Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-591/2025 03.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokurorları X1 və Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2000-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “Nant" MMC-də meçindayzer işləyən, əvvəllər məhkum olunmayan, Masallı rayonu, Bambaşı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan təbdiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 10 fevral 2025-ci il tarixdə, saat 10 radələrində etibarnamə və sürücülük vəsiqəsi əsasında idarə etdiyi “Toyota Prius” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Binəqədi-Balaxanı şossesi ilə Binəqədi qəsəbəsi istiqamətində saatda 40-50 m sürətlə hərəkətdə olarkən “Lukoil” YDM-nin yaxınlığında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1 -ci hissəsinin 3-cü bəndinin sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdır kimi tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməyib qeyd edilən qanunun tələblərini pozaraq idarəetməni itirib yolun əks hərəkət hissəsinə çıxıb əks tərəfdə hərəkətdə olan Şahid idarə etdiyi “Mercedes Benz” markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində ehtiyatsızlıqdan “Mercedes Benz” markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobildə ön oturacaqda əyləşmiş sərnişin Zərərçəkmiş şəxs sol budun travmatik çıxığı, sol sirkə kasasının arxa divarının qapalı, qəlpəli sınığı, alın nahiyyəsinin hematoması xəsarətləri ilə nəticələnən dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən çox (35%) hissəsinin dayanıqlı itirilməsi ilə nəticələnən xəsarətlər yetirərək zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, "Toyota Prius” markalı, **- DO-*** dövlət qeydiyyat nianlı avtomobili etibarnamə ilə BA 444964 seriyalı “BC” dərəcəli sürücülük vəsiqəsi əsasında idarə etmişdir. 10 fevral 2025-ci il tarixdə saat təxminən 10 radələrində qeyd etdiyi avtomobillə Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Binəqədi- Balaxanı yolu ilə iki istiqamətli yolda üzü Binəqədi qəsəbəsi istiqamətində saatda təxminən 40-50 kilometr sürətlə hərəkətdə olduğu zaman bir anlıq gözləri qaralmış, anidən idarəetməni itirərək əks istiqamətdə hərəkətdə olan "Mercedes Benz" markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına keçərək avtomobilinin ön hissəsi ilə həmin avtomobilin ön sol hissəsindən vuraraq dayanmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı heç bir xəsarət almamışdır. Hadisə zamanı avtomobildə tək olmuşdur. Hadisə Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Binəqədi-Balaxanı yolunda baş vermişdir. Onun nəqliyyat vasitəsini idarə etmək üçün “BC” dərəcəli sürücülük vəsiqəsi vardır. Balaxanı qəsəbəsi, Binəqədi-Balaxanı yolu ilə iki istiqamətli yolda üzü Binəqədi qəsəbəsi istiqamətində saatda təxminən 40-50 kilometr sürətlə hərəkətdə olduğu zaman bir anlıq gözləri qaralmış, anidən idarəetməni itirərək əks istiqamətdə hərəkətdə olan "Mercedes Benz" markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına keçərək avtomobilinin ön hissəsi ilə həmin avtomobilin ön sol hissəsindən vuraraq dayanmışdır. Hadisə anidən baş verdiyi üçün qarşısını almaq imkanı olmamışdır. Hadisə zamanı “Toyota Prius” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobili texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hadisə zamanı ayıq olmuşdur. Atası uşaqlıqdan rəhmətə getmiş, evi o dolandırır, bacısı və anasına o baxır, imkanı olmadığı üçün zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyə bilməmişdir, 2000 manat zərərçəkmiş şəxsə tərəfindən təqdim edilsə də, qəbul edilməmişdir, onların istədiyi məbləği ödəməyə hazırda gücü çatmır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 10 fevral 2025-ci il tarixdə saat təxminən 10 radələrində həyat yoldaşı Şahid məxsus “Mercedes Benz” markalı, 90-OV- 142 dövlət qeydiyyat nişanlı avtomobil ilə Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Binəqədi-Balaxam yolu ilə Balaxanı qəsəbəsi istiqamətində hərəkətdə olduğu zaman əks istiqamətdə hərəkətdə olan "Toyota Prius" markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobil anidən hərəkətdə olduğu zolağa çıxaraq yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sol ayağından və baş nahiyyəsindən xəsarət almışdır. Hadisə 10 fevral 2025-ci il tarixdə Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Binəqədi-Balaxam yolunda baş vermişdir. Hadisə zamanı sol ayağından, üz və baş nahiyyəsindən xəsarətlər almışdır.Hazırda zərərçəkmiş şəxsdən şikayətçidir, ona dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid oğlı ifadəsində göstərdi ki, “Mercedes Benz” markalı, **-OV-*** dövlət qeydiyya nişanlı avtomobili etibarnamə ilə AC 076006 seriyalı, “BC" dərəcəli sürücülük vəsiqəs əsasında idarə etmişdir. 10 fevral 2025-ci il tarixdə saat təxminən 10 radələrində qeyd etdiyi avtomobillə Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Binəqədi-Balaxanı yolu ilə ik istiqamətli yolda üzü Balaxanı qəsəbəsi istiqamətində saatda təxminən 20-30 kilometr sürətlə hərəkətdə olduğu zaman “Lukoil” YDM-nə təqribən 150 metr qalmış əks istiqamətdə hərəkətdə olan "Toyota Prius" markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobil anidən hərəkətdə olduğu zolağa çıxaraq idarə etdiyi avtomobilin ön hissəsi ilə avtomobilinin ön sol hissəsindən vuraraq dayanmışdır. Baş vermiş hadisə zamanı sol gözündən xəsarət almışdır. Həmin vaxt avtomobilində həyat yoldaşı Zərərçəkmiş şəxs olmuş, həyat yoldaşı sol ayağından və baş nahiyyəsindən xəsarət almışdır. Hadisə Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Binəqədi-Balaxanı yolunda baş vermişdir. Onun nəqliyyat vasitəsini idarə etmək üçün “BC” dərəcəli sürücülük vəsiqəsi olmuşdur. Balaxanı qəsəbəsi, Binəqədi-Balaxanı yolu ilə iki istiqamətli yolda üzü Balaxanı qəsəbəsi istiqamətində saatda təxminən 20- 30 kilometr sürətlə hərəkətdə olduğu zaman əks istiqamətdə hərəkətdə olan 'Toyota Prius" markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobil anidən hərəkətdə olduğu zolağa çıxaraq idarə etdiyi avtomobilin ön hissəsi ilə avtomobilinin ön sol hissəsindən vuraraq dayanmışdır. Hadisə anidən baş verdiyi üçün qarşısını almaq imkanı olmamışdır. Onun idarə etdiyi “Mercedes Benz” markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobili texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hadisə zamanı ayıq olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi haqqında 10 fevral 2025-ci il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Binəqədi Balaxanı yolu istiqamətinə baxış keçirilmiş, sxem tərtib olunaraq və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v.5- 12); sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2024-cü il tarixdə 10 il müddətinə sürücülük vəsiqəsi verilmişdir (i.v.25-26); xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, “TOYOTA PRİUS (HİBRİD) minik” markalı, “** DO ***” dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2025-ci il tarixədək Təqsirləndirilən şəxs etibar edilmişdir (i.v.27); xx.xx.2025-ci il tarixli, 1/1324 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı alkoqol sərxoşluğu olmamışdır(i.v.28); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X3 20 fevral 2025- ci il tarixli 259 saylı rəyindən görünür ki, Şahid bədənində alın nahiyəsinin qançırı və sıyrığı, döş qəfəsinin ön səthinin hematoması müəyyən edildi. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi zamanı törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir(i.v.38-39); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X3 17 aprel 2025-ci il tarixli 06/258 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs Marifət qızının bədənində sol budun travmatik çıxığı, sol sirkə kasasının arxa divarının qapalı, qəlpəli sınığı, alın nahiyəsinin hematoması müəyyən edildi. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi zamanı törənə bilər və dərəcəsinə görə sol sirkə kasasının arxa divarının qapalı, qəlpəli sınığı və sol budun travmatik çıxığı ilə əlaqədar ümumi əmək qabiliyyətinin 1/3-dən çox (35%) hissəsinin dayanıqlı itirilməsi ilə nəticələnən sağlamlığa ağır zərərvurmaya aiddir(i.v.49- 51); Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 23 may 2025-ci il tarixli 8/976 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdin edilmiş məlumatlara əsasən, "Toyota Prius" markalı, **-DO-*** dövlət qeydiyya nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yo hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-c hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərine uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən: hərəkət üçün təhlükə yaranan anda "Mercedes Benz E280" markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 10,5 - 17.4 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Şahid hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğunsuzluq olmamış və onun hadisənin qarşısını almağa texniki imkanı olmamışdır. Hərəkət üçün təhlükə yaranan anda "Mercedes Benz E280" markalı, 90- OV- 142 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 10,5 - 17.4 metrdən böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Şahid hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur(i.v.72-74); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v.57); İttiham elan edilməsi üçün şəxsin axtarışa verilməsi və icraatın dayandırılması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunaraq CPM-nin 53.1.3-cü maddəsinə əsasən iş üzrə icraat dayandırılmışdır(i.v.77); Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-nin məktubundan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saxlanılaraq MSY-nə təhvil verilmişdir(i.v.80- 81); Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir(i.v.115-116); Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir(i.v.117); Bakı şəhər Sabunçu RPİ-nin xx.xx.2025-ci il tarixli 3-13-49/2-27128/2025 saylı məktubdan görünür ki, DİN Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminin məlumatına əsasən Təqsirləndirilən şəxs adına xx.xx.2034-cü il tarixədək qüvvədə olan BA 444964 nömrəli, “B, C” dərəcəli sürücülük vəsiqəsi mövcuddur.Təqsirləndirilən şəxs sürücülük hüququnun məhdudlaşdırılması barədə heç bir məlumat yoxdur(i.v.121); İfadənin yerində yoxlanması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şahid Səttarxan oğlunun ifadəsi yerində yoxlanılmış, o ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha göstərərək təsdiq etmişdir(i.v.122-123); Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263.1-1-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alır və CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, tutularaq saxlanıldığı 23 iyul 2025-ci il tarixdən 25 iyul 2025-ci il tarixədək olan 02(iki) gün müddət təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına hesablanmalı(CM-69.3), cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1), əsas cəzanı çəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı(CİM-67.2), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə ödənilməlidir(CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 23 iyul 2025-ci il tarixdən 25 iyul 2025-ci il tarixədək tutulduğu 02(iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 11(on bir) ay 28(iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, əsas cəzanı çəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə-yol nəqliyyat ekspertizasının dəyəri 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunsun. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 275 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-591/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-591/2025
03.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver