Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-593/2024 31.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Bərdə rayonu, Lənbəran kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə rayonu, Lənbəran ərazi dairəsi, Lənbəran kəndində qeydiyyatda olub, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “boya fabrikinin” yaxınlığındakı fərdi nömrəsiz evdə yaşamış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(103)-1272/2024 saylı qərarına əsasən 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib daşımaqla saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 2023-cü ilin noyabr ayının 24-dən 25-nə keçən gecə Bakı şəhəri, Sabunçu rayonu, Savalan massivində yerləşən nömrəsiz fərdi yaşayış evində tanışı X1 bir ədəd bükümdə təmiz çəkisi 0,412 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, onun narkotik vasitələrin və psixotrop maddələri qanunsuz əldə etməsi, üzərində saxlaması və daşımasında şübhəli olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri, Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə, saat 03:40 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində, “Can” adlı marketin yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq ünvan 1 ünvanında yerləşən 14cü PŞ-nin inzibati binasına gətirilmiş və xidməti otaqda üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sol yan cibində saxladığı 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,412 qram olan ağ rəngli kristallik maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər tikinti materialları satışı ilə məşğul olarkən X2 ondan mal almış və o da ondan malın pulunu hissə hissə almaq üçün yaşadığı məhəlləsinə gedərkən onun narkotik istifadə etməsini gördüyü üçün ondan metamfetamin götürmüşdür. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə axşam saatlarında Akif Pənahovun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Savalan yaşayış massivinə gedib, Akiflə görüşmüşdür və ondan bir büküm, şəffaf sellofan bükümdə, bir istifadəlik, təxminən yarım qrama yaxın metamfetamin almışdır. Həmin vaxt üzərində pul olmadığından Akifə bu barədə deyərkən Akif onu tanıdığını, həmin narkotiki ona “pay” verdiyini demiş və o da heç bir məbləğdə pul vermədən Akifdən yarım qrama yaxın metamfetamin alıb, əynindəki qara rəngli şalvarının sol yan cibinə qoymuşdur. Onu gizlin yerdə istifadə etməsi üçün üzərində saxlamışdır. Həmin gecəni Savalan qəsəbəsində keçirmişdir. xx.xx.2023-cü il tarixdə Savalan qəsəbəsindəki “Can” adlı marketin yaxınlığında olarkən iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib özlərini təqdim edərək xidməti vəsiqələrini ona göstərdikdən sonra onun narkotik vasitələrin qanunsuz olaraq istifadə və daşınmasında şübhəli bilindiyini izah etdikdən sonra onu polis şöbəsinə dəvət etmişdir. O, etiraz etmədən onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində otaqların birində olarkən ona hüquq vəzifələri izah edilmişdir. Ona dövlət hesabına müdafiəçi təyin olunmuşdur. Daha sonra o, üzərinə vəklinin iştirakı olmadan şəxsi axtarış keçirilməsi barədə ərizə ilə rəsmi müraciət etmişdir. Vəkilinin iştirakı ilə üzərindən narkotik maddə aşkar olunarsa, sonradan vəkili onu keyfiyyətli müdafiə edə bilməyəcəyi üçün bunu etmişdir. Çünki vəkil gözü ilə onun üzərindən narkotik vasitə aşkar olunmasını görmüş olacaqdır. Həmin otaqda hər kəsin iştirakı ilə videogörünütü aparılmaqla ona üzərində olan qeyri qanuni əşyaları təqdim etməsi təklif olunmuşdur. Buna görə də o, əynindəki qara rəngli şalvarın sol yan cibindən 01 ədəd ağ rəngli sellofan paketinə bükülü halda içərisində “patı" kimi tanıdığı 24 noyabr 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivində tanışı Akif Pənahovdan əldə etdiyi narkotik maddə olan metamfetamini təqdim etmişdir. Həmin bükülünün içərisində olan maddənin psixotrop maddə kimi tanınan “patı” olduğunu qeyd etmişdir. Əməlindən səmimi peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməliyyat müvəkkili vəzifəsində çalışır. Təqsirləndirilən şəxs mütəmadi olaraq psixotrop maddə və narkotik vasitəni üzərində saxlaması və daşıması barədə 25 noyabr 2023-cü il tarixdə daxil olmuş məlumat barədə Sabunçu RPİ-nin əməkdaşları ilə aidiyyəti üzrə Sabunçu RPİ-nin 14-cü PŞ-nin rəisinə məruzə olunaraq, alınmış əməliyyat məlumatının yoxlanılmasına razılıq əldə edildikdən sonra, yaradılmış əməliyyat qrupu üzvləri ilə birlikdə həmin tarixdə 03:40 radələrdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində “Can” adlı marketin yaxınlığına getdikdə orada xarici əlamətləri Təqsirləndirilən şəxs xarici əlamətləri ilə üst-üstə düşən şəxsi görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək, həmin şəxsə özünü təqdim etməsi təklif olunduqda o, özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması, daşıması və istifadəsində şübhəli olması izah edilib şöbəyə dəvət edilmişdir. Təqsirləndirilən şəxs tutularaq təhqiqatçı tərəfindən hüquqları izah edilmiş, müdafiəçi ilə təmin olunmuşdur. Onun öz tələbi və rəsmi xahişi ilə müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. O və digər iş yoldaşı da Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı həmin prossesual hərəkətdə iştirak etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirməzdən əvvəl üzərində olan qeyri qanuni əşyaları masanın üzərinə qoyaraq təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim etmiş və həmin bükümdə psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan qəsəbəsində yaşayan tanışı X1 aldığını və şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddəyə oxşar maddə bükümü iştirakçıların gözü qarşısında qablaşdırılaraq möhürlə möhürlənmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş və o da protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 14-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid1 ifadəsi ilə oxşar məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir(i.v.78-80); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 25 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 03:40-da Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.13); şəxsi axtarış və götürmə aparılması haqqında 25 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim etmiş və həmin bükümdə psixotrop maddə metamfetamin olduğunu bu psixotrop maddəni xx.xx.2023-cü il tarxdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan qəsəbəsində yaşayan tanışı X1 aldığını və şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükülmüş açıq şəffaf rəngli, xırda kristal formada, spesifik qoxuya malik psixotrop maddənin olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddəyə oxşar maddə bükümü iştirakçıların gözü qarşısında qablaşdırılaraq möhürlə möhürlənmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş və o da protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir (i.v. 30-31); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-6172 saylı 25 noyabr 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN zərflər üçün №100 dairəvi möhür əksi olan, saxlanılan Təqsirləndirilən şəxs “yazısı və imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,412 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psxitotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in siyahısına daxildir (i.v. 39-42); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 26 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin tarixdə saat 10:00-da həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v.44-45); vəsatətlərin müdafiə edilməsindən imtina edilməsi haqqında 26 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və onun dərhal Sabunçu RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır (i.v.65-66); qətimkan tədbirinin seçilməsi haqqında 26 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir(i.v.67-68); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və qərarın surətindən görünür ki, Qəribov X3 rayon məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay islah işləri cəzaına məhkum edilmişdir. Bundan başqa Yasamal rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən CM-nin 178.1ci maddəsi ilə təqsdirləndirilməsinə dair cinayət işi üzrə icraata CPM-nin 43-cü maddəsinə əsasən xitam verilmişdir(i.v.71-73, 85-88); Videogörüntüyə baxış keçirilməsi haqqında 29 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əməliyyat müvəkkillərinin iştirakı ilə ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim etmiş və həmin bükümdə psixotrop maddə metamfetamin olduğunu bu psixotrop maddəni xx.xx.2023-cü il tarxdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivində yaşayan tanışı X1 aldığını və şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdəki maddənin açıq şəffaf rəngli, xırda kristal formada, spesifik qoxuya malik psixotrop maddənin olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddəyə oxşar maddə bükümü iştirakçıların gözü qarşısında qablaşdırılaraq möhürlə möhürlənmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş və o da protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir(.v.74); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsinin 16 dekabr 2023-cü il tarixli 8243 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs opoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.105-106); Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:30 radələrində saxlanılaraq Sabunçu RPİ-nin 14-cü PŞ-nə gətirilmişdir(i.v.108); Tutulmuş şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında 18 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir(i.v.117- 118); Sübutların qiymətləndirilməsi haqqında 06 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, onun üzərindən aşkar edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 0,412 qram ağ rəngli, kristal formalı kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə haqqında protokola əlavə edilmiş 01 ədəd CD disk maddi sübut hesab edilmiş, 01 ədəd CD diskin cinayət işinə əlavə edilməsi, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı götürülmüş psixotrop maddənin tədqiqatdan sonrakı qalığı 0,362 qramı Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin Maddi sübutların saxlanma kamerasına təhvil verilməsi qərara alınmışdır(i.v.131-137); Məhkəmə iclasında bir ədəd “CD” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, həmin görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 25 noyabr 2023cü il tarixli protokola uyğun olmuşdur. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-120/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 01(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli 12 mart 2024-cü il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(103)-1272/2024 saylı qərarından görünür ki, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-120/2024 saylı hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs təyin edilmiş 01(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası azaldılaraq 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz çəkisi 0,412 qram olan psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qayda üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 69.3-cü maddəsinə əsasən Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını(CM-59.2) cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü üzrə olan məhkumluğu Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən ödənilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs Əzizbəyov rayon məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü üzrə məhkumluğu ödənildiyindən, eyni zamanda azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluq olduğundan CM-nin 18.4-cü maddəsinə əsasən cinayətin residivi kimi nəzərə alına bilməz. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-120/2024 saylı hökmü üzrə olan məhkumluğunun hazırki cinayət əməlindən sonra baş verdiyini nəzərə alaraq hesab edir ki, CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2024cü il tarixli, 1(001)-120/2024 saylı hökmü ilə təyin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(103)-1272/2024 saylı qərarı ilə azaldılmış azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin olunmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-120/2024 saylı hökmü ilə təyin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(103)-1272/2024 saylı qərarı ilə azaldılmış 06(altı) ay azadlıqdan məhrumetmə cəzası hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli(CM-66.5), 25 noyabr 2023-cü il tarixdən 26 noyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02(iki) gün müddət, 17 yanvar 2024-cü il tarixdən 18 yanvar 2024cü il tarixədək tutulduğu 01(bir) gün müddət, ümumilikdə 03(üç) gün müddət təyin edilmiş cəzaya hesablanmalı(CM-69.3), barəsində “həbs” qətimkan tədbiri seçilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınmalı, cəzaçəkmə müddətinin əvvəli 12 mart 2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli(CM-56.1.2), narkomaniyadan məcburi müalicə təyin edilməli(CM-93.1.2) və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “CD” disk iş materiallarında saxlanılmalı (CPM-132), 65 (altmış beş) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhər Binəqədi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-120/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(103)-1272/2024 saylı qərarı ilə azaldılmış 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 25 noyabr 2023-cü il tarixdən 26 noyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02(iki) gün müddət, 17 yanvar 2024-cü il tarixdən 18 yanvar 2024-cü il tarixədək tutulduğu 01(bir) gün müddət, ümumilikdə 03(üç) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 09 (doqquz) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 12 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin, azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Sabunçu RPİ-nin saxlancına təhvil verilmiş, təmiz çəkisi – 0,412 qram, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,362 qram kustar üsulla hazırlanmış pxisotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd CD disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-593/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-593/2024
31.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver