Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-584/2024 31.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Məmmədova Ayşən Müşviq qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Ağdam şəhəri, Başqərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Ağdam rayonu, Qərvənd Ə/D, Başqərvənd kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə 05 yanvar 2024-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, 22-ci Keçiddə yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış olmayan, inşa etdirdiyi iki mərtəbəli nömrəsiz fərdi evin qarşısına gələrək, sonuncunun evinin tikinti və təmir işləri üçün aldığı və inşa etdirdiyi evin qarşısında küçədə saxladığı özgənin Zərərçəkmiş şəxs məxsus ümumi dəyəri 1200 manat olan 12 metr uzunluğunda iki tərəfli metal inşaat materialını (dvutavrı) gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1200 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, taksi fəaliyyəti ilə məşğul olmuş, Toyota Prius markalı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Mərkəzi küçə, 22-ci keçidə müştəri aparmışdır. Müştərilər avtomobildən düşdükdən sonra həmin küçədə, yerləşən nömrəsiz fərdi evin yaxınlığında küçədə yerdə torpaqlı köhnə dəmirlər görmüş, həmin vaxt o, elə başa düşmüşdür ki, həmin dəmirlər küçəyə hər hansısa bir şəxs tərəfindən atılmış lazımsız dəmirlərdir, ona görə də həmin dəmirləri götürüb metal qəbulu məntəqələrindən birinə satmaq qərarına gəlmiş, lakin dəmirlər ağır olduğu üçün onu tək götürmək mümkün olmamışdır. 05 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi ərazisindən yük yerində kranı olan markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı yük avtomaşını tapmış, həmin yük avtomaşınının sürücüsünə Sabunçu rayonu, Ramana qəsəbəsindən, Suraxanı qəsəbəsinə özünə məxsus olan dəmir gətirmək istədiyini demiş, həmin dəmirləri Suraxanı qəsəbəsinə gətirmək üçün ondan nə qədər pul alacağını soruşmuş, yük maşınının sürücüsü dəmirləri Suraxanı qəsəbəsinə gətirmək üçün ondan 60 manat alacağını bildirmiş, o, da razlaşmışdır. Bundan sonra həmin gün təxminən saat 13 radələrində yük maşını ilə Ramana qəsəbəsi, Mərkəzi küçə, 22-ci keçidə getmiş, o, öz idarə etdiyi avtomobili kənarda saxladıqdan sonra, yük avtomaşınının sürücüsü həmin küçədə bir neçə gün əvvəl gördüyü dəmirləri kranla avtomaşının yük yerinə yükləmiş və həmin dəmirləri yük avtomaşını ilə Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Suraxanı bazarının yaxınlığında yerləşən metal qəbulu məntəqəsinə apararaq, orada metal qəbulu məntəqəsində işləyən adını bilmədiyi şəxsə ümumilikdə 360 manata satmış, yük maşınının sürücüsünə 60 manat verib yola salmış, yerdə qalan pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Hazırda maddi vəziyyəti pis olduğundan, özü də xəstə olduğundan vurulmuş ziyanı ödəyə bilmir, amma ödəyəcəkdir, əməlindən səmimi peşmandır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, oğurluq hadisəsini özü tək törətmiş, bu işdə ona heç kim köməklik etməmişdir. Oğurluq yolu ilə əldə etdiyi dəmirləri metal qəbulu məntəqəsinə satarkən özünə məxsus olduğunu demiş, metal qəbulu məntəqəsində işləyən şəxs dəmirləri oğurluq yolu ilə əldə etdiyini bilməmişdir. Yük avtomaşınının sürücüsü də dəmirləri oğurluq yolu ilə əldə etdiyini bilməmişdir, o, həmin sürücüyə Suraxanı rayonu, Suraxanı qəsəbəsində yaxınlaşmış və yük olduğunu demiş, həmin yükü Suraxanı qəsəbəsi əraziisndə yerləşən metal qəbulu məntəqəsinə aparmaq istədiyini bildirmişdir. Avtomobilində olan digər şəxsi dəmirlərin götürülməsində kömək etməsi üçün Suraxanıda 25 manat haqqı ödənilməklə danışaraq gətirmiş, lakin kran özü qaldırıb həmin maşınları yüklədiyi üçün köməyə ehtiyac olmamışdır, buna baxmayaraq gətirdiyi üçün həmin şəxsə 10 manat vermişdir, kim olduğunu bilmir. Həmin şəxsin də dəmirlərin oğurluq olmasından məlumatı olmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, 22- ci keçiddə yerləşən iki mərtəbəli nömrəsiz fərdi evi var. Həmin evdə təmir işləri getdiyi üçün orada yaşamır, ancaq buna baxmayaraq hər həftənin şənbə və bazar günlərində evinə baş çəkməyə gedir. 2023-cü ilin yay aylarında sözü gedən evin tikinti və təmir işləri üçün 2770 manata ümumi uzunluğu 44 metr olan iki tərəfli metal inşaat materialı (dvutavr) almış, həmin metallar ağır və uzun olduğuna görə evin həyətyanı sahəsinə yerləşmədiyi üçün evin qarşısına yığmışdır. Təxminən bir il olardı ki, həmin dəmirlər küçədə olmuşdur. 08 yanvar 2024-cü il tarixdə təxminən saat 11 radələrində həmişə olduğu kimi təmir işləri gedən fərdi evinə baş çəkməyə getmiş, həmin vaxt evin qarşısında saxladığı 1200 manat dəyərində 12 metr uzunluğunda olan iki tərəfli metal inşaat materialın (dvutavrın) oğurlandığını aşkar etmişdir. Həmin vaxt videomüşahidə kameralarının görüntülərinə baxdıqda 05 yanvar 2024-cü il tarixdə saat 13:15 radələrində Toyota Prius markalı avtomobilin və yük yerində kranı olan avtomobilin evinin qarşısına gəldiyini, 12 metr uzunluğunda olan metal materialların (dvutavrların) yük avtomobilinə həmin şəxslər tərəfindən yüklənildiyini, sonra həmin avtomobillərin çıxıb getdiklərini müəyyən etmişdir. 12-ci polis şöbəsinə baş vermiş oğurluq hadisəsi ilə bağlı müraciət etmiş, lakin əməliyyatçı Vüsal və həmin ərazinin sahə inispektoru Sahil adlı polis əməkdaşları 12-ci polis şöbəsində təmir işləri getdiyi üçün ərizə almaq üçün şəraitin olmadığını, yaxın müddətdə polis şöbəsinə dəvət edəcəklərini və həmin müddət ərzində oğurluq hadisəsinin tam açılacağını bildirərək, onu yola salmışlar. 11 yanvar 2024-cü il tarixdə axşam saatlarında onu 12-ci polis şöbəsinə dəvət etmişlər, polis şöbəsində Vüsal adlı polis əməkdaşının qəbulunda olarkən otağında iki nəfər tanımadığı şəxləri görmüş, Vüsal adlı polis əməkdaşı bildirmişdir ki, həmin şəxslərdən biri metalı qəbul edən şəxsdir, digəri isə yük avtomobilini idarə edən Hümmət adlı şəxsdir, 3-cü şəxsin isə narkotik vasitələrin istifadəçisi olduğu üçün Reabilitasiya Mərkəzində müalicə aldığını bildirmişdir. Bundan başqa Vüsal adlı polis əməkdaşı ona videogörüntü göstərmiş, həmin görüntüdə bir nəfər şəxsi göstərib bildirmişdir ki, həmin videogörüntünü metal qəbulu məntəqəsindən götürmüş, videogörüntüdə görünən şəxs oğurluq hadisəni törətən 4-cü şəxsdir, həmin şəxsin tapılması istiqamətində tərəflərindən əməliyyat-axtarış tədbirləri aparılır. Lakin həmin şəxslər bu günə kimi məsuliyyətə cəlb olunmamışlar. Baş vermiş oğurluq hadisəsi nəticəsində ümumlikdə ona 1200 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir,ona dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Bakı şəhəri, Suraxanı rayonu ərazisində özünə məxsus Dongfeng markalı, ** NM *** dövlət qeydiyyat nişanlı yük yerində kranı olan yük avtomobillə yükdaşıma ilə məşğul olur. 05 yanvar 2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi ərazisində olarkən bir nəfər şəxs, sonradan adının Ceyhun olduğunu bildiyi şəxs ona yaxınlaşaraq Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisindən özünə məxsus olan iki tərəfli metal inşaat materialı (dvutavrı) Suraxanı qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə gətirmək istədiyini demiş, həmin metalı neçəyə gətirməsini soruşmuşdur. O, da Ceyhun adlı şəxsə yükü dediyi ünvandan Suraxanı qəsəbəsi ərazisinə gətirmək üçün 60 manat alacağını bildirmiş, Ceyhun adlı şəxsdə onun dediyi qiymətlə razlaşmışdır. Bundan sonra Ceyhun adlı şəxslə onun dediyi ünvana yollanmışlar, o, öz idarə etdiyi avtomobillə getmiş, Ceyhun adlı şəxs isə öz idarə etdiyi Toyota Prius markalı avtomobillə getmişdir. Təxminən saat 13 radələrində Ramana qəsəbəsi, Mərkəzi küçə deyilən ünvana gəlmişlər, həmin ünvanda Ceyhun adlı şəxs öz idarə etdiyi avtomobili kənarda saxladıqdan sonra, həmin ünvanda yerləşən nömrəsiz fərdi evin yaxınlığında küçədə olan dəmirləri, yəni metal inşaat materialı (dvutavrı) kranla avtomobilinin yük yerinə yükləmiş və Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Suraxanı bazarının yaxınlığında yerləşən metal qəbulu məntəqəsinə apararaq, metal qəbulu məntəqəsində yükü boşaltmış, Ceyhun ona 60 manat vermiş və o, çıxıb getmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs dəmirləri, yəni metal inşaat materialını (dvutavrı) oğurluq yolu ilə əldə etdiyini bilməmiş və bu barədə qabaqcadan ona heç bir söz də deməmişdir. O, həmin şəxsi müştəri kimi bilib, metal inşaat materialını (dvutavrı) 60 manat qarşılığında onun dediyi ünvana, yəni Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Suraxanı bazarının yaxınlığında yerləşən metal qəbulu məntəqəsinə aparmışdır. O, Təqsirləndirilən şəxs metal inşaat materialını (dvutavrı) oğurluq yolu ilə əldə etdiyini bilsə idi heç vaxt onu müştəri kimi qəbul edib yükü onun dediyi ünvana aparmazdı. Polis bölməsinə dəvət olunarkən Zərərçəkmiş şəxs həqiqətən bildirmişdir ki, həmin şəxsləri tapıb onun ziyanını ödəyəcəkdir, sonradan dəmir qəbulu məntəqəsində işləyən şəxslə danışmış, lakin o heç bir məbləğdə ödəniş etməyəcəyini, pulunu verib dəmir aldığını bildirmişdir, Təqsirləndirilən şəxs da ziyanın ödənilməsi üçün heç nə etməmişdir. Buna görə də verdiyi sözə əməl edə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ünvan 4 ünvanında metal qəbulu məntəqəsini icarə əsasında işlədir. Məntəqədə əsasən dəmir tullantılar qəbul edir. 05 yanvar 2024-cü il tarixdə günorta saatlarında işlədiyi metal qəbulu məntəqəsində olduğu zaman məntəqəyə tanıdığı Hümmət adlı şəxs idarə etdiyi Dongfeng markalı, ** NM *** dövlət qeydiyyat nişanlı yük yerində kranı olan yük avtomobili ilə məntəqəyə təxminən 12 metr uzunluğunda iki tərəfli metal inşaat material (dvutavr) gətirmişdir. Hümmətdən bir qədər sonra məntəqəyə Tayota Prius markalı avtomobillə bir nəfər tanımadığı şəxs də gəlmişdir. Hümmət məntəqəyə gətirdiyi metal materialın Toyota Prius markalı avtomobillə gələn şəxsə məxsus olduğunu deyib, satmaq üçün onun avtomobili ilə məntəqəyə gətirdiyini bildirmişdir. O, Hümmətə metalı şəxsiyyət vəsiqəsiz götüməyəcəyini demiş, Hümmətin yanında olan şəxs şəxsiyyətini təsdiq edən sənədini ona təqdim etmiş, həmin şəxsin Ağdam rayonundan olan, Təqsirləndirilən şəxs olmasını bilmişdir. Bundan sonra o, Ceyhunun məntəqəyə gətirdiyi metalı yük tərəzisində çəkdikdən sonra metalı 360 manata alacağını demiş, Ceyhunda etiraz etməmiş və gətirdiyi metalı qəbul edib ona 360 manat vermişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, məntəqədə qeydiyyat kitabı var, hər hansı bir şəxs şəxsiyyət vəsiqəsi təqdim etmədən o, dəmir qəbul etmir, bir aydan bir qeydiyyat kitabı dəyişilir, köhnə kitabı isə yandırır, ona görə də əvvəlki qeydiyyat kitablarını, eləcə də Təqsirləndirilən şəxs ona təqdim etdiyi şəxsiyyət vəsiqəsinin surətini məhv etdiyi üçün istintaqa təqdim edə bilməmişdir. O, Təqsirləndirilən şəxs ona satdığı iki tərəfli metal inşaat materialını (dvutavrı) oğurluq olub olmamasını əvvəlcədən Ceyhundan soruşmuş, Ceyhun həmin metalın özünə məxsus olduğunu demişdir, hətta Hümmətdə həmin metalın oğurluq olmadığını bildirmişdir. O düşünmüşdür ki, oğurlanmış mal günorta saatlarında satmaq üçün gətirilməz, həmin malın Ceyhuna məxsus olduğuna inanmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirilməsi haqqında 30 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Mərkəzi küçəsi 22-ci keçid nömrəsiz fərdi evin önünə baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur(i.v. 10-14); video görüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yerinin müşahidə kamerasının görüntüsünə baxış keçirilmiş, bu barədə protokol tərtib edilmiş, müşahidə kamerasının görüntüsü DVD disk formasında protokola əlavə edilmişdir(i.v.15- 16); axtarışda olanın tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 may 2024-cü il tarixdə saat 11:00 radələrində saxlanılaraq Sabunçu RPİ-nin MSY-nə təhvil verilmişdir(i.v.56); CD diskdə olan video görüntüyə baxış keçirilməsi haqqında 01 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, 22-ci Keçiddə yerləşən Zərərçəkmiş şəxs məxsus nömrəsiz fərdi evin qarşısında baş vermiş oğurluq hadisəsinin videogörüntüləri videomüşahidə kameralarının yaddaş qurğusuna qeydə alınaraq CD diskə göçürülmüşdür. Videogörüntüləri qeydə alınmış CD diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, diskdə 02 ədəd fayl vardır.Həmin fayıllar aşağıdakılardır:
1. WhatsApp Video 2024-02-15 at 19.41.29
2. WhatsApp Video 2024-02-15 at 19.41.29 - WhatsApp Video 2024-02-15 at 19.41.29 adlı faylda olan videogörüntüyə baxış zamanı müəyyən edildi ki, Dongfeng markalı, yük yerində kranı olan yük avtomobili əvvəlcə arxaya doğru, sonra irəliyə doğru hərəkət edərək uzaqlaşır. Həmin avtomobilin sağ tərəfində isə Toyota Prius markalı avtomobil arxaya doğru hərəkət edir və bununla da video çəkiliş sona çatır. WhatsApp Video 2024-02-15 at 19.41.29 adlı faylda olan videogörüntüyə baxış zamanı Təqsirləndirilən şəxs bildirdi ki, vidogörüntüdə görünən Dongfeng markalı, yük yerində kranı olan yük avtomobilinin sürücüsünə o, sifariş verib Ramana qəsəbəsi, Mərkəzi küçə, 22-ci keçidə gətirmiş, Toyota Prius markalı avtomobil isə onun tərəfindən idarə olunur və kənarda saxladıqdan sonra, yük avtomobilinin sürücüsü həmin küçədə bir neçə gün əvvəl gördüyü dəmirləri onun göstərişi ilə kranla avomobilin yük yerinə yükləyərək Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Suraxanı bazarının yaxınlığında yerləşən metal qəbulu məntəqəsinə aparır(i.v.93-94); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 01 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilərək MSY-dən azad edilməsi qərara alınmışdır(i.v.101-103); qətimkan tədbirinin seçilməsi haqqında 01 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 104-105); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir(i.v.109-110); Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü bir azyaşlı uşağı vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü üzrə olan məhkumluğu CM-nin 83.3.3-cü maddəsinə əsasən ödənilmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixli hökmü üzrə məhkumluğu ödənildiyindən cinayətin residivi kimi nəzərə alına bilməz. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 30 may 2024cü il tarixdən 01 iyun 2024-cü il tarixədək tutularaq saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq,
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01(bir) il 06(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 may 2024-cü il tarixdən 01 iyun 2024-cü il tarixədək tutularaq saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 01 (bir) il 06(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01(bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra edilməsi üçün Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut-01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alın alınsın. Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunsun. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********0000001944, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən: Elnurə Rəcəbova