Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-59/2021 25.02.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mİrzəliyev Əfsun Sabir oğlunun katibliyi, Xüsusi ittihamçılar X2 və X9 etibarnamə üzrə nümayəndəsi Nümayəndə oğlunun, Müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 oğlunun, Barəsində xüsusi ittiham qaydasında şikayət edilən şəxslər X7 və X5 iştirakı ilə, onlara qarşı Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə olan xüsusi ittiham qaydasında şikayətə məhkəmə hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi ittihamçılar X6 və X14 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək bildirir ki, xx xxx 2020-ci il tarixdə, saat 13:17-də “Bizimxəbər” adlanan rəsmi dövlət qeydiyyatından keçməyən internet informasiya ehtiyatında (http://bizimxeber.az) və saat 13:53-də “Nuh informasiya agentliyi” adlanan rəsmi dövlət qeydiyyatından keçməyən internet informasiya ehtiyatında (http://nuh.az) Azərbaycan Güləş Federasiyasının İ vitse-prezidenti Firdovsi Umudov və onun atası Komunalı Umudov barəsində yalan olduğunu bilə-bilə, onların şərəf və ləyaqətini ləkələyən və onları nüfuzdan salan məlumatlar kütləvi nümayiş etdirilməklə Firdovsi və Komunalı Umudovlara ağır cinayətdə ittiham etməklə böhtan atılmışdır. Belə ki, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin müxtəlif vəzifəli şəxsləri, o cümlədən DSX Sahil Mühafizəsinin vəzifəli şəxsi polkovnik X17 və digərlərinin qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifə səlahiyyətlərindən istifadə edərək Xəzər dənizində balıq ovunun aparılmasına və dənizə balıq ovu ilə bağlı sərbəst çıxışlarına şərait yaradılması üçün bu fəaliyyətlə məşğul olan çoxsaylı Azərbaycan Respublikası vətəndaşlarından müxtəlif məbləğlərdə pulu rüşvət qismində istəməklə almasına görə faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında rüşvət alma) maddələri ilə cinayət işi başlanılmış və həmin şəxslər təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində Bakı Hərbi məhkəməsinin qəran ilə həbs qətimkan tədbiri seçilmişdir. Həbs edilən X18 Umudovun kürəkəni və Firdovsi Umudovun qaynıdır. xx xxx 2020-ci il tarixdə saat 13:17-də “Bizimxəbər” adlanan rəsmi dövlət qeydiyyatından keçməyən internet informasiya ehtiyatında (http://bizimxeber.az) və saat 13:53-də “Nuh informasiya agentliyi” adlanan rəsmi dövlət qeydiyyatından keçməyən internet informasiya ehtiyatında (http://nuh.az) “Həbs olunan DSX polkovnikinə federasiyanın vitseprezidenti “krışa”lıq edirmiş? - ŞOK TƏFƏRRÜAT” başlıqlı yazı dərc edilmişdir. Yazının ilk olaraq “Bİzimxəbər” İnternet səhifəsində (http://bizimxeber.az) dərc edilməsinə baxmayaraq, həmin yazının mənbəyi NUH.az İnternet səhifəsi (http://nuh.az) göstərilmişdir. NUH.az İnternet səhifəsində isə yazı saat 13:53-də müəllif yazısı kimi dərc edilmişdir. Həmin yazıda göstərilmişdir ki: Nemət Pənahov Azərbaycan Güləş Federasiyasının İ vitse-prezidenti Firdovsi Umudovla yaxın qohumdur. Nuh.az-ın iddiasına görə, Firdovsi Umudovun bacısının həyat yoldaşı olan Nemət Pənahovun DSX-ya xidmətə qəbul olunması, vəzifə pillələrində sürətlə irəliləməsi də qohumluq əlaqələrinə dayanır. Nuh. az-a daxil olan məlumatda həmçinin qeyd olunur ki, Nemət Pənahovun qayınatası da Qazax rayonunda tanınan şəxslərdən hesab olunur. Bildirilir ki, “Qırmızı Körpü" sərhəd-keçid məntəqəsində Pənahovun qayınatası qeyri-rəsmi sövdələşmələrin əsas simalarından biridir. Ümumilikdə isə Firdovsi Umudovun illərlə Nemət Pənahova hamilik etdiyi, yaranan problemlərinin həllində əsas söz sahibi olduğu qeyd edilir”. Firdovsi Umudov Dövlət Sərhəd Xidmətinə Nemət Pənahovdan çox sonralar qəbul edilmişdir və DSX-ya xidmətə qəbul olunmasına, vəzifə pillələrində sürətlə irəliləməsinə hər hansı formada təsir edə bilməzdi. Habelə yazının başlığından göründüyü kimi, X16 Umudovla münasibətləri onun həbsi ilə əlaqələndirilir və həbs olunan şəxsə krışalıq edən şəxs kimi cəmiyyətə təqdim edilir. “Krışalıq etmək” (“krışa” - “dam” sözündən) mükafat əsasında dövlət, hüquqmühafizə və ya kriminal qurumlar tərəfindən (“krışa” - “dam”) daimi əsaslarla biznesin mühafizəsinin, o cümlədən qanunsuz mühafizəsinin təmin edilməsidir, (mənbə: https://ru.wikipedia.org/wiki/). Rus dilinin sinonimləri lüğətinə əsasən isə krışalıq etmək - ört-basdır etmək, “krışası” altına almaq, himyədarlıq etmək” kimi izah olunur. Cinayət etmiş şəxsə “krışalıq” etmək cinayət qanunun anlamından cinayətin törədilməsinə maneələri aradan qaldırmaqla yardım etmə kimi başa düşülür. CMnin 32.5-ci maddəsinə əsasən, cinayətin törədilməsinə maneələri aradan qaldırmaqla yardım etmiş şəxs köməkçi sayılır. Yazından göründüyü kimi, Firdovsi Umudov ağır cinayət etməkdə ittiham edilir. Yazının mətnindən göründüyü kimi, X12 “Qırmızı Körpü" sərhəd-keçid məntəqəsində qeyri-rəsmi sövdələşmələrin əsas simalarından biri kimi cəmiyyətə təqdim edilir. Sərhəd keçid məntəqəsi rəsmi dövlət qurumu olduğu üçün orada hər hansı qeyri-rəsmi sövdələşmələr rüşvət müqabilində qanunsuz hərəkətlərin edilməsi kimi başa düşülür ki, bu da ağır cinayət törətməkdə ittihamdır. DTX-nin yaydığı məlumatdan görünür ki, Firdovsi Umudovun və Komunalı Umudovun qohumu Nemət Pənahov Azərbaycan Respublikası CM-nin 308.1 və 311-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Qeyd olunan cinayətlər ağır cinayətlərdir. Azərbaycan Respublikası CM-nin 147.2ci maddəsinə əsasən, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. X1 güləş üzrə böyüklərdən ibarət Azərbaycan yığma komandasının baş məşqçisi, “Sərhədçi” X11 rəis müavini, Azərbaycan Güləş Federasiyasının İ vitse-prezidenti (2018-ci ildən) vəzifəsində çalışır, "Şöhrət" ordeni (2012), "Tərəqqi" medalı (2016) ilə təltif edilib. 2015- ci ildə Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu və Polkovnik-leytenant hərbi rütbəsi ilə və 2017-ci il iyunun 7-də "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı təltif edilmiş, Azərbaycanın (2009, 2012, 2015) və dünyanın (2012) ən yaxşı məşqçisi adına layiq görülmüşdür. Firdovsi Umudov sərbəst güləş üzrə yeniyetmələrdən ibarət Azərbaycan yığma komandasının baş məşqçisi (2007-2008), sərbəst güləş üzrə böyüklərdən ibarət Azərbaycan yığma komandasının böyük məşqçisi (2008-2016) kimi fəaliyyət göstərib. 2016-cı ilin noyabrından sərbəst güləş üzrə böyüklərdən ibarət Azərbaycan yığma komandasının baş məşqçisidir. X12 təqaüdçüdür və həyatı boyu sürücü vəzifəsində işləmişdir. Firdovsi Umudov və X21.az və Bizimxeber.az İnternet səhifələrində dərc edilmiş məlumatı şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar hesab edirlər. Göstərilənləri nəzərə alaraq, “Nuh informasiya agentliyi” adlanan rəsmi dövlət qeydiyyatından keçməyən internet informasiya ehtiyatı http://nuh.az saytının təsisçisi və redaktoru ünvan 1 mənzil 1 ünvanında yaşayan X3 və http://bizimxəbər.az saytının redaktoru X5 CM-nin 147.2ci maddəsində nəzərdə tutulan əməli törətdiklərinə görə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş edir. Xüsusi ittiham qaydasında şikayətə baxılmasına dair məhkəmə hazırlıq iclası xx xxxxxx 2021-ci il tarixə saat 14:50-ə təyin olunmuşdur, xüsusi ittihamçılar X2 və X9 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəməyə gəlməmələrini və etibarnamə üzrə nümayəndəsi olan Nümayəndə gəlməsini nəzərə alaraq, məhkəmə işə onların nümayəndəsinin iştirakı ilə baxılmasını mümkün hesab edir. Məhkəmədə xüsusi ittihamçılar X2 və X9 etibarnamə üzrə nümayəndəsi Nümayəndə oğlu ifadəsində göstərdi ki, xüsusi ittiham qaydasında şikayət qanunun tələbinə uyğun hazırlanmışdır.Yazılardakı məlumatların mənbəyi “Nuh” və “Bizimxəbər” İA-nə əsaslanır. Buna görə də, şikayəti əsaslıdır. Xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsini və baxılmasını xahiş etdi. Məhkəmədə barəsində xüsusi ittiham qaydasında şikayət edilən şəxs X7 ifadəsində bildirdi ki, onun barəsində olan xüsusi ittiham qaydasında şikayətin icraata qəbul olunmasından imtina olunmalıdır. Şikayətin heç bir əsası yoxdur, onun nə Firdovsi Umudovu, nədə ki, Komunalı Umudovu ağır cinayətdə ittiham edərək böhtan atmaq fikri olmamış, həmçinin bunu təsdiq edən hansısa sübut yoxdur. “Krişalıq” etmək sözü aforizm xarakterli işlədilmiş və böhtan atmaya heç bir aidiyyatı yoxdur. Bunlara əsasən xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina olunmasını xahiş etdi. Məhkəmədə barəsində xüsusi ittiham qaydasında şikayət edilən şəxs X10 ifadəsində bildirdi ki, onun barəsində olan xüsusi ittiham qaydasında şikayətin icraata qəbul olunmasından imtina olunmalıdır. Çünki şikayət qanunun tələbinə uyğun hazırlanmamış, həmçinin yazıda xüsusi ittihamı yaradacaq hər hansı hal yoxdur. Bundan əlavə, yazı bir neçə saat sonra təkzib edilib. Bu səbəbdən də, şikayətin heç bir əsası yoxdur. Bunlara əsasən xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina olunmasını xahiş etdi. Məhkəmədə Müdafiəçi1 çıxışında xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmədə Müdafiəçi2 çıxışında bildirdi ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul olunmasından imtina olunmalıdır. Belə ki, qeyd olunan yazı bir neçə saat sonra bizimxeber.az saytında təkzib olunmuşdur. Buna görə də, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə xüsusi ittiham qaydasında şikayəti təhlil edib və proses iştirakçılarının fikirlərini dinləyib belə qənaətə gəlir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X7 və X5 əməllərində cinayət əlamətləri olmasını təsdiq edən sübutlar olmadığından xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.1.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2-ci maddəsinə əsasən şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5-ci maddəsinə əsasən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» 3 saylı, xx xxxxxx 2014-cü il tarixli qərarından görünür ki,xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmunu CPM-in 293.3.1-293.3.7-ci maddələrin tələblərinə uyğun olub-olmaması yoxlanılır. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədkidə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək, bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Xüsusi ittihamçılar X2 və X9 X7 və X8 qarşı xüsusi ittiham qaydasında şikayəti, bunun dəlillərini təsdiq edən sübutlar olmadığından məhkəmə baxışına keçirilməsindən və bu şikayətin icraata qəbul olunmasından imtina olunmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 298-300, 302-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA A L D İ: Xüsusi ittihamçılar X2 və X9 X7 və X8 qarşı Azərbaycan Respublikası CMnin 147.2-ci maddəsi ilə olan xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən və məhkəmə baxışının keçirilməsindən imtina edilsin. Qərardan 20 gün müddətinə Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fəqan Əhmədov
Məhkəmə qərarları › İş №1(008)-59/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-59/2021
25.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver