Məhkəmə qərarları › İş №1(008)-580/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-580/2024

25.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-580/2024 25.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Məhəmməd oğlunun iştirakları ilə, xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təyin edilmiş cəza 01 il sınaq müddəti ilə şərti hesab edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs, xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Məmmədyarov dairəsindəki "Royal Market'ln arxasında tanışı Şahid4 60 manata 1 ədəd sellofan bükümdə təmiz çəkisi 1,209 qram və 1 ədəd kibrit qutusunda təmiz çəkisi 11,784 qram, ümumi təmiz çəkiləri 12,993 qram xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində və idarə etdiyi '‘Hyundai" markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobildə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yeni yaşayış massivinədək saxlayaraq daşımış, xx.xx.2024-cü il tarixdə saat 19:30 radələrində özünü şübhəli apardığına görə Sabunçu RPİ-nin Cinayət-axtarış şöbəsinin əməkdaşları tərəfindən qeyd olunan ünvanda saxlanılaraq ünvan 3u Rayon Polis İdarəsinin 14-cü Polis şöbəsinə gətirilmiş, PŞ-də onun üzərində keçirilmiş şəxsi axtarış zamanı əynindəki gödəkçəsinin sağ yan cibindən şəffaf sellofana bükülmüş təmiz çəkisi 1,209 qram, "Hyundai" markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sandıqcasındakı kibrit qutusundan isə təmiz çəkisi 11,784 qram, ümumi təmiz çəkiləri 12,993 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2023-cü ilin payızından narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir, marixuananı Bakı şəhərinin müxtəlif ərazilərindən alır. Şahid4 2022-ci ildən tanıyır, eyni şirkətdə o, avtokar sürürmüş, Şahid4 isə qablaşdırma işini görmüş, yaxın münasibətləri olmuşdur. 2023-cü ilin əvvəllərindən hər ikisi həmin şirkətdən işdən çıxmışlar. Hərdən Zaurla telefonda əlaqə saxlamışdır, Zaurda onun kimi marixuana istifadə etmiş, bir neçə dəfə Zaurla birgə marixuana çəkmiş, lakin Zaurdan cəmi 1 dəfə, yəni xx.xx.2024-cü il tarixdə marixuana almışdır. Belə ki,xx.xx.2024-cü il tarixdə marixuana çəkmək istəsə də, tapa bilmədiyini görüb saat 15 radələrində istifadəsində olan ***-***-**-** nömrəsindən Zaurun istifadəsində olan 077- ***-**-** nömrəsinə zəng vuraraq bildirmişdir ki, marixuana çəkmək İstəyir, lakin tapa bilmir. Zaur demişdir ki, təşkil edə bilər, lakin 15-20 dəqiqəyə dəqiq cavab deyəcək. O, Zaurdan cavab çıxmadığını görüb saat 15:30 radələrində Zauru təkrarən yığmış, Zaur bildirmişdir ki, özü onu yığacaq. Zaur onu yığmadığından 10 dəqiqə sonra Zauru təkrar yığmış, Zaur bildirmişdir ki, marixuana təşkil edə bilər. Son dövrlər marixuananı tapmaq çətin olduğundan Zaurdan xahiş etmişdir ki, 2 büküm təşkil etsin. Zaur 2 bükümü 60 manata təklif etmiş, o, razılaşdıqdan sonra Zaur demişdir ki, hazır olanda özü onu yığacaq. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Zaur ona zəng vuraraq bildirmişdir ki, 2 büküm marixuana hazırdır, saat 19:00-da onu Sabunçu rayonu, Maştağa qəsəbəsi, Məmmədyarov dairəsindəki Royal Marketin arxasında gözləyəcək. Onun üçün Mərdəkan qəsəbəsindən avtomobilsiz getmək uzaq və marixuana aldıqdan sonra avtomobilsiz qayıtmaq təhlükəli olduğundan dostu Şirxan Təmirovdan "Hyundai" markalı, “Accent" modelli **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilini götürərək saat 19 radələrində Maştağa qəsəbəsi, Məmmədyarov dairəsindəki Royal Marketin arxasına getmişdir. Zaurda görüşə tək gəlmiş, Zaurla salamlaşıb hal-əhval tutduqdan sonra Zaur avtomobilə oturmuş, avtomobildə ona 1 ədəd şəffaf sellofana bükülmüş və 1 ədəd kibrit qutusunda olan marixuanaları vermiş, bildirmişdir ki, sellofandakı marixuanadan yoxdur, köhnə partiyadandır, kibrit qutusunda olan marixuanadan istəsə var. Şəffaf sellofanda olan marixuana kibrit qutusunda olan marixuanadan az olduğundan qərara gəlmişdir ki, ilk öncə sellofanda olanı çəksin. Odur ki, sellofanda olan marixuananı əynindəki gödəkçəsinin sağ yan cibinə, kibrit qutusunda olan marixuananı isə İdarə etdiyi “Hyundai” markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sandıqçasına qoymuşdur. O, Zaura 2 ədəd 10 manatlıq və 2 ədəd 20 manatlıq pul əskinazları, cəmi 60 manat nağd pul vermiş, bir qədər söhbət etdikdən sonra Zaur onunla sağollaşaraq piyada getmişdir. O, düşünmüşdür ki, cibindəki marixuananı sakit yerdə çəksin. Odur ki, avtomobillə Maştağa qəsəbəsində fırlanaraq sakit yer axtarmağa başlamış, saat 19:30 radəiərində Maştağa qəsəbəsi Xanlar yeni yaşayış massivində, heç kimin olmadığı yerdə avtomobili yolun kənarında saxlayaraq avtomobildən düşmüşdür. O, cibindəki sellofanda olan marixuananı çıxararkən Sabunçu RPİ-nin əməkdaşlarını görmüş və dərhal sellofanı cibinə qoymuşdur. Polis əməkdaşları ona yaxınlaşaraq Sabunçu RPİ CAŞ-ın əməkdaşları olmalarını bildirmiş, ondan şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Cibində marixuana olduğundan həyəcanlanmış, fikirləşmişdir ki, hansı yolla olur olsun polis əməkdaşlarından uzaqlaşsın. Odur ki, polislərə əhəmiyyət verməyərək avtomobilə minmək istəyərkən polis əməkdaşları qarşısına keçərək ondan kimliyi barədə soruşmuşlar. O, əhəmiyyət verməyib yenidən polis əməkdaşlarından uzaqlaşmaq istəyərkən onu Sabunçu RPİ 14-cü PŞ-nə dəvət etmişlər. Etiraz etməmiş, düşünmüşdür ki, yolda marixuanaları tullayar, lakin polis əməkdaşları buna şərait yaratmamışlar. Avtomobili özü idarə etmiş, Şahid1 avtomobildə arxada, Uğur Nərimanbəyli isə qarşıda oturmuşlar. 14-cü PŞ-nin inzibati binasına gəlmişlər, Kərim Avdullayevin göstərişi ilə avtomobilini binanın həyətində saxlamış, qapılarını bağlayaraq açarını növbətçi hissəyə vermişdir. 14-cü PŞ-də, təhqiqatçı tərəfindən ona özünün siyahıdan seçdiyi vəkil təqdim olunmuş, hüquq və vəzifələri ona izah edilmiş, bildirilmişdir ki, vəkilin iştirakı İlə, videoçəkilişlə üzərinə şəxsi axtarış aparılacaq. O, demişdir ki, videoçəkilişlə axtarış aparılmasına etirazı yoxdur, lakin vəkilin iştirakından imtina edir və bu barədə ərizə yazmışdır. Təhqiqatçının xidməti otağında videogörüntü ilə üzərinə keçirilən baxış zamanı təhqiqatçı vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış aparılacağını bildirmiş, o, etirazının olmadığını demişdir. Təhqiqatçı üzərində qanunsuz əşya və ya predmet olduğu təqdirdə təqdim etməsini istəmişdir. O, əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofandakı bükümü və gödəkcəsinin sol yan cibindən “Samsung A11” markalı mobil telefonu çıxardaraq masanın üzərinə qoymuşdur. Daha sonra üzərində şəxsi axtarış aparılsa da, üzərindən başqa heçnə aşkar edilməmişdir. Təhqiqatçı tərəfindən büküm açılarkən içərisindən ot kütləsi aşkar olunmuşdur. Sorğu zamanı bildirmişdir ki, aşkar edilmiş ot kütləsi “nəşə''dir, Maştağa qəsəbəsində yaşayan Zaur adlı tanışından almış, Zaurla telefon əlaqəsi yaratmaqla ünsiyyət edir, "nəşə”,ni Zaurdan görüşərək şəxsi istifadəsi üçün 60 manata almış, Zaurdan aldığı digər büküm isə idarə etdiyi "Hyundai” markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobildədir, həmin bükümü də təqdim edə bilər. Onun masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi marixuana və bir ədəd "Samsung AH" markalı mobil telefon təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş, o, və şəxsi axtarışında iştirak edən şəxslər zərfi imzalamışlar. Bundan sonra üzərində aparılan şəxsi axtarışa dair protokol tərtib edilmiş, o, və polis əməkdaşları bu barədə tərtib edilmiş protokolu imzalamışlar. Bundan sonra, 14-cü PŞ-nin həyətində saxladığı "Hyundai" markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilə təhqiqatçı tərəfindən videoçəkilişlə baxış keçirilmişdir. Təhqiqatçı avtomobildə olan narkotik vasitəni təqdim etməsini bildirmiş, o, avtomobilə qabaq sağ qapıdan yaxınlaşaraq qapını açmış, qabaq sağ tərəfdəki sandıqçanı göstərərək narkotik vasitəni orada saxladığını bildirmişdir. Təhqiqatçı sandıqçanı açmış, içərisindən onun qoyduğu kibrit qutusunu götürərək açarkən içərisindən ot kütləsi aşkar olunmuşdur. Sorğu zamanı bildirmişdir ki, kibrit qutusundakı ot kütləsi “nəşə”dir, şəxsi axtarışı zamanı üzərindən aşkar edilmiş və hazırda avtomobildən götürülmüş "nəşə"ləri tanışı Zaurdan almış, avtomobildə gəzdirməsinə səbəb istifadə edəcəyi olmuşdur. Daha sonra idarə etdiyi avtomobildə axtarış keçirilsə də, başqa heçnə aşkar edilməmişdir. Avtomobildən aşkar olunmuş ot kütləsi təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş, o, və axtarışda iştirak edən şəxslər zərfi imzalamışlar. Bundan sonra avtomobildə aparılan axtarış barədə protokol tərtib edilmiş, o, və polis əməkdaşları bu barədə tərtib edilmiş protokolun doğruluğunu imzaları ilə təsdiqləmişlər. Əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə Sabunçu RPİ-nin CAŞ-in əməliyyat müvəkkili, polis leytenantı Şahid1lə birgə Sabunçu RPİ 14-cü PŞ-nin inzibati ərazisində, yəni Sabunçu rayonu, Maştağa qəsəbəsində xidmət aparmışlar. Həmin tarixdə saat 19:30 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində heç kimin olmadığı qaranlıq yerdə, yolun kənarında “Hyundai" markalı, "Accent” modelli, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını, avtomobilin sükan arxasında oturan, sonradan adını bildikləri sürücü Təqsirləndirilən şəxs avtomobildən düşərək ətrafa boylandığını görmüşlər. Təqsirləndirilən şəxs hərəkətləri diqqətlərini cəlb etdiyindən Şahid1lə birgə ona yaxınlaşmışlar, Təqsirləndirilən şəxs avtomobildə tək olmuşdur, Təqsirləndirilən şəxs onları görən kimi avtomobilinə tərəf getmiş, onlardan yayınması şübhə oyatdığından ona yaxınlaşaraq özlərini təqdim etmişlər. O, Şahid1lə birgə Təqsirləndirilən şəxs anket məlumatlarını soruşmuş, İlkin onlara əhəmiyyət verməyərək yolun kənarında saxladığı "Hyundai" markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilinə minmək istəmişdir. O, Şahid1lə birgə Təqsirləndirilən şəxs qarşısına keçərək İlkindən kimliyi barədə soruşmuşlar. Onlara əhəmiyyət verməyib yenidən sükan arxasına oturmaq istəyərkən Təqsirləndirilən şəxs və ya sonuncunun avtomobilində qanunsuz əşya ola biləcəyindən şübhələnərək Təqsirləndirilən şəxs Sabunçu RPİ 14-cü PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birgə 14-cü Polis şöbəsinə getmişdir. Avtomobili Təqsirləndirilən şəxs idarə etmiş, o, avtomobildə qarşıda oturmuş, Şahid1 isə arxa oturacağa minmişdir. 14-cü PŞ-nin inzibati binasına gəlmişlər, həmkarı Şahid1 göstərişi ilə Təqsirləndirilən şəxs avtomobili inzibati binanın həyətində saxlamış, qapılarını bağlayaraq açarını növbətçi hissəyə təhvil vermişdir. O, həmçinin əməliyyat müvəkkili Şahid1, saxlanılan Təqsirləndirilən şəxs PŞ-nə gətirilməsi barədə 14-cü PŞ rəhbərliyinə raportla məruzə etmiş, bu barədə araşdırmanın aparılması təhqiqatçıya həvalə edilmişdir, Təqsirləndirilən şəxs PŞ-nə gətirilən andan şəxsi axtarışı aparılanadək tərəflərindən müşahidə altında saxlanılmış, bu səbəbdən də sonradan məlum olduğu kimi üzərində olan narkotik vasitəni hər hansı bir üsulla özündən kənarlaşdırmağa imkanı olmamışdır. Təqsirləndirilən şəxs tutulan andan təhqiqatçı tərəfindən hüquqları izah olunmuş, müdafiəçinin iştirakı təmin edilmişdir. PŞ-də olarkən artıq Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını etiraf etmişdir. Təqsirləndirilən şəxs öz tələbi və rəsmi xahişi ilə müdafiəçinin İştirakı olmadan 14-cü PŞ-nin inzibati binasında təhqiqatçının xidməti iş otağında videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə aparılmışdır. Axtarış və götürmə apanlarkən təhqiqatçı saxlanılan Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış aparılacağını bildirmiş, Təqsirləndirilən şəxs etirazının olmadığını demişdir. Təhqiqatçı saxlanılan Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet olub-olmamasını soruşmuş, olduğu təqdirdə təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofandakı bükümü və gödəkcəsinin sol yan cibindən bir ədəd "Samsung" markalı mobil telefonunu çıxardaraq masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışı aparılsa da, üzərindən başqa heçnə aşkar edilməmişdir. Təhqiqatçı tərəfindən büküm açılarkən içərisindən ot kütləsi aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş ot kütləsi “nəşə"dir, Maştağa qəsəbəsində yaşayan Zaur adlı tanışından şəxsi istifadəsi üçün 60 manata almış, Zaurdan aldığı digər büküm isə idarə etdiyi avtomobildədir, həmin bükümü də təqdim edə bilər. Onun masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi büküm və “Samsung" markalı mobil telefonu təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmişdir. O və iştirakçılar zərfi imzalamışlar. Bu barədə protokol tərtib olunmuş, o, və digər iştirakçılar protokolla tanış olaraq doğruluğunu imzaları ilə təsdiqləmişlər. Daha sonra 14-cü PŞ-nin inzibati binasının həyətində onun, əməliyyat müvəkkili Şahid1 və saxlanılan Təqsirləndirilən şəxs iştirakı ilə təhqiqatçı tərəfindən vİdeoçəkİİİşdən istifadə edilməklə Təqsirləndirilən şəxs idarə etdiyi '‘Hyundaı” markalı, ‘'Accent'” modelli, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobildə axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə yaxınlaşaraq qapını açmış, qabaq sağ tərəfdəki sandıqçanı göstərərək narkotik vasitəni orada saxladığını bildirmişdir. Təhqiqatçı tərəfindən sandıqca açılan zaman içərisində kibrit qutusunun olması müəyyən edilmiş, təhqiqatçı kibrit qutusunu açarkən içərisindən ot kütləsi aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, kibrit qutusundakı ot kütləsi '”nəşə”dir, şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş və hazırda avtomobilindən götürülmüş "nəşə"ləri Zaur adlı tanışından almış, avtomobilində gəzdirməsinə səbəb istifadə edəcəyi olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs özünün iştirakı İlə idarə etdiyi avtomobildə axtarış keçirilsə də, başqa heçnə aşkar edilməmişdir. Bu barədə protokol tərtib olunmuş, o, və digər iştirakçılar protokolla tanış olaraq protokolun doğruluğunu imzaları ilə təsdiqləmişlər. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid2 ifadəsinə oxşar məzmunli ifadə verərək həmin xüsusatları özünə aid hissədə təsdiq etmişdir(i.v.187-189); Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində göstərmişdir ki, narkotik aludəçisidir, 2021-ci ildən narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir, özünün istifadəsi üçün marixuanaya pul xərcləmir, belə ki, hər il yaşadığı ünvan 5 ünvanda yerləşən evinin həyətində dibçək qablarda çətənə kolunu əkir, təxmini çəkisi 500 qram olur, həyətində qurudaraq il boyu istifadə edir. Narkotik istifadəçisi olsa da narkotik satan deyil. 2023-cü ilin may ayından həyətində özünün istifadəsi üçün bir neçə dibçək qabda marixuana əkmiş, həmin vaxtadək 2022-ci ilin yayından əkdiyi marixuanadan istifadə etmiş, 2022-cİ ilin marixuanası tam qurtarmamışdır deyə 2023-cü ildə əkdiyi marixuananın istifadəsinə başlamamışdır. Təqsirləndirilən şəxs 2022-ci ildən tanıyır, İlkinlə eyni şirkətdə, o, qablaşdıran işləmiş, Təqsirləndirilən şəxs isə avtokar sürürmüş, mehriban münasibətləri var, ədavətləri və ya düşmənçilikləri olmayıb. 2023-cü ilin əvvəllərindən hər ikisi həmin şirkətdən işdən çıxmışlar. Hərdən İlkinlə telefonda əlaqə saxlamış, İlkin də onun kimi marixuana istifadə etmişdir. Bir neçə dəfə İlkinlə birgə marixuana çəkmiş, lakin o, narkotik tərkibli maddəni cəmi bir dəfə, ilkinə satmışdır. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 15 radələrində İlkin istifadəsində olan ***-***-**-** nömrəsindən onun istifadəsində olan ***-***-**-** nömrəsinə zəng vuraraq bildirmişdir ki, marixuana çəkmək istəyir, lakin tapa bilmir. O, marixuana istifadəçisi kimi İlkinin vəziyyətini başa düşmüş və söz vermişdir ki, təşkil edə bilər, lakin özündə olduğunu deməmişdir. Həmin vaxt şəxsi işləri olduğundan İlkinə bildirmişdir ki, 15- 20 dəqiqəyə konkret cavab deyəcək. Təxminən 10 dəqiqə sonra İlkin onu təkrar yığmış, o, İlkinə demişdir ki, hələ işini bitirməmiş, işini bitirib özü İlkinə zəng vuracaq. 10 dəqiqə sonra ilkin ona təkrarən zəng vurmuş, İlkinin əl çəkmədiyini görüb bildirmişdir ki, marixuana təşkil edə bilər. İlkin 2 büküm marixuana istəyərək qiymətini soruşmuş, ilkinə qiymət deyə bilməyəcəyindən marixuananın özünə məxsus olmasını deməmiş, bildirmişdir ki, guya başqasından 2 bükümünü 60 manata tapa bilər, hazır olanda özü İlkinə zəng vuracaq. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində işini bitirib yaşadığı evinə getmiş, 2022-ci ildə əkdiyindən qalan təxminən 1 qramdan artıq marixuananı şəffaf sellofana yığmış, 2023-cü ildə əkdiyi marixuanadan 1 ədəd kibrit qutusuna doldurmuşdur. Sellofandakı büküm az olduğundan kibrit qutusundakı marixuananı bol etmiş, təxminən 10 qramdan artıq olmuşdur. 2023-cü ildə əkdiyi marixuananın qalan hissəsini, yəni təxminən 400-500 qramını evinin qarajının sol küncündə olan taxta rəfin altında gizlətmişdir. Saat 17 radələrində İlkinə zəng vuraraq bildirmişdir ki, 2 büküm marixuana hazırdır, saat 19:00-da onu Sabunçu rayonu, Maştağa qəsəbəsi, Məmmədyarov dairəsindəki Royal Marketin arxasında gözləsin. Belə ki, saat 19 radələrində həmin ərazidə şəxsi işləri var imiş. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Maştağa qəsəbəsi, Məmmədyarov dairəsindəki "Royal Marketin arxasında olmuş, İlkin görüşə ağ rəngli “Hyundai'’ markalı, “Accent" modelli avtomobildə tək gəlmişdir. O, İlkinlə salamlaşıb hal-əhval tutduqdan sonra avtomobilə oturmuş, avtomobildə İlkinə 1 ədəd şəffaf sellofana bükülmüş və 1 ədəd kibrit qutusunda olan marixuanaları vermiş, bildirmişdir ki, sellofandakı marixuanadan yoxdur, köhnə partiyadandır və yaxşı nəşədir, bir- birilərinə qatıb keyfiyyətini itirməsin, kibrit qutusunda olan marixuanadan istəsə yenə var. İlkin ona 2 ədəd 10 manatlıq, 2 ədəd isə 20 manatlıq pul əskinazları, yəni cəmi 60 manat nağd pul vermiş, bir qədər söhbət etdikdən sonra İlkinlə sağollaşaraq avtomobildən düşmüş, İlkin avtomobilini sürərək oradan uzaqlaşmışdır. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində yaşadığı ünvan 5 ünvandan çıxaraq piyada gedərkən evinin yaxınlığında ona mülki geyimdə olan, sonradan adlarını bildiyi polis əməkdaşları yaxınlaşaraq Sabunçu RPl CAŞ-ın əməkdaşları olduqlarını demişlər. Polis əməkdaşları ondan anket məlumatlarını soruşmuş, o, bildirmişdir ki, Şahid4dur, özünü təqdim etdikdən sonra onu Sabunçu RPl 14-cü PŞ-yə dəvət etmişlər. Üzərində heç bir qanunsuz əşya olmadığından narahat olmamış, düşünmədən razılıq vermişdir. 14-cü PŞ-də, təhqiqatçı tərəfindən ona özünün siyahıdan seçdiyi təqdim olunmuş, hüquq və vəzifələri izah edilmişdir. Bildirilmiş ki, vəkilin iştirakı ilə, videoçəkilişlə üzərinə şəxsi axtarış aparılacaq. O, demişdir ki, videoçəkilişlə axtarış aparılmasına etirazı yoxdur, lakin vəkilin iştirakından imtina edir və bu barədə ərizə yazmışdır. Vəkildən ona görə imtina etmişdir ki, üzərində heç bir əşya olmamış, özünə arxayın olmuşdur ki, ona heç kim heçnə edə bilməz. Lakin ağlına gəlməzdir ki, yoldaşlıq etdiyi şəxs, yəni Təqsirləndirilən şəxs onu sata bilər. Təhqiqatçı xidməti otağında videogörüntü ilə vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmış, təhqiqatçı bildirmişdir ki, Sabunçu RPİ CAŞ-ın əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən narkotik vasitəyə bənzər ot kütləsi aşkar edilmiş, Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitəni ondan almışdır. O, Təqsirləndirilən şəxs narkotik vasitə satmasını təsdiqləmişdir. X1 üzərində qanunsuz əşya və ya predmet olub-olmamasını soruşmuş, olduğu təqdirdə təqdim etməsini istəmişdir. O, əynindəki şalvarının arxa sağ cibindən kağız pul və gödəkçəsinin sağ yan cibindən "NOKİA” markalı mobil telefonunu çıxardaraq masanın üzərinə qoymuşdur. Təhqiqatçı həmin pulları sayarkən 60 manat, yəni 2 ədəd 20 manatlıq, 2 ədəd isə 10 manatlıq pul əskinazlarının olması müəyyən edilmişdir. Daha sonra üzərinə şəxsi axtarış aparılsa da, üzərindən başqa heçnə aşkar edilməmişdir. Sorğu zamanı bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni 60 manata satmış, həmin narkotik vasitəni yay fəslində, dibçək qablarda həyətində əkərək yetişdirmişdir. Üzərindən aşkar edilən 60 manat pul Təqsirləndirilən şəxs satdığı narkotikin puludur. Təqsirləndirilən şəxsla telefon vasitəsi ilə əlaqə saxlamışdır, narkotik vasitəni satarkən Maştağa qəsəbəsində üz-üzə görüşmüşlər. Masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi 60 manat və mobil telefonu təhqiqatçı tərəfindən ayrı-ayrı zərflərdə qablaşdırılmış, qablaşdırılmış zərflər möhürlənmiş, o, və şəxsi axtarışında iştirak edən şəxslər tərəfindən zərflər imzalanmışdır. Aparılan şəxsi axtarışı barədə protokol tərtib edilmiş, o, və polis əməkdaşları bu barədə tərtib edilmiş protokolu imzalamışlar(i.v.237-241); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında 30 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:30 radələrində tutulmuşdur(i.v.14); Şəxsi axtarış və götürmə aparılması haqqında 30 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümün içərisində marixuanaya bənzər qurudulmuş ot kütləsi və həmin gödəkcənin sol yan cibindən Samsung markalı mobil telefon təqdim etmişdir. Təqsirləndirilən şəxs 01 ədəd şəffaf sellofan bükümün içərisində olan marixuananı Maştağa qəsəbəsində yaşayan Zaur adlı şəxsdən 60 manata aldığını və şəxsi istifadəsi məqsədilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir(i.v.25-26); Avtomobildə axtarış və götürmə aparılması haqqında 30 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs avtomobilin salonunda saxlanc yerində 01 ədəd kibrit qutusunun içərisində marixuanaya bənzər qurudulmuş ot kütləsi təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd kibrit qutusunun içərisində olan narkotik vasitə marixuananı Maştağa qəsəəsində yaşayan Zaur adlı şəxsdən 60 manata aldığını və ya şəxsi istifadəsi məqsədilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir(i.v.30-31); Məhkəmə-biolojİ ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-7/171 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ot kütləsi..." yazı və imzalar olan zərfdə 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 1,209 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən " yazı və imzalar olan zərfdə 1 ədəd kibrit qutusunda təmiz çəkisi 11,784 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar öz aralarında fərqlənirlər(i.v.38-39); Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir(i.v.112); DVD diskdə olan video görüntüyə baxış keçirilməsi haqqında 14 fevral 2024-cü il tarixli protokoldan görünür ki, “DVD" diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, videoçəkiliş zamanı Təqsirləndirilən şəxs polis əməkdaşının xidməti otağına daxil olur, əvvəlcə polis əməkdaşları, daha sonra Təqsirləndirilən şəxs özlərini təqdim edirlər. Bundan sonra Sabunçu RPİ 14-cü PŞ-nin təhqiqatçısı PŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı məlumat verir. Təhqiqatçı saxlanılan Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet olub-olmamasını soruşur, olduğu təqdirdə təqdim etməsini istəyir, Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibindən bir ədəd ağ şəffaf sellofana bükülmüş bükümü və gödəkcəsinin sol yan cibindən bir ədəd qara rəngli “Samsung A11” markalı mobil telefonu çıxardaraq masanın üzərinə qoyur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışı aparılsa da, üzərindən başqa heçnə aşkar edilmir. Təhqiqatçı tərəfindən büküm açılarkən içərisindən ot kütləsi aşkar olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, üzərindən aşkar edilmiş ot kütləsi “nəşə”dir, Maştağa qəsəbəsində yaşayan, evini belə tanıdığı Zaur adlı tanışı ilə telefon əlaqəsi yaradıb sonuncunun təyin etdiyi məkanda görüşərək “nəşə'’ni şəxsi istifadəsi üçün 60 manata almış, Zaurdan aldığı digər büküm isə idarə etdiyi avtomobildədir, həmin bükümü də təqdim edə bilər. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi büküm və bir ədəd qara rəngli "Samsung A11" markalı mobil telefon təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılır, qablaşdırılmış zərf möhürlənir, Təqsirləndirilən şəxs və şəxsi axtarışda iştirak edən şəxslər tərəfindən zərf imzalanır və bununla da çəkiliş sona çatır(i.v.181-182); DVD diskdə olan video görüntüyə baxış keçirilməsi haqqında 14 fevral 2024-cü il tarixli protokoldan görünür ki, “DVD" diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, videoçəkiliş zamanı əvəlcə polis əməkdaşları, daha sonra Təqsirləndirilən şəxs özlərini təqdim edirlər. Bundan sonra 14-cü PŞ-nin təhqiqatçısı PŞ-yə gətirilmiş Təqsirləndirilən şəxs saxlanılması və şəxsi axtarışı barədə məlumat verir, şəxsi axtarışı zamanı üzərindən aşkar edilmiş narkotik vasitənin qalan hissəsinin avtomobilində saxlanılması barədə dediklərini Təqsirləndirilən şəxs xatırladır, sonuncu bu kimi məlumat verməsini təsdiqləyir. Təhqiqatçı avtomobilində videoçəkilişlə vəkilin iştirakı olmadan axtarış aparılacağını deyir, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirir. Təhqiqatçı saxlanılan Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai” markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan narkotik vasitəni təqdim etməsini bildirir. Saxlanılan Təqsirləndirilən şəxs “Hyundai” markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilə qabaq sağ qapıdan yaxınlaşaraq qapını açır, qabaq sağ tərəfdəki sandıqçanı göstərərək narkotik vasitəni orada saxladığını bildirir. Təhqiqatçı tərəfindən sandıqca açılan zaman içərisində kibrit qutusu aşkar olunur. Təhqiqatçı kibrit qutusunu götürərək qutunu açarkən içərisindən ot kütləsi aşkar olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, kibrit qutusundakı ot kütləsi “nəşə"dir, şəxsi axtarışı zamanı üzərindən aşkar edilmiş və hazırda avtomobilindən götürülmüş “nəşə”ləri Zaur adlı tanışından almışdır, avtomobilində gəzdirməsinə səbəb istifadə edəcəyi olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs özünün iştirakı ilə idarə etdiyi avtomobildə axtarış keçirilsə də, başqa heçnə aşkar edilmir, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar olunmuş ot kütləsi təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılır, qablaşdırılmış zərf möhürlənir, Təqsirləndirilən şəxs və axtarışda iştirak edən şəxslər tərəfindən zərf imzalanır və bununla da çəkiliş sona çatır(i.v.184-185); Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü İl tarixli 1802 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabinoidlərin istifadə etmə halları olub. Lakin, halhazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür(i.v.207-208); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən, hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təyin edilmiş cəza 01 il sınaq müddəti ilə şərti hesab edilmişdir(i.v.242-243); Təqsirləndirilən şəxs CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə 25 oktyabr 2022-ci il tarixli ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs həmin cinayət işi üzrə 20 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 22 iyul 2022ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-407/2023 saylı xx.xx.2023-cü il tarixli hökmünə əsasən CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş və barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə, təyin edilmiş cəza 01 il sınaq müdəti ərzində şərti hesab edilmiş Təqsirləndirilən şəxs Bakı şəhər Probasiya İdarəsinə xx.xx.2023-cü il tarixdə qeydiyyata düşmüşdür. Sınaq müddəti xx.xx.2024-cü il tarixdə başa çatdığı üçün o qeydiyyatdan çıxarılmışdır. Məhkəmə iclasında iki ədəd “DVD” diskə baxış keçirilmiş, diskdə olan video görüntülərdən görünür ki, həmin görüntülər, şəxsi axtarış və götürmə, eləcə də avtomobildə axtarış və götürmə aparılması haqqında 30 yanvar 2024-cü il tarixli protokollara uyğun olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxslərin etirafedici ifadəsi, şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyləri ilə və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinin, ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl CM-nin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 109-cu qrafasına əsasən təmiz çəkisi 12.993 qram olan narkotik vasitə qurudulmuş marixuana xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını(CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına şərti məhkum olunmasına, məhkumluğun ödənilməməsinə baxmayaraq, sınaq müddəti ərzində yenidən cinayət törətmişdir ki, bu da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi hesab olunur. Belə ki, CM-nin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-407/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş cəzası 01 il sınaq müddəti ilə şərti hesab edilmişdir. Lakin sınaq müddəti ərzində yəni 30 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs hazırki az ağır cinayət əməlini törətmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tətbiq olunan şərti məhkum etmə CM-nin 71.5-ci maddəsinə əsasən ləğv edilməli və ona CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmalı, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzası təyin edilməli(CM- 65.2), Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-407/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən təyin edilmiş şərti məhkum etmə CM-nin 71.5-ci maddəsinə əsasən ləğv edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 03(üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli(CM-67.1), 20 iyul 2022-ci il tarixdən 22 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, 30 yanvar 2024-cü il tarixdən 01 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, ümumilikdə 04(dörd) gün müdddət təyin edilmiş cəzaya hesablanmalı(CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli(CM-56.1.2), barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli, dərhal məhkəmə iclas zalında həbs edilməli, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı(CPM-132), 70(yetmiş) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Məhəmməd oğluna dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-407/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən təyin edilmiş şərti məhkum etmə CM-nin 71.5-ci maddəsinə əsasən ləğv edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin (101)-407/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 03(üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 03(üç) il 03(üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 20 iyul 2022-ci il tarixdən 22 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02(iki) gün müddət, 30 yanvar 2024-cü il tarixdən 01 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02(iki) gün müddət, ümumilikdə 04(dörd) gün müdddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 03(üç) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 25 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş 12.993 qram, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 12.893 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 02 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Məhəmməd oğluna sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar