Məhkəmə qərarları › İş №1(008)-60/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-60/2020

19.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-60/2020 19.08.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim - Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, məhkum olunmuş, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 104A, mənzil 13-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qəsdən cinayət törətdiyinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunaraq Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində yerləşən Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında həbsdə saxlanıldığı müddətdə yenidən qəsdən cinayət törədərək şəxsi marağı naminə, istintaqa məlum olmayan mənbədən əldə etdiyi "Cəzaçəkmə müəssisələrinin X8" ilə məhkumlara qadağan olunmuş əşya sayılan işlək vəziyyətdə olub istifadə üçün yararlı olan bir ədəd “Samsung” markalı, “SGH- E200” modelli, “**********63065” imei kodlu mobil telefonu özündə saxlamış, gəzdirmiş, daşımış və onda ***-***-**-** nömrəli GSM kartından istifadə etməklə qardaşı Şahid1 istifadəsində olan 070(055)-339-55-33, Şahid3 istifadəsində olan ***-***-**-** nömrəli və Şahid2 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonlarına zənglər edərək əlaqə saxlamış, xx.xx.2019-cu il tarixdə saat 15:30 radələrində müəssisənin əməkdaşları tərəfindən onun saxlanıldığı 7-ci rejim korpusunun, 20 saylı kamerasında keçirilmiş axtarış tədbirləri zamanı daxilində GSM kartı olan həmin mobil telefon digər məhkum X5 məxsus çarpayının üzərində qoyulmuş döşəyin altında gizlətdiyi yerdən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri Xətai rayon X11 şöbəsində barəsində Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə cinayət işi başlanılmış və həbs edilərək Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasına göndərilmişdir. 2019-cu ilin aprel ayının ortalarında təcridxananın 7-ci rejim korpusunun 20 saylı kamerasında qoyulmuş çarpayının üzərindəki döşəyin altından «Samsung» markalı mobil telefonu tapmış, həmin telefonu özündə saxlayaraq müxtəlif vaxtlarda gizli mobil telefondan istifadə etməklə yaxınları və tanışları ilə əlaqə saxlamışdır. xx.xx.2019-cu il tarixdə Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının 7-ci rejim korpusunun 20 saylı kamerasında olarkən BİT-nin əməkdaşları tərəfindən kameraya baxış keçirilmiş, baxış zamanı məhkum yoldaşı X5 məxsus çarpayının üzərindəki döşəyin altından mobil telefon aşkar edilərək götürülmüşdür. İstintaqla mobil telefonun onun tərəfindən istifadə olunması müəyyən olunacağını və vəziyyətinin daha da, ağırlaşacağını düşündüyü üçün könüllü olaraq aşkar olunaraq götürülmüş mobil telefonun haradan əldə etdiyini etiraf etmişdir. Tutduğu əməldən səmimi peşmandır. Təqsirləndirilən şəxs təqsirli olması şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs məhkum olunaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında cəza çəkir. Xidmət apardığı Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının əməliyyat şöbəsinə müəssisənin 7-ci rejim korpusunun 20 saylı kamerasında məhkumlara istifadəsi, saxlanması qadağan olunmuş əşya olan mobil telefonun olması və mütəmadi olaraq həmin mobil telefondan istifadə edilməsi barədə məlumat daxil olmuş, əməliyyat məlumatı əsasında xx.xx.2019-cu il saat 15:30 radələrində təcridxananın 7 saylı rejim korpusunun, 20 saylı kamerasında baxış keçirilmiş, baxış zamanı məhkum X6 məxsus çarpayının üzərindəki döşəyin altından məhkumlara istifadəsi və saxlanması qadağan olunmuş əşya daxilində «Cin» nömrəli, GSM kartı olan “Samsung” markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Daha sonra, hal şahidlərin iştiraki ilə həmin telefon qablaşdırılmış və buna dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1, X10 və X7 şahid X2 ifadəsi ilə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. 2019-cu ilin mart-aprel aylarında Elnur ***-***-**- ** nömrəli mobil telefondan ona zəng edərək ondan istifadə etdiyi mobil telefon üçün bir qədər danışıq konturu yükləməyi, təcridxanaya onun üçün siqaret və ərzaq məhsulları gətirməsini xahiş etmişdir. Cinayət işinin 05-ci vərəqəsində olan xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, xx.xx.2019-cu il tarixdə Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının əməkdaşları tərəfindən hal şahidlərin iştirakı ilə BİT-nın 7-ci rejim korpusunun 20 saylı kamerasında keçirilmiş baxış zamanı məhkum X6 məxsus çarpayının üzərindəki döşəyin altından məhkumlara istifadəsi və saxlanması qadağan olunmuş əşya daxilində «Cin» nömrəli, GSM kartı olan “Samsung” markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Cinayət işinin 27-ci vərəqində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 61 (altmış bir) manat 17 (on yeddi) qəpik müəyyən edilmişdir. Cinayət işinin 28-29-cu vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2019-cu il tarixli, 13768 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd “Samsung” markalı, “SGH-E200” modelli, “**********63065” imei kodlu mobil telefon hal-hazırda işlək vəziyyətdədir, istifadə üçün yararlıdır. Cinayət işinin 74-75-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2011-ci il tarixli 7-N №li qərarı ilə təsdiq edilmiş «Cəzaçəkmə müəssisələrinin X8»na 6-cı əlavədən görünür ki, mobil telefon cəzaçəkmə müəssisələrində saxlanılan şəxslər tərəfindən saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunmuş əşyadır. Cinayət işinin 173-cü vərəqəsində olan xx xxxxxx 2019-cu il tarixli baxış keçirilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, ********* №-li cinayət işi məhkəmə qərarı əsasında «xxxxxxx» MMC-dən götürülmüş telefon danışıqları barədə məlumatlara baxış keçirilmiş, Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında cəza çəkən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli GSM dan istifadə etməklə qardaşı Şahid1 istifadəsində olan 055)-339-55-33 nömrəli, Şahid3 istifadəsində olan ***-***-**-** nömrəli və Şahid2 istifadəsində olan 055-928-02 nömrəli mobil telefonlara zəng edilərək əlaqə saxlanılması və SMS-lər göndərilməsi müəyyən edilmişdir. Cinayət işinin 108-172-ci vərəqəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-156/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 06 il 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəmisinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə təyin olunmuş 01 il 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplanmaqla onun üzərində qəti olaraq 07 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə əvvəli xx xxx 2018-ci il tarixdən hesablanması qərara alınmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə tamamilə sübuta yetirilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halı, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar isə müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halın olmasını nəzərə alır və Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzanı təyin etməyi məqsədəmüvafiq hesab edir və onun islah olunması üçün kifayət edə bi-ləcəyini nəzərə alır. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 156/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 07 il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməməsi nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 61 (altmış bir) manat 17 (on yeddi) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 185, 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-156/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 07 (yeddi) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli xx xxx 2018-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi 61 (altmış bir) manat 17 (on yeddi) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Fəqan Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar