Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-588/2023 19.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı Şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1989-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının, Şərur rayonu, Maxta kəndində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, heç yerdə işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Penitesiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan-X2 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, X6 istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0.505 qram narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, Sabunçu RPİ-in 15-ci PB-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 28 mart 2023-cü il tarixdə, saat 15:06 radələrində ünvan 2 ünvanın qarşısında saxlanılıb 15-ci PB-nə aparılaraq xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olmuş qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0.505 qram olan açıq-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X6 Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 28 mart 2023-cü il tarixdə, saat 10:00 radələrində yaşadığı, Zabrat qəsəbəsi, 1 may küçəsi ev 5 ünvanın yaxınlığında olarkən yerdən təsadüfən içərisində qəhvəyi rəngli maddə olan bir ədəd sellofan büküm tapıb, maraqlı olduğu üçün həmin bükümü götürüb əynində olmuş qara rəngli cins şalvarın sağ yan cibinə qoyub saxlamışdır. Həmin günü saat 15:00 radələrində yaşadığı evin yaxınlığında olarkən iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edib, xidməti vəsiqələrini göstərib, narkotik vasitənin istifadəçisi olması, üzərində narkotik vasitə gəzdirməsi barədə məlumat əldə etdiklərini deyib birlikdə Sabunçu RPİ-in 15-ci PB-nə getməyi təklif etmişlər. Etiraz etməyib onlarla birlikdə polis bölməsinə getmişdir. Polis Bölməisndə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı bir əşya və ya predmetirı olub-olmaması soruşulmuş, müsbət təqdirdə təqdim etmək təklif edilmişdir. Bundan sonra o, eynində olmuş qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunla dövriyyəs qadağan olunan əşya və ya predmet aşkar edilməmişdir. O narkotik vasitənin istifadəçisi deyildir.Narkotik vasitə ona məxsus deyildir. Heç bir əməl törətməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Ə.F.Qəhrəmanovun qanunsuz olaraq narkotik vasitələr əldə edib, üzərində saxlayıb daşıması ilə bağlı qərəzsiz mənbədən məlumat əldə olunmuşdur. Onun cinayət əməlinin ifşa olunması üçün əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Ə.F.Qəhrəmanov 28 mart 2023-cü il tarixdə, saat 15:06 radələrində Zabrat qəsəbəsi, 1 may küçəsi, ev 5 ünvanın qarşısında tərəflərindən saxlanılıb, özlərini və xidməti vəsiqələrini təqdim edib, birlikdə polis bölməsinə getmək təklif edilmişdir. Ə.F.Qəhrəmanov etiraz etməyərək birlikdə 15-ci PB-nə gəlmişdir. Ə.F. Qəhrəmanovun 15ci PB-nə təhvil verilməsi ilə bağlı tərəflərindən raportla 15-ci PB-in rəhbərliyinə məruzə edilmişdir. Ə.F.Qəhrəmanova üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı bir əşyanın olub-olmaması soruşulmuş, müsbət təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra Ə.F.Qəhrəmanov əynində olmuş qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb masa üzərinə qoymuşdur. Bundan sonra tərəflərindən Ə.F.Qəhrəmanovun üzərinə şəxsi axtarış keçirilmiş, təqdim etdiyi maddədən başqa qanunla dövriyyəsi qadağan edilən əşya və predmet aşkar edilməmiş və götürülməmişdir. Sorğu zamanı Ə.F.Qəhrəmanov həmin bükümü 28 mart 2023-cü il tarixdə, saat 10:00 radələrində yaşadığı Zabrat qəsəbəsi 1 may küçəsi ev 5 ünvanın yaxınlığından yerdən təsadüfən tapıb, maraqlı olduğu üçün götürüb əynində olmuş qara rəngli cins şalvarın sağ yan cibinə qoyub saxlamışdır. İstifadə etməmiş, bükümün içərisində olan maddənin tərkibi barədə heç bir məlumatı olmadığını, narkotik vasitələrin istifadəçisi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Ələddin oğlu Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/1761 saylı, 28 mart 2023-cü il tarixli narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatlarının tədqiqi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «…..vət.Ə.F.Qəhrəmanovun üzərindən….» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0.505 qram olan açıq qəhvəyi rəngli maddə kustar hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»-na daxildir. Heroinin ümumi təmiz çəkisi-0.505 qram, tədqiqata sərf edildi-0.050 qram, qalıq-0.455 qram. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Respublika Narkoloji Mərkəzi X13 X8 Tibbi Yoxlamanın 2090 saylı, 11 aprel 2023-cü il tarixli rəyindən görünür ki, hal-hazırda müayinə zamanı X6 narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində qeydiyyşta alınması məsləhət görülür. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 05 aprel 2023-cü il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 may 2016-cı il tarixli hökmü ilə X6 Cinayət Məcəlləsinin 127.2.3, 186.1, 221.3, 228.4, 234.3,66.3-cü maddələri ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 15 iyul 2016-cı il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 186.1-ci maddəsi cəzadan çıxarılaraq qəti cəza müddəti 08 ilə endilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 yanvar 2018-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi 02 may 2016-cı il tarixli hökmdən və 15 iyul 2018-ci il tarixli qərardan xaric edilərək, 234.4.3-cü maddəsi 234.1-ci maddəsinə tövsif edilmiş və bu maddə ilə ona 02 il, 06 ay müddətin ə azadlıqdan məhrum etmə cəzası təyin olunaraq, 221.3-cü maddəsi ilə 04 il, 228.4-cü maddəsi ilə 06 ay, 234.1-ci maddəsi ilə 02 il, 06 ay, 66.3-cü maddəsi ilə 06 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. 25 aprel 2019-cu ildə Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında 20 oktyabr 2017-ci il tarixli qanunun tətbiq ilə əlaqədar qəti cəza 04 il, 06 ay cəza təyin edilmişdir.18 iyun 2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Ə.F.Qəhrəmanov isə bu iş üzrə 28 mart 2023-cü il tarixdə saxlanılmışdır. Göründüyü kimi Ə.F.Qəhrəmanovun məhkumluğu ödənilmişdir. Ə.F.Qəhrəmanovun üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı bir ədəd DVD diskə köçürülmüş görüntüdən görünür ki, Ə.F.Qəhrəmanovdan üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və predmetin olub-olmaması soruşulmuş, müsbət təqdirdə təqdim etməsi təklif olunmuşdur. Ə.F.Qəhrəmanov əynində olmuş qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəfaf sellofan bükümü çıxarıb təqdim etdikdən sonra polis əməkdaşları tərəfindən Ə.F.Qəhrəmanovun üzərinə şəxsi axtarış keçirilmiş, təqdim etdiyi maddədən başqa qanunla dövriyyəsi qadağan edilən əşya və predmetin aşkar edilməmiş və götürülməmişdir. X2 Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən-satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri, baxış keçirilən zaman çəkilmiş videogörüntü və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Onun özünü təqsirli bilməməsi barədə məhkəmə iclasında verdiyi ifadə məhkəmə iclasında dindirilmiş şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri, şəxsi axtarış keçirilməsi barədə videodisk və digər subatlarla təkzib olunur. X2 verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır və məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdür. X2 əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı öhdəliyin reaksiyasıdır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. X2 əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi X2 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. X2 təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, X6 Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə bir ildən üç ilədək azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxs X4 cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən, təqsirləndirilən şəxs X4 cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə X2 əməlində Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. Cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarına əsasən törədilmiş cinayət əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlanması müəyyən edildikdə mümkündür. Cinayət işinin materiallarında olan 28 mart 2023-cü il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, X5 28 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, həmin tarixdən saat 15:06 radələlərindən tutulmuş hesab edilmişdir (səh.,18). Cinayət işinin materiallarında olan 30 mart 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, X6 30 mart 2023-cü il tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh.,62). Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Bakı şəhəri Sabunçu Rayon məhkəməsinin 4(008)244/2023 saylı, 30 mart 2023-cü il tarixli qərardan görünür ki, X6 barəsində 28 mart 2023-cü il tarixdən hesablanmaqla, 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (səh.,86). Məhkəmə, X2 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, onun alternativ cəza ilə islah olunmasını qeyri mümkünlüyünü və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, X6 Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər-«ümumi rejimli» cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəza çəkirlər. X2 cəza çəkmə müddətinin başlanğıcı «28» mart 2023-cü il tarixdən hesablanmalıdır. X2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri cəza çəkmə müddətinin sonunadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Respublika Narkoloji Mərkəzi X13 X8 Tibbi Yoxlamanın 2090 saylı, 11 aprel 2023-cü il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, zamanı X6 narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyşta alınması məsləhət görülür. X6 ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə 0.455 qram heroni məhv edilməli, bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılmalıdır. 81 manat ekspertiza xərci təqsirləndirilən şəxs X1 tutulub AZ.MEM VÖEN **********, X3, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 20 saata görə 120 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs X4 Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən «06» (altı)ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs X6 cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs X2 cəza çəkmə müddətinin başlanğıcı «28» mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs X7 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə 0.455 qram heroni məhv edilsin, bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılsın. 81 manat ekspertiza xərci təqsirləndirilən şəxs X1 tutulub AZ.MEM VÖEN **********, X3, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 20 saata görə 120 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsın (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosuhesab AZ92 AİİB ********************, VÖEN **********). Təqsirləndirilən şəxs X2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri cəza çəkmə müddətinin sonunadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-588/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-588/2023
19.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver