Məhkəmə qərarları › İş №1(008)-583/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-583/2024

10.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-583/2024 10.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Nuri Nihal Yusif oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs –Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1976-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 23-cü küçə, həyət evində yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə edərək aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə cinayətdən xəbəri olmayan Şahidın vasitəsi ilə qiyabi olaraq Zərərçəkmiş şəxs 6000 manat məbləğində pulun müqabilində guya onu əvvəllər işlədiyi «Silk Vay» şirkətinə işə bərpa edəcəyini bildirərək, bu məqsədlə Zərərçəkmiş şəxs ona çatdırılması üçün 04 mart 2023-cü il tarixdə saat 17 radələrində ünvan 3 ünvanında Şahid verdiyi 3000 manat məbləğində pul vəsaitinin Şahid tərəfindən 04 mart 2023-cü il tarixdə saat 17.45 radələrində ünvan 4 ünvanında yerləşən Naxçıvan Marketdə quraşdırılmış «E-Manat» ödəmə terminalından 1000 manat məbləğində pulu təqdim etdiyi istifadəsində olan 4098 0944 2179 9451 saylı bank kartının hesabına, həmin tarixdə saat 17.58 radələrində ünvan 6 ünvanında yerləşən Rahat marketdə quraşdırılmış «E-Manat» ödəmə terminalından 1000 manat məbləğində pulu, həmin tarixdə saat 18.00 radələrində ünvan 6 ünvanında yerləşən “Rahat” marketdə quraşdırılmış «E-Manat» ödəmə terminalından 1000 manat məbləğində pulu, ümumi olaraq 3000 manat məbləğində pulu hissə-hissə köçürtməsinə nail olub həmin pulu vahid niyyətlə ələ keçirərək Zərərçəkmiş şəxs 3000 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək göstərmişdir ki, 2023-cü ilin fevral ayının axırlarında Afaq ona zəng vuraraq bildirdi ki, «Silk Vay» şirkətində işləyən tanışı Xəyal adlı şəxs ixtisara düşüb və Xəyalı həmin işlədiyi vəzifəyə bərpa edilməsi üçün hər hansı bir köməklik göstərə bilərmi, tanışları varmı? Afaqa yüksək əlaqələri olduğuna görə tanışı Xəyalı asanlıqla işlədiyi «Silk Vay» şirkətinə bərpa edə biləcəyini bildirmişdir. Buna görə də Afaqdan bu işin həlli üçün 6000 manat məbləğində pul istəmişdir. Afaqı inandırmaq məqsədi ilə o Afaqa demişdir ki, ilkin olaraq bu işin həlli üçün 3000 manat verilməlidir, qalan 3000 manat isə tanışı Xəyal işə çıxandan sonra verməli olacaq. Afaq ona Xəyalla danışıb bu barədə ona bildirəcəyini demişdir. Bir neçə gündən sonra Afaq ona zəng vurub Xəyalın bu təklifə razı olduğunu və əvvəlcədən 3000 manatı verməyə hazır olduğunu, amma həmin 3000 manatı düzəltmək üçün bir neçə gün vaxt istəmişdir. O da razılaşmışdır və Afaqa 3-4 gün müddətində 04 mart 2023-cü il tarixədək vaxt vermişdir ki, 3000 manatı düzəltsin. 04 mart 2023-cü il tarixdə Afaq ona zəng vurub pulun hazır olduğunu bildirmişdir, o da qardaşı X1 məxsus olan 4098 0944 2179 9451 saylı kartını göndərib həmin 3000 manatın Afaqın həmin karta göndərməsini bildirmişdir. Onun öz kartı olmadığına görə o, qardaşı İlham Məmmədova məxsus olan kredit kartını istifadə edir. Həmin günü 04 mart 2023-cü il tarixdə saat 18 radələrində Afaq qardaşı İlhamın adına olan 4098 0944 2179 9451 saylı kartına 3000 manat məbləğində pulu göndərmişdir. Pulu qəbul edəndən sonra o, Afaqa bildirmişdir ki, 20 günə Xəyalı «Silk Vay» şirkətinə işə bərpa edəcək. Həmin pulu isə o öz ehtiyyaclarına xərcləmişdir. Təxminən 1 aydan sonra Afaq ona zəng vuraraq işlə bağlı maraqlanmağa başlamış, o da Afaqın ona verdiyi 3000 manatı öz ehtiyaclarına xərclədiyinə görə Afaqa yalandan bəhanələr gətirməyə başlamışdır ki, guya Xəyalın işinin həlli uzanır.Daha sonra Afaq polisə şikayət etmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəmişdir. Zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmədən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid o anası Sonya xanımın vasitəsi ilə 2023-cü ilin fevral ayının axırlarında tanımışdır. Belə ki əvvəllər o «Slk VVay» şirkətində peron xidməti üzrə supervayzer vəzifəsində işləmişdir. Həmin vəzifədə o 2017-ci ilin sentyabr ayından 2022-ci ilin mart ayına qədər olan müddətdə işləmişdir. 2022-ci ilin mart ayında o ixtisara düşdüyünə görə həmin şirkətdə işdən azad olunmuşdur. Bir müddət iş tapa bilmədiyinə görə anası Sonya xanım, tanışı Şahid müraciət edərək ondan kömək istəmişdir ki, əgər tanışı varsa Afaq onu «Silk VVay» şirkətinə işə bərpa elətdirsin, çünki Afaq özü «Azal» şirkətində işləyirdi. Afaq anasına demişdir ki, tanışlarından maraqlanıb ona xəbər verəcək. Bundan sonra Afaqın razılığı ilə anası onun nömrəsini ona əlaqə saxlamaq üçün vermişdir. O da Afaqla ilk dəfə 2023-cü ilin fevral ayının axırlarında telefon əlaqəsini yaratmış və işi ilə bağlı Afaqa məlumat vermişdir. Afaq ona demişdir ki tanışı Mehman adlı şəxslə danışıb və Mehman adlı şəxsin yüksək əlaqələri var, Mehman onu «Silk vay» şirkətinə işə bərpa edə biləcək buna görə də Mehman bu işin həlli üçün 6000 manat məbləğində pul istəyir. Afaq demişdir ki, Mehman 3000 manatı indi istəyir, işini həll edəndən sonra isə Mehmana əlavə olaraq 3000 manat verməli olacaq. O razılaşmışdır. O, 04 mart 2023-cü il tarixdə 3000 manatı toplayıb Afaqa zəng vurmuş və saat 17 radələrində Afaqın yaşadığı ünvan 7 ünvana gəlib 3000 manatı Afaqa vermişdir. Afaq pulu ondan alıb onun yanında telefonla Mehman adlı şəxslə danışmışdır və Mehman adlı şəxs Afaqa kart nömrəsini atıb bildirmişdir ki, 3000 manatı həmin hesaba göndərilməlidir. O oradan çıxıb getmiş, Afaq isə həmin günü saat 18 radələrində Mehmanın kart hesabına 3000 manatı göndərəndən sonra ona zəng vurub bildirmişdir ki, Mehman pulu alıb və söz verib ki 20 gün -1 ay ərzində o işə çıxacaq «Silk Vay» şirkətinə onu işə bərpa edəcək. O razılaşmış və gözləməyə başlamışdır. Təxminən 1 ay keçəndən sonra o, Afaqla əlaqə saxlayıb işi ilə maraqlanmışdır. Afaq ona demişdir ki, Mehman hələ də vaxtı uzadır və konkret olaraq cavab vermir, amma Mehman söz verir ki, işini düzəldəcək. O yenə də bir iki həftə gözləmiş və yenə də Afaqla işi barədə maraqlananda, Afaq ona yenə də Mehmanın bu işi uzatmağı barədə bildirmişdir. O da Afaqdan verdiyi 3000 manatı ona qaytarmasını tələb etmişdir. 2023-cü ilin may ayının əvvəllərində Afaq ona 3000 manatı qaytarıb bildirmişdi ki, həmin pulu özündən verir, Mehman onun pulunu qaytarmamışdır. Ona dəymiş zərər tamamilə ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs o 2014-cü ildən etibarən tanıyır, o da onun həmyerlisidir Gəncə şəhərində rəfiqəsi ilə qonşuluqda yaşayırdı. Mehmanı o tanıyanda Mehman ona özünü iş adamı kimi təqdim etmişdir və ona demişdir ki, istənilən şəxsi işə düzəldə bilər yüksək əlaqələri var, işi olsa ona müraciət edə bilər. 2023-cü ilin fevral ayının axırlarında 2006- cı il təvəllüdlü qızının müəlliməsi Sonya adlı xanım ona zəng vurub onun onun «Azal» şirkətində işlədiyini bildiyini və ola bilər ki onun həmin şirkətdə tanışı ola biləcəyini bildirmişdir. Sonya xanımdan nə baş verdiyini soruşanda Sonya xanım ona demişdir ki, «Silk Vay» şirkətində işləyən oğlu Xəyal ixtisara düşdüyünə görə işdən azad olunmuşdur. Sonya ondan xahiş etmişdir ki, əgər imkanı və tanışı olsa onda Xəyala köməklik göstərsin və onu işə bərpa elətdirsin. Sonya bu məlumatı ona verəndə onun fikrinə ilk olaraq Təqsirləndirilən şəxs gəlmişdir, çünki Mehman ona demişdir ki, işlə bağlı hər hansı bir çətinliyi olsa ona müraciət edə bilər, yüksək əlaqələri var, hər bir şəxsin işini həll edə bilər. O buna görə Sonya xanıma bildirmişdir ki, maraqlanıb bu barədə məlumat verəcək. Sonya özü də onun nömrəsini oğlu Xəyala vermişdir. Sonya ilə danışandan sonra ona Xəyal zəng vurub bildirmişdir ki, «Silk Vay» şirkətində işləmişdir və pandemiya dövründə ixtisara düşmüşdür, hazırda işsizdir və həmin işə bərpa olmaq istəyir. O Xəyala demişdir ki, bir tanışı var onunla maraqlanıb xəbər edəcək. Mehman barədə o Xəyala açıqlama vermədi, çünki Xəyal Mehmanı tanımırdı. Xəyalla danışandan sonra o Mehmana zəng vurub ona Xəyalın məsələsini demişdir, Mehman bildirmişdir ki, Xəyalı asanlıqla «Silk Vay» şirkətinə işə bərpa edə biləcək amma buna görə Mehman 6000 manat məbləğində pul istəmişdir. Mehman 3000 manat əvvəlcədən verilməli olduğunu, qalan 3000 manatı isə Xəyal işə bərpa olunan günü verəcəklərini bildirmişdir. O Mehmana demişdir ki, bu barədə Xəyala deyəcək, razılaşsa pulu verərlər. Xəyalla danışıb bu barədə ona məlumat verəndə Xəyal Mehmanın təklifinə razılaşmışdır. 04 mart 2023-cü il tarixdə saat 17 radələrində Xəyal onun yaşadığı ünvan 8 ünvanına gəlmiş və ona 3000 manatı vermişdir ki, həmin pulu o Mehmana göndərsin. O ondan 3000 manatı götürəndə Mehmana zəng vurub pulun hazır olduğunu demişdir. Mehman ona qardaşı X1 məxsus olan 4098 0944 2179 9451 saylı kartını göndərib xahiş etmişdir ki, həmin 3000 manatı o həmin karta göndərsin. O da həmin günü yəni 04 mart 2023-cü il tarixdə saat 18 radələrində yaşadığı evin yanında yerləşən «Naxçıvan» və «Rahat» marketdə quraşdırılan «E-Manat» ödəmə terminalından 3 dəfəyə hər dəfə 1000 manat göndərməklə Mehmanın ona verdiyi qardaşı X1 məxsus olan 4098 0944 2179 9451 saylı kartına Xəyalın ona verdiyi 3000 manatı göndərmişdir. 04 mart 2023-cü il tarixdə saat 17:45-də o, Sabunçu rayonu, ünvan 9 ünvanında yerləşən «Naxçıvan» marketdə quraşdırılan «E-Manat» ödəmə terminalından Mehmanın ona verdiyi 4098 0944 2179 9451 saylı karta 1000 manat pulu göndərmişdir. Bundan sonra həmin terminalda texniki problemlər yaranmış və o qalan 2000 manatı yaxında olan, Sabunçu rayonu, ünvan 11 ünvanında yerləşən «Rahat» marketə gedib, orada quraşdırılan «E-Manat» ödəmə terminalından saat 17.58-də 1000 manatı və saat 18.00da 1000 manatı Mehmanın ona verdiyi 4098 0944 2179 9451 saylı kartına göndərmişdir. Bundan sonra o, Mehmanla telefon əlaqəsi yaratmış və Mehman pulu götürdüyünü təsdiq edib bildirmişdir ki, 20 günə Xəyalı «Silk Vay» şirkətinə işə bərpa edəcək. Lakin təxminən 3 ay ərzində o, Mehmanla bu barədə əlaqə saxlayıb Xəyalın işi ilə maraqlanmışdır. Mehman hər dəfə ona müxtəlif bəhanələr gətirib işi uzadırdı, sonra isə zənglərinə cavab vermirdi. Xəyalda onunla işlə bağlı maraqlananda o görmüşdür ki, Xəyal özüdə narahatdı və artıq ona verdiyi 3000 manat məbləğində pulu geri istəyir, o da məcbur olub özü Xəyalın 3000 manatını 2023-cü ilin may ayının əvvələrində qaytarmışdır. Mehmanın barəsində isə Sabunçu RPİ-nin 13-cü PB-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs 3000 manat pulu ona qaytarmışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Sabunçu rayonu, ünvan 12 ünvanında yerləşən “Rahat” supermarketdəki “Milli Ön” ödəmə terminalıdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs kimi tanınmışdır. - götürmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işinin istintaqı ilə əlaqədar olaraq Şahid Təqsirləndirilən şəxs 04 mart 2023-cü il tarixdə hissə-hissə 3000 manat məbləğində pulun göndərildiyini təsdiq edən 3 ədəd qəbzlərin surəti iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. . - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. - qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Kəpəz Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 204.1ci maddəsi ilə təqsirli bilinib 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 1(076)-243/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam ödənilmişdir, ona qarşı heç bir şikayəti yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Azərbaycan Respublikasının CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022ci il tarixli qərarına əsasən əgər şəxsin törətdiyi cinayət əməllərinin hər biri onun törətmiş olduğu cinayət əməllərindən hər hansı birinə görə cinayət məsuliyyətindən azad edilməsindən əvvəl aşkar olunmuş olsaydı, bu, işin hallarından asılı olaraq Cinayət Məcəlləsinin 16 və 17-ci maddələrinə əsasən təkrarlıq və ya cinayətlərin məcmusunu yaradardı. Bu isə şəxsin qanunvericiliklə məsuliyyətdən azad edilmənin mümkün olduğu halda cinayət məsuliyyətindən azad edilməsinə imkan vermiş olardı. Lakin şəxsin cinayət məsuliyyətindən azad edildikdən sonra həmin ana qədər törətdiyi digər cinayət əməli ilə bağlı icraatda artıq bir dəfə cinayət məsuliyyətindən azad edilmiş şəxs kimi qiymətləndirilməsi onun vəziyyətini ağırlaşdırmaqla, cinayət qanunvericiliyinin prinsiplərinin pozulmasına gətirib çıxarar. Odur ki, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin həmin anadək törətmiş olduğu digər cinayətləri aşkar edildiyi halda, barəsində cinayət məsuliyyətindən azad etmənin tətbiqi mümkündür. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs hazırki cinayəti cinayət məsuliyyətindən azad edilənədək, yəni xx.xx.2024-cü il tarixədək törətdiyindən ona Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsi tətbiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.20-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri xitam olunmalıdır. . İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 25 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 150 (bir yüz əlli) manat (25x6) məbləğində əmək haqqı Bakı şəhəri 7 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.3, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxs 25 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 150 (bir yüz əlli) manat əmək haqqı Bakı şəhəri 7 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar