabıma otun pulu olan 1500 manat məbləğində pul göndərmişdir. Bundan sonra artıq Asif adlı şəxsin telefonuna cavab verməmişdir. Qeyd etmək istəyir ki, həmin bu dələduzluğu törədərkən özü yaşadığı Xırdalan qəsəbəsi ərazisində olmuşdur, həmin bu dələduzluğu sırf telefon vasitəsi ilə Asif və Əli adlı şəxslərlə danışmaqla törətmişdir, onların heç biri ilə əyani olaraq rastlaşmamışdır. Zərərçəkmiş şəxs telefon vasitəsi ilə əlaqə saxlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ona dəymiş zərərin qismən ödənildiyini, zərərin qalan hissəsinin ödənilməsi ilə bağlı təqsirləndirilən şəxslə razılığa gəldiklərini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. O, həmin ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Ağcabədi rayonunda yaşayır, ailəsini dolandırmaq üçün özünə məxsus «Kamaz» markalı ** BB *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yük daşımaqla, əsasən rayondan heyvanlar üçün yem otu alıb üzərinə cüzi qazanc qoyub satmaqla məşğul olur. xx.xx.2023-cü il tarixdə səhər saatlarında evdə olarkən istifadəsində olan 051-421- 83-87 nömrəli telefonuna ***-***-**-** nömrəli telefondan bir nəfər tanımadığı şəxs zəng vuraraq Bakı şəhəri Ramana qəsəbəsi ərazisindən zəng vurduğunu, heyvandarlıqla məşğul olduğunu, ona yem otu lazım olduğunu, telefonunu Gəncə Bazarındakı tanışlarından götürdüyünü, Hacı olduğunu, halal adam olduğunu bildirərək onun satdığı yem otunun qiyməti, Bakı şəhərində neçəyə verə biləcəyi ilə maraqlanmışdır. O da mayasını və yol xərclərini hesablayıb həmin şəxsə bildirmişdir ki, bir bağlamasını 5 manat 50 qəpikdən gətirə bilər. Həmin şəxs bildirmişdir ki, qiyməti onu qane edir və ona 700 bağlama ot sifariş vermişdir. Razılaşmışlar, o, həmin otu rayondan avtomobilinə yükləyərək azyaşlı oğlu Hümbət ilə birlikdə yola çıxmış və xx.xx.2023-cü il tarixdə gecə saat 03 radələrində həmin şəxsin ona dediyi Ramana qəsəbəsindəki ünvana gəlib çatmışdır. Həmin gecəni oğlu ilə birlikdə yük avtomobilində yatmışlar və səhəri gün həmin şəxs onun avtomobilinin yanına bir nəfər işçisini göndərmişdir. Həmin işçi ota baxıb bəyəndikdən sonra telefon vasitəsi ilə danışmış, həmin şəxs də ona zəng vurub tapşırmışdır ki, gətirdiyi otun 500 ədəd bağlamasını həmin ünvandakı fermaya boşaltsın, qalan hissəsini isə dediyi başqa ünvana aparsın və artıq sonuncu ünvanda özü ilə görüşərək otun pulunu ona ödəyəcək. O da həmin şəxsə inanaraq azyaşlı oğlu ilə birlikdə 500 ədəd ot bağlamasını həmin ünvana boşaltmışlar, özləri isə avtomobilə minib həmin şəxsin dediyi Soxoz Ramana qəsəbəsinə yollanmışlar. Ora çatdıqdan sonra həmin şəxsə zəng vurmuş, bildirmişdir ki, orada gözləsin gəlib otun qalan hissəsini də təhvil götürüb pulunu ödəyəcək. Orada qalıb həmin şəxsi gözləməyə başlamış, bir neçə saat orada gözləsə də həmin şəxs gəlib çıxmamış, zəng vurduqda isə məlum olmuşdur ki, telefonunu söndürüb. Bir qədər də orada gözləyib aldandığını anlayaraq yenidən otun birinci hissəsini boşaltdığı yerə qayıtmış, oradakı ot boşaltdığı fermanın işçilərindən pulunu vermələrini tələb etmiş, onlar imtina etdikdə isə malını götürmək istədikdə qarşısını kəsərək ona imkan verməmişlər. Onu özünü fermanın sahibi kimi təqdim edən bir nəfər Əli adlı şəxslə telefonla danışdırmışlar, telefon danışığı zamanı Əli bildirmişdir ki, gətirdiyi otun pulunu otu ona sifariş vermiş şəxsin kart hesabına göndərib, həmin şəxslə otun bir bağlamasını 3 manatdan danışmaqla 1500 manat məbləğində pul ödəyib. Halbuki, heç rayon yerinin özündə həmin otun bir bağlamasının mayası 3 manat 50 qəpikdir. O da qala ki, həmin otun daşınması və yol xərcləri. Ona görə də düşünür ki, Əli adlı şəxsin özü də bu işdə, yəni onun aldadılaraq əmlakının ələ keçirilməsində ona zəng vurub sifariş verən şəxslə əlbirdir. Otunu və pulunu ala bilməyəcəyini, azyaşlı oğlu ilə nabələd olduğu Bakı şəhərində həmin şəxslər tərəfindən təkləndiyini görüb məcbur qalaraq zəng vurub hadisə barədə Azərbaycan Respublikası DİN-in «102» Xidmətinə məlumat vermişdir. Məlumatı əsasında onu ərazi aidiyyəti üzrə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə dəvət etmişlər, orada hadisə ilə bağlı ərizə və izahatını almışlar, əlaqə saxlayacaqlarını bildirib yola salmışlar. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 2750 manat məbləğində maddi ziyan dəyib, ona görə ki, ona həmin 500 ədəd malın hər bir bağlaması 5 manat 50 qəpikdən başa gəlmişdir, hələ qəsəbəsindəki ünvana gəlib çatmışdır. Həmin gecəni oğlu ilə birlikdə yük avtomobilində yatmışlar və səhəri gün həmin şəxs onun avtomobilinin yanına bir nəfər işçisini göndərmişdir. Həmin işçi ota baxıb bəyəndikdən sonra telefon vasitəsi ilə danışmış, həmin şəxs də ona zəng vurub tapşırmışdır ki, gətirdiyi otun 500 ədəd bağlamasını həmin ünvandakı fermaya boşaltsın, qalan hissəsini isə dediyi başqa ünvana aparsın və artıq sonuncu ünvanda özü ilə görüşərək otun pulunu ona ödəyəcək. O da həmin şəxsə inanaraq azyaşlı oğlu ilə birlikdə 500 ədəd ot bağlamasını həmin ünvana boşaltmışlar, özləri isə avtomobilə minib həmin şəxsin dediyi Soxoz Ramana qəsəbəsinə yollanmışlar. Ora çatdıqdan sonra həmin şəxsə zəng vurmuş, bildirmişdir ki, orada gözləsin gəlib otun qalan hissəsini də təhvil götürüb pulunu ödəyəcək. Orada qalıb həmin şəxsi gözləməyə başlamış, bir neçə saat orada gözləsə də həmin şəxs gəlib çıxmamış, zəng vurduqda isə məlum olmuşdur ki, telefonunu söndürüb. Bir qədər də orada gözləyib aldandığını anlayaraq yenidən otun birinci hissəsini boşaltdığı yerə qayıtmış, oradakı ot boşaltdığı fermanın işçilərindən pulunu vermələrini tələb etmiş, onlar imtina etdikdə isə malını götürmək istədikdə qarşısını kəsərək ona imkan verməmişlər. Onu özünü fermanın sahibi kimi təqdim edən bir nəfər Əli adlı şəxslə telefonla danışdırmışlar, telefon danışığı zamanı Əli bildirmişdir ki, gətirdiyi otun pulunu otu ona sifariş vermiş şəxsin kart hesabına göndərib, həmin şəxslə otun bir bağlamasını 3 manatdan danışmaqla 1500 manat məbləğində pul ödəyib. Halbuki, heç rayon yerinin özündə həmin otun bir bağlamasının mayası 3 manat 50 qəpikdir. O da qala ki, həmin otun daşınması və yol xərcləri. Ona görə də düşünür ki, Əli adlı şəxsin özü də bu işdə, yəni onun aldadılaraq əmlakının ələ keçirilməsində ona zəng vurub sifariş verən şəxslə əlbirdir. Otunu və pulunu ala bilməyəcəyini, azyaşlı oğlu ilə nabələd olduğu Bakı şəhərində həmin şəxslər tərəfindən təkləndiyini görüb məcbur qalaraq zəng vurub hadisə barədə Azərbaycan Respublikası DİN-in «102» Xidmətinə məlumat vermişdir. Məlumatı əsasında onu ərazi aidiyyəti üzrə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə dəvət etmişlər, orada hadisə ilə bağlı ərizə və izahatını almışlar, əlaqə saxlayacaqlarını bildirib yola salmışlar. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 2750 manat məbləğində maddi ziyan dəyib, ona görə ki, ona həmin 500 ədəd malın hər bir bağlaması 5 manat 50 qəpikdən başa gəlmişdir, hələ bunun mənəvi və fiziki tərəfini demir, həmin bağlamaları o, anasız böyütdüyü azyaşlı övladı ilə birlikdə tələm-tələsik qan-tər içində bir gün ərzində rayonda avtomobilə yükləyərək əziyyətlə uzun yol gətirmişlər, eyni əziyyətlə də birlikdə avtomobilədən boşaltmışdırlar. Şahid məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. O, həmin ifadəsində göstərmişdir ki, təxminən 3 ildir ki, fermer təsərrüfatı ilə, daha dəqiq desə heyvandarlıqla məşğul olur, "xxxx" MMC-nin direktorudur. X5 qəsəbəsi ərazisində «Şuşa Şəhərciyi» yaşayış massivinin yaxınlığında fermer təsərrüfatı yaradaraq iri və xırda buynuzlu heyvandarlıqla məşğul olur. xx.xx.2023-cü il tarixdə istifadəsində olan ***-***-**-** nömrəli telefonuna ***-***-**-** nömrəli telefondan bir nəfər tanımadığı şəxs zəng vuraraq telefonunu yem otu satanlardan aldığını, heyvandarlıqla məşğul olduğunu bildiyini, Ağcabədi rayonundan ucuz qiymətə yaxşı yem otu gətirdyini bildirərək ondan yem otu almağını təklif etmişdir. Qiyməti ilə maraqlandıqda qiymətinin təxmini xatırlayır ki, ya 5, ya da ki, 6 manata demişdir. Otun şəklini göndərməsini, ota baxdıqdan sonra qiymət deyə biləcəyini demiş, həmin şəxs də ona yük avtomobilinə hazır yüklənmiş vəziyyətdə otun fotoşəkillərini göndərmişdir. Otun vəziyətini fotoşəkildə görüb qiymətinin baha olduğunu bildirdikdə həmin şəxs qiymətini 3 manatadək endirmişdir. O da razılaşmış, həmin şəxsə Yeni Ramana qəsəbəsindəki fermamın ünvanını izah etmiş, sabahısı gün saat təxminən 10 radələrində həmin şəxs yenidən ona zəng vuraraq otu gətirdiyini, Yeni Ramana qəsəbəsində çatdırdığını bildirmişdir. Özü fermada olmadığından Fədai adlı işçisini ora göndərmiş ki, otun keyfiyyətinə baxsın, Fədai ota baxdıqdan sonra məlumat vermişdir ki, yaxşı otdur. Bundan sonra tapşırmışdır ki, yük avtomobilini fermaya aparıb otu boşaltsınlar. Avtomobil fermaya getdikdən sonra həmin şəxs ona zəng vuraraq tələsdirməyə başlamışdır ki, otun pulunu kart hesabına köçürtsün, o isə demişdir ki, tələsməsin, ot tam boşaldıldıqdan sonra işçilər tərkibini bir daha yoxlayıb təmiz ot olmasını təsdiq etsinlər, ondan sonra pulunu ödəyəcək. Bir qədər sonra işçiləri məlumat vermişdirlər ki, 500 bağalma otu fermaya boşaldıb yoxlayıblar, hər şey qaydadasındadır və yalnız bundan sonra o, həmin şəxsin ona göndərdiyi kart hesabına Bakı şəhəri Sabunçu rayonu Dəmiryol Stansiyası yaxınlığındakı elektron ödəmə terminalı vasitəsi 1500 manat məbləğində pul ödəmişdir. Yük avtomobili isə 500 bağlama otu boşaltdıqdan sonra sürüb çıxıb getmişdir. Təxminən 3-4 saatdan sonra fermadan işçiləri ona zəng vuraraq bildirmişlər ki, otu boşaltmış sürücü fermaya gələrək boşaltdığı otun pulunu tələb edir. O, həmin sürücü ilə telefonla danışdıqda sürücü bildirmişdir ki, otu ona telefonla sifariş verən şəxs onu aldadıb pulunu ödəməyib, məlum olmuşdur ki, həmin sürücüyə sifariş də, onun özünə olunan zəng də eyni bir telefondan ***-***-**-** nömrəli telefondan olunub. O, həmin sürücüyə izah etmişdir ki, o, gətirdiyi otun pulunu həmin şəxsə ödəmişdir, hətta pul ödəməyi barədə qəbzin surətini də həmin şəxsə göstərmiş, onu isə qınamışdır ki, vaxtında malının üstündə nəyə görə dayanmayıb, nəyə görə malı boşaltdıqdan sonra pulun ona çatacağı barədə işçilərinə bir söz deməyib, nə üçün malı boşaltdıqdan 3-4 saat keçdikdən sonra bu barədə bildirib? Sürücü isə bildirmişdir ki, otu ona sifariş verən şəxs onu aldadıb ki, avtomobilində qalan bağlamaları başqa ünvana çatdırsın həmin ünvana özü gəlib malı qəbul etdikdən sonra pulunu ödəyəcək, lakin sonradan həmin şəxs telefonunu söndürərək aradan çıxıb. Buna baxmayaraq həmin sürücü pulunu ondan tələb etməyə başlamış, o, əvvəl ona yazığı gələrək düşünmüş ki, ona dəymiş maddi ziyanın azaldılması üçün ona hər hansı bir məbləğdə pul ödəsin, lakin sürücünün özü və qohumları onunla telefonda kobudluq etdiklərindən, onu günahkar çıxarmağa çalışdıqlarından bu fikrindən daşınmışdır. Sonradan həmin sürücünün şikayəti əsasında onu 12-ci Polis Şöbəsinə çağırmışlar, o da orada hadisə barədə olduğu kimi izahatını vermiş, həmin şəxsə 1500 manat məbləğində pul köçürməyi barədə qəbzin surətini təqdim etmişdir. Sonradan baş verənlərdən artıq məlumatı olmayıb. Baş vermiş hadisə nəticəsində ona hər hansı bir məbləğdə maddi ziyan dəyməyib, o, malını alıb pulunu ödəmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 09 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şuşa şəhərciyidir (i.v.09-11). “mpay” ödəniş sistemi vasitəsi ilə pulun köçürülməsini təsdiq edən qəbzdən görünür ki, 05 sentyabr 2023-cü il tarixdə 1500 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs İzzər oğluna məxsus kart hesabına köçürülmüşdür (i.v.14). “Maddi sübut kimi tanıma haqqında” 14 iyun 2024-cü il tarixli qərardan görünür ki, Şahid tərəfindən izahatına əlavə edilmiş 3179 nömrəli ödəmə terminalı vasitəsi ilə 1500 manat məbləğində pulun köçürülməsinə dair 8378 nömrəli 01 ədəd qəbzin kserosurəti maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v.85). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndinə əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. İş materiallarında olan: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 29 dekabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin 12 avqust 2004-cü il tarixli hökmünə əsasən AR CM-nin 331.3 və 128-ci maddələri ilə təqsirli bilinərək şərti maliyyə vahidinin 100 misli miqdarında cərimə cəzasına məhkum edilmiş, Ucar Rayon Məhkəməsinin 22 avqust 2007-ci il tarixli hökmünə əsasən AR CM-nin 177.1 29,177.2.2 və 178.2.2-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 28 sentyabr 2011-ci il tarixdə cəzanın sonu ilə azad edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 may 2015-ci il tarixli hökmünə əsasən AR CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 22 dekabr 2017-ci il tarixdə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə əməli AR CM-nin 178.1-ci maddəsinə tövsif edilərək cəzadan azad edilmiş, Abşeron Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il atrixli hökmünə əsasən AR CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Qax Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli hökmünə əsasən AR CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək AR CM-nin 67.1ci maddəsinin ttələbləri nəzərə alınmaqla 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 18 mart 2023-cü il tarixdə cəzanın sonu ilə azad edilmişdir (i.v.49-51). “Axtarışda olan şəxsin tutulması haqqında” 13 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 iyun 2024-cü il tarixdə tutulmuşdur (i.v.53). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 iyun 2024-cü il tarixli, 4(008)- 365/2024 saylı qərarından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində həsbetmənin əvvəli 13 iyun 2024-cü il tarixdən hesablanmaqla 02 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (i.v.91). Portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 31 mart 2014-cü il təvəllüdlü (X1) uşağı var. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiış teleqramdan görünür ki, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşman olmasını (CM- 59.2), himayəsində azyaşlı uşağının olmasını (CM-59.1.4), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini (CM-59.1.12), zərərçəkmiş şəxsə dəymiş zərərin qismən ödənilməsini (CM- 59.1.14) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkumluğunun ödənilmədiyi dövrdə yenidən AR CM-nin eyni maddəsi ilə (CM-178-ci maddə) nəzərdə tutulmuş cinayət əməlini törətməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Qərarının 7-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmasına yol verilməyən ödənilməyən və götürülməyən məhkumluqlar iş üzrə digər hüquqi məsələlərin həllində, məsələn Cinayət Məcəlləsinin 58.3 və yaxud 70-ci maddələrinin məqsədləri üçün təqsirləndirilənin şəxsiyyəti qiymətləndirilərkən nəzərə alına bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, onun həbsdə saxlandığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, iş üzrə maddi sübut 3179 nömrəli ödəmə terminalı vasitəsi ilə 1500 manat məbləğində pulun köçürülməsinə dair 8378 nömrəli 01 ədəd qəbzin kserosurəti cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 08:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 13 iyun 2024-cü il tarixdən 23 oktyabr 2024-cü il tarixədək tutularaq həbsdə saxlandığı 04 ay 10 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanmaqla 08 ay 20 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 01 il 03 ay 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 08:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. İş üzrə maddi sübut-3179 nömrəli ödəmə terminalı vasitəsi ilə 1500 manat məbləğində pulun köçürülməsinə dair 8378 nömrəli 01 ədəd qəbzin kserosurəti iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB **********2000207120, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-574/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-574/2024
23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver