Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-586/2023 23.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı istintaq Təcridxanasında saxılanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımış və qanunsuz olaraq odlu silah, onun komplekt hissəsini və döyüş sursatını əldə edib özündə saxlamaqla daşıyaraq gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,447 qram olan ağ rəngli kristal şəkilli maddə kütləsi kustar üsulla hazırldanmış psixotrop maddə metamfetamini və şəxsi istehlak miqdarında bir ədəd bükümdə təmiz çəkisi 0,041 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsinə daşımış, özünü şübhəli apardığına görə xx.xx.2022-ci il tarixdə saat 13:30 radələrində həmin yerdə Sabunçu RPl-nin PPXB-nün əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin 12-ci PŞ-nə gətirilmiş, polis şöbəsində üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli idman gödəkçəsinin sol yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,447 qram olan ağ rəngli kristal şəkilli maddə kütləsi kustar üsulla hazırldanmış psixotrop maddə metamfetamin və bir ədəd bükümdə təmiz çəkisi 0,041 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1968-ci ildə istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı olan 7,62 mm kalibrli 01 ədəd Kalaşnikov konustruksiyalı AKM modelli nömrəsi silinmiş odlu yivli silah avtomatı, onun komplekt hissəsi hesab edilən zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı olan 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş 01 ədəd Kalaşnikov konstruksiyalı silahın darağını, habelə zavod üsulu ilə istehsal olunmuş, 7,62x39 mm kalibrli, Kalaşnikov avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərində atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sürsatı hesab edilən və atəş üçün yararlı olan 04 ədəd patronu əldə edib özündə saxlamaqla daşıyaraq gəzdirmiş, 08 fevral 2023-cü il tarixdə saat 15 radələrində Sabunçu rayon polis idarəsinin 12-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yolun kənarında gedən zamanı saxlanılaraq ünvan 2 ünvanda yerləşən Sabunçu RPl-nin 12-ci polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı sağ əlində saxladığı qara rəngli idman çantasının içərisindən zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1968-ci ildə istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı olan 7,62 mm kalibrli 01 ədəd Kalaşnikov konustruksiyalı AKM modelli nömrəsi silinmiş odlu yivli silah avtomat, onun komplekt hissəsi hesab edilən zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı olan 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş 01 ədəd Kalaşnikov konstruksiyalı silahın darağı, habelə zavod üsulu ilə istehsal olunmuş, 7,62x39 mm kalibrli, Kalaşnikov avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərində atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sürşatı Hesab edilən və atəş üçün yararlı olan 04 ədəd patron aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, dolanışıq məqsədilə fərdi olaraq fəhləliklə məşğul olmuş, zibiliklərdən dəmir yığaraq metal qəbulu məntəqələrinə satır, təxminən bir ilə yaxındır ki, “kakos” adlandırılan narkotik vasitə heroindən, “patı” və ya “şüşə” adlandırılan metamfetamindən istifadə edir. 28 sentyabr 2022-ci il tarixdə Sabunçu rayonu Ramana qəsəbəsində üzdən tanıdığı adı, soyadı, yaşadığı ünvan və şəxsiyyəti barədə digər məlumatı olmayan şəxsdən şəxsi istifadəsi üçün 15 manata bir ədəd bükümdə heroin və bir ədəd bükümdə maddə metamfetamin almış və sonra istfadə etməsi üçün üzərində saxlamışdır. 29 sentyabr 2022-ci il tarixdə saat 13 radələrində Ramana qəsəbəsində küçə ilə piyada gedərkən iki nəfər polis əməkdaşı ona yaxınlaşmış, özlərini təqdim edərək Sabunçu RPİ-nin PPXB-nün polis nəfərləri olmalarını bildirmişlər. Polis əməkdaşları ona şəxsiyyəti barədə məlumat verməsini bildirmiş, üzərində heroin və metamfetamin olduğundan polis əməkdaşlarını görən kimi həyəcanlanaraq özünü itirmişdir. Bu səbəbdən polis əməkdaşlarının suallarına dağınıq cavab vermiş, həm də polis əməkdaşlarından tez bir zamanda ayrılıb getmək istəmişdir. Onun qeyd olunan kimi davranışı polis əməkdaşlarında ona qarşı şübhə yaratmış və bu səbəbdən də polis əməkdaşları onun şəxsiyyətinin müəyyən edilməsi üçün Sabunçu RPl-nin 12-ci PŞ-nə getməyi təklif etmişlər. O da etiraz etməyib polis əməkdaşları ilə birlikdə 12-ci PŞ-nə getmiş, həmin vaxt fürsət tapıb üzərindəki heroin və metamfetamini tullaya bilməmişdir. PŞ-də olarkən şəxsiyyəti müəyyən edilmiş, sonra hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuşdur. Vəkil ona təqdim edilmiş və şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs qismində Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilməklə bu barədə bildiriş verilmişdir. Qeyd olunanlarla bağlı 12-ci PŞ-nin təhqiqatçısı tərəfindən müvafiq protokollar tərtib edilmiş həmin protokolları o imza etmişdir. Sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməsi təklif edildikdə o etiraz etməmiş, lakin ərizə ilə müraciət edərək bildirmişdir ki, üzərinə şəxsi axtarış keçirilərkən müdafiəçi iştirak etməsin. Sabunçu RPİ-nin 12-ci PŞ-də (üzərinə videoçəkilişlə şəxsi axtarış vəkilin iştirakı olmadan keçirilmiş, axtarış keçirilərkən təhqiqatçı ona təklif etmişdir ki, üzərində saxlanılması qanunla qadağan olunmuş əşya, predmet və ya maddələr olduğu təqdirdə təqdim etsin. O da üzərində olan heroin və metamfetaminin təqdim etməməsinin əhəmiyyətinin olmamasını başa düşdüyündən əynindəki göy rəngli idman gödəkçəsinin sol yan cibindən bir ədəd bükümdə heroini və bir ədəd bükümdə metamfetamini polis əməkdaşlarına təqdim edərək bildirmişdir ki, bükümlərin birinin içərisindəki maddə «kakos» adlandırılan narkotik vasitə heroin, digərində isə “patı” adlandırılan psixotrop maddə metamfetamindir. Həmin metamfetamin və heroini saxlanılmazdan bir gün əvvəl Sabunçu rayonu Ramana qəsəbəsində tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün almış və üzərində saxlamışdır. Ondan aşkar edilmiş heroin və metamfetamin təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmış, möhürlə möhürlənmişdir. Möhürlənmiş zərfin üzərini o və şəxsi axtarış zamanı iştirak edən polis əməkdaları imzalamışlar. Təxminən 2023-cü ilin yanvar ayının sonlarında Sabunçu rayonu Balaxanı qəsəbəsində dəmir yığarkən buruqların arasında bir ədəd qara rəngli çantanı tapmış, çantaya baxarkən orada bir ədəd Kalaşnikov markalı avtomata bənzər silah və 4 ədəd patron olmasını görmüşdür. O, ətrafa baxıb heç kimin onu görmədiyindən əmin olduqdan sonra tapdığı silahın yerini dəyişmək qərarına gəlmişdir ki, bir neçə vaxtdan sonra həmin silahı kiməsə satıb pul əldə etsin. Silahın yerini Balaxanı qəsəbəsi buruqların yanında dəyişib evinə qayıtmışdır. 15 gün ərzində o, həmin silahı kimə sata biləcəyi barədə fikirləşmiş, lakin onun belə bir tanışı olmamışdır. 08 fevral 2023-cü il tarixdə saat 14 radələrində o, Balaxanı qəsəbəsinə gedərək buruqların yanında gizlətdiyi avtomat və patronların yerini dəyişmək istəmişdir. Qara çantada olan avtomatı və 4 ədəd patronu götürüb yerini dəyişmək istədiyinə görə saat 15 radələrində Balaxanı qəsəbəsində yolun kənarı ilə gedərkən ona iki nəfər şəxs yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etmişlər. Polis əməkdaşları ondan şəxsiyyətini təsdiq edən sənədi istəmişlər. Həmin vaxt onun əlində içərisində avtomat olan qara çanta olduğundan tutula biləcəyindən qorxmuş, buna görə də həmin polis əməkdaşlarından qaçmaq istəyərkən polislər onu saxlayıb 12-ci polis bölməsinə gətirmişlər. Polis bölməsinin inzibati binasında o, polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş və dəvət olunmuş vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra ona bildirilmişdir ki, üzərinə axtarış keçiriləcəkdir və o, ərizə ilə müraciət etmişdir ki, vəkil üzərinə keçiriləcək şəxsi axtarış zamanı iştirak etməsin. Vəkili ərizə ilə tanış olub bölmənin xidməti otağından çıxanda üzərinə videoçəkilişlə axtarış keçirilmiş və axtarış zamanı sağ əlində saxladığı qara rəngli idman çantası ondan götürülmüşdür. Həmin çantaya baxış keçirilərkən orada bir ədəd “Kalaşnikov" modelli avtomat və 4 ədəd patron aşkar olunaraq götürülmüşdür. Polis əməkdaşların suallarına cavab verərkən o bildirmişdir ki, aşkar olunmuş əşya odlu silah “Kalaşnikov” markalı avtomat və 4 ədəd patrondur. Həmin silah və sursatı o, Balaxanı qəsəbəsində buruqların arasından tapmışdır, satmaq məqsədi ilə avtomatın və patronların yerini dəyişmək istəmişdir. Ondan aşkar olunaraq götürülmüş “Kalaşnikov” markalı avtomat və 4 ədəd patron ekspertizaya göndərilmişdir. Bu barədə protokol tərtib olunmuş, tərtib edilmiş protokolu o, imzalamışdır, əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 13:30-da Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsində post yoldaşı polis serjantı Şahid2 ilə birlikdə xidmətdə olarkən bir nəfər şəxsin özünü şübhəli aparmasını görüb yaxınlaşmış, özlərini təqdim edərək şəxsiyyəti barədə məlumat verməsini xahiş etmişlər, həmin şəxs onların suallarına dağınıq cavablar verərək tez bir zamanda uzaqlaşmaq istəmiş, bu da həmin şəxsin narkotik vasitə və psixotrop maddə istifadəçisi olması ilə bağlı onlarda şübhə yaratmış, bu səbəbdən də şəxsiyyətinin müəyyən edilməsi üçün Sabunçu RPİ-in 12-ci PŞ-nə dəvət etmişlər. PŞ-də məlum olmuşdur ki, saxladıqları şəxs Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı 12-ci PŞ-nin rəisinə raportla məruzə etmişlər, raport üzrə araşdırmanın aparılması təhqiqatçıya həvalə edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilməklə müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirlməsi təklif edildikdə etiraz etməmiş, lakin ərizə ilə müraciət edərək bildirmişdir ki, üzərinə keçirilən şəxsi axtarış zamanı müdafiəçinin iştirak etməsini istəmir. Bundan sonra onun və Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması qadağan olunmuş əşya və predmetlərin olduğu təqdirdə təqdim etməsi bildirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki göy rəngli idman gödəkçəsinin sol yan cibindən siqaret qutusunu çıxarmış, həmin siqaret qutusunun içərisindən lampaya oxşar alət, iki ədəd büküm aşkar olunmuşdur. Bükümlər açıldıqda birinin içərisində ağ rəngli kristalşəkilli, digərinin içərisində isə qəhvəyi rəngli tozşəkilli maddə olması müəyyən edilmişdir. Şorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, bükümün birinin içərisində olan ağ rəngli kristalşəkilli maddə “patı”, “şüşə” kimi tanıdığı metamfetamindir, digər bükümün içərisində olan qəhvəyi rəngli tozşəkilli maddə isə “kakos” kimi tanıdığı narkotik vasitə heroindir. Həmin heroin və metamfetamini xx.xx.2022ci il tarixdə şəxsi istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş maddələr təhqiqatçı tərəfindən zərfə qoyularaq möhürlənmiş, möhürlənmiş zərfi şəxsi axtarış zamanı iştirak edən iştirakçılar imzalamışlar. Bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokola şəxsi axtarış zamanı iştirak etmiş iştirakçılar imza etmişlər. Siqaret qutusu boş olmuş, lampaya oxşar alət isə elektrik cərəyanı yoxlamaq üçün alət olmuşdur. Həmin əşyalar heç bir sübut əhəmiyyəti kəsb etmədiyindən bu barədə protokolda qeydlər aparılmamış, həmin əşyalar götürülməyərək Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şahid qismində dindirilmiş Şahid2 və Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadələrində Şahid3 ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları özlərinə aid hissədə bir daha təsdiq etmişlər(i.v.159-160, 161-162); Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Sabunçu RPl-nin 12-ci PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantı xüsusi rütbəsini daşıyır. 08 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, M.Ə Sabir küçəsi ev 20 A qeydiyyatda olan və yaşayan “Sahib” adlı şəxsin qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirməsi barədə məlumat daxil olmuş, həmin məlumatın yoxlanılması məqsədilə ondan və Sabunçu RPİ-nin 12-ci PŞ-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili polis leytenantı X1 ibarət əməliyyat qrupu yaradılmışdır. Məlumatla bağlı keçirilmiş tədbirlər nəticəsində “Sahib” adlı şəxsin xx.xx.1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvəllər Azərbaycan Respublikası CM-nin 177.3.2, 234.1-ci maddələri ilə məhkum olunmuş, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, M.Ə Sabir küçəsi ev 20A qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. O və Əli Ərsalanlı həmin gün saat 15 radələrində Təqsirləndirilən şəxs adətən olduğu Sabunçu rayonu Balaxanı qəsəbəsinə getmişlər. Həmin gün saat 15:00-da Sabunçu rayonu Balaxanı qəsəbəsində xarici görünüşündən Təqsirləndirilən şəxs bənzər bir nəfər şəxsi görüb yaxınlaşaq özlərini təqdim edib həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini bildirmişlər. Həmin vaxt Sabir Mehdiyevin əlində qara rəngli çanta olmuş və sonuncu onlardan yayınmaq istəməklə hərəkətləri ilə şübhə yaranmışdır. Bu səbəbdən də Təqsirləndirilən şəxs 12-ci PŞ-nə dəvət edilərək sonuncunun gətirilməsi ilə bağlı PŞ-nin rəisinə raportla məruzə etmişlər. Raport üzrə araşdırmanın aparılması təhqiqatçıya həvalə edilmiş, Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyən edildikdən sonra o, şübhəli şəxs qismində tutulmuş və dəvət olunmuş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Sonra ona üzərinə axtarış keçiriləcəyi bildirilmiş, Təqsirləndirilən şəxs vəkilin həmin axtarışda iştirak etməsini istəmədiyindən ərizə ilə müraciət etmişdir ki, vəkil üzərinə keçiriləcək şəxsi axtarış zamanı iştirak etməsin. Vəkili ərizə ilə tanış olub bölmənin xidməti otağından çıxanda Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə axtarış keçirilmiş və axtarış zamanı onun sağ əlində saxladığı qara rəngli idman çantası götürülmüşdür. Həmin çantaya baxılarkən orada bir ədəd “Kalaşnikov" modelli avtomat, bir ədəd avtomat darağı və 4 ədəd patron aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunmuş əşya odlu silah “Kalaşnikov” markalı avtomat, bir ədəd avtomatın darağı və 4 ədəd patrondur. Həmin silah və sursatı o, Balaxanı qəsəbəsində buruqların arasından tapmışdır, satmaq məqsədi ilə avtomatın və patronların yerini dəyişmək istəmişdir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş “Kalaşnikov” markalı avtomat, bir ədəd avtomat darağı və 4 ədəd patronun ekspertizaya göndəriləcəyi bildirilmiş və qablaşdırılmışdır. Qeyd olunanlarla bağlı protokol tərtib olunmuş, tərtib edilmiş protokolu iştirakçılar imzalamışlar. Şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 14-cü PB-nin polis sahə inspektoru Şahid4 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində şahid qismində dindirilmiş Şahid5 ifadəsinə uyğun ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiqləmişdir(i.v.204-205); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 08 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:00 radələrində CM-nin 228.1–ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 17); şəxsi axtarış və götürmə aparılması haqqında 08 fevral 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silah, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində saxladığı qara rəngli idman çantasını masanın üzərinə qoyaraq içərisindən bir ədə nömrəsi silinmiş “Kalaşnikov” tipli avtomat, bir ədəd avtomat darağı və içərisində 04 ədəd patronu təqdim etmiş, Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq həmin silah-sursatı 15 gün əvvəl Sabunçu rayonu, Balaxanı qəsəbəsində buruqların yaxınlığında dəmir yığarkən tapdığını və orada gizlətdiyi xx.xx.2023-cü il tarixdə həmin silahı götürərək digər yerdə gizlətmək istəyərkən saxlandığını bildirmiş, həmin silah sursatı satmaq məqsədi ilə saxladığını qeyd etmişdir. Bundan sonra şəxsi axtarış və götürmədə iştirakçılar tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və onun üzərində heç bir əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir.(i.v.29-30); Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli, 23/109 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd N-si silinmiş silah, zavod üsulu keçmiş SSRİ-də 1968-ci ildə istehsal olunmuş, 7,62 mm kalibrli Kalaşnikov konustruksiyalı AKM modelli avtomatdır, yivli odlu silahlar növünə aiddir, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və mexanizmlərin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 04 ədəd patronlar zavod üsulu ilə istehsal olunmuş 7,62x39 mm kalibrli Kalaşnikov avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərində atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəşə yararlıdırlar. Təqdim edilmiş 01 ədəd əşya “Kalaşnikov” konstruksiyalı silahın komplekt hissəsi olmaqla 30 ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik, zavod üsulu hazırlanmış darağıdır, texniki cəhətdən sazdır və istifadəyə yararlıdır. Təqdim edilmiş avtomatdan eksperimental qaydada atılmış güllə və giliz nümunələri DİN-nin KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında Sizə əlavə məlumat veriləcəkdir.Tədqiqata təqdim edilmiş 04 ədəd 7,62x39 mm kalibrli patronlardan 02 ədədi eksperimental atəşlər zamanı istifadə olundu (i.v.38-43); təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə 10 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v.53-54); Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(008)-115/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 08 fevral 2023-cü il tarixdən hesablanmaqla 03 (üç ) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v.68- 70); Cinayət işinin birləşdirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 10 fevral 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsindən CM-nin 234.1 və 228.1-ci maddələrinə tövsif edilmişdir(i.v.78-80); şübhəli şəxsin tutulması haqqında 29 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:30 radələrində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 95); şəxsi axtarış və götürmə aparılması haqqında 29 sentyabr 2022-ci il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman gödəkçəsinin sol yan cibindən 02 (iki) ağ rəngli kağıza bükülmüş bükümləri təqdim etmiş, bundan sonra təqdim edilmiş ağ rəngli kristalşəkilli və qəhvəyi şəkilli toz halında narkotik vasitəyə bənzər maddələr aşkar edilmiş, Təqsirləndirilən şəxs aşkar edilmiş bükümdə patı və kakos kimi tanıdığı narkotik maddələr olduğunu bu narkotik maddələri xx.xx.2022-ci il tarixdə aldığını bildirmiş, xx.xx.2022-ci il tarixdə saat 13:30 dəqiqədə polis əməkdaşları tərəfindən Sabunçu rayonu, Ramana qəsəbəsi ünvanında saxlanılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik maddəyə bənzər vasitə olan büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 159 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən başqa heç bir şey aşkar edilməmişdir. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir( i.v. 105-106); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 sentyabr 2022-ci il tarixli, 6/5599 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N-159” dairəvi möhür əksləri olan, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri, imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,041 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,447 qram ola ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, heroin və metamfetamin fərqli narkotik vasitə və psixotrop maddə olduğundan onlar arasında müqayisəli tədqiqat aparılması mümkün deyildir. Heroin Azərbaycan Respubikasının 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin Azərbaycan Respubikasının 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. (i.v. 118-122); CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə 30 sentyabr 2022ci il tarixli protokoldan görünür ki, videogörüntü şəxsi axtarış və götürmə aparılması haqqında 29 sentyabr 2022-ci il tarixli protokola uyğun olmuşdur(i.v.134); təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə 01 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v.135-136); vəsatətin müdafiə edilməsindən imtina edilməi haqqında 01 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilərək, dərhal Sabunçu RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır(i.v.153-155); təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 01 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.156-157); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 şəxsinin xx.xx.2022-ci il tarixli 7607 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.168-169); təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə 10 fevral 2023-cü il tarixli qərardan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-nin 234.1 və 228.1-ci maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v.184-185); CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə 20 fevral 2023-cü il tarixli protokoldan görünür ki, videogörüntü 08 fevral 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola uyğun olmuşdur(i.v.203); Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sabunçu rayon Xalq Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.1997-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası xx.xx.2007-ci il tarixli amnistiya qərarının 1.1.1-ci bəndinə əsasən çəkilməmiş 26 gün cəzadan azad edilmişdir. Bundan başqa Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir (i.v. 211-213); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 mart 2023-cü il tarixli, 3/396 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 7,62 mm kalibrli Kalaşnikov konstruksiyalı “AKM" modelli 1968-ci ildə zavod üsulu ilə istehsal edilmiş silahın lülə qutusunun ön sol səthində və çaxmaq çərçivəsinin üzərindəki zavod nömrə nişanları sonradan kustar üsulla kənar predmet vasitəsilə dərindən silindiyindən həmin sahələrdə əks olunan zavod nömrə nişanlarının ilkin mətnini tam şəkildə müəyyən etmək mümkün deyil, yalnız lülə qutusunun ön səthində zavod nömrə nişanlarının mətninin ilk hərfini bildirən “X” çaxmaq çərçivəsinin üzərində zavod nömrə nişanlarının ilk iki hərfini bildirən “BM” müşahidə olunur. Lakin silahın çaxmağının üzərində və lülə qutusunun qapağının arxa tərəfində “402695” rəqəmləri, qaz borusunun alt tərəfində “Xİ 3721” və lülənin üzərində “H8495” hərf və rəqəmləri zavod işarələri aydın oxunur, hər hansı silinmə əlamətləri yoxdur. (i.v.214-216); sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, təsirləndirilən şəxs Təqsirləndirilən şəxs əynindəki göy rəngli idman gödəkçəsinin sol yan cibindən aşkar olunmuş bir ədəd bükümdə təmiz çəkisi 0,041 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 0,447 qram olan ağ rəngli kristal şəkilli maddə kütləsi kustar üsulla hazırldanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, istintaq zərurəti aradan qalxdıqda tədqiqatlardan sonra qalıq qalmış 0,021 qram heroin və 0,397 qram metamfetamin Sabunçu RPİ-nin saxlancına təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar edilmiş zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1968-ci ildə istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı olan 7,62 mm kalibrli 01 ədəd Kalaşnikov konustruksiyalı AKM modelli nömrəsi silinmiş odlu yivli silah avtomat, onun komplekt hissəsi hesab edilən zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı olan 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş 01 ədəd Kalaşnikov konstruksiyalı silahın darağı, habelə zavod üsulu ilə istehsal olunmuş, 7,62x39 mm kalibrli, Kalaşnikov avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərində atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sürsatı hesab edilən və atəş üçün yararlı olan 04 ədəd patron maddi sübut kimi tanınmış, 7,62x39 mm kalibrli, Kalaşnikov avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərində atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sürsatı hesab edilən və atəş üçün yararlı olan tədqiqatlardan sonra qalıq qalmış 2 ədəd patron, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1968-ci ildə istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı olan 7,62 mm kalibrli 01 ədəd Kalaşnikov konustruksiyalı AKM modelli nömrəsi silinmiş odlu yivli silah avtomat, onun komplekt hissəsi hesab edilən zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı olan 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş 01 ədəd Kalaşnikov konstruksiyalı silahın darağı istintaq marağı kəsb etmədiyi təqdirdə Sabunçu RPİ-nin saxlancına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə 29 sentyabr 2022-ci il və 08 fevral 2023-cü il tarixli şəxsi axtarış keçirilməsinin görüntüsü olan 02 ədəd DVD formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq istintaq materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərindən bir ədəd bükümdə təmiz çəkisi 0,041 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilməsi ilə bağlı sonuncunun əməlində cinayət tərkibi yaranmadığından qeyd olunan xüsusat üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilərək bununla bağlı material ayrılaraq rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır(i.v.219-231); Məhkəmə istintaqı zamanı video disklərə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, həmin video görüntülər 29 sentyabr 2022-ci il tarixli və 08 fevral 2023-cü il tarixli şəxsi axtarış və baxış keçirilməsi haqqında protokollara uyğun olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə-iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz çəkisi 0,447 qram olan psixotrop maddə – metamfetamin istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm məhkəmə icraatı zamanı səmimilik göstərərək törətdiyi əməllərini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Sabunçu rayon Xalq Məhkəməsinin xx.xx.1997-ci il tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2000-ci il tarixli, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmləri üzrə olan məhkumluqları CM-nin 83-cü maddəsinə əsasən ödənilmişdir. Təqsirləndirilən şəxs göstərilən hökmlər üzrə məhkumluqları ödənildiyindən cinayətin residivi kimi nəzərə alına bilməz. Belə ki, CM-nin 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli (CM-66.2), məhkəməyədək icraat dövründə həbsdə saxlanıldığı 29 sentyabr 2022-ci il tarixdən 01 oktyabr 2022-ci il tarixədək 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalı(69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzaçəkmə müddətinin başlanğıcı 08 fevral 2023-cü il tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli(CM-93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş tədqiqatlardan sonra qalıq qalmış 02 ədəd patron, zavod üsulu keçmiş SSRİ dövlətində 1968-ci ildə istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı olan 7,62 mm kalibrli 01 ədəd Kalaşnikov konustruksiyalı AKM modelli nömrəsi silinmiş odlu yivli silah avtomat, onun komplekt hissəsi hesab edilən zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı olan 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş 01 ədəd Kalaşnikov konstruksiyalı silahın darağı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli, tədqiqatlardan sonra qalıq qalan 0,397 qram psixotrop maddə olan metemfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 2 ədəd “DVD” formatlı disklər iş materiallarında saxlanılmalı (CPM-132), 119 (yüz on doqquz) manat ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 29 sentyabr 2022-ci il tarixdən 01 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05(beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 08 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübutlar- Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş tədqiqatlardan sonra qalıq qalmış 02 ədəd patron, zavod üsulu keçmiş SSRİ dövlətində 1968-ci ildə istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı olan 7,62 mm kalibrli 01 ədəd Kalaşnikov konustruksiyalı AKM modelli nömrəsi silinmiş odlu yivli silah avtomat, onun komplekt hissəsi hesab edilən zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı olan 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş 01 ədəd Kalaşnikov konstruksiyalı silahın darağı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş tədqiqatlardan sonra qalıq qalan 0,397 qram psixotrop maddə olan metemfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 02 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri 119 (yüz on doqquz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin nəfinə ödənilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-586/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-586/2023
23.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver