Məhkəmə qərarları › İş №1(008)-596/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-596/2024

07.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-596/2024 07.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Nuri Nihal Yusif oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs –Təqsirləndirilən şəxs iştirakları ilə, təqsirləndirilən şəxsxx.xx.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni yaşayış massivi nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə ghetməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-cı maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ondan ötrü ki, o, cavabdeh kimi ondan 03 sentyabr 2019- cu il tarixdən başlayaraq 06 dekabr 2004-cü il tarixdə anadan olmuş X3, 05 sentyabr 2006-cı il tarixdə anadan olmuş X4, 22 aprel 2011-ci il tarixdə anadan olmuş X2 və 20 iyul 2015-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq hər bir uşağa görə hər ay 120 manat, ümumilikdə cəmi 480,00 manat məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 10 mart 2020-ci il tarixli, 2(103J-2317/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzürsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 16 yanvar 2020-ci il tarixli, 3(008)-205/2020 saylı qərarına əsasən 15 (on beş) gün, 18 may 2023-cü il tarixli, 3(008)-2465/2023 saylı qərarına əsasən 10 (on) gün müddətinə inzibati qaydada həbs tənbeh növü təyin olunmasına və icra sənədindəki tələbi icra etmədiyi üçün ona 01 mart 2024-cü il, 28 mart 2024-cü il və 09 aprel 2024-cü il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 18 aprel 2024-cü il tarixədək şəxsi maraq niyyəti ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə qətnaməsi üzrə ümumilikdə 14491,00 manat məbləğində borcunu ödəməməklə qeyd edilən məbləğdə sonuncuya maddi ziyan vuraraq qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq qəsdən icra etmərnəklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs 2019-cu ilin axırlarında ondan boşanmağa görə və dörd azyaşlı uşaqlarının saxlanılmasından ötrü aliment pulunun alınması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Həmin rayon məhkəməsi tərəfindən aralarında bağlanmış rəsmi nikahları ləğv olunaraq 4 uşağın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq hər bir uşağa görə hər ay 160,00 manat, ümumilikdə cəmi 640,00 manat məbləğində alimentin ondan alınaraq keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ödənilməsinə dair 03 oktyabr 2019-cu il tarixli, 2(008)-6168/2019 saylı qətnamə çıxarılmışdır. O, qeyd edilən rayon məhkəməsinin qətnaməsindən narazı qaldığı üçün həmin qətnamədən apellyasiya şikayəti vermiş və Apellyasiya Məhkəməsi tərəfindən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 oktyabr 2019- cu il tarixli, 2(008)-6168/2019 saylı qətnaməsi qismən ləğv edilərək 03 sentyabr 2019-cu il tarixdən başlayaraq uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq hər bir uşağa görə hər ay 120,00 manat, ümumilikdə cəmi 480,00 manat məbləğində alimentin ondan alınaraq keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ödənilməsinə dair 10 mart 2020-ci il tarixli, 2(103)-2317/2020 saylı qətnamə çıxarılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsinə göndərilmiş və icra dövründə keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs alimentə görə imkanı daxilində ödəniş etməyinə baxmayaraq icra məmuru tərəfindən barəsində bir neçə dəfə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə 15 (on beş) gün, 18 may 2023-cü il tarixli qərarı ilə 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurunun təqdimatı əsasında Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs şikayətinə əsasən ölkədən çıxışına müvəqqəti olaraq məhdudiyyət qoyulması barədə qərar qəbul edilmişdir. O, Məhkəmə qətnaməsindən sonra icra dövründə keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs qeyd edilən məhkəmə qətnaməsi üzrə alimentə görə 10649,00 manat məbləğində ödəniş etmişdir. 18 aprel 2024-cü il tarixədək 14491,00 manat məbləğində qalıq borcu qalmışdır. Aliment borcunu tam olaraq ödəməməsinə səbəb maddi imkanının olmamasıdır. Hazırda heç yerdə işləmir. Abşeron rayonunda 2 sot torpaq sahəsi vardır, lakin çıxarışı yoxdur bələdiyyə sənədi əsasında ona verilib, həmin torpaq sahəsi satılsa zərərçəkmiş şəxsin aliment borcunu ödəyə bilər. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ilə ailə münasibətlərinin pozulması nəticəsində 2018-ci ilin axırlarında məcburiyyət qarşısında qalaraq dörd azyaşlı uşaqlarını götürərək gəlin gəldiyi evdən çıxaraq valideynlərinin yaşadığı ünvana gedərək onların himayəsində yaşamağa başlamışdır. Həmin vaxtdan bir müddət keçəndən sonra keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs bir ata kimi azyaşlı uşaqlarının taleyi ilə maraqlanmadığına görə və uşaqların böyüdülməsində maddi cəhətdən əziyyyət çəkdiyi üçün 2019-cu ilin axırlarında sonuncudan boşanma və dörd azyaşlı uşaqların saxlanılmasından ötrü aliment pulunun alınması üçün aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Həmin rayon məhkəməsi tərəfindən aralarında bağlanmış rəsmi nikahları ləğv olunaraq uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq hər bir uşağa görə hər ay 160,00 manat, ümumilikdə cəmi 640,00 manat məbləğində alimentin keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsinə dair 03 oktyabr 2019-cu il tarixli, 2(008)-6168/2019 saylı qətnamə çıxarılmışdır. Keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs qeyd edilən rayon məhkəməsinin qətnaməsindən narazı qaldığı üçün həmin qətnamədən apellyasiya şikayəti vermiş və Apellyasiya Məhkəməsi tərəfindən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2(008)-6168/2019 saylı qətnaməsi qismən ləğv edilərək 03 sentyabr 2019-cu il tarixdən başlayaraq uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq hər bir uşağa görə hər ay 120,00 manat, ümumilikdə cəmi 480,00 manat məbləğində alimentin keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsinə dair 10 mart 2020-ci il tarixli, 2(103)- 2317/2020 saylı qətnamə çıxarılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrası üçün Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsinə göndərilmiş və icra dövründə keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alimentə görə ödəniş etmədiyi üçün icra məmuru tərəfindən sonuncunun barəsində inzibati xəta haqqında bir neçə dəfə protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə o, 15 (on beş) gün, 18 may 2023-cü il tarixli qərarı ilə 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurunun təqdimatı əsasında Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ölkədən çıxışına müvəqqəti olaraq məhdudiyyət qoyulması barədə qərar qəbul edilmişdir. O, Maarifə neçə dəfə güzəşt etmişdir. 10080 manat ödənişi qəbul etməsinə dair qəbzi ona görə yazmışdır ki, Maarif söz vermişdir ki, torpağını satıb pulu ödəyəcəkdir. Lakin heçnə etməmişdir. Ümumilikdə 25000 manata yaxın aliment ödənişini ona güzəşt etmişdir. Lakin Maarif bundan da bir nəticə çıxartmamış, borcun ödənilməsi istiqamətində heç bir addım atmamışdır. 14491 manat məbləğində qalıq borc müəyyən olunub həmin pulun ödənilməsini tələb edir. Təqsirləndirilən şəxs maddi imkanın yaxşı olmasına baxmayaraq alimenti ödəmir. Əgər maddi imkanı olmasa idi özünə hündürmərtəbəli binadan ev axtarmazdı, maşınını dəyişdirmək istəməzdi. Əgər alimenti ödəmirsə məhkəmədən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri sabunçu rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 ifadəsində göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 10 mart 2020-ci il tarixli, 2(103)~2317/2020 saylı icra vərəqəsinə əsasən 06 dekabr 2004-cü il təvəllüdlü X3, 05 sentyabr 2006-cı il təvəllüdlü X4, 22 aprel 2011-ci il təvəllüdlü X2, 20 iyul 2015-ci il təvəllüdlü X1 üçün borclu Təqsirləndirilən şəxs hər uşağa görə hər ay 120,00 manat olmaqla, ümumilikdə cəmi 480,00 manat məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədi 31 mart 2020-ci il tarixdə şöbənin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar və tələbin könüllü icra edilməsinə dair bildiriş qəbul edilərək borclunun ünvan 3 ünvanına poçt vasitəsi ilə göndərilmişdir. Borclunun əmlak və gəlirlərinin axtarışı ilə əlaqədar aidiyyəti təşkilatlara sorğular göndərilmiş, lakin tələbin yönəldilə biləcəyi hər hansı bir əmlakı və gəlir yerləri müəyyən olunmamışdır. Borclu icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə və icra sənədi üzrə nəzərdə tutulan tələbi icra etməkdən üzrsüz səbəbdən yayındığı üçün barəsində inzibati qaydada protokol tərtib edilərək Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə təqdim edilmiş və həmin rayon məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 3(008)-205/2020 saylı qərarına əsasən borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İcra sənədini icra etmədiyi üçün yenidən barəsində 18 may 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə təqdim edilmiş və həmin rayon məhkəməsinin 19 may 2023-cü il tarixli, 3 (008)-2465/2023 saylı qərarına əsasən o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi iiə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Müvafiq təqdimata əsasən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 8(008)-98/2024 saylı qərardadı ilə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhudlaşdırmışdır. Bakı Apellyasiya Məhkəməsinin 10 mart 2020-ci il tarixli, 2(103)-2317/2020 saylı icra sənədi üzrə aliment borcundan icra dövründə ümumilikdə 10649,00 manat ödənilsə də, qeyd olunan qətnamə üzrə təqdimat verilən tarixədək, yəni 18 aprel 2024-cü il tarixədək 14491,00 manat məbləğində aliment borcu yaranmışdır. Yaranmış aliment borcunun ödənilməsi dəfələrlə borclu Təqsirləndirilən şəxs tələb edilmiş, lakin o, borc öhdəliklərini yerinə yetirməmişdir. Bu səbəbdən də, borclu Təqsirləndirilən şəxs xəbərdarlıq olunmasına və barəsində bir neçə dəfə inzibati tənbeh tətbiq ediməsinə baxmayaraq məhkəmə qətnaməsinin icrasını təmin etmədiyi üçün Azərbaycan Respublikasının CM-nin 306.1 -ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair təqdimat və əlavə edilmiş materiallar baxılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq idarəsinə göndərilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2317/2020 saylı, xx.xx.2020-cü il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)- 6168/2019 saylı qətnaməsi qismən ləğv edilmiş və xx.xx.2004-cü il təvəllüdlü X3, 05 sentyabr 2006-cı il təvəllüdlü X4, 22 aprel 2011-ci il təvəllüdlü X2, 20 iyul 2015-ci il təvəllüdlü X1 üçün cavabdeh Təqsirləndirilən şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə hər ay sabit pul məbləğində tutulan alimentin miqdarı hər uşaq üçün 120,00 manat olmaqla, cəmi 480,00 manat məbləğində müəyyən edilmişdir. - Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru Şahid1 icraata başlamaq haqqında xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2317/2020 saylı, xx.xx.2020-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-205/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, həmin qərar ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 15 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-2465/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin qərar ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(008)-98/2024 saylı qərardaddan görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. - qətimkan tədbiri seçmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. - alimentin alınması haqqında xx.xx.2021-ci il tarixli qəbzin sürətindən görünür ki, Zərərçəkmiş şəxs borclu Təqsirləndirilən şəxs 10080 manat aliment pul vəsaitini qəbul etmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. - Azərbaycan Beynəlxalq Bank tərəfindən Sabunçu Rayon İcra Şöbəsinə göndərilmiş xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Təqsirləndirilən şəxs adına ABB ASC-nin müştəri xidməti departamentində bank hesabı vardır və hesab üzrə qalıq məbləği 570 manat təşkil etmişdir. - Azərbaycan Beynəlxalq Bank tərəfindən Sabunçu Rayon İcra Şöbəsinə göndərilmiş xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Təqsirləndirilən şəxs adına tərtib olunmuş xx.xx.2023-cü il tarixli inkasso sərəncamı Sabunçu Rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli, 43648/23 saylı məktubuna əsasən icraya qəbul edilmiş və xx.xx.2023-cü il tarixində 569 AZN qismən ödəniş edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, ilk dəfə cinayət əməli törətməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal yoxdur. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən icra etmədiyindən iki dəfə inzibati məsuliyyətə cəlb olunmuşdur.Lakin bundan da bir nəticə çıxarmayaraq icra sənədinin icrası istiqamətində heç bir tədbir görməmişdir. Bank hesabında müəyyən qədər vəsait olmasına baxmayaraq onu könüllü şəkildə təqdim etməmiş, yalnız məcburi icra tədbiri qaydasında tətbiq edilən inkasso sərəncamı əsasında həmin vəsait icra sənədinin icrasına yönəldilmişdir. Bundan başqa özünə məxsus torpaq sahəsini sataraq zərərçəkmiş şəxsə aliment borcunu ödəyəcəyini bildirdiyi üçün ona uzun müddət vaxt verilməsinə baxmayaraq bu istiqamətdə də heç bir tədbir görməmişdir. Bütün bunlar təqsirləndirilən şəxsin icra sənədinin icrasından qərəzli olaraq yayınmasının, dövlətin adından çıxarılan məhkəmə aktının icrasına laqeyd, etinasız yanaşmasının göstəricisidir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət ədalət mühakiməsi əleyhinə olan cinayətlərə daxildir. Məhkəmə aktının icra olunmaması məhkəmə müraciət etmək hüququnun əhəmiyyətini heçə endirməklə insanlarda məhkəmə sisteminə olan inamin itməsinə səbəb ola bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini ədalət mühakiməsi və xeyrinə qətnamə çıxarılmış şəxsin mənafeyi təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.20-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə iclas zalından dərhal həbs edilməli; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs 30 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 180 manat əmək haqqı Bakı şəhəri 7 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin.. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, hakim Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar