Məhkəmə qərarları › İş №1(008)-592/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-592/2024

19.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-592/2024 19.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 və onun vəkili Müdafiəçi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 və müdafiəçisi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili X1, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 və müdafiəçisi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili X10 iştirakları ilə, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 və onun vəkili Müdafiəçi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2.-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 və X2 xüsusi ittiham qaydasında şikayətinə Bakı şəhərində Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 və onun vəkili Müdafiəçi xüsusi ittiham qaydasında ərizə ilə məhkəməyə müraciət edərək X6 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X11 və X9 tərəfindən 2023-2024-cü il tarixlərdə müxtəlif vaxtlarda, ən sonuncu dəfə isə xx.xx.2024-cü il tarixdə X4 yaşadığı ünvan 1 ünvanına gələrək küçədə, qonşuların toplaşdığı ərazidə qışqıraraq təhqir etmiş, guya onların qızını X3 işlədiyi məktəbdə döyməsinə dair həqiqətə uyğun olmayan, xüsusi ittihamçının peşəkarlığını şübhə altına alan, onu nüfuzdan salan, şərəf və ləyaqətini ləkələyən böhtan xarakterli məlumatlar yaymışdır. Bütün bu hərəkətlər video lentə alınmışdır (CD disk əlavə edilir). 1.Bundan əlavə, xx.xx.2024-cü il tarixdə X11 və X9, X3 işlədiyi 75 nömrəli məktəbə gələrək məktəb kollektivi qarşısında X4 onların həmin məktəbdə oxuyan qızını döyməsinə dair X4 qəsdən ittiham etmişdir. Daha sonra isə məktəbdə və Bakı şəhər Baş Səhiyyə İdarəsində bu hal araşdırılmış və X3 heç bir təqsirinin olmamasına dair protokol tərtib edilmişdir (bununla sənədlər təqdim edilir). 2. Bundan sonra, X11 və X9 yenidən əməllərinə davam edərək mütəmadi olaraq küçədə hər kəsin qarşısında X8 təhqir etməsinə baxmayaraq, 15 saylı Polis Şöbəsinə 75 nömrəli məktəbdə oxuyan qızlarının X8 tərəfindən döyülməsilə, habelə məktəbdə qızını video kamera ilə lentə alınması ilə bağlı qəsdən ittiham etmişdir. Şikayətlə bağlı Polis əməkdaşları X3 işlədiyi 75 nömrəli məktəbə gəlmiş və X8 bir daha əsassız şikayətə görə məktəb kollektiv qarşısında şərəf və ləyaqəti ləkələnmişdir. Daha sonra 15 saylı Polis Şöbəsində bu hal araşdırılmış və X3 təqsirsiz olması, X11 və X2 X4 qəsdən nüfuzdan salmasına dair belə bir əməl törətdiyi üzə çıxmışdır (bununla sənədlər təqdim edilir). 3. xx.xx.2024-cü il tarixdə isə X11 və X9 gələrək yenidən X4 yaşadığı evin önündə ağır söyüşlərlə təhqir edərək yaşadığı ərazidə onun nüfuzunu ləkləmişdir. Və bu hərəkətlər (böhtan və təhqir) X11 və X9 üçün artıq adi hala çevrilmişdir. Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, böhtan, yəni yalan olduğunu biləbilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma-min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.Həmin Məcəllənin 147.2-ci maddəsinə əsasən, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma- iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.Həmin Məcəllənin 148-ci Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma — min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.Göründüyü kimi, barəsində şikayət verilən şəxslər xüsusi ittihamçını məktəb kollektivi, yaşadığı ərazi və digər dövlət qurumları və hüquq mühafizə orqanlarında Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş nəzərdə tutulmuş əməlləri, yəni ağır cinayət hesab olunan əməlləri törətməkdə ittiham etmiş, habelə onu kütləvi şəkildə təhqir etmişdir. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə—iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 133.2.4-cü maddəyə əsasən təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi, xüsusi ittihamçı) X11 və X9 tərəfindən ağır cinayətə görə ittiham edilmişdir. Cinayət Məcəlləsinin 15.4-ci maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Şərh edilənlərdən də göründüyü kimi, xüsusi ittihamçının barəsində yalan olduğunu biləbilə onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları, xüsusilə də X4 işlədiyi məktəbdə xidmətlərə kölgə salan hərəkət etməklə, habelə yaşadığı ərazidə onu rüsvay etməklə, ona böhtan atmaqla, habelə təhqir etməklə X11 və X9 Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148 maddələri ilə nəzərdə tutulan əməlləri törətmişdir. Yuxarıda qeyd edilənlərə əsasən Azərbaycan Respublikasının vətəndaşları X11 və X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edərək cəzalandırılmasına dair hökm çıxarılmasını xahiş etmişlər. Xüsusi ittiham qaydasında şikayət vermiş X8 və onun vəkili Müdafiəçi xüsusi ittiham qaydasında verilmiş şikayəti müdafiə edərək icraata qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X11 və müdafiəçisi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili X7 şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 və müdafiəçisi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili X13 şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə şikayət vermiş şəxsi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsləri və müdafiəçiləri dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti araşdırıb, habelə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş tərəfin dəlillərini nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun Məcəllənin 293.3.1—293.3.7ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPMnin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdə keçirərək şikayətin Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun tərtib edilməməsi və şikayətin forma və məzmun baxımından qanunvericliyin tələblərinə uyğun olmaması qənaətinə gəlir. Belə ki, CPM-nin 293.3.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) göstərilir. Lakin, X8 məhkəməyə təqdim etdiyi şikayət ərizəsində məşğuliyyət növü və vəzifəsini göstərməmişdir. Bundan başqa, xüsusi ittiham qaydasında şikayət ərizəsinin məzmununda X11 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulan əməlləri törətməsi göstərilsə də, nəticə hissədə X11 və X2 Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılması barədə hökm çıxarılması xahiş edilmişdir. Belə olan halda xüsusi ittiham qaydasında şikayətin forma və məzmun baxımından qanunvericiliyin tələblərinə uyğun olmaması verilmiş şikayətin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını istisna edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazirlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X11 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 və onun vəkili Müdafiəçi xüsusi ittiham qaydasında verilmiş şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar