Məhkəmə qərarları › İş №1(008)-594/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-594/2024

25.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-594/2024 25.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Bəxdiyarlı Röyalə Qabil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Müdafiəçi2, təqsirləndirilən şəxs –Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 iştirakları ilə, təqsirləndirilən şəxsxx.xx.1997-ci ildə Xaçmaz rayonu, Hacıəlibəy kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonu, Hacıəlibəy ərazi idarəsi, Hacıəlibəy kəndində qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mayak bağları ünvanında yerləşən fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair təqsirləndirilən şəxsxx.xx.2001-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, cinayətdən xəbərsiz tanışları Şahid1 idarə etdiyi “Toyota Prius” markalı ** UP *** qeydiyyat nişanlı avtomobillə 08 mart 2024-cü il tarixdə saat 01 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X2un yaxınlığına gəlmiş və orada yolun kənarında saxlanılmış Zərərçəkmiş şəxs məxsus ** OT *** qeydiyyat nişanlı Qazel markalı avtomobilin açıq vəziyyətdə olan arxa yük yerindən hər birinin dəyəri 1200 manat olan, 04 ədəd «Miller STH 270» markalı qaynaq aparatı, dəyəri 1600 manat olan 01 ədəd Türkiyə istehsalı «Nuriş MA 350» markalı və hər birinin dəyəri 200 manat olan, 5 ədəd 20 metr uzunluğunda ümumilikdə 1000 manat dəyərində qalın qaynaq kabellərini gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 7400 manat xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməlinə görə Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, cinayətdən xəbərsiz tanışları Şahid1 idarə etdiyi “Toyota Prius” markalı, ** UP *** qeydiyyat nişanlı avtomobillə 08 mart 2024-cü il tarixdə saat 01 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X2un yaxınlığına gəlmiş və orada yolun kənarında saxlanılmış Zərərçəkmiş şəxs məxsus ** OT *** qeydiyyat nişanlı Qazel markalı avtomobilin açıq vəziyyətdə olan arxa yük yerindən hər birinin dəyəri 1200 manat olan, 04 ədəd «Miller STH 270» markalı qaynaq aparatı, dəyəri 1600 manat olan 01 ədəd Türkiyə istehsalı «Nuriş MA 350» markalı və hər birinin dəyəri 200 manat olan, 5 ədəd 20 metr uzunluğunda ümumilikdə 1000 manat dəyərində qalın qaynaq kabellərini gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 7400 manat xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməlinə görə Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 2023-cü ilin dekabr ayında Bakı şəhərində “Sea Breeze” istirahət mərkəzində Zərərçəkmiş şəxs səlahiyyətindəki yerdə çalışmış və maaşı 1400 manat olmuşdur. Daha sonra 2024-cü ilin fevral ayının ortalarından onu daha az maaş verilən yerə keçirmişlər və onun fikrincə bunu edən Mehdi özü olmuşdur. Ona görə də ondan incikli olmuşdur. Sumqayıt və Bakı şəhərində olan zaman Əmrahı artıq taksi fəaliyyəti ilə məşğul olduğu üçün sonuncudan onu ailəsinin yaşadığı Xaçmaz rayonuna və ya başqa yerə getmək üçün çağırırdı. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində işdən çıxıb, hazırkı iş yoldaşı və Xaçmaz rayonundan gəlmiş Eltonla görüşüb, spirtli içki qəbul etmişlər. Onlar Sumqayıtda eyni binada yaşamışlar. Daha sonra Eltonla məhəlləyə çıxıb adsız kafedə araq qəbul edərək içki məclisini davam etmişlər. Orada söhbət zamanı Eltonla qərara gəlmişlər ki, Mehdinin iş alətlərini oğurlasınlar və sonuncuya ziyan vursunlar. O, Mehdinin iş alətlərini Qazel markalı avtomobilin arxa yük yerində saxladığını, Qazelin də iş görülən ərazidə olmasını bilirdi. Buna görə saat 23:30 radələrində Əmraha zəng edib, iş alətlərini işlədiyi “Sea Breeze” istirahət mərkəzinin qarşısından götürüb, sabahı günün iş günü olmamasına görə onu Xaçmaz rayonuna aparmasını və sonuncuya 70 manat pul verə biləcəyini demiş və Əmrah razılaşıb Sumqayıt şəhərinə gəlmişdir. X1 da Xaçmaz rayonundan olmasını və onlarla gedəcəyini demişdir. Əmrah taksi fəaliyyəti ilə məşğul olduğu “Toyota Prius” markalı ** UP *** qeydiyyat nişanlı avtomobillə onları 08 mart 2024-cü il tarixdə saat 01 radələrində “Sea Breeze” istirahət mərkəzinin yaxınlığına gətirmişdir. Əmraha gözləməsini və iş alətlərini yola çıxarıb, xəbər edəndə gəlib onları aparmasını demişdir. Eltonla birlikdə “Sea Breeze” istirahət mərkəzindən 200-300 metr irəlidəki, qarşı tərəfdəki yolun kənarında olan Qazel markalı avtomobilin arxa yük yeri tərəfinə gəlmiş, Elton ayağını Qazelin arxa tərəfindəki dəmirə qoyub, orada olan 5 ədəd qaynaq aparatı və onun kabellərini bir-bir ona vermişdir. O da onları yolun kənarına gətirmişdir. Qazelin dayandığı həmin yer “X2” adlanan yerə yaxındır. Daha sonra Əmraha zəng edib, geriyə qayıtmasını demiş və onları götürəcəyi yeri izah etmişdir. Əmrah gəlmiş və Eltonla o, 5 ədəd qaynaq aparatı və onların kabellərini avtomobilin arxa yük yerinə yığmışlar. Xaçmaz rayonuna gedəndə Əmrahın nədənsə şübhələnməməsini gördüyü üçün rahat olmuş və həmçinin sərxoş olduqları üçün avtomobildə yatmışlar. Rayona çatanda əvvəldən zəng edib, qonaq gələcəyini bildirdiyi Xaçmaz rayonunda yaşayan dostu Şahid2 evinin yaxılığına gəlmişlər. Əkbəri çağırıb, sonuncu ilə görüşmüş və əşyalarını 2-3 gün müddətinə həyətində saxlamasını xahiş etmişdir. O, özü Xaçmaz rayonunda bina evində yaşadığı üçün Əkbər razılaşmış və özü qaynaq apratlarını Əkbərin evinin həyətinə yığmışdır. Daha sonra ona sabahı gün görüşəcəklərini demiş və ayrılmışlar. Əkbərin də ağlına onların oğurluq mal olması gəlməmişdir. O, Əkbərə həmin qaynaq aparatlarının özünün iş alətləri olmasını demişdir. Geri qayıdarkən Eltonla birlikdə Xaçmaz rayonunda dairəvi yol deyilən, Bakı şəhərinə mütəmadi gedib-gələn taksilərin dayandığı yerdə Əmrahla sağollaşıb, əvvəldən sonuncuya 20 manat verdiyi üçün kartına da 50 manat göndərəcəyini demişdir. Düşərkən Elton kabelləri götürmüş və pulları olsun deyə onu tez bir zamanda satmaq istədiyini demişdir. O, həmin vaxt Xaçmaz rayonundakı evinə getmək fikrində olmuşdur. Lakin Elton Bakı şəhərinə gedən nömrəsini görmədiyi taksilərdən birinə yaxınlaşıb, əlindəki kabelləri neçəyə ala biləcəyini soruşub, taksi sürücüsü də 140 manat deyərkən o, razışmış və kabelləri satıb, 140 manatı almışdır. Həmin puldan 40 manat pulu ona vermiş və o, iş yerində şübhə yaratmamaq üçün iş günü olmasa da həmin gün Sumqayıta qayıdıb, işə getməyi qərara almışdır. Artıq saat 05 radələri olarmış və Elton oradan Xaçmaz rayonundakı evinə, o da yenidən yol taksiləri ilə Sumqayıt şəhərinə gəlmişdir. Həmin gün işə getmiş və heç kim ondan şübhələnməmişdir. 09 mart tarixində isə polis əməkdaşları onu tutmuşlar. Əməlindən peşmandır. İlk dəfə cinayət törətməsini, dəymiş ziyanın ödənilməsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs2 iş yerindən tanıyır və sonuncu onun yerlisi olduğu üçün dostluq edirlər. Asifin atası da onlar işlədiyi şirkətdə uzun müddətdir ki, çalışır. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində işdən çıxıb, Asiflə görüşüb, spirtli içki qəbul etmişlər. Onlar Sumqayıtda eyni binada yaşamışlar. Daha sonra Asiflə məhəlləyə çıxıb adsız kafedə araq qəbul edərək içki məclisini davam etmişlər. Orada söhbət zamanı Asif onu az maaşlı işə keçirdikləri üçün onun da qiyabi tanıdığı, sahə rəisi Mehdinin iş alətlərini oğurlamaq və sonuncuya ziyan vurmaq qərarına gəlmişlər. Asif Mehdinin iş alətlərini Qazel markalı avtomobilin arxa yük yerində saxladığını, Qazelin də iş görülən ərazidə olmasını bildiyini demişdir. Buna görə saat 23:30 radələrində Asif sonradan adının Əmrah olmasını bildiyi şəxsə zəng edib, iş alətlərini “Sea Breeze” istirahət mərkəzinin qarşısından götürüb, sabahı günün iş günü olmamasına görə onu Xaçmaz rayonuna aparmasını və ona 70 manat pul verəcəyini demiş və Əmrah razılaşıb Sumqayıt şəhərinə gəlmişdir. Əmrah taksi fəaliyyəti ilə məşğul olduğu “Toyota Prius” markalı, ** UP *** qeydiyyat nişanlı avtomobillə onları “Sea Breeze” istirahət mərkəzinin yaxınlığına gətirmişdir. Əmraha gözləməsini və Asifin iş alətlərini yola çıxarıb, xəbər edəndə gəlib onları aparmasını demişlər. Artıq 08 mart tarixi olmuş və saat 01 radələri olarmış. Asiflə birlikdə X2unun yaxınlığında yolun kənarında olan Qazel markalı avtomobilin arxa yük yeri tərəfinə gəlmişlər. O, ayağını Qazelin arxa tərəfindəki dəmirə qoyub, orada olan 5 ədəd qaynaq aparatı və onun kabellərini bir-bir Asifə vermiş, Asif də onları yolun kənarına aparmışdır. Daha sonra Asif Əmraha zəng edib, geriyə qayıtmasını demiş və onları götürəcəyini yeri izah etmişlər. Əmrah gəlmiş və Asiflə o, 5 ədəd qaynaq aparatı və onların kabellərini avtomobilin arxa yük yerinə yığmışlar. Xaçmaz rayonuna gedəndə Əmrahın nədənsə şübhələnməməsini gördükləri üçün rahat olmuş və həmçinin sərxoş olduqları üçün avtomobildə yatmışlar. Asifin əvvəldən zəng edib, qonaq gələcəyini bildirdiyi Xaçmaz rayonunda yaşayan dostu Şahid2 evinin yaxınlığına gəlmişlər. Əkbəri çağırıb, onunla görüşmüş və öz iş alətlərini 2-3 gün müddətinə həyətində saxlamasını ondan xahiş etmişdir. O, həmin vaxt avtomobilin yanında olmuşdur. Asif Xaçmaz rayonunda bina evində yaşadığı üçün Əkbər razılaşmış və özü qaynaq aparatlarını Əkbərin evinin həyətinə yığmışdır. Daha sonra oradan ayrılmışlar. Əkbərin də ağlına onların oğurluq mal olması gəlməmişdir. Çünki şübhəli heç nə deməmişlər və Asif həmin alətlərin özünün iş alətləri olmasını ona demişdir. Geri qayıdarkən Asiflə birlikdə Xaçmaz rayonunda dairəvi yol deyilən, Bakı şəhərinə mütəmadi gedib-gələn taksilərin dayandığı yerdə Əmrahla sağollaşıb, əvvəldən ona 20 manat verdikləri üçün kartına da 50 manat göndərəcəklərini demişlər. Düşərkən o, kabelləri götürmüş və pulları olsun deyə onu tez bir zamanda satmaq istədiyini Asifə demişdir. Bu məqsədlə o, Bakı şəhərinə gedən nömrəsini görmədiyi, qara və ya tünd qırmızı rəngli “Toyota Carolla” markalı taksi avtomobilinə yaxınlaşıb, sürücüdən əlindəki kabelləri neçəyə ala biləcəyini soruşmuşdur. Taksi sürücüsü də 140 manata ala biləcəyini deyərkən o razılaşmış və kabelləri satıb, 140 manat pul almışdır. Həmin puldan 40 manatını Asifə vermiş və bu zaman Asifə iş yerində şübhə yaratmamaq üçün iş günü olmasa da həmin gün Sumqayıta qayıdıb, işə getməyi düşündüyünü demişdir. O isə rayonda qalacağını, sonuncunun nə istəyirsə etməsini demişdir. Artıq saat 05 radələri olarmış və o, oradan Xaçmaz rayonundakı evinə gələrkən Asif də yenidən yol taksisi ilə Sumqayıt şəhərinə getmişdir. 09 mart tarixində isə polis əməkdaşları onu tutmuşlar. Əməlindən peşmandır. İlk dəfə cinayət törətməsini, dəymiş ziyanın ödənilməsinin nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 qeyd edilən əməli törətməkdə təqsirliliyi öz ifadələri ilə yanaşı aşağıdakı sübutlarla da təsdiq olunur. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, “Pro Buling” şirkətində sahər rəisi vəzifəsində çalışır. Hazırda həmin şirkət Nardaran qəsəbəsi, Nardaran Pirşağı yolunun kənarında böyük su borularının çəkilişi ilə məşğul olurlar. Orada işlərini gördükdən sonra iş alətlərini ona məxsus ** OT *** nömrə nişanlı Qazel markalı avtomobilin açıq vəziyyətdə olan arxa yük yerinə yığıb, Qazelin də arxa tərəfini demək olar ki, divar tərəfə çox yaxın olmaqla saxlayıb çıxıb getmişdir. Həmin qazelin arxa hissəsi açıqdır və onu hər kəs gəlib açaraq içərisindən əşyaları götürə bilər. Lakin o, bunun baş verməməsi üçün Qazelin arxa hissəsini divara dirənmiş formada saxlayırmış. xx.xx.2024cü il tarixdə səhər saatlarında işə gəlib, işləmək üçün Qazelin arxa hissəsindən əşyalarını, yəni özünə məxsus hər birinin dəyəri 2000 manat olan, ümumi dəyəri 10,000 manat olan 5 ədəd qaynaq aparatının və dəyəri 1000 manat olan 100 metr ölçüdə qalın qaynaq kabelinin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını aşkar etmişdir. Avtomobilindən başqa hər hansı əşya və predmet oğurlanmamış və Qazelin arxa yük yeri bağlı olmuşdur. Lakin oraya üst-üstə və yan-yana yığdığı 5 ədəd qaynaq aparatı və onlara məxsus birinin uzunluğu 20 metr olan 5 ədəd qaynaq kabelinin oğurlanmasını aşkar etmişdir və polisə məlumat vermişdir. DİN-nin 102 xidmətinə oradan laqonda da oğurlanmasını desə də, faktiki laqondaların Qazelin yük yerində olmasını sonradan görmüşdür. Hadisə nəticəsində ona ümumilikdə 11,000 manat maddi ziyan dəymişdir. Hadisəni törətməkdə şübhələndiyi şəxs yoxdur. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, əvvəllər “Qarabağ” zonasında fəhlə kimi su borularının çəkilişində çalışmışdır. Həmin vaxt iş yoldaşı Təqsirləndirilən şəxs2 ilə dostluq münasibəti yaranmış və o, işdən çıxandan sonra taksi fəaliyyəti ilə məşğul olarkən Asif yaşadığı Xaçmaz rayonuna və ya başqa yerə getmək üçün onu çağırırdı. xx.xx.2024-cü il tarixdə saat 23:30 radələrində Asif ona zəng edib, Nardaran qəsəbəsində, “Sea Breeze” istirahət mərkəzinin qarşısındakı iş yerində qalan iş alətlərini götürüb, növbəti gün iş günü olmadığı üçün ailəsinin yanında qalmaq üçün Xaçmaz rayonuna getmək istədiyini, gəlib onu Xaçmaz rayonuna 70 manat pul müqabilində aparıb-apara bilməyəcəyini soruşmuşdur. O da razılaşaraq Asifin olduğu Sumqayıt şəhəri, H.Əliyev parkının yanındakı adını bilmədiyi kafeyə gəlmişdir. Asif orada sonradan adının Elton olmasını bildiyi şəxslə sərxoş vəziyyətdə çıxıb, “Sea Breeze”ə getmələrini demişdir. O, sonuncunu “Sea Breeze”ə apararkən söhbət zamanı Asif bəzi əşyalarını gedəcəkləri yerdən götürüb, Xaçmaz rayonununa dönəcəyini demişdir. O, xx.xx.2024-cü il tarixdə saat 00:20 radələrində “Sea Breeze” istirahət mərkəzinin qarşısına çatmışdır. Asiflə Elton idarə etdiyi “Toyota Prius” markalı ** UP *** qeydiyyat nişanlı avtomobildən enib, iş yerinin qarşısına özlərinin getməsini və onun gözləməyini, iş alətlərini yol kənarına çıxarıb onu çağıracaqlarını bildirib getmişlər. 10-15 dəqiqə sonra Asif təkrar ona zəng edib, geri qayıtmağını demiş, olduğu yeri izah etmiş və o, sonuncunun izah etdiyi yerə getmişdir. Avtomobilin arxa yük yerini açmış və Eltonla Asif 5 ədəd qaynaq aparatı və kabelləri avtomobilə yükləmişlər. Onlar Xaçmaz rayonuna çatanda saat 02 radələri olarmış. Orada Asif bir həyət evinin qarşısındə avtomobili saxlamağını xahiş etmişdir. Həmin evin həyətinə daxil olub, avtomobilin arxa yük yerini açıb, Eltonla həmin qaynaq aparatlarını evin həyətinə yığmışlar. Xaçmaza gələrkən Asiflə Elton çox miqdarda içki qəbul etdikləri üçün yatmışlar. Qaynaq aparatlarını boşaltdıqdan sonra ona Xaçmazda Bakıya gedən taksilərin olduğu “kruq" deyilən yerə getməyini bildirmişlər. O, həmin yerə gələrkən Elton avtomobildə qalan kabelləri götürmüş və Asiflə birlikdə yaxınlıqdakı evinə gedəcəyini bildirib, sağollaşıb ayrılmışlar. Xaçmaza gələrkən Asif əvvəldən ona 20 manat pul vermiş, 50 manat pulu da onun kartına göndərəcəyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - hadisə yerinə baxış keçirmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran-Pirşağı yolu X2un kənarına baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur; - Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, faktla əlaqədar AR CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. - Cinayət törətməkdə şübhəli olan şəsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. - Cinayət törətməkdə şübhəli olan şəsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. - Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 AR CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. - Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. - xx.xx.2024-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. - xx.xx.2024-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. - xx.xx.2024-cü il tarixli tutulmuş şəxsin müvəqqəti saxlama təcridxanasından azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs1 saxlanıldığı Sabunçu RPİ-nin MSY-dən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. - xx.xx.2024-cü il tarixli tutulmuş şəxsin müvəqqəti saxlama təcridxanasından azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs2 saxlanıldığı Sabunçu RPİ-nin MSY-dən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. - xx.xx.2024-cü il tarixli əşyaların tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin ********* saylı cinayət işinin istintaqı ilə əlaqədar olaraq Zərərçəkmiş şəxs ona məxsus oğurlanmış 5 ədəd qaynaq aparatı təqdim edilmiş və sonuncu ona təqdim edilən qaynaq aparatlarının ona məxsus olmasını bildirmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs2 məhkumluğu barədə məlumat yoxdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs1 məhkumluğu barədə məlumat yoxdur. - Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 4 ədəd Müller və 1 ədəd Nuriş markalı qaynaq aparatları sonuncu tərəfindən təhvil alınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/2023 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş qaynaq aparatlarının istifadə olunması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 6400 manat müəyyən olunmuşdur. O cümlədən: 01 ədəd Türkiyə istehsalı “Nuriş MA 350” markalı, qaynaq aparatı-1600 manat; 04 ədəd “Miller STH 270” markalı qaynaq aparatı-4800 manat. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iş üzrə 01 ədəd Türkiyə istehsalı “Nuriş MA 350” markalı və 04 ədəd “Miller STH 270” markalı qaynaq aparatları maddi sübut kimi tanınaraq zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmışdır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Qərarında Plenum qərara almışdır ki:”…2. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir... 10. Özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir.... 11. CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələrlə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs2 cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələrlə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 №li Qərarında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri əməl az ağır cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mayak bağları ünvanında yerləşən fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Xaçmaz rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onların davranışına nəzarəti həyata keçirmək yaşayış yerləri üzrə Rayon (Şəhər) Probasiya İdarəsinə həvalə edilməli, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcının cəzanı icra edən orqanda qeydiyyata alındıqları vaxtdan hesablanmalı, Azərbaycan Respublikası CPM-nin 132.1.5-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 01 ədəd Türkiyə istehsalı “Nuriş MA 350” markalı və 04 ədəd “Miller STH 270” markalı qaynaq aparatlarının zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalı, Azərbaycan Respublikası CPM-nin 198.3-cü maddəsinə əsasən iş üzrə məhkəmə məsrəfi olan 50 manat ekspertiza xərcinin 25 manatı Təqsirləndirilən şəxs2 və 25 manatı isə Təqsirləndirilən şəxs1 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, vəkillərin məhkəmədə iştirak etdikləri müddət 30 iş saatı, müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla hər birinə 180 (bir yüz səksən) manat (30x6) məbləğində əmək haqqı Bakı şəhəri 7 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçilər Müdafiəçi1, Müdafiəçi2 dövlət büdcəsi hesabına ödənilməlidir. Nəticə: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 09 mart 2024-cü il tarixdən 11 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 4 gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mayak bağları ünvanında yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 09 mart 2024-cü il tarixdən 11 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 4 gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Xaçmaz rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan 01 ədəd Türkiyə istehsalı “Nuriş MA 350” markalı və 04 ədəd Milter STH 270 markalı qaynaq aparatları zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan 50 manat ekspertiza xərcinin 25 manatı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, 25 manatı isə Təqsirləndirilən şəxs1 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2 sərf etdikləri hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə hər birinə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, hakim Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar