Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-593/2023 26.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Salyan rayonu Qaracalar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Salyan rayonu, Yeni Uluxanlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 03 may 2023-cü il tarixdə saat 23 radələrində ünvan 1 ünvanında şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış münaqişə zamanı qeyri-rəsmi münasibətdə olduğu Zərərçəkmiş şəxs saçından tutub qəsdən əli ilə sifət və bədəninin müxtəlif nahiyələrinə zərbə vuraraq sağ gözün ağlı qişasına qansızma ilə müşayət olunan alın nahiyəsinin derialtı hematoması, sağ dirsək oynağı, sol bud nahiyələrinin qançırları, sol saidin sıyrığı kimi xəsarət yetirib ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa YÜNGÜL zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 7 il olar Zərərçəkmiş şəxs tanıyır, lakin 4 ay olar ki, onunla qeyri-rəsmi olaraq yaşamağa başlamışdır. Əvvəllər münasibətləri yaxşı olsa da son zamanlar münasibətləri pozulmuş, buna səbəb isə Vüsalənin başqa şəxslərlə telefonda danışması və onu qısqanması olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 20 radələrinde Bakıxanov qəsəbəsində kafelərin birində Vüsalə və rəfiqəsi olan Ruhiyyə ilə birlikdə spirtli içki olan araq qəbul etmiş, lakin Vüsalə spirtli içki qəbul etməmişdir. Təxminən saat 23 radələrində Ruhiyyə Bakıxanov qəsəbəsində kirayə yaşadığı evinin açarını Vüsalə ilə birlikdə istirahət etmək üçün onlara vermiş, o, Vüsalə ilə birlikdə Ruhiyyənin kirayə yaşadığı evə getmişdir. Evdə olan zaman Vüsalənin mobil telefon aparatını yoxlamaq məqsədi ilə götürmüş və həmin vaxt Vüsalə telefonu əlindən almaq üçün üstünə gəlmiş, aralarında mübahisə yaranmışdır. Mübahisə zaman o, əsəbləşərək onun saçından tutub sifət nahiyyəsinə yumruq vurmuş, sonra Vüsalə üzünü çevirərkən təkrar olaraq boyun nahiyyəsinə zərbə vurmuş, bu zaman Vüsalə divara dəymişdir. Vüsalə isə oturacaq stulunu götürərək onun üstünə atmış və süpürləşmişlər. Vüsalə ondan mobil telefon aparatını tələb edərək əks halda polisə müraciət edəcəyini bildirmiş, o, həmin mobil telefonu yerə vuraraq sındırmışdır. Hazırda zərərçəkmiş şəxslə barışmış, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, təxminən 8 ay əvvəl Suraxanı rayonu ərazisində kafedə işləyən bacısının yanına getmiş, orada olarkən ilkin adlı şəxs də müştəri qismində həmin kafeyə gəlmiş və onu görərkən bəyəndiyini bildirmişdir. Onunla münasibət yaratmaq istəsə də lakin onu yaxın buraxmamışdır. Təxminən 4-5 ay sonra Bakıxanov qəsəbəsində fəaliyyət gösterən “QOŞ QABİRĞA” kafesinə müğənni kimi işləməyə başlamış, işə başladıqdan sonra təsadüfi olaraq İlkin də həmin kafeyə gəlmişdir. Sonradan həmin kafeni işlədən şəxslərin İlkinin qohumları olduğunu bilmişdir. İlk öncə İlkinlə münasibət qurmaq istəməmiş, lakin sonradan İlkinin əl çəkmədiyini görüb onunla danışmağa başlamışdır. Bir müddət görüşüb münasibət saxlamış və ilk vaxtlar İlkinin münasibəti yaxşı olsa da, sonradan bir neçə dəfə əl qaldırdığına görə ayrılmaq qərarına gəlmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 20:00 radələrində rəfiqəsi Ruhiyyə ilə birlikdə Bakıxanov qəsəbəsində işlədiyi kafeyə gəlmiş, həmin vaxt İlkinin də orada öz dostları ilə əyləşib yemək yemiş və onları gördükdən sonra birgə oturmağa dəvət etmiş, Ruhiyyə ilə bir qədər əyləşərək onlarla söhbət etmiş, sonradan evə getmək istədiyini bildirən zaman ilkin ona getməməyi, onunla işi olduğunu bildirmişdir. Saat 23 radələrində o, Bakıxanov qəsəbəsində kirayə yaşayan rəfiqəsi Ruhiyyənin evinə getmiş və İlkinin də onun arxasınca evə gəlməsini bildirmişdir. Evə girdikdən sonra İlkin nə üçün ayrılmaq istədiyini soruşmuş, o da İlkinə əl çəkməsini xahiş etmiş və ondan uzaq durmasını bildirmişdir. İlkin onun sözünə qəzəblənmiş və saçından tutaraq yumruq ilə sifətinə və bədəninin müxtəlif yerlərinə vuraraq xəsarət yetirmişdir. O da özünü müdafiə etmək məqsədi ilə oturacaq stulu götürərək İlkinin üzərinə atmış, Təqsirləndirilən şəxs isə onun mobil telefonunu yerə vuraraq ekranını yararsız hala salmışdır. Hazırda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək sadələşdirilmiş işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə təxminən 7 il bundan öncə Xətai rayonunda onların evində kirayə yaşayarkən tanış olmuş, tanış olduğu müddətdən rəfiqəlik etmişdir. Bildiyinə görə təxminən 7-8 ay bundan öncə Vüsalə İlkin ilə tanış olaraq qeyri rəsmi qaydada münasibət saxlamış, lakin son vaxtlar münasibətləri yaxşı olmadığı üçün Vüsalə İlkindən ayrılmaq istədiyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə o, Vüsalə ilə danışaraq axşam üstü Bakıxanov qəsəbəsində kafedə əyləşərək yemək yeməyi planlaşdırmışdır. Vüsalə ilə birlikdə Bakıxanov qəsəbəsində olan kafeyə gəlmiş və içəri daxil olduqdan sonra Vüsalənin qeyri rəsmi münasibətdə olduğu İlkinin də orada öz tanışları ilə birlikdə yemək yediklərini görmüşdür. İlkin onları süfrəyə dəvət etdiklərinə görə əyləşib yemək yemişlər. Sonra isə Vüsalə ondan kirayə yaşadığı evin açarını istəmiş və açarı Vüsaləyə təqdim edib özünün bir qədər sonra gələcəyini demişdir. Vüsalə açarı aldıqdan sonra onun kirayə yaşadığı evə getmiş, təxminən 1 saat sonra Vüsalə onun mobil telefonuna zəng edərək İlkin adlı şəxsin onu evdə döyməsi barədə məlumat vermişdir. O, dərhal evə getmiş və nə olması barədə maraqlananda Vüsalə İlkin tərəfindən döyülməsini bildirmişdir. Hadisə zamanı o, mənzildə olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirilməsi haqqında 04 may 2023-cü il tarixli protokoldan və foto cədvəldən görünür ki, ünvan 1 ünvanında baş vermiş hadisə ilə əlaqədar olaraq baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs cinayətin təfərrüatlarını hadisə yerində göstərmişdir (i.v. 13-14); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X1 xx.xx.2023-cü il tarixli, 941 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan alın nahiyyəsinin dəri altı hematoması, sağ dirsək oynağı, sol bud nahiyyələrinin qançırları, sol saidin sıyrığı müəyyən edilmişdir. Xəsarət bərk küt əşya təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir(i.v.22-23); zərərçəkmiş qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs şəxs qismində tanınmışdır (i.v. 25); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, DİN BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 54); Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, özünü təqsirli bilir, Zərərçəkmiş şəxs ilə barışmış, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir; Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmasını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma— min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar işə xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan iş üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair iş üzrə cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir iş üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-593/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-593/2023
26.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver