Məhkəmə qərarları › İş №1(008)-585/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-585/2024

29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-585/2024 29.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 2006-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət əcəlləsinin 182.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə qorxu ilə tələb etmişdir. Belə ki, Təqsirləndirilən şəxs «instaqram» sosial şəbəkəsində «blomister» adı ilə qeydiyyatdan keçib işlədərək, sosial şəbəkənin istifadəçisi Zərərçəkmiş şəxs ilə qiyabi tanış olub, münasibət yaradaraq zərərçəkmiş şəxs və onun yaxın qohumu haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs çılpaq vəziyyətdə olan şəkillərini və videoyazısını habelə sonuncunun yaxın qohumu olan bacısının şəkillərini əldə edib, xx.xx.2024-cü il tarixdə həmin sosial şəbəkə vasitəsilə ona pul verməyəcəyi təqdirdə qeyd edilən şəkilləri digər sosial şəbəkədə paylaşacağı, özünün və bacısının haqqında rüsvayedici məlumatların yayacağı hədəsi ilə 1000 manat məbləğində pulu hədə qorxu ilə tələb edərək Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə yaşadığı Bakı şəhəri, Zabrat qəsəbəsi, Rüstəm Göyüşov küçəsi 8 saylı evin 3-cü mənzilində olduğu zaman özünə məxsus 055 *** ** ** mobil telefon nömrənin M10 hesabı ilə 50 manat məbləğində pulunu hesabına köçürməyini nail olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü ilk öncə ifadəsində özünü təqsirli bilməyərək, Zərərçəkmiş şəxs çılpaq şəkillərinin ona Nərminin özü tərəfindən göndərildiyini, pulu Nərmin və anasından borc olaraq istədiyini göstərsə də, sonradan özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 3 ilə yaxındır ki özünə məxsus “Redmi 12” və “İphone X" markalı telefonunda “PubG” oyunu oynayır. Həmin oyunda ləqəbi “Tima”dır. 4-5 aydır ki PubG oyununda mailto:nerissaismayilzade925@gmail.comElektron ünvan adlı profilin sahibi Nərmin adlı qızla tanışlığı olmuşdur. 29 fevral 2024-cü il tarixdə oyunda Nərminə yazmış və profili vasitəsilə oyuna girib oynamaq üçün login parolunu istəmişdir. Nərmin login və parolunu vermiş lakin oyuna girə bilməmiş və PubG hesabını, həmçinin sonuncunun facebook loginini istəmişdir. Nərmin də ona facebookda qeydiyyatdan keçdiyi 070 *** ** ** loginini və parolunu vermişdir. Bir neçə dəqiqə sonra Nərminin 070 *** ** ** Whatsapp nömrəsinə doğrulama mesajı göndərmişdir. Nərmin bunun nə olduğunu soruşduqda sonuncuya facebookun kodu olduğunu və oyuna girmək üçün gərəkli olduğunu bildirmişdir. Nərmin ona inanıb kodu vermiş və o, həmin kodu “Whatsapp" Ani Mesajlaşma sisteminə yazaraq onun Whatsappına daxil olmuşdur. Daha sonra “İnstagram” sosial şəbəkəsində Nərminə məxsus “pisst98” adlı profilə öz açdığı “Blomester” adlı profildən yazmış və ona “Tima” olduğunu, “Whatsapp” Ani Mesajlaşma sisteminin onda olduğunu, anasının, bacısının, rəhmətə getmiş atasının, həmçinin telefonundakı uyğunsuz formada çəkilən şəkillərini (18+) “Whatsapp”dan götürdüyünü və onun dediklərini etməsə, sosial şəbəkələrdəki “ifşa səhifələrində” yayacağını bildirmişdir. Daha sonra ona “İnstagramda” görüntülü zəng etmiş və mobil nömrəsini qırmağını istəmişdir ki, Whatsapp-a bir daha daxil ola bilməsin. O, onun əlində şəkillərinin olduğunu və paylaşacağından ehtiyat etdiyi üçün dərhal nömrəsini qırıb atmışdır. Nərmindən İnstagramda soyunmuş halda şəkillərini çəkib ona göndərməyini tələb etmişdir. Nərmin ona çılpaq formada şəkillərini çəkib göndərmişdir. Növbəti gün yenidən ona İnstagramda zəng etmiş və görüntülü danışmaq istədiyini bildirmişdir. O, görüntünü açmış və daha sonra onun soyunmasını istəmişdir, lakin o, buna etiraz etmişdir. O, onun bir gün öncə əldə etdiyi şəkillərini telegramda paylaşacağını bildirmişdir. Nərmin isə bundan qorxub kamera qarşısında soyunmağa başlamışdır. Beləliklə bundan sonra 4 gün Nərminlə instagramda görüntülü olaraq danışmış, hamısında da onun soyunmuş halda onunla danışmasını istəmiş və o da ifşa səhifələrində videolarını paylaşacağından ehtiyat etdiyi üçün onunla soyunmuş halda danışmışdır. 6 mart 2024-cü il tarixində gecə saat 01:30 radələrində ona instagramda özünə məxsus “blomester” adlı səhifədən yazmışdır ki 1000 manat pul göndərsin söhbəti bağlasın. Həmin vaxt o, Sabunçu rayonu, Zabrat qəsəbəsindəki evlərində olmuşdur. O, ona bu qədər pulunun olmadığını bildirmişdir, bu zaman anasını telefona çağırmasını istəmişdir. Nərmin anasını yuxudan oyadıb çağırmışdır. Telefonda anasına qızı Nərminin ondan çox sayda videolarının olduğunu, 1000 manat pul göndərmədikləri təqdirdə videoları yayacağını bildirmişdir. O, ona bu etdiyinin cinayət olduğunu bildirmiş və polisə şikayət edəcəyini demişdir. O, bildirmişdir ki, onun əsl adı belə Tima deyil, onu heç kim tapa bilməz, şəxsiyyətini heç kim müəyyən edə bilməz. Pulu ödəməyəcəkləri halda şəkillərin sosial şəbəkələrdə paylaşılacağını demişdir. 8 mart tarixinə kimi 1000 manat pulu göndərmələrini tələb etmişdir. 8 mart tarixində Nərmin “*** *** ** **” Whatsapp nömrəsi ilə qeydiyyatdan keçmiş və ona “AnyDesk” adlı proqramı telefona yükləməyini bildirmişdir. O, bu proqramın nə olduğunu soruşduqda ona bildirmişdir ki, Whatsappa bənzər proqramdır və orada ona şəkillər göndərəcəkdir. Nərmin buna inanmışdır və proqramı yükləyib kodu ona vermişdir. O, dərhal “AnyDesk"- uzaqdan nəzarət proqramı vasitəsilə Nərminin telefonuna daxil olmuş və qalereyadakı onun bacısına məxsus şəkilləri götürmüşdür, şəkilləri “Fotoshop” proqramı vasitəsilə montaj edərək çılpaq halda qız şəklinə çevirib Nərminə göndərmişdir və bildirmişdir ki, dərhal dediyi məbləği göndərsin, əks halda bacısı Nəzrinin da şəkillərini yayacaqdır. Nərmin dərhal 50 manat pul tapmış və pulu hara göndərəcəyini soruşmuşdur. O, öz kartına və nömrəsinə pul göndərilərsə, polis tərəfindən tutula biləcəyi üçün Nərminə bildirmişdir ki, 055 *** ** ** mobil nömrəsini M10 elektron pul köçürmə sistemində qeydiyyatdan keçirsin və telefonuna gəlmiş kodu ona versin. Nərmin kodu vermiş və onun nömrəsi ilə M10 hesabı açmışdır. Pulu ora göndərməsini tələb etmişdir. O, 8 mart 2024-cü il tarixində 50 manat pulu 055 *** ** ** saylı mobil nömrənin M10 hesabına köçürmüşdür. O, daha sonra M10 tətbiqinə daxil olmuş, vəsaiti həmin nömrədən özünə məxsus 055 *** ** ** saylı mobil nömrənin M10 hesabına köçürmüş, oradan da atası Şahid1 məxsus olan, lakin onun istifadəsindəki "xxxx" ASC-dəki 4098 6200 0191 4282 saylı karta köçürmüşdür. Qalan vəsaiti də tezliklə göndərməsini tələb etdikdə Nərmin artıq pul verməyə imkanının olmadığı bildirmiş və onu qara listə əlavə etmişdir. Pulu vermədikləri üçün 10 mart tarixində Telegramda “İfşa Xana AZE” adlı 120.0 nəfər izləyicisi olan səhifəyə daxil olmuş, həmin səhifənin admini sayılan “Aze_ifsa_bot” profilinə özünə məxsus “Xiaomi Redmi 12” markalı telefondan Nərminin lüt videolarını göndərmiş və videosunu göndərdiyi qadının adının Nərmin olduğunu, Zabratda qaldığını, 26 yaşı olduğunu və mobil nömrəsinin 050 *** ** ** olduğunu bildirmişdir. Həmin tarixdə qeyd etdiyi səhifədə Nərminin videosu paylaşılmışdır. Ondan sonra Nərminlə bir daha əlaqə saxlaya bilməmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, təxminən 6 ilə yaxındır ki, «PubG» oyunu oynayır, həmin oyunda Tima ləqəbli şəxslə tanış olmuşdur. 29 fevral 2024-cü il tarixdə Tima oyunda ona yazmış və profili vasitəsilə oyuna girib oynamaq üçün ondan login parolunu istəmişdir. O, da «Elektron ünvan » adlı profilini və parolunu sonuncuya vermişdir. Tima oyuna girə bilimədiyini bildirərək «facebook» loginini istəmişdir. O, da sonuncuya facebookda qeydiyyatdan keçdiyi ***-***-**-** loginini və parolunu vermişdir. Bir neçə dəqiqə sonra onun telefonuna kod gəlmiş, o, Timadan bu kodun nə olduğunu soruşduqda, sonuncu “facebook”un kodu olduğunu bildirmişdir.o, Timaya inanaraq 6 rəqəmli kodu ona vermişdir. Həmin zaman nömrəsinin «Whatsapp» ani mesajlaşma sistemindən çıxmasını görmüş, bu zaman «İnstagram» sosial şəbəkəsində ona məxsus «pisst_98» adlı profilə «Blomester8» adlı profildən yazı gəlmiş, «Tima» olduğunu bildirmiş və «Whatsapp» ani mesajlaşma sisteminin onda olduğunu, anasının, bacısının, mərhum atasının və hər kəsin nömrəsinin, həmçinin telefonundakı uyğunsuz formada çəkilən şəkillərinin onda olduğunu, onun dediklərini etməsə, sosial şəbəkələrdəki «ifşa səhifələrində» yayacağını bildirmişdir. O, bundan çox qorxmuş, Tima ona «İnstagram»da görüntülü zəng etmiş, mobil nömrəsini qırmağını tələb etmişdir. Onun əlində şəkillərinin olduğunu və paylaşacağından ehtiyat etdiyi üçün dərhal nömrəni qırıb atmış və ondan soyunmuş şəkildə şəkillərini çəkib göndərməsini tələb etmişdir. O, Timaya həmin formada şəkillərini çəkib göndərmişdir. Növbəti gün yenidən ona «İnstagram»da zəng etmiş və görüntülü danışmaq istədiyini bildirmişdir. Yenidən görüntü açdıqda Tima ondan yenidən soyunmasını tələb etmiş, o, imtina etdikdə Tima bir gün əvvəl əldə etdiyi şəkillərini «Telegram»da paylaşacağını bildirmişdir. O, Timanın dediyini etmiş və kamera qarşısında soyunmuşdur. Bundan sonra 4 gün Tima onunla görüntülü danışdıqda onun soyunuqlu vəziyyətdə sonuncu ilə danışmasını tələb etmişdir. 06 mart saat 01:30 radələrində Tima ona 1000 manat verməsini bildirərək söhbəti bağlamalarını demişdir. O, həmin məbləğdə pulunun olmamasını bildirdikdə, həmin zaman Tima ondan anasını telefona çağırmasını bildirmişdir. O, anasını oyadaraq şantaj olunduğunu bildirmiş, anası telefona gələrək Timaya onun etdiyinin cinayət olmasını bildirərək polisə şikayət edəcəyini demişdir. Tima isə onun heç əsl adının Tima olmadığını, onun şəxsiyyətinin müəyyən edilə bilməyəcəyini, hara istəyirlərsə şikayət etmələrini, pulun ödənməyəcəyi təqdirdə şəkilləri sosial şəbəkədə paylaşacağını 08 mart tarixinə pulunu ödəmələrini bildirmişdir. 08 mart tarixində ***-***-**-** «Whatsapp» nömrəsi qeydiyyatdan keçirmiş və Tima ondan telefonuna «AnyDesk» proqramını yükləməsini istəmişdir. O, Timadan bunun nə proqram olmasını soruşduqda, Tima həmin proqramın «Whatsapp» kimi bir proqram olmasını və ona şəkil göndərəcəyini bildirmişdir. O, həmin proqramı yükləyərək kodunu Timaya vermiş, bir neçə dəqiqədən sonra Tima ona bacısının montaj olunmuş çılpaq şəkillərini götürərək onun telefonunun qalereyasından götürməsini bildirmişdir. O, 50 manat pul tapdığını bildirdikdə, Tima onun nömrəsinə «m10» açılacağını, pulu həmin «m10»a köçürməsini bildirmişdir. Bundan sonra o, həmin gün 50 manatı «m10» tətbiqinə yükləmişdir. 10 martda bacısının «Whatsapp»a +1(251)207-44-87 nömrədən mesaj gəlmiş və Telegram kanalındakı «İfşa Xana AZE» adlı səhifədə onun lüt formada çəkilmiş şəkillərinin paylaşıldığını görmüşlər. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, ailə üzvüləri olan iki qızı və bir oğlu ilə birlikdə yaşayır. Həyat yoldaşı 2016-cı ildə dünyasını dəyişmişdir. Qızı Nərmin mobil oyun olan “PAB Jİ” oyununu oynamışdır. 2024-cü il mart ayının əvvəllərində gecə saatlarında ona bildirmişdir ki, oyunda “Tima” ləqəbli şəxslə tanış olmuş, 29 fevral 2024-cü il tarixdə Tima oyunda onunla danışmış, qızının profili vasitəsilə oyuna girib oynamaq üçün ondan login parolunu istəmişdir. Qızı da öz profilini və parolunu Timaya vermişdir. Daha sonra həmin şəxs qızının “Whatsapp” Ani Mesajlaşma sistemindən mobil telefonuna daxil olub onun, digər qızının, həyat yoldaşının şəkillərini, qızı Nərminin şəxsi şəkillərinin onda olduğunu və onun dediklərini eləməsə, sosial şəbəkələrdəki “İfşa səhifələrində” yayacağını bildirmişdir. Qızı da Timadan çox qorxmuş, həmin şəxsin tələbi ilə soyunmuş halda şəkillərini çəkib ona göndərmişdir. 6 mart tarixində “Tima” qızından 1.000 manat tələb etmişdir və qızı pulu olmadığını Timaya dedikdə, onu telefona çağırmağı istəmişdir. Ona qızı bu barədə məlumat verdikdən sonra o, həmin şəxslə mobil telefon vasitəsi ilə danışmış, ona bu etdiyinin cinayət olduğunu bildirmiş və polisə şikayət edəcəyini demişdir. Tima onun əsl adının belə “Tima” olmadığını və onun şəxsiyyətinin müəyyən edilməsinin mümkün olmadığını, hara istəsələr müraciət edə biləcəklərini bildirmiş və pulu ödəməyəcəkləri təqdirdə qızının şəkillərini sosial şəbəkələrdə paylaşacağını bildirmişdir. 8 mart tarixinə kimi 1.000 manat pulu göndərmələrini tələb etmişdir. 8 mart tarixində qızı “*** *** ** **" Whatsapp nömrəsi qeydiyyatdan keçirmişdir. Bir qədər sonra digər qızı Nəzrinin çılpaq halda montaj olunmuş şəkillərini qızına göndərmiş və bildirmişdir ki, program vasitəsilə qızı Nərminin telefonuna qanunsuz olaraq müdaxilə edib və qalereyadakı bütün şəkilləri götürüb. O, qızına 50 manat vermişdir ki, həmin şəxsə göndərsin. Qızı həmin 50 manatı 055 *** ** ** M10 nömrəsinə göndərmişdir. Qalan vəsaiti verməyə imkanlarının olmadığı üçün onun nömrəsini qara listə əlavə etmişlər. 10 mart tarixində digər qızı Nəzrinin Whatsappına +1 (251) 207- 4487 saylı nömrədən mesaj gəlmiş və Telegram kanalındakı “İfşa Xana AZE” adlı səhifədə qızının çılpaq formada çəkilmiş rüsvayedici şəkillərinin paylaşıldığını bildirmişdir. Həmin səhifəyə girmiş və şəkillərin orada paylaşıldığını görmüşlər. Bundan sonra o, qızını Polis Şöbəsinə apararaq şikayət etmişdir. Hazırda mobil telefonlardan qızlarına aid şəkilləri silmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid3 ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baxış keçirilməsi və götürmə haqqında 05 mart 2024-ci il tarixli protokoldan görünür ki, ünvan 2 ünvanına baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v.52-53); Sənədlərə baxış keçirilməsi haqqında 05 may 2024-cü il tarixli protokoldan görünür ki, araşdırma dövründə təqdim edilmiş 11 vərəqədən ibarət sənədlərin 10 vərəqəsi sosial «Whatsapp» ani mesajlaşma sosial şəbəkəsində aparılmış yazışmalar və fotoşəkillərdən, 1 vərəqi isə pul ödənişinə dair qəbzin fotoşəkillərindən ibarətdir. 1 vərəqədə olan ödənişə dair **********3 AW8-********** nömrəli xx.xx.2024-cü il tarixli qəbzdən saat 17:15:50 dəqiqədə +994-55-332-02-35 mobil telefon nömrəsi hesabına 50 manatın Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, R.Göyüşov küçəsində yerləşən apparat vasitəsilə yüklənilmişdir. 10 vərəqədən ibarət «Whatsapp» ani mesajlaşma sosial şəbəkəsində aparılmış yazışmalar və fotoşəkillər məzmununa görə bir tərəfindən digər tərəfi hədələməklə 1000 manat pulu tələb etməsi, yoxsa sonuncu barəsində məlumatların paylaşılmasından ibarət olması müəyyən edilir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs həmin yazışmaların onunla sosial şəbəkədə tanış olduğu «Tima» ləqəbli Təqsirləndirilən şəxs arasında aparılmış yazışmaların olmasını, Təqsirləndirilən şəxs 1000 manat pul ödənməsə onun və yaxın qohumlarının fotoşəkillərini paylaşacağı ilə hədələməsini, çılpaq fotoşəkillərin isə ona aid olmasını və həmin şəkillərin əlində olmasını sübut etmək üçün Təqsirləndirilən şəxs tərəfindən ona atılmasını, 1 vərəqədən ibarət qəbzin isə hədə-qorxu qarşılığında onun etmiş olduğu 50 manat ödənişin qəbzinin olmasını bildirmişdir (i.v.67); 16 may 2024-cü il tarixli tutma protokolundan görünür ki, Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli olan Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:40-da şübhəli şəxs qismində tutulmuşdur (i.v.85); Sənədlərə baxış keçirilməsi haqqında 17 may 2024-cü il tarixli protokoldan görünür ki, araşdırma dövründə təqdim edilmiş 11 vərəqdən ibarət sənədlərin 10 vərəqəsi sosial «Whatsapp» ani mesajlaşma sosial şəbəkəsində aparılmış yazışmalar və fotoşəkillərdən, 1 vərəqi isə pul ödənişinə dair qəbzin fotoşəkillərindən ibarətdir. 1 vərəqədə olan ödənişə dair **********3 AW8-********** nömrəli xx.xx.2024-cü il tarixli qəbzdən saat 17:15:50 dəqiqədə +994-55-332-02-35 mobil telefon nömrəsi hesabına 50 manatın Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, R.Göyüşov küçəsində yerləşən apparat vasitəsilə yüklənilmişdir. 10 vərəqədən ibarət «Whatsapp» ani mesajlaşma sosial şəbəkəsində aparılmış yazışmalar və fotoşəkillər məzmununa görə bir tərəfindən digər tərəfi hədələməklə 1000 manat pulu tələb etməsi, yoxsa sonuncu barəsində məlumatların paylaşılmasından ibarət olması müəyyən edilir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin yazışmaların onunla sosial şəbəkədə tanış olduğu Zərərçəkmiş şəxs arasında aparılmış yazışmaların olmasını, həqiqətən həmin yazışmalarda o, Zərərçəkmiş şəxs 1000 manat pul tələb etmiş, 50 manatı isə Zərərçəkmiş şəxs ona ödəmişdir (i.v.99); Mobil telefona baxış keçirilməsi haqqında 17 may 2024-cü il tarixli protokoldan görünür ki, 11 mart 2024-cü il tarixdə Şahid3 məxsus Samsung markalı S20 FE modelli mobil telefona Şahid3 iştirakı ilə baxış keçirilmiş, mobil telefon aparatının yaddaşına, votsap sosial şəbəkəsinə baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir telefon danışığı və ya SMS yazışması müəyyən edilmədi (i.v.105); Mobil telefona baxış keçirilməsi haqqında 17 may 2024-cü il tarixli protokoldan görünür ki, 11 mart 2024-cü il tarixdə Şahid2 məxsus Redmi markalı 10 A modelli mobil telefona Şahid3 iştirakı ilə baxış keçirilmiş, mobil telefon aparatının yaddaşına, votsap sosial şəbəkəsinə baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir telefon danışığı və ya SMS yazışması müəyyən edilmədi (i.v.110); vəsatətin müdafiə olunmasından imtina edilməsi haqqında 18 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və dərhal saxlanıldığı MSY-dən azad edilməsi qərar alınmışdır (i.v.125-127); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 18 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.129-130); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v.132); Toplanmış sübutların qiymətləndirilməsi haqqında 10 iyun 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə araşdırma dövründə təqdim edilmiş 10 vərəqə sosial «Whatsapp» ani mesajlaşma sosial şəbəkəsində aparılmış yazışmalar və fotoşəkillərdən, 1 vərəqi isə pul ödənişinə dair qəbzin fotoşəkillərindən ibarət çıxarışlar maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir (i.v.135-140); Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə əsasən hədəqorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs hazırki cinayət əməlini yetkinlik yaşına çatmayan dövrdə törətməsini(CM-59.1.2), əməlindən peşman olmasını (CM-59.2) cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, 16 may 2024-cü il tarixdən 18 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02(iki) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli 29 oktyabr 2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir(CM-56.1.2). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 16 may 2024-cü il tarixdən 18 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 29 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin, dərhal məhkəmə iclas zalında həbs edilsin Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar