Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-58/2025 12.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxlər Zərərçəkmiş şəxs1, X1, Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs1 və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1989-cu ildə Ağsu rayonunda anadan olmuş. Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Ağsu rayonu, İlxıçı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq massivi, nömrəsiz evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, 20 sentyabr 2004-cü ildə Rusiya Federasiyası Surqut şəhərində olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsinə əsasən 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq massivi, nömrəsiz evdə qeydiyyatsız yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə X6 ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2023cü il tarixdə saat 16 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 2-ci Albalılıq bağ massivi 48 nömrəli ünvanda yerləşən Zərərçəkmiş şəxs1 məxsus yaşayış sahəsi olan evinin taxta pəncərəsini fiziki təsirlə açaraq qanunsuz olaraq daxil olub oradan 60 manat dəyərində 2 ədəd qazan dəstini, 120 manat dəyərində 2 ədəd sərinkeşini, 20 manat dəyərində 1 ədəd oturacağını, 150 manat dəyərində 1 ədəd su mühərrikini və 850 manat dəyərində 01 ədəd kondisioneri gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs1 1.200 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ massivi 354 nömrəli ünvanda yerləşən Zərərçəkmiş şəxs2 məxsus yaşayış sahəsi olan evin qapısını sındırmaqla qanunsuz olaraq daxil olub oradan 150 manat dəyərində 25 metr elektrik kabellərini, 150 manat dəyərində əl arabasını, 150 manat dəyərində personal kompüteri, 150 manat dəyərində ot biçəni, 100 manat dəyərində musiqi mərkəzini və 300 manat dəyərində 2 ədəd avtomobil təkərlərini gizli olaraq talayıb, ümumilikdə zərərçəkmiş şəxs Samir İsgəndərova 1000 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və X6 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2023-cü il tarixdə saat 02 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq massivində yerləşən Zərərçəkmiş şəxs4 məxsus marketin talvarından içəri qanunsuz olaraq daxil olub oradan ümumi dəyəri 58 AZN, hər birinin dəyəri 2.90 AZN olan 20 ədəd “Rothmans” markalı siqaret, ümumi dəyəri 43.20 AZN, hər birinin dəyəri 2.40 AZN olan 18 ədəd “Prima” markalı siqaret, ümumi dəyəri 33.60 AZN, hər birinin dəyəri 2.40 AZN olan 14 ədəd “Viceroy” markalı siqaret, ümumi dəyəri 29 AZN, hər birinin dəyəri 2.90 AZN olan10 ədəd “Winchester” markalı siqaret, ümumi dəyəri 38.40 AZN, hər birinin dəyəri 2.40 AZN olan 16 ədəd “Keno” markalı siqaret, ümumi dəyəri 24 AZN, hər birinin dəyəri 4.00 AZN olan 06 ədəd “Kent” markalı siqaret, ümumi dəyəri 22.40 AZN, hər birinin dəyəri 3.20 AZN olan 07 ədəd “LD” markalı siqaret qutuları, ümumi dəyəri 26 AZN, hər birinin dəyəri 2.60 AZN olan 10 ədəd “Xırdalan” pivəsi şüşədə, ümumi dəyəri 8.40 AZN, hər birinin dəyəri 0.70 AZN olan 12 ədəd göy rəngli “Bizon” enerji içkisi, ümumi dəyəri 8.50 AZN, hər birinin dəyəri 0.85 AZN olan qırmızı rəngli “Bizon” enerji içkisi, ümumi dəyəri 17.50 AZN, hər birinin dəyəri 0.50 AZN olan 35 ədəd “Yarche” şokolad, ümumi dəyəri 15.40 AZN, hər birinin dəyəri 0.55 AZN olan 28 ədəd “Sprint” şokoladları, ümumi dəyəri 45 AZN 08 ədəd “Qualiko” əmtəə nişanlı dondurulmuş toyuqlar, ümumi dəyəri 30 AZN olan 03 kiloqram “Südlü” və “Qafqaz” sosiskaları, ümumi dəyəri 33 AZN olan 03 kiloqram “Halal” kolbasaları, ümumi dəyəri 25.50 AZN olan 03 kiloqram “Brinza” pendiri, ümumi dəyəri 8.00 AZN olan 04 ədəd “Cola” içkisi 2 litr, təxminən 50 manat dəyərində çipsi və qovrulmuş araxis məhsullarını gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs4 515.90 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahsinə və saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb ziyan vurmaqla təkrar oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müddətdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq massivində yerləşən Zərərçəkmiş şəxs3 məxsus bağ evinin həyətinə hasardan keçərək evin eyvanının plastik pəncərəsini açmaqla qanunsuz olaraq evə daxil olub oradan ümumilikdə 3000 manat dəyərində - üç ədəd Sony, Grundig və JVC markalı televizorları, hamam otaqlarının qapıları, 02 ədəd somavar, 02 ədəd manqal, 02 ədəd velosipet, 02 ədəd idman aləti, 01 ədəd skuter, 01 ədəd su qızdırıcı, qazan dəstləri, qab-qacaqlar, elektrik soba, 01 ədəd elektrik çaynik, hamam aksesuarları, otaqların lambirinləri, qapının üzlüyünü vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs3 3000 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və qeyrisi ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2023-cü il tarixdə saat 02 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq massivində yerləşən Zərərçəkmiş şəxs4 məxsus marketin talvarından içəri qanunsuz olaraq daxil olub oradan ümumi dəyəri 58 AZN, hər birinin dəyəri 2.90 AZN olan 20 ədəd “Rothmans” markalı siqaret, ümumi dəyəri 43.20 AZN, hər birinin dəyəri 2.40 AZN olan 18 ədəd “Prima” markalı siqaret, ümumi dəyəri 33.60 AZN, hər birinin dəyəri 2.40 AZN olan 14 ədəd “Viceroy” markalı siqaret, ümumi dəyəri 29 AZN, hər birinin dəyəri 2.90 AZN olan10 ədəd “Winchester” markalı siqaret, ümumi dəyəri 38.40 AZN, hər birinin dəyəri 2.40 AZN olan 16 ədəd “Keno” markalı siqaret, ümumi dəyəri 24 AZN, hər birinin dəyəri 4.00 AZN olan 06 ədəd “Kent” markalı siqaret, ümumi dəyəri 22.40 AZN, hər birinin dəyəri 3.20 AZN olan 07 ədəd “LD” markalı siqaret qutuları, ümumi dəyəri 26 AZN, hər birinin dəyəri 2.60 AZN olan 10 ədəd “Xırdalan” pivəsi şüşədə, ümumi dəyəri 8.40 AZN, hər birinin dəyəri 0.70 AZN olan 12 ədəd göy rəngli “Bizon” enerji içkisi, ümumi dəyəri 8.50 AZN, hər birinin dəyəri 0.85 AZN olan qırmızı rəngli “Bizon” enerji içkisi, ümumi dəyəri 17.50 AZN, hər birinin dəyəri 0.50 AZN olan 35 ədəd “Yarche” şokolad, ümumi dəyəri 15.40 AZN, hər birinin dəyəri 0.55 AZN olan 28 ədəd “Sprint” şokoladları, ümumi dəyəri 45 AZN 08 ədəd “Qualiko” əmtəə nişanlı dondurulmuş toyuqlar, ümumi dəyəri 30 AZN olan 03 kiloqram “Südlü” və “Qafqaz” sosiskaları, ümumi dəyəri 33 AZN olan 03 kiloqram “Halal” kolbasaları, ümumi dəyəri 25.50 AZN olan 03 kiloqram “Brinza” pendiri, ümumi dəyəri 8.00 AZN olan 04 ədəd “Cola” içkisi 2 litr, təxminən 50 manat dəyərində çipsi və qovrulmuş araxis məhsullarını gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs4 515.90 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, heç bir epizod üzrə özünü təqsirli bilmir, çünki o, oralarda olmamışdır. O, X3 tanıyır, onunla bir məhəllədə qalır və araları yaxşıdır. Zeynal ona metal əşyalarının olduğunu demiş və onları metal qəbul məntəqəsinə aparmaq lazım olduğunu bildirmişdir. Ondan həmin əşyaları aparmaq üçün tanıdığı maşın olub olmadığını soruşmuş, o da “Pikap” modelli avtomobilin sürücüsü Murad adlı şəxsə zəng etmiş, o gəlmişdir. Murad ondan dəmirlərin kimə aid olduğunu soruşmuş və o da dəmir əşyaların onun olduğunu bildirmişdir. Zeynal ona metal əşyaların özünə məxsus olduğunu bildirmişdir. O əşyaların içərisində kondisioner olmayıb, kondisionerin üst dəmiri olmuşdur, o, özü orada olmuş və görmüşdür. Daha sonra Zeynal ona kömək etdiyinə görə 10 manat pul vermişdir. O, mağazaya oğurluğa getməmişdir və hadisənin necə baş verdiyindən məlumatı yoxdur. İslam ona yarım kilo sosiska verib. İslam bildirib ki, soyuducusunda yer yoxdur uşaqlar yesin deyə verir. İslam ona sosiskaları pay verdiyi üçün hardan aldığını və ya oğurlayıb oğurlamadığını soruşmamışdır. Polislər onu döyüblər və məcburi şəkildə ona oğruluqları boynuna qoymuşlar. Polislərin onu döyməsi barədə heç bir quruma müraciət etməmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, Zeynala məxsus metal əşyaların ona məxsus olduğunu sürücüyə demişdir. Həmin əşyaların özünə məxsus olduğunu bildirmişdir. O, Zeynalı tanıya bilməmiş, ona görədə əşyaların oğurluq olduğunu bilməmişdir. Zərərçəkmiş şəxs1 evi ev deyil ora xarabalıq kimi bir yerdir. O, Zeynal və İslam ilə məhəllə uşağıdır. Polis onu döyərək bu oğurluqları boynuna almağa məcbur etmişdir. Polislər onun narkotik vasitə istifadə etdiyini bilirlər və ona görə onun pis insan olduğunu düşünürlər. İslamın başqa kimə qida məhsulları verdiyindən xəbəri yoxdur. Üzərindən 2 il keçdiyi üçün hansı saatda verdiyini xatırlamır. Sosiskaları haradan aldığını soruşmamışdır. Kasıb uşaq olduğu üçün ona pay kimi sosiskaları vermişdir. İslam ona hər dəqiqə kömək eləmir, sadəcə soyuducusunun xarab olduğunu bildirmiş və onları vermişdir. İslam mebel sexində işləyir və o da kasıb uşaqdır. O, fəhlə işləyir deyə İslamla az görüşür. O, sosiskanı küçədə vermişdir və ətrafda heç kim olmamışdır. Onunla görüşəndə gündüz idi. O, işdən fasiləyə evə gələrkən İslamı görmüşdür. İslam ona birşey verəcəyini demiş və evə gedib ona sosiska gətirmişdir. İstintaq zamanı onun qabırğalarını sındırmışlar, ona görə cinayəti etiraf etmişdir, bununla bağlı heç bir orqana müraciət etməsə də bununla bağlı məhkəməyə şahidlər gətirəcəkdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs2 və X3 tanıyır, təxminən 5-6 ay olar ki, dostluq etmişlər. Alçipan ustası kimi müxtəlif yerlərdə fərdi əməklə məşğul olub qazanc əldə etmişdir. Lakin 2023-cü ilin əvvəllərində narkotik tərkibli maddələrin istifadəsi ilə məşğul olduğundan və qısa müddətdə aludəçisinə çevrildiyindən usta kimi işləməyə taqəti qalmamışdır. Belə olan halda narkotik almağa pulu olmadığından ağrıları şiddətlənmişdir. Zeynal da onun vəziyyətində olmuşdur. Odur ki, 2023-cü ilin iyun ayının əvvəllərində məcburiyyətdən Zeynalla birgə oğurluq etmək qərarına gəlmişlər. Yaşadıqları Sabunçu rayonu, Maştağa qəsəbəsi, 2-ci Albalılıq bağ massivindəki xeyli evlərdə yaşayış olmadığından Zeynalla razılaşmışlar ki, gecələr tanımaza-bilməzə evə girmək riskli olduğundan oğurluğu günün işıqlı saatlarında öz məhəllələrindən etsinlər, onları məhəllədə əllərində oğurluq əşya ilə görən olarsa heç kimin ağlına gəlməz ki, əşya oğurluqdur. Beləliklə, xx.xx.2023-cü il tarixdə Zeynala demişdir ki, Yeganənin həyətində saxladığı itlə oynamağı üçün tez-tez Yeganənin həyətinə girir, Yeganənin həyətindəki evində əşyaları var, Yeganə oraya yalnız axşamlar itinə yemək verməsi üçün gəlir, Yeganənin evinə asanlıqla girmək olar. Zeynal Yeganəni və Yeganənin evini tanımış və onunla razılaşmışdır. Həmin tarixdə, yəni xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Zeynalla birgə qonşusu Yeganənin Sabunçu rayonu, Maştağa qəsəbəsi, 2-ci Albalılıq bağ massivi 48 nömrəli ünvanda yerləşən evinin hasarına qalxmışlar. Zeynal hasarın üzərində qalmış, o isə həyətə düşmüş, iti əzizləmişdir ki, Zeynalı yanında görüb aqresivləşməsin. Bundan sonra hasarın üzərindən həyətdəki tikilinin damına keçərək Zeynalla birgə damın üzərindən evin səhv etmirsə “Linkvin” və ya “Linkoil” markalı kondisionerini söküb çıxartmışlar və tələsmədən kondisioneri hasarın üzərindən küçəyə qoymuşlar. Daha sonra həyətə düşmüş, iti yeşiyinə saldıqdan sonra Zeynal da hasardan həyətə düşmüşdür. İt Zeynala hürərkən itə qışqırmışdır ki, səsini kəssin. Zeynalla birgə evin taxta pəncərəsini güclə itələyib açmışlar. Evdən 2 ədəd qazan dəsti, 2 ədəd sərinkeş (vintelyator), 1 ədəd dəmir oturacaq və 1 ədəd yararsız halda olan su mühərriki götürərək həmin əşyaları hasardan küçəyə yığmışlar, evdə yaşayış olmadığından arxayın davranmışlar, əmin olmuşlar ki, onlara mane olan olmayacaq. Zeynal həyətdən çıxandan sonra itin yeşiyinin qapısını açaraq iti həyətə buraxmış və o da hasardan küçəyə çıxmışdır. Qazan dəstini və sərinkeşi götürərək Sabunçu qəsəbəsində yerləşən “Bit Bazarı” adlanan bazara getmiş, Zeynal isə məhəllədə qalmışdır. Qazan dəstini 10 manata, 2 ədəd sərinkeşin hər birini isə 10 manata satıb 30 manat əldə etmişdir. Bazardan qayıdarkən 20 manata narkotik alaraq Zeynalla birgə istifadə etmişlər. Bundan sonra, sürücü kimi tanıdığı, anket məlumatını bilmədiyi, əslən Naxçıvan Muxtar Respublikasından olan “Muraz” adlı şəxsi Maştağa qəsəbəsində, tikinti materialları mağazasının qarşısında taparaq onun sürdüyü “Pikap” modelli avtomobildə məhəlləyə gəlmişdir. Zeynalla birgə, həyətində olan özünə məxsus hamam vannasını, oğurladıqları su mühərrikini, dəmir oturacağı və kondisionerin qoruyucusunu Murazın avtomobilinə yığmışlar. Kondisionerin özünü baha qiymətə satacağından küçədə saxlamışdır. Oradan Zeynalın evinin qarşısına getmişlər, evin qarşısından Zeynala məxsus dəmir toru da Murazın avtomobilinə yükləyərək Xəzər rayonu ərazisində, Maştağa-Buzovna yolunda yerləşən metal qəbulu məntəqəsinə gətirmişlər. Həmin əşyaları məntəqənin Anar adlı işçisinə metal kimi 80 manata təhvil vermişlər. Məntəqədə onun şəxsiyyət vəsiqəsinin surəti götürülmüşdür. O bilmişdir ki, əşyalar özünə məxsusdur, oğurluq deyil, yararsız olduğundan satır. Əldə etdikləri cəmi 110 manatdan 10 manatını sürücü Muraza, 20 manatını isə narkotikə verməyini nəzərə alsa onda 80 manat pul qalmışdır. 80 manatı Zeynalla bölmüşlər, payına düşən 40 manatı şəxsi işlərinə və narkotik almağına xərcləmişdir. Sonralar kondisioneri də xatırlamadığı şəxsə 40 manata sataraq həmin pula Zeynalla birgə narkotik almışlar. Bundan başqa, pulu olmadığından yenidən oğurluq etmək qərarına gəlmişdir. Bu niyyətlə, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində məhəllədə, yəni Sabunçu rayonu, Maştağa qəsəbəsi, 2-ci Albalılıq bağ massivində təkcə gəzişmiş, ağlına gəlmişdir ki, qonşuluqda, yəni 354 nömrəli ünvanda yerləşən, Samir İsgəndərovun 354 nömrəli evində yaşayış yoxdur. Samir İsgəndərovun evinin hasarına qalxaraq həyətə baxarkən əmin olmuşdur ki, evdə heç kim yoxdur. Odur ki, hasardan həyətə düşmüş, görmüşdür ki, evin taxtadan olan qapı və pəncərələri bağlıdır. Həyətdən tapdığı dəmir parçası ilə evin taxtadan olan qapısını sındıraraq evə girmişdir. Kürsülü olan ev iki otaqdan və mətbəxdən ibarət olmuşdur. Evdəki nisbətən böyük otaqdan, yəni qonaq otağından təxminən 25-50 metr uzunluğunda olan qalın elektrik kabelini, əl arabasını, personal kompüter dəstini, “Şkval” markalı ot biçəni, disklə, həmçinin kasetlə işləyən “LG” markalı musiqi mərkəzini və 2 ədəd işlənməmiş, üzərindən selofanı belə qoparılmamış, xarici avtomobillər üçün nəzərdə tutulmuş, Çin istehsalı olan avtomobil təkərlərini özü ilə gətirdiyi iri həcimli sellofanlara yığmışdır. Digər otaqda və ya mətbəxdə satıla biləcək əşya olmadığından evdən çıxmış, əvvəlcə sellofanları, daha sonra 2 ədəd təkəri hasardan küçəyə çıxartmışdır. Həmin əşyaları yoldan ötən avtomobillə Sabunçu qəsəbəsi ərazisində yerləşən “Bit Bazarı” adlanan bazara aparmış, orada əl arabasını 30 manata, ot biçəni 40 manata, musiqi mərkəzini 10 manata, kompyuterin monitor, klaviyatura və mışka dəstini 30 manata tanımadığı şəxslərə satmışdır. Əşyaları alan şəxslər əşyaların oğurluq olmasını bilməmişlər. Bazarda elektrik kabelini, 2 ədəd təkəri və prosessoru alan olmadığından özü ilə evinin yaxınlığındakı boş sahəyə aparmış, orada təxminən 25-50 metr uzunluğunda olan qalın elektrik kabelini yandıraraq metal kimi səyyar qaydada metal alanlara 10 manata satmışdır. Əldə etdiyi cəmi 120 manatı şəxsi işlərinə və narkotikə xərcləmişdir. 1 ədəd prosessoru və 2 ədəd təzə təkəri satmağı barədə tanışlarına soraq etmiş, həmçinin dostu Zeynala oğurladığı 1 ədəd prosessoru və 2 ədəd təkəri göstərib demişdir ki, satmağa köməklik etsin, əldə etdiyi pula narkotik alıb istifadə edərlər. Zeynal da bu barədə tanışlarına desə də, sata bilməmişdir. Oğurluqdan 3-4 gün sonra 1 ədəd personal kompyuterin tək qalan prosessorunu Maştağa qəsəbə sakini, hazırda heç bir anket məlumatını bilmədiyi narkotik tərkibli maddələrin satışı ilə məşğul olan Etibar adlı şəxsə 20 manata satmış, həmin 20 manata Etibarın özündən narkotik almışdır. Evdən oğurladığı 2 ədəd təkəri isə Maştağa qəsəbə sakini narkotik tərkibli maddələr satan heç bir anket məlumatını bilmədiyi “Cikquş” deyilən şəxsə hər birini 20 manata satmış, “Cikquş”dan aldığı 40 manata “Cikquş”un özündən narkotik alıb Zeynalla birgə istifadə etmişlər. Hal-hazırda narkotik vasitələrin heç birindən istifadə etmir, tərgitmiş, öz zəhməti ilə həyat yoldaşı X4 və iki azyaşlı övladları ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, 12 saylı Vərəm disponserinin yanında kirayədə yaşayır. Dolanışıq məqsədi ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində “Həyat yolu” restoranında ofisiant olaraq işləyir. Bundan başqa, xx.xx.2023-cü il tarixdə təxminən saat 18 radələrində Təqsirləndirilən şəxs2 Albalılıq massivində yerləşən Zərərçəkmiş şəxs4 işlədiyi mağazaya gedib nəzarətindən keçirmişdir ki, gecə saatlarında oğurluq etməyə gələndə hansı tərəfdən mağazaya daxil olsun. xx.xx.2023-cü il tarixdə saat 02.00 radələrində İslam onu və Zeynalı evə dəvət etmişdir. Sonra mağazadan oğurluq edəcəkləri barədə qabaqcadan danışaraq planlaşdırmışlar. Belə qərara gəlmişlər ki, mağazaya İslam və Zeynal daxil olacaq, o isə mağazanın qarşısında pusquda dayanıb gələn olarsa onlara məlumat verəcək. Həmin vaxt səhərə yaxın saat 04 radələrində hər üçü Albalılıq massivində yerləşən mağazaya getmişlər. İslam mağazanın qarşısında talvarı söküb içəri daxil olmuş və arxasınca Zeynal da mağazaya daxil olmuş, o isə mağazanın yaxınlığında gizlənərək pusqu qurub kimsə gələrsə onlara məlumat verəcəkdi. İslam və Zeynal mağazadan ərzaq malları, pivələr, kolbasalar, sosiskalar, siqaretlər, bizon içkiləri, cipsilər və pendir götürüb İslamın evinə gəlmişlər. Evdə tanışları Gülxar adlı qadın da olmuşdur. Sonra İslam və Zeynal götürdüyü malları evə gətirib hər üçü arasında bölmüşlər. O, sosiska, bizon, kolbasa və çipsi, Zeynal kolbasa, sosiska, bizon və siqaretləri, qalan malları isə İslam götürmüşdür. Sonra malları götürüb özü ilə evinə aparmışdır. Zeynal ilə İslam evdə qalmışlar. İslamın bu hadisədən əvvəl 2023-cü ilin iyul ayının əvvəllərində qonşusu Vəfanın evindən oğurluq etməsindən xəbəri olmamış və iştirak etməmişdir. Həmin hadisə günü onun evində olsa da, sonradan həyətində olan əmlakları kənara yığmasına köməklik etsə də, həmin əşyaların oğurluq olmasını bilməmişdir. Sonradan həmin əşyaları səyyar satıcıya İslam özü satmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Vəfanın həyətinə daxil olmuşdur, həmin həyətə daxil olub həyətdəki dəmir stolu götürüb çıxmışdır, başqa heç bir əşya götürməmişdir. Vəfanın evinə başqa şəxslər daxil olub, lakin polis onları tapa bilmədiyi üçün onu həmin oğurluqları boynuna almağa məcbur edib. Polislər onu döydüyü üçün digər əşyaları oğurladığını bildirmişdir. Zərərçəkmiş şəxs4 işlətdiyi marketə tək daxil olmuşdur. Gecə vaxtı marketin damına çıxıb lambirini sökmüş və içəri daxil olmuşdur. Marketdən kolbasa, sosiska, şor, pendir götürüb çölə çıxmışdır. O, marketdən siqarət və digər göstərilən malları götürməmişdir. Qadir kasıb uşaqdır və oğurluqda iştirak etməyib. Onu çağırıb yemək vermişdir. Marketdən götürdüklərini kimin ehtiyacı olub onlara vermişdir. İşi olmadığı və imkanı olmadığı üçün oğurluq etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, istintaq zamanı onu döydükləri üçün Vəfanın evindən oğurlanmış əşyalarıda öz üzərinə götürmüşdür. Döyülmə ilə bağlı heç bir quruma müraciət etməmişdir. Vəfanın evinin həyətindən təkcə stol götürmüşdür. Daxil olduğu həyət Albalılıq massivində evi ilə divar qonşusu olan Vəfa adlı qadının həyətidir. Həyətə daxil olub partanı götürüb çıxmışdır, Vəfanın evdə olub olmadığından məlumatı olmamışdır. Qadirin marketə girəcəyindən xəbəri olmamışdır. Oğurluqdan 2-3 gün keçdikdən sonra ərzaqları saxlamağa soyuducusu olmadığı üçün onları Qadirə vermişdir. Ərzaqları verdikdən sonrada marketə oğurluğa girməyi barədə ona heçnə deməmişdir. Dəymiş ziyanı ödəməmişdir. İmkanım olmadığı üçün oğurluq etmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində özünü təqsirli bilərək bildirmişdir ki, dolanışıq üçün mebel ustası kimi Bakıxanov qəsəbəsində sexdə işləyir, lakin son müddətdə iş olmadığı üçün bir-iki oğurluq hadisələri törətmişdir. Belə ki, 2023-cü ilin iyul ayında pula ehtiyacı olmuş və qərara gəlmişdir ki, Maştağa qəsəbəsi, Albalılıq massivində evi ilə divar qonşusu olan Vəfa adlı qadının evinə girib oğurluq etsin. Bilmişdir ki, qonşu Vəfa ayda bir-iki dəfə gəlib bağ evinə baş çəkir və evdə daimi yaşamır. Təxminən 2023-cü ilin iyul ayının 6-dan 23-nə kimi olan müddət aralığında üç dəfə Vəfanın evinin həyətinə daxil olmuşdur. Həmin həyətə bacısıgil evdə olmayanda günorta saatlarında hasardan aşaraq daxil olmuşdur. Həmin həyətdə ağaclar olmuş, bağ evinə yaxınlaşmış və açıq dəmir qapıdan evin eyvanına girmiş, sonra isə pəncərəni itələyib açaraq içəri daxil olmuş və evi axtarmış və oradan hissə-hissə 3 ədəd televizoru, 2 ədəd plastik qapıları, dəmir barmaqlıqları, məktəb partasını, manqalı, velosipedi, samovarı, skuteri götürüb oğurlamışdır. Həmin vaxt oğurladığı əşyaları evin həyətinə hasardan aşıb qoymuşdur. Həmin oğurluq hadisəsini törədən zaman dostu Qadir də onların evində olsa da onun oğurluq hadisəsindən xəbəri olmamış, o evin içində olmuşdur. Sonra evin həyətinə yığdıqdan sonra Qadiri həyətə çağırmış və ona həmin əşyaları kənara yığmağa köməklik etməyini istəmiş, lakin ona həmin əmlakların oğurluq olmasını deməmiş və sonuncu onun oğurluq əməlində iştirak etməmişdir. Həmin vaxt ona həmin əmlakları zibillikdən yığıb gətirdiyini demişdir. Daha sonra oğurladığı televizorları sındırıb içindəki misi çıxartmış və qalan əmlakların dəmirini ayırmış və 3-4 saat sonra evin yanından “Qazel” avtomobili ilə keçən tanımadığı səyyar metal alan şəxsə həmin metalları 30 manata satmış və həmin puldan Qadirə 10 manat xərclik vermiş, qalan pulu öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa, xx.xx.2023-cü il tarixdə tanışı X6 və Təqsirləndirilən şəxs1 ilə onun yaşadığı Albalılıq massivindəki evdə olan zaman Zeynal pulsuz olduqları üçün yaxınlıqdakı İlqar adlı şəxsin marketindən ərzaq və sair əmlaklar oğurlamağı təklif etmiş və o razılaşmışdır. Qadirə də təklif etmişdir ki, Zeynalla ikisi girib oğurluq edəcək, sonuncu isə marketin yanında bayırda gözləyib ətrafa nəzarət etsin və gələn olsa onlara desin. Qadir də onun oğurluq barədə təklifi ilə razılaşmışdır. Həmin gün saat 02 radələrində o, Zeynal və Qadir 100 metr məsafədə olan İlqarın marketinin yanına gəlmişlər. O və Zeynal marketin damına çıxıb lambrini söküb çıxartmışlar və içəri daxil olmuşlar, həmin müddətdə Qadir bayırda yola, ətrafa nəzarət etmişdir. Zeynal və o, həmin marketdən bizon içkisi, kolbasa, cipsi, siqaret, pendir, sosiskaları oğurlayıb mağazadakı 3 ədəd sellofana yığaraq bayıra damdan dırmaşıb çıxmışlar və Qadirlə birlikdə yaşadıqları evə getmişlər. Evdə Qadirə sosiska, kolbasa, bizon, cipsi vermiş və sonuncu çıxıb evinə getmişdir. Zeynal da kolbasa, sosiska, bizon və siqaret götürüb getmiş, qalan malları isə evdə özünə saxlamışdır. Zeynal sonradan başqa cinayət törətdiyi üçün Suraxanı rayon polisi tərəfindən həbs edilmişdir. Zərərçəkmiş şəxs4 ifadəsində göstərdikləri barədə bildirmişdir ki, oğurladıqları malların sayını xatırlamır, ola bilsin ki, Zərərçəkmiş şəxs4 dediyi miqdarda malları oğurlamışlar, lakin, oğurladıqlarını saymamışlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 və ya X3 qonşusu kimi tanıyır. ünvan 4 ünvanda qeydiyyatda olmaqla xx.xx.2022-ci il tarixədək Sabunçu rayonu, Maştağa qəsəbəsi, 2-ci Albalılıq bağ massivi, ev 48 ünvanda yaşamışdır. Lakin həmin evində şərait olmadığından, yəni qaz, işıq və su olmadığından xx.xx.2022-ci il tarixdən Maştağa qəsəbəsində “Kanal market” in arxasında nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinə köçərək orada 5 övladı və anası ilə birgə kirayə yaşayır. Maştağa qəsəbəsi, 2-ci Albalılıq bağ massivi, ev 48 ünvandakı evini qoruması üçün həyətində “Avçarka” sortundan olan, qara-qəhvəyi rəngli, iri həcimli it saxlayır. Bir gündən bir, əsasən də işdən sonra itinə yemək aparmaqla həyətinə baş çəkir. Hər dəfə də evindən çıxarkən qapı və pəncərələrini bağlayır. Evi həyət evidir, həyətə giriş-çıxış darvazası dəmirdəndir, həyətdəki evin qapısı dəmirdən olsa da, pəncərələri taxtadandır. Evi 6 sot torpaqda tikilmiş, yerdənidir, 2 otaqdan ibarətdir. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində növbəti dəfə Maştağa qəsəbəsi, 2-ci Albalılıq bağ massivi, ev 48 ünvanda yerləşən evində saxladığı itinə yemək gətirmiş, həyətdə olarkən görmüşdür ki, evinin kondisionerinin yeri boşdur, evin pəncərəsi fiziki güc tətbiq edilməklə açılmışdır. Gec və qaranlıq olduğundan evə girməmiş, düşünmüşdür ki, növbəti gün işıqlı vaxtda işdən tez çıxaraq nə baş verməsini dəqiqləşdirər. xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində Maştağa qəsəbəsi, 2-ci Albalılıq bağ massivi, ev 48 ünvanda yerləşən evinə gələrkən görmüşdür ki, evinin taxtadan olan pəncərəsi fiziki güc tətbiq edilməklə sındırılmışdır. Evindən 60 manat dəyərində 2 ədəd qazan dəsti, 120 manat dəyərində 2 ədəd sərinkeşi, 20 manat dəyərində 1 ədəd oturacağı, 150 manat dəyərində 1 ədəd su mühərriki və 850 manat dəyərində “Linkvin” markalı kondisioneri oğurlanmışdır. Oğurluq nəticəsində ona cəmi 1.200 manat məbləğində maddi ziyan dəymişdir. xx.xx.2023-cü il tarixdə hadisə barəsində DİN-in “102” xidmətinə məlumat vermiş və bu barədə Sabunçu RPİ-nin 14-cü PŞ-də ərizə yazmış, özü də polis əməkdaşları ilə birgə cinayəti törətmiş şəxsi axtarmağa başlamışdır. Axtarış zamanı müəyyən olunmuşdur ki, evindən əşyaları Təqsirləndirilən şəxs1 və X6 oğurlamışlar, əşyalarının metal olan hissələrini, yəni dəmir stulu, su mühərrikini və kondisionerin dəmir qoruyucusunu Xəzər rayonu, Maştağa-Buzovna qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə vermişlər. Qadirlə Zeynalın həmin məntəqədəki müşahidə kameraları ilə qeydə alınmış görüntülərini telefonuna köçürmüş, görüntünü könüllü olaraq istintaqa təqdim etmişdir. Hazırda Təqsirləndirilən şəxs1 şikayətçidir, onun həbs olunmasını tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, oğurluq hadisəsinin baş verdiyi Sabunçu rayonu, Maştağa qəsəbəsi, 2-ci Albalılıq bağ massivi 354 nömrəli ünvanda yerləşən fərdi yaşayış evi ona məxsusdur, ona babasından qalmışdır. Ev kürsülü olmaqla, 12 sot torpaq sahəsində tikilmiş, 2 otaqdan və 1 mətbəxdən ibarətdir. Həyət daş hasarla əhatə edilmiş, həyətə giriş dəmir darvazadandır. Həyətdəki evə giriş qapısı və evin pəncərələri taxtadan olmaqla evin pəncərələri üzərində dəmir çərçivə yoxdur. Bakı şəhərinin Xətai rayonu ərazisində yaşadığından həmin evə nadir halda baş çəkə bilir. Sonuncu dəfə evə 2023-cü ilin iyun ayının əvvəllərində baş çəkmiş, həmin dövrdə evdə oğurluq hadisəsi baş verməmişdir. xx.xx.2023-cü il tarixdə saat 10 radələrində evə gələrkən görmüşdür ki, evin içərisindəki qonaq otağından 150 manat dəyərində 25 metr elektrik kabelləri, 150 manat dəyərində əl arabası, 150 manat dəyərində personal kompüter dəsti, 150 manat dəyərində ot biçən, 100 manat dəyərində musiqi mərkəzi və 300 manat dəyərində 2 ədəd avtomobil təkəri oğurlanmışdır. Oğurluq nəticəsində ona 1000 manat ziyan dəymişdir. Oğurluq hadisəsini aşkar edən kimi DİN-in “102” xidmətinə zəng vurmuşdur. Hazırda şikayətçidir, ona dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, 2020-ci il tarixdən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq massivində icarə əsasında market işlədir. Marketdə olan mallar ona məxsusdur. Market hər gün səhər saat 07:00-dan axşam saat 21:00 dəqiqəyədək fəaliyyət göstərir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 21:20 dəqiqədə marketi bağlayıb evə getmişdir. 05 avqust 2023-cü il tarixdə saat 07:00 dəqiqədə marketin qapısını açarkən küçə tərəfdən tavanın lambirinin yerindən çıxdığını görüb dərhal marketə daxil olmuşdur. Marketə daxil olduqda məlum olmuşdur ki, marketdən kolbasalar, ağartı məhsulları, siqaretlər, pivə, soklar, şirniyyat naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Bundan sonra Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə hadisə ilə bağlı ərizə ilə müraciət etmişdir. Polis bölməsində izahatı alındıqdan sonra elə həmin gün polis əməkdaşları marketdən oğurluq edən şəxslərin saxlanıldığını bildirmişlər. Polis əməkdaşları ilə birlikdə saxlanılan şəxs Təqsirləndirilən şəxs2 yaşadığı Maştağa qəsəbəsi, Albalılıq massivi nömrəsiz ev ünvanına getmişlər və həyətdə olan təmirsiz tikiliyə daxil olduqda masanın üzərində ona məxsus malların olduğunu görmüş və tanımışdır. Belə ki, masanın üzərində onun işlədiyi marketdən oğurlanmış 02 ədəd üzərində “Qualiko” yazısı olan dondurulmuş toyuq, 05 ədəd üzərində “Yarche” və 05 ədəd üzərində “Sprint” yazısı olan cəmi 10 ədəd şokolad, 03 ədəd “Rothmans”, 02 ədəd “Viceroy” və 01 ədəd “Prima” markalı siqaretlər, 01 kiloqram “brinza pendiri”, 03 kiloqram üzərində “Südlü” yazısı olan sosiska, 01 ədəd üzərində “Lays” yazısı olan çipsi məhsulu və 01 ədəd üzərində “Patron” yazısı olan araxis məhsullarının olduğunu görmüşdür. Masanın üzərində həmçinin içərisi boş olan “Bizon” enerji içkisi, istifadə edilmiş kolbasa da olmuşdur. Həmin məhsullar onun marketindən oğurlandığı üçün həmin malları polis əməkdaşları götürüb ona təhvil vermişdir. Lakin, həmin məhsulların əksəriyyətinin istifadə olunmasını və yararsız olduğunu nəzərə alaraq onları yenidən satmaq mümkün olmadığından tullamşdır. Sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 ona məxsus olan marketə tək girməmiş, tanışları Qadir və Zeynal adlı şəxslərlə birlikdə daxil olaraq oğurluq etmişlər və oğurladıqları məhsulları aralarında bölmüşlər. Ona məxsus marketdən ümumi dəyəri 58 AZN, hər birinin dəyəri 2.90 AZN olan 20 ədəd “Rothmans” markalı siqaret, ümumi dəyəri 43.20 AZN, hər birinin dəyəri 2.40 AZN olan 18 ədəd “Prima” markalı siqaret, ümumi dəyəri 33.60 AZN, hər birinin dəyəri 2.40 AZN olan 14 ədəd “Viceroy” markalı siqaret, ümumi dəyəri 29 AZN, hər birinin dəyəri 2.90 AZN olan10 ədəd “Winchester” markalı siqaret, ümumi dəyəri 38.40 AZN, hər birinin dəyəri 2.40 AZN olan 16 ədəd “Keno” markalı siqaret, ümumi dəyəri 24 AZN, hər birinin dəyəri 4.00 AZN olan 06 ədəd “Kent” markalı siqaret, ümumi dəyəri 22.40 AZN, hər birinin dəyəri 3.20 AZN olan 07 ədəd “LD” markalı siqaret qutuları, ümumi dəyəri 26 AZN, hər birinin dəyəri 2.60 AZN olan 10 ədəd “Xırdalan” pivəsi şüşədə, ümumi dəyəri 8.40 AZN, hər birinin dəyəri 0.70 AZN olan 12 ədəd göy rəngli “Bizon” enerji içkisi, ümumi dəyəri 8.50 AZN, hər birinin dəyəri 0.85 AZN olan qırmızı rəngli “Bizon” enerji içkisi, ümumi dəyəri 17.50 AZN, hər birinin dəyəri 0.50 AZN olan 35 ədəd “Yarche” şokolad, ümumi dəyəri 15.40 AZN, hər birinin dəyəri 0.55 AZN olan 28 ədəd “Sprint” şokoladları, ümumi dəyəri 45 AZN 08 ədəd “Qualiko” əmtəə nişanlı dondurulmuş toyuqlar, ümumi dəyəri 30 AZN olan 03 kiloqram “Südlü” və “Qafqaz” sosiskaları, ümumi dəyəri 33 AZN olan 03 kiloqram “Halal” kolbasaları, ümumi dəyəri 25.50 AZN olan 03 kiloqram “Brinza” pendiri, ümumi dəyəri 8.00 AZN olan 04 ədəd “Cola” içkisi 2 litr, təxminən 50 manat dəyərində çipsi və qovrulmuş araxis məhsulları oğurlanmışdır. Belə ki, hadisə nəticəsində ona 515.90 manat maddi ziyan dəymişdir. İlkin izahatında oğurlanmış məhsulların qiymətini dəqiq bilmədiyi üçün ona dəymiş ziyanın məbləğini 500 manat göstərmişdir. Hazırki ifadəsinin nəzərə alınmasını xahiş etmişdir. Hadisə nəticəsində oğurlanmış əmlaklar ona məxsusdur. Hazırda şikayətçi deyil. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, o ilk olaraq oğurluq hadisəsini görəndə İslamdan şübhələnmişdir, belə ki, bir neçə gün əvvəl marketə gələrkən İslam tavana diqqətlə baxmışdır, buda onda şübhə yaratmışdır, Təqsirləndirilən şəxs2 yetim uşaq olduğundan onun evində böyümüşdür, yoldaşı onu çimizdirmişdir, oğurlanan malların siyahısı dəqiqdir, İslamdan şikayətçi deyil, lakin göstərdiyi malların hamısı oğurlanmışdır. Zərərçəkmiş şəxs3 məhkəməyə teleqram ünvanlayaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs2 ilə bağlı iddiadan imtina edir. Məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan məhkəmə istintaqının keçirilməsini mümkün hesab edərək onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini elan etmişdir. Zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq massivində yerləşən bağ evi anası X5 məxsusdur. Lakin, həmin ev sənədlə anasına məxsus olsa da evi özü öz vəsaiti ilə təmir etdirmişdir. Bağ evində daimi yaşamasalar da tez-tez gedib evə baş çəkirlər. Sonuncu dəfə 2023-cü ilin may ayında evə baş çəkmək üçün getmişlər, lakin, heç bir hadisə ilə rastlaşmamışlar. 23 iyul 2023-cü il tarixdə saat 13 radələrində sözügedən bağ evinə gəldikdə evin dəmir qapısının sındırıldığını, dəmir barmaqlığın sındırılaraq oğurlandığını aşkar etmişdir. Evə daxil olduqda evin eyvanının plastik pəncərəsini açıq vəziyyətdə olduğunu görmüşdür. Evə baxış keçirdikdə ona məlum olmuşdur ki, evdən üç ədəd Sony, Grundig və JVC markalı televizorlar, hamam otaqlarının qapıları, 02 ədəd somavar, 02 ədəd manqal, 02 ədəd velosiped, 02 ədəd idman aləti, 01 ədəd skuter, 01 ədəd su qızdırıcı, qazan dəstləri, qab-qacaqlar, elektrik soba, 01 ədəd elektrik çaynik, hamam aksesuarları, otaqların lambirinləri, qapının üzlüyü naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Hadisə ilə bağlı şübhələndiyi şəxs və ya şəxslər yoxdur. Hadisə nəticəsində ona 3000 manat maddi ziyan dəymişdir. Oğurluq hadisəsi nəticəsində oğurlanmış əmlaklar ona məxsusdur. Ev anasına məxsus olsa da evi öz vəsaiti hesabına təmir etdirmiş, oğurlanmış əmlaklar da onun vəsaiti hesabına alınmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs1 və X6 qonşularıdır, mehriban münasibətləri var, onlarla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. xx.xx.2023-cü il tarixdə Qadir və Zeynal ondan xahiş etmişlər ki, məhəllələrində olan yararsız metal əşyalarını metal qəbulu məntəqəsinə daşınmasına köməklik etsin. O etiraz etməmiş və idarə etdiyi “İJ” markalı, “Pikap” modelli, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilini məhəlləyə sürmüşdür. Həmin tarixdə, yəni xx.xx.2023-cü il tarixdə saat 19 radələrində məhəllədən 1 ədəd su mühərriki, 1 ədəd stulu, kondisionerin qoruyucusunu, dəmir boruları, dəmir toru və hamam vannasını avtomobilinə yükləyərək Xəzər rayonu ərazisində, Maştağa-Buzovna yolunda yerləşən metal qəbulu məntəqəsinə gətirmişlər. Həmin əşyaları məntəqənin Anar adlı işçisinə metal kimi təhvil vermişlər. Əşyaların oğurluq olmasını bilməmiş, ilk dəfə Qadir və Zeynalın əşyalarını daşımışdır. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs1 ona demişdirki, həmin mallar ona məxsusdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2022-ci ildən Bakı şəhəri, Xəzər rayonu, Maştağa-Buzovna yolunda yerləşən metal qəbulu məntəqəsində metal qəbul edən işləyir. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində sonradan adlarını bildiyi Təqsirləndirilən şəxs1 və X6 işlədiyi Xəzər rayonu, Maştağa-Buzovna yolunda yerləşən metal qəbulu məntəqəsinə, sonradan adını bildiyi Muraz adlı şəxsin ağ rəngli “Pikap” tipli avtomobilində 1 top dəmir tor, 1 ədəd stul, 1 ədəd su mühərriki, 1 ədəd vanna və kondisionerin qoruyucusunu gətirmişlər. Qadir bildirmişdir ki, həmin əşyalar ona məxsusdur, yararsız olduğundan satmaq istəyirlər. O, əşyaların oğurluq olub-olmamasını soruşmuş, ona bildirmişdir ki, əşyalar özünə məxsusdur. Onlara metalı 47 qəpiyə qəbul etdiklərini bildirmiş, onlar razılaşaraq əşyaları avtomobildən boşaltmışlar. Qadirin şəxsiyyət vəsiqəsinin surətini götürərək qeydiyyat kitabına əlavə etmiş, əşyaları çəkərək səhv etmirsə 50-60 manat metal pullarını onlara ödəmişdir. Həmin günlərdə məntəqəyə polis əməkdaşaları gələrkən onda qalan 1 ədəd stulu və kondisionerin qoruyucusunu Sabunçu RPİ 14-cü PŞ-nin əməkdaşlarına qaytarmışdır. Əşyaların oğurluq olmasını bilməmişdir. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, təxminən 5-6 ildir ki, əlvan metalların qəbulu üzrə fəaliyyət göstərir. Metalları Sabunçu rayonu, Maştağa qəsəbəsi, Kirov dairəsində yerləşən X15 zavodu tərəfindən icarəyə götürülmüş məntəqədə təhvil alır. Gün ərzində məntəqəyə tanımadığı şəxslər müxtəlif çəkidə müxtəlif metallar gətirib satırlar. Müştərilər metal təhvil verəndə şəxsiyyəti təsdiq edən sənədinin surətini təqdim etməsini bildirir, təqdim edilən sənədlərin kserosurətini çıxarıb özündə saxlayır. Dəqiq tarixi xatırlamır, təxminən 3 ay bundan qabaq, sonradan adının bildiyi İslam adlı şəxs işlədiyi məntəqəyə gələrək hazırda xatırlamadığı sayda metal gətirmiş və satmaq istədiyini bildirmişdir. Həmin şəxs tək gəlmiş, onun gəldiyi avtomobilin də qeydiyyat nömrəsi, markası yadında deyil. Həmin şəxsin məntəqəyə gətirdiyi metalları xatırlamır, çünki üzərindən bir neçə ay keçmiş, yadında qalmamışdır. Həmin metallara görə İslam adlı şəxsə nə qədər pul verdiyini də xatırlamır. Xatırlayır ki, ondan şəxsiyyəti təsdiq edən sənəd istəsə də sonuncu üzərində olmadığını, ertəsi gün gətirib təqdim edəcəyini bildirmişdir. Lakin, İslam sənədini gətirmədiyindən onunla etdiyi alqı satqı barədə qeydiyyat aparmamışdır. İslamın ona satdığı metalların özünə məxsus olduğunu düşünüb ondan almış, bu barədə ondan soruşduqda o, həmin malların özünə məxsus olduğunu, lazımsız olduğunu, pula ehtiyacı olduğundan satmaq istədiyini bildirmişdir. İlk dəfə həmin İslam adlı şəxsdən metal almışdır. Şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində göstərmişdir ki, 2015-ci il tarixdə qeyri rəsmi ailə həyatı qursa da, sonradan ayrılmışdır. Qeyri rəsmi nikahdan bir qız övladı vardır. 01 avqust 2023-cü il tarixdə evdə anası ilə mübahisələri yarandığından rəfiqəsi Ramilə ilə əlaqə saxlayıb evdən çıxmış və Maştağa qəsəbəsi, Albalılıq qəsəbəsində yaşayan rəfiqəsinin evinə getmişdir. 05 avqust 2023-cü il tarixdə təxminən saat 04:30 radələrində evdə yatdığı zaman həyətdə kişi səsi eşidib ayılmış və həyətə çıxmaq istəyəndə Ramilənin qardaşı İslam ona həyətdə başqa adamlar olduğunu, həyətə çıxmamağını bildirmişdir. Həyətə çıxmamış, İslamdan həyətdəki şəxslərin kim olduğunu soruşduqda sonuncu ona bu barədə məlumat verməmişdir. Bu vaxt Ramilə xəstə olduğu üçün yatmış, səsə ayılmamışdır. Təxminən 20 dəqiqə sonra İslam əlində zənbillərlə evə daxil olmuşdur. İslam əlindəki zənbilləri masanın üzərinə boşaltdıqda görmüşdür ki, toyuqlar, çipsi, bizon, siqaretlər, şirniyyatlar, və sair ərzaq məhsulları vardır. İslamın pulunun olmadığını bildiyi üçün düşünmüşdür ki, İslam oğurluq etmişdir. İslamdan həmin malları haradan gətirdiyini soruşduqda sonuncu ona həmin malları yaxınlıqda olan marketdən oğurladığını, bu barədə heçkəsə deməməyini bildirmişdir. O isə sonuncuya malları aparıb qaytarmağının məsləhət olduğunu bildirmişdir. Ertəsi gün Ramilə də hadisəni bildikdə İslama həmin malları qaytarmağını bildirmişdir. Həmin gün saat 13:30 radələrində 14-cü Polis bölməsinin əməkdaşları marketin sahibi olan sonradan adını bildiyi İlqar adlı şəxslə birlikdə evə daxil olmuşlar və ərzaq mallarını görən kimi, market sahibi həmin malların onun marketindən oğurlandığını bildirmişdir. Bundan sonra onu da polis şöbəsinə dəvət edib izahatını almışlar. Təqsirləndirilən şəxs2 əvvəllər də belə oğurluq əməlləri törətdiyi barədə heç bir məlumatı yoxdur, ilk dəfə İslamın oğurluq etdiyini özündən eşitmişdir. İslama evə gətirib masanın üzərinə boşaltdığı malları sahibinə qaytarmağı xahiş etmiş, həmin mallardan qəti olaraq istifadə etməmişdir. Təqsirləndirilən şəxs2 tutulmağından qorxduğu üçün onun əməli barədə polisə məlumat verməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi barədə 14 iyun 2023-cü il tarixli protokoldan görünür ki, ünvan 6 ünvanda yerləşən bağ evinə baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v.06-09); Təqdim etmə və maddi sübutun götürülməsi barədə 25 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə Maştağa qəsəbəsi Albalılıq bağ massivində ev 48 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 məxsus həyətdən oğurladığı əşyaları Xəzər rayonu ərazisində yerləşən metal qəbulu yerinə satdığını bildirdi və həmin əşyaların bəzisi həmin yerdən götürüldü (i.v.2122); Baxış keçirilməsi haqqında 02 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 2-ci Albalılıq bağ massivində yerləşən 354 saylı bağ evinə baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v.29- 33); Əşyanın tanınmasının aparılması haqqında 04 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ona təqdim edilən əşyaları nəzərdən keçirib qırmızı rəngli dəmir stulu rənginə və köhnə olduğuna görə tanımış və ona məxsus olduğunu bildirmişdir (i.v.56); Əşyanın tanınmasının aparılması haqqında 04 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ona təqdim edilən əşyaları nəzərdən keçirib açıq qəhvəyi rəngli kondisioner qoruyucusunu köhnə olduğuna görə tanımış və ona məxsus olduğunu bildirmişdir (i.v.57); Baxış keçirilməsi və əşyanın götürülməsi barədə 04 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 evindən oğurlanaraq Xəzər rayonu Maştağa- Buzovna yolunda yerləşən metal qəbulu məntəqəsinə satılmış 01 ədəd qırmızı rəngli dəmir stul və 01 ədəd açıq-qəhvəyi rəngli kondisioner qoruyucusu iş üzrə əhəmiyyət kəsb etdiyindən özünün iştirakı ilə götürülmüşdür (i.v.58); Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 04 sentyabr 2023-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 13:00-da Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.73); DVD diskdə olan video görüntüyə baxış keçirilməsi haqqında 05 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1la birgə qeyrisi ağ rəngli “Pikap” tipli avtomobildə 1 top dəmir tor (setka), 1 ədəd stul, kondisionerin qoruyucusu, hamam vannası və digər əşyalar gətirmələrinin videogörüntülərinin qeydə alınması öz əksini tapmışdır. Diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Zeynal Yusifovla birgə metal qəbulu məntəqəsinin qarşısındakı ağ rəngli “Pikap” modelli, yük yeri açıq olan avtomobilin yanında dayanırlar, avtomobilin yük yerində kondisionerin qoruyucusu, 1 ədəd stul, 1 ədəd hamam vannası, 1 top dəmir tor və digər xırda əşyaların olması aşkar görünür, əl jestləri ilə öz aralarında söhbət etdikdən sonra Qadir və Zeynalla birgə dayanan digər iki nəfər şəxsin köməyi ilə avtomobilin açıq olan yük yerindən avtomobildə olan kondisionerin qoruyucusunu, 1 ədəd stulu, 1 ədəd hamam vannasını, 1 top dəmir toru və digər əşyaları avtomobildən yerə düşürərkən çəkiliş sona çatır. Diskə baxış zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, diskdə olan görüntüdəki şəxs özü və dostu Zeynal Yusifovdur, 3-cü şəxs sürücü Muraz, 4-cü şəxs isə məntəqənin işçisidir, avtomobildəki əşyalar isə xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi, 2-ci Albalılıq bağ massivi 48 nömrəli ünvanda yerləşən Zərərçəkmiş şəxs1 məxsus yaşayış evindən oğurladıqları su mühərriki, dəmir stul və kondisionerin qoruyucusudur. Diskə Təqsirləndirilən şəxs1 iştirakı ilə baxış keçirildikdən sonra həmin disk iş üçün əhəmiyyət kəsb etdiyindən götürülərək qablaşdırılmışdır (i.v.96); Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 05 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal Sabunçu RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır (i.v.114-116); Qətimkan tədbirinin seçilməsi haqqında 05 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.117-118); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunması barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v.126); Maddi sübut kimi tanıma haqqında 16 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və X6 tərəfindən oğurlanan 1 ədəd dəmir stul və kondisionerin qoruyucusu iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, saxlanılması üçün Zərərçəkmiş şəxs1 qaytarılmışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 və X2 Zərərçəkmiş şəxs1 evindən oğurladıqları kondisioner qoruyucusunu və 1 ədəd stulu və Xəzər rayonu, Maştağa- Buzovna yolunda yerləşən metal qəbulu məntəqəsinə satmalarını özündə əks etdirən 01 ədəd “DVD” disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (i.v.132-135); Ambulator məhkəmə-psixatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 3158 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 Emosional davamsız şəxsiyyət pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs1 aşkar edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, qərarda göstərilən cinayət əməli törətdiyi zaman o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə xroniki psixi xəstəliyin və psixi fəaliyyətin müvəqqəti pozulmasının əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs1 öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal- hazırda da öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur (i.v.146-148); Qətimkan tədbirinin seçilməsi haqqında 31 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.152-153); Hadisə yerinə baxış keçirilməsi haqqında 23 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yeni yaşayış massivi nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v.218-223); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 9 ünvanında X8 məxsus yaşayış olmayan evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində yararlı olan əl izi (ADİS-in məlumat bankına Sabunçu RPİ-dən daxil olmuş) xx.xx.2004-cü ildə Rusiya Federasiyasında anadan olmuş Təqsirləndirilən şəxs2 sol əlinin adsız barmağının əksi ilə eynilik müəyyən edilmişdir (i.v.230); Hadisə yerinə baxış keçirilməsi haqqında 05 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Albalılıq massivində yerləşən nömrəsiz fərdi yaşayış evinə baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v.243-249); Şübhəli şəxsin tutulması haqqında 30 sentyabr 2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 19:00-da Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 2, i.v.18); Şübhəli şəxsin tutulması haqqında 30 sentyabr 2023-cü il tarixli protokolundan görünür ki, X7 həmin tarixdə saat 20:00-da Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 2, i.v.37); Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 02 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal Sabunçu RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır (cild 2, i.v.92-94); Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında 02 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 2, i.v.94-96); Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 02 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal Sabunçu RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır (cild 2, i.v.103-104); Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında 02 oktaybr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 2, i.v.105-106); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisinin Amnistiya qərarının 4-cü bəndinə əsasən cəza müddəti 06 ay azaldılaraq 02 il təyin edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 2, i.v.125-126); Sübutların qiymətləndirilməsi haqqında 03 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, 05 avqust 2023-cü il tarixdə vətəndaş Zərərçəkmiş şəxs4 müraciəti əsasında hadisə yerinə baxış keçirilərkən Bakı şəhəri, Sabunçu qəsəbəsi, Maştağa qəsəbəsi, Albalılıq massivində yerləşən nömrəsiz fərdi yaşayış evindən aşkar edilərək götürülmüş 02 ədəd üzərində “Qualiko” yazısı olan dondurulmuş toyuq, üzərində “Yarche” və “Sprint” yazısı olan cəmi 10 ədəd şokolad, 06 ədəd “Rothmans”, “Viceroy” və “Prima” markalı siqaretlər, 01 kiloqram “brinza pendiri”, 03 kiloqram “Südlü” və “Qafqaz” əmtəə nişanlı sosiska, 01 ədəd üzərində “Lays” yazısı olan çipsi məhsulu və 01 ədəd üzərində “Patron” yazısı olan araxis məhsulu iş üzrə əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və sahibi Zərərçəkmiş şəxs4 qaytarılması nəzərə alınmışdır (cild 2, i.v.160-181); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(008)-260/2024 saylı hökmündən görünür ki, X6 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etməsi əməli üzrə təqsirli bilinərək CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə məhkum edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-801/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilərək dərhal həbs edilməsi, həbsetmənin əvvəlinin tutulduğu tarixdən hesablanması qərara alınmış, iş üzrə icraat dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə 14-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı ünvanın yaxınlığında 11:30 radələrində saxlanılaraq Sabunçu RPİ-nin İŞ-nə təhvil verilməsi üçün 14-cü PŞ-nə gətirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-c il tarixdə Bakı istintaq təcridxanasına gətirilmişdir. Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2011-ci il təvəllüdlü və xx.xx.2012-ci il təvəllüdlü iki azyaşlı uşağı vardır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Vəfanın həyətinə daxil olmuşdur, həmin həyətə daxil olub həyətdəki dəmir stolu götürüb çıxmışdır, başqa heç bir əşya götürməmişdir. Vəfanın evinə başqa şəxslər daxil olub, lakin polis onları tapa bilmədiyi üçün onu həmin oğurluqları boynuna almağa məcbur edib. Polislər onu döydüyü üçün digər əşyaları oğurladığını bildirmişdir. Zərərçəkmiş şəxs4 işlətdiyi marketə tək daxil olmuşdur. Gecə vaxtı marketin damına çıxıb lambirini sökmüş və içəri daxil olmuşdur. Marketdən kolbasa, sosiska, şor, pendir götürüb çölə çıxmışdır. O, marketdən siqarət və digər göstərilən malları götürməmişdir. Qadir kasıb uşaqdır və oğurluqda iştirak etməyib. Onu çağırıb yemək vermişdir. Marketdən götürdüklərini kimin ehtiyacı olub onlara vermişdir. İşi olmadığı və imkanı olmadığı üçün oğurluq etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 bu ifadəsinə tənqidi yanaşaraq özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Belə ki, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs2 ifadələri alınmış, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi həmin ifadələrdə Təqsirləndirilən şəxs2 özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş və həmin ifadələr üzrə qeydə alınmış protokolları özü və vəkili imza etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs2 vermiş olduğu ifadəsində Vəfanın həyətindən stol apardığını etiraf etsə də evinə girmədiyini bildirmişdir. Lakin, hadisə yerinin müayinəsi zamanı X8 məxsus yaşayış olmayan evdə baş vermiş oğurluq faktı ilə əlaqədar əl barmaq izləri götürülmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 9 ünvanında X8 məxsus yaşayış olmayan evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində yararlı olan əl izi (ADİS-in məlumat bankına Sabunçu RPİdən daxil olmuş) xx.xx.2004-cü ildə Rusiya Federasiyasında anadan olmuş Təqsirləndirilən şəxs2 sol əlinin adsız barmağının əksi ilə eynilik müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs1 onunla birlikdə oğurluq əməlində iştirak etmədiyini göstərsə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 digər Təqsirləndirilən şəxs1 məsuliyyətdən yaxa qurtarması üçün məhkəmə istintaqı zamanı yuxarıda göstərilən məzmunda ifadə vermişdir. Belə ki, təqsirləndirilən şəxslərin hər ikisi ibtidai istintaq zamanı bununla bağlı etirafedici ifadələr vermişlər. Həmçinin, Təqsirləndirilən şəxs2 ifadəsində soyuducusu olmadığından sosiskaları Təqsirləndirilən şəxs1 pay verdiyini, Təqsirləndirilən şəxs1 oğurluq əməlində iştirak etmədiyini göstərmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs1 ifadəsində oğurluq əməlində iştirak etmədiyini, Təqsirləndirilən şəxs2 ona sosiskaları pay verdiyini göstərmişdir. Halbuki, Təqsirləndirilən şəxs1 yaşadığı həyətinə baxış zamanı təkcə sosiskalar deyil, hadisənin baş verdiyi marketdən oğurlanmış digər ərzaq məhsulları(“Yarche” şokoladı, “Sprint” şokoladı, toyuq, siqaret, kolbasa və s.) aşkar edilmiş, fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir. Lakin, hər iki təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələrində bu xüsusatı təkzib edəcək hər hansı halı göstərməmişlər. Eyni zamanda, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində özünü heç bir oğurluq əməlində təqsirli bilmədiyini göstərmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 bu ifadəsinə tənqidi yanaşaraq özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(008)-260/2024 saylı hökmündən görünür ki, X6 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etməsi əməli üzrə təqsirli bilinərək CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə məhkum edilmiş, sözügedən hökm qanuni qüvvəyə minmişdir. Bundan başqa, yuxarıda qeyd edildiyi kimi Təqsirləndirilən şəxs1 yaşadığı həyətinə baxış zamanı hadisənin baş verdiyi marketdən oğurlanmış ərzaq məhsulları aşkar edilmiş, fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir. Həmçinin, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs1 və X6 qonşularıdır, mehriban münasibətləri var, onlarla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. xx.xx.2023-cü il tarixdə Qadir və Zeynal ondan xahiş etmişlər ki, məhəllələrində olan yararsız metal əşyalarını metal qəbulu məntəqəsinə daşınmasına köməklik etsin. O etiraz etməmiş və idarə etdiyi “İJ” markalı, “Pikap” modelli, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilini məhəlləyə sürmüşdür. Həmin tarixdə, yəni xx.xx.2023-cü il tarixdə saat 19 radələrində məhəllədən 1 ədəd su mühərriki, 1 ədəd stulu, kondisionerin qoruyucusunu, dəmir boruları, dəmir toru və hamam vannasını avtomobilinə yükləyərək Xəzər rayonu ərazisində, Maştağa-Buzovna yolunda yerləşən metal qəbulu məntəqəsinə gətirmişlər. Həmin əşyaları məntəqənin Anar adlı işçisinə metal kimi təhvil vermişlər. Əşyaların oğurluq olmasını bilməmiş, ilk dəfə Qadir və Zeynalın əşyalarını daşımışdır. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs1 ona demişdirki, həmin mallar ona məxsusdur. Eləcə də, DVD diskdə olan video görüntüyə baxış keçirilməsi haqqında 05 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1la birgə qeyrisi ağ rəngli “Pikap” tipli avtomobildə 1 top dəmir tor (setka), 1 ədəd stul, kondisionerin qoruyucusu, hamam vannası və digər əşyalar gətirmələrinin videogörüntülərinin qeydə alınması öz əksini tapmışdır. Diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Zeynal Yusifovla birgə metal qəbulu məntəqəsinin qarşısındakı ağ rəngli “Pikap” modelli, yük yeri açıq olan avtomobilin yanında dayanırlar, avtomobilin yük yerində kondisionerin qoruyucusu, 1 ədəd stul, 1 ədəd hamam vannası, 1 top dəmir tor və digər xırda əşyaların olması aşkar görünür, əl jestləri ilə öz aralarında söhbət etdikdən sonra Qadir və Zeynalla birgə dayanan digər iki nəfər şəxsin köməyi ilə avtomobilin açıq olan yük yerindən avtomobildə olan kondisionerin qoruyucusunu, 1 ədəd stulu, 1 ədəd hamam vannasını, 1 top dəmir toru və digər əşyaları avtomobildən yerə düşürərkən çəkiliş sona çatır. Diskə baxış zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, diskdə olan görüntüdəki şəxs özü və dostu Zeynal Yusifovdur, 3-cü şəxs sürücü Muraz, 4-cü şəxs isə məntəqənin işçisidir, avtomobildəki əşyalar isə xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi, 2-ci Albalılıq bağ massivi 48 nömrəli ünvanda yerləşən Zərərçəkmiş şəxs1 məxsus yaşayış evindən oğurladıqları su mühərriki, dəmir stul və kondisionerin qoruyucusudur. Diskə Təqsirləndirilən şəxs1 iştirakı ilə baxış keçirildikdən sonra həmin disk iş üçün əhəmiyyət kəsb etdiyindən götürülərək qablaşdırılmışdır. İş materiallarına əlavə edilmiş diskdə olan görüntülərdən hadisə günü Təqsirləndirilən şəxs1 ilə X2 birlikdə metal qəbulu məntəqəsinə gəlməsi, oğurlanmış əmlakları avtomobildən birlikdə endirmələri açıq aydın görünmüşdür. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı döyülərək qabırğalarının qırıldığını göstərmiş, bunu təsdiq edən şahidləri məhkəməyə gətirəcəyini bildirsə də, məhkəmədə dindirilməsi üçün hər hansı şahid dəvət etməmişdir. Eyni zamanda məhkəmə tərəfindən ona verilmiş suala cavab olaraq bu barədə heç bir orqana müraciət etmədiyini bildirmiş, bunun səbəbi barədə suala cavab verə bilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndində əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini iş materiallarında olan sübutları qarşılıqlı təhlil edərək məhkəmə bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı vermiş olduqları ifadələri daha inandırıcıdır, həmin ifadələri daha mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı vermiş olduqları etirafedici ifadələri, zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi oğurluq əməlləri CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar və ya yaşayış sahəsinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı övladının olmasını(CM- 59.1.4), zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən ödənilməsini(CM-59.1.14) nəzərə alır və cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını(CM-59.1.12) nəzərə alır və cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilməmişdir. Belə ki, CM-nin 92.0cı maddəsinə əsasən şərti məhkum etməyə görə məhkumluq istisna olmaqla, məhkumluğun bu Məcəllənin 83.3-cü maddəsində nəzərdə tutulmuş müddətləri cinayət törətmiş yetkinlik yaşına çatmayanlar üçün qısaldılır və aşağıdakı müddətlər keçdikdə məhkumluq ödənilmiş hesab edilir: 92.0.2. böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzanın çəkilib qurtardığı gündən bir il; 92.0.3. ağır və ya xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzanın çəkilib qurtardığı gündən üç il keçdikdə. Təqsirləndirilən şəxs2 məhkumluğu yetkinlik yaşına çatmayan tərəfindən törədilmiş cinayətlərə görə məhkumluq olduğundan CM-nin 18.4-cü maddəsinə əsasən cinayətin residivi zamanı nəzərə alına bilməz. Lakin, Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmədiyi halda sözügedən cinayət əməllərini törətməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs2 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətləri, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar(müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, tutulduğu 04 sentyabr 2023-cü il tarixdən 05 sentyabr 2023-cü il tarixədək olan 02 (iki) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı(CM- 69.3), cəzaçəkmə müddətinin başlanğıcı 12 fevral 2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli(CM-56.1.2), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli, dərhal məhkəmə iclas zalında həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, tutulduğu 30 sentyabr 2023-cü il tarixdən 02 oktyabr 2023-cü il tarixədək olan 02 (iki) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı(CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı 18 dekabr 2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli(CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunmalıdır. İş üzrə maddi sübutlar- 01 ədəd dəmir stul və kondisionerin qoruyucusunun Zərərçəkmiş şəxs1 qaytarılması, 02 ədəd üzərində “Qualiko” yazısı olan dondurulmuş toyuq, üzərində “Yarche” və “Sprint” yazısı olan cəmi 10 ədəd şokolad, 06 ədəd “Rothmans”, “Viceroy” və “Prima” markalı siqaretlər, 01 kiloqram “brinza pendiri”, 03 kiloqram “Südlü” və “Qafqaz” əmtəə nişanlı sosiska, 01 ədəd üzərində “Lays” yazısı olan çipsi məhsulu və 01 ədəd üzərində “Patron” yazısı olan araxis məhsullarının Zərərçəkmiş şəxs4 qaytarılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs2 sol əlinin adsız barmağının əksi ilə eynilik təşkil edən əlbarmaq izlərinin olduğu bir ədəd zərfin və 01 ədəd “DVD” diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən tutulduğu 04 sentyabr 2023-cü il tarixdən 05 sentyabr 2023-cü il tarixədək olan 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 12 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin, dərhal məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən tutulduğu 30 sentyabr 2023-cü il tarixdən 02 oktyabr 2023-cü il tarixədək olan 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 18 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutlar- 01 ədəd dəmir stul və kondisionerin qoruyucusunun Zərərçəkmiş şəxs1 qaytarılması, 02 ədəd üzərində “Qualiko” yazısı olan dondurulmuş toyuq, üzərində “Yarche” və “Sprint” yazısı olan cəmi 10 ədəd şokolad, 06 ədəd “Rothmans”, “Viceroy” və “Prima” markalı siqaretlər, 01 kiloqram “brinza pendiri”, 03 kiloqram “Südlü” və “Qafqaz” əmtəə nişanlı sosiska, 01 ədəd üzərində “Lays” yazısı olan çipsi məhsulu və 01 ədəd üzərində “Patron” yazısı olan araxis məhsullarının Zərərçəkmiş şəxs4 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs2 sol əlinin adsız barmağının əksi ilə eynilik təşkil edən əlbarmaq izlərinin olduğu bir ədəd zərfin və 01 ədəd “DVD” diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunsun. Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-58/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-58/2025
12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver