Məhkəmə qərarları › İş №1(008)-6/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-6/2023

09.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-6/2023 09.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı Şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi Əzməmməd qızının, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Şahid2 iştirakı ilə xx xxxxxx 1998-ci il tarixdə Lerik rayonu, Günəşli kəndində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, fərdi qaydada işləyən , orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Lerik rayonu, Günəşli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqan tərəfindən verilmiş ittihamın mahiyyətin ondan ibarətdir ki, Təqsirləndirilən şəxs 12 dekabr 2020-ci il tarixdən başlayaraq, 11 noyabr 2021-ci il tarixə kimi yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X5 sahəsində nömrəsiz evdə xx xxxx 2006-cı il təvəlllüdlü aşkar surətdə 16 yaşına çatmayan Zərərçəkmiş şəxs ilə mütəmadil olaraq təbii yolla cinsi əlaqədə olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin sentyabr ayinda qardası Yunsur Bakı şəhəri, Sabunçu rayonu, Maştaga qəsəbəsi, Savalan yaşayış sahəsində nömrəsiz evdə kirayə yaşayırdı. O, qardaşı Yunsurun kirayə yaşadığı evə gedən zaman qardaşı Yunsurun Rəqsanə ilə ailə həyatı qurduğunu və birlikdə yaşadığını görmüşdür. Həmin vaxt Rəqsanənin bacisi Əfsanədə orada idi. O Əfsanəni gorüb, bəyənmiş və onun haqqinda maraqlanmışdir. Maraqlanan zaman müəyyən etmişdir ki, Əfsanə subaydır. Əfsanənin mobil telefon nömrəsini goturmüş, onunla mobil telefonla danışmış və onun Əfsanə ilə münasibəti yaranmışdır. Onlar telefonla əlaqə saxlayırdılar. Əfsanə nənəsi Hadisənin yaşadigi Baki şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda olan nömrəsiz evdə yaşayırdı. Həmin vaxtlar Əfsanə ona yaşının 18 oldugunu demişdir. 2020-ci ilin dekabr ayının əvvəllərində Əfsanə ona zəng vurub anası ilə atasının ayrıldığını, evlərini satdıqlarını, ortalıqda qaldığını, onu istəyirsə gəlib öz evinə aparmasını demişdir. O həmin vaxt Bakı şəhəri, Sabunçu rayonu, Savalan yaşayış sahəsində evdə kirayədə yaşayırdı. 12 dekabr 2020-ci il tarixdə, saat 18:00 radələrində o Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sudçülük sovxozunda Əfsanənin yaşadığı evin yaxınlığına gəlmiş, onunla görüşmüş və onun razılığı ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış sahəsində kirayə yaşadığı evə gətirmişdir. Həmin gecə onunla Əfsanə arasında yaxın münasibətləri olmuş, yəni cinsi əlaqədə olmuşlar. Bundan sonra o Əfsanə ilə həmin evdə ər-arvad münasibətində yaşamağa başlamışlar. Beş gundan sonra Əfsanənin anasi Gülər onların yaşadığı evə gəlmiş və Əfsanənin şəxsiyyət vəsiqəsini gətirib ona vermişdir. O, şəxsiyyət vəsiqəsinə baxmış Əfsanənin şəxsiyyət vəsiqəsinə baxmış və Gülərə Əfsanənin 15 yaşi tamam olmadığını demişdir. Hal hazırda törətdiyi əməldən peşmandır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında qanuni nümayəndə Şahid2 iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, 2020-ci ilin iyun ayından bacısı Rəqsanə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yaşayan nənəsi Hadisənin evində qalırdı. Həmin vaxtı o və qardaşı Elmin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində olan evlərində anası və atasının yanında yaşayırdı. Sonra qardaşı Elmində nənəsigilə getmiş və orada qalmışdır. 2020-ci ilin iyul ayında o, da nənəsigilə getmiş və orada yaşamağa başlamışdır. Həmin vaxtlar bacısı Rəqsanə Yunsurla danışır və onlar birbirlərini istəyirdilər. 10 sentyabr 2020-ci il tarixdə bacısı Rəqsanə Yunsurla gedib onunla bir evdə yaşamağa başlamışdır. O, bu barədə nə anası, nə də atasına bir söz deməmişdir. Təxminən 3-4 gündən sonra anası Gülər ona demişdir ki, ona niyə Rəqsanənin Yunsurla birlikdə qaçdığını niyə demədiyini soruşmuşdur. O, anası Gülərə demişdir ki, elə bilmişdir ki, Rəqsanə xəbər edibdir. Bundan sonra o, anası Gülər ilə birlikdə bir neçə dəfə bacısı Rəqsanəgilə gedib-gəlmişdir. Həmin vaxtı Yunsurun qardaşı Arzuman onu görmüş və onunla tanış olub danışmağa başlamışdır. 10 dekabr 2020-ci il tarixdə o, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində olan evinə getmiş, həmin vaxtı anası Gülər ona demişdir ki, 07 dekabr 2020-ci il tarixdə onların evi satılmış, evi satdıqları şəxsdən qalmaq üçün bir həftə möhlət almışdır. Bundan sonra o, atası Səlimxana ev niyə satdığını soruşmuşdur. Atası Səlimxan ona söyüş söymüş və onu evdən qovmuşdur. Bundan sonra o, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yaşayan nənəsigilə getmişdir. 11 dekabr 2020-ci il tarixdə o, Arzumana zəng vurub atasının onu evdən qovduğunu, qalası yerin olmadığını, əgər onu həqiqətən istəyirsə gəl aparmasını demişdir. Arzuman ona demişdir ki, sabah saat 18:00 də hazır ol, gəlib götürəcək. 11 dekabr 2020-ci il tarixdə gecə saatlarında o, məktub yazıb çarpayının altına qoymuşdur. 12 dekabr 2020ci il tarixdə saat 18:00 radələrində Arzuman nənəsigilin yaşadığı evin yanma gəlmiş və o, da əşyalarını götürmüş və Arzumanla görüşüb onun Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış sahəsində kirayə yaşadığı evə gəlmişlər. Həmin gecə onunla Arzuman arasında razılığı əsasında yaxın münasibəti yəni, cinsli əlaqədə olmuşlar. Bundan sonra o, Arzumanla həmin evdə ər-arvad münasibətində yaşamağa başlamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, S.T.Mehtiyev ilə ailə həyatı qurmaq üçün onun razılığı ilə Bakı şəhərinə gəlmişlər. O, S.T.Mehtiyevlə ilk əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanasında, sonra Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində kirayə yaşamış və S.T.Mehtiyev «Binə» ticarət mərkəzində fəhlə işləyirdi. 06 avqust 2005-ci ildə qızı Rəqsanə, xx xxxx 2006-cı ildə qızı Əfsanə və 11 fevral 2008-ci ildə oğlu Elmin anadan olmuşdur. Bundan sonra o, Səlimxan və üç övladı ilə Bakı şəhəri, Binəqədi aryonu, Biləcəri qəsəbəsində kirayə yaşamağa başlamışlar. 2017-ci ildə Bakı şəhəi, Binəqədi rayonu, Biləcəri qəsəbəsində bir sot torpaq sahəsini 2.600 manata almış və həmin bir sot torpaq sahəsində o, bir otaq və bir mətbəx tikib yaşamağa başlamışlar. S.T.Mehtiyev fərdi qayda da tikinti işlərində fəhlə işləyirdi. O, isə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində olan evdə fərdi qayda da təmizlik işləri görüb pul qazanırdı. Uşaqları Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Kəlbəcər rayon 18 saylı tam orta məktəbdə təhsil alırdılar. S.T.Mehtiyev hər gün spirtli içki qəbul edib evə gəlir və evdə mübahisə yaradır, onu və uşaqları evdə döyürdü. Belə vəziyyətdə uşaqları evdə qalmaq istəmirdilər. Onun anası Hadisə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində kirayə yaşayır, o və uşaqları anasıgilə gedib-gəlirdilər. 2020-ci ilin iyun ayında qızları Rəqsanə, Əfsanə və oğlu Elmin anası Hadisənin yaşadığı evdə qalırdılar. O, isə Biləcəri qəsəbəsində yaşayan bacısı Könülün evində yaşayır, S.T.Mehtiyev isə özü tək evdə qalırdı. 10 sentyabr 2020-ci ildə oğlu Elmin ona zəng vurub Rəqsanənin Yunsur adlı şəxslə ailə həyatı qurmaq üçün evdən getdiyini demişdir. Bundan sonra o, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində gəlmiş və anası Hdisədən Rəqsanəni soruşmuşdur. Anası Hadisə ona demişdir ki, onun Rəqsanənin Yunusla qoşulub getməsindən xəbəri yoxdur. Həmin günü Yunsur ona zəng vurmuş və demişdir ki, Rəqsanəni axtarmayın, Rəqsanə onunla birlikdə Bakı şəhəri, Ramana qəsəbəsi, Sovxoz yaşayış sahəsində olan kirayə yaşadığı evdədir. 07 dekabr 2020-ci ildə S.T.Mehtiyev Biləcəri qəsəbəsində olan bir otaqlı evlərini 7.000 manata qonşu Talehə satmış və 3.500 manat ona çatmış, 3.500 manatı isə Səlimxan götürmüşdür. 12 dekabr 2020-ci ildə oğlu Elmir ona zəng vurub demişdir ki, bacısı Əfsanə Arzuman adlı şəxslə ailə həyatı qurmaq üçün evdə gedibdir. O, Bakı şəhəri, Binə qəsəbəsinə gedib anası Hadisədən qızının harda olmasını soruşmuşdur. Anası Hadisə ona heç bir məlumatının olmadığını demişdir. Əfsanənin yatağından məktub tapılmış, həmin məktubda Əfsanə Arzuman adlı şəxsə ərə getmək üçün evdən getdiyini yazmışdır. Bundan sonra o, oğlu Elminlə birlikdə Arzumanm yaşadığı Bakı şəhəri, Maştağa qəsəbəsi, Savalan yaşayış sahəsinə getmiş, Arzuman və qızı Əfsanə ilə görüşmüşdür. O, qızı Əfsanədən soruşmuşdur ki, niyə xəbər etməmisən ? Qızı Əfsanə ona demişdir ki, artıq gecdir, o, Arzumana ərə gedibdir. Həmin günü o, S.T.Mehtiyevə zəng vurub Arzumangilə dəvət etmiş və vəziyyəti ona danışmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu, Nəsimi kəndində qeydiyyatda olsa da, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanasında olan nömrəsiz evdə bacısı Aygül və onun ailəsi ilə birlikdə yaşayır. 2001-ci ildə Biləsuvar rayonu, Qismətli kəndində Şahid2 ilə tanış olmuş və onların münasibəti yaranmışdır. Bundan sonra o, Şahid2 ilə ailə həyatı qurmaq üçün onun razılığı ilə Bakı şəhərinə gəlmişlər. O, Şahid2 ilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində kirayə yaşamış və «Binə» ticarət mərkəzində fəhlə işləmişdir. 06 avqust 2005-ci ildə qızları Rəqsanə, Əfsanə və oğlu Elmin doğulmuşlar. Bundan sonra o, Gülər və üç övladı ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində kirayə yaşamağa başlamışdır. 2010-cu ildə Bakı şəhəi, Binəqədi rayonu, Biləcəri qəsəbəsində bir sot torpaq sahəsini 2.600 manata almış və həmin bir sot torpaq sahəsində bir otaq və bir mətbəx tikib orada yaşamağa başlamışlar. O, fərdi qayda da tikinti işlərində fəhlə işləyir, arvadı Gülər isə Biləcəri qəsəbəsi, Novxanı bağlarında və Bakı şəhərində bilmədiyi evlərdə fərdi qayda da təmizlik işləri görüb pul qazanırdı. Uşaqları Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Kəlbəcər rayonu 18 saylı tam orta məktəbdə təhsil alırdılar. 2020-ci ilin noyabr ayında o, qonşuluqda fərdi tikintidə fəhlə işləyir və o, günorta evə gələn zaman qızı Rəqsanənin evdə olmadığını görmüşdür. O, arvadı Gülərdən Rəqsanənin harada olmağını soruşmuşdur. Gülər isə ona anasıgilə aparmasını demişdir. O, niyə aparmasını soruşmuşdur. Gülər isə bir az orada qalmaq üçüq göndərməsini demişdir. Həmin vaxtı o, çay içib Gülərin yanında divanda oturmuş və əlini onun ayağına vurmuşdur. Gülər isə ona dəymə, onun saxlayanı var demişdir. O, bir söz deməyib işinin dalınca getmişdir. Həmin günü o, saat 19-20 radələrində evə gəlmiş və saat 22 radələrində yatağa girib uzanmışdır. Həmin gecə saat 01-02 radələrində Gülərin mobil telefonuna zəng gəlmiş və Gülər telefonu götürüb hamama getmişdir. Sonra o, qızı Əfsanəni yuxudan oyatmış və ona demişdir ki, dur gör, anan nə hərəkət edir? Əfsanə onunla birlikdə mətbəxə gəlmiş və görmüşdür ki, Gülər mətbəxdə paltarlarını geyinir. Bundan sonra evə keçib yatmış, səhər açılandan sonra işə getmişdir. Təxminən 15 gündən sonra görmüşdür ki, qızı Əfsanə evdə yoxdur. O, arvadı Gülərdən soruşmuşdur ki, qızı Əfsanə haradadır? Gülər ona demişdir ki, onuda anasının yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində aparmışdır. O, Gülərə gedib uşaqları evə gətirəcəyini demişdir. Sonradan ona məlum olmuşdur ki, qızları Rəqsanə və Əfsanə Yunsur və Arzumanın evində ər-arvad kimi yaşayırlar. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatmiya Birliyi Publik Hüquqi şəxsin 232 saylı, 03 may 2021-ci il tarixli rəyindən görünür ki, X1 bədəni səthi üzərində hər hansi bir xəsarat və ya xəsarat izi aşkar edilmadi. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamligi pozulmuşdur, pozulma müddəti müayinədən 2 həftədən artıqdır. Zərərçəkmiş şəxs arxa keçəcəyində qeyri-təbii yolla cinsi əlaqadə olmanın göstərən əlamətlər aşkar edilmədi. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 22 sentyabr 2021-cı il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəmsinin 09 fevral 2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib, 3.000 manat cərimə cəzasına məhkum edilmişdir. 24 may 2018-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilmiş, Təqsirləndirilən şəxs 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. 29 noyabr 2018-ci il tarixli Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 62-ci maddəsi ilə tətbiq edilməklə cəza 01 ilə endirilmişdir. 24 may 2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və onun əməli cinayətin sadə residivini yaradır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarına əsasən Cinayət Məcəlləsinin 15-ci maddəsində cinayətlərin təsnifatı, yəni cinayətlərin böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə aid edilməsi həmin cinayətlərə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinə görə aparıldığından, müvafiq olaraq da cinayət məsuliyyətinə cəlb etmə, məhkumluğun ödənilməsi müddətləri, cəzanın daha yüngül cəza ilə əvəz olunması, cəzadan vaxtından əvvəl şərti olaraq azad etmə kimi məsələlərin həlli də cinayətin təsnifatından, yəni dolayısı ilə cinayətə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddindən asılı olaraq həll edildiyindən, yeni və yaxud əvvəlki cinayət qanunun tətbiqi məsələsi ortaya çıxdıqda, əvvəlki və yeni sanksiyalar əsasən eyni olub yalnız azadlıqdan məhrum etmə cəzasının yuxarı hədləri fərqli olduğu hallarda hansı normanın şəxsin vəziyyətini yaxşılaşdıran norma olması məsələsi bu normalarda nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzalarından hansının yuxarı həddinin daha az olmasından asılı olaraq həll edilməlidir. Həmin Qərarın 7-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 18.1-ci maddəsində cinayətlərin residivi əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi kimi təsbit edildiyindən, residivin müəyyən olunması zamanı şəxsin əvvəllər məhkum olunub-olunmaması, olunubsa, məhkumluğunun ödənilibödənilməməsi və yaxud götürülüb-götürülüməməsi yoxlanılmalı, Cinayət Məcəlləsinin 83cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və yaxud ödənilmiş məhkumluqlar, habelə böyük ictimai təhlükə törətməyən (istər əvvəl, istər yeni törədilmiş) cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar isə Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayətlərin residivini yaradan hallar kimi nəzərə alınmamalıdır. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin mənasına və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» 6 sentyabr 2010-cu il tarixli qərarında verilmiş rəsmi təfsirə əsasən cinayətlərin residivi yeni cinayətin törədildiyi vaxt şəxsin üzərində əvvəllər qəsdən cinayət törətməyə görə (ödənilməyən və yaxud götürülməyən) məhkumluğun olub-olmamasına görə müəyyən olunduğundan, hökm çıxarıldığı tarixə məhkumluğun ödənilməsi cinayətlərin residivinin müəyyən edilməsinə və cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmasına mane olan hal kimi nəzərdən keçirilə bilməz. Hökmün çıxarıldığı tarixə məhkumluq Cinayət Məcəlləsinin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürüldüyü halda da cinayətlərin residivinin müəyyən edilməsi ilə bağlı məsələ eyni cür həll olunmalıdır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 152.1-ci maddəsinə əsasən-on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə- cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxsin etirafedici, zərərçəkmiş şəzxin, şahidlərin ifadələri, göstərdikləri, iş üzrə keçirilmiş ekspertiza rəyi və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı öhdəliyin reaksiyasıdır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 152.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 152.1-ci maddəsinə əsasən-on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməyə görə-üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmə cinayətin residivini Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1.1ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 7-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin mənasına və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» 6 sentyabr 2010-cu il tarixli qərarında verilmiş rəsmi təfsirə əsasən cinayətlərin residivi yeni cinayətin törədildiyi vaxt şəxsin üzərində əvvəllər qəsdən cinayət törətməyə görə (ödənilməyən və yaxud götürülməyən) məhkumluğun olub-olmamasına görə müəyyən olunduğundan, hökm çıxarıldığı tarixə məhkumluğun ödənilməsi cinayətlərin residivinin müəyyən edilməsinə və cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmasına mane olan hal kimi nəzərdən keçirilə bilməz. Cinayət işinin materiallarında olan 11 noyabr 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh.,161). Cinayət işinin materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir (səh.,170). Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 1(008)106/2022 saylı, 13 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və barəsində «həbs» qətimkan tədbiri ilə seçilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq təcridxanası tərəfindən verilmiş 879/2023 saylı, 07 fevral 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 29 yanvar 2023-cü il tarixdə Sabunçu RPİ-in əməkdaşları tərəfindən tutularaq 31 yanvar 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, onun əməlində cinayətin residivin olmasını, əvvəllər onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin olunmasını və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət Məcələlsinin 56.1.3-cü maddəsinə əsasən-xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzanı-«ciddi rejimli» cəzaçəkmə müəssisələrində cəza çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını «ciddi rejimli» cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «29» yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmışdır. Hüquqi xidmətə görə Müdafiəçi Əzməmməd qızına iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 152.1-ci maddəsinə əsasən «01» (bir) il , «06» (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını «ciddi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «29» yanvar 2023-cü il tarixdən hesablansın. Hüquqi xidmətə görə Müdafiəçi Əzməmməd qızına iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB **********20 00207120, VÖEN **********). Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar