Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-6/2025 18.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Cəfərova İfadə Gündüz qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi–Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs iştirakları ilə,, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, xx.xx.2021-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Qardağ Rayon Məhkəməsinin qərarı ilə Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 4-cü bəndinə əsasən cəzaı 06 ay azaldılmış, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 475,729 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib, saxlayaraq, müvəqqəti yaşadığı ünvan 2 ünvanına qədər daşımış, həmin narkotik vasitədən şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 450 qram narkotik vasitə qurudulmuş marixuananı evində gizlədərək saxlamış, şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 25,729 qram narkotik vasitə qurudulmuş marixuananı satış məqsədilə üzərində saxlayaraq yaşadığı evin yaxınlığına qədər daşımış, onun narkotik vasitələrin qanunsuz olaraq satış məqsədilə əldə etməsi, saxlaması və daşıması barədə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən müvafiq qaydada keçirilmiş əməliyyat tədbirləri nəticəsində 04 avqust 2023-cü il tarixdə, saat 18:15-də ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq, ünvan 4ında yerləşən Sabunçu RPİ-nin 14-cü PB-yə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibində satış məqsədilə əldə edib saxladığı 01 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 25,729 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuna aşkar edilərək götürülmüş və əməliyyat tədbirlərinin davamı olaraq 04 avqust 2023-cü il tarixdə onun müvəqqəti yaşadığı ünvan 2-ə baxış keçirilərkən mənzilin həyətyani sahəsindəki zirzəminin qapısının yanında 01 ədəd ağ rəngli sellofan torbanın içərisində satış məqsədi ilə əldə edib saxladığı üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuna ilə tərkiblərinə görə eynilik təşkil edən 01 ədəd şəffaf polietilen bağlamada təmiz çəkisi 450 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuna aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilmir, lakin həmin gün narkotik vasitə çəkdiyini etiraf edir. Belə ki, Şahid3 məxsus ünvan 2 ünvanına “nəşə” çəkmək məqsədi ilə getmiş, evə girdikdən 15 dəqiqə sonra dörd-beş nəfər həmin evə hasardan daxil olaraq onları saxlamış, evin həyətinə baxış keçirərək özləri tərəfindən qoyulmuş narkotik vasitəni təqdim edərək boynuna götürülməsini bildirmişlər. O, da Şahid3 yetim uşaq olduğundan boynuna götürmədiyindən narkotik vasitənin ona məxsus olmasını bildirmişdir. Video çəkiliş edilərək, protokol tərtib edilmişdir. Ona qarşı hər hansı fiziki zor tətbiq edilməmişdir. Sadəcə olaraq polis əməkdaşları ona özün bilirsən narkotik vasitənin miqdarı 5 kq ola da bilər dediklərindən boynuna almışdır. Əvvəllər məhkum olunduğundan razılaşaraq narkotik vasitənin ona məxsus olduğunu təsdiq etmişdir. O, heç kimə narkotik vasitə satmamış, pay verməmişdir. Əgər ona qarşı satış irəli sürülübsə, onda satıcı da olmalıdır. Aşkar olunmuş narkotik vasitədə onun əl izi yoxdur. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyata olmuş və ünvan 2-də yaşamışdır. Özü heç bir yerdə işləməmişdir. Üzərində şəxsi axtarış keçirilən zaman narkotik vasitə hesab edilən marixuananın aşkar edilməsi ilə bağlı bildirmişdir ki, 04 avqust 2023-cü il tarixdə, saat 18:15 dəqiqədə ünvan 6 ünvanın yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Sabunçu RPİ-nin 14-cü PB-nin inzibati binasına dəvət etmişdirlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Lakin, üzərində narkotik vasitə olan qurudulmuş marixuana olduğundan hüquqlarını müdafiə edən vəkilin bunu görməsini istəmədiyi və onu gələcəkdə ürəklə müdafiə etməsini istədiyi üçün şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçıdan xahiş etmişdir ki, üzərində şəxsi axtarış müdafiəçinin iştirakı olmadan keçirilsin. Təhqiqatçı da, onun bu barədə ərizəsini çap etmiş və o, həmin ərizəni imzalamışdır. Bundan sonra bölmənin inzibati binasında xidməti otaqlardan birində üzərinə müdafiəçisinin iştirakı olmadan videoçəkiliş altında baxış keçirilərkən üzərində hər hansısa bir qanuni dövriyyəsi qadağan olunmuş maddə və ya əşyanın olub-olmaması soruşulmuş, əgər varsa onları masanın üzərinə qoymağı bildirilmişdir. Bu təklifdən sonra o, əynində olan göy rəngli şalvarın sağ yan cibindən l(bir) ədəd sellofanda açıq yaşıl rəngli, spesifik iyli, narkotik vasitə olan qurudulmuş marixuana kütləsini, 1(bir) ədəd içərisində ***-***-**-** sim kart nömrəsi olan “Samsung” markalı mobil telefonu və əynində olan həmin şalvarın sol yan cibindən l(bir) ədəd açar və 4(dörd) manat pulu təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi qurudulmuş marixuana kütləsi elektron tərəzidə çəkilmişdir. Qurudulmuş marixuana çəkisi 29 (iyirmi doqquz) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün l(bir) ədəd “Samsung” markalı mobil telefon bu barədə izah verildikdən sonra götürülmüşdür. 1 (bir) ədəd açar və 4 (dörd) manat pul isə ona geri qaytarılmışdır.O, verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni 7 (yeddi) gün bundan qabaq Bakı şəhəri. Sabunçu rayonu ərazisində tanımadığı şəxsdən 1500 (min beş yüz) manat məbləğində pul ödəməklə istifadə etmək məqsədi ilə əldə etdiyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Üzərindən başqa müvəqqəti yaşadığı, dostu Şahid3 məxsus ünvan 7 ünvanında narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Üzərinə şəxsi axtarış aparıldıqdan sonra o, dostu, müdafiəçisi və polis əməkdaşları ilə yaşadığı ünvan 8 ünvanında yerləşən evinə getmişdirlər. Bundan sonra o, dostu, müdafiəçisi və polis əməkdaşları ilə birlikdə evə baxış keçirilməsinə başlamışdırlar. Evə baxış zamanı o, yaşadığı evin həyətyani sahəsindəki zirzəminin qapısının yanında üstünü yorğanla örtdüyü 1 (bir) ədəd ağ rəngli sellofan torbanı təqdim etmişdir. Həmin 1 (bir) ədəd ağ rəngli torbanın içərisindən 1 (bir) ədəd ağ rəngli torbada sellofanda açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuana kütləsini təqdim etmişdir. Sonra həmin kütlə elektron tərəzidə çəkilmişdir. Qurudulmuş marixuana kütləsinin çəkisi 460 (dörd yüz altmış) qram olmuşdur. Daha sonra həmin kütlə qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri o, müdafiəçi, iştirakçı və təhqiqatçı tərəfindən imzalanmışdır. Sonra yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. O, verilən suallara cavab olaraq yaşadığı evdən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni 7 (yeddi) gün bundan qabaq Bakı şəhəri, Sabunçu rayonu ərazisində tanımadığı şəxsdən 1500 (min beş yüz) manat pul ödəməklə istifadə etmək məqsədi ilə əldə etdiyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Başqa heç bir yerdə narkotik maddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini, yaşadığı evə daha əvvəl baxış keçirilmədiyini bildirmişdir. Ona narkotik vasitə satan şəxsin anket məlumatları barədə heç bir məlumatı yoxdur. Ona polis bölməsində heç bir psixoloji təzyiq göstərilməmiş və heç bir xəsarət yetirilməmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə olan ona məxsusdur. O, polis əməkdaşları tərəfindən saxlanıldığı zaman heç bir fiziki zora məruz qalmamışdır. O, polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. O, narkotik vasitəni alarkən yanında heç kim olmamış, həmin vaxtı o, tək olmuşdur Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, axşam işdən gələndə Məşədi Bağırla görüşəndə polis əməkdaşları yaxınlaşıb saxlayan zaman, Məşədi Bağırın üzərindən narkotik vasitə çıxmış, bir qisim narkotik vasitə isə evdən çıxmışdır. Ev atasına məxsus olmuş, atası rəhmətə gedəndən sonra bacısı da şəhərdə təhsil aldığı üçün o da şəhərdə xalasıgildə qalmışdır. Ev boş olduğu üçün Məşədi Bağır evdə qalmışdır. Evdən çıxmış narkotik vasitədən xəbəri olmamış, Məşədi Bağırın narkotik vasitəni kimdən alması barədə məlumatı olmamışdır. Məşədi Bağırın narkotik vasitə satması barədə eşitmişdir, lakin dəqiq bilmir. Evdən çıxan narkotik vasitəni Məşədi Bağır özünə məxsus olduğunu bildirmişdi. Məhkəmə istintaqı zamanı şahid qismində əlavə dindirilərkən isə bildirmişdir ki, ona təzyiq olduğu üçün məhkəmin əvvəlki iclasında və məhkəməyədək icraat zamanı ifadə vermişdir. Əslində isə Məşədi Bağırla görüşüb evə getdikdən 15 dəqiqə sonra polis əməkdaşları daxil olmuşlar. Evdən aşkar edilmiş narkotik vasitə Məşədi Bağıra məxsus olmamışdır. Ona qarşı təzyiqlər olduğundan əvvəllər başqa formada ifadələr vermişdir. Hazırda özü də başqa işlə bağlı həbs olunduğundan indi həqiqəti deyir. Şahid3 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində ziddiyyət olduğundan ifadəsi elan edilmiş və ifadəsində bildirmişdir ki, o, 04 avqust 2023-cü il tarixdə, saat 18:15 dəqiqədə ünvan 9 ünvanının yaxınlığında Məşədi Bağırla birlikdə piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini Məşədi Bağıra polis əməkdaşı kimi təqdim edərək həmin şəxsin qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib Sabunçu RPİ-nin 14-cü PB-nin inzibati binasına aparmışdırlar. 14-cü PB-də Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd sellofanda açıq yaşıl rəngli, spesifik iyli, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni, 1 (bir) ədəd içərisində ***-***-**-** sim kart nömrəsi olan “Samsung” markalı mobil telefonu və əynində olan həmin şalvarın sol yan cibindən 1 (bir) ədəd açar və 4 (dörd) manat məbləğində pulu təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilərək, içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Samsung” markalı mobil telefon bu barədə sonuncuya izah verildikdən sonra götürülmüşdür. 1 (bir) ədəd açar və 4 (dörd) manat məbləğində pul isə Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni 7 (yeddi) gün bundan qabaq Bakı şəhəri, Sabunçu rayonu ərazisində tanımadığı şəxsdən 1500 (min beş yüz) manat məbləğində pul ödəməklə istifadə etmək məqsədilə əldə etdiyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Üzərindən başqa müvəqqəti yaşadığı ona məxsus ünvan 7 ünvanında narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, həmin şəxsə qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. O, verilən suallara cavab olaraq narkotik vasitədən istifadə etmədiyini, Məşədi Bağır ilə dost olduğunu, Məşədi Bağırın onun yaşadığı evdə narkotik vasitə saxlamasından xəbərsiz olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Şəxsi axtarışdan sonra onun yaşadığı ünvan 8 ünvanına getmişlər. Orada Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahəsindəki zirzəminin qapısının yanında üstünü yorğanla örtdüyü 1 (bir) ədəd ağ rəngli sellofan torbanı təqdim etmişdir. Həmin 1 (bir) ədəd ağ rəngli torbanın içərisindən 1 (bir) ədəd ağ rəngli torbada sellofanda açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Sonra həmin kütlə elektron tərəzidə çəkilmişdir. Qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi 460 (dörd yüz altmış) qram olmuşdur. Daha sonra həmin kütlə qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri şübhəli şəxs, müdafiəçi, iştirakçı və onun tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq yaşadığı evdən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni 7 (yeddi) gün bundan qabaq Bakı şəhəri, Sabunçu rayonu ərazisində tanımadığı şəxsdən 1500 (min beş yüz) manat məbləğində pul ödəməklə istifadə etmək məqsəd ilə əldə etdiyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Başqa heç bir yerdə narkotik maddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, həmin şəxsə qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini, yaşadığı mənzilə daha əvvəl baxış keçirilmədiyini bildirmişdir. O, verilən suallara cavab olaraq Məşədi Bağırın onun yaşadığı evdə narkotik vasitə saxlamasından xəbərsiz olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Onu da qeyd etmişdir ki, ona məxsus evdə o, Məşədi Bağırla birlikdə yaşamış və həmin evdə Məşədi Bağırın narkotik vasitə saxlamasından onun məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat əsasında 04 avqust 2023-cü il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, Şahid2 ilə birlikdə əməliyyat qrupu yaradılaraq əməliyyat tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri nəticəsində 04 avqust 2023-cü il tarixdə saat 18:15-də Təqsirləndirilən şəxs ünvan 3 ünvanının yaxınlığında Şahid3 yanında piyada hərəkət edən zaman müəyyən olunmuş və həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirməklə, həmin şəxsi Sabunçu RPİ-nin 14-cü PB-yə dəvət etmişdirlər. Orada Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunduqdan sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis mayoru Anar Aslanov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra onun, Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, Şahid2, xx.xx.2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 8 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şahid3, ünvan 10üdafiəçi1 iştirakları ilə Sabunçu RPİ-nin 14-cü PB-nin inzibati binasında xidməti iş otaqlarından birində videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd sellofanda açıq yaşıl rəngli, spesifik iyli, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni, 1 (bir) ədəd içərisində ***-***-**-** sim kart nömrəsi olan “Samsung” markalı mobil telefonu və əynində olan həmin şalvarın sol yan cibindən 1 (bir) ədəd açar və 4 (dörd) manat pulu təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmişdir. Qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi 29 (iyirmi doqquz) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və digər iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Samsung” markalı mobil telefon bu barədə sonuncuya izah verildikdən sonra götürülmüşdür. 1 (bir) ədəd açar və 4 (dörd) manat məbləğində pul isə Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni 7 (yeddi) gün bundan qabaq Bakı şəhəri, Sabunçu rayonu ərazisində tanımadığı şəxsdən 1500 (min beş yüz) manat məbləğində pul ödəməklə istifadə etmək məqsədi ilə əldə etdiyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Üzərindən başqa müvəqqəti yaşadığı dostu Şahid3 məxsus, ünvan 7 ünvanında narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şahid3 verilən suallara cavab olaraq narkotik vasitədən istifadə etmədiyini, Məşədi Bağır ilə dost olduğunu, Məşədi Bağırın həmin şəxsin yaşadığı evdə narkotik vasitə saxlamasından xəbərsiz olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Şəxsi axtarış və götürmə Sabunçu RPİnin 14-cü PB-nin inzibati binasında xidməti iş otaqlarından birində süni işıqlandırma şəraitində keçirilmiş və tərəfindən videoçəkiliş aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı ünvan 7 ünvanında narkotik vasitə saxladığını, həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirdiyi və bu barədə ərizə təqdim etdiyi üçün onun, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2, xx.xx.2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 8 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şahid3, ünvan 10üdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı ünvan 7 ünvanına baxış keçirilmişdir. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək sözügedən evdə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahəsindəki zirzəminin qapısının yanında üstünü yorğanla örtdüyü 1 (bir) ədəd ağ rəngli selofan torbanı təqdim etmişdir. Həmin 1 (bir) ədəd ağ rəngli torbanın içərsindən 1 (bir) ədəd ağ rəngli torbada sellofanda açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Sonra həmin kütlə elektron tərəzidə çəkilmişdir. Qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi 460 (dörd yüz altmış) qram olmuşdur. Daha sonra həmin kütlə qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri şübhəli şəxs, müdafiəçi, iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq yaşadığı evdən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni 7 (yeddi) gün bundan qabaq Bakı şəhəri, Sabunçu rayonu ərazisində tanımadığı şəxsdən 1500 (min beş yüz) manat məbləğində pul ödəməklə istifadə etmək məqsəd ilə əldə etdiyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Şahid3 verilən suallara cavab olaraq Məşədi Bağırın onun yaşadığı evdə narkotik vasitə saxlamasından xəbərsiz olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Baxış və götürmə zamanı «Sony» markalı videokameradan istifadə etməklə tərəfindən videoçəkiliş aparılmışdır. Bağırov X1 zaman onlara qarşı heç bir müqavimət göstərməmişdir. Bağırov X1 zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmişdir. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir(i.v.101-105). İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1(bir) ədəd sellofanda açıq yaşıl rəngli, spesifik iyli, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni, 1(bir) ədəd üzərində ***-***-**-** sim kart nömrəsi olan "Samsung" markalı mobil telefonu və əynində olan həmin şalvarın sol yan cibindən 1(bir) ədəd açar ve 4(dörd) manat pulu təqdim edərək masanın üzərinə qoydu. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmədi. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkildi. Qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi 29(iyirmi doqquz)qram oldu. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırıldı, DİN-in 7 saylı möhürü ilə möhürləndi, üzəri şübhəli şəxs, müdafiəçi və tərəfindən imzalandı. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1(bir) ədəd "Samsung" markalı mobil telefon bu barədə sonuncuya izah verildikdən sonra götürüldü. 1(bir) ədəd açar və 4(dörd) manat pul isə Təqsirləndirilən şəxs geri qaytarıldı. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni 7(yeddi) gün bundan qabaq Bakı şəhəri, Sabunçu rayonu ərazisində tanımadığı şəxsdən 1500(min beş yüz) manat pul ödəməklə istifadə etmək məqsəd ilə elde etdiyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Üzərindən başqa müvəqqəti yaşadığı dostu Şahid3 məxsus ünvan 7 ünvanında narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şahid3 verilən suallara cavab olaraq narkotik vasitədən istifadə etmədiyini, Məşədi ilə dost olduğunu, Məşədi Bağırın onun yaşadığı evdə narkotik vasitə saxlamasından xəbərsiz olduğunu, həmin polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Şəxsi axtarış ve götürmə Sabunçu RPİ-nin 14cü PB-nin inzibati binasında xidməti iş otaqlarından birində, süni işıqlandırma şəraitində keçirildi. Şəxsi axtarış və götürmə zamanı «Sony» markalı video kameradan istifadə etməklə BNMİ-nin baş əməliyyat müvəkkili, kapitanı Şahid1 tərəfindən video çəkiliş aparılmışdır(i.v.34-36); Evə baxış keçirilməsi və götürmə haqqında 04 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək sözü gedən evdə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyat yani sahəsindəki zirzəminin qapısının yanında üstünü yorğanla örtdüyü 1(bir) ədəd ağ rəngli selofan torbanı təqdim etmişdir. Həmin 1(bir) ədəd ağ rəngli torbanın içərsindən 1(bir) ədəd ağ rəngli torbada sellofanda açıq yaşıl rengli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmiş, sonra həmi kütlə elektron tərəzidə çəkilmiş, həmin kütlənin çəkisi 460 qram olmuşdur. Daha sonra həmin kütlə qablaşdırılaraq, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzərinə şübbhəli şəxs, müdafiəçi, iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq yaşadığı evdən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni 7(yeddi) gün bundan qabaq Bakı şəhəri, Sabunçu rayonu ərazisində tanımadığı şəxsdən 1500(min beş yüz) manat pul ödəməklə istifadə etmək məqsəd ilə əldə etdiyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Başqa heç bir yerdə narkotik maddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini, yaşadığı mənzilə daha əvvəl baxış keçirilmədiyini bildirmişdir. Şahid3 verilən suallara cavab olaraq Məşədi Bağırın onun yaşadığı evdə narkotik vasitə saxlamasından xəbərsiz olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir(i.v. 40-42). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinın 05 avqust 2023-cü il tarixli 3-16-16-2-7/1125 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi ...” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellofan paketdə təmiz çəkisi- 25,729 qram və ağ kağız üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən ....” yazısı və imzalar olan 01 (bir) ədəd polietilen bağlamadakı təmiz çəkisi- 450 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi-475,729 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər(i.v. 50-54). Videoyazıya baxış keçirilməsi haqqında 06 avqust 2023-cü il tarixli protokoldan (Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə) görünür ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis mayoru Anar Aslanov otaqda olan masanın sağ tərəfində dayanmış, otaqda olan sol tərəfdə dayanmış şəxs şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid2, ondan sağda dayanmış şəxs Şahid3, ondan sağda dayanmış şəxs Təqsirləndirilən şəxs, otaqda olan stolda əyləşmiş şəxs 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1dur. Videoçəkiliş Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən aparılmışdır. Video çəkilişin davamında Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir. üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1(bir) ədəd sellofanda açıq yaşıl rəngli, spesifik iyli, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni, 1(bir) ədəd içərisində ***-***-**-** sim kart nömrəsi olan "Samsung" markalı mobil telefonu və əynində olan həmin şalvarın sol yan cibindən 1(bir) ədəd açar və 4(dörd) manat pulu təqdim edərək masanın üzərinə qoyur. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilir. Qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi 29(iyirmi doqquz)qram təşkil edir. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılır, DİN-in 7 saylı möhürü ilə möhürlənir, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1(bir) ədəd "Samsung" markalı mobil telefon bu barədə sonuncuya izah verildikdən sonra götürülür. 1(bir) ədəd açar və 4(dörd) manat pul isə Təqsirləndirilən şəxs geri qaytarılır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni 7(yeddi) gün bundan qabaq Bakı şəhəri, Sabunçu rayonu ərazisində tanımadığı şəxsdən 1500(min beş yüz) manat pul ödəməklə istifadə etmək məqsəd ilə əldə etdiyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını qeyd edir. Üzərindən başqa müvəqqəti yaşadığı dostu Şahid3 məxsus ünvan 7 ünvanında narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirir (i.v. 80-81). Videoyazıya baxış keçirilməsi haqqında 06 avqust 2023-cü il tarixli protokoldan(Şahid3 məxsus ünvan 7 ünvanına baxış və götürmə) görünür ki, Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək sözü gedən evdə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyət yani sahəsindəki zirzəminin qapısının yanında üstünü yorğanla örtdüyü 1(bir) ədəd ağ rəngli selofan torbanı təqdim edir. Həmin 1(bir) ədəd ağ rəngli torbanın içərsindən 1(bir) ədəd ağ rəngli torbada sellofanda açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim edir. Sonra həmin kütlə elektron tərəzidə çəkilir. Qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi 460(dörd yüz altmış) qram olur. Daha sonra həmin kütlə qablaşdırılır, DİN-in 7 saylı möhürü ilə möhürlənir və üzəri şübhəli şəxs, müdafiəçi, iştirakçı və tərəfimdən imzalanır. Sonra Təqsirləndirilən şəxs yaşadığı evin digər hissələrinə baxış keçirilir və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilmir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq yaşadığı evdən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni 7(yeddi) gün bundan qabaq Bakı şəhəri, Sabunçu rayonu ərazisində tanımadığı şəxsdən 1500(min beş yüz) manat pul ödəməklə istifadə etmək məqsəd ilə əldə etdiyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını qeyd edir. Başqa heç bir yerdə narkotik maddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini, yaşadığı mənzilə daha əvvəl baxış keçirilmədiyini bildirir. Şahid3 verilən suallara cavab olaraq Məşədi Bağırın onun yaşadığı evdə narkotik vasitə saxlamasından xəbərsiz olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirir (i.v. 82-83). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 X11 X12 Komissiyasının 18 noyabr 2023-cü il tarixli 7538 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs bir neçə narkotik vasitələrin və psixotrop maddələrin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu(narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müəlicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.130-131); Mobil telefon aparatına baxış keçirilməsi haqqında 27 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A31” markalı mobil telefonda olan 055 *** ** ** nömrəli “watsap” sosial şəbəkəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı aparılmış yazışmalar: ***-***-**-** saylı mobil nömrə ilə: ***-***- **-** saylı mobil nömrəsinə, "Whatsapp" mobil şəbəkəsi vasitəsilə 050-303-73 10 saylı mobil nömrədən 02 avqust 2023-cü il tarixdə saat 22:38-də "Mən hec cur gələ bilmirem", "Bidene gor yollaya bilersen" və "Yol pulunu verecem" mezmunda sms gəlmiş, Məşədibağır səsli sms vasitəsilə saat 22:38-də "Aydaaa qaqaş yollamaq söbəti bilmirəm biraz çətin olacey, görüm maraqlanaram görüm eliyə bilsəm eliyərəm" məzmunda cavab yazmış, saat 22:39da isə ***-***-**-** saylı mobil nömrədən "Brat özün yesli şto boltnan gələ bilmərsən?" məzmunda səsli sms gəlmiş, saat 22:39-da Məşədibağır həmin nömrəyə səsli sms vasitəsilə "İşlərim vare qaqaşım sənin başıva dönərəm mən necə gəlim?" məzmunda sms göndərmişdir. Saat 22:40-da həmin ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəsinə "Xaloğluynan zadan göndərə bilmərsən brat, ya da ki bidənə elə bolta qoyub nəsə paketin zadın içinə nəsəynən də belə göndərməy olmaaz kulokun zadın içində yalançı bidənə paltar zad qoy cibinə zadına at güya paltardı, lap sonra sana abratnı göndərərəm onsuz da gələcəm keçəcəm siz tərəflərə” məzmunda səsli sms gəlmişdir. Saat 22:41-də Məşədibağır ***-***-**-** nömrəsindən həmin ***-***-**-** saylı mobil nömrəyə səsli sms vasitəsilə "Ay qaqaş yalan deyərəme onuye görüm neyniyirəm bidənə diyan uşağa zəng eliyim" məzmunlu sms göndərmişdir. Həmin ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəsinə saat 22:42-də "Okey brat" məzmunda sms gəlmişdir. Saat 22:44-də ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə "Brat yigda meni" məzmunlu sms göndərmiş, saat 22:57-də Məşədibağır ***-***-**-** saylı mobil nömrəsinə "Whatsapp" mobil şəbəkəsi vasitəsilə ***-***-**-** saylı mobil nömrədən "Brat yigiram goturmursen" məzmunlu sms gəlmişdir. Daha sonra onlar zəngləşib danışmırdışlar və 23:06-da Məşədibağıra ***-***-**-** saylı mobil nömrəsinə "Whatsapp" mobil şəbəkəsi vasitəsilə ***-***-**-** saylı mobil nömrədən konum gəlmiş, 23:09-da Məşədibağır ***-***-**- ** saylı mobil nömrəsindən həmin ***-***-**-** saylı mobil nömrəyə sms vasitəsilə **********972731 saylı kart hesabını göndərmişdir. Həmin kart hesabına xx.xx.2023-cü il tarixdə saat 23:11:55-də 50 manat məbləğində pul göndərilməsi barədə Məşədibağıra ***- ***-**-** saylı mobil nömrəsinə "Whatsapp" mobil şəbəkəsi vasitəsilə ***-***-**-** saylı mobil nömrədən sms gəlmişdir. 03 avqust 2023-cü il tarixdə saat 01:13-də Məşədibağıra ***-***- **-** saylı mobil nömrəsinə "Whatsapp" mobil şəbəkəsi vasitəsilə ***-***-**-** saylı mobil nömrədən "Brat bu gelib chatmadi e" məzmunlu sms gəlmiş, 03 avqust 2023-cü il tarixdə saat 01:14-də Məşədibağır ***-***-**-** saylı mobil nömrəsinə "Whatsapp" mobil şəbəkəsi vasitəsilə ***-***-**-** saylı mobil nömrədən "Bidene yig oren de harda galib?" məzmunlu sms gəlmişdir. ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə sms vasitəsilə Firudin adlı şəxsə maxsus ***-***-**-** saylı mobil nömrəsini göndərmişdir. Saat 19:26-da Məşədibağırın ***-***-**-** saylı mobil nömrəsinə "Whatsapp" mobil şəbəkəsi vasitəsilə ***-***-**-** saylı mobil nömrədən cavabsız zəng gəlmişdir. ***-***-**-** saylı mobil nömrə ilə: 02 avqust 2023-cü il tarixdə saat 16:54-də özünü Fuad olaraq təqdim edən şəxs ***-***-**-** saylı mobil nömrədən Məşədibağırın ***-***-**-** saylı mobil nömrəsinə "Whatsapp" mobil şəbəkəsi vasitəsilə səsli sms ilə "Brat sənə bidənə söz deyim qardaşım belə keçməy isdiyirdim Məştağaya əhnə götürmək isdiyirdim qardaşım bidənə qonaxlığa gedirəm 20-30 dəyqə oturacam brat görsənib çıxacam" məzmunda sms yazmış, saat 16:55-də ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə "Heçnə ay qaqaş yaxşı işivi düz-qoş xəbər eliyərsən zəng eliyərəm mən də ata" məzmunlu səsli sms göndərmişdir. Saat 16:57-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobi nömrəsinə "Whatsapp" mobil şəbəkəsi vasitəsilə səsli sms ilə "Yaxşı yaxşı qədeş canımsan başıva dönərəm" məzmunlu mesaj gəlmişdir. 17:00-da Məşədibağırın ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə səsli sms vasitəsilə "Yaxşı atam" məzmunlu mesaj yazmışdır. Daha sonra saat 18:26 və 18:39-da ***-***-**-** saylı mobil nömrədən X3 məxsus mobil telefonunda özünə məxsus olan ***-***-**-** saylı mobil nömrəsinə "Whatsapp" mobil şəbəkəsi vasitəsilə 2 dəfə cavabsız zang gəlmişdir. Saat 18:42-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəsinə "Whatsapp" mobil şəbəkəsi vasitəsilə "Agap", "?" və 18:43-də "Acda telefonu bratuxa" məzmunlu smslər gəlmişdir. Saat 20:26-da Məşədibağırın ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə **********972731-kart-hesabı nömrəsi göndərmişdir. ***-***-**-** (Rasim göygöz) saylı mobil nömrə ilə: ***-***-**-** saylı mobil nömrəsindən "Whatsapp" mobil şəbəkəsi vasitəsilə öz telefonunda adını Rasim Goygoz kimi qeyd etdiyi ***-***-**-** saylı mobil nömrəyə 31 iyul 2023-cü il tarixdə saat 16:52-də səsli sms vasitəsilə "Sağlığın atam sağlıq salamatçılıq şükür olsun mənəm də hay-huy eləməmisən uşaqlarnan zadnan?" məzmunlu mesaj göndərmişdir. Saat 16:55-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəsinə "Whatsapp" mobil şəbəkəsi vasitəsilə "Həəəə belə qaqaş danışmışam bir-iki dənə qaqaşdarımnan indi görəy gəlməlidilər indi vaxt dimiyiblər belə kurs eləmişəm deyiblər gəliceyiy qaqaş, məndə kim var onsuzda hamısı qıraq-bucağdadı, kəntdə heçkimnən heçnə eləmirəm, yəni belə diyiblər gəliceyiy indi sabahda birsigündə gəlməlidilər qaqaş, gəlsinlər kurs eliyciyəm sənə də, belə imkan yoxdu bir əllidən zaddan atın bizim üçün əldə olsun hərəkət elyey də biz Məştağada?" məzmunlu səsli mesaj gəlmişdir. Saat 16:56-da ***-***-**-** saylı mobil nömrədən "Whatsapp" mobil şəbəkəsi vasitəsilə ***-***-**-** saylı mobil nömrəyə səsli sms vasitəsilə "Atam ba sən öl Allaha and olsun öz əlimdə heçnə yoxdu, özümdə yoxdu da yani, özümə aid bir şeyim yoxdu, o tərəfi şey eliyərəm, o tərəfə deyərəm" məzmunlu mesaj göndərmişdir. Saat 16-57-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəsinə "Whatsapp" mobil şəbəkəsi vasitəsilə "Diyim yəni qaqaş həmişə necə olube?, götürmüşük, hərəkət eləmişik, vermişik da o, prosta əldə olmağı yaxşıdı da indi durub hər zəng eliyənə görə mən durub sənə nə zəng eliyime ağa dur gəl görüşey də, baxsınlar neynesinlər, olmur da elə də özün uşaq deyilsən ki, gərəy əldə olsun, gör imkan var götürey qaqaş bir günə iki günə üç günə 50 nədiki, qaytarıb bir günün iki günün içində yığıb vericeyiy pulunu ona, prosta əldə olmağı yaxşıdı" məzmunlu səsli mesajlar gəlmişdir. Saat 17:02-də ***-***-**-** saylı mobil nömrədən "Whatsapp" mobil şəbəkəsi vasitəsilə ***-***-**-** saylı mobil nömrəyə "Atam cixicam indi bayra evdəyəm cixım bi dene bereket edim atiram gorum kim gelir yeWkadan zaddan verim" məzmunlu mesaj göndərmişdir. Saat 18:16-da ***-***-**-** saylı mobil nömrəsinə "Whatsapp" mobil şəbəkəsi vasitəsilə ***-***-**-** saylı mobil nömrəyə "Atam sağlığın salamatçılığ heçnə deey kəndəyəm. Quran haqqı, hələ yoxe, Allah and olsun verməmişəm hələ heçkimə heçnə, bir nəfər yeşiy gəlib aparmalıdı, gəlib çıxmıyıb" və "gəlsin şey eliyicəm, verən kimi mən zəng eliyərəm sənə atam" məzmunlu səsli mesajlar göndərmişdir. Saat 20:20-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəsinə "Whatsapp" mobil şəbəkəsi vasitəsilə "Qaqaş o əllinin temasını danışmadın brat ?, danış gör imkan var qaqaş bidene 50 atın mənim üçün yeşka-meşka heç olmasa başdıyaq xırda-xırda yavaşyavaş görey neyniyiriy, neynəmiriy qaqaş, daaa əldə olmağı başqa şeydi də yenə diyirəm yenə hər dəyqədə bir durub sənə zəng eliyim ki gəl ginən qaqaş uşağlar gəliblər baxmaq isdiyillər yəni alınmır da elənçinə, əldə olmağı başqa şeydi, yenə onu danış qaqaş onu uzağı bir iki üç günün içində 300-400 manat pul nədi yığıb vericeyiy də qaqaş, bəlkə elə bir günə vericeyiy" məzmunlu səsli mesaj gəlmişdir. Saat 20:201-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəsinə "Whatsapp" mobil şəbəkəsi vasitəsilə "Əsas odu əlimizdə olsun də əldə olmağı başqadı brat rahatçılığdı, mən də uje kimiynənsə danışanda ürəynən deyirəm misal üçün dur gə bura, ində amma 50 alınmır eybiyo 25 götür ginən mənim üçün qaqaş yəni heç olmasa əlimdə nəsə olsun də brat" məzmunlu səsli mesaj gəlmişdir. Saat 20:22-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəsinə "Whatsapp" mobil şəbəkəsi vasitəsilə "İndi mənə sən danış mənə bi dənə hə yox de ginan qaqaş" məzmunlu səsli mesaj gəlmişdir. 20:23-də ***-***-**-** sayli mobil nömrədən ***-***-**-** saylı mobil nömrəsinə "Whatsapp" mobil şəbəkəsi vasitəsilə "Pul da qaqaş bidənə onnuğum çatmıre qaqaş bidənə onnuğ əl tuta bilseydin mənə əcəb olardıye can bilirəme səndə də yoxdu, bidənə onnuğum çatmır qaqaş bidənə onuğ olsa işimi aşırar polnu" məzmunlu səsli mesaj gəlmişdir. Saat 20:30-da ***-***-**-** saylı mobil nömrəsindən "Whatsapp" mobil şəbəkəsi vasitəsilə ***-***-**-** saylı mobil nömrəyə "Ata indi diyiceyəm oyana axşam görüşüceyəm diyicəm oyana sən didiyivi, qaqaş bərəkət haqqı heçnə eləməmişəm hələ oturmuşam gözdüyürəm, diyrəm də sənin bəxtinnəndi qaqaş" məzmunlu səsli mesaj göndərmişdir. Saat 20:31-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəsinə "Whatsapp" mobil şəbəkəsi vasitəsilə "Yaxşı oldu qaqa heçnə danış gör nə deyillər imkan var? götürsünlər bidənə hərəkət eliyəy verəy də pulların da bizdə güya kimin pulu qalıb ki brat bes" və "Bilisən qaqaş bizim kimi hərəkət eliyən adamı gərəy o özü fikirləşsin ki əl atmalıdı ki, biz də nəsə iş görəy də oynan yoxsa belə əldə heçnə yox, indi kimsə zəng elədi həə diyan bidənə zəng elyim bir qaqaş var ona gəlsin dəəə, indi belə şeylər adam qaçırdan şeylərdi hamısı, gərəy əlində olsun ki, üreynən hərkət eliyə biləsən, heçnə sivyazdayam da mənim qaqaşım" məzmunlu səsli mesajlar gəlmişdir. Saat 21:41-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəsinə "Whatsapp" mobil şəbəkəsi vasitəsilə "Neynisən qaqaş, imkan varsa keçsön bu yanlara kəndin içinə zada bidenə şey qret eliyərsən də çəkim" məzmunlu səsli mesaj gəlmişdir. 1 avqust 2023-cü il saat 17:29-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəsinə "Whatsapp" mobil şəbəkəsi vasitəsilə "Ala bi dənə təndir danışa bilmədiye oğraşdı yalan deyən, qaqaş yəni arxeyin ol da bidənə material prosta əlimə çatsın mən də üreynən hərəkət eliyim də zəng eliyim qaqaşa durub gəlsin, mən sənə yəni bir saatın içində maksimum yəni pul atıcam da kartıva, bir 100 ataram, 150 ataram, nə qədər olsa atıcam da yəni, bidənə prosta sən onu nə qədər bacarısan yubatmıyaq, tezdəşdırey, mən də görüm neyniyirəm, 5-10 manat pul tutum qaqaş, vəziyyət onsuz da gərgindi" məzmunlu səsli mesaj gəlmişdir. Saat 19:41-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəsinə "Whatsapp" mobil şəbəkəsi vasitəsilə "Neynisən ay brat, qaqaş sən nəvax gələrsən mənə bidənə vaxt diynən də bu uşağlara da mən elə bir söz diyim də qaqaş" məzmunlu səsli mesaj gəlmişdir. 04 avqust 2023-cü il tarixdə saat 22:12-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəsinə "Whatsapp" mobil şəbəkəsi vasitəsilə "Axşamın xeyir neyniyirsən qaqa nə var neyox, ala səni də tapmaq olmur qaqaş gah diyirsən rahatçılığdı, nəbilim tezbazar düzüb-qoşmaq olur işləri zadı, səynən sivyaza çıxmaq olmur səynən” məzmunlu səsli mesaj gəlmişdir. ***-***-**-** saylı mobil nömrə ilə: 29 iyul 2023-cü il tarixdə saat 23:47-də özünün Fuad olduğunu bildirən şəxs ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəsinə "Whatsapp" mobil şəbəkəsi vasitəsilə "Qardaşın", "Kartvi atda", saat 23:48-də "Kartva vurm", "7manat" va "3 manatda nagdi" məzmunlü mesajlar göndərmişdir. Saat 23:49-da ***-***-**-** saylı mobil nömrəsindən "Whatsapp" mobil şəbəkəsi vasitəsilə ***-***- **-** saylı mobil nömrəyə "Atam gör sənə nə diyrəm, mən indi keçicəm məhləyə olsa sənə zəng eliyicəm, görüm uşağda varsa zəng eliyicəm sənə", "Bəyağları var idi, indi bilmirəm də, olmalıdı amma, keçim görüm varsa", "Görüm sənə şey olsa zəng eliyərəm sənə, xəbər eliyərəm də nece eliyiriy də, yaxşı atam ?" və "Ola bilər ki lazım olmasın da heç, 10 manata ehtiyac olmasın" məzmunlu səsli mesajlar göndərmişdir. Saat 23:55-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəsinə "Whatsapp" mobil şəbəkəsi vasitəsilə "Yaxşı brat yaxşı başıva dönərəm sənin gözdüyürəm də" və "Qardaşım yığarsan da bizə səndən xəbər gözdüyürüy brat elə pajarni tərəfdəyəm” məzmunlu səsli mesajlar gəlmişdir. 31 iyul 2023-cü il tarixdə saat 00:18-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə "Whatsapp" mobil şəbəkəsi vasitəsilə **********422867 nömrəli hesab kartını göndərmişdir, saat 00:19-da isə həmin ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəsinə həmin **********422867 nömrəli hesaba 15 manat məbləğində pul göndərməsi barədə mesaj gəlmişdir. 02 avqust 2023-cü il tarixdə saat 18:21-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəsinə "Whatsapp" mobil şəbəkəsi vasitəsilə "Qardaşım", "Gorse bilerk senen", "Kartvi atda bidne bratva", saat 18:23-də isə"Aga" məzmunlu mesajlar, cavabsız zəng, saat 18:39-da "Ay qaqaş", 18:40-da "Bir cavab ver", "Mənə", "Men seni gozdyrem burda", "He yox ele exim", "Men Wehere terpenmeliyem", "Seni kende gozdyrem", saat 18:46-da "Ay qaqaW" məzmunlu mesajlar, saat 18:49-da 2 dəfə cavabsız zəng və 05 avqust 2023-cü il tarixdə saat 01:20-də 1 dəfə cavabsız zəng gəlmişdir. ***-***-**-** saylı mobil nömrə ilə: 30 iyul 2023-cü ildə saat 19:13-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəsinə "Whatsapp" mobil şəbəkəsi vasitəsilə "Aaaa Salam melekim, neyniyirsən, nə var neyox, salamatçılığ?, konturum yoxdu, isdiyirdim gəlim sən tərəfə, gəlməy isdiyirdime, 2-3 dənə qəşəy dənə verey, dünənki belə xırdaydı biraz, lap 2-3 dənə dənə düz-qoş eləsən mən gəlirəm siz tərəfə” məzmunlu səsli mesaj gəlmişdir. 02 avqust 2023-cü il tarixdə saat 22:16-da ***-***-**-** saylı mobil nömrədən ***- ***-**-** saylı mobil nömrəsinə "Whatsapp" mobil şəbəkəsi vasitəsilə "Gelmey isdyirdim" və "Evdesen" məzmunlu mesajlar gəlmişdir. ***-***-**-** saylı mobil nömrəsindən "Whatsapp" mobil şəbəkəsi vasitəsilə ***-***-**-** saylı mobil nömrəyə "Yarim saata zada atam" məzmunlu mesaj getmişdir. ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəsinə "Whatsapp" mobil şəbəkəsi vasitəsilə "Gelim dayi gozdemeyimde" məzmunlu mesaj gəlmişdir. Saat 22:17-də ***-***-**-** saylı mobil nömrəsindən "Whatsapp" mobil şəbəkəsi vasitəsilə ***-***-**-** saylı mobil nömrəyə "Heçnə atam, qoy bidənə, Hüseyn uşağ gəlsün, gəlsün xəbər eliyərəm sənə", 03 avqust saat 19:16-da ***-***-**-** saylı mobil nömrədən nömrədən ***-***-**-** saylı mobil nömrəsinə "Whatsapp" mobil şəbəkəsi vasitəsilə "Salam", "Axsamin". "Xeyir", "Cavab", "De", "Mene" məzmunlu mesajlar gəlmişdir. ***-***-**-** (İlham Zabrat) saylı mobil nömrə ilə: 31 iyul 2023-cü il tarixdə saat 22:30da ***-***-**-** saylı mobil nömrəsindən "Whatsapp" mobil şəbəkəsi vasitəsilə mobil telefonunda adını "İlham Zabrat" kimi qeyd etdiyi ***-***-**-** saylı mobil nömrəyə 4098 5844 9197 2731 saylı kart hesabı göndərmişdir. 01 avqust 2023-cü il tarixdə saat 14:54-də ***-***-**-** saylı mobil nömrəsindən "Whatsapp" mobil şəbəkəsi vasitəsilə ***-***-**-** saylı mobil nömrəyə "Allah canıvı sağ eləsin xaloğlu glirəm də birazdan, işdərimi qutarım, burdan keçirəm oyana" məzmunlu səsli mesaj göndərmişdir. Cavabında həmin ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə "Xaloğlu çatdiii puul?" məzmunlu səsli mesaj gəlmişdir. Saat 14:55-də 31 iyul 2023-cü il tarixdə saat 22:30-da ***-***-**-** saylı mobil nömrəsindən "Whatsapp" mobil şəbəkəsi vasitəsilə ***-***-**-** saylı mobil nömrəyə "Hə qaqaş hə, çıxıram birazdan, çıxıram gəlirəm, diyərəm sənə" məzmunlu səsli mesaj göndərmişdir. ***-***-**-** (Gülü) saylı mobil nömrə ilə: 01 avqust 2023-cü il tarixdə saat 15:01-də ***-***-**-** saylı mobil nömrəsinə adını telefonda "Gulu İra" kimi qeyd etdiyi ***-***-**-** saylı mobil nömrədən "Xala gildəyəme mən, görüm şey elyərsən, xəbər eləsən keçərəm o üzə, xəbər elyərəm sənə" məzmunlu səsli mesaj gəlmişdir(i.v. 135-142). Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət işinin tövsif edilməsi barədə 27 noyabr 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi materialları və iş üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilmiş və barəsində seçilmiş "polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə etməsi xüsusatının araşdırılması məqsədi ilə ********* №-li cinayət işinin istintaq materiallarından ayrıca icraata material ayrılmış və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsindən ötrü Sabunçu RPİ-nin 14-cü PB-yə göndərilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalmış xalis çəkisi 475,329 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs məxsus "Samsung A31" markalı mobil telefon saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına verilmiş, şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış video çəkiliş əks olunan 01 ədəd “CD” disk, onun yaşadığı evə baxış və götürmə aparılarkən qeydə alınmış video çəkiliş əks olunan 01 ədəd “CD” diskin iş materiallarına əlavə edilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli sübutların məcmusu ilə təsdiq edildiyindən, şahidlər Şahid1, Şahid2, X4 ifadələri, şəxsi axtarış və götürmə aparılması barədə protokol, məhkəmə-bioloji ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in 05 avqust 2023-cü il tarixli, 7/1125 №-li və məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 18 noyabr 2023-cü il tarixli 7538 №-li rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmişdir(i.v. 143-155). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Sabunçu rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 315.1 -ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2013-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2021 -ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci ildə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Milli Məclisin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasə cəzası 06 ay azaldılmış və xx.xx.2021-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur(i.v.133-134); Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-849/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, CM-nin 62-ci maddəsi tətbiq edilməklə 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir(i.v. 115-121). Əməliyyat axtarış tədbirinin həyata keçirilməsi haqqında 04 avqust 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psoxotrop maddələri satış məqsədi ilə əldə edərək Sabunçu rayon ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat əsasında tədbirlərin həyata keçirilməsi nəzərə alınmışdır(i.v. 7-8) Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 avqust 2023-cü il tarixdə, saat 18:15-də şübhəli şəxs qismində tutulmuşdur (i.v.25); Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 06 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal Sabunçu RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır (i.v.89-90); Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 06 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il saat 12:30-da “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.91-93); Şahid3 ərizəsindən görünür ki, yaşadığı ünvan 7 ünvanına polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazı yoxdur(i.v. 38) Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, ünvan 7 ünvanına polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazı yoxdur(i.v. 37). Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 06 avqust 2023-cü il tarixli qərardadn görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir(i.v. 63-64). 04 avqust 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar aidiyyatı üzrə Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir(i.v. 56). Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli 5(008)- 727/2023 saylı qərarından görünür ki, AR DİN-in BNMİ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 04 avqust 2023cü il tarixli qərarı qanuni hesab edilmişdir(i.v. 107-108). 05 oktyabr 2023-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, AR CPM-nin 53.1.4-cü maddəsi ilə cinayət işi üzrə icraat dayandırılmışdır(i.v.123-124). 27 noyabr 2023-cü il tarixli cinayət işinin təzələnməsi haqqında qərardadn görünür ki, cinayət işinin ibtidai istintaqı təzələnmişdir(i.v. 127-128). Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 27 noyabr 2023-cü il tarixli qərardadn görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsi ilə yenidən ittiham elan edilmişdir(i.v. 158-160). Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(008)-137/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, təqsirləndirilən şəxs tutulanadək cinayət işi üzrə icraat dayandırılmışdır(İİ cild i.v. 37-38). Bakı İstintaq Təcdirxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli 3-16-17/40/2- 6444/2024 saylı məlumat və axtarışda olan şəxsin tutulması haqqında görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutularaq xx.xx.2024-cü il tarixdə Bakı istintaq Təcridxanasına təhvil verilmişdir(İİ cild i.v. 42, 49-50). Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(008)-137/2024 saylı qərarı ilə cinayət işi üzrə icraat təzələnmişdir(İİ cild i.v. 46) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş DVD disklərdə olan videogörüntüyə baxış keçirilmiş, həmin video görüntülər işdə olan protokollara uyğun olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 01 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində göstərilir ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitəni satış üçün əldə etməməsi barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ziddiyyətli məqamlara qiymət verilməlidir. Belə ki, Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2023-cü il tarixdən məhkəmə iclasında olan əlavə ifadəsindək bir dəfə də olsun narkotik vasitənin ona aid olmaması ilə bağlı etiraz və ya müraciət etməmişdir. Əksinə olaraq ona qarşı xx.xx.2023-il tarixli ifadəsində(i.v. 168- 173) narkotik vasitələrin ona məxsus olmasını bir daha təsdiq etmiş, lakin həmin narkotik vasitənin satış üçün deyil, şəxsi istifadə üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində ibtidai araşdırma zamanı ona qarşı olunmuş təzyiq nəticəsində narkotik vasitənin ona məxsus olmasını bildirsə də, nə ibtidai istintaq zamanı, nə də məhkəmə iclasında ifadəsində, ona verilmiş suallara cavabında, istintaq protokollarında tutulan zaman və ondan sonrakı dövrdə ona qarşı hər hansı fiziki və psixoloji təsir olmadığını dəfələrlə təkrar etmişdir. Eyni zamanda məhkəmə zamanı şəxsi axtarış və evə baxış görütmə ilə bağlı video disklərin tədqiqi zamanı ona qarşı hər hansı qanunsuz təsir müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ifadəsində aşkar edilmiş nakotik vasitədə onun əl barmaq izlərinin olmamasını bildirsə də, evə baxış keçirilməsi və götürmə haqqında protokola əlavə edilmiş video yazıdan da görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri olduğu yerdə göstərməklə əli ilə torbanı açaraq narkotik vasitələri əlləri ilə nümayiş etdirmişdir(i.v. 42). Təqsirləndirilən şəxsin onları ünvan 2 ünvanında saxlamaları ilə hissəsində məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs yalnız bunu məhkəmə iclasında bildirmiş, bunu təsdiq edəcək halları məhkəməyək icraat zamanı və ondan sonrakı dövrlərdə irəli sürməmişdir. Belə ki, işdə olan sübutlardan görünür ki, təqsirləndirilən şəxs ünvan 2 ünvanın yaxınlığında Ağababa Atayevlə gedərkən xx.xx.2023-cü il saat 18:15-də saxlanılmış, xx.xx.2023-cü il saat 20:00-da müdafiəçisinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış və götürmə, xx.xx.2023-cü il saat 21:10-da isə müdafiəçi, Ağababa Atayev və iştirakçılarla birlikdə video çəkilişlə evə baxış keçirilməsi və götürmə haqqında istintaq hərəkəti aparılmaqla protokol tərtib edilmişdir. Qeyd edilən istintaq hərəkətlərinin protokolların və video çəkilişlərində məhkəmə tətqiqatı zamanı hər hansı şübhəli hala rast gəlinməmişdir. Təqsirləndirilən şəxsin Ağababa Atayevin yetim uşaq olduğundan, polis əməkdaşlarının narkotik vasitənin miqdarı 5 kq ola biləcəyi və narkotik vasitənin pols əməkdaşları tərəfindən qoyulması ilə bağlı ifadələri məhkəmə üçün inandırıcı hesab edilmir və özünü müdafiə xarakterlidir. Məhkəmə bir daha qeyd edir ki, nə məhkəməyədək icraat zamanı, nə video çəkilişdə buna dair etiraz edilməmiş, təqsirləndirilən şəxs özünün hər hansı cavabını əsaslandırmaq hüququna malik olduğundan bu halları təsdiq edəcək əsaslar gətirməmişdir. Məhkəmə təqsirlənləndirilən şəxsin narkotik vasitəni kiməsə satmadığı və pay verməməsi ilə bağlı dediklərinə münasibətdə qeyd edir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon aparatına baxış keçirilməsi zamanı onun istifadəsində olan mobil nömrə vasitəsilə “vvhatsapp” mobil şəbəkəsi vasitəsi ilə ayrı ayrı şəxslərlə 31 iyul 2023-cü il tarixdən tutulduğu xx.xx.2023-cü il tarixədək narkotik vasitələrin satışı ilə bağlı müxtəlif məzmunlu smslər yazdığı, səsli mesajlar yazdığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli mobil telefona baxış keçirilməsi barədə protokolda müdafiəçisinin iştirakı ilə tanış olarkən mobil nömrə sahiblərini tanımadığını və onlarla nə üçün bu məzmunda sms yazışması olduğunu xatırlamadığını bildirmişdir(i.v. 135- 142). Eyni məzmunlu halı xx.xx.2023-cü il tarixli ifadəsində təsdiq edərək “həmin mobil nömrə sahiblərini tanımadığını və onlarla nə üçün bu məzmunda danışdığının yadında olmadığını” bir daha təsdiq etmişdir. Məhkəmə tətqiqi zamanı təqsirləndirilən şəxs mobil telefon aparatında “vvhatsapp” mobil şəbəkəsi vasitəsi ilə aparılan yazışmalardan xəbəri olmadığını, “Samsung Galaxy A31” markalı telefon və üzərində olan nömrə ona məxsus olsa da, Şahid3 olduğunu qeyd etmişdir. Məhkəmənin suallarına cavabında isə onun tərəfindən göndərilən bank kart hesablarının kimə məxsus olmasını xatırlamadığını bildirmişdir. Əksinə təqsirləndirilən şəxsin müdafiəçisi çıxışında mobil telefon üzərində olan yazılı və səsli smslərdə satışa dəlalət edən halların olmadığını, gündəlik adi yazışmaların olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlardan da görünüdüyü kimi “Samsung Galaxy A31” markalı telefon və üzərində olan 050 *** ** ** nömrə Təqsirləndirilən şəxs olmuş, video çəkiliş zamanı müdafiəçinin iştirakı ilə şəxsi axtarış və götürmə aparılan zaman könüllü surətdə təqdim etmiş, məhkəmədə tədqiq edilənək bir dəfə də olsun mobil telefonun Şahid3 olmasını bildirməmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs stabil ifadələr verməməklə cinayət məsuliyyətindən və cəzadan boyun qaçırmaq istəmiş və onun məhkəmə iclasında olan ifadəsi özünü müdafiə xarakterlidir. Məhkəmə hesab edir ki, təqsirlənləndirilən şəxsin tutulduğu 04 avqust 2023-cü il tarixədək mobil telefonu üzərindən “vvhatsapp” mobil şəbəkəsi vasitəsi ilə ayrı ayrı şəxslərlə 31 iyul 2023-cü il tarixdən tutulduğu xx.xx.2023-cü il tarixədək yazdığı sms və səsli mesajların mətnləri, heç bir yerdə işləmədiyi halda bank kart hesablarına xırda məbləğlərin göndərilməsi, gizli yazışmalar narkotik və psixotrop maddələrin satışı ilə(satış məqsədi) məşğul olması və hazırki iş üzrə üzərindən aşkar edilmiş narkotik vasitəni də (tutulduğu tarixlə, yazışma tarixləri arasında olan gün fərqi ilə, narkotik vasitənin çəkisi də nəzərə alınmaqla) satış məqsədi ilə əldə etməsi işin mübahisəsiz halıdır. Məhkəmə qeyd edir ki, müdafiə tərəfin mövqeyi nəinki iş materialları ilə öz təsdiqini tapmır, əksinə məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil nömrəyə daxil olan və həmin nömrədən göndərilmiş SMS yazışmaları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilir. Müdafiə tərəfinin əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi zamanı prosessual pozuntuların edilməsi ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli 5(008)-727/2023 saylı qərarı ilə AR DİN-in BNMİ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 04 avqust 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. Bundan əlavə hazırki məhkəmə istintaqı zamanı keçirilmiş əməliyyat axtarış tədbirinin şübhə altına alan hallar aşkar edilməmişdir. Məhkəmə Şahid3 əlavə dindirmə zamanı ona təzyiq olduğu üçün məhkəmin əvvəlki iclasında və məhkəməyədək icraat zamanı fərqli ifadə verdiyini, evdən aşkar edilmiş narkotik vasitə Məşədi Bağıra məxsus olmaması, ona qarşı təzyiqlər olduğundan əvvəllər başqa formada ifadələr verməsinə münasibətdə qeyd edir ki, məhkəməyədək icraat zamanı və məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Məşədi Bağırla görüşdükdən sonra polislərin yaxınlaşdığını, həyətə baxış keçirilən zaman narkotik vasitə aşkar edildiyini, nartotik vasitənin Məşədi Bağır özünə məxsus olduğunu bildirmiş, Məşədi Bağırın marixuana satdığını eşitdiyini qeyd etmişdir. Məhkəmə Şahid3 əlavə dindirmə zamanı dediklərinin özünün də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi aparıldığından Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsindən yaxa qurtarması kimi qiymətləndirir və səmimi olmaması qənaətinə gəlir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi və şahidlərin ifadələri, material üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxs və şahid ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir; Məhkəmə, Təqsirləndirilən şəxs əməlində CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngüləşdirən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhər Sabunçu rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü üzrə məhkumluqları ödənilsə də, Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2021 -ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.2.3cü maddəsi üzrə olan məhkumluğu götürülmədən və ödənilmədən yenidən cinayət törətmişdir ki, bu da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi hesab olunur. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar(residiv), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı (CM-65.2), 04 avqust 2023-cü il tarixdən 06 avqust 2023-cü il tarixədək onun şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı(CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı 24 sentyabr 2024-cü il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, narkomaniyadan məcburi müalicə təyin edilməli,(CM-93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübutlar-Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 475,329 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), “Samsung A31” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Təqsirləndirilən şəxs qaytarılmalı, CD formatlı disklərin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, 78 (yetmiş səkkiz) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında müqavilə hesabına müdafiəçi tutulanadək dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 avqust 2023-cü il tarixdən 06 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 24 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut–ekspertiza tədqiqatından sonra qalan və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan ümumi çəkisi 475,329 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 03 ədəd CD disk iş materiallarında saxlanılması nəzərə alınsın, “Samsung A31” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Təqsirləndirilən şəxs qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri 78 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq AZ.Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 40 iş saatına görə 240 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Teymur Həsənov
Məhkəmə qərarları › İş №1(008)-6/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-6/2025
18.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver