Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-577/2023 10.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan təbdiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 03:00 radələrində vətəndaş Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsində yerləşən, yaşayış olmayan fərdi evinin həyətinə hasardan aşmaq yolu ilə daxil olmaqla evin saxlanc yeri hesab edilən zirzəmisindən 800 manat dəyərində 01 ədəd “Şafateks” markalı kombi istilik qurğusu, evin otaqlarına pəncərədən daxil olmaqla həmin kombiyə aid ümumi dəyəri 400 manat olan 04 ədəd radiatorları, eləcə də həyətdə inşa edilmiş fermadan kombi qurğusuna aid 100 manat dəyərində 01 ədəd paylaşdırıcı (kollektor) və 100 manat dəyərində 100 metr uzunluqda elektrik naqilini tamah niyyəti ilə gizli olaraq talamaqla əmlak sahibi Zərərçəkmiş şəxs ümumilikdə 1.400 (min dörd yüz) manat məbləğində maddi zərər vurub oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs iş üzrə verilmiş ittiham üzrə özünü təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır və fərdi qaydada istixanalarda fəhləlik etməklə qazanc əldə edir. Son vaxtlar qazancı az olduğundan və maddi sıxıntıları yarandığı üçün oğurluq edərək pul əldə etməyi qərara almışdır. 26 noyabr 2022-ci il tarixdə, saat 03:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsində gəzişərkən sonradan Zərərçəkmiş şəxs məxsus olduğunu bildiyi fərdi yaşayış evinin işıqlarının yanmadığını görərək həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə, o, ilkin olaraq ətrafı müşahidə etmiş, ətrafda və evdə heç kəsin olmadığına əmin olduqdan sonra hasardan aşaraq həyətə düşmüşdür. O, ilk öncə evin zirzəmisinə daxil olmuş, zirzəmidə divara bərkidilmiş markasını xatırlamadığı istilik qurğusu görərək həmin qurğunu dartaraq divardan qoparmışdır. Daha sonra evin pəncərisinin açıq olduğunu görərək həmin pəncərədən evə daxil olub otaqları gəzmiş, otaqlarda olan kombi istilik qurğusuna aid olan 04 ədəd radiatorları açaraq evin həyətinə yığmış, bundan sonra, evin həyətində inşa edilmiş fermaya daxil olaraq oradan kombi sisteminin paylaşdırıcısını (kollektor) və təxminən 100 metr uzunluqda elektrik naqilini götürərək həyətin qapısı olduğundan hasardan aşmaqla oradan uzaqlaşmışdır. O, oğurladığı avadınlıqları yaxınlıqda yerləşən daş hasarla əhatəyə alınmış torpaq sahəsinə yığaraq yaşadığı evə getmişdir. Həmin gün, yəni, 26 noyabr 2022-ci il tarixdə, saat 10:30 radələrində oğurladığı avadanlıqları satmaq məqsədi ilə evdən çıxmış, lakin, müştəri tapa bilməmişdir. Həmin gün, saat 17 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində metal yığımı ilə məşğul olan “Qazel” markalı avtomobilin sürücüsünə yaxınlaşaraq özünə məxsus kombi istilik qurğusunu, ona aid radiatorları, paylaşdırıcı və elektrik naqilini satmaq istədiyini bildirmiş, həmin şəxs, qeyd olunan avadanlıqları yalnız metal kimi ala biləcəyi demiş, o, məcbur qalaraq həmin şəxslə razılaşmışdır. O, dövlət qeydiyyat nişanını xatırlamadığı “Qazel” markalı avtomobilə əyləşərək oğurladığı avadanlıqları gizlətdiyi yerə gəlmiş, sürücüyə həmin torpaq sahəsinin özünə məxsus olduğunu, torpaq sahəsinin giriş hissəsinə yığılmış mişar daşlarını dağıltmaq istəmədiyi üçün avadanlıqları hasardan keçirəcəyini bildirərək həmin avadanlıqları hasardam keçirməklə “Qazel” markalı avtomobilin yük yerinə yığımış, avadanlıqları müqabilində həmin şəxs ona 45 manat ödəniş etmişdir. O, əldə etdiyi pulu i atasının dərmanlarına və şəxsi ehtiyyaclarına sərf etmişdir. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərəçəkmiş şəxsin ifadəsi, Azərbaycan Respublikası DİN-nin Kriminalistik Təhqiqatlar İdarəsinin ADİS-in bankında olan şəxslərin əl əksləri, ekspertiza rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında yaşayır. O, həmçinin, ünvan 2 ünvanın qarşısında yerləşən torpaq sahəsində fərdi yaşayış evi inşa etdirir və qeyd olunan tikiliyə müşahidə kameraları quraşdırtıb. 26 noyabr 2022-ci il tarixdə, saat 09 radələrində tikiliyə quraşdırılmış müşahidə kameralarının işləmədiyini görərək həmin evə getmiş, evin pəncərəsinin açıq olduğunu görərəg evə daxil olub otaqlara baxış keçirmiş, 800 manat dəyərində 01 ədəd “Şafateks” markalı kombi istilik qurğusunun, həmin kombiyə aid ümumi dəyəri 400 manat olan 04 ədəd radiatorların, eləcə də, həyətdə inşa edilmiş fermadan kombi qurğusuna aid 100 manat dəyərində 01 ədəd paylaşdırıcı (kollektor) və 100 manat dəyərində 100 metr uzunluqda elektrik naqilinin oğurlandığını müəyyən etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1400 (min dörd yüz) manat məbləğində maddi zərər dəymişdir. Cinayət işinin 23-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 011-14315-1222 nömrəli, 06 dekabr 2022-ci il tarixli mətubundan görünür ki, Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsində yerləşən fərdi evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri Azərbaycan Respublikası DİN-nin Kriminalistik Təhqiqatlar İdarəsinin ADİS-in bankında olan şəxslərin əl əksləri ilə müqayişə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 02 ədədi Təqsirləndirilən şəxs sağ əlinin orta (01 dəfə plastik pəncərə üzərindən götürülmüş) və sol əlinin çeçələ (01 dəfə plastik pəncərə üzərindən götürülmüş) barmağının əksləri ilə eynilik müəyyən edilmişdir. Cinayət işinin 36-cı vərəqəsində olan 06 yanvar 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 06 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 75-77-ci vərəqələrində olan 08 yanvar 2023-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Zaur Kərimovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru vəzifəsini icra edən Qəhrəman Əsgərov tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 78-79-cu vərəqələrində olan 08 yanvar 2023-cü il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 93-cü vərəqində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 61 (altmış bir) manat 29 (iyirmi doqquz) qəpik müəyyən edilmişdir. Cinayət işinin 94-95-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 fevral 2023-cü il tarixli, 3/124 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş 1 və 2 saylı daktilolentlərin səthlərindəki əl-barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. 1 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs sağ əlinin orta barmağından, 2 saylı daktilolentin səthindəki əlbarmaq izi isə onun sol əlinin orta barmağından qalmışdır. Cinayət işinin 100-cü vərəqəsində olan 05 mart 2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsində yerləşən fərdi evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş Təqsirləndirilən şəxs aid əlbarmaq izlərinin köçürüldüyü 1 və 2 saylı daktilolentlər cinayət işi üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 105-ci vərəqəsində olan 17 mart 2023-cü il tarixli şübhəli şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında qəraradan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işinin 114-cü vərəqəsində olan 20 aprel 2023-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 aprel 2023-cü il tarixdə Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİnin MSY-nə təhvil verilmişdir. Cinayət işinin 124-126-cı vərəqələrində olan 22 aprel 2023-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Zaur Kərimovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 127-128-ci vərəqələrində olan 22 aprel 2023-cü il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 91-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 20 yanvar 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 08 iyun 2023-cü il tarixli elektron ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, dəymiş ziyan tamamilə ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, digər iş materialları ilə onun yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığın məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən, onun barəsində CM-nin 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərədə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublilası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 06 yanvar 2023-cü il tarixdən 08 yanvar 2023-cü il tarixədək, 20 aprel 2023-cü il tarixdən 22 aprel 2023-cü il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tutulduğu 04 (dörd) günü nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının 08 (səkkiz) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsində yerləşən fərdi evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş Təqsirləndirilən şəxs aid əl-barmaq izlərinin köçürüldüyü 1 və 2 saylı daktilolentlər cinayət işi üzrə maddi sübut kimi tanınaraq cinayət işi materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 61 (altmış bir) manat 29 (iyirmi doqquz) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 04 (dörd) gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının 08 (səkkiz) gününə bərabər tutulmaqla, onun cəzasından 08 (səkkiz) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsində yerləşən fərdi evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş Təqsirləndirilən şəxs aid əl-barmaq izlərinin köçürüldüyü 1 və 2 saylı daktilolentlər cinayət işi üzrə maddi sübut kimi tanınaraq cinayət işi materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 61 (altmış bir) manat 29 (iyirmi doqquz) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-577/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-577/2023
10.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver