Məhkəmə qərarları › İş №1(008)-593/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-593/2025

22.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-593/2025 22.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X11 Rafiq oğlunun sədrliyi, Əlizadə Cazid Afiq oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda yəni, təmiz çəkisi 0,265 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində, Nardaran-Maştağa yolunda yerləşən “AL” marketin yaxınlığınadək daşımış, 01,05.2025-ci il tarixdə saat 07 radələrində özünü şübhəli apardığına görə Daxili İşlər Nazirliyinin X12 Alayının 8-ci Patrul bölüyünün əməkdaşları tərəfindən qeyd olunan ünvanda saxlanılaraq Sabunçu rayonu, Nardaran qəsəbəsi, ünvan 2çu RPİ-nin 42-ci PB-yə gətirilmiş, PB-də onun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki gödəkcəsinin sağ yan cibindən 1 ədəd boz rəngli siqaret kağızına bükülmüş təmiz çəkisi 0,265 qram olan xeyli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, həmin gün qardaşı onu dayısıgildən gəlib götürmüş, harasa getməsi ilə bağlı bir şey deməmiş, sadəcə evə gedəcəklərini demişdir. Sonra polis əməkdaşları onları yolda tutdular. Qardaşının da üzərində nə olub, nə olmadığını bilməmişdir. Əvvəllər məhkumluğu olub deyə onu da tutdular. Qardaşına 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib. Qardaşı öz məhkəməsində verdiyi ifadəsində də bildirib ki, “qardaşım Azərin bu işlərdən xəbəri yoxdur.”. Sonra qardaşı ilə onu polis idarəsinə gətirdilər. Düzdür polis əməkdaşları tərəfindən döyülməmişdir, lakin ona hədə-qorxu gələrək dedilər ki, onu da qardaşına qoşurlar. O, boynuna alır ki, narkotik istifadəçisidir. Amma polislər onu tutanda üzərində heçnə olmamış, qardaşının üzərində isə narkotik vasitə olmuşdur. Sonda Təqsirləndirilən şəxs, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin X12 Alayının 8ci Patrul bölüyünün polis nəfəri Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə X12 Alayının 8-ci Patrul bölüyünün polis nəfəri Şahid2la birgə Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinin inzibati ərazisində, yəni Sabunçu rayonu, Nardaran qəsəbəsində 9639 çağırışlı avtopatrulda xidmət aparmışdır. Həmin tarixdə saat 07 radələrində Nardaran qəsəbəsində, Nardaran-Maştağa yolundakı “AL” marketin yaxınlığında, sonradan şəxsiyyətini müəyyən etdikləri Təqsirləndirilən şəxs və sonuncunun qardaşı X4 narkotik tərkibli maddələrin təsiri altında olmaları görünüşü yaratdıqlarından diqqətlərini cəlb etmişlər. Azər və Xəlid onları görən kimi iti yerişlə hərəkətə başlamışlar, hərəkətləri şübhə oyatdığından Azərlə Xəlidi dayandıraraq özlərini onlara təqdim etmişlər. Azər və Xəlid Osmanovlardan anket məlumatlarını soruşmuş, lakin həmin şəxslər əhəmiyyət verməyərək iti yerişlə onlardan uzaqlaşmaq istədikləri üçün Azərlə Xəlidin qarşısını kəsərək təkrarən özləri barədə məlumat vermələrini istəmişlər. Təqsirləndirilən şəxs qardaşı Xəlid Osmanovla eyni ünvanda ünvan 4, X8 qəsəbəsində yaşadığını demişdir. Zidiyyətli cavablar verdiklərindən Azər və Xəliddən şəxsiyyətlərini təsdiq edən sənədlərini istəmiş, sonuncular bildirmişlər ki, üzərlərində heç bir sənədləri yoxdur. Onlar Azərdən və Xəliddən üzərlərində qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmamasını soruşmuş, Xəlid üzərində olan 2 ədəd bıçağı çıxardaraq təqdim etmişdir. Üzərlərində daha nəyin olmasını soruşduqda Azər bildirmişdir ki, üzərində özünün istifadəsi üçün gəzdirdiyi heroini var. Xəlid də etiraf etmişdir ki, üzərində özünün istifadəsi üçün heroini və metamfetamini var, Nardaran qəsəbəsinə həmin heroini və metamfetamini götürməyə gəlmişdir. Onlar, Azər və X5 RPİnin 42-ci PB-yə dəvət etmişlər, sonuncular etiraz etməmişlər. Sabunçu RPİ-nin 42-ci PBdə olarkən PB rəhbərliyinə Azər və Xəlid Osmanovları PB-yə gətirmələri barədə raportla məruzə etmişlər, hadisənin araşdırılması təhqiqatçı Vüsal Mikayılova həvalə edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs vəkil təqdim olunmuş, Azərə hüquq və vəzifələri izah edilmiş, bildirilmişdir ki, videoçəkilişlə üzərinə şəxsi axtarış aparılacaq. Azər demişdir ki, videoçəkilişlə axtarış aparılmasına etirazı yoxdur. Bundan sonra təhqiqatçı Azərdən üzərində qanunsuz əşya və ya predmet olub-olmamasını soruşmuş, olduğu təqdirdə təqdim etməsini istəmişdir. Azər əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 1 ədəd büküm və göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonunu çıxardaraq masanın üzərinə qoymuşdur. Daha sonra üzərində şəxsi axtarış aparılsa da, üzərindən başqa heçnə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm təhqiqatçı Vüsal Mikayılov tərəfindən açılarkən içərisindən qəhvəyi rəngli maddə, yəni heroin aşkar olunmuşdur. Sorğu zamanı Azər bildirmişdir ki, 1 ilə yaxındır narkotik tərkibli maddələrdən istifadə edir, polis əməkdaşları tərəfindən Maştağa-Nardaran yolunda saxlanılmış, üzərindən aşkar edilmiş maddə narkotik vasitənin “heroin” növüdür, şəxsi istifadəsi üçün Əhmədli qəsəbəsində tanımadığı şəxsdən 10 manata almışdır. Bundan sonra təhqiqatçının istəyi ilə Təqsirləndirilən şəxs saxlanılması barədə məlumat verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs qardaşı Xəlid Osmanovla birgə Maştağa-Nardaran yolunda şübhəli olduqlarına görə saxlamışlar, Azər və Xəlid Nardaran qəsəbəsində yaşamadıqlarını və heç bir sənədlərinin olmadığını bildirmişlər, daha sonra üzərlərində qanunsuz əşya və ya predmet olub-olmamasını soruşmuş, Xəlid Osmanov üzərində 2 ədəd bıçağın olduğunu bildirərək bıçaqları onlara vermiş və hər ikisi üzərlərində narkotik vasitə olduğunu səmimi etiraf etmişlər. Azər onun dediklərini təsdiq edərək bildirmişdir ki, qardaşı Xəlid Osmanov, Nardaran qəsəbəsinə narkotik tərkibli maddə götürməsi üçün getmişdir, Xəlid narkotik tərkibli maddəni götürdükdən sonra saxlanılmışlar. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmişdir. Təqsirləndirilən şəxs və onlar tərəfindən zərf imzalanmışdır. Bunlar barəsində protokol tərtib olunmuş, o, və digər iştirakçılar protokolla tanış olaraq protokolun doğruluğunu imzaları ilə təsdiqləmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin X12 Alayının 8ci Patrul Bölüyünün polis nəfəri Şahid2 digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin 18-ci vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 01 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 may 2025-ci il tarixdə saat 09:30-da şübhəli şəxs qismində tutulmuşdur. Tutmanın əvvəli Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 01 may 2025-ci il tarixdən saat 07:00dan hesablanmışdır. Cinayət işinin 20-21-ci vərəqələrində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 01 may 2025-ci il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin 42-ci PB-nin təhqiqatçısı X7 Azərbaycan Respublikası CPM-nin 51, 86, 242-247-ci maddələrinin tələblərinə əsasən ƏÇPA-nın 8-ci PB-nin polis serjantı Şahid1, ƏÇPA-nın 8-ci PB-nin polis serjantı Şahid2, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs; müdafiəçi Bakı şəhər 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.2025-ci il tarixdə saat 07:00-da Bakı şəhəri, Sabunçu rayonu Maştağa-Nardaran massivində narkotik vasitələrin istifadəsində, saxlamasında və gəzdirməsində şübhəli bilinərək saxlanılıb Sabunçu RPİ-nin 42-ci PB-yə gətirilmiş Təqsirləndirilən şəxs üzərində, paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan Sabunçu RPİ-nin 42-ci PB-nin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən isə içərisində 01 ədəd gümüşü rəngli kağız bükümü, əynində olan göy rəngli cins şalvarın sağ cibindən isə 01 ədəd “Samsung” markalı mobil telefonu çıxararaq təqdim etdi. 01 ədəd gümüşü rəngli kağız bükümə baxış keçirdikdə içərisində toz halında qəhvəyi rəngli spesifik iyə malik maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş qəhvəyi rəngli maddənin heroin olduğunu və Əhmədli qəsəbəsindən tanımadığı şəxsdən 10 manata aldığını, özü istifadə etmək məqsədilə üzərində gəzdirdiyini bildirdiyi üçün sübut əhəmiyyət kəsb etdiyindən qablaşdırılmışdır. Şəxsi axtarış gündüz vaxtı, xidməti iş otağında süni işıqlandırma şəraitində aparıldı. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə ediləcəkdir. Protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmişdir. Cinayət işinin 26-28-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 may 2025-ci il tarixli, 6/1625 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs...” yazıları olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,265 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Cinayət işinin 64-66-cı vərəqələrində olan “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” xx.xx.2025-ci il tarixli tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə İstintaq Şöbəsinin müstəntiqi Seymur Həsənovun vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, Təqsirləndirilən şəxs dərhal saxlanıldığı yerdən azadlığa buraxılması qərara alınmışdır. Cinayət işinin 67-ci vərəqində olan “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 76-78-ci vərəqələrində olan “DVD diskdə olan video görüntüyə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, baxış zamanı aşağıdakilar müəyyən edilmişdir: üzərində yazı olmayan 1 ədəd DVD diskə, xidməti otaqda istifadə olunan “HP” markalı kompüterin monitorunda baxış keçirilərkən, Daxili İşlər Nazirliyinin X12 Alayının 8-ci Patrul bölüyünün əməkdaşları tərərfindən Sabunçu RPİ-nin 42-ci PB-yə gətirilmiş Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntülərin qeydə alınması öz əksini tapmışdır. Belə ki, videoçəkiliş zamanı Təqsirləndirilən şəxs, Sabunçu RPİ-nin 42-ci PB-nin təhqiqatçısı X7 və Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi olduqları xidməti otağa daxil olur, otaqda olarkən əvvəlcə DİN-in X12 Alayının 8-ci Patrul bölüyünün polis nəfərləri Şahid2 və Şahid1, sonra Təqsirləndirilən şəxs, daha sonra vəkil Müdafiəçi özlərini təqdim etmişlər. Bundan sonra Sabunçu RPİ-nin 42-ci PB-in təhqiqatçısı Vüsal Mikayılov, Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı məlumat verir, ona hüquq və vəzifələrini izah edir, Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet olub-olmamasını soruşur, olduğu təqdirdə təqdim etməsini istəyir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 1 ədəd büküm və göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu çıxardaraq masanın üzərinə qoyur. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da, üzərindən başqa heçnə aşkar edilmir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm təhqiqatçı tərəfindən açılarkən içərisindən qəhvəyi rəngli maddə aşkar olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, polis əməkdaşları tərəfindən Maştağa-Nardaran yolunda saxlanılmış, üzərindən aşkar edilmiş maddə narkotik vasitənin “heroin” növüdür, şəxsi istifafəsi üçün Əhmədli qəsəbəsində ilk dəfə rastlaşdığı, tanımadığı şəxsdən 10 manata almışdır, 1 ilə yaxındır ki, narkotik tərkibli maddələrin istifadəçisidir. Daha sonra Təqsirləndirilən şəxs saxlanılması barədə məlumat verən polis nəfəri Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs, Maştağa-Nardaran yolunda qardaşı Xəlid Osmanovla birgə olarkən şübhəli olduqlarına görə saxlanılmış, sorğu zamanı həmin qəsəbələrdə yaşamadıqları və heç bir sənədlərinin olmadıqları müəyyən edilmiş, üzərlərində qanunsuz əşya və ya predmet olubolmaması soruşulduqda Xəlid Osmanov üzərində 2 ədəd bıcağın olduğunu bildirərək bıçaqları onlara təqdim etmiş və hər ikisi üzərlərində narkotik vasitə olduğunu səmimi etiraf etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, qardaşı X8 qəsəbəsinə narkotik tərkibli maddə götürməsi üçün gəlmişdir, Xəlid narkotik tərkibli maddəni götürdükdən sonra saxlanılmışlar. Saxlanılan Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi büküm təhqiqatçı Vüsal Mikayılov tərəfindən zərfə qoyularaq qablaşdırılır, qablaşdırılmış zərf möhürlənir. Təqsirləndirilən şəxs və şəxsi axtarışda iştirak edən şəxslər tərəfindən zərf imzalanır və bununla da çəkiliş sona çatmışdır. Videogörüntülərin qeydə alındığı DVD diskə xidməti otağında istifadə olunan “HP” markalı kompüterdə baxış keçirildikdən sonra 1 ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyindən götürülərək qablaşdırılmışdır. Protokol tərtib edildikdən sonra oxunmuş, istirak edənlərdən protokola qeydlərinin yazılması tələbi daxil olmamışdır. Protokol oxunmuş və imzalanmışdır. Cinayət işinin 80-ci vərəqində olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 0,265 qram narkotik vasitə heroinin iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması, tədqiqata 0,05 qram sərf edildikdən sonra qalıq çəki 0,215 qram narkotik vasitə heroinin saxlanılması üçün Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilməsi, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmənin aparıldığı videogörüntü özündə əks etdirən 01 (bir) ədəd diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Cinayət işinin 93-94-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsinin Ambulator X1 dair xx.xx.2025-ci il tarixli, 3537 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 111-113-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin cəza Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən 2 (iki) il müddətinə sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Bundan başqa Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 180.2.2 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək həmin Məcəllənin 66.2 və 67.1ci maddələri nəzərə alınmaqla qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-107/2018 nömrəli, xx.xx.2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməsi və ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs cinayət işi üzrə 5 (beş) ay 24 (iyirmi dörd) gün həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəza müddətindən çıxılması və onun üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay 6 (altı) gün müddətində azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq olunması və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 2 (iki) il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilərək, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi və onun dərhal məhkəmə iclas zalında həbsdən azad edilməsi hökm etmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-160/2020 nömrəli, xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası CM-nin 180.2.2 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs Firuddin oğluna qəti olaraq 4 (dörd) il müddətinə azadlqıdan məhrum etmə cəzasının təyin edilməsi, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 31 avqust 2018-ci il tarixli, 1(010)-107/2018 saylı hökmü üzrə Təqsirləndirilən şəxs Firuddin oğlunun barəsində olan şərti məhkum etmənin ləğv edilməsi və həmin hökmlə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilərək onun üzərində qəti olaraq, 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs Firuddin oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin tutulduğu gündən (azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan), yəni 16 sentyabr 2019-cu il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minədək dəyişdirilmədən saxlanılması hökm etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(008)-593/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməsi, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edildikdə onun dərhal tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına etap olunması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli, 3-16-17/40/2-116184/2025 nömrəli məktubundan görünür ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli axtarış qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,265 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür.”. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində təhlükəli residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.2.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin təhlükəli residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmləri üzrə məhkumluqları hazırki cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilibödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. “Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun Qərarında göstərilir: «Cinayət Məcəlləsinin 83-cü maddəsində “məhkumluğun ödənilməsinin axımı müddətinin kəsilməsi” kimi müddəa yoxdur. Bu o deməkdir ki, birinci cinayətə görə məhkum edilən və cəzasını çəkib qurtaran şəxs məhkumluğun ödənilməsi üçün qanunla müəyyən edilən müddətdə yeni cinayət törətdikdə məhkumluğun ödənilməsi müddətinin axımı kəsilmir. Yəni hər bir məhkumluq üçün onun ödənilmə müddəti müstəqil hesablanmalıdır.”. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinməsi və qəti olaraq 1 (bir) il 6 (altı) ay 6 (altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və həmin cəzanın Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək 2 (iki) il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilməsinə dair Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü üzrə xx.xx.2020-ci il tarixə 1 (bir) il 6 (altı) ay 6 (altı) gün azadlıqdan məhrum etmə cəzası (Təqsirləndirilən şəxs Firuddin oğlunun barəsində olan şərti məhkum etmə ləğv edilməklə) Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 27 iyul 2020-ci il tarixli hökmü ilə təyin edilmiş cəzaya qismən birləşdirilmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmləri üzrə məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 illik müddətin axımı, onun Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 27 iyul 2020-ci il tarixli hökmü ilə təyin edilmiş cəzadan azad olunduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini 01 may 2025-ci il tarixdə törətmiş və həmin əməli törədərkən o, yuxarıda qeyd olunan hər iki hökm üzrə məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətlərin təhlükəli residivini yaradır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən halların olmaması və cəzasını ağırlaşdıran halın olması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, “Şübhəli şəxsin tutulması haqqında” 01 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 may 2025-ci il tarixdə saat 09:30-da şübhəli şəxs qismində tutulmuşdur. Tutmanın əvvəli Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 01 may 2025-ci il tarixdən saat 07:00-dan hesablanmışdır. “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” xx.xx.2025-ci il tarixli tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə İstintaq Şöbəsinin müstəntiqi Seymur Həsənovun vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs dərhal saxlanıldığı yerdən azadlığa buraxılması qərara alınmış, elə həmin gün onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Lakin iş materiallarında olan 02 may 2025-ci il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokolundan aydın olur ki, Təqsirləndirilən şəxs qismində dindirilməsi saat 16:25-də başlamış, saat 17:05-də bitmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istintaq zamanı 24 saatdan artıq tutma altında saxlanılmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, yuxarıda qeyd olunan hallar mütləq nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların olmaması və cəzasını ağırlaşdıran hal, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəza çəkməsinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınan video görüntünün əks edildiyi 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 18 (on səkkiz) iş saatına görə 198 (yüz doxsan səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 05 noyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan - Bakı şəhəri Sabunçu RPİ-nin saxlancına təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 0,215 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınan video görüntünün əks edildiyi 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 18 (on səkkiz) iş saatına görə 198 (yüz doxsan səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar