Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-582/2022 31.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Sədrəddinzadə Leyla Mobil qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 26 avqust 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2021-ci il tarixdə, saat 04:30 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanda dayanmış vəziyyətdə olan “Kia Sorento” markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ yan şüşəsini sındırıb avtomobildə olan Zərərçəkmiş şəxs məxsus 100 manat dəyərində olan “Samsung A50” markalı, üzərində 5 manat dəyərində ***-***-**-** nömrəli sim kart olan mobil telefonunu və Zərərçəkmiş şəxs məxsus “Paşa Bank” tərəfindən verilmiş plastik bank kartını gizli olaraq talamış, bununla kifayətlənməyərək kartın üzərində məxfi kod rəqəmlərinin yazıldığını görüb, özgənin əmlakını gizli talamaya yönəlmiş cinayətkar hərəkətlərini inadla davam edərək, plastik bank kartını həmin tarixdə saat 04:55-də ünvan 3 ünvanda yerləşən bankomata daxil etməklə, Zərərçəkmiş şəxs məxsus bank hesabında olan 300 manat məbləğində pulun nağdlaşdırılmasına sifariş etməklə həmin pulu bankomatdan nağd şəkildə götürüb Zərərçəkmiş şəxs 300 manat məbləğində zərər vurmaqla elektron məlumat daşıyıcıdan və informasiya texnologiyasından istifadə edilməklə təkrarən oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşamışdır. Maddi imkanı zəif olduğu üçün oğurluq edərək pul əldə etməyi qərarlaşdırmışdır. xx.xx.2021-ci il tarixdə, saat 04:30 radələrində ünvan 2 ünvanının qarşısında olarkən orada dayanmış vəziyyətdə olan “Kia Sorento” markalı avtomobil görərək həmin avtomobildən oğurluq etməyi qərara almışdır. Bu məqsədlə, ətrafa nəzər yetirərək ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra avtomobilə yaxınlaşaraq yan şüşəsindən avtomobilin içinə baxmış, avtomobilin salonunda mobil telefon olduğunu görmüşdür. Daha sonra yerdən daş parçası götürərək avtomobilin sağ yan şüşəsini qırıb avtomobilin salonunda olan “Samsung” markalı mobil telefonu götürərək oradan uzaqlaşmışdır. Növbəti gün, Qara Qarayev prospekti 70 saylı ünvanda yerləşən “Azercell 039" adlı mobil telefon mağazasına gedərək özünə məxsus telefonu satmaq istədiyini bildirmiş, satıcı telefona baxaraq həmin telefonu biləcəyini bildirmişdir. O, həmin şəxsin təklifi ilə razılaşaraq mobil telefonu ona hazırda xatırlamadığı məbləğə satmış, əldə etdiyi pulu şəxsi ehtiyaclarına sərf etmişdir. İttiham aktında Zərərçəkmiş şəxs məxsus “Paşa Bank” tərəfindən verilmiş plastik bank kartını gizli olaraq taladığı, ünvan 3 ünvanda yerləşən bankomata daxil etməklə, Zərərçəkmiş şəxs məxsus bank hesabında olan 300 manat məbləğində nağdlaşdırılmasına sifariş etməklə həmin pulu bankomatdan nağd şəkildə götürdüyü qeyd olunsa da, o, Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanda dayanmış vəziyyətdə olan “Kia Sorento” markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobildən “Paşa Bank” tərəfindən verilmiş plastik bank kartı götürməmiş, bankomat vasitəsi ilə hər hansı məbləği nağdlaşdırmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanda yaşayır. 26 dekabr 2021-ci il tarixdə, saat 22 radələrində özünə məxsus qara rəngli “Kia Sorento” markalı, **-GJ-*** nömrəli avtomobili evinin qarşısında, yəni, Şəhər Şossesi döngə 5 saylı ünvanında saxlayıb evə getmiş, xx.xx.2021 tarixdə, səhər 08 radələrində avtomobilin yanına gəldikdə avtomobilin arxa sağ yan şüşəsinin sındırıldığını aşkar edərək avtomobili qapısını açıb içəri salona baxdıqda, oradan **********77888 və **********77886 imei kodlu üzərində 5 manat dəyərində 055 *** ** ** nömrəsi olan “Samsung A50” markalı 150 manat dəyərində mobil telefonunun və “Paşa” banka məxsus 418249....1617 seriyalı əmək haqqı kartının oğurlandığını aşkar etmişdir. O, dərhal baş vermiş hadisə ilə bağlı polisə məlumat vermişdir. Həmçinin, ona məxsus əmək haqqı kartından yaşadığı ünvanın yaxınlığında yerləşən “Kapitalbank” bankomatından 300 manat məbləğində pul çıxarılmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsindən ona ümumilikdə 455 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2007ci ildən Qara Qarayev prospekti 70 saylı ünvanda yerləşən “Azercell 039" adlı mobil telefon mağazası işlədir. 2022 ilin yanvar ayının ortalarında əvvəllər tanımadığı Təqsirləndirilən şəxs onun işlətdiyi mağazaya gələrək mobil telefon satmaq istədiyini bildirmiş, o, “Samsung A50” markalı, **********77888 və **********77886 imei kodlu telefona baxaraq həmin telefonu ala biləcəyini bildirmiş, Təqsirləndirilən şəxs onun təklifi ilə razılaşmışdır. Həmin şəxs öz şəxsiyyət vəsiqənin surətinin üzərinə mobil telefonun İMEİ kodunu və markasını yazaraq imza etmiş, daha sonra ondan hazırda xatırlamadığı məbləğdə pul alaraq getmişdir. O, 24 yanvar 2022 tarixdə həmin telefonu Zaur adlı şəxsə satmışdır. Daha sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ona satdığı telefon oğurluq yolla əldə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, xx.xx.2022 tarixdə mobil telefon almaq məqsədi ilə yaşadığı evin yaxınlığında yerləşən Qara Qarayev prospekti 70 saylı ünvanda yerləşən “Azercell 039" adlı mobil telefon mağazasına gedərək təxminən 150 manat müqabilində “Samsung A50” markalı, **********77888 və **********77886 imei kodlu mobil telefon alaraq anasının adına olan ***-***-**-** nömrəsini taxıb istifadə etmişdir. Daha sonra aldığı telefonun oğurluq olması ona məlum olmuş, “Samsung A50” markalı, **********77888 və **********77886 imei kodlu mobil telefonu istintaq hərəkətləri aparılması üçün polisə təqdim etmişdir. Cinayət işinin 76-cı vərəqəsində olan 26 aprel 2022-ci il tarixli götürülmə aparılması haqqında qərardan görünür ki, Şahid1 tərəfindən təqdim edilmiş “Samsung A50” markalı, **********77888 və **********77886 imei kodlu mobil telefon maddi sübut əhəmiyyəti kəsb etdiyindən istintaq orqanı tərəfindən götürülmüşdür. Cinayət işinin 155-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 156-cı vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 iyun 2022-ci il tarixli 9/3286 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş, bir ədəd “Samsung A50” markalı, **********77888 və **********77886 imei kodlu mobil telefonun qiyməti 100 manat müəyyən olunur. Cinayət işinin 159-cu vərəqəsində olan 22 iyun 2022-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, “Samsung A50” markalı, **********77888 və **********77886 imei kodlu mobil telefon iş üzrə maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs təhvil verilmişdir. Cinayət işinin 136-137-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 05 may 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, digər iş materialları ilə onun elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə özgənin əmlakını gizli olaraq təkrarən talama əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs “…Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanda dayanmış vəziyyətdə olan “Kia Sorento” markalı avtomobildən “Paşa Bank” tərəfindən verilmiş plastik bank kartı götürmədiyini, bankomat vasitəsi ilə hər hansı məbləği nağdlaşdırmadığını” deməsi məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadələr kimi qəbul edilərək əsassız sayılır və bu hal iş üzrə ifadələr, protokollar, həmçinin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələr və digər iş materialları ilə təkzib olunmaqla rədd edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edilərkən onun törətdiyi əməli səmimi olaraq etiraf edərək peşman olması, əvəllər məhkum olunmamaıs cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilir, onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alır və Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzanı təyin etməyi məqsədəmüvafiq hesab edir və onun islah olunması üçün kifayət edə biləcəyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı və onun digər cinayət işi üzrə həbsdə saxlanılması nəzərə alınmalı, cəzasının əvvəli hazırkı iş üzrə barəsində həbs qətimkan tədbiri seçildiyi 13 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut “Samsung A50” markalı, **********77888 və **********77886 imei kodlu mobil telefonun Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanalara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 185, 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 13 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın və onun digər cinayət işi üzrə həbsdə saxlanılması nəzərə alınsın. İş üzrə maddi sübut, “Samsung A50” markalı, **********77888 və **********77886 imei kodlu mobil telefonun Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-582/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-582/2022
31.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver