Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-587/2025 09.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Səfərova Aytən Eldar qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs hüquqi varisi X3 Müdafiəçi – Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqi varisi X1 iştirakı ilə, xx xxx 1979-cu il tarixdə Ucar rayonu Qazıqumlaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ucar rayonu Qazıqumlaq kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi X8 nömrəsiz ünvanda yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, 19 iyul 2025-ci il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ilə birlikdə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, X8, nömrəsiz ünvanda aralarında qısqanclıq zəmnində yaranmış mübahisə zamanı qəsdən əli ilə üz və boyun nahiyəsinə bir neçə dəfə vuraraq, ona sol göz almasının ağlı qişasına qansızma, sol gözyuvasıətrafı nahiyəsinin şişkinliyi-qançırı, üst dodaq, hər iki bazu, döş qəfəsi və sol bud nahiyələrinin qançırı, alın, hər iki dirək və hər iki diz nahiyələrinin sıyrığı kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təhqiqat dövründə verdiyi ifadəsində özünü AR CM-nin 128-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 20 il bundan qabaq o, Zərərçəkmiş şəxs ilə ailə həyatı quraraq nikaha daxil olmuşdurlar və bu nikahdan iki övladı var. Ailə həyatı qurduqları dövrdən etibarən aralarında tez-tez əsassız yerə münaqişələr yaranmış və bunun nəticəsi olaraq 10 ilə yaxın vaxtdır ki, nikahları pozulmuş və onlar boşanmışdırlar. Lakin Gülnazın maddi imkanının aşağı olması ilə əlaqədar olaraq boşansalar belə övladları ilə birlikdə bir evdə yaşamağa davam etmişdirlər. Bir neçə müddətdir ki, o, Gülnazın mobil telefondan daha çox istifadə etməsini müşahidə etmiş və buna görə də onun içində Gülnazın başqa bir şəxslə danışaraq münasibət quracağından şübhələnmişdir. xx.xx.2025-ci il tarixdə saat 21 radələrində o, birlikdə yaşadıqları evə gələrkən Gülnazın başqa bir şəxslə yazışaraq münasibət qurmağından şübhələndiyini deyərək Gülnazla münaqişə yaratmışdır. Gülnaz isə ona cavab olaraq əsassız yerə onun belə bir fikir yürütdüyünü, hər hansı bir şəxslə heç bir münasibətinin olmadığını bildirmişdir. Buna baxmayaraq o, yenə də Gülnaza öz iradını bildirərək təhqir etmiş və aralarında qısqanclıq münasibətləri zəmnində yaranmış münaqişə nəticəsində o, əli ilə bir neçə dəfə Gülnazın üz və boyun nahiyələrinə vurmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Zərərçəkmiş şəxs təhqiqat dövründə verdiyi ifadəsində göstərmişdir ki, təxminən 20 il bundan qabaq o, Təqsirləndirilən şəxs ilə ailə həyatı quraraq nikaha daxil olmuşdurlar və bu nikahdan iki övladı var. Ailə həyatı qurduqları dövrdən etibarən aralarında tez-tez əsassız yerə münaqişələr yaranmış və bunun nəticəsi olaraq 10 ilə yaxın vaxtdır ki, nikahları pozulmuş və onlar boşanmışdırlar. Lakin maddi imkanının aşağı olması ilə əlaqədar olaraq boşansalar belə övladları ilə birlikdə bir evdə yaşamağa davam etmişdirlər. xx.xx.2025-ci il tarixdə saat 21 radələrində İlham birlikdə yaşadıqları evə gələrkən onun başqa bir şəxslə yazışaraq münasibət qurmağından şübhələndiyini deyib onunla münaqişə yaratmışdır. O isə İlhama cavab olaraq əsassız yerə belə bir fikir yürütdüyünü, onun hər hansı bir şəxslə heç bir münasibətinin olmadığını bildirmişdir. Buna baxmayaraq İlham yenə də ona öz iradını bildirərək təhqir etmiş və aralarında qısqanclıq münasibətləri zəmnində yaranmış münaqişə nəticəsində əli ilə bir neçə dəfə onun üz və boyun nahiyələrinə vurmuşdur. Baş vermiş bu hadisədən sonra o, xx.xx.2025-ci il tarixdə DİN-in 102 xidmətinə müraciət etmiş və odur ki, bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs hüquqi varisi X5 ərizə ilə məhkəməyə müraciət edərək, 1(008)-587/2025 saylı məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs valideynləridir. Hər ikisi dünyasını dəyişmişlər. Hazırki iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqi varisi X4 ərizə ilə məhkəməyə müraciət edərək, 1(008)- 587/2025 saylı məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs dünyasını dəyişdiyindən iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinin baxışının aparılması haqqında 19 iyul 2025-ci il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi X8 nömrəsiz fərdi ev ünvanına baxış keçirilmiş, fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur(i.v.6-8); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X2 22 iyul 2025-ci il tarixli 1658 saylı ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs sol göz almasının ağlı qişasına qansızma, sol gözyuvasıətrafı-almacıq nahiyəsinin şişkinliyi-qançırı; sağ yanaq, üst dodaq, hər iki bazu, döş qəfəsi və sol bud nahiyələrinin qançırı; alın, hər iki dirsək və hər iki diz nahiyələrinin sıyrığı müəyyən edildi. Xəsarətlər bərk əşya (əşyalar) təsirindən törənmişdir, qərarda göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2025-ci il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir(i.v.21-22); 30 iyul 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır( i.v. 24); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Sabunçu Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə AR Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməsinə baxmayaraq cinayət məsuliyyətindən azad edilərək sadələşdirilmiş icraat materialına xitam verilmişdir. Həmçinin Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə AR Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək ona 1000 manat cərimə cəzası tətbiq edilmişdir(i.v.62-63); Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə tövsif edilmiş, toplanmış material Sabunçu Rayon Məhkəməsinə göndərilməsi üçün Sabunçu rayon prokurorluğuna tədim edilmişdir(i.v 64- 66). Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 1(008)-587/2025 saylı 13 avqust 2025-ci il tarixli qərarından görünür ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə hazırlıq iclasına məcburi gətirilməsi qərara alınmışdır. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 1(008)-587/2025 saylı 21 avqust 2025-ci il tarixli qərarından görünür ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və o məhkəməyə gətirilənədək iş üzrə icraat dayandırılmışdır. Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Ölüm haqqında şəhadətnamə və AZE MİS elektron məhkəmə sistemi üzərindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Ölüm haqqında şəhadətnamə və AZE MİS elektron məhkəmə sistemi üzərindən çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 1(008)-587/2025 saylı 04 sentyabr 2025ci il tarixli qərarından görünür ki, cinayət işi üzrə icraat təzələnərək məhkəmə iclasına təyin edilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqi varisi X1 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, 1(008)-587/2025 saylı məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs dünyasını dəyişdiyindən iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs hüquqi varisi X3 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, 1(008)-587/2025 saylı məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs valideynləridir. Hər ikisi dünyasını dəyişmişlər. Hazırki iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təqsirinin mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün və zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertizanın rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir(CPM 144-146). Məhkəmə qeyd edir ki, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallarda olan izahatlar, ekspertiza rəyi, o cümlədən məhkəmə baxışının gedişatında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs və zərərçəkmiş şəxs tərəfindən verilmiş ifadənin qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmişdir. Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) başlanan cinayət təqibinə xitam verilməlidir. 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. 106-1.1-ci maddəsinə əsasən ölmüş təqsirləndirilən (şübhəli) şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi hesab olunur. Şəxs təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüşdürsə, onun yaxın qohumlarının da həmin şəxsin hüquqi varisi qismində tanınmaq hüququ vardır və bu Məcəllənin təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi ilə bağlı müddəaları onlara da şamil olunur. Həmin Məcəllənin 106-1.2-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində iştirakı olan, yaxud həmin əməllə mənəvi, fiziki və ya maddi ziyan vurulmuş yaxın qohum ölmüş şəxsin hüquqi varisi hesab edilə bilməz. 106-1.3-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 106- 1.1-ci maddəsində göstərilən şəxsin öldüyü vaxtdan 3 (üç) gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da verilir. Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə xitam verilənədək və ya bu Məcəllənin 282.1-1-ci maddəsində nəzərdə tutulmuş halda müvafiq istəyini bildirdikdə onun hüquqi varis qismində tanınması barədə qərar qəbul edilir. 106-1.4-ci maddəsinə əsasən ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106-1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın surəti bu Məcəllənin 281 -ci maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin qərardan şikayət etmək qaydası izah edilməklə, ölmüş şəxsin yaxın qohumlarına göndərilir və ya təqdim edilir. 106.1-ci maddəsinə əsasən hadisə nəticəsində ölmüş zərər çəkmiş şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri zərər çəkmiş şəxsin hüquqi varisi hesab olunur. 106.3-cü maddəsinə görə zərər çəkmiş şəxsin qohumunun onun hüquqi varisi qismində tanınması haqqında qərarı həmin qohumun xahişi olduqda, cinayət prosesini həyata keçirən orqan qəbul edir. 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. 305.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayət-prosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. Qanunun sadalanmış normalarının tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərmiş, qardaşı X4 onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini məhkəməyə bildirmiş və məhkəmə tərəfindən Təqsirləndirilən şəxs hüquqi varis qismində tanınmışdır. Eyni zamanda zərərçəkmişin hüquqi varisi qismində oğlu X5 tanınmışdır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs AR Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı baxılması üçün məhkəməyə göndərilmiş, lakin Təqsirləndirilən şəxs 21 avqust 2025-ci il tarixdə ölmüş və bu fakt elektron məhkəmə sistemində fərdi şəxsi məlumatlarına dair çıxarış ilə təsdiq olunmuşdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyi ilə bağlı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin qohumlarına bildiriş ünvanlanmış, X4 hüquqi varis qismində tanınması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqi varisi X4 və müdafiəçi ərizə ilə məhkəməyə müraciət edərək razılıq vermişdir. Odur ki, Təqsirləndirilən şəxs 21 avqust 2025-ci il tarixdə öldüyündən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən onun barəsində olan cinayət təqibinə xitam verilməlidir. Məhkəmə, hazırki işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43.3-1, 197-198, 305, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi cinayət işi zamanı sərf etdiyi 20 iş saatına görə 11 manat hesablanmaqla 220 (iki yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Qərar elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədiyi halda qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Teymur Həsənov
Məhkəmə qərarları › İş №1(008)-587/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-587/2025
09.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver