Məhkəmə qərarları › İş №1(008)-584/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-584/2023

27.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-584/2023 27.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 və Müdafiəçi2, Zərərçəkmiş şəxs X1 iştirakı ilə xx xxxxxx 1991-ci il tarixdə Cəbrayıl rayonu, Soltanlı kəndinə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi qaydada işləyən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)281/2023 saylı, 16 may 2023-cü il tarixli hökmü ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasının məhkum olunmuş, Cəbrayıl rayonu, Soltanlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Məcburi Köçkünlər üçün tikilmiş yaşayış kompleksinin 11-ci bina, 04 saylı, mənzildə yaşamış, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair xx xxxxxxxx 1983-cü il tarixdə Ağdam rayonu, Sofulu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Boyəhmədli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni Yaşayış kompleksi ev 810-da yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girib özgənin əmlakını gizli talama məqsədi ilə vahid niyyətlə 31 dekabr 2022-ci il tarixdə, saat 05:00 radələrində və 02 yanvar 2023-cü il tarixdə, saat 01:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları 16-cı dalanda yerlərən 5186 saylı bağ sahəsinə gələrək Təqsirləndirilən şəxs2 həmin bağ sahəsində yerləşən evin plastik pəncərəsini fiziki gücünü tətbiq edib açma yolu ilə yaşayış sahəsi hesab edilən həmin evin icarəsinə ona qanunsuz daxil olmağa imkan yaradandan sonra Təqsirləndirilən şəxs2 ilə birlikdə həmin evin içərisinə qanunsuz daxil olandan sonra evdə saxlanılan Zərərçəkmiş şəxs məxsus olan hər bir qutunun qiyməti 142 manat olan 14 ədəd 1.988 manat dəyərində «Sobsan Sobsilekx» markalı silikonlu fasad boyasını, hər bir qutunun qiyməti 145 manat olan 18 ədəd 2.610 manat dəyərində «Nat» markalı fasad məcunu, hər bir metri 47 manat olan 220 metr uzunluğda 10.340 manat dəyərində 10x6 mm ölçüdə mis elektrik kabelini, bir ədəd 370 manat dəyərində «Bosh» markalı laqondanı, hər bir qutusu 15 manat olan 150 manat deyərində «Knauf» markalı 10 qutu «27 mm-lik» şurupları, bir ədəd 20 manat dəyərində «Zubr» markalı mikseri, bir ədəd 36 manat dəyərində «Cetta» markalı su tərəzisini vahid niyyətlə əhatə edən qəsdlə ələ keçirib zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs xeyli miqdarda 15.514 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girib özgənin əmlakını gizli talama məqsədi ilə vahid niyyətlə 31 dekabr 2022-ci il tarixdə, saat 05:00 radələrində və 02 yanvar 2023-cü il tarixdə, saat 01:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları 16-cı dalanda yerlərən 5186 saylı bağ sahəsinə gələrək o fiziki gücünü tətbiq edib, həmin bağ sahəsində yerləşən evin plastik pəncərəsini açma yolu ilə yaşayış sahəsi hesab edilən həmin evin icarəsinə Təqsirləndirilən şəxs1 qanunsuz daxil olmağa imkan yaradandan sonra Təqsirləndirilən şəxs1la birlikdə həmin evin içərisinə qanunsuz daxil olandan sonra evdə saxlanılan F.M.Allahverənzadəyə məxsus olan hər bir qutunun qiyməti 142 manat olan 14 ədəd 1.988 manat dəyərində «Sobsan Sobsilekx» markalı silikonlu fasad boyasını, hər bir qutunun qiyməti 145 manat olan 18 ədəd 2.610 manat dəyərində «Nat» markalı fasad məcunu hər bir metri 47 manat olan 220 metr uzunluğda 10.340 manat dəyərində 10x6 mm ölçüdə mis elektrik kabelini, bir ədəd 370 manat dəyərində «Bosh» markalı laqondanı, hər bir qutusu 15 manat olan 150 manat dəyərində «Knauf» markalı 10 qutu «27 mm-lik» şurupları, bir ədəd 20 manat dəyərində «Zubr» markalı mikseri, bir ədəd 36 manat dəyərində «Cetta» markalı su tərəzisini vahid niyyətlə əhatə edən qəsclə ələ keçirib zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs xeyli miqdarda 15.514 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2 ildir ki, narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə məşğul olmağa başlamışdır. Narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə məşqul olduğuna görə o rəsmi olaraq tərbiyyəçi müəllim kimi işlədiyi İnternatdan öz ərizəsi ilə işdən çıxmışdır. Bundan sonra o fəhləliklə məşqul olmağa başladı. Nardaran qəsəbəsində, Ləhic bağlarında fəhlə işləyirdi. Kürdəxanı qəsəbəsində məcburi köçkünlər üçün nəzərdə tutulmuş yaşayış massivində yaşayır. Onunla qonşuluqda Təqsirləndirilən şəxs2 yaşayır. Vüqarla onlar birlərini təxminən 5 ildir ki, tanıyırlar. Vüqar hal-hazırda Veysəloğlu şirkətində sürücü işləyir. Vüqarda son vaxtlarda narkotik vasitələrin istifadəsi ilə məşqul olmağa başlamışdır. 30 dekabr 2022-ci il tarixdə, saat 23:00 radələrində Vüqarla birlikdə yaşadığı evinizin həyətində olduğu zamanı söhbət edirdilər. Hər ikisinin maddi vəziyyəti pis olmuşdur və o Vüqara oğurluq etməyə təklif etmişdir. Vüqara o demişdi ki, Ləhic bağları deyilən yerdə fəhlə kimi işlədiyi zamanı orada nəzarət olunmayan bağlar var və təklif etdi ki, həmin bağların birindən oğurluq etsinlər. Vüqar razılaşdı və həmin vaxtı Vüqarla o oğurluq etmək məqsədi ilə Ləhic bağları deyilən yerə getmişlər. Orada Vüqarla o bağ evindən oğurluq etmək məqsədi ilə gəzişirdilər. Nəhayət bir bağ evini görmüşlər. Bağda isə 2 mərtəbəli ev tikilmişdir. Bağda yaşayış olmamışdır. Həmin bağ sahəsinə Vüqarla o 31 dekabr 2022-ci il tarixdə, saat 05:00 radələrində daxil olmuşlar. Bağ sahəsinə daxil olmamışdan qabağ onlar ətrafa onları heç kim görməməsi və kameraların olub-olmaması barədə baxmışlar. Kameraların olmadığında və ətrafda heç kimi olmamasına görə onlar bag sahəsinə daxil olan zamanı Vüqarla o evin qapsını və pəncərələrini yoxlamağa başlamışlar. Evin qapsı bağlı olmuşdur, o da evin platik pəncərəsini əli ilə itələyib açmaq istəyəndə pəncərə açılmamışdır, Pəncərə evin içərisindən bağlanmışdır. Vüqarla evin arxa tərəfinə keçib orada plastik pəncərəni Vüqar əli ilə itələyib açmışdır. Pəncərə açılandan sonra onlar evə pəncərənin içərisindən daxil olmuşlar. Evə daxil olanda onlar evin təmir işlərinin bitmədiyini və evin yaşayış üçün yararsız olduğunu görmüşlər. Evdə tikinti alətləri, Sobsan və Nan markalı boyalar emulsiyalar, mis kabellər saxlanılırdı. Vüqarla o əvvəl kabelləri oğurlamaq, sonra isə qalan malları gəlib götürmək üçün qərarlaşmışlar. Buna görədə kabelləri və 6 vedrə Sobsan boyaralırını götürüb evi tərk etmişlər. Bundan sonra yaxında olan boş sahədə Vüqarla o kabelləri doğrayıb yandırdılar ərimiş misi isə yaxında olan zibillikdən tapdığları vedrənin içinə yığmışlar. Oğurladığları 6 vedrə «Sobsan» markalı kraskaları isə həmin boş sahədə gizlətmişlər. Vüqarla o misi əridəndən sonra həmin misi s atmaq üçün yer axtarmağa başlamışlar. O Vüqara təklif etdi ki, həmin misi Zabrat dairəsinin yaxınlığında əlvan metalların qəbulu məntəqəsinə aparıb orada satsınlar. Vüqar razılaşmış və saat 08:00 radələrində Vüqarla o Ləhic bağlarından yoldan keçən taksi ilə Zabrat dairəsinin yaxınlığınca yerləşən əlvan metalların qəbulu məntəqəsinə gəlmişlər. Orada əvvəllər tanımadığı sonradan adını Nəvai kimi bildiyi şəxsə Vüqarla birlikdə oğurladığları və əritdiyi kabellərdən əldə etdiyi misləri həmin şəxsə satmışlar. Nəvaiyə misləri vedrənin içində əridilmiş vəziyyətdə satmışlar. Nəvaiyə misləri o Vüqarlal birlikdə satmışdır. Nəvai onlara inandığına görə həmin misi onlardan 130 manata almışdır. 130 manatı Vüqarla o öz aralarında bölmüşlər və hərəsi 65 manat götürmüşdü. Nəvai onlara 130 manatı verəndə Nəvaini inandırmaq üçün dedi ki, Vüqarla birlikdə usta işləyirlər və evlərin təmiri ilə məşqul ol urlar, artıq qalmış 25 kq «Sobsan» boyaları var, Onu ona ucuz qiymətə sata bilərlər. Nəvai razılaşaraq onlara dedi ki, hər bir 25 kq boyanın vedrəsinə görə onlara 20 manat verə bilər. Vüqarla o Nəvaiyə bu təklifi ona görə etdilər ki, Ləhic bağlarında sonradan adını bildiyi kimi F.M.Allahverənzadənin bağ evindən oğurladığları və yaxın ərazidə gizlətdiyi 6 ədəd boyarları Nəvaiyə satsınlar. Əlvan metal qəbulu məntəqəsindən aralandan sonra o Vüqarla hərəsi öz evlərinə getmişlər. 02 yanvar 2023-cü il tarixdə, saat 01:00 radələrində Vüqarla o Ləhic bağlarına gələrək Zərərçəkmiş şəxs bağ evində saxlanılan 31 dekabr 2022-ci il tarixdə, saat 05:00 radələrində gördükləri qalan 12 ədəd vedrədə olan Sobsan və Nan markaları boyaları oğurlamaq məqsədi ilə həmin evə daxil olmuşlar. Evdən 12 ədəd vedrədə olan boyaları Vüqarla birlikdə oğurlamışdır. Evdən Vüqarla o 31 dekabr 2022-ci il tarixdə, saat 05:00 radələrində mis kabelləri və 6 ədəd vedrədə olan Sobsan boyalarını, 02 yanvar 2023-cü il tarixdə, saat 01:00 radələrində isə 12 ədəd vedrədə olan «Sobsan» və «Nat» markalı boyaları oğurlamışlar. 02 yanvar 2023-cü il tarixdə, saat 01:00 radələrində Fərdinin bağ evindən oğurladığımız 12 ədəd vedrədə olan Sobsan və Nat markalı boyaları onlar yaxında olan boş sahəyə gətirib orada gizlətdikləri 6 ədəd vedrədə olan Sobsan markalı boyararla birlikdə həmin günü yəni 02 yanvar 2023-cü il tarixdə, səhər saat 08:00 radələrində yoldan keçən tanımadığları taksiyə yükləyib Zabrat dairəsinə gətirmişlər. Orada həmin boyaları cəmi 18 ədədini onlar əlvan metal qəbulu məntəqəsinə Nəvai adlı şəxs 3 hər birini 20 manata satmışlar. Nəvai onlara 360 manat məbləğində pulu verdi, həmin pulu o Vüqarla öz aralarında adama 160 manat olmaqla bölmüşlər. Bundan sonra Vüqarla o ayrıldı. 07 yanvar 2023-cü il tarixdə yenədə həmin bağ evindən oğurluq etmək məqsədi ilə o Vüqarla yenədə Fərdin Allahverənzadənin bağ evinə getmək istədilər. Törətdiyi əməldən peşmandır. Məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 30 dekabr 2022-ci il tarixdə, saat 23:00 radələrində Rəşidlə məhəllədə olduğları zaman söhbət edirdilər. Hər ikisinin maddi vəziyyəti pis olmuşdur və Rəşid ona oğurlııq etməyə təklif etmişdir. Rəşid özü fəhlə işləyirdi müxtəlif bağlarda tikinti işləri ilə məşqul olurdu. Rəşid ona demişdi ki, Ləhic bağlan deyilən yerdə fəhlə kimi işlədiyi zamanı orada nəzarət olunmayan bağlar var və təklif etdi ki, həmin bağların birindən oğurluq etsinlər. Bayram ərəfəsi olduğu üçün və onun pulu olmadığına görə o Rəşidlə birlikdə oğurluq etməyə qərarına gəlmişlər. Buna görədə həmin vaxtı Rəşidlə birlikdə oğruluq etmək məqsədi ilə Ləhic bağları deyilən yerə getmişlər. Orada Rəşidlə o bağ evindən oğurluq emək məqsədi ilə gəzişirdilər. Nəhayət bir bağ evini gördülər. Həmin bağ evinin hasarının üzərində darvaza quraşdırılmamışdır. Bağda isə 2 mərtəbəli ev tikilmişdir. Bağda yaşayış olmayıb. Həmin bağ sahəsinə Rəşidlə o 31 dekabr 2022-ci il tarixdə, saat 05:00 radələrində daxil olmuşlar. Sonradan ona məlum olcu ki, həmin daxil olduğları bağ evi F.M.Allahverənzadəyə məxsusdur. F.M.Allahverənzadənin bağ evinə təsadüfən daxil olmuşlar. Bağ sahəsinə daxil olmamışdan qabağ onlar ətrafa baxıb əmin oldular ki, onları görən yoxdur və ətrafda kameralar quraşdırılmayıb. Kameraların olmadığında və ətrafda heç kimi olmamasına görə onlar bag sahəsinə daxil olan zamanı Rəşidlə o evin qapsını və pəncərələrini yoxlamağa başladılar ki, açıq olsa evə daxil ola bilsinlər. Evin qapsı bağlı olmuşdur, Rəşidlə o evin plastik pəncərələrini yoxlamağa başlamışlar. Əlləri ilə həmin pəncərələri itələyirdilər. O evin arxa tərəfində quraşdırılan plastik pəncərəsini əli ilə itələyən zamanı pəncərə açıldı. Pəncərən açanda Rəşidə xəbər verdi və Rəşidlə birlikdə evə daxil oldular. Evə daxil olanda onlar gördülər ki evin təmir işləri bitməyib və ev yaşayış üçün yararsızdır. Evdə tikinti alətləri, «Sobsan» və «Nan» markalı boyalar emulsiyalar, mis kabellər saxlanılırdı. Rəşidlə birlikdə planlaşdırdılar ki, əvvəl kabelləri oğurlayaq sonra isə qalan malları gəlib götürərlər. Buna görədə kabelləri və 6 vedrə Sobsan boyaralırını götürüb evi tərk etmişlər. Bundan sonra yaxında olan boş sahədə Rəşidlə o kabelləri doğrayıb yandırdıq ərimiş misi isə yaxında olan zibillikdən tapdığları vedrənin içinə yığmışlar. Oğurladığları 6 vedrə «Sobsan» markalı kraskaları isə həmin boş sahədə gizlətmişlər. Həmin oğurluğu Rəşidlə o 31 dekabr 2022-ci il tarixdə, saat 05:00 radələrində törətmişlər. Rəşidlə birlikdə misi əridəndər sonra həmin misi satmaq üçün yer axtarmağa başlamışlar. Rəşid ona təklif etdi ki, həmin misi Zabrat da rəsinin yaxınlığında əlvan metalların qəbulu məntəqəsinə aparıb orada satmışlar. O razılaşdı və həmin gün yəni 31 dekabr 2022-ci il tarixdə, saat 08:00 radələrində Rəşidlə o Ləhic bağlarından yoldan keçən taksi ilə Zabrat dairəsinin yaxınlığında yerləşən əlvan metalların qəbulu məntəqəsinə gəlmişlər. Orada əvvəllər tanımadığı sonradan adını Nəvai kimi bildiyi şəxsə Rəşidlə birlikdə oğurladığları və əritdikləri kabellərdən əldə etdiyi misləri həmin şəxsə satmışlar. Nəvaiyə misləri vedrənin içində əridilmiş vəziyyətdə satmışlar. Nəvaiyə misləri o Rəşidlə birlikdə satmışdır. Nəvai onlara inandığına görə həmin misi onlardan 130 manata almışdır. 130 manatı Rəşidlə o öz aralarında bölmüş və hərəsi 65 manat götürmüşdür. Nəvai onlara 130 manatı verəndə Rəşid Nəvaini inandırmaq üçün dedi ki, onlar usta işləyirlər və evlərin təmiri ilə məşqul olurlar, artıq qalmış 25 kq «Sobsan» boyaları var, boyaları ona ucuz qiymətə sata bilərlər. Nəvai razılaşaraq onlara dedi ki, hər bir 25 kq boyanın vedrəsinə görə onlara 20 manat verə bilər. Rəşidlə o Nəvaiyə bu təklifi ona görə etdilər ki, Ləhic bağlarında F.M. Allahverənzadənin bağ evindən oğurladığları və yaxın ərazidə gizlətdiyləri 6 ədəd boyarları Nəvaiyə satmış və həmin evdən qalan boyalarıda götürüb Nəvaiyə satmışlar. Əlvan metal qəbulu məntəqəsindən aralandan sonra o Rəşidlə hərəsi öz evinə getmişlər. 02 yanvar 2023-cü il tarixdə, saat 01:00 radələrində Rəşidlə o Ləhic bağlarına gələrək F.M.Allahverənzadənin bağ evində saxlanılan 31 dekar 2022-ci il tarixdə, saat 05:00 radələrində gördükləri qalan 12 ədəd vedrədə olan «Sobsan» və «Nan» markaları boyaları oğurlamaq məqsədi ilə həmin evə daxil olmuşlar. Bağ evinə onlar həmin üsülla daxil olmuşlar, yəni ki, bağ evinin hasarının üzərində darvaza quraşdırılmadığına görə maneəsiz rahat bağın ərazisinə daxil olmuş və orada tikilmiş evin arxa tərəfində olan plastik pəncərəsini açıb evə daxil olaraq qslan 12 ədəd vedrədə olan boyaları Rəşidlə birlikdə oğurlamışlar. Evdən Rəşidlə o 31 dekabr 2022-ci il tarixdə, saat 05:00 radələrində mis kabelləri və 6 ədəd vedrədə olan Sobsan boyalarını, 02 yanvar 2023- cü il tarixdə, saat 01:00 radələrində isə 12 ədəd vedrədə olan «Sobsan» və «Nat» markalı boyaları oğurlamışlar. Törətdiyi əməldən peşmandır. Məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları 16-cı dalanda yerlərən 5186 saylı bağ sahəsi ona məxsusdur. Həmin bağ evi 12 sot ölçüdədir, 3 mərtəbəli evi tikməyə başlamışdı. Maddi vəziyyəti pis olduğu üçün evin tikintisini tam başa çatdıra bilməmişvə buna görədə tikintini yarımçıq saxlamışdır. Bağ evi 3 tərəfdən hasarla əhatə olunur, hasar 3 metr hündürlüyündədir. Bağ sahəsi yəni torpaq hissənin bir tərəfi isə açıq vəziyyətdədir, maddi imkanı olmadığına görə o darvaza quraşdıra bilməmişdir. Tikdiyi ev 3 mərtəbəlidir və evin üzərində plastik pəncərələri və alüminiumdan plastik qapını quraşdırmışdır. Evin iç hissəsi isə təmirsizdir. Evin içərisində o tikinti materialarını saxlayır. Evin plastik pəncərələri və giriş qapsı daimi bağlı vəziyyətdə olur. O ayda 2-3 dəfə gedib evə baş çəkir və evi yoxlayır. 23 dekabr 2022-ci il tarixdə o evinə gedib baş çəkdi, evdə saxlanılan əşyalar orada olmuşdur və pəncərələri qapıları bağlı vəziyyətdə olmuşdur. 03 yanvar 2023-cü il tarixdə o yenədə evi yoxlamağa gedəndə gördü ki, evin qapsı bağlı vəziyyətdədir, heçn ədən şübhələnmədən evin giriş qapsını açarı ilə açıb evə daxil olanda görmüşdür ki, evində saxladığı tikinti materialları oğurlanmışdır. Evin arxa tərəfindən plastik pəncərənin açıq vəziyyətdə olduğunu görmış və buna görədə başa düşmüşdür ki, evindən naməlum şəxslər oğurluq etmişlər. Evin içərisində olan malların yoxlayanda gördü ki, evində saxladığı 14 ədəd hər biri qutunun qiyməti 142 manat olan 25 kq çəkidə «Sobsan Sobsilekx» markalı silikonlu fasad boyası 1.988 manat dəyərində, 18 ədəd hər biri qutunun qiyməti 145 manat olan 30 kiloqram çəkidə «Nat» markalı fasad məcunu 2.610 manat dəyərində, Türkiyə istehsalı olan 220 metr uzunluğda hər bir metri 47 manat olan 10x6 mm ölçüdə «Borsan» markalı mis elektrik kabelli 10.340 manat dəyərində, Almaniya istehsalı olan bir ədəd 370 manat dəyərində «Bosh» markalı laqonda, Türkiyə istehsalı olan hər bir qutusu 15 manat olan «Knauf» markalı 10 qutu «27 mm-lik» şuruplar 150 manat dəyərində, bir ədəd 20 manat dəyərində Rusiya istehsalı olan «Zubr» markalı mikseri, bir ədəd 36 manat dəyərində Rusiya istehsalı olan «Cetta» markalı su tərəzisini oğurlanmışdır. Oğurluq nəticəsində ona 15.514 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zabrat dairəsinin yaxınlığında yerləşən metal qəbulu məntəqəsində işləyir. İşi ondan vətəndaşlardan dəmir və əlvan metalları alıb, nisbətən baha qiymətə Baksolda yerləşən sexlərə zavodlara satmaqdan ibarətdir. V.E.Mursulovu və Təqsirləndirilən şəxs1 əvvəl tanımamışdır. Onları o cəmi 2 iki dəfə görmüşdür. 31 dekabr 2022-ci il tarixdə, səhər saat 08:00 radələrində o iş yerində olduğu zamanı onun yanına iki nəfər şəxs gəlmiş, həmin şəxslər sonradan polis bölməsində ona məlum olduğu kimi Vüqar və Rəşid həmin günü ona əridilmiş vəziyyətdə mis metalını satmağa təklif etmişlər. O onlara inandığına görə əridilmiş misi onlardan 130 manata almışdır. 02 yanvar 2023-cü il tarixdə, səhər saat 08:00 radələrində o iş yerində olduğu zamanı Vüqarla Rəşid yenədə onun yanına taksi ilə gələrək ona 8 ədəd hər biri 25 kq çəkidə «Sobsan Sobsilekx» markalı silikonlu fasad boyasını və 10 ədəd Azərbaycan Respublikasının istehsalı olan hər biri 30 kiloqram çəkidə olan «Nat» markalı fasad məcunu təqdim etmişlər. Boyaları onun işlədiyi əlvan metalların qəbulu məntəqəsinə taksi ilə gətirəndə, həmin taksi çıxıb getmişdir. Taksi sürücüsü avtomobildən düşməmişdir, onunla heç bir söhbət aparmamışdır, taksi sürücüsünü o tanımır və görməmişdir, həmin avtomobilin markası və nömrəsidə yadında deyil. Vüqarla Rəşid ona bildirdilər ki, mallar özlərinə məxsusdur, usta işləyirlər və mallar artıq qaldıqlarına görə maya qiymətinə satırlar. O Vüqarla Rəşidə hər bir qutuya görə 20 manatı, cəmi 360 manat məbləğində pulu vermişdir. Onlar pulu ondan götürüb çıxıb getmişlər. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmşəəşünaslıq ekspertizası, «ərzaq və sənaye mallarının əmtəəşünaslıq tədqiqi» ekspertizasının 9/732 saylı, 09 fevral 2023-cü il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən malların təzə vəziyyətdə 2022-ci ilin dekabr-2023-cü il n yanvar aylarına olan orta bazar qiymətilə ümumi dəyəri təxminən 133.00 manat müəyyən edilir. Qərarda göstərilən üç adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametlərinə uyğun olaraq 2022-ci ilin dekabr 2023-cü ilin yanvar aylarına olan orta bazar qiymətilə ümumi dəyəri nəzəri qaydada təxminən 3.344.00 manat müəyyən edilir. Digər iki adda mallar haqqında ətraflı məlumat (modeli, ölçüsü, sayı və sair) olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar idarəsinin 12 yanvar 2023-cü il tarixli məktubdan görünür ki, 03 yanvar 2C 23-cü il tarixdə Nardaran qəsəbəsi, Ləhic bağları 16-cı dalan nömrəsiz ünvanda vətəndaş X2 məxsus bağ evində baş vermiş oğurluq faktı İlə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri KTİ-in avtomatlaşdırılmış eyniləşdirilmə sisteminin məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 02 ədədi (Avtomatlaşdırılmış eyniləşdirmə sisteminin məlumat bankına Sabunçu 42 PB-dən daxil olan) xx xxxxxxxx 1983-cü il tarixdə Ağdam rayonunda anadan olmuş Təqsirləndirilən şəxs2 sol əlinin şəhadət və orta (plastik pəncərə üzərindən) barmağı, digər 01 ədədi isə (avtomatlaşdırılmış eyniləşdirmə sisteminin məlumat bankına Sabunçu 42 PB-dən daxil olan) xx xxxxxx 1991-ci il tarixdə Cəbrayıl rayonunda anadan olmuş Təqsirləndirilən şəxs1 sağ əlinin orta (tozlu pəncərə şüşəsindən) barmağı ilə eynilik təşkil etmişdir. Digər eynilik aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi B.Ə.S.İ.İ-i tərəfindən doldurulmuş 19 yanvar 2023-cü il tarixdə tələbnamədən və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)281/2023 saylı 16 may 2023-cü il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət əməlinin törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs1 15 oktyabr 2022-ci il tarixdən 17 oktyabr 2022-ci il tarixə kimi şübhəli şəxs kimi saxlandığı 02 (iki) gün müddət nəzərə alınmış və Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən həmin müddət təyin olunmuş cəzadan çıxılmış və qəti olaraq təqsirləndirilən şəxs X4 üzərində 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi B.Ə.S.İ.İ-i tərəfindən doldurulmuş 19 yanvar 2023-cü il tarixdə tələbnamədən görünür ki, X7 barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə materialın icraatına Cinayət Məcəlləsinin 40.3, Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasəq cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş-oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla törədilmə cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış, tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxs, şahid ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs2 Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş-oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla törədilmə cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış, tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxs, şahid ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməldən peşman olmasını, ona qarşı şikayət və tələbin olmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməldən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əvvəllər məhkum olunmamasını, ona qarşı şikayət və tələbin olmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 02 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanın yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədinin özünün və cinayət əməlinin təhlükəliyini azaldan və cinayət tərkibindən kənara qalan müxtəlif hallardır. İnsan Hüquqlarının və X6 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı öhdəliyin reaksiyasıdır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirilmələrinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X8 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla törədilməyə görə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Oğurluğa, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1 №li, 03 mart 2005-ci il tarixli Plenumunun qərarından görünür ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə alınmalıdır ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədi ilə, hüquqazidd, əvəssiz götürülməsi və bu əmlakını təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 14 iyul 2022ci il tarixli qərarından görünür ki, əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halı həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin mümkünlüyünu istisna edən əsas kimi qəbul edilə bilməz. Belə ki, göstərilən halda Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Cinayət işinin materiallarında olan 11 mart 2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 11 mart 2023-cü il tarixdə Sabunçu rayonu, Nardaran qəsəbəsində saxlanılaraq Sabunçu RPİ-in MSY-ə təhvil verilmişdir (səh., 73). Cinayət işinin materiallarında olan 13 mart 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh., 91). Cinayət işinin materiallarında olan 4(008)206/2023 saylı, 13 mart 2023-cü il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 11 mart 2023-cü il tarixdən hesablanmaqla 02 ay, 09 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir (səh.,108). Cinayət işinin materiallarında olan 27 mart 2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 27 mart 2023-cü il tarixdə Sabunçu rayonu, Nardaran qəsəbəsində saxlanılaraq Sabunçu RPİ-in MSY-ə təhvil verilmişdir (səh., 73). Cinayət işinin materiallarında olan 29 mart 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında görünür ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh.,133). Cinayət işinin materiallarında olan 4(008)206/2023 saylı, 29 mart 2023-cü il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 27 mart 2023-cü il tarixdən hesablanmaqla 01 (bir) ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir (səh.,151). Cinayət işinin materiallarında olan 28 aprel 2023-cü il tarixli təqsrləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir (səh.,172). Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, onun Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)281/2023 saylı, 16 may 2023-cü il tarixli h ökmü ilə cəza çəkməsini, onun alternativ cəza ilə islah olunmasının qeyri-mümkün olmasını və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin başlanğıcı «11» mart 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 seçilmiş «həbs» qətimkan tədibiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər-«ümumi rejimli» cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəza çəkirlər. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, əvvəllər məhkum olunmamasını, ona qarşı şikayət və tələbin olmamasını, maddənin sanksiyasında alternativ cəzanın olmasının, onun alternativ cəza ilə islah olunmasını mümkün hesab edirək və işdə olan digər halları nəzərə alaraq, ona «azadlığın məhdudlaşdırılması» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşıdrılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşıdırlması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək. Həmin Məcəllənin 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ev dustaqlığında saxlandığı «01» (bir) ay azadlığın məhdudlaşdırılması cəzasının «02» (iki) aya bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılmalı, cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasının onun yaşayış yeri üzrə Probasiya İdarəsinə tapşırılmalı, onun üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanını icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət Prosessuüal Məcəlləsinin 163.1-ci maddəsinə əsasən ev dustaqlığı qətimkan tədbiri qismində təqsirləndirilən şəxsi həbsdə saxlamadan və cəmiyyətdən tam təcrid etmədən, lakin məhkəmənin qərarı ilə müəyyən edilmiş azadlıq və digər bir sıra hüquqlara məhdudiyyətlər qoyulmasından ibarətdir. Həmin Məcəllənin 163.4-cü maddəsinə əsasən ev dustaqlığı, onun müddətinin müəyyən edilməsi və uzadılması, ev dustaqlığından azad etmə barədə qərarların qəbul edilməsi əsasları və qaydası bu Məcəllənin həbs qətimkan tədbirinə aid olan müddəaları ilə tənzimlənir. Təqsirləndirilən şəxs2 ev dustaqlığında olan «27» mart 2023-cü il tarixdən «27» aprel 2023-ci il tarixə kimi olan müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanmış X2 məxsus olan Azərbaycan Respublikasının istehsalı olan 8 ədəd hər biri 25 kiloqram çəkidə «Sobsan Sobsilekx» markalı silikonlu fasad boyası və 10 ədəd Azərbaycan Respublikasının istehsalı olan hər biri 30 kiloqram çəkidə olan «Nat» markalı fasad məcunu iş üzrə maddi sübut kimi kimi tanınmışdır və saxlanılması üçün zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Hüquqi xidmətə görə Müdafiəçi2 iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Hüquqi xidmətə görə Müdafiəçi1 iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinə əsasən «03» (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hal-hazırki hökmlə təyin olunmuş cəza Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)281/2023 saylı, 16 may 2023-cü il tarixli hökmü ilə təyin olunmuş «01» (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq «03» (üç) il, «06» (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)281/2023 saylı, 16 may 2023-cü il tarixli hökmü ilə nəzərə alınmış, Təqsirləndirilən şəxs1 15 oktyabr 2022-ci il tarixdən 17 oktyabr 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı «02» (iki) gün müddət çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs1 üzərində «03» (üç) il, «05» (beş) ay, «28» (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin başlanğıcı «11» mart 2023-cü il tarixdən hesablansın Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədibiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinə əsasən «03»(üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 27» mart 2023-cü il tarixdən «27» aprel 2023-ci il tarixə kimi ev dustaqlığında saxlandığı müddət «01» (bir) ay Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən «02» (iki) ay hesablansın, həmin müddət təyin olunmuş cəzadan çıxılsın Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq «02» (iki) il, «10» (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icra müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın, hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerin dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanmış X2 məxsus olan Azərbaycan Respublikasının istehsalı olan 8 ədəd hər biri 25 kiloqram çəkidə «Sobsan Sobsilekx» markalı silikonlu fasad boyası və 10 ədəd Azərbaycan Respublikasının istehsalı olan hər biri 30 kiloqram çəkidə olan «Nat» markalı fasad məcunu iş üzrə maddi sübut kimi kimi tanınmışdır və saxlanılması üçün zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hüquqi xidmətə görə Müdafiəçi2 iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Hüquqi xidmətə görə Müdafiəçi1 iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar