Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-584/2025 17.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi Nərimanov küçəsi ev 23-də qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 180.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmiş və özgənin əmlakını açıq talayıb təkrar soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 18 yanvar 2024-cü il tarixdən 19 yanvar 2024-cü il tarixə keçən gecə ünvan 1 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs4 məxsus «X27» markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol yan şüşəsini istintaqa məlum olmayan əşya ilə sındırıb, avtomobilin salonundan 600 manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 600 (altı yüz) manat ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir.(İ epizod) Bundan başqa o, təkrar özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 12 fevral 2024-cü il tarixə saat 15 radələrində ünvan 2 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs5 məxsus «Kia Forte» markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol yan şüşəsini istintaqa məlum olmayan əşya ilə sındırıb, avtomobilin salonundan 02 ədəd qutuda ümumi dəyəri 2200 manat təşkil edən «Vinston XS» markalı siqaretləri gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 ümumilikdə 2200 (iki min iki yüz ) manat ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamaqla təkrar oğurluq etmişdir.(İİ epizod) Bundan başqa o, təkrar özgənin əmlakını açıq talama məqsədi ilə 08 noyabr 2024-cü il tarixə saat 22 radələrində ünvan 3 ünvanının qarşısında saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus “Dacia Loqan" markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ yan şüşəsini istintaqa məlum olmayan əşya ilə sındırıb, avtomobilin salonundan 01 ədəd 200 manat dəyərində “Redmi Note8” markalı mobil telefonu, 01 ədəd 40 manat dəyərində “Sony Rekson" markalı mobil telefonu və 800 manat nağd pulu görüb onun hərəkətlərini görüb saxlamaq istəyən Zərərçəkmiş şəxs2 onu təqib etməsinə baxmayaraq ələ keçirdiyi “Redmi Note8” markalı mobil telefon və 800 manat pulu özündə saxlayaraq qaçıb oradan uzaqlaşmaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 1040 (bir min qırx) manat ziyan vurmaqla özgənin əmlakını açıq olaraq talamaqla təkrar soyğunçuluq etmişdir.(İİİ epizod) Bundan başqa o, təkrar özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 24 yanvar 2024-cü il tarixə 10:33 radələrində ünvan 4 ünvanın qarşısında saxlanılmış Vəliyev llmas Şefki oğluna məxsus “Toyota Camry” markalı **-YC-*** dövlət qeydiyyat nişanlı avtomaşınının qabaq sağ yan şüşəsini istintaqa məlum olmayan əşya ilə sındırıb, avtomobilin salonundakı qoltuq altından içərisində həmin dövrün məzənnəsi ilə 1190 manat təşkil edən 700 ABŞ dolları, 300 manat, 50 manat dəyərində qara rəngli pul kisəsini gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 1540 (bir min beş yüz qırx) manat ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamaqla təkrar oğurluq etmişdir.(İV epizod) Bundan başqa o, təkrar özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 mart 2025-ci il tarixdə saat 07 radələrində ünvan 5 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs1 məxsus “Ford” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomaşınının sağ yan şüşəsini istintaqa məlum olmayan əşya ilə sındırıb, avtomobilin salonundan 650 manat nağd pulu, 500 manat dəyərində 01 ədəd Samsung markalı planşeti, arxa oturacağın qarşısından 150 manat dəyərində 01 ədəd direli, 100 manat dəyərində 01 ədəd laqondanı, 25 manat dəyərində yivaçan aləti gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 1425 (bir min dörd yüz iyirmi beş) manat ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamaqla təkrar oğurluq etmişdir.(V epizod) Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 180.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Suraxanı polis işçiləri onu tutmuşlar, o vaxtı hakim Pərviz Muradov onu buraxmışdır. Gedib bir gündən bir idarədə imza çəkmişdir. Polislər demişdir ki, səhər və axşam gəlib imza çəkməlidir. Polis idarəsinə getmiş, amma ona icazə verməmişlər imza çəkməyə. Gəlib məhkəməyə şikayət eləmişdir ki, polislər onu incidirlər. Sonra 20 günlük həbs olunub və buraxılmışdır, müstəntiqin yanına getmiş, müstəntiq ona demişdir ki, “mənlik deyil”. Onda sonra məhkəməyə gəlib soruşmuş, işinə xitam verildiyi deyilmişdir. Sonra 1 il qalmışdır çöldə, onu çağıran olmamışdır. Suraxanı rayon polis işçiləri səhərə yaxın 4-5-də gəlib onun evinə girmişlər. Onun atası ürək xəstəsi olmuşdur. Onun evinə girdiklərindən atasını öldürmüşlər, yəni, atası ürək xəstəsi olduğuna görə evə girəndə atasının ürəyi tutmuş, xəstəxanada atasının ürəyi partlamışdır. Zərərçəkmiş şəxs1 epizodu üzrə deyə bilər ki, o şəxsi tanımır, avtomobilinidə tanımır, bu cinayəti o törətməmişdir. Nizami rayonunda onu tutanda prokurorun yanına gətirmişlər, prokuror nə gündə olduğunu görmüşdür, onu döymüşdürlər. Prokuror vəziyyətinə görə onu buraxmışdır. Amma polislər onu buraxmamışlar. İXM-nin 206-cı maddəsi ilə rəsmiləşdirib gətirmişlər məhkəməyə 20 gün inzibati həbs olunmuşdur. O, orada həbsdə olanda anasına zəng vurmuş, anası müstəntiqin ona zəng vurduğunu demişdir. Müstəntiq onun 20 günlük həbsdə olduğundan məlumatı olsada, amma həbsdə olduğunu bilə bilə onu axtarışa vermişdir. Bu cinayətlərin heç birini o törətməmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, oğurluq etməmişdir, Zərərçəkmiş şəxs1 epizodunu da o etməmişdir. Onu şahidə tanınmaya təqdim etməmişlər, elə bir şey olmamışdır, o, etiraz etməmişdir. Əksinə o, özü ərizə yazmış və şahidlə onun üzləşdirilməsini istəmişdir. Nizami rayonunda 4 gün onu polisdə saxlamışlar, 4 gündən sonra onu gətirmişlər prokurorluğa. Döyüldüyündən pis gündə olmuşdur həmin vaxtı, prokuror onu buraxsa da amma polislər buraxmamışlar. O, tutulanda xəsarətləri olmuşdur, döymüşlər məcbur etiraf eləmişdir. Təcridxanaya aparılanda da xəsarətləri olmuşdur, qeydiyyat aparılıb bununla bağlı. Onu CM-nin 234.4.3-cü maddəsi ilə həbsə göndərəcəklərini bildirmişlər, ona görə məcbur etiraf etmişdir. 20 gün sonra onu MSY-nə aparıb döymüşlər, sonra yenə təcridxanaya gətiriblər xəsarət ilə. Ona hər dəfə tutulanda işgəncə vermişlər, məcbur etmişlər böynuna götürmüşdür. Boynuna götürməsə onu CM-nin 234.4.3-cü maddəsi ilə rəsmiləşdirəcəklərini demişlər polislər. Onu 17 martda tutmuşlar. Hadisə yerinə baxış 20 gün sonra keçirilmişdir. Şüvəlan təcridxanasında MSY-nə gətirmişdilər onu, yenə döymüşdürlər, hadisə yerinə aparıb oradan istintaq təcridxanasına qayıdanda xəsarətləri olmuşdur. O, Şahid1 ümumiyyətlə tanımır. Yazıblarki guya onunla eyni vaxtda 1 Saylı Cəzaçəkmə müəssisəsində cəza çəkmişlər, elə bir şey olmayıb, o 1 Saylı cəzaçəkmə müəssisəsində olsa da, o cəza çəkdiyi vaxt Sərdar adlı şəxs orada cəza çəkməyib, araşdırılsın. 18 yanvar 2024-cü il tarixli epizodu da o eləməmişdir, onun barmaq izi çıxa bilməz. Qan izidə onun qan izi deyil, onun qan izi 2017-ci ildə olub və onu ora göndəriblər. 2017-ci ildə Xətai rayonu 37-ci polis bölməsində qan izi olmuşdur. 2023-cü ildə tutulanda onu ora göndərmişdilər guya onun qan izi ilə eynidir. Orada başqasının əl izi çıxmışdır. O bu cinayəti etməmişdir və onun qan izi oradan çıxa bilməz. Şübhəli şəxs qismində dindirmədə ona işgəncə vermişlər. Onu döydüklərinə görə sənədlərə qol çəkmişdir. Nizami rayonunda olan epizoduda o etməmişdir. O, xalasıgildən çıxan vaxtı onun üstünə polislər cummuşlar, üzü baş qan olmuşdur, aləm bir-birinə dəymişdir. Onu oradada döymüşlər, xəsarətləri olmuşdur. Prokuror onun vəziyyətini görüb demişdir ki, bu nə gündədir, vəziyyətinə görə onu buraxmışdır. Amma polislər onu buraxmamışlar, aparmışlar məhkəməyə 20 günlük həbs vermişlər. Orada o təqsirləndirilən şəxs kimi ifadə verməmişdir, sadəcə məcburiyyətdən imza çəkmişdir. O, həmin vaxtı özündə olmamışdır, özünü tanımamışdır. Həmin vaxtı onu Sabunçu xəstəxanasına aparıb ayağını tikmişlər, qanaxmadan o özündən getmişdir. Birinci dəfə sarılıq xəstəsi olmuşdur deyə Sabunçu xəstəxanasında yatan zaman onu polislər gəlib oradan götürmüşlər. O, inzibati həbsə gedəndə artıq ayağını tikmişdilər. Xəsarətləri dəqiq kimin yetirdiyini bilmir, orada 20 nəfər adam olmuşdur, onları tanımır. Sabunçuda baş verən epizoduda o etməmişdir. Zərərçəkmiş şəxsi ümumiyyətlə tanımır. 2024-2025-ci illərdə onun telefonu olmamışdır. Keçən il mart ayında polislər evlərinə girmişlər, o həmin vaxt evdə olmamışdır, həmin vaxt atasının vəziyyəti pisləşmiş, sonradan vəfat etmişdir. Ona izahat verməsi ilə bağlı prokurorluğun müstəntiqi tərəfindən hər hansı zəng olunmamış, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar ona göndərilməmiş, bu barədə ona məlumat verilməmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri elan edilmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə gecə saat 20 radələrində yaşadığı Suraxanı rayonu, Bülbülə qəsəbəsində yol ilə hərəkət etmişdir. Bülbülə qəsəbəsi adlanan ərazidə 208 nömrəli məktəbin yaxınlığında keçərkən borcları çox olduğu üçün oğurluq etmək qərarına gəlmiş, bu səbəbdən də orada dayanmış avtomobillərin içərisinə baxa-baxa getmişdir. Həmin vaxt markasını bilmədiyi tünd göy rəngli avtomobilin içərisinə baxarkən sürətlər qutusunun qarşısında pul kisəsi görmüşdür. Sonra həmin avtomobilin şüşəsini qırmaq və həmin pul qabını oğurlamaq qərarına gəlmişdir. Avtomobilin ətrafında dolandıqda isə balaca bir vintaçan görmüşdür. Həmin vintaçanla avtomobilin arxa şüşəsinin rezinin çıxartmaq qərarına gəlmiş, yavaşyavaş rezini çıxardarkən şüşə partlayaraq sınmışdır. Sonra o, oradan maşının içərisinə daxil olmuş və sürətlər qutusunun qarşısında olan pul qabını götürmüşdür. Daha sonra maşını axtarmağa başlamışdır. Oradan 1 ədəd "Redmi" markalı və 1 ədəd köhnə sadə telefonu götürüb maşından çıxmaq istəmişdir. Avtomobildən sındırdığı şüşənin yerindən maşından çıxdıqda bir nəfər şəxsin qışqırdığını eşitmişdir. Həmin şəxsin qışqırmağından sonra sonuncunun onu gördüyünü bilmişdir. Bu məqsədlə qaçmağa başlamışdır. Həmin şəxs də bir müddət onun arxasınca qaçsa da sonradan dayanmışdır. O, qaçıb oradan uzaqlaşdıqdan sonra pul qabını açmışdır. Orada 13 manat pulun və sənədlərin olduğunu görmüşdür. Pulu pul qabından götürüb cibinə qoymuşdur. Maşından oğurladığı "Redmi” markalı və markasını bilmədiyi sadə telefonu da götürərək cibinə qoymuşdur. Pul qabından çıxan sənədləri təxminən 2 saat sonra həmin əraziyə qayıdaraq maşın saxladığı yerin yanındakı daşın üzərinə qoymuşdur. Maşından oğurladığım “Redmi" markalı telefonu satmaq qərarına gəlmişdir. Bu məqsədlə oradan uzaqlaşaraq Əmircan qəsəbəsində yaşayan tanıdığı Şirin adlı şəxslə görüşmüşdür. Maşından oğurladığı “Redmi” markalı telefonu 100 manata Şirin adlı şəxsə satmışdır. Əldə etdiyi pulla özünə paltar və yemək almışdır. xx.xx.2025-ci il tarixdə Suraxanı RPİ-nin 31-ci PŞ-nin əməkdaşları onu saxlayaraq Suraxanı RPİ-na aparıb təhvil vermişlər. O, maşınından cəmi 13 manat pul, 01 ədəd “Redmi" markalı telefon və 01ədəd “Sony Rikson" markalı telefon oğurlamışdır, maşından 800 manat pulu oğurlamamışdır(cild 1, i.v.105-107); Bundan başqa, ********* saylı cinayət işi üzrə Nizami RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ittiham elan edilərkən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM- nin 177.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər oğurluq, soyğunçuluq cinayətləri törətdiyi üçün dəfələrlə həbs olunmuş və 1 il əvvəl azadlığa buraxılmışdır. xx.xx.2025-ci il tarixdə ünvan 4 ünvanın qarşısında sonradan şəxsiyyəti haqqında məlumatı olduğu vətəndaş Zərərçəkmiş şəxs3 məxsus “Tayota Camry” markalı avtomobilə yaxınlaşaraq, avtomobilin sağ qabaq yan şüşəsini dəmir açarla sındıraraq avtomobilin qoltuq altından bir ədəd qara rəngli pul kisəsi taparaq oğurlayaraq həmin ərazidən uzaqlaşmışdır. Daha sonra oğurladığı pul kisəsinin içərisinə baxmışdır. Pul kisəsinin içərisində 1 ədəd 10 manatlıq, 1 ədəd 1 manatlıq, 3 ədəd 20 ABŞ dolları pul əskinazı, 2 ədəd bir ABŞ dolları əskinası olmuşdur, içərisində digər sənədlər və bank kartlar olaraq pul kisəsini tullamış, həmin pul kisəsində başqa heç bir məbləğdə pul olmamışdır. Məqsədi sənədləri və bank kartlarını oğurlamaq olmadığından sənədlər və bank kartları olan pul kisəsini küçədə yerə tullamışdır. xx.xx.2025-ci il tarixdə saat 17:40 radələrində Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsi Pəhlivan Fərzəliyev küçəsində yerləşən şirniyyat mağazasında olan zaman mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirərək xidməti vəsiqələrini göstərib, oğurluqda şübhəli olduğunu bildirmişlər. O da tutulmamaq üçün polis əməkdaşlarından qaçmaq üçün cəhd etdikdə müvazinətini saxlaya bilməyərək ayağı sürüşmüş və o, yerə yıxılarkən baş nahiyəsi döşəməyə dəymişdir. Bundan sonra həmin polis əməkdaşları onu yerdən qaldırarkən ayağı ilə şirniyyat evinin vitrinin şüşəsinə zərbə vurmuş və ayağını həmin şüşə kəsmişdir. Bundan sonra polis əməkdaşları onu 25-ci PŞ-nə aparmışlar. Polis əməkdaşları 25-ci PŞ-nə TTYS-in həkim briqadası çağırmışdır. PŞ-nə TTYS-nın həkim briqadası gəlmiş, daha sonra 25-ci PŞ-nin əməkdaşlarının müşayiəti ilə xəstəxanaya aparmışlar. Orada ona ilkin tibbi yardım göstərilmiş və onu polis şöbəsinə aparmışlar. Zərərçəkmiş şəxs3 məxsus ‘Tayota Camry” markalı avtomobildən oğurladığı pul kisəsinin içərisində 1 ədəd 10 manatlıq, 1 ədəd 1 manatlıq, 3 ədəd 20 ABŞ dolları pul əskinazı, 2 ədəd bir ABŞ dolları əskinası olmuşdur. Pul qabının içərisində digər sənədlər və bank kartları da olmuşdur. O, pul kisəsinin içərisindən pulları götürüb, qalan sənədlər və kartlarla birlikdə pul kisəsini yerə atmışdır. Zərərçəkmiş şəxs3 məxsus “Tayota Camry" markalı avtomobildəki pul kisəsindən 700 ABŞ dollları və 300 manat pul oğurlamamışdır. O, həmin maşının qabaq sağ şüşəsini sındıraraq oradan pul qabını götürüb qaçmış və sonra pul kisəsinin içərisində 1 ədəd 10 manatlıq, 1 ədəd 1 manatlıq, 3 ədəd 20 ABŞ dolları pul əskinazı, 2 ədəd bir ABŞ dolları əskinası olduğunu görüb, həmin pulları oğurlamış, pul qabını içərisində olan kart və sənədlərlə birlikdə yerə atmışdır. Ona təqdim olunan video görüntüdə olan şəxs odur. “Tayota Camry" markalı avtomobilə yaxınlaşaraq qabaq sağ pəncərəsini daşla sındırmış və qoltuqaltında olan pul qabını götürüb qaçmışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansı fiziki və psixi zor tətbiq edilməmişdir. Sadəcə olaraq tutulmamaq üçün qaçarkən yıxılıb xəsarət almışdır(cild 1, i.v.193-195); Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi polislər gətirmişdirlər, oradan tanıyır. Hadisə 1 ildən çoxdur ki baş verib, gecə saat 04 radələrində ona məxsus olan avtomobili qıraraq içindən bank kartlarını 600 manat pul götürmüşlər. Avtomobil darvazanın çölündə olub. Kamera var məhəllədə baxmışlar, ayırd edə bilməmişlər kim olmağını. Təxminən bir neçə gün sonra polislər gətirmiş bu şəxsi. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, maşında qan olmağını xatırlamır. Polisə məlumat verəndə ona demişdir maşına yaxın getməsinlər. Qan düşüb düşmədiyini xatırlamır. Ziyan 600 manat pul, 400 manat isə maşının şüşəsinə çəkdiyi xərc olmuşdur. Hadisə yerinə ancaq polis əməkdaşları gəlmişdir, başqa şəxslər yox idi. Sonra onu bir dəfədə çağırmışlar isintaqa. 1 dəfə çağırdılar hadisə necə oldu soruşdular, ikincidədə idarəyə çağırdılar. Zərərçəkmiş şəxs4 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadə ilə ibtidai istintaq zamanı əlavə dindirməsi zamanı vermiş olduğu ifadə arasında ziddiyət olduğundan o ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra zərərçəkmiş şəxsin əlavə ifadəsi elan olunmuş, əlavə ifadəsində göstərmişdir ki, 19 yanvar 2024-cü il tarixdə Suraxanı RPİ-nin 31-ci polis şöbəsinə ərizə ilə müraciət etdikdən sonra təhqiqatçı tərəfində hadisə yerinə baxış keçirilməsi prosesində iştirak etmiş, həmin prosesdə ondan və təhqiqatçıdan əlavə başqa polis əməkdaşı və hal şahidləri də iştirak etmişdir. Hadisə yerinə baxış keçirilən zaman avtomobilinin yan şüşəsi sındırıldığı üçün orada şüşə qırıntıları olmuş və orada olan polis əməkdaşı tərəfindən qan nümunələri, həmçinin əl-barmaq izləri aşkar olunaraq götürülmüşdür(cild 1, i.v. 252-253). Zərərçəkmiş şəxs4 ifadəsi elan edildikdən sonra bildirmişdir ki, o, qan izi götürüldüyünü xatırlamır. Kamera görüntülərindən görünür ki, əli ilə qırır şüşəni, üzü görsənmir. Hadisə vaxtı hava dumanlı olmuş, eyni zamanda həmin vaxt kamaz qum tökür deyə görüntü aydın deyildi. Hadisə yerinə oğrunu gətirmişlər, demişdir ki, o götürüb, buna oxşayırdı, üstündən bir il keçib xatırlamır. Hadisədən xeyli sonra gətirmişdilər adamı, necə aynanı qırdı, necə keçdi və s. demişdir orada. Təxmini hadisədən bir ay sonra gətirmişlər. Əl barmaq izi götürmüşlər, yəqin qan olubki yazılıb, o xatırlamır. Ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsi tanımır. Maşınından siqaretlər oğurlanmışdır. Həmin vaxt Rentacardan maşın götürmüşdür, öz maşını ustada olmuşdur. Sürücünün arxasındakı oturacaqdan 100 blok siqaret götürülmüşdür. Qiyməti 2200 manat olarmış. Avtomobilin şüşəsi sındırılmışdır. Məlumat verdikdən sonra əməliyyatçılar və ekspert gəlmişdir. Sonradan bir şəxs gətirmişlər, bu şəxs deyildi, üzündə maskası vardı, ramazan ayı olmuş, maskanı çəkdikdə üzünə baxmışdır, arıq oğlan olmuşdur, dəqiq bu şəxs deyildi. Həmin şəxs demişdir ki “ mən eləmişəm, söyüş söymə”. Dəqiq bilir bu şəxs deyil, çünki, insanın sifətini dəqiq yadında saxlaya bilir. Ona maraqlı idi kim olduğu, bilmək istəyirdi tanıdığı adamdır ya yox, görmüşdür ki, tanımır. Ona istintaqda bu şəxsi göstərməmişlər. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, M.Abdullayev küçəsi ev 29A ünvanında yaşayan xalası qızı Nəzakət Həsənovanın evinə qonaq getmişdir. Şadlıq sarayını danışmışlar, xalasıqızıgilə getmişdir ki, toya nə qədər adam çağıracaqlarını bilsin, ona uyğun yer sifariş etsinlər. Avtomobili qapının ağzında saxlamışdır. Çölə çıxdıqda maşının böyründə adam olduğunu görmüşdür. Elə bilmişdirki, öz tanış uşaqlardandır kimsə, nəsə işi var maşının yanında dayanıb nəsə edir. O, digər tərəfə fırlanmışdır ki, guya heç onu görməmişdir. O, ora həmişə gedib gəlmişdir, bilməzmiş ki, kimsə onun maşınından orada oğurluq edə bilər. Yenidən maşın tərəfə fırlananda maşının pəncərəsindən kiminsə düşüb qaçdığını görmüş, o da onun dalınca getmişdir. Onunda dalınca 15-20 metr qaçmış, az məsafəsi olmuş, ona çata bilsə də, sadəcə olaraq bir anlıq onu buraxmışdır ki, ona əsas lazım olan puldur. O, özü taksi işləyir deyə maşında pul saxlayır, maşında 2 ədəd telefon və pulqabı olmuşdur. Maşına qayıtdıqda maşında pulların, pulqabının, telefonun olmadığını və maşının salonunun dağınıq vəziyyətdə olduğunu görmüşdür. Maşında salafanda birazda pul olmuş, tez çıxdığına görə onu götürə bilməmişdir oğru. Pulqabının içərisində bank kartları, sənədlər və pullar olmuşdur. O, dərhal DİN-in 102 xidmətinə müraciət etmiş, 102 xidmətindən 4 nəfər gəlmişlər. Ərizəni yazmış və izahatı götürüb getmişlər. Aradan biraz keçdikdən sonra başqa adam gəlmiş ekspertizadan olmuşdur. Ona hadisə yerinə əl vurmadığını bildirmiş, ekspertiza götürmüş və bir müddət ərzində məlumat veriləcəyi bildirilmişdir. Sonrada demişlər adam tapılıb. 102 xidmətindən polislər gələndə onlara demişdir ki, onun əsas sənədləri qaytarılsın. Hadisə olan günün sabahı sənədlərini kağızın içərisində maşın olan yerin yanında ora qoymuşlar. Avtomobildən ümumilikdə 800 manat nağd pul, manatları demir hələ, 2 ədəd mobil telefon götürülmüşdür, birdə avtomobilin şüşəsi qırılmışdır. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, üzərindən uzun müddət keçdiyinə görə tarixi xatırlamır. Düşüb qaçdığına görə o, həmin insanın üzünü görə bilməmişdir. Arxasından qaçdığına görə üzünü görməyi mümkün olmamışdır. Arıqlığı, boyu və üzünü görmədiyinə görə hazırda təqsirləndirilən şəxsin oğurluq edən şəxs olduğunu deyə bilmir. Oğurluq olduqdan sonra sənədlərini maşının yanına qoyulduğunu evdə uşaqlar günorta radələrində məlumat vermişlər ona. Oğurlanan telefonların içərisində nömrə olmamışdır, təzə telefon almışdır deyə nömrəni o telefondan çıxarıb qoymuşdur ora. 2 ədəd telefon olmuş, 2-sində də nömrə olmamışdır. Telefonun birini 480 manata almışdır, digərini çoxdan almışdır. Təqsirləndirilən şəxsi ona polis təqdim etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 videokonfrans vasitəsilə qoşularaq vermiş olduğu ifadəsində göstərdi ki, onun maşınından şüşəsi qırılaraq oğurluq olmuş, avtomobildən sənədlər və pul aparılmışdır. Təxminən 700 dollar, manatda olmuş dəqiq yadında deyil nə qədər. Sonradan sənədləri tapıb ona vermişlər. İstintaq zamanı oğurluq edən şəxsi ona göstərməmişlər. Kimisə gətirmişlər hadisə yerinə o olmamışdır, qardaşı olmuşdur. Hazırda şikayətçi deyil. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 10 radələrində o, avtomobilinin yanına yaxınlaşdıqda avtomobilin yan şüşəsinin açıq olmasını görmüşdür. Avtomobilin şüşəsi sındırılmamışdır, şüşə siyirmə kimi olmuş, onu açmışlar. Avtomobilin içərisində Azəriqaza məxsus planşet, sürət göstəricisinin qarşısında dəsmal kimi birşeyin aşağısında 650 manat pul yoxa çıxmışdır. Sonradan alətlər lazım olduqca onlarında maşında olmadığını görmüşdür və sonradan şikayətində onlarıda qeyd elətdirmişdir. Bir ədəd direl, bir ədəd laqonda və yivaçan alət çantanın içərisində arxa tərəfdə olmuş, onlarında yerində olmadığını oğurlandığını görmüşdür. Oğurluq barəsində DİN-nin 102 xidmətinə məlumat vermişdir. Polis əməkdaşları yaxınlaşmışlar. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, təxmini 100 metr aralıda binanın üstündə kamera var, kamerada görüntülər var və polisə təqdim olunmuşdur. Həmin görüntüdə maşın elə dayanıb ki, şəxsin maşına girdiyi aydın görsənməmişdir. Təqsirləndirilən şəxsin oğurluq edən şəxs olduğuna 100 faiz əmin deyil. Ətrafda gedib gələn şəxslər olmuş, amma oğurluq edən elə bir vəziyyət yaratmışdır ki, orada guya maşın onun şəxsi maşınıdır. Avtomobilin qapısını açır, yanında üst geyimini geyinib soyunur, 3-4 dəfə girir çıxır bunlar kameralara düşmüşdür. Görüntülərə baxanda görünür ki, 30 dəqiqə ərzində maşınla elə rəftar eləyir ki, elə bil öz maşınıdır. Başında papaq olduğu kameralardan görsənmir. Hava işıqlı olmuş, saat 06:42-də hadisə baş vermişdir. Şahid3 adlı adamı tanımır, onunla bağlı heç bir məlumatı yoxdur. Polisə oğurluq barədə özü məlumat vermişdir, ona polisdə də deyilməmişdir ki, Zaur adlı şəxs oğurluq hadisəsini görüb. Sabunçu rayon polis idarəsində sənədlərə imza çəkdiyi zaman iş materiallarında barmaq izləri görmüşdür. Video görüntüdə görsənən şəxsin boyu təqsirləndirilən şəxsə uyğun gəlir, lakin şəxsi üzünü görmədiyi üçün şər ata bilməz. Hadisə yerində barmaq izləri götürməyə çalışmışlar. 650 manat pul götürülmüşdür, ümumilikdə əşyalarla birlikdə 1400 manat ziyan dəymişdir. Avtomobili evdən təxmini 80 metr aralıda saxlamışdır, avtomobilin şüşəsini açanda pult işarə vermir. Ən yaxın kamera 100 metr məsafədə olmuşdur. Digər kamera binanın əks tərəfində olmuş, maşına girib-çıxıb oğurluq edən şəxs sonradan binanın digər tərəfinə fırlanmış və kamera ilə üzbəüz gəlmişdir. 2-ci kameraya baxmamışdır, o qonşudan xahiş eləmiş, o görüntüləri polis əməkdaşlarına verdiyini demiş, amma ona göstərməmişdir. O, qonşunun vaxtını almamaq üçün videoya baxmamış amma özü demişdir ki, video görüntünü istintaqa təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsi ümumiyyətlə tanımır. Onu bu iş üzrə dindirməmişlər. Onu 31-ci polis bölməsinə dəvət etmişlər getməmişdir, sonra onu dekabrın 21-i tutanda orada soruşulmuş belə bir şəxs, yəni Taleh barədə, orada Talehi tanımadığını demişdir. Müstəntiq onu öz işi barədə dindirmiş, Talehin işinə görə dindirməmişdir. Taleh barəsində soruşulmuş, ona siqaret verdiyi deyilmiş, amma o, Talehi tanımadığını demişdir. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2018-ci ildən tanıyır. Belə ki, Təqsirləndirilən şəxslə birlikdə 1 saylı cəza çəkmə müəsisəsində birlikdə cəza çəkmişlər. 2024-cü ilin fevral ayının tarixini xatırlamadığı vaxtı Təqsirləndirilən şəxs ona bildirmişdir ki, siqaret satır, istəsə ala bilər. Həmin vaxtı o, Talehdən nə siqareti olmasını və neçəyə verməsini maraqlandıqda, sonuncu ona bildirmişdir ki, siqaretlər “İsveç” istehsalıdır və hər blokunu 25 manat satır. O, Təqsirləndirilən şəxslə razılaşmış və sonuncuya 80 manat pul ödəyərək 4 blok “Winston" markalı siqaret almışdır. Həmin siqaretlərin heç birində aksiz marka olmamışdır. Təqsirləndirilən şəxs 25 manat satdığını bildirsə də onlar 20 manat hər blokunu razılaşmışlar. O, aldığı siqaretləri yaşadığı evə aparmış və siqaretlərdən atası, qardaşları və o, istifadə etmişlər. Sonradan yenidən siqaret lazım olsa da Talehi tapa bilməmişdir(cild 2, i.v.87-89); Məhkəmə istintaqı zamanı şahidin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edildikdən sonra Sərdae Qəzənfərov verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, Talehi ümumiyyətlə tanımır. Orada yazılanlar yalandır, araşdırılsın, o, Talehlə heç vaxt heç bir cəzaçəkmə müəssisəsində bir yerdə olmamışdır. O, Suraxanı rayonunda başqa cinayətə görə tutulmuşdur, sonra buraxılmış, ola bilər ki, orada hansısa sənədə imza çəkdirmişlər, o, həmin vaxt özündə olmamışdır. Talehin işi ilə bağlı bölmədə ifadə verməyi təklif etmişlər, amma o, imtina etmişdir. Öz işi ilə bağlı orada sənədlərə imza çəkmişdir, buraxmışlar. Onu maşın qaçırtmağa görə tutmuşlar, təxminən 2-3 ay həbsdə olmuşdur. Sonra 21 dekabrda məhkəmə zalında buraxılmışdır. İfadə verildiyi qeyd edilən tarixdə o, tutulmuşdur, ifadədə qeyd edilənlərin hamısı yalandır, o, Talehi ümumiyyətlə tanımır. Talehlə eyni cəzaçəkmə müəssisəsində eyni vaxtlarda həbsdə olmamışdır. İfadəsində çəkilən imzalardan biri onun imzasına oxşayır, amma digəri onun imzası deyil. Yazı onun yazısı deyil, o, ümumiyyətlə yazı yaza bilmir. Talehin işi ilə əlaqədar o, heç nəyə imza çəkməmişdir, öz işi ilə əlaqəli sənədlərə imza çəkmişdir, ola bilsin onda imzalatmışlar. İndi 7 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkir, CM-nin 234.1-ci maddə ilə təqsirli bilinmişdir. Tutulana qədər çörək maşınında çörək satmışdır. O, yeni Suraxanıda qalır. O, Talehi ümumiyyətlə tanımır, əlaqəsi olmayıb. Çörək maşınında işləmişdir, səhər saat 6-dan durub çörək paylamış, axşam saat 11-də evə gəlmişdir. Onun heç savadı yoxdur, oxumamışdır sənədləri. 1 saylı cəzaçəkmə müəssisəsində olmuşdur, 2019-cu ilin aprel ayının 30-u azadlığa çıxmışdır, 2017-ci ildə tutulmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Suraxanı RPİ-nin 31-ci polis şöbəsində təhqiqatçı işləyir, təqsirləndirilən şəxsin işi ilkin araşdırma dövründə onda olmuşdur. Hadisə yerinə çıxan zaman texniki səbəbdən qan izləri və əl izləri ilə bağlı baxış protokoluna qeydlər olunmamışdır. Halbuki hadisə zamanı onlar həmişə ekspert kriminalistin iştirakını təmin edirlər. Bu hadisənin açılmasında əsas amillərdən biridir. Həmin vaxtı ekspertdə orada iştirak etmişdir, əl barmaq izi və qan nümunələri götürmüşlər. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, ekspertin kim oluğunu xatırlamır. Hadisə yerini tam xatırlamır, amma küçədə olduğunu bilir. Avtomobilin şüşəsi sındırılmışdır. Kriminalist öz işini görür izləri götürür, o, dəqiq nə götürdüyünü bilmir, amma qan izini bilmişdir. Səhv eləmirsə qara rəngli avtomobil olmuş, “Land Cruiser” markalı avtomobil olmuşdur. Hadisənin dəqiq tarixini xatırlamır, 1 il olar keçib hadisənin üzərindən. Materialı toplamış və tərkib yarandığı üçün aidiyyatı üzrə istintaqa vermişdir. Əl barmaq izləri və qan izlərinin cavabı gəlməsə belə onlar materialı istintaqa verirlər. Səhv eləmirsə hadisə Ramana qəsəbəsi tərəfdə olmuş, amma dəqiq xatırlamır. Hadisə yerinə baxış zamanı hal şahidlərinin iştirakı təmin olunmuşdur. Şikayət verən şəxsin özüdə orada olmuşdur. Zərərçəkmiş şəxsin iştirakı ilə hadisə yerinə baxış keçirilb deyə o dindirilsə, əl barmaq izlərinin, qan izlərinin götürməsini təsdiq edə bilər. Hadisə Bülbülə qəsəbəsi ola bilər, yadına sala bilmir. Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməsə də, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən fərdi evdə usta kimi işləyən tanışının yanında fəhlə kimi işləmişdir. 08 mart 2025-ci il tarixdə saat 07 radələrində siqaret çəkmək üçün kirayə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, H.B.Ağayev küçəsində yerləşən evin qarşı hissəsinə çıxmışdır. Həmin vaxt bir nəfər cavan oğlanın ünvan 6 ünvanının qarşısında saxlanılmış tünd göy rəngli “Ford” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan hissəsində olan qapının şüşəsindən çıxaraq yerə qoyduğu torbanı götürüb qaçaraq oradan uzaqlaşmasını görmüşdür. Bu onda şübhə yaratdığı üçün “Ford” markalı avtomobilə yaxınlaşıb içərisinə boylanan zaman oturacağın üzərinə sənədlər olduğunu, həmin şəxsin avtomobildən oğurluq etməsini başa düşmüşdür. Buna görə də, evə qayıdaraq əynini dəyişib ərazi üzrə Sabunçu RPİ-nin 13-cü PŞ-nə gedərək ünvan 6 ünvanının qarşısında saxlanılmış tünd göy rəngli “Ford" markalı avtomobildə oğurluq hadisəsi baş verməsi barədə məlumat vermişdir. Polis şöbəsinin əməkdaşları onun anket məlumatlarını götürdükdən sonra işlədiyi iş yerinə getmişdir. Daha sonra onu 13-cü PŞ-nə dəvət etmişlər və orda ona məlum olmuşdur ki, oğurluq hadisəsi baş verdiyi "Ford" markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobil onunla bir məhəllədə yaşayan sonradan adını öyrəndiyi Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobilidir. O, həmin şəxsin avtomobilin pəncərəsindən yerə düşərək torbanı götürüb qaçdığını görsə də, oğurluq etdiyini başa düşmədiyi üçün sonuncunu səsləməmişdir, həmin şəxs də, onu görməmişdir. Lakin sonradan həmin şəxsin avtomobilin pəncərəsindən yerə düşməsini, yerdə olan torbanı götürüb oradan qaçaraq uzaqlaşması onda şübhə yaratdığı üçün avtomobilə yaxılnlaşan zaman başa düşmüşdür ki, həmin şəxs avtomobildən oğurluq etmişdir. Həmin şəxsin oğurluq etdiyini ilk baxışda başa düşsəydi səsləyib arxasınca qaçıb oğurladığı əşyaları qaytarmasını tələb etməmişdir(cild 1, i.v.32-35); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 10 aprel 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 1150 manat ziyanın vurulması ilə bağlı fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul olunaraq istintaqı aparılmışdır (cild 1, i.v. 1); xx.xx.2025-ci il tarixli "hadisə yerinə baxış keçirilməsi barədə" protokoldan görünür ki, “Ford" markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobildə oğurluq hadisəsi ilə bağlı ünvan 5 ünvanının qarşısında avtomobilə baxış keçirilmiş, bu barədə protokol tərtib edilmiş, fotoşəkil çəkilərək protokola əlavə olunmuşdur( cild 1, i.v.5-7); xx.xx.2025-ci il tarixli 4Q-2/1-H-2395 qeydiyyat nömrəli ərizədən və izahatdan görünür ki, Zərərçəkmiş şəxs1 ona məxsus avtomobildən oğurluq olması ilə bağlı ərizə ilə Sabunçu RPİ-nin 13-cü PŞ-nə müraciət etmiş və bu barədə izahat vermişdir(cild 1, i.v.8-9); Materialın istintaq aidiyyatı üzrə göndərilməsi barədə 19 mart 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 müraciəti əsasında toplanmış material istintaq aidiyyatı üzrə Sabunçu RPİ-nin İŞ-nə göndərilməsi qərara alınmışdır(cild 1, i.v.18-19); İfadənin yerində yoxlanılması haqqında 14 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Şahid3 ifadəsi yerində yoxlanılmış, o ifadəsində göstərdiyi xüsusatlar hadisə yerində göstərərək təsvir etmiş, bu barədə fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir(cild 1, i.v.36-38); xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi barədə" protokoldan görünür ki, xx.xx.2024cü il tarixdə baş vermiş soyğunçuluq hadisəsi ilə bağlı ünvan 7 ünvanının qarşısında “Dacia Loqan” markalı, ** GY *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, bu barədə protokol tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur(cild 1, i.v.59-61); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 18 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:00 radələrində şübhəli şəxs qismində tutulmuşdur(cild 1, i.v.85); 18 mart 2025-ci il tarixli şübhəli şəxsin dindirilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilərkən ona elan edilmiş İİİ epizod üzrə ittihamda özünü qismən təqsirli bilərək Zərərçəkmiş şəxs2 məxsus avtomobildən 13 manat pul və Redmi markalı sadə telefonu götürdüyünü etiraf etmişdir(cild 1, i.v.91-93); Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 18 mart 2025-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir(cild 1, i.v.117-122); Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş İİİ epizod üzrə ifadəsi yerində yoxlanılarkən təqsirini etiraf etmiş, bu barədə fotoşəkillər çəkilərək protokola əlavə edilmiş, lakin həmin protokolu təqsirləndirilən şəxs imzalamaqdan imtina etmişdir(cild 1, i.v.125- 128); xx.xx.2025-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baş vermiş oğurluq hadisəsi ilə əlaqədar ünvan 8 ünvanının qarşısında dayanmış “Toyota Camry” markalı ** YC *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, avtomobilin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir(cild 1, i.v. 147-149); CD diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında 24 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə hadisə yerindən götürülmüş CD diskdə olan görüntülərə baxış keçirilmiş, baxış zamanı diskdə xx.xx.2025-ci il tarixdə saat 10:33-də ünvan 8 ünvanının qarşısında dayanıqlı vəziyyətdə olan vətəndaş X10 etibarnamə əsasında idarə etdiyi “Toyota Camry” markalı ** YC *** dövlət qeydiyyat nişanlı avtomobilə bir nəfər arıq bədən quruluşlu əynində yaşıl rəngli qış gödəkcəli şəxsin yaxınlaşaraq arxaya, sağ və sol istiqamətə baxdıqdan sonra avtomobilin ön sərnişin istiqamətdə şüşəsinə zərbə vurduğu və avtomobilə daxil olub daha sonra oradan qaçaraq uzaqlaşdığı müşahidə olunur(cild 1, i.v.154); Tutma haqqında 26 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 yanvar 2025-ci il tarixdə saat 18:00-da CM-nin 177.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur(cild 1, i.v.174); Şübhəli şəxsin dindirilməsi haqqında 26 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 8 ünvanının qarşısında “Toyota Camry” markalı ** YC *** dövlət qeydiyyat nişanlı avtomobildə oğurluq etməsi ilə bağlı etirafedici ifadə vermişdir(cild 1, i.v.181-183); Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə 28 yanvar 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs dərhal həbsdə saxlanıldığı Nizami RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır(cild 1, i.v.200-202); Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında 28 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Nizami RPİ-nin MSY-dən azad edilməsi və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi qərara alınmışdır(cild 1, i.v.203); xx.xx.2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş oğurluq hadisəsi ilə bağlı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi 199 ünvanının qarşısında olan Zərərçəkmiş şəxs4 məxsus «LAND CRUİSER» markalı, AZ **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, avtomobilin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir(cild 1, i.v. 229- 231); Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsinin 29 yanvar 2024-cü il tarixli 3-13-11/2-1113/2024 saylı məktubundan görünür ki, 19 yanvar 2024-cü il tarixdə Bakı şəhəri Suraxanı rayonu, Bülbülə qəsəbəsi S.Əliyev küçəsi ev 199 F-in qarşısında Zərərçəkmiş şəxs4 məxsus «LAND CRUİSER» markalı, AZ **-MM-*** dövlət qeydiyyat nişanlı avtomaşının qabaq sol şüşəsinin sındırılması faktı ilə əlaqədar avtomaşının müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2024-cü il tarixdə KTİ-yə daxil olmuş, tədqiqata təqdim edilmiş əl izləri DİN-nin KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində eynilik aşkar edilməmişdir(cild 1, i.v.235); Təqsirləndirilən şəxs izahatından görünür ki, o, təxminən 2 ay öncə Bakı şəhəri Suraxanı rayonu, Bülbülə qəsəbəsi S.Əliyev küçəsində «LAND CRUİSER» markalı avtomobildən oğurluq etdiyini etiraf etmişdir(cild 1, i.v.237-238); 12 fevral 2024-cü il tarixli DİN Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən DİN-in BCAİnə ünvanlanan məktubdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, ev 199F-in qarşısında Zərərçəkmiş şəxs4 məxsus «LAND CRUİSER» markalı, AZ **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön yan şüşəsinin sındırılması faktı üzrə hadisə yerinin müayinəsi zamanı götürülmüş 02 ədəd tamponda qanabənzər maddələr Suraxanı RPİ-nin 20 yanvar 2024-cü il tarixli məktubu ilə 25 yanvar 2024-cü il tarixdə tədqiqata təqdim edilmiş, aparılmış müqayisəli DNT tədqiqatı nəticəsində müəyyən olunmuşdur ki, tədqiqata təqdim edilmiş 02 ədəd tampon üzərində olan qan nümunəsi Təqsirləndirilən şəxs(xx.xx.1986-cı il) Xətai RPİ-nin xx.xx.2017-ci il tarixli, 101-16340-1217 nömrəli məktubu ilə KTİ-yə təqdim edilmiş) məxsusdur(cild 1, i.v.243); xx.xx.2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş oğurluq hadisəsi ilə bağlı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi 7 ünvanının qarşısında Zərərçəkmiş şəxs5 məxsus «Kia Forte» markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir(cild 2, i.v.8-10); Təqsirləndirilən şəxs izahatından görünür ki, o, təxminən 1 ay öncə Bakı şəhəri Suraxanı rayonu, Bülbülə qəsəbəsi S.Bəhlulzadə küçəsində avtomobildən oğurluq etdiyini etiraf etmişdir(cild 2, i.v.13-14); Şübhəli şəxsin tutulması haqqında 18 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:00 radələrində CM-nin 177.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur(cild 2, i.v.46); Şübhəli şəxsin dindirilməsi haqqında 18 mart 2024-cü il tarixli protokoldan görünür ki, 12 fevral 2024-cü il tarixdə Bakı şəhəri Suraxanı rayonu, Bülbülə qəsəbəsi S.Bəhlulzadə küçəsində baş vermiş oğurluq əməlində özünü təqsirli bilməsi ilə bağlı etirafedici ifadə vermişdir(cild 2, i.v.48-49); Video görüntüyə baxış keçirilməsi haqqında 18 mart 2024-cü il tarixli protokoldan görünür ki, Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin məktubuna əlavə olunmuş bir ədəd diskdə 02 ədəd video fayllar vardır. Həmin video fayllar bir-bir açılaraq baxıldıqda müəyyən edilir ki, 1-ci video fayl 20 saniyə müddətində olmaqla video faldakı video görüntüdə bir nəfər başında qara rəngli papaq, əynində qara rəngli gödəkcə olan hündürboy kişi cinsli şəxs 12 fevral 2024-cü il tarixdə saat 15 radələrində küçə ilə hərəkət edir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs video görüntünü izləyib, həmin video görüntüdə olan başında qara rəngli papaq, əynində qara rəngli gödəkcə olan şəxsin özünün olmadığını bildirmişdir. Bundan sonra, 2-ci video fayl açıldıqda 13 saniyə müddətində olması müşahidə olunur. Video fayldakı video görüntüdə bir nəfər başında qara rəngli papaq, əynində qara rəngli gödəkcə olan hündürboy kişi cinsli şəxs küçə ilə əlində 02 ədəd qutuları tutub müşahidə kamerası istiqamətinə qaçaraq küçə ilə gəlməsi müşahidə olunur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs video görüntünü izləyib, həmin video görüntüdə olan başında qara rəngli papaq, əynində qara rəngli gödəkcə olan və əlində 02 ədəd qutu olan şəxsin özünün olmadığını bildirmişdir(cild 2, i.v.52-53); Təqsirləndirilən şəxsin dindirilməsi haqqında 20 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadə verməkdən imtina etmişdir(cild 2, i.v.66-67); Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində əvvəli 18 mart 2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir(cild 2, i.v.82-86); Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, həmin məktubda göstərilmişdir ki, Suraxanı RPİ-nin xx.xx.2024-cü il tarixli, 3-13-54/2-3684/2024 nömrəli məktubu vasitəsi ilə, xx.xx.2024-cü il tarixdə, Ramana qəsəbəsi, 1-ci Bülbülə küçəsi ev 17-nin qarşısında vətəndaş Zərərçəkmiş şəxs5 məxsus “Kia Forte”markalı ** TX *** dövlət nömrə nişanlı avtomobildə baş vermiş oğurluq faktı ilə əlaqədar avtomobilin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2024-cü il tarixdə KTİ-yə daxil olmuşdur. Həmin əl izləri KTİ-nin Avtomatlaşdırılmış eyniləşdirmə sisteminin məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədi(ADİS məlumat bankına Sabirabad RPŞ-dən daxil olan) xx.xx.1997-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş X1 əlinin şəhadət barmağı(a/m-nın qabaq sağ qapısının şüşəsindən), digər 01 ədədi isə (ADİS məlumat bankına Abşeron RPİ-dən daxil olan) xx.xx.1995-ci il tarixdə Şərur rayonunda anadan olmuş Zərərçəkmiş şəxs5 sol əlinin şəhadət barmağı(a/m-nın qabaq sol qapısından) ilə eynilik təşkil etmişdir. Digər eynilik aşkar edilməmişdir(cild 2, i.v.91); Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir(cild 2, i.v.94-101); Azərbaycan Respublikası DİN-nin BƏSll-dən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Mehtiyev X16 rayon məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmünə əsasən CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 13 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Suraxanı rayon məhkəməsinin xx.xx.2004cü il tarixli hökmünə əsasən CM-nin 177.2.1, 177.2.2, 245-ci maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən əməli xx.xx.2003-cü il tarixli hökmü ilə birləşib üzərində qəti olaraq 03 il 06 ay 13 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. xx.xx.2008-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Suraxanı rayon məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən CMnin 128-ci maddəsi ilə təqsirli bilinərək qazancından 20% tutulmaqla 06 ay islah işləri cəzasına məhkum edilmişdir. ACDİÜ AR Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən CM-nin 178.3.3, 180.3.3-cü maddələri ilə təqsirli bilinərək 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə cəzasının sonu ilə azad edilmişdir. Sabunçu rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən CMnin 177.2.1, 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Pirallahı rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir(cild 2, i.v.102-115); Şahidin dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində araşdırma aparılan cinayət işi ilə tanış olduğunu,DİN-in Kriminalisrtik Təhqiqatlar idarəsindən təqdim edilmiş rəylə tanış olduğunu, özünün hərbi qulluqçu olmasını, xx.xx.2024-cü il tarixdə xidməti iş yerində olmasını, maşın sahibi kimi tanınmış zərərçəkmiş kimi təqdim edilən Zərərçəkmiş şəxs5 tanımadığını, heç bir tanışlığının olmadığını, ona məxsus əl barmaq izlərinin hansı səbəbdən hadisə yerindən götürülmüş nümunədə aşkar edilməsindən heç bir məlumatının olmadığın bildirmişdir(cild 2, i.v.126-128); 14 iyun 2024-cü il tarixli ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs hazırda ittiham olunduğu İ və İİ epizodlar üzrə təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai istintaq başa çataraq müstəntiq tərəfindən ittiham aktı tərtib edilərək təsdiq edilməsi üçün Suraxanı rayon prokurorluğuna göndərilmişdir(cild 2, i.v.150-158); İttiham aktının təsdiq edilməyərək cinayət işinin əlavə istintaq aparılması üçün qaytarılması haqqında 14 iyun 2024-cü il tarixli qərardan görünür ki, Suraxanı rayon prokuroru tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə tərtib edilmiş ittiham aktı təsdiq edilməyərək cinayət prosessual qanunvericiliyinin tələblərinə əməl edilməsi və qeyd edilən pozuntuların aradan qaldırılması üçün cinayət işi əlavə istintaq aparılması üçün Suraxanı RPİ-nin istintaq şöbəsinə qaytarılmışdır(cild 2, i.v.161-166); xx.xx.2025-ci il tarixli 25/379 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistin Tədqiqatlar İdarəsinin ekspert rəyindən görünür ki, təqdim edilmiş 2 ədəd çöplü pambıq tampon üzərində olan qanabənzər ləkələr insan mənşəlidir və X14(xx.xx.1986) məxsusdur(eyniyumurta əkizi istisna olmaqla)(cild 2, i.v.187-190); DVD diskə baxış keçirilməsi haqqında 14 iyun 2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə baş vermiş oğurluq hadisənin görüntüsü əks olunmuş 01 ədəd “DVD” formatlı diskə baxış keçirilmiş və baxış zamanı bir nəfər arıq bədən quruluşlu əynində yaşıl rəngli qış gödəkcəli şəxsin X10 etibarnamə əsasında idarə etdiyi "Toyota Camry” markalı **-YC-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşaraq, arxaya, sağ və sol istiqamətə baxdıqdan sonra avtomobilin ön sərnişin istiqamətdə şüşəsini əlində olan əşya ilə zərbə ilə vuraraq avtomobilə daxil olması, daha sonra həmin şəxsin oradan qaçaraq uzaqlaşdığı müşahidə olunmuşdur. Bununla bağlı baxışda iştirak edən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 10:33 radələrində ünvan 4 ünvanın qarşısında saxlanılmış “Toyota Camry” markalı **-YC-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşan şəxsin özü olmasını, avtomobilə yaxınlaşaraq, avtomobilin sağ qabaq yan şüşəsini dəmir açarla sındıraraq avtomobilin qoltuq altından pul kisəsi taparaq oğurlayıb oradan uzaqlaşdığını bildirmiş, lakin Təqsirləndirilən şəxs Etibar oğlu həmin protokolu imza etməkdən imtina etmişdir(cild 2, i.v.241-244); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-291/2025 saylı 14 iyun 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 10 iyul 2025-ci il tarixədək uzadılmışdır(cild 3, i.v.11-19); 14 iyun 2025-ci il tarixli şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi protokolundan görünür ki, istintaq zamanı Şahid3 08 mart 2025-ci il tarixdə “Ford" markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurluq etmiş Təqsirləndirilən şəxs fotoşəkil üzrə tanınmaya təqdim edilmiş, tanınma zamanı Zaur tanınan şəxslər arasında Təqsirləndirilən şəxs fotoşəklini göstərərək həmin şəxsin Sabunçu rayonu, Bakıxanov qəsəbəsi H.B.Tağıyev küçəsində “Ford” markalı avtomobildən oğurluq edən şəxs olmasını bildirmişdir(cild 3, i.v.21-23); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 26 iyul 2025-ci il tarixədək uzadılmışdır(cild 3, i.v.48-55); Azərbaycan Respublikası Penitensiar Xidmətin 3 X6 xx.xx.2025-ci il tarixli, 3-16-20- 10/2-559 nömrəli məktubundan görünür ki, məhkəmənin xx.xx.2025-ci il tarixli 1(008)- 584/2025 saylı sorğusuna cavab olaraq bildirilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə 3 X8 daxil olmuşdur. Təlimata uyğun olaraq ilkin tibbi müayinədən keçirilərkən, təqsirləndirilən şəxs həbs zamanı xəsarət aldığını bildirmiş, bədən baxışı zamanı sol diz, sağ və sol baldırın ön səthində, sağ ayağın İ,İİ barmaqlarında sıyrılmış qərtməkli yaralar aşkar edilmişdir. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs 3 X3 Suraxanı RPİ-nin MSY-ə köçürülmüşdür. xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxs Mehtiyev X16 RPİ-nin MSY-dən 3 X8 gətirilmişdir. Daxil olarkən Suraxanı RPİ-nin MSY-də olarkən xəsarət aldığını bildirmişdir. Bədən baxışı zamanı sağ gözətrafı nahiyyəsində şişkinlik, sağ bazunun bayır səthinin orta üçdə birində, sol bazunun ön səthinin yuxarı üçdə birində, sağ gözətrafı nahiyyəsində bənövşəyi rəngli qançır aşkar olunmuşdur. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 11 noyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalmasını bildirməsi barədə müraciətlərinə əsasən Xidməti araşdırmalar idarəsində toplanmış 778-C-24 nömrəli material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 X9 xx.xx.2025-ci il tarixli 3-16-17/18/2-2017/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə 3 X3 1 X12 daxil olmuş və xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 X9 xx.xx.2025-ci il tarixli 3-16-17/18/2-1904/2025 saylı məktubundan görünür ki, Şahid1 xx.xx.2017-ci il tarixdə 3 X3 1 X12 daxil olmuş və xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası “Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-in “Sabunçu TİBB Mərkəzi” PHŞ-in 09 oktyabr 2025-ci il tarixli 18-1-17/2-3674/2025 saylı məktubundan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs Etibar oğlu xx.xx.2025-ci il tarixdə Sabunçu TMin Travmatologiya şöbəsinə müraciət etmiş, həkim travmatoloq Rzayev Məmməd tərəfindən qəbul edilərək müayinələrdən keçirilmişdir(Dz: Ayağın digər hissələrinin açıq yarası). Azərbaycan Respublikasının DİN X19 Saxlanılma mərkəzinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20 gün müddətinə inzibati həbs tənbeh növü tətbiq edilərək DİN-ə bilavasitə tabe olan X19 saxlanılma mərkəzində saxlanılmış Təqsirləndirilən şəxs mərkəzə qəbul edilərkən tibbi müayinədən keçməsi barədə tərtib edilmiş tibbi kitabçanın surəti məhkəməyə göndərilmiş, 216 saylı tibbi kitabçadan görünür ki, ilkin tibbi müayinənin 9-cu qrafasında Təqsirləndirilən şəxs tutulmazdan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatlarda sağ ayağının üstündə cərrahi tikiş, hər iki göz ətrafında hematoma, alının sağ hissəsində şişkinlik olduğu qeyd edilmişdir.10-cu qrafasında baxış zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsvirində sol qolunda kəsiklər, sağ ayağın pəncə üzərində təzə tikilmiş kəsik olduğu qeyd edilmişdir. Eyni zamanda, tibbi kitabçanın işgəncə və qeyri insani və ya ləyaqəti alçaldan rəftar nəticəsində törədildiyi güman edilən bədən xəsarətlərinin müayinəsi bölməsində mərkəzə gətirildikdə yuxarıda göstərilən xəsarətlərlə gəldiyi göstərilmişdir. Eyni zamanda xx.xx.2025-ci il tarixli aktdan görünür ki, DİN-ə bilavasitə tabe olan İHOSM-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktdanda görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış zamanı sağ ayağının üst hissəsində cərrahi tikişlər, hər iki göz ətraflarında hematoma, alının sağ hissəsində sıyrılmış şişkinlik aşkar edildiyi göstərilmiş, bu barədə akt tərtib edilərək 4 əməkdaş tərəfindən imzalanmışdır. xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Nizami RPİ-nin 25-ci PŞ-nin məsul növbətçisi və polis əməkdaşları tərəfindən tərtib edilmiş aktda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 18:00 radələrində Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları tərəfindən Nizami RPİ-nin 25-ci PŞ-nə Təqsirləndirilən şəxs gətirilmiş, PŞ-də şəxsə baxış zamanı onun sol göz nahiyyəsinin hematoması və sağ ayağının üst nahiyyəsində kəsilmiş deşilmiş yara aşkar edilmişdir. Təqsirləndirilən şəxs barəsində olan X21 ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, o, xx.xx.2024-cü il tarixdə həmin mərkəzə daxil olmuş, xx.xx.2024-cü il tarixdə saat 18:20-də Suraxanı rayon polis idarəsindən 3 nəfər əməkdaşı tərəfindən (vəsiqə təqdim etməklə) şöbəyə aparılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 180.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ünvan 9 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi H.B.Ağayev küçəsində fərdi tikilmiş evdə kirayədə yaşayan xx.xx.1989-cu il təvəllüdlü Şahid3 məhkəmə iclasına təmin etmək mümkün olmamışdır. Hal-hazırda bu istiqamətdə tədbirlər davam etdirilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin 16 dekabr 2025-ci il tarixli məktubundan görünür ki, məhkəmənin sorğusuna cavab olaraq göstərmişlərki, Şahid3 xx.xx.2025-ci il tarixdə Sabunçu RPİ-nin 13-cü PŞ-nə hər hansı bir müraciəti tərəflərindən müəyyən olunmamışdır. Məhkəmə hazırkı cinayət işi bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının, ekspert rəyləri və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM nin 177.2.2 və 180.2.2-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə onun təqsirlilik məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 180.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassızdır və iş materiallarında olan sübutların məcmusu ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 180.2.2-ci maddələri ilə təqsirli olması sübuta yetirilməmiş və iş materiallarında olan sübutlar onun qeyd olunan maddələr ilə təqsirli olması qənaətinə gəlmək üçün kifayət etmir. Məhkəmə həmin ittihamla bağlı gəldiyi qənaətin əsaslandırılması üçün istintaq orqanının Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 180.2.2-ci maddələri ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi hər bir epizod üzrə sübutların ayrı-ayrılıqda tədqiq edilməsini zəruri hesab edir. - İlkin olaraq məhkəmə təqsirləndirilən şəxsin özünün həm ibtidai araşdırma zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrin təhlil edilməsinin məqsədəmüvafiq hesab edir. Məhkəməyə təqdim edilmiş cinayət işinin materiallarından görünür ki, müstəntiq həm sübutların qiymətləndirilməsi haqqında qərarda, həm də ittiham aktında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bildiyini göstərmiş və hər iki sənəddə onun təqsirliliyini təsdiq edən sübut növlərindən biri kimi “təqsirləndirilən şəxsin etirafedici ifadələri”nə istinad etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Halbuki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qeyd olunan əməllərdən heç birini törətmədiyini, polis bölməsində ona dəfələrlə fiziki zor tətbiq edildiyindən ona təqdim edilmiş sənədləri oxumadan imzaladığını bildirmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarında Təqsirləndirilən şəxs etirafedici ifadə və izahatları aşağıdakılar olmuşdur: İ epizod üzrə etirafedici izahatı(cild 1, i.v.237-238); İİ epizod üzrə etirafedici izahatı(cild 2, i.v.13-14); İİİ epizod üzrə 18 mart 2025-ci il tarixli şübhəli şəxsin dindirilməsi protokolu(cild 1, i.v.91-93); İİİ epizod üzrə 19 mart 2025-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi protokolu (cild 1, i.v.105-107); İV epizod üzrə 24 yanvar 2025-ci il tarixli etirafedici izahatı (cild 1, i.v.158-159); İV epizod üzrə 26 yanvar 2025-ci il tarixli şübhəli şəxsin dindirilməsi protokolu(cild 1, i.v.181-183); İV epizod üzrə 28 yanvar 2025-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi protokolu(cild 1, i.v.193-195); Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər sübut kimi qəbul olunur. Göründüyü kimi, şəxsin izahatı sübut hesab olunmur, lakin buna baxmayaraq istintaq orqanı ittiham aktında İİ epizod üzrə Təqsirləndirilən şəxs etirafedici izahatına da sübut kimi istinad etmişdir. Odur ki, məhkəmə iş materiallarında olan Təqsirləndirilən şəxs İ və İİ epizodlar üzrə izahatlarına da münasibət bildirməyi zəruri sayır. İ epizod üzrə Təqsirləndirilən şəxs etirafedici izahatı ilə bağlı məhkəmə qeyd edir ki, həmin izahatda izahatın alındığı tarix qeyd edilməmiş, eləcə də izahatın kim tərəfindən alındığı göstərilməmişdir(bax: cild 1, i.v.237). Belə olduğu halda Təqsirləndirilən şəxs həmin izahatın kim tərəfindən hansı şəraitdə hansı tarixdə alınması şübhə doğurduğundan Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən sübut kimi istinad edilə bilməz. Bundan başqa, Təqsirləndirilən şəxs sözügedən izahatında göstərilmişdir ki, “Bildirirəm ki, mən təxminən 2 ay bundan öncə gecə saatlarında Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsinə gələrək orada məhəllədə dayanmış qara rəngli “X27” markalı avtomobilə yaxınlaşdım...”. Məhkəmə qeyd edir ki, cinayət işinin vərəqlərinin xronoloji ardıcıllıqla tikilməsi baxımından tarixi qeyd edilməsə belə həmin izahatın xx.xx.2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan sonra, 29 yanvar 2024-cü il tarixli “təhqiqat materialının aidiyyatı üzrə göndərilməsi haqqında” qərardan əvvəl tikildiyini nəzərə alsaq, iizahat 19-29 yanvar 2024-cü il tarix aralığında alınmış olmalı idi. İ epizod üzrə cinayət hadisəsi verilmiş ittihamdan görünür ki, 18 yanvar 2024-cü il tarixdən 19 yanvar 2024-cü il tarixə keçən gecə baş vermişdir ki, ən geci 10 gün sonra alınmış və iş materiallarına əlavə edilmiş izahatında nə səbəbdən Təqsirləndirilən şəxs hadisəni 2 ay öncə törətməsini etiraf etməsi anlaşılan olmamış, məhkəmədə həmin izahatın 2 ay sonra, yəni mart ayında alınması ilə bağlı haqlı şübhələrə səbəb olmuşdur(Qeyd: aşağıda Təqsirləndirilən şəxs mart ayında təzyiqlərə məruz qalması ilə bağlı geniş izah veriləcəkdir). Eyni zamanda, İİ epizod üzrə Təqsirləndirilən şəxs etirafedici izahatı ilə bağlı məhkəmə qeyd edir ki, həmin izahatda izahatın alındığı tarix qeyd edilməmiş, eləcə də izahatın kim tərəfindən alındığı göstərilməmişdir(bax: cild 2, i.v.13-14). Bundan başqa, Təqsirləndirilən şəxs sözügedən izahatında göstərilmişdir ki, “Bildirirəm ki, mən təxminən 1 ay bundan öncə saat təxminən 13 radələrində larında Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsinə gələrək orada məhəllədə dayanmış markasınə bilmədiyim göy rəngli avtomobilə yaxınlaşdım...”. Məhkəmə qeyd edir ki, cinayət işinin vərəqlərinin xronoloji ardıcıllıqla tikilməsi baxımından tarixi qeyd edilməsə belə həmin izahatın xx.xx.2024-cü il tarixli məktubdan sonra, 22 fevral 2024-cü il tarixli “təhqiqat materialının aidiyyatı üzrə göndərilməsi haqqında” qərardan əvvəl tikildiyini nəzərə alsaq, izahat 14-22 fevral 2024-cü il tarix aralığında alınmış olmalı idi. İİ epizod üzrə cinayət hadisəsi verilmiş ittihamdan görünür ki, 12 fevral 2024-cü il tarixdə baş vermişdir ki, ən geci 10 gün sonra alınmış və iş materiallarına əlavə edilmiş izahatında nə səbəbdən Təqsirləndirilən şəxs hadisəni 1 ay öncə törətməsini etiraf etməsi anlaşılan olmamış, məhkəmədə həmin izahatın 1 ay sonra, yəni mart ayında alınması ilə bağlı haqlı şübhələrə səbəb olmuşdur(Qeyd: aşağıda Təqsirləndirilən şəxs mart ayında təzyiqlərə məruz qalması ilə bağlı geniş izah veriləcəkdir). İİİ epizod üzrə 18 mart 2025-ci il tarixli şübhəli şəxsin dindirilməsi və 19 mart 2025-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi protokolu ilə bağlı məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq döyüldüyünü, işgəncələrə məruz qaldığını, bu səbəbdən etirafedici ifadələr verdiyini göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsində ona qarşı fiziki zor tətbiq edilməsi və döyülməsi ilə bağlı xüsusatına münasibətdə qeyd edir ki, bu xüsusatın araşdırılması məqsədilə məhkəmə tərəfindən müvafiq sorğular verilmişdir. Azərbaycan Respublikası Penitensiar Xidmətin 3 X6 xx.xx.2025-ci il tarixli, 3-16-20- 10/2-559 nömrəli məktubundan görünür ki, məhkəmənin xx.xx.2025-ci il tarixli 1(008)- 584/2025 saylı sorğusuna cavab olaraq bildirilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə 3 X8 daxil olmuşdur. Təlimata uyğun olaraq ilkin tibbi müayinədən keçirilərkən, təqsirləndirilən şəxs həbs zamanı xəsarət aldığını bildirmiş, bədən baxışı zamanı sol diz, sağ və sol baldırın ön səthində, sağ ayağın İ,İİ barmaqlarında sıyrılmış qərtməkli yaralar aşkar edilmişdir. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs 3 X3 Suraxanı RPİnin MSY-ə köçürülmüşdür. xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxs Mehtiyev X16 RPİnin MSY-dən 3 X8 gətirilmişdir. Daxil olarkən Suraxanı RPİ-nin MSY-də olarkən xəsarət aldığını bildirmişdir. Bədən baxışı zamanı sağ gözətrafı nahiyyəsində şişkinlik, sağ bazunun bayır səthinin orta üçdə birində, sol bazunun ön səthinin yuxarı üçdə birində, sağ gözətrafı nahiyyəsində bənövşəyi rəngli qançır aşkar olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Belə ki, Təqsirləndirilən şəxs onu tutarkən çoxlu sayda polis əməkdaşlarının evə qəfil daxil olduqlarını, buna görə ürək xəstəsi olan atasının vəziyyətinin pisləşdiyini, xəstəxanaya apardıqlarını və bir neçə gün sonra öldüyündən sarsıntı keçirdiyini, bu səbəbdən özünə gəldikdən sonra ona işgəncə verilməsi ilə bağlı, istintaqın düzgün aparılmaması ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinə dəfələrlə ərizə ilə müraciətlər etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs atası X7 ölüm kağızından görünür ki, həqiqətən o, Təqsirləndirilən şəxs 18 mart 2025-ci il tarixdə tutulduqdan 4 gün sonra, yəni 22 mart 2025ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq Təhqiqat İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Suraxanı rayon məhkəməsinə ünvanlanmış məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibin obyektiv aparılmamasına dair Daxili İşlər Nazirliyinin rəhbərliyinə ünvanlanmış müraciətinə tərəflərindən baxılmışdır. Müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs4 pulunun oğurlanması və digər oğurluq faktına görə Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə istintaq edilmiş cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilmiş, 10 iyun 2024-cü ildə istintaq tamamlanaraq iş ittiham aktı ilə Suraxanı rayon məhkəməsinə göndərilmişdir. Müraciət cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəməyə göndərilir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Suraxanı rayonu məhkəməsi tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq Təhqiqat İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu və ona əlavə edilmiş 2 vərəq müraciət aidiyyatı üzrə cinayət işinə əlavə edilməsi üçün Bakı şəhəri Sabunçu rayon məhkəməsinə göndərilmişdir. Təqsirləndirilən şəxs həmin məktuba əlavə edilmiş xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli müraciətlərindən görünür ki, hər iki müraciətində o, istintaq tərəfindən işgəncəyə, təzyiqlərə, təsirlərə məruz qaldığını bildirmiş, lakin həmin faktların araşdırılması ilə bağlı hər hansı addım atılmamış, bununla bağlı müvafiq prokurorluğa məlumat göndərilməmiş, həmin xüsusatla bağlı heç bir araşdırma aparılmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Penitensiar Xidmətin 3 X6 xx.xx.2025-ci il tarixli, 3-16-20-10/2-559 nömrəli məktubundanda göründüyü kimi, təqsirləndirilən şəxs 20 mart 2025-ci il tarixdə 3 X8 daxil olarkən həbs zamanı xəsarət aldığını bildirmiş, lakin buna baxmayaraq həmin xüsusatla bağlı hər hansı məlumat müvafiq prokurorluğa araşdırılması üçün göndərilməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı işgəncəyə, təzyiqlərə təsirlərə məruz qalması barədə müraciətlər etsədə nəticəsiz qalmışdır. Bundan başqa, məhkəmə xüsusi olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs 20 mart 2025-ci il tarixdə 3 X8 gətirilməzdən əvvəl 24 yanvar 2025-ci il tarixdə Nizami RPİ-nin əməkdaşları tərəfindən də tutulması zamanı onda xəsarət aşkar edildiyini nəzərə alsaq, onun 3 X8 daxil olarkən bədəni üzərində aşkar edilmiş xəsarətlərin həmin xəsarətlər olması ehtimalını yoxlamaq məqsədilə həmin xəsarətləri bir biri ilə qarşılaşdırdıqda müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 20 mart 2025-ci il tarixdə 3 X8 daxil olarkən sol diz, sağ və sol baldırın ön səthində, sağ ayağın İ,İİ barmaqlarında sıyrılmış qərtməkli yaralar aşkar edilmişdir. Halbuki, xx.xx.2025-ci il tarixdə DİN-ə bilavasitə tabe olan X19 saxlanılma mərkəzində saxlanılmış Təqsirləndirilən şəxs adına açılmış 216 saylı tibbi kitabçadan görünür ki, ilkin tibbi müayinənin 9-cu qrafasında Təqsirləndirilən şəxs tutulmazdan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatlarda sağ ayağının üstündə cərrahi tikiş, hər iki göz ətrafında hematoma, alının sağ hissəsində şişkinlik olduğu qeyd edilmişdir. Göründüyü kimi, həmin xəsarətlər bir-biri ilə üst üstə düşməyərək eynilik təşkil etməmişdir. Məhkəmə, 18 mart 2025-ci il tarixdə təqsirləndirilən şəxs saxlanıldıqdan sonra polis bölməsinə gətirilən zaman onda hər hansı xəsarətlərin olmasına dair aktın iş materiallarında olmadığını, təqsirləndirilən şəxsin 3 X8 daxil olan zaman xəsarətlərinin olmasını nəzərə alaraq, təqsirləndirilən şəxsin bu xəsarətləri məhz tutulduqdan sonra alması ilə bağlı ifadəsini səmimi və inandırıcı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Erkapiç Xorvatiyaya qarşı işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə, önəmli səbəblər olmadığı təqdirdə məhkəmədə verilən ifadələrə, təqsirləndirilən şəxsin ilkin araşdırma zamanı verilən ifadələrdən daha çox önəm verilməlidir. Çünki məhkəməyə qədər sorğu-sual ilk növbədə ittiham tərəfinin mövqeyini dəstəkləmək üçün məlumatların toplanması prosesidir. Hazırkı halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Avropa İnsan Hüquqları Məhkəməsinin göstərilən qərardakı mövqelərini nəzərə alaraq Təqsirləndirilən şəxs bütün ifadələrini yoxlamaqla, ifadəsinin dəyişməsinin səbəbini aydınlaşdırmaqla və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməklə onun ibtidai araşdırma zamanı ilkin ifadəsini təzyiq və təsir nəticəsində verməsi, işin hallarına uyğun olmaması barədə təqsirləndirilən şəxsin dəlilini inandırıcı, məhkəmədə verdiyi ifadəsini isə işin hallarına uyğun hesab edir. Məhkəmə qeyd edir ki, Avropa İnsan Hüquqları Konvensiyanın 3-cü maddəsi demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir (bax: “Assenov və Digərləri Bolqarıstana qarşı” (Assenov and Others v. Bulgaria, 28 October 1998, § 93, Reports of Judgments and Decisions 1998-Vİİİ) və “Selmuni Fransaya qarşı” (Selmouni v. France [GC], no. 25803/94, § 95, ECHR1999-V)). Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarındakı mövqeyə əsasən pis rəftar 3 cü maddənin tətbiqi dairəsinə düşmək üçün heç olmasa minimum sərtlik səviyyəsində olmalıdır. Bu minimum sərtlik səviyyəsinin qiymətləndirilməsi işin bütün hallarından, o cümlədən rəftarın müddəti, onun doğurduğu fiziki və psixi nəticələr, bəzi hallarda zərər çəkmiş şəxsin cinsi, yaşı və səhhətindən asılıdır (bax: “X5rşı” (İreland v. the United Kingdom, 18 January 1978, § 162, Series A no. 25) “Kudla Polşaya qarşı” [Böyük Palata] (Kudła v. Poland [GC], no. 30210/96, § 91, ECHR 2000-Xİ) və “Pirs Yunanıstana qarşı” (Peers v. Greece, no. 28524/95, § 67, ECHR 2001-İİİ)). Məhkəmə, inter alia, qəsdən, bir-neçə saat ərzində fasiləsiz tətbiq edilmiş və bədənə real xəsarət vurulmasına və ya əhəmiyyətli dərəcədə fiziki və mənəvi iztirablara səbəb olmuş rəftarı “qeyri-insani” hesab etmişdir. Rəftar zərər çəkmiş şəxsdə qorxu, əzab və alçalma hissləri yaradaraq onu təhqir edirsə və ya ləyaqətini aşağılayırsa, məhkəmə tərəfindən “alçaldıcı” hesab edilir(bax: yuxarıda qeyd edilmiş “Kudla” işi, 92-ci bənd). Azadlıqdan məhrum edilən və ya ümumilikdə hüquq mühafizə orqanları əməkdaşlarının nəzarətindəykən şəxsə qarşı onun hərəkətlərindən doğan ciddi zərurət olmadığı təqdirdə fiziki güc tətbiq edilməsi onun ləyaqətini alçaldır və 3-cü maddənin pozuntusuna səbəb olur. Hüquq mühafizə orqanı əməkdaşlarının vis-à-vis şəxsin ləyaqətini alçaldan hər hansı hərəkəti Konvensiyanın 3-cü maddəsinin pozuntusu hesab olunur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Bouyid Belçikaya qarşı” 28 sentyabr 2015-ci il tarixli qərarında göstərilmişdir ki, qurbanın öz gözündə ləyaqətinin alçaldılması, Konvensiyanın 3-cü maddəsi kontekstində ləyaqəti alçaldan hərəkət hesab edilməsi üçün yetərlidir. Polis idarəsində saxlanılan şəxslər və ya ərizəçilərin də işində olduğu kimi, sadəcə şəxsiyyətin müəyyən edilməsi və ya dindirmə üçün polis idarəsinə aparılan şəxslər və ya daha geniş yanaşsaq, polis və ya oxşar hüquq mühafizə orqanlarının nəzarəti altında olan şəxslər həssas vəziyyətdədirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında məhkəmə təkrar etdi ki, “polis təcridxanasına aparılan şəxsin səhhəti yaxşı olduqda, lakin təcridxanadan azad olunan zaman bədənində xəsarət müəyyən edildikdə bu xəsarətlərin necə yarandığı barədə mötəbər izahatın verilməsi vəzifəsi dövlətin üzərinə düşür və dövlət bunu edə bilmədikdə Konvensiyanın 3-cü maddəsinin pozulması ilə bağlı aşkar məsələ ortaya çıxır” (bax: “Tomasi Fransaya qarşı” (Tomasi v. France, 27 August 1992, §§ 108-11, Series A no. 241-A) və yuxarıda qeyd edilmiş “Selmuni” işi, 87-ci bənd). Məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001 Vİİ)). Məhkəmə rolunun köməkçi xarakter daşımasına həssas yanaşır və konkret işin hallarına görə qaçılmaz olduğu vəziyyət istisna olmaqla birinci instansiya məhkəməsinin funksiyasını həyata keçirmək vəzifəsini üzərinə götürən zaman ehtiyatlı olmalıdır (misal üçün bax: “MakKer Birləşmiş Krallığa qarşı” (McKerr v. the United Kingdom (dec.), no. 28883/95, 4 April 2000)). Bununla belə, Konvensiyanın 3-cü maddəsi əsasında iddialar irəli sürülərsə, Məhkəmə ölkə daxili proseslərin və istintaq hərəkətlərinin artıq baş verdiyi hallarda xüsusi hərtərəfli yoxlama həyata keçirməlidir (bax: yuxarıda qeyd edilmiş “Avşar” işi, 283-284-cü bəndlər və “Muradova Azərbaycana qarşı” (Muradova v. Azerbaijan, no. 22684/05, § 99, 2 April 2009)). Məhkəmə iclasında tədqiq edilmiş sübutlardan görünür ki, Təqsirləndirilən şəxs polis tərəfindən pis rəftara məruz qoyulması xəsarətləri yuxarıda göstərilən sübutlarla öz təsdiqini tapmışdır. Pis rəftarın ciddiliyi məsələsinə gəlincə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yetirilmiş xəsarətlər hər hansı mühüm tibbi müdaxilə tələb etməsə də, ona ciddi fiziki ağrılar və iztirablar yetirmişdir. Pis rəftar və onun nəticələri, həmçinin, ona əhəmiyyətli mənəvi əzab vermiş, insan ləyaqətini alçaltmışdır. Belə olan halda məhkəmə hesab edir ki, pis rəftar 3-cü maddə ilə tələb olunan ağırlığın minimum səviyyəsinə çatmaq və qeyri-insani və alçaldıcı rəftar hesab olunmaq üçün kifayət qədər ciddi xarakterli olmuş və bununla da Konvensiyanın 3-cü maddəsinin maddi hüquqi tələbləri pozulmuşdur. İV epizod üzrə 26 yanvar 2025-ci il tarixli şübhəli şəxsin dindirilməsi və 28 yanvar 2025-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi protokolu ilə bağlı məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq göstərmişdir ki, Nizami rayonunda olan epizoduda o etməmişdir. O, xalasıgildən çıxan vaxtı onun üstünə polislər cummuşlar, üzü baş qan olmuşdur, aləm bir-birinə dəymişdir. Onu oradada döymüşdürlər, xəsarətləri olmuşdur. Prokuror onun vəziyyətini görüb demişdir ki, bu nə gündədir, vəziyyətinə görə onu buraxmışdır. Amma polislər onu buraxmamışlar, aparmışlar məhkəməyə 20 günlük həbs vermişlər. Orada o təqsirləndirilən şəxs kimi ifadə verməmişdir, sadəcə məcburiyyətdən imza çəkmişdir. O, həmin vaxtı özündə olmamışdır, özünü tanımamışdır. Həmin vaxtı onu Sabunçu xəstəxanasına aparıb ayağını tikmişlər, qanaxmadan o özündən getmişdir. O, inzibati həbsə gedəndə artıq ayağını tikmişdirlər. Xəsarətləri dəqiq kimin yetirdiyini bilmir, orada 20 nəfər adam olmuşdur, onları tanımır. Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Nizami RPİ-nin 25-ci PŞ-nin məsul növbətçisi və polis əməkdaşları tərəfindən tərtib edilmiş aktda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 18:00 radələrində Nizami RPİ-nin 25ci PŞ-nin əməkdaşları tərəfindən Nizami RPİ-nin 25-ci PŞ-nə Təqsirləndirilən şəxs gətirilmiş, PŞ-də şəxsə baxış zamanı onun sol göz nahiyyəsinin hematoması və sağ ayağının üst nahiyyəsində kəsilmiş deşilmiş yara aşkar edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsində ona qarşı fiziki zor tətbiq edilməsi və döyülməsi ilə bağlı xüsusatına münasibətdə qeyd edir ki, bununla bağlı məhkəmə tərəfindən müvafiq sorğular verilmişdir. Azərbaycan Respublikasının DİN X19 Saxlanılma mərkəzinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20 gün müddətinə inzibati həbs tənbeh növü tətbiq edilərək DİN-ə bilavasitə tabe olan X19 saxlanılma mərkəzində saxlanılmış Təqsirləndirilən şəxs mərkəzə qəbul edilərkən tibbi müayinədən keçməsi barədə tərtib edilmiş tibbi kitabçanın surəti məhkəməyə göndərilmiş, 216 saylı tibbi kitabçadan görünür ki, ilkin tibbi müayinənin 9-cu qrafasında Təqsirləndirilən şəxs tutulmazdan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatlarda sağ ayağının üstündə cərrahi tikiş, hər iki göz ətrafında hematoma, alının sağ hissəsində şişkinlik olduğu qeyd edilmişdir.10-cu qrafasında baxış zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsvirində sol qolunda kəsiklər, sağ ayağın pəncə üzərində təzə tikilmiş kəsik olduğu qeyd edilmişdir. Eyni zamanda, tibbi kitabçanın işgəncə və qeyri insani və ya ləyaqəti alçaldan rəftar nəticəsində törədildiyi güman edilən bədən xəsarətlərinin müayinəsi bölməsində mərkəzə gətirildikdə yuxarıda göstərilən xəsarətlərlə gəldiyi göstərilmişdir. Bundan başqa, məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, DİN-ə bilavasitə tabe olan X19 Saxlanılması Mərkəzinin əməkdaşları tərəfindən tərtib edilmiş aktda Təqsirləndirilən şəxs üzərinə baxış zamanı sağ ayağının üst hissəsində cərrahi tikişlər, hər iki göz ətraflarında hematoma, alının sağ hissəsində sıyrılmış şişkinlik aşkar edildiyi göstərilmiş, bu barədə akt tərtib edilərək 4 əməkdaş tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası “Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-in “Sabunçu TİBB Mərkəzi” PHŞ-in 09 oktyabr 2025-ci il tarixli 18-1-17/2-3674/2025 saylı məktubundan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs Etibar oğlu xx.xx.2025-ci il tarixdə Sabunçu TMin Travmatologiya şöbəsinə nüraciət etmiş, həkim travmatoloq Rzayev Məmməd tərəfindən qəbul edilərək müayinələrdən keçirilmişdir(Dz: Ayağın digər hissələrinin açıq yarası). Məhkəmə göstərilən xəsarətlərlə bağlı qeyd edir ki, xx.xx.2025-ci il tarixli aktda xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Nizami RPİ-nin 25-ci PŞ-nə gətirildiyi, PŞ-də şəxsə baxış zamanı onun sol göz nahiyyəsinin hematoması və sağ ayağının üst nahiyyəsində kəsilmiş deşilmiş yara aşkar edildiyi qeyd edilsə də, o, xx.xx.2025-ci il tarixdə DİN-ə bilavasitə tabe olan X19 saxlanılma mərkəzinə gətirilərkən ilkin tibbi müayinədən keçmiş, tibbi kitabçanın 9-cu qrafasında, eləcə də xx.xx.2025-ci il tarixli aktda Təqsirləndirilən şəxs tutulmazdan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatlarda sağ ayağının üstündə cərrahi tikiş, hər iki göz ətrafında hematoma, alının sağ hissəsində şişkinlik olduğu qeyd edilmişdir.10-cu qrafasında baxış zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsvirində sol qolunda kəsiklər, sağ ayağın pəncə üzərində təzə tikilmiş kəsik olduğu qeyd edilmişdir. Buda onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixli aktda qeyd olunmayan, lakin DİN-ə bilavasitə tabe olan X19 saxlanılma mərkəzinə gətirilərkən aşkar edilən digər xəsarətləri xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olduğu müddətdə polis şöbəsinə gətirildikdən sonra almışdır. Həmçinin, məhkəmə qeyd edir ki, Bakı şəhəri Nizami rayon məhkəməsinin 3(007)- 641/2025 saylı materialından məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həqiqətən 24 yanvar 2025-ci il tarixdən 29 yanvar 2025-ci il tarixədək Nizami RPİ-də saxlanılmışdır. Belə ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Nizami rayon məhkəməsinin 3(007)- 641/2025 saylı 29 yanvar 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 24 yanvar 2025-ci il tarixdən 25 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 gün inzibati həbs müddətinə daxil edilmiş, bundan başqa, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 26 yanvar 2025-ci il tarixdən 28 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulmuş, 29 yanvar 2025-ci il tarixdə Bakı şəhəri Nizami rayon məhkəməsinin qərarına əsasən İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20 gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi kimi, onun 24 yanvar 2025-ci il tarixdən 28 yanvar 2025-ci il tarixədək Nizami RPİ-nin MSY-də saxlanması barədə xüsusat öz təsdiqini tapmış olmuşdur. Təqsirləndirilən şəxs onun döyülməsi ilə bağlı həm prokurora həm də onu 20 gün müddətində inzibati həbs edən məhkəməyə məlumat verdiyini göstərmişdir. Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə 28 yanvar 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs dərhal həbsdə saxlanıldığı Nizami RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır(cild 1, i.v.200-202); Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında 28 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Nizami RPİ-nin MSY-dən azad edilməsi və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi qərara alınmışdır(cild 1, i.v.203); Göründüyü kimi, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi kimi 24 yanvar 2025-ci il tarixdən 28 yanvar 2025-ci il tarixədək 4 gün müddətində Nizami RPİ-nin MSY-də saxlanması, 28 yanvar 2025-ci il tarixdə Nizami rayon prokurorunun yanına aparılması iş üzrə yuxarıda qeyd edilən sənədlərlə öz təsdiqini tapmışdır. Məhkəmə bu xüsusatın araşdırılması ilə bağlı sorğu verərək Bakı şəhəri Nizami rayon məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair 3(007)-641/2025 saylı materialını götürərək tədqiq etmiş, müəyyən edilmişdir ki, 29 yanvar 2025-ci il tarixli məhkəmə iclasının protokolunda Təqsirləndirilən şəxs izahatında göstərmişdir ki, “...Məni oğurluqda şübhəli bilib saxladılar, məni döyüdülər, məni çox döydülər, məni 3 gün müvəqqəti saxlama yerində saxladılar, sonra məni müstəntiqin otağına apardılar, sonra orada müstəntiqə otaqdan çıxmasını dedilər, müstəntiq otaqdan çıxdıqdan sonra məni döydülər, sonra yenə döydülər, məni çox döydülər, bundan sonra da cibimə narkotik vasitə qoydular. Mənim üzərimdə narkotik vasitə yox idi”, verilmiş suallara cavab olaraq göstərmişdir ki, “..Məni orada əməliyyatçılar döydülər.... Mənim xəsarət almağım üzümdən görünür, polis əməkdaşları məni döydü, gözlərim qaraldı, dişlərim qırıldı.” Göründüyü kimi, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlar, məhkəmənin sorğularına verilmiş cavablarla, tibbi sənədlərlə, müvafiq aktlarla, eləcə də 3(007)-641/2025 saylı materialla öz təsdiqini tapmışdır. Lakin buna baxmayaraq şəxsin göstərdiyi həmin xüsusatların araşdırılması ilə bağlı müxtəlif orqanlar tərəfindən heç bir tədbir görülməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs bütün ifadələrini yoxlamaqla, ifadəsinin dəyişməsinin səbəbini aydınlaşdırmaqla və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməklə onun ibtidai araşdırma zamanı ifadələrini təzyiq və təsir nəticəsində verməsi barədə dəlilini inandırıcı və işin hallarına uyğun hesab edir. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs polis bölməsində dəfələrlə pis rəftara məruz qalmasını təsdiq edən kifayət qədər güclü sübutlar məhkəmə istintaqı zamanı müəyyən edilmişdir. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs polis tərəfindən saxlanıldığı zaman pis rəftara məruz qalması ilə bağlı iddialarında hər hansı ziddiyyət və ya uyğunsuzluq görmür. Pis rəftarın ciddiliyi məsələsinə gəlincə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yetirilmiş xəsarətlər hər hansı mühüm tibbi müdaxilə tələb etməsə də, onlara ciddi fiziki ağrılar və iztirablar yetirmişdir. Pis rəftar və onun nəticələri, həmçinin, onlara əhəmiyyətli mənəvi əzab vermiş, insan ləyaqətini alçaltmışdır. Belə olan halda məhkəmə hesab edir ki, pis rəftar Avropa Konvensiyasının 3-cü maddəsi ilə tələb olunan ağırlığın minimum səviyyəsinə çatmaq və qeyri-insani və alçaldıcı rəftar hesab olunmaq üçün kifayət qədər ciddi xarakterli olmuş və bununla da Konvensiyanın 3-cü maddəsinin maddi hüquqi tələbləri pozulmuşdur. Bu məqamda məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun tövsiyəsini xatırladaraq qeyd edir ki, bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” qərarı, § 28). Bütün təsvir edilənləri tamamlayaraq məhkəmə qeyd edir ki, ittihamın əsasını təşkil etmiş həlledici sübutların, yəni təqsirləndirilən şəxsin “etirafedici ifadələri”nin mötəbərliyinə əsaslı şübhələr mövcud olduğundan yuxarıda qeyd edilən ifadələr ona qarşı ittihamın əsası kimi qəbul edilə bilməz. - İbtidai istintaq orqanının istinad etdiyi digər sübut növü iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin ifadələri olmuşdur. Halbuki, zərərçəkmiş şəxslərin həm ibtidai istintaq zamanı, həmçinin məhkəmə istintaqı zamanı yuxarıda qeyd edilən ifadələrindən görünür ki, onlar ifadələrində əmlakının oğurlanması faktını göstərərək təsdiq etsələr də, həmin cinayət hadisəsinin kim tərəfindən törədilməsini görmədiyini bildirmişlər. Məlum məsələdir ki, oğurluq əmlakın gizli talanmasından ibarət olan əməli özündə ehtiva etdiyindən zərərçəkmiş şəxslərin cinayəti törətmiş şəxsi görməmələri tam məntiqli və realdır. Belə olan halda, konkret şəxs tərəfindən həmin cinayətin törədilməsini təsdiq edən kifayət qədər mötəbər sübutlar iş materiallarına əlavə edilməli və oğurluğun məhz həmin şəxs tərəfindən törədilməsi şübhə doğurmamalıdır. Bu həm təqsirləndirilən şəxsin, həm də əmlakından məhrum edilmiş zərərçəkmiş şəxslərin mənafeyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Belə ki, zərərçəkmiş şəxsin hüquq mühafizə orqanlarına oğurluq hadisəsi barədə məlumat verməsinin məqsədi kiminsə həmin cinayətdə təqsirli bilinməsi deyil, məhz onun əmlakını talamış şəxsin layiqli cəzaya məruz qalmasıdır. Məhkəmə yenə də qeyd edir ki, məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxslər ayrı-ayrılıqda ona məxsus əmlakların oğurlanması ilə bağlı polis orqanına müracət etdiklərini təsdiq etsələr də, oğurluğun kim tərəfindən törədildiyini bilmədiklərini göstərmişlər. Eyni zamanda, Təqsirləndirilən şəxs irəli sürülmüş soyğunçuluq epizodu(İİİ epizod) ilə bağlı məhkəmə qeyd edir ki, soyğunçuluq əmlakın açıq talanmasından ibarət olan əməli özündə ehtiva etsə də, həmin epizod üzrə Zərərçəkmiş şəxs2 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, M.Abdullayev küçəsi ev 29A ünvanında yaşayan xalası qızı Nəzakət Həsənovanın evinə qonaq getmişdir. Şadlıq sarayını danışmışlar, xalasıqızıgilə getmişdir ki, toya nə qədər adam çağıracaqlarını bilsin, ona uyğun yer sifariş etsinlər. Avtomobili qapının ağzında saxlamışdır. Çölə çıxdıqda maşının böyründə adam olduğunu görmüşdür. Elə bilmişdirki, öz tanış uşaqlardandır kimsə, nəsə işi var maşının yanında dayanıb nəsə edir. O, digər tərəfə fırlanmışdır ki, guya heç onu görməmişdir. O, ora həmişə gedib gəlmişdir, bilməzmiş ki, kimsə onun maşınından orada oğurluq edə bilər. Yenidən maşın tərəfə fırlananda maşının pəncərəsindən kiminsə düşüb qaçdığını görmüş, o da onun dalınca getmişdir. Onun dalınca 15-20 metr qaçmış, az məsafəsi olmuş, ona çata bilsə də, sadəcə olaraq bir anlıq onu buraxmışdır ki, ona əsas lazım olan puldur. O, özü taksi işləyir deyə maşında pul saxlayır, maşında 2 ədəd telefon və pulqabı olmuşdur. Maşına qayıtdıqda maşında pulların, pulqabının, telefonun olmadığını və maşının salonunun dağınıq vəziyyətdə olduğunu görmüşdür. Maşında salafanda birazda pul olmuş, tez çıxdığına görə onu götürə bilməmişdir oğru. Pulqabının içərisində bank kartları, sənədlər və pullar olmuşdur. O, dərhal DİN-in 102 xidmətinə müraciət etmiş, 102 xidmətindən 4 nəfər gəlmişlər. Ərizəni yazmış və izahatı götürüb getmişlər. Aradan biraz keçdikdən sonra başqa adam gəlmiş ekspertizadan olmuşdur. Ona hadisə yerinə əl vurmadığını bildirmiş, ekspertiza götürmüş və bir müddət ərzində məlumat veriləcəyi bildirilmişdir. Sonrada demişlər adam tapılıb. 102 xidmətindən polislər gələndə onlara demişdir ki, onun əsas sənədləri qaytarılsın. Hadisə olan günün sabahı sənədlərini kağızın içərisində maşın olan yerin yanında ora qoymuşlar. Avtomobildən ümumilikdə 800 manat nağd pul, manatları demir, 2 ədəd mobil telefon götürülmüşdür, birdə avtomobilin şüşəsi qırılmışdır. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, üzərindən uzun müddət keçdiyinə görə tarixi xatırlamır. Düşüb qaçdığına görə o həmin insanın üzünü görə bilməmişdir. Arxasından qaçdığına görə üzünü görməyi mümkün olmamışdır. Üzünü görmədiyinə görə hazırda təqsirləndirilən şəxsin oğurluq edən şəxs olduğunu deyə bilmir. Oğurluq olduqdan sonra sənədlərini maşının yanına qoymuşlar, evdə uşaqlar günorta radələrində məlumat vermişlər ona. Oğurlanan telefonların içərisində nömrə olmamışdır, təzə telefon almışdır deyə nömrəni o telefondan çıxarıb qoymuşdur ora. 2 ədəd telefon olmuş, 2sindədə nömrə olmamışdır. Telefonun birini 480 manata almışdır, digərini çoxdan almışdır. Təqsirləndirilən şəxsi ona polis təqdim etmişdir. Göründüyü kimi Zərərçəkmiş şəxs2 həm ibtidai istintaq zamanı həm də məhkəmə istintaqı zamanı maşından oğurluq edən şəxsin arxasınca qaçdığını bildirsə də, həmin şəxsin üzünü görmədiyini bildirmiş, cinayəti törədən şəxsin Təqsirləndirilən şəxs olmasını təsdiq etməmişdir. Bundan başqa, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdirki, təqsirləndirilən şəxsi tanımır. Maşınından siqaretlər oğurlanmışdır. Həmin vaxt rentacardan maşın götürmüşdür, öz maşını ustada olmuşdur. Sürücünün arxasındakı oturacaqdan 100 blok siqaret götürülmüşdür. Qiyməti 2200 manat olarmış. Avtomobilin şüşəsi sındırılmışdır. Məlumat verdikdən sonra əməliyyatçılar və ekspert gəlmişdir. Sonradan bir şəxs gətirmişlər, bu şəxs deyildi, üzündə maskası olmuş, ramazan ayı olmuşdur, maskanı çəkdikdə üzünə baxmışdır, arıq oğlan olmuşdur, dəqiq bu şəxs deyildi. Həmin şəxs demişdirki “ mən eləmişəm, söyüş söymə”. Dəqiq bilir bu şəxs olmadığını, çünki, insanın sifətini dəqiq yadında saxlaya bilir. Ona maraqlı idi kim olduğu, bilmək istəyirdi tanıdığı adamdır ya yox, görmüşdür ki, tanımır. Ona istintaqda bu şəxsi göstərməmişlər. Zərərçəkmiş şəxsin ifadəsində göstərilən bu xüsusatlar nəinki həmin oğurluq hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini təsdiq etmiş, əksinə təkzib etmişdir. Beləliklə, zərərçəkmiş şəxslərin həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələri sadəcə onlara məxsus əmlakın oğurlanması faktını təsdiq etməklə ifadələrində göstərilmiş bir xüsusat belə oğurluğun məhz Təqsirləndirilən şəxs tərəfindən törədilməsi qənaətinə gəlməyə imkan verməmişdir. Belə olan halda zərərçəkmiş şəxslərin ifadələrini əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini sübut edən faktlar kimi qəbul edilməsi yolverilməzdir. -İstintaq orqanının istinad etdiyi digər sübutlar hadisə yerinə baxış keçirilməsi barədə protokollar olmuşdur ki, bu protokollarla bağlı məhkəmə qeyd edir ki, həmin protokollar özü-özlüyündə hadisə barədə zərərçəkmiş şəxslər tərəfindən məlumat verildikdən sonra hadisə yerinə baxış keçirilməsini və hadisə yerinin hadisədən sonrakı vəziyyətinin təsviri barədə tərtib edilmiş sənədlərdir. Hadisə yerinə baxış protokoluna hadisə yerindən hər hansı şəxsin təqsirliliyinə dəlalət edən maddi sübutun, əl-barmaq izlərinin, hər hansı kamera görüntülərinin və ya hadisənin konkret şəxs tərəfindən törədilməsini təsdiq edə biləcək şahid ifadələrinin olmadığı halda hər hansı şəxsə qarşı ittiham irəli sürülərkən onun təqsirli olmasını təsdiq edən sübut kimi istinad olunması yolverilməzdir. Bununla yanaşı, istintaq orqanı Təqsirləndirilən şəxs irəli sürdüyü ittihamın təsdiqi kimi hadisə yerindən götürülmüş qan nümunəsinin ona məxsus olmasına istinad etmişdir. Məhkəmənin diqqətini çəkən məqam ondan ibarətdir ki, “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 müraciəti əsasında oğurluq hadisəsinin törədildiyi yerə baxış keçirilmiş və hadisə yerinin Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi 199 ünvanının qarşısında olan Zərərçəkmiş şəxs4 məxsus «LAND CRUİSER» markalı, AZ **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobil olması müəyyən edilmiş, protokolda “Baxış zamanı sübut əhəmiyyətinə malik əşya və predmet aşkar edilmədi” qeyd edilmişdir. Göründüyü kimi heç bir əlbarmaq izi və ya qan nümunəsinin götürülməsi hadisə yerinə baxış keçirmə barədə protokolda öz əksini tapmamışdır. Lakin, 12 fevral 2024-cü il tarixli DİN Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən DİN-in BCAİ-nə ünvanlanan məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, ev 199F-in qarşısında Zərərçəkmiş şəxs4 məxsus «LAND CRUİSER» markalı, AZ **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön yan şüşəsinin sındırılması faktı üzrə hadisə yerinin müayinəsi zamanı götürülmüş 02 ədəd tamponda qanabənzər maddələr Suraxanı RPİ-nin 20 yanvar 2024-cü il tarixli məktubu ilə 25 yanvar 2024-cü il tarixdə tədqiqata təqdim edilmiş, aparılmış müqayisəli DNT tədqiqatı nəticəsində müəyyən olunmuşdur ki, tədqiqata təqdim edilmiş 02 ədəd tampon üzərində olan qan nümunəsi Təqsirləndirilən şəxs(xx.xx.1986-cı il) Xətai RPİ-nin xx.xx.2017-ci il tarixli, 101-16340-1217 nömrəli məktubu ilə KTİ-yə təqdim edilmiş) məxsusdur(cild 1, i.v.243); Məhkəmə bu xüsusatla bağlı qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 273.2-ci maddəsinə əsasən tədqiqat üçün nümunələrin götürülməsi məqsədi ilə müvafiq istintaq hərəkətinin aparılması üçün müstəntiq əsaslandırılmış qərar çıxarır. Halbuki, cinayət işinin materiallarında hadisə yerindən tədqiqat üçün nümunələrin götürülməsi ilə bağlı hər hansı qərar mövcud olmamışdır. CPM-nin 273.3-cü maddəsinə əsasən tədqiqat üçün nümunələr həmçinin bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş hallarda və qaydada baxış, axtarış, götürmə, əmlak və ya yazışma üzərinə həbs qoyulması zamanı da götürülə bilər. Göründüyü kimi, cinayət prosessual qanunvericilikdə baxış zamanı tədqiqat üçün nümunələrin götürülməsi nəzərdə tutulmasına baxmayaraq hadisə yerinə baxış protokolunda bu barədə hər hansı qeyd olmamış, əksinə xx.xx.2024-cü il tarixli protokolda baxış zamanı sübut əhəmiyyətinə malik əşya və predmet aşkar edilmədiyi qeyd olunmuşdur. Məhkəmə xüsusi olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi ilə bağlı Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarında da həmin sübutun qanunsuz olması ilə bağlı xüsusatlar xüsusi vurğulanmışdır. İbtidai istintaq orqanı göstərilən ziddiyyətin aradan qaldırılması məqsədilə təhqiqatçı Şahid2 şahid qismində dindirmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, Suraxanı RPİ-nin 31-ci polis şöbəsində təhqiqatçı işləyir, təqsirləndirilən şəxsin işi ilkin araşdırma dövründə onda olmuşdur. Hadisə yerinə çıxan zaman texniki səbəbdən qan izləri və əl izləri ilə bağlı baxış protokoluna qeydlər olunmamışdır. Halbuki hadisə zamanı onlar həmişə ekspert kriminalistin iştirakını təmin edirlər. Bu hadisənin açılmasında əsas amillərdən biridir. Həmin vaxtı ekspertdə orada iştirak etmişdir, əl barmaq izi və qan nümunələri götürmüşlər. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, ekspertin kim olduğunu xatırlamır. Hadisə yerini tam xatırlamır, amma küçədə olduğunu bilir. Avtomobilin şüşəsi sındırılmışdı. Kriminalist öz işini görür izləri götürür, o, dəqiq nə götürdüyünü bilmir, amma qan izini bilmişdir. Səhv eləmirsə qara rəngli avtomobil olmuş, “Land Cruiser” markalı avtomobil olmuşdur. Hadisənin dəqiq tarixini xatırlamır, 1 il olar keçib hadisənin üzərindən. Materialı toplamış və tərkib yarandığı üçün aidiyyatı üzrə istintaqa vermişdir. Əl barmaq izləri və qan izlərinin cavabı gəlməsə belə onlar materialı istintaqa verirlər. Səhv eləmirsə hadisə Ramana qəsəbəsi tərəfdə olmuş, amma dəqiq xatırlamır. Hadisəyə baxış zamanı hal şahidlərinin iştirakı təmin olunmuşdur. Şikayət verən şəxsin özüdə orada olmuşdur. Zərərçəkmiş şəxsin iştirakı ilə hadisə yerinə baxış keçirilb deyə o dindirilsə, əl barmaq izlərinin, qan izlərinin götürməsini təsdiq edə bilər. Hadisə Bülbülə qəsəbəsi ola bilər, yadına sala bilmir. Göründüyü kimi, şahid qismində dindirilmiş Şahid2 qan izlərinin götürülməsinin protokolda qeyd edilməməsinin əsası kimi texniki səbəb göstərmiş, halbuki sözügedən protokol əl ilə yazılmış, hər hansı avadanlıqdan istifadə edilməklə tərtib edilməmişdir ki, protokolda bu barədə qeyd edilməməsini texniki səbəblə əsaslandırmaq mümkün olsun. Eyni zamanda hadisə yerinə baxış keçirilməsi ilə bağlı protokolda göstərilən pozuntunu aradan qaldırmaq üçün istintaq orqanı hadisə yerində iştirak etmiş Zərərçəkmiş şəxs4 əlavə dindirilməsini həyata keçirmiş, o, əlavə ifadəsində göstərmişdir ki, 19 yanvar 2024-cü il tarixdə Suraxanı RPİ-nin 31-ci polis şöbəsinə ərizə ilə müraciət etdikdən sonra təhqiqatçı tərəfində hadisə yerinə baxış keçirilməsi prosesində iştirak etmiş, həmin prosesdə ondan və təhqiqatçıdan əlavə başqa polis əməkdaşı və hal şahidləri də iştirak etmişdir. Hadisə yerinə baxış keçirilən zaman avtomobilinin yan şüşəsi sındırıldığı üçün orada şüşə qırıntıları olmuş və orada olan polis əməkdaşı tərəfindən qan nümunələri, həmçinin əl-barmaq izləri aşkar olunaraq götürülmüşdür. Halbuki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs4 bu xüsusatla bağlı ziddiyyətli ifadə verərək verilmiş suallara cavab olaraq göstərmişdir ki, maşında qan olmağını xatırlamır. Polisə məlumat verəndə ona demişdir maşına yaxın getməsinlər. Qan düşüb düşmədiyini xatırlamır. Ziyan 600 manat pul, 400 manat isə maşının şüşəsinə çəkdiyi xərc olmuşdur. Hadisə yerinə ancaq polis əməkdaşları gəlmişdir, başqa şəxslər yox idi. Sonra onu bir dəfədə çağırmışlar isintaqa. 1 dəfə çağırdılar hadisə necə oldu soruşdular, ikincidədə idarəyə çağırdılar. Zərərçəkmiş şəxs4 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadə ilə ibtidai istintaq zamanı əlavə dindirməsi zamanı vermiş olduğu ifadə arasında ziddiyət olduğundan o ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra zərərçəkmiş şəxsin əlavə ifadəsi elan olunmuş, Zərərçəkmiş şəxs4 ifadəsi elan edildikdən sonra bildirmişdir ki, o, qan izi götürüldüyünü xatırlamır. Kamera görüntülərindən görünür ki, əli ilə qırır şüşəni, üzü görsənmir. Hadisə vaxtı hava dumanlı olmuş, eyni zamanda həmin vaxt kamaz qum tökür deyə görüntü aydın deyildi. Hadisə yerinə oğrunu gətirmişlər, demişdir ki, o götürüb, buna oxşayırdı, üstündən bir il keçib xatırlamır. Hadisədən xeyli sonra gətirmişdilər adamı, necə aynanı qırdı, necə keçdi və s. demişdir orada. Təxmini hadisədən bir ay sonra gətirmişlər. Əl barmaq izi götürmüşlər, yəqin qan olubki yazılıb, o xatırlamır. Ziyanın ödənilməsini tələb edir. Göründüyü kimi, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs4 əlavə dindirilməsi məhz maşından qan nümunəsinin götürülməsini təsdiq etmək məqsədilə olmuş, yalnız həmin hissədə dindirilmiş, lakin buna baxmayaraq məhkəmə iclasında zərərçəkmiş şəxs proses iştirakçıları tərəfindən verilmiş hərtərəfli suallara cavab olaraq təkrar-təkra, dəfələrlə maşından qan nümunəsinin götürülməsini xatırlamadığını bildirmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, CPM-nin 273.4-cü maddəsində göstərilmişdir ki, tədqiqat üçün nümunənin götürülməsi məhkəmə ekspertizası fəaliyyətinin bir hissəsidirsə, bu hərəkət məhkəmə ekspertizasını aparan ekspert tərəfindən həyata keçirilir. Lakin buna baxmayaraq, “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokolda baxış zamanı ekspertin iştirak etməsidə qeyd edilməmişdir. Hadisə yerində iştirak etmiş Zərərçəkmiş şəxs4 məhkəm istintaqında verilmiş suallara cavab olaraq hadisə yerində yalnız polis əməkdaşlarının olduğunu, kənar şəxslərin olmadığını bildirmişdir. Məhkəmə hadisə yerinə baxış zamanı iştirak etmiş eksperti məhkəmə iclasına dəvət edərək şahid qismində dindirilməli olması qənaətinə gəlsə də, onun kim olmasını araşdırmış, lakin verilmiş suallara cavab olaraq təhqiqatçı Şahid2 ekspertin kim olmasını xatırlamadığını bildirmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, nə 19 yanvar 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi protokolunda, nə 12 fevral 2024-cü il tarixli DİN Kriminalistik Tədqiqatlar İdarəsinin məktubunda qan nümunəsini götürən ekspertin kim olması qeyd edilməmiş, məktuba əlavə edilmiş hər hansı zərf və ya qoşma olmamış, bu səbəbdən qan nümunəsini götürən ekspertin kim olmasını müəyyən etmək mümkün olmamışdır. Halbuki, CPM-nin 236.5-ci maddəsinə əsasən baxış zamanı müstəntiq müstəqil və ya mütəxəssisin köməyi ilə izləri, əşyaları, sənədləri, habelə gələcəkdə iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcək digər əşyaları götürür. CPM-nin 236.7-ci maddəsinə əsasən protokol ona öz qeydlərinin daxil edilməsini tələb etmək hüququna malik olan istintaq hərəkətinin bütün iştirakçıları və müstəntiq tərəfindən imzalanır. Protokol bir neçə səhifədə tərtib edildikdə, onun hər vərəqi istintaq hərəkətinin bütün iştirakçıları tərəfindən imzalanır. Məhkəmə bir daha vurğulayır ki, “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokolda nəinki qan izlərinin götürülməsi qeyd edilməmiş, həmin baxış zamanı iştirak etmiş ekspertin iştirakı belə qeyd edilməmiş, onun kim olduğu göstərilməmiş, protokol ekspert tərəfindən imzalanmamışdır. xx.xx.2025-ci il tarixli 25/379 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistin Tədqiqatlar İdarəsinin ekspert rəyi qan nümunəsinin Təqsirləndirilən şəxs məxsus olmasını təsdiq etsə də, həmin qan nümunəsinin haradan, necə, kim tərəfindən, avtomobilin hansı hissəsindən götürülməsini məhkəmə istintaqı zamanı müəyyən etmək mümkün olmamışdır. Belə olduğu halda cinayət prosessual qanunvericiliyin tələblərini pozmaqla əldə edilmiş sübutlar məhkəmə tərəfindən sübut kimi qəbul edilə bilmədiyindən, həmin sübutlarda qeyd edilən şübhələrin məhkəmə istintaqı zamanı aradan qaldırılması mümkün olmadığından protokolda əks olunmayan qan nümunəsinin təqsirləndirilən şəxsə məxsus olması Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinin onun tərəfindən törədilməsini təsdiq edən fakt kimi qəbul edilə bilməz. -İstintaq orqanının istinad etdiyi ifadənin yerində yoxlanılması haqqında protokolla bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yalnız ona irəli sürülmüş ittihamda göstərilən İİİ epizod üzrə ifadəsi yerində yoxlanılarkən təqsirini etiraf etdiyi göstərilmiş, bu barədə fotoşəkillər çəkilərək protokola əlavə edilmiş, lakin həmin protokolu təqsirləndirilən şəxs imzalamaqdan imtina etmişdir(cild 1, i.v.125-128); Məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs onu İstintaq Təcridxanasından MSY-nə keçirildikdən sonra döydüklərini, bu barədə protokolu imzalamasa da, hadisə yerindəki fotoşəkillərin çəkilməsində iştirak etdiyini bildirmişdir. Məhkəmə bu xüsusatla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Penitensiar Xidmətin 3 X6 xx.xx.2025-ci il tarixli, 3-16-20-10/2-559 nömrəli məktubundan görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs 3 X3 Suraxanı RPİ-nin MSY-ə köçürülmüşdür. xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxs Mehtiyev X16 RPİ-nin MSY-dən 3 X8 gətirilmişdir. Daxil olarkən Suraxanı RPİ-nin MSY-də olarkən xəsarət aldığını bildirmişdir. Bədən baxışı zamanı sağ gözətrafı nahiyyəsində şişkinlik, sağ bazunun bayır səthinin orta üçdə birində, sol bazunun ön səthinin yuxarı üçdə birində, sağ gözətrafı nahiyyəsində bənövşəyi rəngli qançır aşkar olunmuşdur. Göstərilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs 09 aprel 2025-ci il tarixdə ifadəsinin yerində yoxlanılarkən təzyiq və təsirlərə məruz qalması barədə dəlilini inandırıcı və işin hallarına uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Penitensiar Xidmətin 3 X6 xx.xx.2025-ci il tarixli məktubu ilə o, Suraxanı RPİ-nin X17 3 X2yıdarkən onun bədəni üzərində xəsarətlərin olması öz təsdiqini tapmış, həmin xəsarətlərin hansı səbəbdən yaranmasını təsdiq edən hər hansı akt və ya sənəd isə iş materiallarında olmamışdır. Odur ki, məhkəmə yuxarıda sadalanan qanunvericiliyin tələblərini təkrar sadalamayaraq, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında xx.xx.2025ci il tarixli protokolunun təqsirləndirilən şəxs tərəfindən imzalanmamasını, o cümlədən həmin protokolun tərtib edilməsi zamanı təqsirləndirilən şəxsə təzyiq və təsir olunmasına əsaslı şübhələr olması qənaətinə gəlir, belə olduğu halda həmin protokolun Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamı təsdiq edən sübut kimi istifadə edilməsini qeyri mümkün hesab edir. -İbtidai istintaq orqanının hazırki cinayət əməllərində təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən digər bir sübut növü kimi videogörüntülərə baxış protokolları qeyd edilmişdir. İttiham aktında müstəntiq video görüntüyə baxış keçirilməsi haqqında 18 mart 2024-cü il tarixli protokola təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən sübut kimi istinad edərək baxışda iştirak edən Təqsirləndirilən şəxs video görüntünü izləyib, həmin video görüntüdə olan başında qara rəngli papaq, əynində qara rəngli gödəkcə olan və əlində 02 ədəd qutu olan şəxsin özünün olduğunu bildirdiyini qeyd etmişdir. Halbuki, video görüntüyə baxış keçirilməsi haqqında 18 mart 2024-cü il tarixli protokoldan görünür ki, Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin məktubuna əlavə olunmuş bir ədəd diskdə 02 ədəd video fayllar vardır. Həmin video fayllar bir-bir açılaraq baxıldıqda müəyyən edilir ki, 1-ci video fayl 20 saniyə müddətində olmaqla video faldakı video görüntüdə bir nəfər başında qara rəngli papaq, əynində qara rəngli gödəkcə olan hündürboy kişi cinsli şəxs 12 fevral 2024-cü il tarixdə saat 15 radələrində küçə ilə hərəkət edir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs video görüntünü izləyib, həmin video görüntüdə olan başında qara rəngli papaq, əynində qara rəngli gödəkcə olan şəxsin özünün olmadığını bildirmişdir. Bundan sonra, 2-ci video fayl açıldıqda 13 saniyə müddətində olması müşahidə olunur. Video fayldakı video görüntüdə bir nəfər başında qara rəngli papaq, əynində qara rəngli gödəkcə olan hündürboy kişi cinsli şəxs küçə ilə əlində 02 ədəd qutuları tutub müşahidə kamerası istiqamətinə qaçaraq küçə ilə gəlməsi müşahidə olunur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs video görüntünü izləyib, həmin video görüntüdə olan başında qara rəngli papaq, əynində qara rəngli gödəkcə olan və əlində 02 ədəd qutu olan şəxsin özünün olmadığını bildirmişdir(cild 2, i.v.52-53); Göründüyü kimi, müstəntiq tərəfindən ittiham aktında 18 mart 2024-cü il tarixli protokol təhrif edilərək guya Təqsirləndirilən şəxs videogörüntüdəki şəxsin özü olduğunu bildirməsi qeyd edilsə də, cinayət işinin 2-ci cildinin 52-53-cü vərəqlərində olan protokolda isə əksinə olaraq Təqsirləndirilən şəxs həmin şəxsin özü olmadığını bildirməsi müəyyən edilmişdir. DVD diskə baxış keçirilməsi haqqında 14 iyun 2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə baş vermiş oğurluq hadisəsinin görüntüsü əks olunmuş 01 ədəd “DVD” formatlı diskə baxış keçirilmiş və baxış zamanı bir nəfər arıq bədən quruluşlu əynində yaşıl rəngli qış gödəkcəli şəxsin X15 etibarnamə əsasında idarə etdiyi "Toyota Camry” markalı **-YC-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşaraq, arxaya, sağ və sol istiqamətə baxdıqdan sonra avtomobilin ön sərnişin istiqamətdə şüşəsini əlində olan əşya ilə zərbə ilə vuraraq avtomobilə daxil olması, daha sonra həmin şəxsin oradan qaçaraq uzaqlaşdığı müşahidə olunmuşdur. Bununla bağlı baxışda iştirak edən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 10:33 radələrində ünvan 4 ünvanın qarşısında saxlanılmış “Toyota Camry” markalı **-YC-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşan şəxsin özü olmasını, avtomobilə yaxınlaşaraq, avtomobilin sağ qabaq yan şüşəsini dəmir açarla sındıraraq avtomobilin qoltuq altından pul kisəsi taparaq oğurlayıb oradan uzaqlaşdığını bildirmiş, Təqsirləndirilən şəxs Etibar oğlu həmin protokolu imza etməkdən imtina etmişdir(cild 2, i.v.241-244); Göründüyü kimi, DVD diskə baxış keçirilməsi protokolunda Təqsirləndirilən şəxs həmin diskdəki görüntüdəki şəxsin o olması barədə bildirdiyi qeyd edilsə də, həmin protokol təqsirləndirilən şəxs tərəfindən imzalanmamışdır ki, məhkəmə həmin protokolu şəxsin təqsirini etiraf etməsi kimi qiymətləndirə bilməz. Bundan başqa, məhkəmə istintaqı zamanı iş materiallarına əlavə edilmiş DVD disklərdə olan videogörüntülərə baxış keçirilmiş, videogörüntüdəki şəxsin üzü aydın görünmədiyindən və digər əlamətlərinə görə onun eyniləşdirilməsi mümkün olmadığından yalnız həmin videogörüntülər əsasında Təqsirləndirilən şəxs həmin epizodlar üzrə cinayət törətdiyini demək mümkün deyildir. Qeyd olunan epizodlar üzrə heç bir eyniləşdirmə aparılması mümkün olmayan şəxsin Təqsirləndirilən şəxs olmasını iddia edərək onun tərəfindən törədilməsi qənaətinə gəlinməsi heç bir sübut olmadan formal mülahizələr əsasında hər hansı şəxsin ittiham olunması ilə nəticələnməsi deməkdir ki, bu da cinayət və cinayət-prosessual qanunvericiliyin tələbləri bir araya sığmamaqla qanunvericiliyin kobud şəkildə pozulmasıdır. Ümumiyyətlə isə videogörüntülərdən əməli törədən şəxsin eyniləşdirilməsi mümkün olmadığından avtomobillərdən oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olduğunu şübhəsiz bildirmək mümkün deyildir. -İbtidai istintaq orqanının hazırki cinayət əməllərində təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən digər bir sübut növü kimi şahidlər Şahid1 və Şahid3 ifadələrinə istinad edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi ümumiyyətlə tanımır. Onu bu iş üzrə dindirməmişlər. Onu 31-ci polis bölməsinə dəvət etmişlər getməmişdir, sonra onu dekabrın 21-i tutanda orada soruşulmuş belə bir şəxs barədə, orada Talehi tanımadığını demişdir. Müstəntiq onu öz işi barədə dindirib, Talehin işinə görə dindirməyib. Onu barəsində olan digər cinayət işi üzrə tutmuşlar, Taleh barəsində soruşulmuş, ona siqaret verdiyi deyilmiş, amma o, Talehi tanımadığını demişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2018-ci ildən tanıyır. Belə ki, Təqsirləndirilən şəxslə birlikdə 1 saylı cəza çəkmə müəsisəsində birlikdə cəza çəkmişlər. 2024-cü ilin fevral ayının tarixini xatırlamadığı vaxtı Təqsirləndirilən şəxs ona bildirmişdir ki, siqaret satır, istəsə ala bilər. Həmin vaxtı o, Talehdən nə siqareti olmasını və neçəyə verməsini maraqlandıqda, sonuncu ona bildirmişdir ki, siqaretlər “İsveç” istehsalıdır və hər blokunu 25 manat satır. O, Təqsirləndirilən şəxslə razılaşmış və sonuncuya 80 manat pul ödəyərək 4 blok “Winston" markalı siqaret almışdır. Həmin siqaretlərin heç birində aksiz marka olmamışdır. Təqsirləndirilən şəxs 25 manat satdığını bildirsə də onlar 20 manat hər blokunu razılaşmışlar. O, aldığı siqaretləri yaşadığı evə aparmış və siqaretlərdən atası, qardaşları və o, istifadə etmişlər. Sonradan yenidən siqaret lazım olsa da Talehi tapa bilməmişdir(cild 2, i.v.87-89); Verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, Talehi ümumiyyətlə tanımır. Orada yazılanlar yalandır, araşdırılsın, o, Talehlə heç vaxt heç bir cəzaçəkmə müəssisəsində bir yerdə olmamışdır. O, Suraxanı rayonunda başqa cinayətə görə tutulmuşdur, sonra buraxılmış, ola bilər ki, orada hansısa sənədə imza çəkdirmişlər, o, həmin vaxt özündə olmamışdır. Talehin işi ilə bağlı bölmədə ifadə verməyi təklif ediblər, amma o, imtina etmişdir. Öz işi ilə bağlı orada sənədlərə imza çəkmişdir, buraxmışlar. Onu maşın qaçırtmağa görə tutmuşlar, təxminən 2-3 ay həbsdə olmuşdur. Sonra 21 dekabrda məhkəmə zalında buraxılmışdır. İfadə verildiyi qeyd edilən tarixdə o, tutulmuşdur, ifadədə qeyd edilənlərin hamısı yalandır, o, Talehi ümumiyyətlə tanımır. Talehlə eyni cəzaçəkmə müəssisəsində eyni vaxtlarda həbsdə olmamışdır. İfadəsində çəkilən imzalardan biri onun imzasına oxşayır, amma digəri onun imzası deyil. Yazı onun yazısı deyil, o, ümumiyyətlə yazı yaza bilmir. Talehin işi ilə əlaqədar o, heçnəyə imza çəkməmişdir, öz işi ilə əlaqəli sənədlərə imza çəkmişdir, ola bilsin onda imzaladıblar. İndi 7 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkir, CM-nin 234.1-ci maddə ilə təqsirli bilinmişdir. Tutulana qədər çörək maşınında çörək satmışdır. O, yeni Suraxanıda qalır. O, Talehi ümumiyyətlə tanımır, əlaqəsi olmayıb. Çörək maşınında işləmişdir, səhər saat 6-dan durub çörək paylamış, axşam saat 11-də evə gəlmişdir. Onun heç savadı yoxdur, oxumamışdır sənədləri. 1 saylı cəzaçəkmə müəssisəsində olmuşdur, 2019-cu ilin aprel ayının 30-u azadlığa çıxmışdır, 2017-ci ildə tutulmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs da Şahid1 məhkəmə istintaqı zamanı ifadəsində göstərdiklərini təsdiqləyərək onu tanımadığını, ona siqaret satmadığını, onunla bir vaxtda 1 Saylı cəzaçəkmə müəssisəsində cəza çəkmədiyini bildirmiş, göstərilən xüsusatın araşdırılmasını xahiş etmişdir. Məhkəmə, şahidin məhkəmə istintaqı zamanı verdiyi ifadəsininin həqiqiliyinin yoxlanması məqsədilə Təqsirləndirilən şəxs və Şahid1 eyni vaxtda cəza çəkib çəkməməsi ilə bağlı 1 X12 sorğu vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 X9 xx.xx.2025-ci il tarixli 3-16-17/18/2-2017/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə 3 X3 1 X12 daxil olmuş və xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 X9 xx.xx.2025-ci il tarixli 3-16-17/18/2-1904/2025 saylı məktubundan görünür ki, Şahid1 xx.xx.2017-ci il tarixdə 3 X3 1 X12 daxil olmuş və xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs və Şahid1 bir birini tanımamaları, eyni vaxtda cəzaçəkmə müəssisəsində cəza çəkməmələri kimi xüsusatlar məhkəmə istintaqı zamanı öz təsdiqini tapmışdır. Eyni zamanda, Şahid1 barəsində olan xx.xx.2024-cü il tarixli Bakı şəhəri Suraxanı rayon məhkəməsinin qərarından görünür ki, o, həqiqətən Suraxanı RPİ-nin İstintaq orqanı tərəfindən aparılan cinayət işi üzrə həbsdə olmuş, sonradan məhkəmə tərəfindən barəsində olan cinayət işinə xitam verilərək azad olunmuşdur. Bütün yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadə daha mötəbər olduğundan, iş üzrə əldə edilmiş sənədlərə uyğun gəldiyindən onun məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsinə sübut kimi istinad edilməlidir. İstintaq orqanının sübut kimi istinad etdiyi Şahid3 ifadəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə iclaslarının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq şahid məhkəmə iclaslarına gəlməmiş, məhkəmənin 27 avqust 2025-ci il tarixli qərarına əsasən şahidin məhkəməyə məcburi gətirilməsi ilə bağlı qərar qəbul edilərək Sabunçu RPİ-nə göndərilmişdir, lakin şahidin məcburi gətirilməsinə dair məhkəmənin qərarı icra edilmədiyindən 28 oktyabr 2025-ci il tarixli, 05 noyabr 2025-ci il tarixli məktublarla qərarın icra edilməsi ilə bağlı Sabunçu RPİ-nə və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə dəfələrlə müraciət edilmiş, bu səbəbdən məhkəmə iclasları bir neçə dəfə təxirə salınmış, lakin buna baxmayaraq şahidin məhkəmədə iştirakını təmin etmək mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 180.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ünvan 9 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi H.B.Ağayev küçəsində fərdi tikilmiş evdə kirayədə yaşayan xx.xx.1989-cu il təvəllüdlü Şahid3 məhkəmə iclasına təmin etmək mümkün olmamışdır. Hal-hazırda bu istiqamətdə tədbirlər davam etdirilir. Məhkəmənin bütün səylərinə baxmayaraq nə istintaq orqanı tərəfindən nə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən şahidin məhkəmə prosesində iştirakının təmin edilməsi mümkün olmadığından, məhkəmə cinayət prosesinin iştirakçılarının fikrini dinləməklə şahidin istintaq zamanı vermiş olduğu ifadəsinin elan edilməsi qənaətinə gəlmişdir. Şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməsə də, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən fərdi evdə usta kimi işləyən tanışının yanında fəhlə kimi işləmişdir. 08 mart 2025-ci il tarixdə saat 07 radələrində siqaret çəkmək üçün kirayə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, H.B.Ağayev küçəsində yerləşən evin qarşı hissəsinə çıxmışdır. Həmin vaxt bir nəfər cavan oğlanın ünvan 6 ünvanının qarşısında saxlanılmış tünd göy rəngli “Ford” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan hissəsində olan qapının şüşəsindən çıxaraq yerə qoyduğu torbanı götürüb qaçaraq oradan uzaqlaşmasını görmüşdür. Bu onda şübhə yaratdığı üçün “Ford” markalı avtomobilə yaxınlaşıb içərisinə boylanan zaman oturacağın üzərinə sənədlər olduğunu, həmin şəxsin avtomobildən oğurluq etməsini başa düşmüşdür. Buna görə də, evə qayıdaraq əynini dəyişib ərazi üzrə Sabunçu RPİ-nin 13-cü PŞ-nə gedərək ünvan 6 ünvanının qarşısında saxlanılmış tünd göy rəngli “Ford" markalı avtomobildə oğurluq hadisəsi baş verməsi barədə məlumat vermişdir. Polis şöbəsinin əməkdaşları onun anket məlumatlarını götürdükdən sonra işlədiyi iş yerinə getmişdir. Daha sonra onu 13-cü PŞ-nə dəvət etmişlər və orda ona məlum olmuşdur ki, oğurluq hadisəsi baş verdiyi "Ford" markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobil onunla bir məhəllədə yaşayan sonradan adını öyrəndiyi Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobilidir. O, həmin şəxsin avtomobilin pəncərəsindən yerə düşərək torbanı götürüb qaçdığını görsə də, oğurluq etdiyini başa düşəmədiyi üçün sonuncunu səsləməmişdir, həmin şəxs də, onu görməmişdir. Lakin sonradan həmin şəxsin avtomobilin pəncərəsindən yerə düşməsini, yerdə olan torbanı götürüb oradan qaçaraq uzaqlaşması onda şübhə yaratdığı üçün avtomobilə yaxılnlaşan zaman başa düşmüşdür ki, həmin şəxs avtomobildən oğurluq etmişdir. Həmin şəxsin oğurluq etdiyini ilk baxışda başa düşsəydi səsləyib arxasınca qaçıb oğurladığı əşyaları qaytarmasını tələb etməmişdir(cild 1, i.v.32-35); Məhkəmə Şahid3 ifadəsində göstərilənlərlə bağlı qeyd edir ki, o, hadisənin baş verdiyi gün oğurluq hadisəsini gördükdən sonra Sabunçu RPİ-nin 13-cü PŞ-nə gedərək oğurluq hadisəsi barədə məlum verdiyini göstərmişdir. Halbuki, cinayət işinin matriallarında olan xx.xx.2025-ci il tarixli 4Q-2/1-H-2395 qeydiyyat nömrəli ərizədən və izahatdan görünür ki, Zərərçəkmiş şəxs1 ona məxsus avtomobildən oğurluq olması ilə bağlı ərizə ilə Sabunçu RPİ-nin 13-cü PŞ-nə müraciət etmiş və bu barədə izahat vermişdir(cild 1, i.v.8-9); Göründüyü kimi, Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində Sabunçu RPİ-nin 13-cü PŞ-nə baş vermiş oğurluq hadisəsi ilə bağlı məlumat verdiyini göstərsə də, bunu təsdiq edən hər hansı sənəd iş materiallarında olmamış, əksinə xx.xx.2025-ci il tarixli 4Q-2/1-H-2395 qeydiyyat nömrəli ərizədən və izahatdan hadisə barədə Sabunçu RPİ-nin 13-cü PŞ-nə oğurluq hadisəsi barədə Zərərçəkmiş şəxs1 məlumat verdiyi müəyyən olunmuşdur. Həmçinin iş materiallarında olan materialın istintaq aidiyyatı üzrə göndərilməsi barədə 19 mart 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 müraciəti əsasında toplanmış material istintaq aidiyyatı üzrə Sabunçu RPİ-nin İŞ-nə göndərilməsi qərara alınmış, həmin qərarda Şahid3 hadisə barədə hər hansı müraciəti olduğu göstərilməmiş, izahatı və ya ərizəsi olması qeyd edilməmişdir(cild 1, i.v.18-19); Bundan başqa, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 verilmiş suallara cavab olaraq Şahid3 adlı adamı tanımadığını, onunla bağlı heç bir məlumatı olmadığını, polisə oğurluq barədə özü məlumat verdiyini, ona polisdə də Zaur adlı şəxsin oğurluq hadisəsini görməsinin deyilmədiyini göstərmişdir. Göründüyü kimi, Zərərçəkmiş şəxs1 məxsus əmlakların oğurlanması ilə bağlı V epizod üzrə istintaq orqanının sübutları Şahid3 ilə bağlı(nəzərə alsaqki, bu epizod üzrə sübutlar Şahid3 ifadəsi və şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi protokolu olmuşdur) olmuşdur ki, istintaq ərzində həmin işdə maraqlı şəxs olan Zərərçəkmiş şəxs1 müstəntiq tərəfindən həmin şahid barədə hər hansı məlumatın verilməməsi, ümumiyyətlə hadisəni görən şəxsin olduğunun ona bildirilməməsi məhkəmədə həmin şahid ifadəsinə münasibətdə haqlı şübhələr doğurmuşdur. Məhkəmə həmin şübhələrin aydınlaşdırılması məqsədilə Şahid3 həqiqətən Sabunçu RPİ-nin 13-cü PŞ-nə oğurluq hadisəsi ilə bağlı məlumat verib verməməsini, vermişdirsə həmin müraciətin qeydiyyata alınıb alınmamasını yoxlanması məqsədilə sorğu vermiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin 16 dekabr 2025-ci il tarixli, 49-2/2-1345 nömrəli məktubuna əsasən məhkəmənin sorğusuna cavab olaraq göstərmişlərki, Şahid3 xx.xx.2025-ci il tarixdə Sabunçu RPİ-nin 13-cü PŞ-nə hər hansı bir müraciəti tərəflərindən müəyyən olunmamışdır. Məhkəmə xüsusi olaraq qeyd edir ki, bütün bu ziddiyyətlərə baxmayaraq Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi belə hələ özlüyündə oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olmasını təsdiq etməyə əsas vermir. Belə ki, Şahid3 həmin ifadədə oğurluq hadisəsini gördüyünü bildirsə də, hələ həmin şəxsin Təqsirləndirilən şəxs olmasını bildirməmişdir. Bundan sonra, ittihamda verilmiş V epizod üzrə istintaq orqanının digər sübutu qismində 14 iyun 2025-ci il tarixli şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi protokolu olmuşdur ki, həmin protokoldan görünür ki, istintaq zamanı Şahid3 08 mart 2025ci il tarixdə “Ford" markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurluq etmiş Təqsirləndirilən şəxs fotoşəkil üzrə tanınmaya təqdim edilmiş, tanınma zamanı Zaur tanınan şəxslər arasında Təqsirləndirilən şəxs foto şəklini göstərərək həmin şəxsin Sabunçu rayonu, Bakıxanov qəsəbəsi H.B.Tağıyev küçəsində “Ford” markalı avtomobildən oğurluq edən şəxs olmasını bildirmişdir(cild 3, i.v.21-23); Məhkəmə tanınmaya təqdim etmə protokolu barədə aşağıdakıları qeyd edir: CPM-nin 239.1-ci maddəsinə əsasən hər hansı şəxsi şahidə, zərər çəkmiş, şübhəli və təqsirləndirilən şəxsə tanınma üçün təqdim etmə zərurəti yarandıqda müstəntiq əvvəlcədən onları həmin şəxsin xarici görkəmi və əlamətləri barədə, habelə tanıyanın tanınanı gördüyü hallar barədə dindirir və bu barədə müvafiq protokol tərtib edilir. Halbuki, Şahid3 elan edilmiş ifadəsindən aydın olur ki, müstəntiq şəxsi tanınmaya təqdim etməzdən əvvəl şahidi tanımalı olan şəxsin xarici görkəmi və əlamətləri barədə dindirməmiş, bu barədə hər hansı sual verməmişdir. Bundan başqa, CPM-nin 239.2-ci maddəsinə əsasən müstəntiq təqsirləndirilən və ya şübhəli şəxsin tanınmasında həmçinin onun müdafiəçisinin iştirakını əvvəlcədən təmin etməlidir. Lakin, buna baxmayaraq 14 iyun 2025-ci il tarixli şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi protokolundan müəyyən edilir ki, həmin istintaq hərəkətinin həyata keçirilməsində müdafiəçinin iştirakı təmin edilməmiş, protokolda onun iştirak etməsi qeyd edilməmiş, həmin protokol müdafiəçi tərəfindən imzalanmamışdır. CPM-nin 239.8-ci maddəsinə əsasən tanıyan qeyri-müəyyənliyinə görə tanınanın şəxsiyyətinin eyniləşdirilməsi üçün kifayət edən əlamətləri göstərmədikdə tanınma aparıla, aparılmış tanınma isə əsaslı hesab edilə bilməz. Halbuki, yuxarıda qeyd edildiyi kimi, Şahid3 nə şahid qismində vermiş olduğu ifadəsində, nə də şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi protokolunda nəinki tanınanın şəxsiyyətinin eyniləşdirilməsi üçün kifayət edən əlamətləri göstərməmiş, ümumiyyətlə onun görünüşü, boyu, çəkisi, yaşı və s əlamətləri barədə dindirilməmiş, bununla bağlı heç bir xüsusat göstərməmişdir. Göründüyü kimi, bu qaydada aparılmış tanınma CPM-nin 239.8-ci maddəsinə əsasən əsaslı hesab edilə bilməz. 14 iyun 2025-ci il tarixli şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi protokolu ilə bağlı digər bir maraqlı məqam ondan ibarət olmuşdur ki, iş materiallarından müəyyən edilir ki, təqsirləndirilən şəxs həmin tarixdə Sabunçu RPİ-nin MSY-nə etap edilmişdir. Belə ki, 14 iyun 2025-ci il tarixdə təqsirləndirilən şəxsin iştirakı ilə Sabunçu RPİ-də diskə baxış keçirilmiş, 14 iyun 2025-ci il tarixdə təqsirləndirilən şəxs Sabunçu RPİ-nin İstintaq Şöbəsində dindirilmişdir.(cild 2, i.v.241-242-ci vərəqlərində dindirmə protokolu). Göründüyü kimi, təqsirləndirilən şəxsin Sabunçu RPİ-də olmasına baxmayaraq, nədənsə onun özü tanınmaya təqdim edilməmiş, tanınma fotoşəkil üzrə həyata keçirilmişdir. Məhkəmə bu xüsusatla bağlı qeyd edir ki, CPM-nin 239.9-cu maddəsinə əsasən zərurət olduqda tanınma xarici görkəminə və geyiminə görə kəskin fərqlənməyən müxtəlif şəxslərin fotoşəkilləri üzrə də aparıla bilər. Lakin, şəxsin fotoşəkil üzrə tanınması həyata keçirilərkən bu zərurətlə bağlı iş materiallarında hər hansı xüsusata rast gəlinməmiş, müstəntiq tərəfindən şəxsin fotoşəkil üzrə tanınmasının zəruriliyi əsaslandırılmamışdır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, aparılmış tanınma əsaslı hesab edilmədiyindən həmin sübut Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Digər maraqlı məqam ondan ibarətdir ki, Şahid3 ibtidai istintaq zamanı ifadəsi alınarkən, onun iştirakı ilə ifadənin yerində yoxlanması və tanınma istintaq hərəkətləri aparılarkən tərtib edilmiş protokollarda şəxsin telefon nömrəsi göstərilməmiş, eləcə də elektron məhkəmə sistemində şəxs haqqında olan məlumatlarda onun adına hər hansı mobil nömrə olması müəyyən edilməmiş, eləcə də şəxsin qohumluq əlaqələrini müəyyən etmək mümkün olmamışdır. Lakin buna baxmayaraq, müstəntiq sanki “əli ilə qoymuş kimi” müxtəlif tarixlərdə istənilən istintaq hərəkətinin keçirilməsi zamanı Şahid3 iştirakını təmin etmişdir. Bu səbəbdən məhkəmə tərəfindən dəfələrlə ibtidai istintaqı aparan müstəntiqə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorluğa şahidin məhkəmədə iştirakının təmin edilməsinə köməklik edilməsi xahiş edilsə də, hər dəfə onun iştirakını təmin edəcəklərini bildirsələr də, şahidin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı görünən mənzərə o olmuşdur ki, sözügedən şahid ibtidai istintaqı aparan müstəntiqin “təxəyyülü”nün nəticəsində meydana çıxmış, onunla müvafiq istintaq hərəkətləri aparıldıqdan sonra sanki yoxa çıxmışdır. Məhkəmə istintaq orqanının təqdim etdiyi sübutları ayrı ayrılıqda mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirdikdən sonra işdə olan digər ziddiyyətli məqamlara da münasibət bildirməyi zəruri hesab edir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində əvvəli 18 mart 2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir(cild 2, i.v.82-86); Həmin qərarda göstərilmişdir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə baxılarkən bildirmişdir ki, o özünü elan edilmiş ittihamlar üzrə təqsirli bilmir. Bildirmişdir ki, ona polisdə narkotik maddə çəkdirib göstərilən faktları onun boynuna qoymaq istəyirlər. O, üzərində olan ikibükümdə M40 və narkotik vasitə olan tiryəki məhkəməyə təqdim etmişdir. Məhkəmədən bildirdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Həmin qərarda həmçinin göstərilmişdir ki, məhkəmə iclası zamanı tərtib edilmiş aktdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində məhkəmənin 4-cü iclas zalında iki bükümdə özünün deməsinə görə M40 və narkotik vasitə olan tiryəki məhkəməyə təqdim etmiş, həmin bükümlər Suraxanı RPİ-nin təhqiqatçısı X18 təhvil verilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçildikdən sonra qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir(cild 2, i.v.94-101); Həmin qərarda göstərilmişdir ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 18 mart 2025ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbirinin seçilməsinə baxmayaraq, müdafiə tərəfinin təqdim etdiyi Təqsirləndirilən şəxs barəsində olan X21 ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, o, xx.xx.2024-cü il tarixdə həmin mərkəzə daxil olmuş, xx.xx.2024-cü il tarixdə saat 18:20-də Suraxanı rayon polis idarəsindən 3 nəfər əməkdaşı tərəfindən (vəsiqə təqdim etməklə) şöbəyə aparılmışdır(həmin çıxarış sorğu verilərək Bakı şəhəri Suraxanı rayon məhkəməsindən götürülmüş, cinayət işinin materiallarına əlavə olunmuşdur). Buda onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs 15 mart 2024-cü il tarixdən 18 mart 2024-cü il tarixədək Polis İdarəsində qanunsuz saxlanılmış, bundan sonra 18 mart 2024-cü il tarixdə onun şübhəli şəxs qismində tutulması ilə bağlı protokol tərtib edilmişdir. Həmin qərarda həmçinin göstərilmişdir ki, Bakı şəhəri Suraxanı rayon məhkəməsi tərəfindən 20 may 2024-cü il tarixdə Suraxanı rayon prokuroruna CM-nin 177.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən psixi təzyiqlərə, hədəqorxulara və işgəncələrə məruz qalması, qanunsuz olaraq 48 saatdan artıq yəni 15 martdan 20 mart 2024-cü il tarixədək 5 gün müddətinə polisdə saxlanılması ilə bağlı verdiyi məlumat üzrə müvafiq araşdırma aparılması və araşdırmanın nəticəsi barədə qəbul edilmiş qərarın Bakı şəhəri Suraxanı rayon məhkəməsinə göndərilməsinə dair məktub göndərilmişdir. Məhkəmə hazırki cinayət işi üzrə obyektiv araşdırmanı təmin etmək məqsədilə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən psixi təzyiqlərə, hədə-qorxulara və işgəncələrə məruz qalması, qanunsuz olaraq 48 saatdan artıq yəni 15 martdan 20 mart 2024-cü il tarixədək 5 gün müddətinə polisdə saxlanılması ilə bağlı Bakı şəhərə Suraxanı rayon məhkəməsinin verdiyi məlumatın araşdırılıb araşdırılmaması ilə bağlı sorğu vermişdir. Məhkəməyə göndərilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 11 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalmasını bildirməsi barədə müraciətlərinə əsasən Xidməti araşdırmalar idarəsində toplanmış 778-C-24 nömrəli material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarda göstərilmişdir ki, Bakı şəhəri Suraxanı rayon prokurorluğunun müstəntiqi Elçin Salmanov tərəfindən tərtib edilmiş 6 sentyabr 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ilə əlaqə saxlanılaraq izahatının alınması üçün rayon prokurorluğuna dəvət edilmiş, danışıq zamanı sonuncu polis əməkdaşlarından heç bir şikayətinin olmadığını və izahat verməkdən imtina etdiyini bildirmişdir. Göstərilən hal əsas gətirilirək Təqsirləndirilən şəxs müraciəti ilə bağlı cinayət işinin başlanması rədd olunmuşdur. Bu xüsusatın aydınlaşdırılması məqsədilə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq o göstərmişdir ki, ona izahat verməsi ilə bağlı prokurorluğun müstəntiqi tərəfindən hər hansı zəng olunmamış, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar ona göndərilməmiş, bu barədə ona məlumat verilməmişdir. Məhkəmə cinayət işinin rədd edilməsinə dair müvafiq qərarı tədqiq edərək, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ifadəsindəki xüsusatları araşdıraraq və məhkəmə baxışı zamanı müəyyən edilmiş halları nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs müraciəti ilə bağlı Bakı şəhəri Suraxanı rayon prokurorluğuna məlumat verilməsinə və Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsində araşdırmanın aparılmasına, təqsirləndirilən şəxsin psixi təzyiqlərə, hədə-qorxulara və işgəncələrə məruz qalması, qanunsuz olaraq 48 saatdan artıq yəni 15 martdan 20 mart 2024-cü il tarixədək 5 gün müddətinə polisdə saxlanılması ilə bağlı bildirməsinə baxmayaraq prokurorluq orqanı heç bir əsaslandırma aparılmadan, şəxsdə xəsarətlərin olması ilə bağlı ekspertiza təyin etmədən, təqsirləndirilən şəxsin döyülməsi faktı araşdırılmadan, sadəcə təqsirləndirilən şəxsin şikayəti olmaması ilə bağlı arayışa istinad istinad edilərək həmin faktla bağlı cinayət işinin başlanması rədd edilmişdir. Hazırkı cinayət işinin hallarından da görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsi tərəfindən təqsirləndirilən şəxsin fiziki zorakılığa məruz qalması ilə bağlı "Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 11 noyabr 2024-cü il tarixli qərarı qəbul edilsə də, məhkəmənin müraciətində göstərilən müvafiq dəlillərə kifayət qədər diqqətlə yanaşılmamış, sübutların mümkünlüyü və etibarlılığı üzrə tam, müstəqil və hərtərəfli araşdırma və qiymətləndirmə aparılması vəzifəsini yetərincə dolğun icra etməmişlər. Son olaraq məhkəmə digər xüsusatıda qeyd edir ki, iş materiallarında olan 14 iyun 2024-cü il tarixli ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs hazırda ittiham olunduğu İ və İİ epizodlar üzrə təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai istintaq başa çataraq müstəntiq tərəfindən ittiham aktı tərtib edilərək təsdiq edilməsi üçün Suraxanı rayon prokurorluğuna göndərilmişdir(cild 2, i.v.150-158);İttiham aktının təsdiq edilməyərək cinayət işinin əlavə istintaq aparılması üçün qaytarılması haqqında 14 iyun 2024-cü il tarixli qərardan görünür ki, Suraxanı rayon prokuroru tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə tərtib edilmiş ittiham aktı təsdiq edilməyərək cinayət prosessual qanunvericiliyinin tələblərinə əməl edilməsi və qeyd edilən pozuntuların aradan qaldırılması üçün cinayət işi əlavə istintaq aparılması üçün Suraxanı RPİ-nin istintaq şöbəsinə qaytarılmışdır(cild 2, i.v.161-166); Lakin, buna baxmayaraq prokurorun həmin qərarda göstərdiyi ziddiyyətli hallarla bağlı heç bir araşdırma aparılmamış, ziddiyətlər aradan qaldırılmayaraq cinayət işi məhkəməyə göndərilmişdir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 180.2.2-ci maddələrində nəzərdə tutulmuş oğurluq və soyğunçuluq cinayətlərini törətməsi sübuta yetirilməmiş, ona məhkəmə iclasında təkzib olunmuş sübutlara əsaslanmaqla qanunsuz və əsassız olaraq ittiham elan edilmişdir. Cinayət prosesində sübutların qiymətləndirilməsi vahid prinsiplər əsasında həyata keçirilir. Cinayət mühakimə icraatının müxtəlif mərhələlərində sübutların qiymətləndirilməsinin bir-birindən fərqi onların xarakterində deyil, qiymətləndirmənin məqsədində, qiymətləndirilən sübutların sayında, onların əsasında çıxarılmış nəticələrdə və onların cinayət işi və ya digər materiallar üzrə əhəmiyyətində ifadə olunur. Sübutların qiymətləndirilməsinin üsulu kimi təhqiqatçının, müstəntiqin, prokurorun, məhkəmənin daxili inamı çıxış edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi üzrə fəaliyyət aşağıdakı tələblərə cavab verməlidir: a) sübutlar təhqiqatçının, müstəntiqin, prokurorun, məhkəmənin öz daxili inamı əsasında azad surətdə qiymətləndirilməlidir. Bu, o deməkdir ki, sübutlar heç kimdən və heç nədən asılı olmadan sərbəst surətdə qiymətləndirməlidir, sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmaması haqqında qayda müəyyən etməklə yanaşı, cinayət-prosessual qanunvericilik müstəntiqin və məhkəmənin qanunu və öz vicdanını rəhbər tutmasını tələb edir; sübutların qiymətləndirilməsinin üsulu və nəticəsi kimi təhqiqatçının, müstəntiqin, prokurorun, hakimin daxili inamı sübutların bir hissəsinin məcmusuna (cinayət işi və ya digər materiallar üzrə aralıq qərarların qəbul edilməsi üçün sübutların məhdud məcmusunun qiymətləndirilməsi hallarında), yaxud toplanmış bütün sübutların məcmusuna əsaslanmalıdır; c) təhqiqatçı, müstəntiq, prokuror, hakim tərəfindən sübutların qiymətləndirilməsi cinayət-prosessual qanunvericilikdə nəzərdə tutulmuş formalarda (ittiham aktında, yekun protokolunda, qərarlarda, məhkəmənin hökmündə) həyata keçirilməlidir. Sübutların qiymətləndirilməsi prosesində onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi aydınlaşdırılmalıdır. Sübutların mənsubiyyəti məlumatların elə məcburi xüsusiyyətidir ki, (həmin xüsusiyyət olmadan sübut da yoxdur) bu xüsusiyyət cinayət prosesində tədqiq edilən hadisə ilə əlaqədar olaraq təzahür edir. Sübutların mümkünlüyü dedikdə, sübutların mənəviyyat normalarına, həqiqətə habelə məlumatın mənbəyi və toplanılması üsuluna dair cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olması başa düşülür. Şərh olunan maddədə cinayət mühakimə icraatında sübutların qiymətləndirməsinin əsas prinsipləri nəzərdə tutulmuşdur. Həmin prinsiplərə daxildir: a) təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutmaqla sübutları qiymətləndirməlidir; b) təhqiqatçı, müstəntiq, prokuror, hakim öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Sübutların mötəbərliyinin qiymətləndirilməsi dedikdə, müəyyən edilmiş halların gerçəkliyə uyğun olub-olmamasının, toplanmış sübutların cinayət işi və ya digər materiallar üzrə əhəmiyyət kəsb edən halları düzgün əks etdiribetdirmədiyinin aydınlaşdırılması başa düşülür. Bu zaman təhqiqatçı, müstəntiq, prokuror, hakim faktiki halların əldə edildiyi mənbənin mötəbərliyini (keyfiyyətini) yoxlamalıdırlar. Sübutların mötəbər olması haqqında nəticəyə gəldikdən sonra təhqiqatçı, müstəntiq, prokuror, hakim sübutetmə materialının tamlığını müəyyən etməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim öz daxili inamına görə sübutların qiymətləndirməsi aşağıdakılarda ifadə olunur: a) icraatında cinayət işi və digər materiallar olan şəxs sübutların qiymətləndirilməsində prosessual müstəqilliyə və müstəsna səlahiyyətə malikdir; təhqiqatçı, müstəntiq, prokuror, hakim sübutlara hər hansı şəxs tərəfindən verilmiş qiyməti rəhbər tutmaq hüququna malik deyillər və belə bir vəzifə daşımırlar. Onlar həmçinin sübutları qiymətləndirmək vəzifəsini və məsuliyyətini digər şəxsin üzərinə qoya bilməzlər; b) formal əlamətlərə görə heç bir sübut digər sübutlarla müqayisədə üstüntlüyə malik deyil; c) sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə başa çatmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Qasımov Azərbaycana qarşı" iş üzrə 10 noyabr 2016-cı il tarixli Qərarında qeyd edir ki, “Bu nəticə yox vasitə öhdəliyidir. Dövlət orqanları hadisə ilə bağlı sübutları toplamaq üçün ağlabatan addımlar atmalıdırlar. Hansı üsuldan istifadə edilməsindən asılı olmayaraq dövlət orqanları onların diqqətinə çatdırılan məsələ barədə öz təşəbbüsləri ilə tədbirlər görməlidirlər. Bundan əlavə təcrübədə cavabdehliyin təmin edilməsi üçün istintaq və onun nəticələri üzərində kifayət qədər ictimai nəzarət elementi olmalıdır”. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit sedilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X22 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı( 2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Beləliklə, hadisələrin ittiham aktında göstərilən şəraitdə əmələ gələ bilməsini təsdiq edən digər müqayisəli və mötəbər sübutlar olmadığı üçün, əsaslı və mötəbər sübut olmadan hadisələrin şəraitinin ittiham aktında göstərilən formada mövcudluğunu qəbul etmək yolverilməzdir, çünki təqsirləndirilən şəxs barəsində aparılmış ittiham üzrə onun təqsirliliyini təsdiq edən nəinki kifayət qədər, ümumiyyətlə sübut toplanılmamış, əksinə şəxsin təqsirsizliyinə dair işin halları yuxarıdakılardan ibarətdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Beləliklə, məhkəmə bir daha qeyd edir ki, ittiham aktında şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 9.2-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir; 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur; 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 180.2.2-ci maddələri ilə verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikas ı Cinayət Məcəlləsinin 177.2.2 və 180.2.2-ci maddələrinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittihamlar üzrə bəraət verilməli və barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilməli, dərhal məhkəmə iclas zalında azad edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən, bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Bu səbəbdən məhkəmə hesab edir ki, cinayət işi üzrə materiallar hökm qanuni qüvvəyə mindikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. İş üzrə maddi sübut-01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 42, 344-347, 349-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 180.2.2-ci maddələri ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin, dərhal məhkəmə iclas zalında azad edilsin. İş üzrə maddi sübut 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən cinayət işinin materialları cinayət törətmiş şəxsin (şəxslərin) müəyyən edilməsi və həmin şəxsin(şəxslərin) cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokuroruna göndərilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 330 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB **********2000207120, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-584/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-584/2025
17.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver