Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-574/2025 18.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi Səfərova Aytən Eldar qızının katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru X1, Şikayət vermiş şəxs Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1998-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, “Mebelyer” mebel sexi usta köməkçisi, Gədəbəy rayonu, Şınıx kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, o, 12 iyul 2025-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Qanbay Vəzirov küçəsi, döngə 4, nömrəsiz fərdi evin içərisində qeyri rəsmi münasibətdə olduğu Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı sillə ilə üzünə və yumuruqla başına və bədənin müxətlif nahiyyələrinə qəsdən vuraraq, ona sol gözün konyuktivasına və ağlı qişasına qansızma ilə müşaiyət olunan gözyuvasıətrafı- almacıq-yanaq nahiyyəsinin və alın nahiyyəsinin dərialtı hematomaları, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 1 il əvvəl Zərərçəkmiş şəxs ilə sosial şəbəkə vasitəsi ilə tanış olmuşdur. 8 ay olar ki, Aişə ilə dini kəbin kəsdirmişlər, aralarında ər arvad münasibəti olmuşdur. Son 8 gündür ki, Aişə ilə yaşadığı ünvanda yəni ünvan 2də ər arvad münasibəti ilə yaşamışlar. Mebel mağazasında işləyir, xx.xx.2025-ci il tarixdə saat 22 radələrində işdən gəldikdən sonra Aişənin qanı qara olduğunu görmüşdür, ondan səbəbini soruşduqda öncə cavab verməmiş, yenidən nə olduğunu soruşduqdan sonra deyib “gəl keçək otaqda söhbət edək” otağa keçdikdən sonra ona demişdir ki, internetdə qız şəkillərini bəyənmişdir. O da cavabında köhnə şəkillər olduğunu bildirmişdir, Aişə bu cür hərəkətləri qəbul edə bilməyəcəyini bildirmiş, ona sillə vurmuşdur. Bundan sonra o Aişəni sillə ilə vurmuşdur. Aişə onun rəhmətə getmiş anası haqqında nalayiq sözlər işlətmişdir. Bundan sonra o da Aişənin ünvanına nalayiq sözlər işlətmişdir. Bundan sonra Aişə anasına zəng etmişdir ki, polisə zəng etsin və gəlib onu aparsın. Aişəni telefonla danışa-danışa onu vurmamışdır. Aişə onu vurduğu üçün o da Aişəni vurmuşdur. O birlikdə olduqları 01 il ərzində Aişəyə əl qaldırmamışdır, Aişənin ailəsi ilə problemləri olmuşdur, onu gedib götürməsini istəmişdir. Qısqanclıq zəmnində mübahisə yaranmışdır. Verilmiş suallara cavabında Aişənin onun telefonunda bəyəndiyi şəkillərə görə mübahisə etdiyini, şəkilləri əvvəllər bəyəndiyini, həmin vaxt bunu izah edərək telefonu almağa çalışanda Aişənin psixi problemləri olduğu üçün özünü döydüyünü, bu hərəkətləri qəbul etməyəcəyini dediyini, o Aişədən telefonu almaq istəyəndə dartdığı üçün ala bilmədiyini və onun sifət nahiyəsindən sillə vurduğunu, bundan sonra Aişə onu vurduğu üçün Aişəni sillə ilə vurduğunu bildirmişdir, Aişəni bir neçə dəfə vurmuşdur. Həmin vaxt evdə Aişə ilə ondan başqa kənar şəxslər olmadığı üçün hadisəni görən olmadığını, yumruq və təpik zərbələri vurmamışdır, yalnız əl ilə vurmuşdur, yalnız sifət nahiyəsindən vurmuş və boğazından tutub itələmişdir. Mübahisələri və Aişəni döyməsi yaşadığı evdə yataq otağında baş vermişdir. Bundan sonra o, evdən həyətə çıxmışdır ki, əsəbləri sakitləşsin və mübahisələri böyüməsin. Daha sonra Aişənin anası Xanım taksi ilə gəlib Aişəni aparmışdır. Özünə xəsarət yetirilməsi ilə bağlı heç bir yerə müraciət etməmişdir, Barışıq üçün cəhdlər etmişdir, lakin barışıq yoxdur, əməlindən peşmandır. Məhkəmə iclasında dindirilmiş şikayət verən şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 1 il əvvəl Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. 8 ay əvvəl Pərvizlə dini kəbin kəsdirmişlər, aralarında ər arvad münasibəti olmuşdur. Son 8 gündür ki, Pərvizin ünvan 3 ünvanında onunla birlikdə ər arvad münasibəti ilə yaşamışlar. Toyları olmamış, toyu gələcəkdə etməyi düşünmüşlər. xx.xx.2025-ci il tarixdə gecə saat 03 radələrində yaşadıqları evdə yataq otaqlarında yatanda Pərvizin yatmasından istifadə edərək onun mobil telefonuna baxanda görmüşdür ki, Pərviz əxlaqsız qadınların şəkillərini bəyənmişdir. Həmin gecə Pərvizə heçnə deməmişdir. Səhər açılanda Pərviz işə getmişdir, yenədə ona heçnə deməmişdir. Həmin gün axşam saat 22 radələrində evdə olanda sakit tərzdə Pərvizdən əxlaqsız qızları bəyənməsinin səbəbini soruşanda Pərviz əsəbləşərək ona nalayiq söyüşlər söymüşdür. Bundan sonra Pərviz əsəbləşərək qəsdən əli ilə onun başına, üzünə və bədəninin müxtəlif nahiyyələrinə vuraraq onu döymüşdür. Bundan sonra anası Xanım İsmayılovaya zəng etmişdir, anası ilə danışan zaman da onu vurmağa davam etmiş, ailəsinə qarşı nalayiq ifadələr işlətmişdir, bədən nahiyəsindən onurğa hissəsindən vurmuşdur, anası gəlib taksi ilə onu oradan aparmışdır. xx.xx.2025-ci il tarixdə Pərvizdən şikayət etmək üçün 12-ci Polis Şöbəsinə gələrək ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs onu xx.xx.2025-ci ildə saat 22 radələrində Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Qanbay Vəzirov küçəsi, döngə 4, nömrəsiz fərdi evdə yataq otaqlarında əli ilə bir dəfə üzünə sillə vuraraq, başına və bədəninin müxtəlif nahiyyələrinə yumruqla vuraraq onu döymüşdür. Boğazından tutub boğmağa çalışmış, yaşamaq istəyirsə sakit durmasını bildirmişdir. Dəfələrlə qısqanclıq zəmnində mübahisələri olub. Döymə olmayıb. Həmin vaxt evdə Pərvizlə ondan başqa heç kim olmamışdır, hadisəni kənar şəxslər görməmişlər. Şikayətçidir, ağır cəza verilməsini xahiş edir. Verilmiş suallara cavabında təhqiqat dövründə Pərvizin onu boğduğunu bildirmişdir, lakin yazılan ifadəsini sonradan oxumamışdır. Pərviz onun ailəsinin ünvanına nalayiq ifadələr işlətdikdən sonra o da Pərvizin rəhmətə getmiş anasına qarşı nalayiq ifadələr işlətmişdir. Barışıq üçün cəhdlər etmişdir, lakin o, Təqsirləndirilən şəxs bağışlamır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 14 iyul 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, ünvan 1dir, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir(i.v.7-9). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” X3 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş 17 iyul 2025-ci il tarixli, 1557 saylı rəydən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs sol gözün konyuktivasına və ağlı qişasına qansızma ilə müşaiyət olunan gözyuvası ətrafı-almacıq-yanaq nahiyyəsinin və alın nahiyyəsinin dərialtı hematomaları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya(əşyalar) təsirindən törənmişdir, yetirilmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Xarakterinə və lokalizasiyasına görə xəsarətlərin yıxılması nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur(i.v.18-19). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 24 iyul 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır(i.v. 50). “Sübutların qiymətləndirilməsi haqqında” 31 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə tövsif edilmiş, toplanmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə yekun protokol tərtib edilərək məhkəməyə göndərilməsi üçün rayon prokurorluğuna təqdim edilmiş, şikayət vermiş şəxsin, hadisəni törətmiş şəxsin, zərərçəkmiş şəxsin, şahidin izahatları, baxış keçirmə protokolu və ekspertiza rəyi iş üzrə sübut növü kimi qəbul olunmuşdur(i.v. 53-55). Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurması” zərərçəkmiş şəxsin ifadəsi, müvafiq ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurması sübuta yetirildiyindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, cinayət işinin materialı üzrə keçirilmiş müvafiq ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Zərərçəkmiş şəxsin ifadəsində qeyd edilənlərə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” X3 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş 17 iyul 2025-ci il tarixli, 1557 saylı rəydən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs sol gözün konyuktivasına və ağlı qişasına qansızma ilə müşaiyət olunan gözyuvası ətrafı-almacıq-yanaq nahiyyəsinin və alın nahiyyəsinin dərialtı hematomaları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya(əşyalar) təsirindən törənmişdir, yetirilmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Göründüyü kimi zərərçəkmiş şəxsin bədənində digər xəsarətlər aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarən 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını(CM-59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar(müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, zərərçəkmiş şəxslə barışıq əldə edilməməsi nəzərə alınmalıdır. Tələbnamədən də görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamış, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya görə beş cəza növü:-cərimə, -ictimai işlər, -islah işləri, -azadlığın məhdudlaşdırılması, -azadlıqdan məhrumetmə nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri(CM-58.3) nəzərə alınmaqla ona ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli hökmün icraya yönəldiyi və qazancından tutulmaların aparıldığı tarixdən hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından 15% dövlət nəfinə pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli hökmün icraya yönəldiyi və qazancından tutulmaların aparıldığı tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi cinayət işi zamanı sərf etdiyi 14 iş saatına görə 11 manat hesablanmaqla 154 (yüz əlli dörd) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Teymur Həsənov
Məhkəmə qərarları › İş №1(008)-574/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-574/2025
18.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver