Məhkəmə qərarları › İş №1(008)-588/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-588/2025

14.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-588/2025 14.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X7 Rafiq oğlunun sədrliyi, Əlizadə Cazid Afiq oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun vəkili Nümayəndə, müdafiəçi – Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1992-ci ildə Gürcüstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Xızı rayonu, Yeni Yaşma kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 04 fevral 2025-ci il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 950 saylı fərdi bağ evinin mətbəxində qaynanası Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs baş nahiyəsinə vuraraq ona posttravmatik ensefalopatiya (baş beyin disfuksiyası) ilə müşayiət olunan burun-alın nahiyəsinin qançırı kimi xarakterizə olunan bədən xəsarətləri yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa Yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində qeyd etmişdir ki, Zərərçəkmiş şəxs onun qaynanasıdır. xx.xx.2025-ci il tarixdə həyat yoldaşının bacısı Fatimə Ağayevaya babası Tofiq Sadıqovdan zəng gəlmiş, nənəsinin ölüm ayağında olması yalanı ilə Fatiməni Nardaran qəsəbəsindəki bağ evinə çağırmışdır. O və həyat yoldaşı Elmira şübhələnərək Fatiməni tək buraxmamış və onunla bağ evinə, nənəsinin yanına getmişdirlər. Nənəsinin əhvalı əvvəlki kimi stabil imiş, babası isə, evdə yox imiş. Təxminən, 20 dəqiqə sonra babası Tofiq Sadıqov və qızı Zərərçəkmiş şəxs və Çinarə xanımın şərikləri Sinan və Mustafa bağ evinə daxil olub ümumi darvazanın giriş qapısından içəri daxil olaraq qapını içəridən açarla bağlamışdırlar. Bundan sonra içəridə münaqişə baş vermiş və babasının Fatiməyə təpik zərbəsi atmasından sonra videoçəkilişlərin köməyi ilə oradan çıxmağı bacarmışdırlar. Çinarə xanımın şəriki Sinan bəy videoçəkilişdən qorxaraq açarla qapını açmışdır. Bağ evinin daxilində ikən DİN-in “102” xidmətinə zəng etmişdirlər. Bundan sonra DİN-in “102” xidmətinin yönləndirməsi ilə Sabunçu RPİ-nin 42-PB-yə yaxınlaşmışdırlar. Onu da qeyd edir ki, bağ evində quraşdırılmış mühafizə kameraları hadisəni qeydə almış və eyni zamanda hadisəni başdan ayağa Fatimə Ağayeva özünə məxsus mobil telefonu ilə çəkmişdir. Bu videoqeydləri Sabunçu RPİ-nin 42-ci PB-yə təqdim edərək Fatimə Ağayeva və o vermişdirlər. Həmin videogörüntüləri məhkəməyə təqdim edə bilər. Bildirir ki, Çinarə xanımın şikayətləri əsassızdır, çünki onun üçün ailəvi əziyyətlərə və yersiz problemlərə gətirib çıxarır. Bu şikayətlər səbəbindən işləri yarımçıq qalmış, işgüzar görüşlərini təxirə salmalı olmuşdur. Onlar DİN-in “102” zəng mərkəzinə müraciət etdikdən sonra Zərərçəkmiş şəxs DİN-in “102” zəng mərkəzinə müraciət edərək guya onun həmin şəxsi vuraraq xəsarət yetirməsi barədə məlumat vermişdir. Bildirir ki, həmin gün onun Çinarə xanımla arasında heç bir mübahisəsi olmamışdır və o, Çinarə xanımı vuraraq xəsarət yetirməmişdir. Ümumiyyətlə Çinarə xanımın onunla mübahisə etməsinə səbəb isə, qızı Elmira ilə evli olması, digər qızı Fatimə xanıma isə, qardaş münasibəti olmasıdır. Onların bir ailə kimi öz ehtiyaclarını qarşılayıb azad yaşaya bilməkləri həmin şəxsi hirsləndirmişdir. Çünki, həmin şəxsin düşüncəsinə görə qızları ancaq ehtiyac içində yaşasa, anasına möhtac qalacaq və anası bu üsulla yenidən onların “sahibi” olacaqmış. Sonda Təqsirləndirilən şəxs, barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, hadisəyə qədər 1 ildən çoxdur ki, övladları Elmira və Fatimə evdən çıxıb gedərək ondan ayrı yaşayırlar. Böyük qızı Elmira ondan icazəsiz tanımadığı, razılıq vermədiyi bir şəxslə ailə həyatı qurmuşdur. Balaca qızı Fatimənin isə, 68 yaşında bir kişi ilə birlikdə yaşamasından şübhələnmişdir. xx.xx.2025-ci il tarixdə atası X3 və ailə dostu Şahidla birlikdə öncə “Atef” şirkətinə getmişdirlər. Orada balaca qızına heç bir səbəb olmadan himayədarlıq edən Mustafa Güneylə görüşüb qızından əl çəkməyini tələb etmişdirlər. Mustafa Güney bunu inkar edərək üzləşmək üçün onlarla birlikdə Nardaran qəsəbəsində yerləşən atasına məxsus bağ evinə gəlmişdirlər. Qızları ondan küsülü olduğundan atası həmin şəxslərə zəng edib nənələrinin xəstə olduğunu bildirib bağ evinə dəvət etmişdir ki, aralarındakı mübahisəyə son qoyulsun. Qızları onun da, bağ evinə gəldiyini bilib atasına hücum çəkmiş, nalayiq söyüşlər söymüş, bu arvadı niyə buraya çağırmısan deyib onun da üzərinə yürüyüb söyüb təhqir etmişdirlər, hamı başlamış sözlü mübahisə etməyə. Həmin zaman Sinan və Mustafa kənardan dayanıb baxmışdırlar. Əslində Sinan aralaşdırmaq istəyərkən Mustafa Sinanın qarışmamasını, öz aralarında həll etməli olduğunu bildirmişdir. Bu zaman kiçik qızı Fatimə onu təhqir edərək bildirmişdir ki, “mənə yalan demisən, məni başqa kişidən dünyaya gətirmisən” demiş, ona “əxlaqsız qadınsan” və.s demişdir. O, Fatimənin üzərinə gedərkən, Fatimə qaçaraq mətbəxə getmiş, o da, həmin şəxsin arxasınca gedərkən, böyük qızının əri Təqsirləndirilən şəxs ona yaxınlaşaraq, baş nahiyəsindən yumruq zərbəsi vurmuşdur. Bundan təxminən, 15 dəqiqə sonra onun burun nahiyəsindən qan açılmış, evə üzünü yumaq üçün gedib-qayıdanda isə, qızlarının orada olmadığını görmüş və dərhal bu barədə DİN-in “102” xidmətinə zəng edərək məlumat vermişdir. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Türkiyə Respublikasının vətəndaşı Duman Sınan bildirmişdir ki, o, elektrik işləri ilə məşğul olur, Azərbaycan Respublikasında bir çox otellərin, dövlət və özəl qurumların elektrik işlərini görmüşdür. Baş vermiş hadisəyə qədər 14 il Azərbaycan Respublikasında yaşamışdır. Zərərçəkmiş şəxs işi ilə əlaqədar tanımış və eyni zamanda övladlarını da Azərbaycan Respublikasına gəldiyi ilk gündən tanıyır, aralarında ailəvi dost münasibətləri var. Çinarə xanımın övladları ilə yaranmış problemlərindən ilk gündən xəbəri var. Çinarə xanımın kiçik qızı Fatimə uşaqlıqdan tamam aqressiv və əsəbidir, hadisəyə qədər son 3 ildə bir neçə dəfə evdən qaçmış, bu qaçışlardan birində də, 10 gün onlar ilə, onun ailəsilə birlikdə qalmışdır. Sonuncu dəfə isə, Fatimə böyük bacısı Elmira ilə birlikdə evdən qaçmış və hətta, Elmira anasının razılığı olmadan gizli şəkildə Təqsirləndirilən şəxs ilə nikaha daxil olmuşdur. Hadisəyə qədər 1 ildən çoxdur ki, Çinarə xanımın övladları Elmira və Fatimə evdən çıxıb gedərək ondan ayrı yaşayırlar, hətta bir müddət femminist deyilən qruplara qoşulmuşdurlar. Çinarə xanımın balaca qızı Fatimənin isə, keçmiş ailə dostları, onların isə, keçmişdə əməkdaşlıq etdikləri 68 yaşında yaşlı bir kişi olan Mustafa Güney ilə birlikdə yaşamasından şübhələnmişdirlər, səbəb isə, hadisəyə qədər son 1 ilə yaxın müddət ərzində, yəni 2024-cü ilin mart-aprel aylarından qızları, əsas da, Fatiməni Mustafa bəydən istəmişdirlər, həmin şəxs də, onları görüşdürməmişdir. xx.xx.2025-ci il tarixdə Çinarə xanımın atası və ailə dostu olaraq o, birlikdə öncə “Atef’ şirkətinə getmişdirlər. Orada Çinarə xanımın balaca qızı Fatiməyə himayədarlıq edən Mustafa Güneylə görüşüb Fatimədən əl çəkməyini tələb etmişdirlər. Mustafa Güney bunu inkar edərək üzləşmək üçün onlarla birlikdə Nardaran qəsəbəsində yerləşən Çinarə xanımın atasına məxsus bağ evinə gəlmişdirlər. Həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs ilə Çinarə xanımın böyük qızı X5 tanış etmiş, həmin şəxslərin gizli nikah şahidi olmuş və bunu da onlardan gizlətmişdir. Heç gözləmədikləri halda bağ evinə gedərkən onlar, Kənanla qarşılaşmışdırlar. Çinarə xanımın qızları ondan küsülü olduğundan və üzləşmək istəmədiklərindən Çinarə xanımın atası qızları aldadaraq həmin sözügedən bağ evinə çağırmış, həmin şəxslərə zəng edib nənələrinin xəstə olduğunu bildirib bağ evinə dəvət etmişdir ki, aralarındakı mübahisəyə son qoyulsun, həm də Mustafa Güney ilə üzləşmə olsun. Çinarə xanımın oraya getməsini də, üzləşməni əngəlləmək üçün Çinarə xanımın qızları olan Elmira və X1r yolda ikən mesaj yazaraq xəbər etmişdir. Çinarə xanımın qızları Elmira və Fatimə Çinarə xanımın da, bağ evinə gəldiyini bilib Çinarə xanımın atası Tofiq Sadıqova qışqıraraq hücum çəkmiş, nalayiq söyüşlər söymüş, “bu arvadı niyə buraya çağırmısan” deyib Çinarə xanımın da üzərinə yürüyüb söyüş söyüb təhqir etmişdirlər. Bu zaman o və Mustafa kənardan dayanıb baxmışdırlar. O, aralaşdırmaq istəyərkən, Mustafa onun qarışmamağını, öz aralarında həll etməli olduğunu bildirmişdir. Bu zaman Çinarə xanımın kiçik qızı Fatimə Çinarəni təhqir edərək bildirmişdir ki, “mənə yalan demisən”, onu başqa kişidən dünyaya gətirdiyini demiş, ona “əxlaqsız qadınsan” və.s demişdir. Çinarə xanım Fatimənin üzərinə gedərkən, Fatimə qaçaraq mətbəxə getmiş, o da Fatimənin arxasınca gedərkən, dəhlizdə, mətbəxin girişində Çinarə xanımın böyük qızının əri Kənan Çinarə xanıma yaxınlaşaraq, baş nahiyəsindən yumruq zərbəsi vurmuşdur. Bu zaman o, Kənanın Çinarə və qızı Fatiməni aralaşdırmağa getdiyini zənn edərək, kömək olsun deyə arxalarınca getmiş, ancaq görmüşdür ki, tam əksinədir, Kənan Çinarə xanımı yumruqla baş nahiyəsindən vurmuşdur. Bundan sonra o, həmin şəxsləri aralaşdırmışdır. Daha sonra Fatimə və Kənan evdən çıxmış və çöl qapıya, həyətin darvazasına doğru getmişdirlər, Çinarə xanım isə qışqıraraq həmin şəslərin arxasınca getmiş, dava-dalaş böyüməsin deyə həyətin darvazasının açarını Çinarə xanımın atası Tofiq bəydən alıb darvazanı açmışdır ki, həmin şəxslər getsinlər. O, bağ evinin darvazasını açdıqdan sonra Kənan, Elmira, Fatimə və Mustafa çıxıb getmişdirlər. Cinayət işinin 7-8-ci vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi bağ evi ünvanındır. Cinayət işinin 29-30-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X9 240 nömrəli, xx.xx.2025-ci il tarixli canlı şəxsin ekspertizası rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs posttravmatik ensefalopatiya (baş beyin disfunksiyası) ilə müşayiət olunan burun-alın nahiyəsinin qaçırı müəyyən edildi. Xəsarət bərk küt əşya təsirindən törənmişdir, qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. Cinayət işinin 89-cu vərəqində olan Bakı şəhəri Sabunçu RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi Nicat Nayıbov, Azərbaycan Respublikası CPM-nin 51, 85, 95 və 236-cı maddələrinin tələblərini rəhbər tutaraq tərtib edir həmin protokolu ondan ötrü ki, icraatında olan ********* nömrəli cinayət işi üzrə şahid qismində didnirilmiş Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi 01 ədəd «CD» diskə yazılmış videoçəkilişə Təqsirləndirilən şəxs iştirakı ilə Sabunçu Rayon Polis İdarəsinin İŞ-də baxış keçirtmişdir. Baxış zamanı 01 ədəd CD diski açarkən orada 06 ədəd fayl olduğu aşkar edilmişdir. Həmin diskdə olan “WhatsApp Video 2025-03-12 at 16.12.18” adlı fayla baxış keçirilən zaman iş üçün sübut əhəmiyyəti kəsb edən hər-hansı bir görüntü aşkar edilməmişdir. Həmin diskdə olan “WhatsApp Video 2025-03-12 at 16.13.47” adlı fayla baxış keçirilən zaman iş üzrə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi 950 B saylı fərdi bağ evinin həyətində olan zaman mübahisəli vəziyyət, eləcə də, Təqsirləndirilən şəxs kimin otağına daxil olub kimə söz deyə biləcəyini yaxşı bilməsini deməsi, iş üzrə şahid qismində dindirilmiş X4 ilə Zərərçəkmiş şəxs arasında sözlü mübahisələrinin olması müşaiyət olunur. Həmin fayla baxış zamanı hər-hansı bir davadalaşın olmasını təsdiq edən görüntü aşkar edilməmişdir. Həmin diskdə olan “WhatsApp Video 2025-03-12 at 16.13.48 (1)” adlı fayla baxış keçirilən zaman iş üçün sübut əhəmiyyəti kəsb edən hər-hansı bir görüntü aşkar edilməmişdir. Həmin diskdə olan “WhatsApp Video 2025-03-12 at 16.13.48 (2)” adlı fayla baxış keçirilən zaman iş üçün sübut əhəmiyyəti kəsb edən hər-hansı bir görüntü aşkar edilməmişdir. Həmin diskdə olan “WhatsApp Video 2025-03-12 at 16.13.48 (3)” adlı fayla baxış keçirilən zaman iş üçün sübut əhəmiyyəti kəsb edən hər-hansı bir görüntü aşkar edilməmişdir. Həmin diskdə olan “WhatsApp Video 2025-03-12 at 16.13.48” adlı fayla baxış keçirilən zaman iş üçün sübut əhəmiyyəti kəsb edən hər-hansı bir görüntü aşkar edilməmişdir. Cinayət işinin 133-cü vərəqində olan “Qətimkan tədbiri seçilməsi barədə” 01 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 144-145-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Müdafiə tərəfindən məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş diskə baxış keçirilən zaman iş üçün sübut əhəmiyyəti kəsb edən hər-hansı bir görüntü müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini dinləyib, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəzanın təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə eyni zamanda qeyd edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 19.5-ci bəndinə əsasən bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində Amnistiya məhkəmələr tərəfindən tətbiq edilir. Həmin Qərarın 24-cü hissəsinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə aşağıdakılara riayət edərək ittiham hökmü çıxarır: 44.2.1. bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə; 44.2.1-1. bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda - ölmüş təqsirləndirilən (şübhəli) şəxsə və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsə cəza təyin etməməklə; 44.2.2. bu Məcəllənin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə; 44.2.3. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müddəalarına əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinin tətbiq edilməməsi qərarına gəldiyi halda — təqsirləndirilən şəxsə cəza təyin etməklə; 44.2.4. bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə. 175-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməli, lakin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzadan azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaq zamanı və məhkəmədə iştirak etdiyi 41 (qırx bir) iş saatına görə 451 (dörd yüz əlli bir) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona aylıq qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 9 (doqquz) ay müddətinə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilsin və Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzadan azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı və məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 41 (qırx bir) iş saatına görə 451 (dörd yüz əlli bir) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar