Məhkəmə qərarları › İş №1(008)-599/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-599/2023

13.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-599/2023 13.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Zalqarağac kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 04 yanvar 2023-cii il tarixdə, saat 10:30 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Prius” markalı, **-VJ- *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməyərək, yəni hərəkət surəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 90 km/saata qədər məhdudlaşdırılmış yolda avtomobili 95 km/saat sürətlə hərəkət etdirərək, həmin yol nişanının tələblərinə, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olması barədə tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələbləri pozub idarə etdiyi avtomobillə Balaxanı qəsəbəsi istiqamətində qarşısında yolun sağ zolağından bir qədər solda hərəkətdə olan Şahid1 idarə etdiyi “Hyundai Accent” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsindən ehtiyatsızlıqdan vurması nəticəsində sonuncu avtomobil idarəetməni itirib əvvəl sağa, sonradan sola istiqamətlənərək, yolun sol hissəsində olan əks istiqamətli hərəkət yolunu ayıran beton lövhəyə dəyməklə əks istiqamətli hərəkət yoluna çıxıb Böyükşor qəsəbəsi istiqamətində hərəkətdə olan Şahid2 etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz E320” markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq hissəsinə çırpılmış, daha sonra isə yolun orta hissəsində olan işıq dirəyinə dəyib dayanmış, nəticədə “Mercedes Benz E320” markalı, 99-MB- 836 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ oturacağında sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs sağ əlin İ barmağının qapalı sınığı, sol baldır nahiyəsinin qançırı, sağ diz və sağ baldır nahiyələrinin sıyrıqları ilə müşayiət olunan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər alaraq sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs iş üzrə verilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, hazırda ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. O, bir müddət əvvəl “Uber” şirkətinə qoşulub müqavilə əsasında həmin şirkətdən “Toyota Prius” markalı **-VJ-*** qeydiyyat nişanlı avtomobil götürərək etibarnamə əsasında idarə etmişdir. O, 04 yanvar 2023-cü il tarixdə, saat 10:30 radələrində idarə etdiyi “Toyota Prius” markalı, **-VJ-*** qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Böyükşor qəsəbəsindən gölün üzərindən çəkilmiş iki istiqamətli iki zolaqlı yolun sağdan ikinci hərəkət zolağı ilə üzü Sabunçu rayonu, Balaxanı qəsəbəsi istiqamətində 90-95 km/saat, yəni 100 km/saat sürətin altında hərəkətdə olmuş, həmin vaxt, sağdan birinci hərəkət zolağı ilə onunla eyni istiqamətdə hərəkətdə olan “Hyundai Accent” markalı, **-OC-*** qeydiyyat nişanlı avtomobil onun hərəkət istiqamətinə çıxaraq sürətini azaltmışdır. O, dərhal əyləci sıxaraq idarə etdiyi avtomobili saxlamağa çalışmış, lakin, məsafə çox az olduğu üçün avtomobilinin qabaq sağ hissəsi “Hyundai Accent” markalı, **-OC-*** qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsindən dəymişdir. Toqquşma nəticəsində “Hyundai Accent” markalı avtomobil idarəetməni itirərək yan hissəsi ilə əvvəlcə yolun sol hissəsində olan əks istiqamətli hərəkət yolunu ayıran beton lövhəyə dəymiş, sonra isə əks istiqamətli hərəkət yoluna çıxıb əks istiqamətli hərəkət yolunda üzü Böyükşor qəsəbəsi istiqamətində hərəkətdə olan “Mercedes Benz E320” markalı, **-MB- *** qeydiyyat nişanlı avtomobilə çırpılaraq yolun orta hissəsində olan işıq dirəyinə dəyib dayanmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində o, xəsarət almamış, lakin, “Hyundai Accent” və “Mercedes Benz E320” markalı avtomobillərin sürücüləri müxtəlif növ bədən xəsarətləri almışdır. Hadisdən dərhal sonra təcili tibbi yardım çağırmış və zərərçəkmiş şəxslərə köməklik göstərməyə çalımışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 04 yanvar 2023-cü il tarixdə, saat 10:30 radələrində qohumu Şahid2 idarə etdiyi “Mercedes Benz E 320” markalı, **-MB-*** qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsindən gölün üzərindən çəkilmiş iki istiqamətli iki zolaqlı yolun sağdan birinci hərəkət zolağı ilə üzü Böyükşor qəsəbəsi istiqamətində hərəkətdə olmuş, həmin vaxt, o, sağ ön oturacaqda sərnişin qismində əyləşmişdir. Onlar hərəkətdə olduqları zaman əks hərəkət yolunda əks istiqamətli hərəkət yolunu ayıran beton lövhəyə yaxın birinci hərəkət zolağı ilə hərəkət edən “Toyota Prius” markalı, **-VJ-*** qeydiyyat nişanlı avtomobil onunla eyni istiqamətdə qarşısında hərəkətdə olan “Hyundai Accent” markalı, **-OC-*** qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vurmuş, zərbənin təsirindən “Hyundai Accent” markalı avtomobil idarəetməni itirərək əks istiqamətli hərəkət yolunu ayıran beton lövhəyə dəymiş, daha sonra isə onların hərəkət yoluna çıxıraq qabaq hissəsilə onların avtomobilinin sol qabaq hissəsinə çırpılmış, həmçinin yolun orta hissəsində olan işıq dirəyinə dəyib dayanmışdır. Hadisə nəticəsində sağ əlindən sınıq xəsarəti almışdır. Hadisə zamanı “Toyota Prius” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı və “Hyundai Accent” markalı, **- OC-*** dövlət qeydiyyat nişanlı avtomobillərdə neçə nəfər şəxsin olması barədə dəqiq məlumatı yoxdur. Hadisənin baş verməsinə səbəb, “Toyota Prius” markalı avtomobilin “Hyundai Accent” markalı avtomobilin arxa hissəsindən vurması, nəticədə, “Hyundai Accent” markalı avtomobilin sürücüsünün idarəetməni itirərək beton lövhəyə dəyib onların hərəkət yoluna çıxması olmuşdur. “Hyundai Accent” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobil “Toyota Prius” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşduqdan sonra onların hərəkət zolağına çıxdığı an aralarında təxminən 20-25 metr məsafə olmuş, “Hyundai Accent” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobil qeyd edilən hərəkət zolağında hərəkətdə olan zaman qarşısında heç bir nəqliyyat vasitəsi olmamışdır. “Toyota Prius” markalı avtomobil qarşısında hərəkət edən “Hyundai Accent” markalı avtomobilin arxasınca surətlə hərəkət edərək, dəfələrlə işıqlarını yandırıb söndürmüş, elə bu zaman toqquşma baş vermişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, “Hyundai Accent” markalı, **-OC-*** qeydiyyat nişanlı avtomobili icarə əsasında idarə edir. 04 yanvar 2023-cü il tarixdə, saat 10:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Böyük Şor qəsəbəsindən gölün üzərindən çəkilmiş iki istiqamətli iki zolaqlı yolun sağdan birinci hərəkət zolağı ilə üzü Sabunçu rayonu, Balaxanı qəsəbəsi istiqamətində 70-80 km/saat sürətlə hərəkətdə olarkən “Saipa” markalı avtomobil onun sol hissəsindən ötüb keçmiş, o, yolun sağ zolağından bir qədər solda hərəkət etmişdir. Bu zaman arxadan gələn “Toyota Prius” markalı **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobil qabaq sağ hissəsilə onun avtomobilinin arxa sol hissəsindən vurmuş, zərbənin təsirindən idarəetməni itirərək avtomobili sağa istiqamətlənib sonradan sola istiqamətlənmiş və yolun sol hissəsində əks istiqamətli hərəkət yolunu ayıran beton lövhəyə dəymişdir. Daha sonra isə avtomobili qarşı əks hərəkət yoluna çıxıb üzü Böyükşor qəsəbəsi istiqamətində hərəkətdə olan “Mercedes Benz E320” markalı, 99- MB-836 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, sonra isə işıq dirəyinə dəyib dayanmışdır. Hadisə nəticəsində o, “Mercedes Benz E320” markalı avtomobilin sürücüsü və bir nəfər sərnişin müxtəlif növ bədən xəsarətləri almışdır. Hadisənin baş verməsinə səbəb, “Toyota Prius” markalı avtomobilin onun avtomobilinin arxa hissəsindən vurması və avtomobilinin idarəetməsini itirməsi olmuşdur. Hadisə baş verən zaman iki zolaqlı yolun sağ zolağından bir qədər solda hərəkət etmiş, “Saipa” markalı avtomobil onun solundan ötmə əməliyyatı ilə keçdikdən sonra arxasından surətlə gələn “Toyota Prius” markalı avtomobil qabaq hissəsi ilə onun idarə etdiyi avtomobilinin arxa sol hissəsinə toqquşmuşdur. Təqsirləndirilən şəxs göstərdikləri həqiqəti əks etdirmir. Yuxarıda qeyd etdiyi kimi, iki zolaqlı yolun sağ zolağından bir qədər solda təxminən 70-80 km/saat sürətlə hərəkət etmişdir. “Toyota Prius” markalı **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobil isə təxminən 110-120 km/saat surətlə hərəkət etmişdir. Hadisə zamanı “Toyota Prius” markalı **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət istiqamətinə çıxmamış, olduğu istiqamətdə hərəkət etmiş və sürəti azaltmamış, əyləcdən istifadə etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2oviç ifadəsində göstərmişdir ki, “Mercedes Benz E320” markalı, **-MB-*** qeydiyyat nişanlı avtomobil özünə məxsusdur. 04 yanvar 2023-cü il tarixdə, saat 10:30 radələrində idarə etdiyi “Mercedes Benz E320” markalı, **-MB-*** qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsindən gölün üzərindən çəkilmiş iki istiqamətli iki zolaqlı yolun sağdan birinci hərəkət zolağı ilə üzü Böyükşor qəsəbəsi istiqamətində 70-80 km/saat sürətlə hərəkətdə olmuş, həmin vaxt, qohumu Zərərçəkmiş şəxs qabaq sağ oturacaqda sərnişin qismində əyləşmişdir. Qarşı əks hərəkət yolunda əks istiqamətli hərəkət yolunu ayıran beton lövhəyə yaxın birinci hərəkət zolağı ilə hərəkət edən “Toyota Prius” markalı, **-VJ-*** qeydiyyat nişanlı avtomobil onunla eyni istiqamətdə qarşısında hərəkətdə olan “Hyundai Accent” markalı, **-OC-*** qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vurmuş, zərbənin təsirindən “Hyundai Accent” markalı avtomobil idarəetməni itirərək əks istiqamətli hərəkət yolunu ayıran beton lövhəyə dəymiş, sonra isə onların hərəkət yoluna çıxıb qabaq hissəsilə onun avtomobilinin sol qabaq hissəsinə çırpılmış, həmçinin yolun orta hissəsində olan işıq dirəyinə dəyib dayanmışdır. Hadisə nəticəsində o və Xəyal, həmçinin “Hyundai” markalı avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Hadisənin baş verməsinə səbəb, “Toyota Prius” markalı avtomobilin “Hyundai Accent” markalı avtomobilin arxa hissəsindən vurması, nəticədə “Hyundai Accent” markalı avtomobilin sürücüsünün idarəetməni itirərək beton lövhəyə dəyib onların hərəkət yoluna çıxması olmuşdur. “Hyundai Accent” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobil “Toyota Prius” markalı **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşduqdan sonra onların hərəkət zolağınıza çıxdığı an aralarında təxminən 20-25 metr məsafə olmuşdur. Təqsirləndirilən şəxs ifadəsində göstərdikləri həqiqəti əks etdirmir. “Hyundai Accent” markalı, **-OC-*** qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı avtomobilin hərəkət istiqamətinə çıxmamış, “Hyundai Accent” markalı avtomobil Sabunçu rayonu, Balaxanı qəsəbəsi istiqamətində iki zolaqlı yolun sağdan birinci hərəkət zolağı ilə deyil, ikinci hərəkət zolağı ilə hərəkət edərkən “Toyota Prius” markalı avtomobil surətlə hərəkət edib “Hyundai Accent” markalı avtomobilin arxa sol hissəsi ilə toqquşmuş, nəticədə, sonuncu avtomobil sağa istiqamətlənmiş, sonradan sola istiqamətlənərək idarə etməni itirərək beton lövhəni aşarıb onun avtomobilinə çırpılmışdır. Təqsirləndirlən şəxs tərəfindən onu avtomobilinə vurulmuş zərər hazırkı günə kimi ona ödənilməmişdir. Cinayət işinin 20-ci vərəqəsində olan 04 yanvar 2023-cü il tarixli, 2/246 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, yol-nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin 35-36-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X1” X3 Sabunçu Rayon Şöbəsinin 09 yanvar 2023-cü il tarixli, 22 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ əlin İ barmağının qapalı sınığı, sol baldır nahiyəsinin qançırı, sağ diz və sağ baldır nahiyələrinin sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə, yəni, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Cinayət işinin 37-38-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X1” X3 Sabunçu Rayon Şöbəsinin 09 yanvar 2023-cü il tarixli, 23 saylı ekspert rəyindən görünür ki, Şahid2 təpə nahiyəsinin sıyrığı, döş qəfəsi nahiyəsinin qançırı və sağ əl nahiyəsinin kəsilmiş səthi yaraları müəyyən edildi. Xəsarətlərdən təpə nahiyəsinin sıyrığı və döş qəfəsi nahiyəsinin qançırı bərk küt əşya (əşyalar) təsirindən, sağ əl nahiyəsinin kəsilmiş səthi yaraları isə iti kənara malik əşya (alət), ola bilsin sınmış şüşə parçalarının təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işinin 39-40-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X1” X3 Sabunçu Rayon Şöbəsinin 09 yanvar 2023-cü il tarixli, 31 saylı ekspert rəyindən görünür ki, Şahid1 alın nahiyəsinin əzilmiş yaraları, döş qəfəsinin qançırı və hər iki əlin sıyrıqları müəyyən olundu. Xəsarətlər bərk küt əşyanın (əşyalar) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulması ilə müşayiət olunan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işinin 79-cu vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 120 (yüz iyirmi) manat müəyyən edilmişdir. Cinayət işinin 80-82-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri üzrə ekspertizasının 29 mart 2023-cü il tarixli, 8/662 saylı rəyindən görünür ki, təqdim edilmiş “Toyota Prius” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (qabaq sağ qanadda, kapotda, qabaq bamperdə, qabaq sağ farada), “Hyundai Accent'’ markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissədə olan zədələr, izlər öz formasına, marfoloji quruluşuna, xarakterinə və sair əlamətlərinə görə hər hansı sərtliyi bərk olan predmetə kontaktda olması, dəyməsi, o cümlədən nəqliyyat vasitələrin bir-biriləri ilə toqquşması nəticəsində yaranması mümkündür. Lakin, “Hyundai Accent” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi aşaraq (maneəyə dəyərək) üzərində olan zədələr öz ilkin formasını itirdiyindən həmin nəqliyyat vasitələrin hansı bucaq altında toqquşmasını müəyyən etmək mümkün deyildir. Avtomobillərin toqquşma bucağını müəyyən etmək mümkün olmadığından, həmçinin toqquşmaya qədər avtomobillərin hərəkət trayektoriyasını müəyyən etməyə imkan verən təkər izlərin olması barədə məlumat olmadığından nəqliyyat-trasoloji ekspertizası yolu ilə hansı sürücünün ifadəsində göstərdiyinin real hadisə mexanizminə uyğun olub-olmamasını müəyyən etmək mümkün deyildir. Cinayət işinin 91-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 128 (yüz iyirmi səkkiz) manat müəyyən edilmişdir. Cinayət işinin 92-94-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri üzrə ekspertizasının 10 aprel 2023-cü il tarixli, 8/1013 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Toyota Prius markalı, 99VJ798 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü A.S.X2 markalı avtomobili hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 90 km/saata qədər məhdudlaşdırılmış yolda 95 km/saat sürətlə hərəkət etdirməsi şəraitində onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64- cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Hyundai Accent marlkalı, 10OC448 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Mersedes Benz markalı 99MB836 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki-nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin elektron informasiya sistemi çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə AE 506561 nömrəli, «B,C» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. Cinayət işinin 143-145-ci vərəqəsində olan 19 aprel 2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 101-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 17 aprel 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün etirafı, zərər çəkmiş şəxsin hüquqi varisinin ifadəsi, həmçinin iş üzrə keçirilmiş ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 2 N°li Qərarının 10cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəzası təyin edilməli və o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 248 (iki yüz qırx səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 248 (iki yüz qırx səkkiz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin xeyrinə tutulsun. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar