Məhkəmə qərarları › İş №1(008)-60/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-60/2025

20.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-60/2025 20.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, məhkəmə iclasının katibi Qaralov Kənan Dünyamalı oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Knyaz qızının, zərərçəkmiş şəxs-mülki iddiaçı X36 və onun nümayəndəsi 06 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1991-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Çərçiboğan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Çərçiboğan kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçildiiyndən hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, , o, qabaqcadan əlbir olan bir qrup şəxs halında hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlayaraq, bilə-bilə saxta sənəddən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə qohumu X32 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında X12 özünü işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verərək sonuncunun inam və etibarını qazanmaqla sonuncuya törətdiyi cinayət əməlinə görə təqsirli bilinib məhkum olunaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən əri Şahid5 azadlığa buraxılmasına köməklik göstərəcəyinə dair yalan vədlər verib aldadaraq xx.xx.2014-cü il tarixdə cinayətdən məlumatı olmayan “Anar” adlı şəxsiyyəti istintaqa məlum olmayan şəxsin vasitəsilə Təranə Nağıyevadan ünvan 1 ünvanında 12.000 manat pulu, xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixə kimi olan müddət ərzində, istintaqla müəyyən edilməyən günlərdə eyni ünvanda eyni işə görə cinayətdən məlumatı olmayan “Elxan” adlı şəxsiyyəti istintaqa məlum olmayan şəxsin vasitəsilə 29.000 manat pulu, xx.xx.2015-ci il tarixdə eyni ünvanda eyni işə görə Təranə Nağıyevadan qrup üzvü Elvin Zamanlının vasitəsilə 3.800 manat pulu, ümumilikdə 44.800 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə vəd etdiyi işi görməyib zərərçəkmiş şəxs Təranə Nağıyevaya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə qohumu X32 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 özünü işgüzar və şəxsi əlaqələri geniş biri kimi təqdim edib bu barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verərək inam və etibarını qazanmaqla sonuncuya Türkiyə Respublikasından mebel alacağına dair yalan vədlər verib aldatmaqla 2020-ci ilin avqust ayında istintaqla müəyyən edilməyən gündə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən metronun “Xətai” stansiyasının yaxınlığında sonuncunun 3000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 həmin məbləğdə ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə tanışı Şahid3 və sonuncunun tanışı Şahid2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 özünü işgüzar və şəxsi əlaqələri geniş biri kimi təqdim edib inam və etibarını qazanmaqla Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin tabeliyində olan Mənzil-Kommunal İstismar İdarələrindən birinə rəis vəzifəsinə qəbul etdirəcəyinə dair yalan vədlər verib aldatmaqla bunun üçün 9.000 manat pul tələb olunduğunu bildirdikdən sonra xx.xx.2021-ci il tarixdə Şahid2 Abşeron rayonu Xırdalan şəhərində yerləşən Abşeron rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında Zərərçəkmiş şəxs2 7.000 manat pulu, eyni işə görə Şahid3 2021-ci ilin oktyabr ayının əvvəllərində, istintaqla dəqiq müəyyən edilməyən gündə Zərərçəkmiş şəxs2 1.000 manat pulu, xx.xx.2021-ci il tarixdə isə özü eyni işə görə sonuncu tərəfindən Abşeron rayonu Məmmədli qəsəbəsi ərazisində yerləşən ödəmə terminalı vasitəsilə cinayətdən xəbəri olmayan Mirağa Seyidova məxsus "xxxx" ASC-yə aid “5103 0714 7231 8456” nömrəli kart hesabına göndərilmiş 1.000 manat pulu, ümumilikdə 9.000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə vəd etdiyi işi görməyib Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə tanışı Şahid3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs3 özünü işgüzar və şəxsi əlaqələri geniş biri kimi təqdim edib inam və etibarını qazanmaqla Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən hərbçilərin istifadəsinə verilməsi üçün tikiləcək şəhərcikdəki doqquz mərtəbəli binanın mebellərlə təchiz olunması ilə bağlı tenderi qazandıracağına dair yalan vəd verib aldadaraq bunun üçün 10.000 manat pul lazım olduğunu bildirdikdən sonra Mahir Mirzəyevdən xx.xx.2021ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri “AAAF Park” yaşayış kompleksinin ərazisində həmin dövrün rəsmi məzənnəsi ilə 6.800 manat təşkil edən 4.000 ABŞ dolları və 200 manat pulu,eyni işə görə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ziya Bünyadov prospekti 2062-ci məhəllədə yerləşən “TOSOİL” yanacaq doldurma məntəqəsinin yaxınlığında həmin dövrün rəsmi məzənnəsi ilə 2.890 manat təşkil edən 1.700 ABŞ dolları və 110 manat pulu, ümumilikdə 10.000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə vəd etdiyi işi görməyib Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs11 özünü işgüzar, nüfuzlu və geniş şəxsi əlaqələrə malik biri kimi təqdim edib inam və etibarını qazandıqdan sonra sonuncuya Beyləqan rayon X38 bölməsində istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş oğlu X33 barəsində seçilmiş “həbs” qətimkan tədbirini “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz olunması və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə köməklik göstərəcəyinə dair yalan vədlər verib aldatmaqla 2022-ci ilin fevral ayının sonlarında istintaqla müəyyən edilməyən gündə Zərərçəkmiş şəxs11 onun yaşadığı ünvan 2 ünvanında 3.000 manat pulu, həmin gündən bir neçə gün sonra, 2022-ci ilin fevral ayının sonlarında istintaqa məlum olmayan tarixdə eyni işə görə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Ağa Nemətulla və M.Əhmədzadə küçələrinin kəsişməsindəki Nəriman Nərimanov adına parkda yerləşən “İstanbul” kafesində 7.000 manat pulu, ümumilikdə 10.000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə vəd etdiyi işi görməyib Zərərçəkmiş şəxs11 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan “Turan” adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs4 özünü yüksək vəzifəli tanışlarının olduğu şəxs kimi təqdim edib törətdiyi cinayət əməlinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib barəsində “həbs” qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İstintaq təcridxanasında həbsdə saxlanılan oğlu Şahid7 azadlığa çıxarılması məsələsini həll edəcəyinə dair yalan vəd verib aldatmaqla xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs4 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən “Həyat Məkan” restoranında 5.800 manat pulu, xx.xx.2022-ci il tarixdə eyni işə görə ünvan 3 ünvanında yerləşən “Bravo” marketin içərisindəki “MilliÖn” ödəmə terminalından sonuncu tərəfindən cinayətdən xəbəri olmayan X13 məxsus "xxxx" ASC-yə aid “4169 7423 2168 3282” nömrəli kart hesabına göndərilmiş 1.200 manat pulu, xx.xx.2022-ci il tarixdə eyni işə görə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 157 ünvanında yerləşən “Araz” marketin içərisindəki “eManat” ödəmə terminalından Bahəddin Quliyevə məxsus eyni kart hesabına göndərilmiş 1.000 manat pulu, xx.xx.2022-ci il tarixdə eyni işə görə ünvan 5 ünvanında yerləşən “Spar” marketin içərisindəki “eManat” ödəmə terminalından Bahəddin Quliyevə məxsus eyni kart hesabına göndərilmiş 800 manat pulu, xx.xx.2022-ci il tarixdə eyni işə görə ünvan 6 ünvanında yerləşən “Bazarstore” marketin içərisindəki “eManat” ödəmə terminalından Bahəddin Quliyevə məxsus eyni kart hesabına göndərilmiş 1.000 manat pulu, xx.xx.2022ci il tarixdə eyni işə görə Bakı şəhərində yerləşən ünvanını və adını dəqiq bilmədiyi marketin içərisindəki ödəmə terminalından Bahəddin Quliyevə məxsus eyni kart hesabına göndərilmiş 1.200 manat pulu, xx.xx.2022-ci il tarixdə ünvan 8 ünvanında yerləşən “Grandmart” marketin içərisindəki “MilliÖn” ödəmə terminalından Bahəddin Quliyevə məxsus eyni kart hesabına göndərilmiş 1.500 manat pulu, ümumilikdə 12.500 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib vəd etdiyi işi görməyib Zərərçəkmiş şəxs4 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs12 özünü işgüzar, nüfuzlu və geniş şəxsi əlaqələrə malik biri kimi təqdim edib törətdiyi cinayət əməlinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib barəsində “həbs” qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İstintaq təcridxanasında həbsdə saxlanılan oğlu X24 həbsdən azad edilməsi məsələsini həll edəcəyinə dair yalan vəd verib aldadaraq xx.xx.2022-ci il tarixdə ünvan 9 ünvanında yerləşən “Əsmənur” marketin içərisindəki “Mpay” ödəmə terminalı aparatından sonuncu tərəfindən cinayətdən xəbəri olmayan Şahid8 məxsus “X39” Açıq Səhmdar Cəmiyyətinin “Leobank” mobil bankına aid 4169 7385 2641 0638 nömrəli kart hesabına bir neçə dəfəyə göndərilmiş 3500 manat pulu, xx.xx.2022-ci il tarixdə eyni işə görə ünvan 10 ünvanında yerləşən “Bravo” marketin içərisindəki “MilliÖn” ödəmə terminalı aparatından Şahid8 məxsus eyni kart hesabına iki dəfəyə göndərilmiş 650 manat pulu, xx.xx.2022-ci il tarixdə eyni işə görə ünvan 10 ünvanında yerləşən “Bravo” marketin içərisindəki “MilliÖn” ödəmə terminalı aparatından Şahid8 məxsus eyni kart hesabına göndərilmiş 500 manat pulu, xx.xx.2022-ci il tarixdə eyni işə görə yaşadığı ünvan 11 ünvanından mobil telefonunun proqramı vasitəsilə Şahid8 məxsus eyni kart hesabına göndərilmiş 350 manat pulu, ümumilikdə 5.000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib vəd etdiyi işi görməyib Zərərçəkmiş şəxs12 həmin məbləğdə ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan “Tural” adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs5 özünü işgüzar, nüfuzlu və geniş şəxsi əlaqələrə malik biri kimi təqdim edib inam və etibarını qazanaraq Zərərçəkmiş şəxs5 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sumqayıt şəhər Regional Dövlət Yanğından Mühafizə İdarəsinə sürücü kimi işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs5 tərəfindən Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən “Əli-94” adlı ərzaq mağazasının qarşısında quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsilə cinayətdən xəbəri olmayan şəxsiyyəti istintaqa məlum olmayan “Ziyafət” adlı şəxsə məxsus olan "xxxx" ASC-yə aid “6768 6771 7852 2110” nömrəli kart hesabına göndərilmiş 1000 manat pulu, 2022-ci ilin avqust ayının sonlarında istintaqla müəyyən edilməyən gündə Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində eyni işə görə Zərərçəkmiş şəxs5 2000 manat pulu, 2022-ci ilin avqust ayının sonlarında istintaqla müəyyən edilməyən gündə Zərərçəkmiş şəxs5 "xxxx" ASC-yə aid “4182 4957 0278 0754” nömrəli kart hesabından mobil telefonunda olan tətbiq vasitəsilə “Tural” adlı şəxsə məxsus "xxxx" ASC-yə aid “4169 7377 0939 6499” nömrəli kart hesabına göndərilmiş 100 manat pulu, onun özünə məxsus "xxxx" ASC-yə aid “6768 6771 7742 4607” nömrəli kart hesabına göndərilmiş 50 manat pulu, ümumilikdə 3.150 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib vəd etdiyi işi görməyib Zərərçəkmiş şəxs5 həmin məbləğdə ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə istintaqa üsulu və tarixi məlum olmayan yerdə hüquq verən rəsmi sənəd hesab edilən “Saray Bələdiyyəsi tərəfindən Zərərçəkmiş şəxs6 adına ayrılmış 0,022 ha torpaq sahəsinin döngə nöqtələri və kordinatları”, “Mühəndis İ.Məmmədov” və “Baş mühəndis T.İsmayılzadə” yazıları, imzalar və kordinatlar, həmçinin fotoşəkil olan elektron xəritədən çıxarışı istifadə etmək üçün qanunsuz hazırlayaraq, bilə-bilə həmin saxta sənəddən istifadə etməklə şəxsiyyəti istintaqa məlum olmayan “Tural” adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 05 sentyabr 2022-ci il tarixdə tanış olduğu Zərərçəkmiş şəxs6 özünü Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsində aparılan tikinti işlərinə nəzarəti həyata keçirən səlahiyyətli nümayəndəsi kimi təqdim edərək həmin qəsəbə ərazisində yerləşən və faktiki olaraq Zərərçəkmiş şəxs6 sərəncamında olan 0,085 ha kənd təsərrüfatı təyinatlı və ünvan 12 ünvanında yerləşən 0,022 ha həyətyanı torpaq sahələrinin sonuncunun adına qanunamüvafiq qaydada sənədləşdirəcəyinə dair yalan vəd verib aldadaraq həmin saxta sənəddən istifadə edib Zərərçəkmiş şəxs6 təqdim edərək 2022-ci ilin sentyabr ayının ortalarında istintaqla müəyyən edilməyən gündə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin inzibati binası qarşısında Zərərçəkmiş şəxs6 1.200 manat pulunu, 2022-ci ilin sentyabr ayının ortalarında istintaqla müəyyən edilməyən gündə eyni işə görə sonuncunun işlədiyi Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən qəssabxanada 200 manat pulunu, 2022-ci ilin sentyabr ayının ortalarında istintaqla müəyyən edilməyən gündə eyni işə görə Bakı şəhəri Binəqədi rayonu “Şamaxinka” deyilən ərazidə yerləşən kafedə 300 manat pulunu, 2022-ci ilin sentyabr ayının sonlarında istintaqla müəyyən edilməyən gündə eyni işə görə Zərərçəkmiş şəxs6 işlədiyi qəssabxanada 300 manat pulunu, 2022-ci ilin sentyabr ayının sonlarında istintaqla müəyyən edilməyən gündə eyni işə görə Zərərçəkmiş şəxs6 işlədiyi qəssabxanada 200 manat pulunu, həmçinin qeyd olunan işlərin görülməsi üçün çəkilən xərclər adı altında eyni ünvanda 100 manat pulu və qeyd edilən torpaq sahələrinin sənədləşdirilməsi üçün əvvəlcədən tələb olunan pulun qalığı müqabilində 200 manat dəyərində ət məhsulunu alıb, ümumilikdə 2.500 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib vəd etdiyi işi görməyib Zərərçəkmiş şəxs6 həmin məbləğdə ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs7 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində, “Pətək” marketin arxasında 6 sot ölçüdə torpaq sahəsi satacağına dair yalan vəd verib aldadaraq xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa yolu, dayanacaq 11 ünvanında yerləşən “Həyat Məkan” adlı restoranın qarşısında Zərərçəkmiş şəxs7 30.000 manat pulunu alıb ələ keçirməklə verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs7 xeyli miqrdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan “Tural” adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs8 özünü işgüzar, nüfuzlu və geniş şəxsi əlaqələrə malik biri kimi təqdim edib törətdiyi cinayət əməlinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib barəsində “həbs” qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İstintaq təcridxanasında həbsdə saxlanılan qardaşı X25 zaminliyə çıxarılması və şərti olaraq cəza alması məsələsini həll edəcəyinə dair yalan vəd verib aldadaraq xx.xx.2023-cü il tarixdə ünvan 14 ünvanından Zərərçəkmiş şəxs8 özünə məxsus 416973******3326 nömrəli kart hesabından mobil telefon tətbiqi vasitəsilə şəxsiyyəti istintaqa məlum olmayan şəxsin 416973****** 0408 nömrəli kart hesabına göndərdiyi 11.000 manat pulu, xx.xx.2023-cü il tarixdə eyni işə görə eyni ünvandan Zərərçəkmiş şəxs8 özünə məxsus kart hesabından mobil telefon tətbiqi vasitəsilə şəxsiyyəti istintaqa məlum olmayan şəxsin 416973****** 5368 nömrəli kart hesabına göndərdiyi 11.000 manat pulu, xx.xx.2023-cü il tarixdə eyni işə görə eyni ünvandan Zərərçəkmiş şəxs8 özünə məxsus kart hesabından mobil telefon tətbiqi vasitəsilə şəxsiyyəti istintaqa məlum olmayan şəxsin 416973****** 6499 nömrəli kart hesabına göndərdiyi 3.000 manat pulu, xx.xx.2023-cü il tarixdə eyni işə eyni ünvandan Zərərçəkmiş şəxs8 özünə məxsus kart hesabından mobil telefon tətbiqi vasitəsilə 416973****** 6499 nömrəli kart hesabına göndərdiyi 1.500 manat pulu, xx.xx.2023- cü il tarixdə eyni işə görə eyni ünvandan Zərərçəkmiş şəxs8 özünə məxsus kart hesabından mobil telefon tətbiqi vasitəsilə 416973****** 6499 nömrəli kart hesabına göndərdiyi 4.000 manat pulu, xx.xx.2023-cü il tarixdə eyni işə görə eyni ünvandan Zərərçəkmiş şəxs8 özünə məxsus kart hesabından mobil telefon tətbiqi vasitəsilə şəxsiyyəti istintaqa məlum olmayan şəxsin 416973****** 6504 nömrəli kart hesabına göndərdiyi 2.000 manat pulu, xx.xx.2023-cü il tarixdə eyni işə görə eyni ünvandan Zərərçəkmiş şəxs8 özünə məxsus kart hesabından mobil telefon tətbiqi vasitəsilə 416973****** 6499 nömrəli kart hesabına göndərdiyi 275 manat pulu, xx.xx.2023-cü il tarixdə eyni işə görə Zərərçəkmiş şəxs8 tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, X49 30, bina 6-da yerləşən Uğur market “MPAY” ödəmə terminalından şəxsiyyəti istintaqa məlum olmayan şəxsin 416973****** 7636 nömrəli kart hesabına göndərilmiş 5.000 manat pulu, xx.xx.2023-cü il tarixdə eyni işə görə Zərərçəkmiş şəxs8 tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi, 29da yerləşən “MilliÖn” ödəmə terminalından 416973****** 7636 nömrəli kart hesabına göndərilmiş 1.000 manat pulu, xx.xx.2023-cü il tarixdə eyni işə görə Zərərçəkmiş şəxs8 tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, X49 30, bina 6-da yerləşən Uğur market “MPAY” ödəmə terminalından 416973****** 7636 nömrəli kart hesabına göndərilmiş 2.000 manat pulu, 2023-cü ilin noyabr ayının sonlarında istintaqla müəyyən edilməyən gündə Zərərçəkmiş şəxs8 tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, sovxoz Ramana qəsəbəsində yerləşən ünvanı və adı istintaqa məlum olmayan marketdə olan “MilliÖn” ödəmə terminalından şəxsiyyəti istintaqa məlum olmayan şəxsin kart hesabına göndərilmiş 725 manat pulu, ümumilikdə 41.500 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib vəd etdiyi işi görməyib Zərərçəkmiş şəxs8 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə X36 Rusiya Federasiyasından Azərbyacan Respublikasına gətirdiyi 2021-ci il buraxılışlı, 2.0 həcmli, benzin yanacağı ilə işləyən 48.300 manat dəyərində “Hyundai Sonata” markalı avtomobilinin gömrük sənədləşdirilməsi məsələsini öz hesabına həll edəcəyinə, Arzum Əzizovun avtomobili satdıqdan sonra gömrük sənədləşdirlməsinə çəkdiyi xərci ona qaytarmağı barədə yalan vəd verib aldadaraq Arzum Əzizova tanışı Şahid15 adına etibarnamə verdirib xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində həmin avtomobilin gömrük rəsmiləşdirilməsini həyata keçirib Zərərçəkmiş şəxs9 sataraq avtomobili Zərərçəkmiş şəxs9 həyat yoldaşı X14 adına sənədləşdirərək verdiyi vədə əməl etməyib həmin ünvanda Arzum Əzizovun “Hyundai Sonata” markalı avtomobilini satıb pulunu ələ keçirərək zərərçəkmiş şəxs Arzum Əzizova 48.300 manat məbləğində, xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə istintaqa üsulu və tarixi məlum olmayan yerdə hüquq verən rəsmi sənəd hesab edilən Zərərçəkmiş şəxs9 adına olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon ünvanında yerləşən 0,01 sot ölçüdə torpaq sahəsinin **********598 nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı və həmin torpaq sahəsinin Daşınmaz əmlakın Dövlət kadastrı və Reyestri Publik Hüqiqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin adından hazırlanmış B№ 208889 nömrəli planını, X21 adına olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon ünvanında yerləşən 0,0187 sot ölçüdə torpaq sahəsinin Daşınmaz əmlakın Dövlət kadastrı və Reyestri Publik Hüqiqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin adından hazırlanmış B№ 208698 nömrəli planı və həmin torpaq sahəsinin torpaq sahəsinin kadstr göstəriciləri və qaiməsini istifadə etmək üçün qanunsuz hazırlayaraq, bilə-bilə həmin saxta sənədlərdən istifadə etməklə Zərərçəkmiş şəxs9 Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən “Bravo” marketin yaxınlığında 120 kv metr ölçüdə boş toraq sahəsini ona 18.000 manata satacağına, bundan başqa Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində “Pətək” marketlə üzbəüz 15.000 kv metr ölçüdə boş torpaq sahəsini satdığını, torpağın sahibi ilə problemi olduğundan ona verildiyini, torpağı Zərərçəkmiş şəxs9 adına keçirə biləcəyini və gələcəkdə onunla razılaşdıqdan sonra ya dediyi pulu ona verməyini, ya da ki, yenidən torpağı onun adına keçirərək geri qaytara biləcəyinə, bundan başqa Bakı şəhəri, Binəqədi rayonu 7-ci mikrorayonda “Bravo” marketin yaxınlığında Zərərçəkmiş şəxs9 əvvəl aldığı 120 kv.metr ölçüdə boş toraq sahəsinin yanında əlavə 187 kv.metr ölçüdə boş torpaq sahəsini 16.000 manata satacağına dair yalan vəd verib aldadaraq həmin saxta sənədlərdən istifadə edib Zərərçəkmiş şəxs9 təqdim edərək 2023-cü il ilin dekabr ayının əvvələrində istintaqla müəyyən edilməyən gündə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 179 ünvanında yerləşən Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin qarşısında Zərərçəkmiş şəxs9 5.000 manat pulunu, 2023-cü il ilin dekabr ayının əvvələrində istintaqla müəyyən edilməyən gündə ünvan 19 ünvanında yerləşən “Bravo” marketin içərisində 6.000 manat pulunu, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs9 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Ramana sahəsində yerləşən fərdi yaşayış evindən özünə məxsus Kapital banka aid 4169-7388-4731- 4345 nömrəli kart hesabından mobil telefon tədbiqi vasitəsilə cinayətdən xəbəri olmayan şəxsiyyəti istintaqa məlum olmayan şəxsin 416973*****8347 nömrəli kart hesabına göndərdiyi 1.000 manat pulu, xx.xx.2023-cü il tarixdə ünvan 20 ünvanında yerləşən 15 saylı notariat kontorunda Zərərçəkmiş şəxs9 tanışı X9 vasitəsilə 800 manat pulu, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs9 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Ramana sahəsində yerləşən fərdi yaşayış evindən özünə məxsus kart hesabından mobil telefon tədbiqi vasitəsilə şəxsiyyəti istintaqa məlum olmayan şəxsin 416973*****8347 nömrəli kart hesabına göndərdiyi 1.000 manat pulu, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs9 eyni ünvandan özünə məxsus kart hesabından mobil telefon tədbiqi vasitəsilə şəxsiyyəti istintaqa məlum olmayan şəxsin 5239-1515-1197-6402 nömrəli kart hesabına göndərdiyi 1.000 manat pulu, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs9 eyni ünvandan özünə məxsus kart hesabından mobil telefon tədbiqi vasitəsilə şəxsiyyəti istintaqa məlum olmayan şəxsin 4169-7388-5598-7636 nömrəli kart hesabına göndərdiyi 1.000 manat pulu, xx.xx.2023-cü il tarixdə təxminən saat 19 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən “Araz” marketin içərisində Zərərçəkmiş şəxs9 4.000 manat pulu, xx.xx.2023-cü il tarixdə təxminən saat 19 radələrində eyni ünvanda yerləşən “Araz” marketin içərisində Zərərçəkmiş şəxs9 4.000 manat pulu alaraq, ümumilikdə 23.800 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib vəd etdiyi işi görməyib Zərərçəkmiş şəxs9 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə X4 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində 2 sot ölçüdə torpaq sahəsini 4.000 manata satacağına dair yalan vəd verib aldadaraq Təyyarə İsmayılovaya satacağı torpaq sahəsinin sənədlərini düzəltmək adı ilə 2024-cü ilin yanvar ayının ortalarında istintaqla müəyyən edilməyən gündə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən “Pətək” marketin qarşısında Təyyarə İsmayılovanın 2.000 manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib zərərçəkmiş şəxs Təyyarə İsmayılovaya həmin məbləğdə maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs10 özünü işgüzar, nüfuzlu və geniş şəxsi əlaqələrə malik biri kimi təqdim edib sonuncunun oğlu Altay Agəliyevin həbsdən buraxılması və cinayət məsuliyyətindən azad olunması məsələsini həll edəcəyinə dair yalan vəd verib aldadaraq xx.xx.2024-cü il tarixdə ünvan 22 ünvanından Zərərçəkmiş şəxs10 5522-0941-0923-7132 nömrəli kart hesabından mobil telefon tətbiqi vasitəsilə cinayətdən xəbəri olmayan, şəxsiyyəti istintaqa məlum olmayan “Turan” adlı şəxsə məxsus olan 4169-7377-0939-6499 nömrəli kart hesabına üç dəfəyə göndərdiyi 9.400 manat pulu, xx.xx.2024-cü il tarixdə eyni işə görə eyni ünvanda Zərərçəkmiş şəxs10 5239-1517-0464-0203 nömrəli kart hesabından mobil telefon tətbiqi vasitəsilə cinayətdən xəbəri olmayan, şəxsiyyəti istintaqa məlum olmayan “Turan” adlı şəxsə məxsus olan 4169-7377-0939-6499 nömrəli kart hesabına üç dəfəyə göndərdiyi 4.000 manat, xx.xx.2024-cü il tarixdə eyni işə görə eyni ünvanda Zərərçəkmiş şəxs10 5239-1517-0464-0203 nömrəli kart hesabından mobil telefon tətbiqi vasitəsilə cinayətdən xəbəri olmayan, şəxsiyyəti istintaqa məlum olmayan “Turan” adlı şəxsə məxsus olan 4169-7377-0939-6499 nömrəli kart hesabına göndərdiyi 1.000 manat pulu, ümumilikdə 14.400 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib vəd etdiyi işi görməyib Zərərçəkmiş şəxs10 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o 2008-2012-ci illər ərzində Ukrayna Respublikasının Xarkov şəhərində yerləşən Ukrayna Milli Mülki Müdafiə universitetində dövlət xətti ilə əyani təhsil almışdır. 2012-ci ildə həmin universiteti bitirmiş və 2012-ci ilin avqust ayından 2013-cü ilin avqust ayına kimi Xəzər rayon Dövlət Yanğından Mühafizə Hissəsində rəis köməkçisi vəzifəsində işlədikdən sonra öz xahişi ilə işdən azad olunmuşdur. İşdən azad olunduqdan sonra Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən «Sədərək» ticarət mərkəzində bir müddət ticarətlə məşğul olmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını 9 və 10 saylı cəzaçəkmə müəssisələrində çəkmişdir. Cinayət Məcəlləsində edilmiş dəyişiklərə əsasən 2018-ci ildə məhkəmə qərarı ilə azadlığa çıxmışdır. X32 onun əmisi oğludur. Elvinlə münasibətləri hər zaman yaxşı olmuş, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır.Nağıyeva Təranə aid epizod üzrə özünü təqsirli bilmir. Bildirmək istəyir ki, o, əvvəllər törətdiyi dələduzluq cinayətinə görə Bakı şəhəri, Binəqədi Rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.4, 66.5-ci maddələri ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasını Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı ÇCMdə çəkmişdir. Cəzaçəkdiyi müddət ərzində 2014-cü ildə onunla birlikdə çəzacəkən Şahid5 ilə tanış olmuşdur. Rafael köhnə polis əməkdaşı olmuş və işindən xaric olunaraq AR.CMnin 234.4.3-cü maddəsi ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. O, Rafaelin işini həll etmək üçün ondan pul almamışdır. İttihamda göstərilənlər yalandır, belə bir hadisə baş verməmişdir. O, Təranə Nağıyevaya və ya onun əri Rəfael Mirzəyevə sonuncunun cəzadan aza olunacağına və işinə bərpa olunacağına dair vəd verməmişdir. Bu mümkün deyil. Belə ki, 2014-2015-ci illərdə PX-in 9 saylı CÇM-də çəza çəkmiş, 23 yaşı olmuşdur. Rafael hüquqşunas və polis olduğundan o, özü hüquqi məsələləri ondan soruşmuşdur. Rafaelə bir ağsaqqal kimi həmişə hörmət etmişdir. O, onun həyat yoldaşı Təranə Nağıyeva ilə heç vaxt telefonla danışmamış, CÇM-də görüşməmişdir. CÇM-də bütün telefon danışıqları, görüşlər qeydə alınır, kimə zəng etməyin, hansı nömrə ilə danışmağın, kimlərlə görüşməyin yazılır. Əgər bütün bunlar yoxlansa onun Təranə Nağıyeva ilə heç vaxt telefonla danışmadığı, görüşməməyi müəyyən olunacaqdır. Adları göstərilən Anar, Elxan, Kamal və Mürsəl adlı şəxsləri tanımır, 2014-2015-ci illərdə CÇM-də olarkən belə adlı şəxslərlə nə görüşü olmayıb, nə də ki, telefon danışığı. Göstərilənlərin hamısı yalandır. Ona heç kim 44800 manat pul verməmişdir. 2015-ci ilin payız aylarında o, 9 saylı CÇM-də cəza çəkərkən Rafael ona demişdir ki, arvadı bir nəfərə pul göndərməlidir. Arvadının həmin şəxslə görüşməsini istəmir, Buna görə də, ondan xahiş etmişdir ki, bir nəfər yaxın adamı tapsın ki, onun arvadından pulu götürüb həmin adama çatdırsın. O, bu barədə qohumu Elvinə demişdir. X22 demişdir ki, Rafael adlı məhkum yoldaşının evindən ona veriləcək pulu deyilən ünvana çatdırsın. Elvinə Təranə xanımın telefon nömrəsini vermişdir. Qalan baş verənlər barədə məlumatı olmamışdır. Bir iki gün sonra Rafael ona demişdir ki, Elvin onun arvadından 3800 manat pul götürüb deyilən ünvana çatdırmamışdır. Bununla əlaqədar Rafaellə aralarında mübahisə yaranmışdır. Rafael ondan qisas alacağını demişdir. Bir müddət sonra onu qapalı rejimli cəzaçəkmə müəssisəsinə etap etmişlər. xx.xx.2018-ci ildən azad olunmuşdur. Göstərilən epizod üzrə özünü təqsirli bilmir. Elvin ona 3800 manatdan heçnə verməmişdir. Ümumiyyətlə Rafaeldən nəsə ələ keçirmək, onu aldatmaq niyyəti olmamışdır. Zərərçəkmiş şəxs1 qarşı dələduzluq epizodu üzrə də özünü təqsirli bilmir. X15 Zərərçəkmiş şəxs1la nə kimi münasibətlərinin olduğunu bilmir. Elvinlə qabaqcadan əlbir olmamışdır. Yavəri aldatmamış, pulunu ələ keçirməmişdir. 3000 manatdan ona heçnə verilməmişdir. Göstərilənlər yalandır. Zərərçəkmiş şəxs2 ilə bağlı epizod üzrə özünü təqsirli bilir. Ona həmin epizod üzrə 1000 manat pul verilmişdir. Həmin 1000 manat pulu da Zərərçəkmiş şəxs2 geri qaytarmışdır. Orucun ondan şikayəti yoxdur. Zərərçəkmiş şəxs3 ilə bağlı epizod üzrə özünü təqsirli bilir. Ona həmin epizod üzrə cəmi 3000 manat pul verilmişdir. O bilmişdir ki, Mahir adlı şəxsin mebel sexi vardır, böyük ofislərdə və binalarda mebel işlərini görmək üçün sifarişçi axtarır, lakin tenderdə qalib gələ bilmir. Davud da ona əvvəlcədən Müdafiə Nazirliyində tanışlarının olduğunu və həmin tanışları vasitəsilə Müdafiə Nazirliyi ilə bağlı nə işlər olduqda köməklik edəcəyini demişdir. O da buna görə Davuda zəng etmişdir və demişdir ki, bir nəfər tanış var, ona Müdafiə Nazirliyinin sifarişi əsasında tikilən yaşayış binalara mebel işlərinin onun tərəfindən görülməsində köməklik etmək lazımdır. O, Mahirlə danışmış və ona demişdir ki, Davud adlı tanışı var, ona köməklik edə bilər. Mahir də ona demişdir ki, Davudun onunla danışmasına şərait yaratsın. Bundan sonra o, Davudun nömrəsini Mahirə vermişdir. Daha sonra Mahirlə Davud danışmışlar və razılaşmışlar. Daha sonra Mahir ona zəng edərək demişdir ki, Davud ondan Müdafiə Nazirliyi tərəfindən tikilən hərbiçilər üçün yaşayış binasında quraşdırılmalı mebellərin sifarişinin onun tərəfindən görülməsi barədə tenderi udmaqda köməklik etmək məqsədlə 10.000 manat pul almışdır. Davud həmin puldan ona 3.000 manat pul vermişdir. Mahirə 3000 manat ziyan ödənilmişdir. Mahirin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bundan başqa bildirmək istəyir ki, Zərərçəkmiş şəxs11 ilə 2017-ci ildə 10 saylı cəzaçəkmə müəssisəsində tanış olmuş və aralarında dostluq münasibətləri yaranmışdır. Zərərçəkmiş şəxs11 dələduzluq cinayəti törətdiyinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. 2018-ci ildə azadlığa çıxdıqdan sonra bir müddət Zərərçəkmiş şəxs11la əlaqə və ünsiyyət saxlamamışdır. 2021-ci ilin sentyabr ayında dələduzluq faktı ilə bağlı Suraxanı Rayon Polis İdarəsinin istintaq şöbəsində olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə məhkəmənin qərarına əsasən barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir və Penitensiar Xidmətin Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 3 saylı istintaq təcridxanasında saxlanılmışdır. 2021-ci ilin noyabr ayında 3 saylı İstintaq təcridxanasında saxlanılan zaman Zərərçəkmiş şəxs11 oğlu Fərhad Məmmədovla tanış olmuşdur. Fərhadın dediyinə görə ona məlum olmuşdur ki, o, Beyləqan rayonunda yaşayan doğma xalası qızını evlənmək məqsədi ilə zorla qaçırdığı üçün Beyləqan Rayon Polis Şöbəsində başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. Fərhadla tanış olduqdan sonra o, Fərhada onun atası Zərərçəkmiş şəxs11la birlikdə 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyini bildirmişdir. Fərhad da bu barədə təcridxanadan atası Calala zəng edib məlumat vermişdir. 19 fevral 2022-ci il tarixdə o, 3 saylı İstintaq Təcridxanasından azadlığa buraxılmışdır. Həmin gün şəxsi istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən Zərərçəkmiş şəxs11 ***-***-**-** saylı telefon nömrəsinə zəng vuraraq hal-əhval tutduqdan sonra azadlığa çıxdığını və oğlu Fərhadın işi ilə bağlı onunla görüşüb danışmaq istədiyini demişdir. Calal razılaşmış və xx.xx.2022-ci il tarixdə onunla Nərimanov rayonundakı Nərimanov parkında yerləşən çayxanada Calalla görüşüb çay içərək söhbət etmişlər. Pula ehtiyacı olduğu üçün o, söhbət əsnasında Calalı aldadaraq yalandan oğlu Fərhadın işinin həllində köməklik edəcəyini bildirmişdir. Ondan sonrakı gün onlar Səbail rayonunda parkda görüşüblər. Oradan Calalın yaşadığı Səbail rayonunda yerləşən evinə getmişlər və ondan 2.000 manat pul almışdır. Həmin vaxt Calalın həyat yoldaşı və oğlu da evdə olmuşdur. Ondan sonra Calalla bir daha görüşməmiş, ondan pul almamışdır. Calaldan aldığı 2.000 manatı öz ehtyiaclarına xərcləmişdir. Məhkəmə tərəfindən onların telefonlarının anten məlumatları götürülmüş və müəyyən olunmuşdur ki, ittihama əsasən ona son pulun verildiyi qeyd edilən vaxt zərərçəkmiş şəxs Nərimanov rayonunda ümumiyyətlə olmamışdır. Zərərçəkmiş şəxs yalan danışır. Ondan 10000 manat pul almamış, cəmi 2000 manat pul almışdır. Zərərçəkmiş şəxsin özünün dələduzluqla məhkumluğu olmuşdur. Bundan başqa bildirmək istəyir ki, o, Zərərçəkmiş şəxs4 2022-ci ilin mart ayında tanımışdır. Belə ki, həmin ərəfədə Zərərçəkmiş şəxs4 həbsdə olan tanışı Davudun vasitəsi ilə ona zəng edib oğlu Burxanın həbsdən çıxarılmasına köməklik etməyini ondan xahiş etmişdir. Rizvanın oğlu Burxan tanışı Davud ilə eyni İstintaq təcridxanasında olmuşdur. 07 mart 2022-ci il tarixdə o, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən “Həyat Məkan” adlı restoranda Rizvan ilə görüşüb onunla söhbət etmişdir və 10.000 manata oğlu Burxanın azadlığa çıxarılması məsələsini həll edəcəyini Rizvana bildirmişdir. Rizvan onunla razılaşmışdır. Lakin onun Rizvanın oğlu Burxanın azadlığa çıxarılmasına köməklik etmək fikri olmamış, Rizvanı aldadıb pulunu ələ keçirmək istəyirmiş. 08 mart 2022-ci il tarixdə o, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən “Həyat Məkan” adlı restoranda Rizvan ilə görüşmüşdür. Rizvan həmin vaxtı yanında adını bilmədiyi dostu ilə gəlmiş və Rizvan ona 5900 manat pul vermiş və 100 manatı özü üçün yol pulu istəmişdir. O da ona 100 manat qaytarmış, 5800 manat pulu isə götürmüşdür. Həmin günün sabahı günü o, Ramana qəsəbəsində yerləşən İnsaf adlı marketdə kassir işləyən Bahəddin adlı şəxsə yaxınlaşıb ona demişdir ki, rayondan valideynləri ona pul göndərilməlidir, kartı yoxdur, kartını ona versin ki, rayondan pulu onun kart hesabına göndərsinlər. Bahəddin də ona etiraz etməmişdir, özünə məxsus pul kartını bir neçə saatlıq ona vermişdir. O da Bahəddinin kartının nömrəsini Rizvana vermişdir və Rizvan bir neçə dəfəyə 2022-ci ilin mart və may alarında ayında dəqiq xatırlamadığı günlərdə ona verdiyi 4169 7423 2168 3282 nömrəli kart hesabına hissə-hissə olmaqla ümumilikdə 6700 manat manat pul göndərmişdir. Hər dəfə Rizvan Bahəddinin kart hesabına pul göndərməzdən əvvəl o, Bahəddindən xahiş edib kartını bir neçə saatlıq götürmüş, Rizvanın həmin kart hesabına köçürtdüyü pulu çıxarıb kartı Bahəddinə qaytarmışdır. Beləliklə o, Rizvandan oğlu Burxanın azadlığa çıxarılması məsələsini həll etmək adı ilə ümumilikdə 12500 manat pul alsa da, onun üçün heç bir iş görməyərək verdiyi vədi əməl etməmişdir. Bundan başqa bildirmək istəyir ki, o, Zərərçəkmiş şəxs4 oğlu Burxanın vasitəsi ilə 2022-ci ilin iyun ayında Zərərçəkmiş şəxs12 ilə tanış olmuşdur. Burxan ona demişdir ki, Azadənin oğlu X44 da, həbsdədir və onu həbsdən çıxarmağı üçün ona köməklik etməyini xahiş etmişdir. O, Zərərçəkmiş şəxs12 ilə telefonda danışsa da, onunla görüşməmişdir. O, telefonda Azadəyə oğlu Ayxanın azadlığa çıxarılması məsələsinin həlli üçün 3.000 manat pul istəmişdir. Lakin onun Zərərçəkmiş şəxs12 oğlu Ayxanın azadlığa çıxarılmasına köməklik etmək fikri olmamışdır, Azadəni aldadıb pulunu ələ keçirmək istəyirmiş. Daha sonra isə 3.000 manata bu işin alınmadığını deyib əlavə olaraq Azadədən 2.000 manat pul istəmişdir. Həmin vaxtlar o, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən “Həyat Məkan” restoranına tez-tez getmişdir. Orada müğənnilik edən Bəylər adlı şəxslə münasibəti yaranmışdır. 2022-ci ilin iyun ayının ortalarında o, Bəylərə demişdir ki, ona pul göndəriləcək, lakin kartı yoxdur. O, Bəylərdən xahiş etmişdir ki, kartının fotoşəklini çəkib onun telefonuna göndərsin, onun kart hesabına göndərilən pulu bankomat aparatından çıxarıb ona versin. Bəylər ona etiraz etməmiş, kartının fotoşəklini çəkib onun telefonuna göndərmiş, o da Bəylərin kartının fotoşəklini Azadənin telefonuna göndərmişdir. Beləliklə 2022-ci ilin iyun ayının 13-dən bir həftə ərzində müxtəlif günlərdə Azadəyə verdiyi Bəylərə məxsus 4169 7385 2641 0638 nömrəli kart hesabına Azadə hissə-hissə olmaqla ümumilikdə 5.000 manat pul göndərmişdir. Sonuncu dəfə Azadə 21 iyun 2022-ci il tarixdə ona verdiyi kart hesabına 350 manat pul göndərmişdir. Hər dəfə Bəylərin kart hesabına Azadə pul göndərəndə o, Bəylərə həmin pulu kart hesabından çıxararaq ona verməsini deyirmiş və Bəylər də, həmin kart hesabından pulu çıxardıb ona verirmiş, lakin onun üçün gələn pulların hansı səbəbdən onun kartına vurulmasını bilmirdi, o da, həmin puldan Bəylərə pul verməmişdir. O, Azadədən oğlu Ayxanı həbsdən çıxarmaq üçün ümumilikdə 5.000 manat pul almış, həmin pulu sonradan Azadəyə qaytarmışdır. Zərərçəkmiş şəxs12 ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan ödənilmişdir. Bundan başqa bildirmək istəyir ki, Zərərçəkmiş şəxs5 2022-ci ilin avqust ayında tanımışdır. Həmin vaxt o, Sumqayıt şəhəri, Metallurq qəsəbəsi ərazisində taxta qapılar sexində qaynaqçı işləyən dayısı oğlu Vasifin yanında olarkən həmin sexdə elektrik işləyən İlhamla söhbət edirmişlər və o, öz işinin həyat üçün təhlükəli olduğunu bildirib maaşlı dövlət işində işləmək istədiyini bildirdikdə həmin vaxtlar onun pula ehtiyacı olduğundan İlhamı aldatmaq qərarına gəlmiş və ona özünün əvvəllər Fövqəladə Hallar Nazirliyində yüksək vəzifələrdə işlədiyini, hal-hazırda da həmin nazirlikdə yüksək vəzifələrdə işləyən qohumlarıın olduğunu bildirib onu FHN- nin Sumqayıt Regional Yanğından Mühafizə İdarəsinə sürücü kimi işə düzəldə biləcəyini bildirmişdir. İlham ondan bunun üçün nə qədər pul lazım olduğunu soruşduqda o, İlhama 3.000 manat müqabilində onu həmin vəzifəyə işə düzəldə biləcəyini bildirmişdir. İlham onunla razılaşmışdır. O, İlhama ilk növbədə Ziyafət adlı nazirlik işçisinə 1000 manat pul göndərmək lazım olduğunu bildirmişdir. Ziyafət isə onun dostu olmuş və o heç yerdə işləməmiş, Ziyafətin "xxxx"ına dair kart nömrəsi onda olmuşdur. 19 avqust 2022-ci il tarixdə o, İlhamla Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində görüşmüş və həmin kart nömrəsini İlhama verərək 1000 manat pulu qeyd olunan kart nömrəsinə köçürmək lazım olduğunu bildirmişdir. İlham “Milliön” ödəmə terminalı vasitəsi ilə 1000 manat pulu Ziyafətə məxsus karta köçürmüşdür. Bundan sonra o, İlhamdan ayrılmış və Bakı şəhərində yaşayan Ziyafət adlı dostu ilə görüşüb qohumlarının onun üçün onun kartına Naxçıvandan 1000 manat pul göndərdiyini bildirib kartı ondan götürüb həmin 1000 manatı bankomatdan çıxardıb şəxsi ehtiyaclarına xərcləmişdir. O, həmin 1000 manat pulu İlhamdan alarkən İlhama qeyd olunan vəsait hesabına ona xidməti forma alınacağını və həmçinin tibbi müayinədən keçməsinə xərclənəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra ona pul lazım olmuş və o, Tural adlı tanışından xahiş etmişdir ki, İlhamı ona təqdim edəndə özünü İlhama FHN-nin məsul vəzifəli şəxsi kimi təqdim etsin və onu işə düzəldəcəyini bildirsin. Bundan sonra mən hərbi geyim mağazasına gedib bir dəst yanğından mühafizə əməkdaşına uyğun paltar almış və Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən FHN-nin Yanğından Mühafizə İdarəsinin yaxınlığında bir yerdə gizlətmişdir. İlhama zəng vuraraq FHN-nin əməkdaşı Tural adlı şəxsə 2000 manat pul vermək lazım olduğunu, həmin pul verildikdən sonra onun işə qəbul olunacağı barədə əmr veriləcəyini bildirmişdir. Təxminən 2022-ci ilin avqust ayının sonlarında İlhamla Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində görüşüb İlhama məxsus avtomaşına oturmuş və həmin avtomaşında ona 2000 manat pulu vermişdir. Bundan sonra o, ona birlikdə gedib Tural adlı şəxslə görüşəcəklərini bildirmiş və onlar avtomaşınla Bakı şəhəri, Yasamal rayonu, ərazisində yerləşən FHN-nin Yanğından Mühafizə İdarəsinin qarşısına gəlmişlər. O, İlhama onu avtomaşında gözləməyi təklif edib özü pulu verib geri qayıdacağını bildirmişdir. İlham yenə ona inanmış və onu avtomaşında gözləməyə başlamışdır. O, isə yaxınlıqda gizlətdiyi yeni xidməti geyim dəstini götürüb təxminən 30 dəqiqədən sonra İlhamın yanına qayıdaraq ona artıq işə qəbul olunduğunu, 10 gün ərzində işə qəbul olunması barədə sənədin ona veriləcəyini bildirib həmin geyim dəstini ona təqdim etmişdir. İlhama vəd verdiyi vaxt çatdıqda o, ona zəng vurub əmrinin nə vaxt veriləcəyini soruşarkən o, İlhama hər dəfə müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa çalışırmışdır. Nəhayət İlham ondan Turalın telefon nömrəsini istəmiş və o, Turalın telefon nömrəsini ona vermişdir. Əvvəlcədən isə Turala izah etmişdir ki, özünü FHN-nin məsul əməkdaşı kimi təqdim etsin. Həmçinin komputer vasitəsi ilə Azərbaycan Respublikası FHN-nin Yanğından Mühafizə İdarəsinin rəisi Fizuli Əsədovun adından Göndəriş forması tərtib edərək həmin göndərişdə İlhamın Sumqayıt şəhər regional YMİ-də kiçik çavuş vəzifəsinə təyin olunduğunu qeyd edib daha sonra kompyuterdən çıxarıb oraya imza edib Turala vermişdir ki, İlhamla görüş təyin edib həmin sənədi ona versin. İlham Turala zəng vurduqda Tural onunla Bakı şəhəri ərazisində görüş təyin edərək həmin göstərişi ona vermiş, lakin İlham qeyd olunan sənədə baxdıqdan sonra sənəddə onun sürücü kimi işə təyin olunmasının qeyd olunmadığını bildirmiş və o, İlhamla əlaqə saxlayıb əmri dəyişəcəyini bildirmişdir. Bu arada isə müxtəlif şəxslərin adına olan "xxxx"a məxsus kart hesablarını Turalın adından İlhama göndərərək guya müxtəlif ödənişlərin həyata keçirilməsi məqsədi ilə ondan 50 və ya 100 manat həmin kartlara yükləməsini xahiş etmişdir. İlham da ona inanıb qeyd olunan kartlara pulları göndərmişdir. Sonuncu dəfə 16 oktyabr 2022-ci il tarixdə İlham onun ona göndərdiyi "xxxx" kart hesabına 50 manat pul göndərmişdir. Beləliklə o, ümumilikdə 3.150 manat pulu İlhamdan dələduzluq yolu ilə ələ keçirmişdir. O, bir neçə gündən sonra yenidən komputer vasitəsi ilə Azərbaycan Respublikası FHN-nin Yanğından Mühafizə İdarəsinin rəisi Fizuli Əsədovun adından göndəriş forması tərtib edərək həmin göndərişdə İlhamın Sumqayıt şəhər regional YMİ-də kiçik çavuş sürücü vəzifəsinə təyin olunduğunu qeyd edib daha sonra komputerdən çıxarıb oraya imza edib İlhamla görüşərək həmin göndərişi ona vermişdir. Lakin İlham həmin sənədi müvafiq orqanlara təqdim etdikdə sənədin saxta olması ona bildirilmiş və İlham onun onu aldatdığını başa düşərək ondan verdiyi pulu geri tələb etməyə başlamış, onun isə pulu olmadığından onunla görüşməkdən imtina etmiş, buna görə də İlham ondan şikayət etmişdir. Bundan başqa bildirmək istəyir ki, 05 sentyabr 2022-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində “Abşeron” adlı kafedə olan zaman əvvəllər tanımadığı, sonradan adının Əjdər olduğunu bildiyi şəxslə tanış olmuş, aralarında baş tutan söhbət zamanı o, Əjdərə özünü Abşeron rayon İcra Hakimiyyəti başçısının qohumu kimi təqdim etmiş və Abşeron rayonu Saray qəsəbəsi ərazisində aparılan “tikinti-söküntü” işlərinə nəzarət etdiyini, sənədləri qaydasında olmayan evlər üçün sənəd hazırladığını, əgər belə bir işi olarsa, köməklik göstərə biləcəyini bildirmişdir. Bundan sonra o, Əjdərin işlədiyi yeri öyrənərək təxminən 1 həftə ərzində 3-4 dəfə Əjdərin yanına gəlib-getmiş, etdikləri söhbətlər zamanı Əjdər ona Abşeron rayonu Saray qəsəbəsində yerləşən özünə məxsus 8,5 sot torpaq sahəsinin sənədlərinin tam qaydasında olmaması barədə məlumat vermiş, o, isə yalandan Əjdərə sənədlərini qaydasına salınmasında köməklik göstərə biləcəyini təklif etmişdir. Lakin onun fikri Əjdərə qarşı dələduzluq edib pulunu ələ keçirmək olmuşdur. Bu şəkildə aralarında münasibət yarandıqdan sonra o, Əjdərin torpaq sahəsinə dair sənədləri göstərməsini istədiyi üçün təxminən 10 gün sonra Əjdərin yaşadığı evin qarşısında Əjdər torpağa dair sənədləri təqdim etmişdir. O, Əjdərin ona verdiyi sənədləri yalandan nəzərdən keçirib sənəddə problemlər olduğunu və onda qalaraq “BT”-də işləyən dostuna göstərəcəyini bildirmişdir. Əjdər buna etiraz etməyib sənədlərin onda qalması ilə razılaşmışdır. Həmin söhbətdən təxminən 2 gün sonra o, mobil telefon vasitəsilə Əjdərə zəng edərək yalandan sənədləri “BT”-də işləyən dostuna göstərdiyini və işin 1500 manata həllini tapacağını, həmin pulun 300 manatının verilməsini öz öhdəsinə götürdüyünü, qalan 1200 manatını isə həmin gün saat 16:00 radələrinədək hazırlayaraq ona verməsini istəmişdir. Sonra Tural adlı tanışı ilə danışıb vəziyyəti Turala dedikdən sonra Turaldan xahiş etmişdir ki, Əjdəri ona təqdim edəndə özünü Abşeron rayonu Xırdalan şəhərində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin mühəndisi kimi təqdim etsin. Tural da onunla razılaşmışdır. Bundan yarım saat sonra o, Əjdərin yaşadığı ünvana gələrək Əjdəri avtomobilə əyləşdirmiş və onlar birlikdə Abşeron rayonu Xırdalan şəhərində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə yollanmışlar. İdarənin qarşısına çatdıqdan təxminən 20-25 dəqiqə sonra Əjdərin tanışı olan sonradan adını Mərkəz olduğunu bildiyi şəxs özünə məxsus “Mercedes” markalı avtomobillə oraya gəlmişdir. Daha sonra o, Əjdərə sənədlərin hazırlandıqdan sonra dostunun idarədən çölə çıxıb sənədləri verəcəyini, pulu həmin vaxt verməli olduqlarını söyləmişdir. İdarənin qarşısında gözləyərkən Əjdər mənə şəxsiyyət vəsiqəsini evdə unutduğunu demişdir. O da Əjdərə şəxsiyyət vəsiqəsinin hökmən üzərində olmasını bildirdiyi Əjdər onun yanına gəlmiş Mərkəz adlı şəxsdən xahiş etmişdir ki, onunla yaşadığı evə gedib şəxsiyyət vəsiqəsini gətirsin. Əjdər şəxsiyyət vəsiqəsini götürüb “BT”nin qarşısına qayıtdıqdan yarım saat sonra Tural adlı tanışı əlində sənəd idarədən çıxıb onlara yaxınlaşmışdır. O, Turalı “BT”-də işləyən dostu olduğunu və Əjdərin torpaq sahəsin aid olan sənədlərinin Tural tərəfindən hazırlandığını demişdir. Daha sonra o və Tural “bu dəqiqə pulu verməsəniz, müdir sənədləri imzalamayacaq” deyərək Əjdərdən pul verməsini istəmişlər. Həmin vaxt Əjdər yanında olan Mərkəz adlı şəxsə demişdir ki, Turala 1200 manat pul versin. Mərkəz adlı şəxs cibindən pul çıxararaq onun razılığı ilə Turala vermişdir. Tural pulu götürdükdən sonra sənədlərlə birlikdə idarəyə daxil olmuşdur. Həmin gün 2022-ci ilin sentyabr ayının ortaları olarmış, lakin dəqiq tarixi xatırlamır. Onlar təxminən 1 saat gözləsələr də, Tural binadan çölə çıxmamışdır. Bundan sonra o, Əjdərə yalandan şəhid ailələrinə məxsus evlərin söküldüyünü, buna görə də təcili getməli olduğunu demişdir. Həmin vaxt Əjdər Mərkəzə orada qalıb gözləməsini bildirərək onun gəldiyi avtomobilinə əyləşmişdir. Bundan sonra onlar avtomobillə Bakı şəhərində “Şamaxinka” deyilən yerə getmişlər. Həmin yerə çatdıqda o, avtomobildən düşüb gedib kənarda 10-15 dəqiqə gəzdikdən sonra qayıdıb avtomobilə minmişdir. Həmin vaxt söhbət etmək üçün sürücüdən avtomobili Abşeron rayonu, Saray qəsəbəsində yerləşən “Murad” adlı kafeyə sürməsini istəmişlər. Kafeyə çatdıqdan bir neçə dəqiqə sonra Mərkəz də oraya gəlmiş və onlar dördlükdə kafeyə daxil olub söhbət etməyə başlamışlar. O, Əjdərə sənədləri bir günə düzəldib verəcəyinə söz vermişdir. Sonra Turala zəng edib demişdir ki, “Əjdərə zəng edib yalandan kadastrın köhnəldiyini və yeniləmək üçün 200 manat pul lazım olduğunu” desin. Tural da onunla razılaşıb Əjdərə səhəri gün zəng edərək yalandan kadastrın köhnəldiyini və yeniləmək üçün 200 manat pul lazım olduğunu demiş və pulun tez verməsini bildirmişdir. Bundan sonra Əjdər onunla əlaqə saxlayıb Turalın 200 manat pul istədiyini ona demişdir. O da Əjdərə demişdir ki, Tural düz deyir, bir saata sənin iş yerinə gəlirəm, 200 manatı verməsən sənədlərin hazırlanması gec olacaqdır. Sonra o, Əjdərin iş yerinə getmiş və Əjdərdən 200 manat pul alıb orada yaxınlıqdakı mağazaya daxil olub Əjdərin yanında ödəmə terminalı vasitəsilə 200 manat pul ödəmiş və ödədiyi kartın nömrəsini kağıza yazıb Əjdərə vermişdir. Bu söhbətdən 3 gün sonra o, Əjdərlə telefon vasitəsi ilə əlaqə saxlayıb yalandan bu işdə Torpaq Komitəsində işləyən “Ağa” deyə çağırılan xalası oğlu Şahların əlaqələri vasitəsilə köməklik etməsini təklif etmişdir. Əjdər onun bu təklifi ilə razılaşmışdır. O, tanışı Şahlarla əlaqə saxlayıb Şahlara demişdir ki, Əjdər adlı tanışını onunla tanış edib onu xalası oğlu kimi qələmə verəcək, torpağın sənədləşməsində onun köməkliyinin olmasını deyəndə bir söz deməsin, Şahlar ona etiraz etməmişdir. Ertəsi gün Əjdərlə Bakı şəhəri Binəqədi rayonunda “Şamaxinka” deyilən ərazidə yerləşən çayxanalardan birində görüşərək Şahları Əjdərə təqdim etmişdir. Aralarındakı söhbət zamanı o, Əjdərə demişdir ki, onun həyətyanı torpaq sahəsini Şahlar sənədləşdirəcəkdir, buna görə də Əjdər ona 300 manat pul vermişdir. Ertəsi gün o, özü ilə 2 nəfər cavan oğlan götürüb onlarla birlikdə Əjdərin yaşadığı ünvana gəlib həmin şəxslərin mühəndis olmalarını bildirib həyətyanı torpaq sahəsində ölçü işləri aparacaqlarını bildirmişdir. Onlar Əjdərin həyətində yalandan qeydlər apardıqdan sonra çıxıb getmişlər. Bir gün sonra Əjdər mənə zəng edib torpaq sahəsinin xəritəsinin hazır olub-olmadığını soruşmuşdur. O, Əjdərə xəritənin hazır olduğunu, gedib Şahlardan götürmək üçün yol puluna ehtiyacı olduğunu söyləmişdir. O, bir qədər sonra Əjdərin iş yerinə getmiş, Əjdərlə görüşüb oradan taksi ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonunda yerləşən “Şamaxinka” deyilən əraziyə getmişdir.Orada taksidən düşüb yaxınlıqda olan çayxanaya girib hazırlayıb çayxanaya qoyduğu Zərərçəkmiş şəxs6 torpaq sahəsinə dair saxta xəritəni götürüb geri qayıdaraq taksiyə əyləşib həmin taksi ilə Əjdərin yanına geri qayıtmışlar. O, “Saray bələdiyyəsi tərəfindən Zərərçəkmiş şəxs6 Nüsrətdin oğlunun adına ayrılmış 0,022 ha torpaq sahəsinin döngə nöqtələri və koordinatları”, “Mühəndis “İ.Məmmədov” və “Baş mühəndis T.İsmayılzadə” yazıları, imzalar və koordinatlar, həmçinin fotoşəkil olan sənəd Əjdərə təqdim etmişdir. O, Əjdərə sənədi verdikdən sonra torpaq sahəsinə dair arayış almaq üçün əlavə 300 manat pul tələb olunduğunu bildirmişdir. Səhəri gün o, Əjdərlə iş yerində görüşüb Əjdərdən 300 manat pul almışdır. Bundan bir neçə gün sonra Əjdərin yaşadığı evə getmiş və orada Şahlar Əjdərə torpaq sahəsinin hamısını obyekt kimi sənədləşdirməyi təklif etmiş, Əjdər isə bununla razılaşmadığı üçün onlar oradan çıxıb getmişlər. Bundan sonra o, yenə Əjdərə 8,5 sot torpaq sahəsinin sənədləşmə işləri üçün verməli olduğu 300 manat puldan 100 manatını bağışladığını bildirərək qalan 200 manatı verməsini istəmişdir. Əjdər də həmin gün ona 200 manat pul vermişdi. Bu məqsədlə o, Əjdərdən ona məxsus torpaq sahəsinə sənəd düzəlməsi bəhanəsi ilə 100 manat pul və 200 manat dəyərində ət məhsulu almışdır. O, Əjdərdən ona məxsus torpaq sahəsinə sənəd düzəlmək adı Turalla birlikdə ilə hissə-hissə olmaqla ümumilikdə 2500 manat pul almış və ona düşən pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Sonra müxtəlif bəhanələr gətirməklə Əjdəri aldatmışdır. Zərərçəkmiş şəxs6 2300 manat pulu və 200 manat dəyərində ət məhsulunu almaqda məqsədi Əjdər üçün torpağını sənədləşdirmək olmamış pulunu ələ keçirmək olmuşdur. Bundan başqa o, Zərərçəkmiş şəxs7 qarşı da dələduzluq cinayəti törətmişdir. Belə ki, o, Zərərçəkmiş şəxs7 2022-ci ildə tanımışdır. Kifayət Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən “Nəqşicahan” adlı restoranda işləyirmiş. 2023-cü ilin may ayının ortalarında müştəri kimi “Nəqşicahan” restoranına getmişdir. Həmin restoranda olarkən Kifayət ona yaxınlaşıb özünə torpaq almaq istədiyini bildirmişdir. O da həmin vaxt fikirləşmişdir ki, Kifayəti aldadıb ona torpaq satmaq adı ilə pulunu alıb ələ keçirsin. Buna görə də, Kifayətə demişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində, “Pətək” marketin arxasında təcili satışda olan və hər bir tərəfi hasara alınmış 06 sot torpaq sahəsi vardır və qiymətinin də 30.000 manat olmasını bildirmişdir. Kifayət ona demişdir ki, bu barədə fikirləşib ona deyəcəkdir. Beləliklə xx.xx.2023-cü il tarixdə saat 15 radələrində o, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa yolu, dayanacaq 11 ünvanda yerləşən “Həyat Məkan” adlı restoranın qarşısında Kifayət ilə görüşüb ona 06 sot torpaq sahəsi satmaq adı ilə Kifayətdən 30.000 manat pul almışdır. Lakin həmin vaxtdan bir neçə həftə sonra Abşeron RPİ-si tərəfindən həbs olunaraq Bakı İstintaq Təcridxanasına yerləşdirilmişdir. Təcridxanada olarkən yaxınlarının vasitəsi ilə həmin puldan iki dəfəyə Kifayətə 22.000 manat pulu qaytarmışdır. Daha bir müddət keçdikdən sonra isə 8.000 manat pulu da yaxınlarının vasitəsi ilə Kifayətə qaytarmışdır. Beləliklə o, Kifayətdən aldığı 30.000 manat pulu Kifayətə qaytarmışdır. Zərərçəkmiş şəxs7 ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bundan başqa o, Zərərçəkmiş şəxs8 qarşı da dələduzluq cinayəti törətmişdir. Belə ki, o, 2023-cü ilin avqust ayında Bakı İstintaq Təcridxanasında saxlanılarkən Zərərçəkmiş şəxs8 qardaşı ilə Tural ilə tanış olmuşdur. X45 2023-cü il tarixdə Azərbaycan Respublikası 206-cı maddəsi ilə Respublika Hərbi prokurluğunun müstəntiqi tərəfindən həbs edilmişdir. O, Bakı İstintaq Təcridxanasında Tural ilə söhbət edərkən ona bildirmişdir ki, onun zaminliyə çıxarılmasına, yüngül cəza verilməsinə köməklik etməyə imkanı vardır. Lakin onun Turala köməklik etmək fikri olmamışdır. Tural da Bakı İstintaq Təcridxanasından qardaşı Anar ilə danışanda ona bildirmişdir ki, o, onun zaminliyə çıxmağına, şərti olaraq cəza almağına köməklik göstərə bilər. Həmin vaxt o, özü Turalın yanında imiş və o da Anar ilə telefon vasitəsilə danışıb bildirmişdir ki, onun yuxarı vəzifədə işləyən tanışları vardır, həmin şəxslərin vasitəsilə qardaşı Turalın zaminliyə çıxmağına, şərti olaraq cəza almağına köməklik göstərə bilər və bu işin həlli üçün Anardan 41.500 manat pul istəmişdi. Anar onunla razılaşmışdır. Bundan sonra o, Tural adlı tanışı ilə telefon əlaqəsi saxlayıb ona demişdir ki, Anar adlı şəxsin qardaşı Turalın zaminliyə çıxmağına, şərti olaraq cəza almağına köməklik göstərə biləcəyi barədə yalan vəd vermişdir, Anarın mobil telefonunu Tural adlı tanışına verib demişdir ki, Anar ilə danışıb onu inandırsın, Anarın pulunu ələ keçirsinlər, həmin puldan ona da verəcək. Beləliklə Tural adlı tanışı Zərərçəkmiş şəxs8 ilə danışıb onun ona dediklərini təsdiqləyib onu inandırmışdır. Tural ona bir neçə kart nömrəsi vermiş, o da, Anar ilə telefon əlaqəsi saxlayanda ona demişdir ki, həmin kart nömrələrinə 41.500 manat pulu köçürsün. Zərərçəkmiş şəxs8 ona demişdir ki, həmin pulu iki ay ərzində ödəyə biləcəkdir. Beləliklə Zərərçəkmiş şəxs8 qardaşı Tural Hüseynovun zaminliyə çıxmağına, şərti olaraq cəza almağına köməklik göstərilməsi üçün ona verdiyi kart hesablarına 2023-cü ilin avqust ayının ortalarından başlayaraq 2023-cü ilin noyabr ayının sonlarına qədər olan müddət ərzində hissə-hissə olmaqla ümumilikdə 41.500 manat pul köçürmüşdür. Sonradan Anar görmüşdür ki, onu aldatmış, qardaşı Turala köməklik etməmiş, pullarını ondan tələb etməyə başlamış, o, cəmisi 1.400 manat Zərərçəkmiş şəxs8 həmin puldan qaytara bilmiş, yerdə qalan hissəsini isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, X46 qarşı da dələduzluq etmişdir. Belə ki, o, Arzum Əzizovu 2023cü ilin noyabr ayının sonlarında tanışı Şahid17 vasitəsilə tanımışdır. Belə ki, Ayşən ilə onun arasında sevgili münasibətləri olmuşdur. 2023-cü ilin noyabr ayının sonlarında o, Ayşən onunla görşüb söhbət edərkən ona demişdir ki, qohumu X77 Fedarisyasından “Hyundai Sonata” markalı avtomobil gətirib, həmin avtomobil Lökbatan qəsəbəsində yerləşən Gömrük İdarəsinin dayanacağındadır, həmin avtomobilin gömrük sənədləşdirilməsini etməyə hazırda pulu yoxdur, ona köməklik etmək lazımdır. O da Ayşənə demişdir ki, onun qohumu Arzum adlı şəxə bu işdə köməklik göstərər. Beləliklə o, 2023-cü ilin noyabr ayının sonlarında Arzum ilə görüşmüş, Arzum ona bildirmişdir ki, 2023-cü ilin aprel ayından Azərbaycana gəlmişdir, “Hyundai Sonata” markalı avtomobilini gömrük sənədləşdirməsini etməyə pulu yoxdur. O, Arzuma bildirmişdir ki, Gömrük İdarəsində işləyən tanışları vardır, onun Hyundai Sonata markalı avtomobilinin gömrük sənədləşdirilməsini həll etməyə köməklik edəcək, sonra o avtomobilini satıb onun pulunu ödəyər, yəni ona 14.000 manat pul verər. Lakin onun Arzuma köməklik göstərmək fikri olmamış, o, onun avtomobilini satıb pulunu ələ keçirmək istəmişdir. O, Arzuma demişdir ki, onun şəxsiyyət vəsiqəsi yoxdur, ona görə də tanışının şəxsiyyət vəsiqəsinin fotoşəklini onun mobil telefonuna göndərəcək. O, qohumu Şahid15 mobil nömrəsinə zəng edib ona demişdir ki, dostuna məxsus avtomobil gömrükdədir, həmin avtomobilin sənədləşdirilməsi üçün şəxsiyyət vəsiqəsi olmadığından onun şəxsiyyət vəsiqəsi əsasında etibarnaməni alaraq sənədləşdirmə aparmağa köməklik etsin. Elxan ona razılıq verməsə də, sonradan yenidən dəfələrlə ona zəng edərək şəxsiyyət vəsiqəsi olmadığına görə sənədləşdirmə apara bilmədiyini deyərək onun adına etibarnamə almağını bir daha xahiş etmişdir. Həmin vaxtlar Elxan “Opel” markalı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Hətta həmin ərəfədə o, Elxanla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi Şuşa şəhərciyində görüşərək həmin məsələ barədə ona köməklik göstərməyini xahiş etmişdir. Elxan onunla razılaşıb özünə məxsus şəxsiyyət və sürücülük vəsiqəsinin şəkilini mobil telefondan “Whatsap” yazışması vasitəsilə göndərmişdir. xx.xx.2023-cü il tarixdə o, Elxanla telefon əlaqəsi saxlayıb ondan portalına etibarnamə gəlməsi barədə soruşmuşdur. Elxan da ona bildirmişdir ki, etibarnamə gəlmişdir. Elxan həmin etibarnamədə yazılanları ona oxumuş, o, başa düşmüşdür ki, həmin etibarnamə ilə avtomobili sata bilməyəcək, buna görə də, Elxana demişdir ki, həmin etibarnamə səhv yazılıb, Arzuma deyəcək ki, etibarnaməni yenidən versin. xx.xx.2023-cü il tarixdə Elxan, o özü Arzumla görüşmüşlər. O, Arzuma demişdir ki, etibarnamədə səhvlik vardır, yenidən etibarnamə vermək lazımdır. O, Elxana demişdir ki, avtomobili yaxınlıqda yerləşən Notariat kontoruna sürsün, Elxan avtomobili 32 saylı Notariat kontorunun qarşısına sürmüş, onlar avtomobildən düşüb 32 saylı Notariat kontoruna daxil olmuş, orada notariat kontorunun əməkdaşına demişdir ki, Arzumun adından Elxanın adına bütün hərəkətləri, yəni alğı-satqı və digər hərkətləri həyata keçirmək barədə etibarnamə yazsın. Beləliklə notariat kontorunda Arzum Elxana etibarnamə vermiş, həmin etibarnaməni o, özündə saxlamışdır. Sonra isə onlar sağollaşıb ayrılmışlar. Həmin gün o, tanışı Elməddin ilə görüşüb ona bildirmişdir ki, tanışı Arzum Rusiya Federasiyasından 2021-ci ilin “Hyundai Sonata” markalı avtomobilini gətirib, həmin avtomobili satır, həmin avtomobili xaricdən gətirildiyi üçün hazırda gömrük idarəsinin dayanacağındadır, avtomobilin gömrük sənədləşdirilməsini həll edib satır, əgər tanışlarından kimsə istəyərsə ona məlumat versin. Elməddin isə ona demişdir ki, onun Əvəz adlı qohumu vardır, Əvəz özünə avtomobil almaq istəyir. O, Elməddinin vasitəsilə Əvəz ilə görüşmüş, onunla Arzumun “Hyundai Sonata” markalı avtomobilini satmaq barədə razılaşmışdır. Onlar belə razılaşmışdır ki, həmin avtomobilin gömrük sənədləşdirməsinin xərcini Əvəz çəkəcək, sonra ona 20.000 manat pul ödəyəcəkdir. xx.xx.2023-cü il tarixdə Lökbatan qəsəbəsində yerləşən Gömrük İdarəsində Arzumun xəbəri olmadan həmin avtomobilin gömrük sənədləşdirilməsi məsələsi həll edilmiş, səhv etmirsə avtomobilin gömrük sənədləşdirilməsinin həllinə 16.345 manat xərc çıxmışdır. Bundan başqa həmin avtomobil təxminən 7-8 ay dayancaqda qaldığı üçün 2400 manat dayancağa ödənilmiş, sonra isə Əvəz DYPİ-də avtomobili öz həyat yoldaşının adına sənədləşdirmiş, lakin avtomobilin Əvəzin həyat yoldaşının adına sənədləşdirməsi ilə bağlı hansı məbləğdə xərc çəkildiyini bilməmişdir. Bundan sonra Əvəz ona demişdir ki, avtomobilin gömrük sənədləşdirilməsinə ümumilikdə 23.000 manata yaxın xərci çıxıb, ona 17.000 manat pul verə biləcək. O, Əvəzdən əvvəlcədən beh də almışdır. Beləliklə o, Əvəzdən 17000 manat pul almışdı. Həmin gündən sonra Arzum onunla mütəmadi olaraq telefon əlaqəsi saxlayıb avtomobilin gömrük sənədləşdirilməsini nə vaxt yeknlaşdıracağı barədə soruşmuşdur. O isə ona demişdir ki, hazırda pul tapa bilməmiş, yaxın vaxtlarda həll edəcək. 2024-cü ilin əvvəllərində Arzum onun avtomobilini Əvəzə satmağı barədə xəbər tutmuş, ondan şikayət etmişdir. O, hesab edir ki, gömrük rəsmiləşdirilməsi üçün sərf edilmiş 16000 manat vəsait 48300 manatdan çıxaılmalıdır. Həmçinin Arzuma 700 manat pul ödənişi etmişdir. Arzum Əzizova vurulmuş ziyanın qalan hissəsini də geri qaytaracaqdır. Bundan başqa o, Zərərçəkmiş şəxs9 qarşı da dələduzluq etmişdir. 2023-cü il ilin dekabr ayının əvvələrində dəqiq xatırlamadığı tarixdə o, Əvəzin qaynı Elməddinə zəng edib ucuz torpaq satdığını bildirmişdir. Elməddin də Əvəz ilə telefon əlaqəsi saxlayıb onun ucuz qiymətə torpaq satdığını Əvəzə demişdir. O da Əvəzin mobil telefon nömrəsi olduğu üçün Əvəzə zəng edərək ucuz torpaq satdığını, həmin torpağın onun üçün sərfəli olduğunu, əmisi oğlunun Binəqədi rayonu İcra Hakimiyyətində işlədiyini, özəlləşməyə çıxan torpaqları ucuz qiymətə satdığını. Haızırda Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən "Bravo” marketin yaxınlığında 120 kv metr sahəsi olan boş toraq sahəsi satıldığını, həmin ərazidə torpağın 1 sotunun 40.000 manat olduğunu, lakin həmin torpaq özəlləşməyə düşdüyündən ona 20.000 manata sata biləciyini bildirmişdir. O, teztez Əvəzə zəng edərək həmin torpağı əldən çıxartmamağını demişdir. 2023-cü il ilin dekabr iyinin əvvələrində dəqiq xatırlamadığı o, Əvəzlə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən “Bravo” marketin yaxınlığında görüşmüşlər. O. Əvəzə yalandan həmin ərazidə 120 kv metr boş torpaq sahəsini göstərək dediyi torpaq sahəsinin ora olduğuııu və 2.000 manat endirim edərək 18.000 manata ona satacağını demişdir. Əvəz onunla razılaşmışdır. 2023-cü il ilin dekabr ayının əvvəlində, dəqiq xatırlamadığı tarixdə səhər 09 radələrində o, Əvəzə zəng edərək fikrinin dəqiq olubolmadığını soruşmuş və əgər dəqiqdirsə ona 5.000 manat verməyini, həmin pulu aparıb Binəqədi rayon İcra Hakimiyyətində göstərdiyi torpaq sahəsini adına rəsmləşdirməsi üçün İcra Hakimiyyətində işləyən əmisi oğluna aparıb verəcəyini bildirmişdir. 2023-cü il ilin dekabr ayının əvvələrində dəqiq xatırlamadığı tarixdə saat 12 radələrində o, Əvəz ilə Bakı şəhəri, Binəqədi rayonu İcra Hakimiyyətinin qarşısında görüşmüş,Əvəz ona sözügedən torpağı almaq üçün 5.000 manat pulu vermişdi. O, Əvəzdən pulu aldıqdan sonra Əvəzi inandırmaq üçün yalandan həmin vaxt Binəqədi Rayon İcra Hakimiyyətinin binasına daxil olub bir az sonra çölə çıxmışdır. O, Əvəzə demişdir ki, təxminən 1 həftə sonra sənədləşmə prosesi başa çatacaqdır. Bundan sonra 2023-cü ilin dekabr ayının əvvələrində dəqiq xatırlamadığı tarixdə səhər saatlarında o, Əvəzə zəng edərək özəlləşməyə çıxan sənədinin Daşınmaz Əmlaka verilərək təsdiq olunmasından ötrü 6.000 manat pul lazım olduğunu bildirmişdir. 2023-cü ilin dekabr ayının əvvələrində səhər saatlarında yenidən o, Əvəzə zəng edərək yerdə qalan 7000 manat pulu ondan istəyərək sənədləşmə prosesində müəyyən şəxslərə pul verməli olduğunu bildirmişdir. 07 dekabr 2023-cü il tarixdə Əvəz onun ona göndərdiyi kart hesabına 1000 manat pul göndərmişdir. O da həmin pulu kartdan çıxartmışdır. Bundan sonra o, Əvəzə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində “Pətək” marketlə üzbə-üz 15 sot yəni 15.000 kv metr boş torpaq sahəsini satdığımı, torpağın sahibi ilə problemi olduğundan ona verildiyini, torpağı Əvəzin adma keçirə biləcəyini və gələcəkdə onunla razılaşdıqdan sonra ya dediyi pulu ona verməyini, ya da ki, yenidən torpağı onun adma keçirərək geri qaytara biləcəyini bildirmişdir. Bundan başqa bildirmişdir ki, bələdiyyə sənədində 1 hektar qeyd edilmiş, alqı-satqı müqaviləsi bağlanıldığından özəlləşməyə sənədlər getdikdən sonra 15 sota çıxarış çıxacaqdır. Bunun üçün o,Əvəzdən 800 manat pul istəmişdir. Əvəz ona demişdir ki, hazırda Gəncə şəhərindədir, dostu Babəkə deyəcəkdir ki, onunla görüşüb 800 manat pulu ona versin. Bundan sonra o, Ramana Südçülük sovxozunda bələdiyyə sənədinə əsasən adma 1 hektar torpaq sahəsi olan və həmin torpaq sahəsini satmaq istəyən tanışı X5 bildirmişdir ki, Ramana qəsəbəsində onun adma olan torpaq sahəsinə müştəri tapmışdır, həmin müştəri torpaq sahəsini almaq istəyir, şəxsiyyət vəsiqəsini götürsün, onunla birlikdə Bakı şəhəri, Nizami rayonunda yerləşən 15 saylı notariat kontoruna gedəcəkdir, orada həmin torpaq sahəsinə görə alqı-satqı müqaviləsi bağlanacaqdır. Beləliklə 13 dekabr 2023-cü il tarixdə günorta saatlarında o, İlqar Qəhrəmanov ilə birlikdə 15 saylı notariat kontorunun qarşısına getmiş və orada Əvəzin Babək adlı dostu ilə görüşmüşlər, daha sonra həmin notariat kontorunda İlqar ilə Babəkin arasında alqı satqı müqaviləsi bağlanmışdır. Lakin İlqarın onun Əvəzə qarşı dələduzluq etmək istəməyindən xəbəri olmamışdır. Babək ona həmin gün 800 manat pul vermişdir. 21 dekabr 2023-cü il tarixdə o, Əvəzin telefonuna kart nömrəsi göndərib 1000 manat pul göndərmiyini bildirmiş və həmin gün həmin kart 1000 manat pul göndərmişdir. O da həmin pulu kartdan çıxartmışdır. Əvəz ona pulu göndərdikdən sonra onunla telefonda danışarkən Bakı şəhəri, Binəqədi rayonu 7-ci mikrorayonda “Bravo” marketin yaxınlığında onun əvvəl aldığı torpaq sahəsinin yanında əlavə 187 kv.metr boş torpaq sahəsinin özəlləşməyə düşdüyündən 20.000 manata sataraq adma keçirə biləcəyini bildirmişdir. O, Əvəz ilə həmin torpaq sahəsini ona 16.000 manata satacağı barədə razılaşmışdır. Danışığa görə o, həmin torpaq sahəsini Əvəzin tanışı X21 adma rəsmiləşdirəcəkmiş. 23 dekabr 2023-cü il tarixdə o, Əvəzin telefonuna kart nömrəsi göndərib 1000 manat pulu göndərməyini demiş, Əvəz həmin gün ona göndərdiyi kart hesbma 1000 manat göndərmişdir. 26 dekabr 2023-cü il tarixdə 15 radələrində o, kompüterdə Əvəzə dediyi Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon “Bravo” marketin yaxınlığında yerləşən 187 kv metr boş torpaq sahəsinə görə X21 adma torpaq sahəsinin plan və ölçüsünü düzəldib Əvəzin mobil telefonuna göndərmişdir. Həmin gün Əvəz yenə də, ona göndərdiyi kart hesabına 1000 manat pul göndərmiş, o da, həmin pulu kartdan çıxartmışdır. Bundan sonra həmin gün, yəni 26 dekabr 2023-cü il tarixdə təxminən 19 radələrində Əvəzlə Sabunçu rayonu, Raman qəsəbəsi, Şuşa şəhərciyində “Araz” marketin içərisində görüşmüş və Əvəz ona 4.000 manat pul vermişdir. 27 dekabr 2023- cü il tarixdə saat 19 radələrində o, yenə də, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi “Araz” marketin içərisində Əvəzlə görüşmüş, Əvəz ona 4.000 manat pul vermişdir. Səhv etmirsə 28 dekabr 2023-cü il tarixdə Əvəz ona telefon zəngi edib demişdir ki, onu aldatdığını öyrənmişdir, ona verdiyi pulları ona qaytarsın. O, Əvəzə 3.000 manat pulu geri qaytarmışdır. Bundan başqa o, X23ma qarşı da dələduzluq etmişdir. Belə ki, o, qazanc əldə etmək qərara almışdır ki, kimi isə aldadıb torpaq satmaq adı ilə pulunu ələ keçirsin. Buna görə də 2024-cü ilin yanvar ayının əvvəllərində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində o, uzun illərdir ki, tanıdığı Təyyarə adlı qadınla rastlaşmışdır. Təyyarə ilə söhbət əsnasında ona demişdir ki, Ramana qəsəbəsində 02 sot ölçüdə torpaq sahəsi vardır, həmin torpaq sahəsini 4.000 manata satır. O, Təyyarəyə təklif etmişdi ki, həmin torpaq sahəsini alsın. Təyyarə onunla razılaşmışdır. O, sənədlərin düzəldilməsi üçün ilkin olaraq Təyyarədən 2.000 manat pul istəmişdir, pulun yerdə qalan hissəsini isə hissə-hissə ona verəcəyini bildirmişdir. 2024-cü ilin yanvar ayının ortalarında dəqiq tarix yadında qalmayan gündə Təyyarə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən “Pətək” marketin qarşısında Təyyarə ilə görüşüb alacağı torpaq sahəsinin sənədlərinin düzəldilməsi üçün 2.000 manat pulu ondan almışdır. Lakin onun Təyyarəyə satacaq torpaq sahəsi olamamış, məqsədi onun pulunu ələ keçirmək olmuşdur. Həmin vaxtdan bir neçə gün keçdikdən sonra Təyyarə ona zəng edəndə onun telefon zənglərinə cavab verməmişdir. Lakin bir müddət sonra o, Təyyarədən aldığı 2000 manat pulu ona ödəmişdir. X6 ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bundan başqa o, Zərərçəkmiş şəxs10 qarşı da dələduzluq etmişdir. Belə ki, 13 fevral 2023-cü il tarixdə o, Sabunçu RPİ-nin 13-cü PB-nin qarşısında olarkən İsmayıl adlı şəxslə tanış olmuşdur. İsmayıl ilə söhbət zamanı ona məlum olmuşdur ki, X50 Respublikasındandır. O da X43 Respublikasından olduğunu demişdir. İsmayıl ona demişdir ki, oğlu Altay narkotik vasitə saxlamasına görə polis tərəfindən saxlanılmışdır. Altayın atası İsmayıl oğlunun işini həll etmək istədiyini ona bildirmişdir. O da onu aldadıb pulunu ələ keçirmək məqsədi ilə yalandan demişdir ki, oğlunu pul müqabilində həbsdən azad elətdirə bilər. O, yalandan İsmayıla demişdir ki, guya adamı var və həmin adamın köməyi ilə Altayı həbsdən azad elətdirəcək və işini xitam elətdirəcək. İsmayıldan bu işin həlli üçün 10.000 manat məbləğində pul istəmişdi. İsmayıl razılaşmış və o, ona ***-***-**-** nömrəmi əlaqə saxlamaq üçün vermişdi. İsmayıl ona demişdi ki, pulu hissə-hissə kart vasitəsi ilə onun kartına göndərə bilər. O da razılaşıb İsmayıla həmin işdən xəbəri olmayan dostu Turan adlı şəxsə məxsus olan 4169 7377 0939 6499 saylı kartın nömrəsini vermişdir ki, pulu həmin karta göndərsin. İsmayıl dediyi kimi etmiş və 13 fevral 2024-cü il tarixdə 3 dəfəyə 3.000 manat, 4.000 manat və 2.400 manat məbləğində pulu Turanın kartına göndərmişdir. O, həmin vaxtı Turana bildirmişdir ki, şəxsi işi ilə bağlı kartına pul göndəriləcək xahiş etmişdir ki, pulu nağdlaşdırıb ona versin. Bundan əlavə olaraq o, İsmayılı aldadıb bildirmişdir ki, əlavə olaraq güya ekspertizaların xərci üçün 3.000 manat əlavə pul lazımdır. İsmayılda həmin pulu Turanın kartına 14 fevral 2024-cü il tarixdə göndərmişdir. 15 fevral 2024-cü il tarixdə İsmayıl ona zəng vurub işlə maraqlananda o, onu aldadaraq bildirmişdir ki, əlavə olaraq 1.000 manatda lazımdır ki, oğlu Altayı Bakı İstintaq Təcridxanasından çıxartdırsın. İsmayıl yenə də, ona 1.000 manatı Turanın kartına göndərmişdir. Beləliklə o, İsmayılı aldadaraq 13 fevral 2024-cü il tarixdən 15 fevral 2024cü il tarixə kimi olan müddət ərzində hissə-hissə olmaqla İsmayılın 14.400 manat pulunu ələ keçirmişdir. Bir azyaşlı uşağı vardır. Zərərçəkmişlərə dəymiş ziyandan ödənişlər etmişdir. Digər zərərçəkmiş şəxslərin də mülki iddiası vardır. Məhkəmədən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs11 Ulduz oğlu ifadəsində göstərmişdir ki, 2021-ci ilin noyabr ayında xx.xx.1989-cu il təvəllüdlü övladı X35 Beyləqan rayonu, Təzəkənd kəndində yaşayan doğma xalası qızı X26 evlənmək məqsədi ilə qaçırtdığı üçün Beyləqan rayon X38 bölməsində cinayət işi başlanaraq istintaq aparılmışdır. Həmin cinayət işi üzrə 2021-ci ilin noyabr ayında oğlu Fərhad Məmmədov təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona adam oğurluğuna görə ittiham elan olunmaqla Beyləqan Rayon Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həmin vaxtdan oğlu Fərhad Məmmədov Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında həbsdədir. Cinayət işi ilə bağlı oğlu Fərhad Məmmədova hüquqi yardım göstərməsi üçün o, həbs olunduqdan sonra təcrübəli hüquqşünas axtarmağa başlamışdır. 2022-ci ilin fevral ayında səhər saatlarında Təqsirləndirilən şəxs 051- ***-**-** mobil telefon nömrəsindən ona zəng vuraraq bir müddət əvvəl oğlu Fərhadla birlikdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasmda həbsdə olduğunu söyləyib Fərhadın həbsdən çıxması üçün ona köməklik göstərmək istədiyini bildirmişdir. Bu barədə maraqlandığını görən Zamanov X37 rayon polis idarəsində məsul vəzifədə işləyən şəxslə yaxın qohumluq əlaqələrinin olduğunu bildirib Fərhadın işi ilə bağlı onunla görüşüb ətraflı danışmaq istədiyini bildirmişdir. Həmin vaxtadək Firudinin heç bir köməklik göstərə bilməməsi səbəbindən razılaşmış və həmin gün saat 11 radələrində Nərimanov parkında Təqsirləndirilən şəxs ilə görüşmüşlər. Söhbət əsnasında Akif Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin köməkçisi ilə dostluq münasibətlərinin olduğunu bildirib həmin şəxsin vasitəsilə əvvəlcə oğlu Fərhadın barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı qətimkan tədbiri ilə əvəz etdirəcəyini, bir müddət sonra isə Fərhadın barəsində olan cinayət işinə xitam verdirəcəyini bildirib ev dustaqlığı üçün ondan 3000 (üç min), cinayət işinin icraatına xitam verilməsi üçün isə 7000 (yeddi min) manat pul istəmişdir. O, Akifə inanıb razılaşaraq bu məqsədlə onu yaşadığı evə dəvət etmişdir. Elə həmin gün günorta saatlarında ünvan 24 ünvanında yerləşən yaşadığı ünvanda Fərhadın barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməsi üçün Akifə 3000 (üç min) manat pul vermişdir. Bundan bir neçə gün sonra saat 11 radələrində isə Nərimanov parkında Akiflə görüşüb ona 7000 (yeddi min) manat pul vermişidr. Beləcə, Akifə ümumilikdə 10000 (on min) manat pul vermişdir. Akif hazırda təqsirini boynuna almasa da oğlunun işinin həll olunması üçün ona 10.000 manat pul vermişdir. O, əvvəllər təqsirləndirilən şəxslə bir yerdə 10 saylı CÇM-də cəza çəkmişdir. Ona dəymiş ziyan ödənilmədiyindən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs-mülki iddiaçı X27 ifadəsində göstərmişdir ki, 2012-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək 9 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkərkən əri Şahid5 təxminən 2014-cü ilin aprel ayının sonlarında onunla birlikdə cəzaçəkən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Cəza çəkdikləri müddətdə Akif Rafaelin günahsız olduğunu, eyni zamanda ona azadlığa buraxılmasına və işinə bərpa olunmasında köməklik edə biləcəyini demişdir. Rafael də telefonla danışdıqları zaman bu barədə ona bildirmişdir ki, X71 adlı qohumu ona işinə bərpa olunmasına, Akifin atası Azər adlı şəxsin isə azadlığa buraxılmasına köməklik edəcəkdir. Telefon danışığı zamanı Rafael həmçinin bildirmişdir ki, qısa müddət ərzində azadlığa buraxılması üçün 30.000 manat verilməlidir. Bundan sonra Akif, Rafaelin yanından ona zəng edərək ilkin mərhələdə pulun 12.000 manat məbləğini hazır etməsini, həmin məbləği Anar adlı şəxsin gəlib ondan götürəcəyini demişdir. 07 oktyabr 2014-cü il tarixdə, saat ll:05-də zəng edib özünü Anar kimi təqdim edən şəxs Akifin dediyi şəxs olduğunu və Kamal adlı şəxsin gəlib ondan 12.000 manat pulu götürəcəyini demişdir. Həmin tarixdə, saat 11:47-də zəng edib özünü Kamal kimi təqdim etmiş şəxs Anar tərəfindən göndərildiyini bildirdiyinə görə sonuncuya telefonda yaşadığı ünvanı barədə məlumat vermiş, təxminən bir neçə dəqiqə sonra Kamal adlı şəxs gəlib ondan 50 və 100 manatlıq əskinaslardan ibarət, ümumilikdə 12.000 manat pulu götürmüşdür. Kamala 12.000 manat pul verən zaman tək olmuş, Kamal da onun yaşadığı ünvana tək gəlmişdir. Həmin günü, saat 11:56-da zəng edib özünü Anar kimi təqdim edən şəxs Kamal adlı şəxsin 12.000 manat pulu ona çadırdığını təsdiq etmiş, həmin şəxs saat 12:05-də təkrarən ona zəng edib pulun lazımi şəxslərə çatdırıldığını demişdir. Təxminən bir neçə gün keçdikdən sonra Akif yenidən ona zəng edib pulun qalan hissəsinin Elxan adlı şəxs tərəfindən götürüləcəyini deyərək, pulu həmin şəxsə və ya onun həvalə etdiyi başqa bir şəxşə vermək lazım olduğunu bildirmişdir. Bundan sonra 26 mart 2015-ci il tarixdə zəng edib özünü Elxan kimi təqdim edən şəxs pulu gəlib götürəcəyini demişdir. Beləliklə o, 26 mart 2015-ci il tarixdən 2015-ci ilin aprel ayının sonlarınadək yaşadığı evin yaxınlığında, yəni Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatavada hissə-hissə olmaqla Elxan adlı şəxsə əlayə olaraq 29.000 manat pul vermişdir. Bundan sonra Akif ona zəng edərək, ondan götürülmüş ümumilikdə 41.000 manat puldan guya 30.000 manat hissəsinin lazımi şəxşə çatdırılmadığına görə sonuncunun hələ də işə başlamadığını, bu səbəbdən işin uzandığını bildirmişdir. Bundan sonra 03 may 2015-ci il tarixdə zəng edərək özünü Mürsəl kimi təqdim etmiş şəxs, onun mobil nömrəsini Akifdən aldığını və Rafaelin cəzaçəkmə müəssisəsindən azad olunmasını həll edən şəxs olduğunu bildirmişdir. Telefon danışığı zamanı Mürsəl lazım olan pulun ona çatmadığına görə Rafaelin azadlığa buraxılması məsələsini həll edə bilmədiyini demişdir. O, Mürsələ ayrı-ayrı vaxtlarda və ayrı-ayrı şəxslərə ümumilikdə 41.000 manat pul verdiyini desə də, həmin şəxs pulun ona çatdırılmadığını bildirmişdir. Bundan sonra 07 may 2015-ci il tarixdə Akiflə telefonda danışarkən ona Mürsəllə aralarında olan söhbəti danışmış, bu zaman Akif puldan 5.000 manat məbləğini xərclədiyinə görə pulun çatmadığını, həmin 5000 manat pulu X32 adlı şəxsin gəlib ondan götürəcəyini demişdir. Bundan sonra 23 noyabr 2015-ci il tarixdə zəng edərək özünü X3 təqdim edən şəxs Akifin dediyi adam olduğunu bildirmiş, sonuncu ilə yaşadığı evin qarşısında görüşmüş, lakin ona 5.000 manat deyil, 3.800 manat pul vermişdir.Akif ərinə demişdir ki, əmisi X72 Usubovla çox yaxşı münasibəti vardır, atasının Ali Məhkəmənin sədrli olmuş Ramiz Rzayevlə yaxşı ailəvi münasibətləri vardır. Onlara bu cür çəxslərin adlarını çəkməklə, onlarla yaxın münasibətdə olduqlarını bildirməklə onu aldatmışdır. Həmin pul vəsaitini qardaşına məxsus evin satılması nəticəsində əldə etdikləri puldan vermişdir. Akifin dediyi adamlara pul verdikdən sonra Akif türmədən ona zəng edərək pulun ona çatdığını bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmədiyindən ondan şikayətçidir. Mülki iddiasını müdafiə edir və təmin olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs-mülki iddiaçı X59 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs və Şahid15 2023-cü iln noyabr ayının sonlarında qardaşının baldızı Şahid17 vasitəsi ilə tanımışdır. Belə ki, o, 2023-cü ilin aprel ayında Rusiya Federasiyasından Azərbaycan Respublikasına köçdüyündən özünə məxsus 2021-ci il buraxılışlı 2.0 həcmli benzin yanacağı ilə işləyən tünd boz rəngli “Hyundai Sonata” markalı avtomobilini də ölkəyə gətirmişdir, lakin avtomobilin gömrük sənədləşdirilməsini həyata keçirmək üçün kifayət qədər pulunun olmaması səbəbindən avtomobilinin gömrük sənədləşdirməsini həyata keçirə bilməmişdir. Bu səbəbdən o, avtomobilinin gömrük sənədləşdirilməsini həyata keçirmək üçün tanışlarına ona köməklik göstərmələrini xahiş etmişdir. Şahid17 ona demişdir ki, onun Təqsirləndirilən şəxs adlı nişanlısı vardır, Akifin maddi vəziyyəti yaxşıdır, Akifə ona köməklik lazım olması barədə demişdir, Akif də, ona demişdir ki, onun tanışları vardır, ona bu işdə köməklik göstərəcəkdir. Hətta Ayşən ona demişdir ki, onun avtomobilinin gömrük sənədləşməsinə görə Akif özündən pul xərcləyəcəkdir, sonra o, avtomobili satıb onun pulunu qaytaracaqdır. O da Ayşənə demişdir ki, Akif ona köməklik göstərsin, o, avtomobili satıb onun pulunu da qaytarar, özünə də əlavə hörmət edər. O, 2023-cü ilin noyabr ayının sonlarında Akif ilə görüşmüş, Akif ona demişdir ki, onun Elxan adlı dostu vardır, Elxanın Gömrük Xidmətinin generalının oğlu ilə dostluğu vardır, Elxan bu işdə ona köməklik göstərəcəkdir, sənədləşmə işi həll olunduqdan sonra o, avtomobili satıb onlara 14.000 manat pul verəcək. O, Akifi və Elxanı tanımasa da, Akif Aişənin nişanlısı olması sbəbindən Akifə inanmış və onu aldatmayacağını düşünüb onun sözü ilə razılaşmışdır. Akif onun mobil telefonuna Şahid15 şəxsiyyət vəsiqəsi ilə sürücülük vəsiqəsinin surətini göndərmişdir. O da avtomobilinin gömrük sənədləşdirilməsinin həyata keçirilməsi üçün xx.xx.2023-cü il tarixdə Kürdəmir rayonunda yerləşən Asan Xidmətin Notariat kontorunda Elxana etibarnamə vermişdir. Həmin gün Bakı şəhəri 20 Yanvar metrostansiyasının yaxınlığında Akif onu Şahid15 ilə görüşdürmüşdür. Elxan “Opel” markalı avtomobil ilə gəlmişdi. O, etibarnaməni Elxana vermişdir. Elxan etibarnaməni əlinə alan kimi ona demişdir ki, onun portalına etibarnamə onlayn şəkildə oturmuşdur, etibarnamədə söz səhvi vardır, notariat kontoruna gedib həmin səhvi düzəltmək lazımdır. Elxan ona demişdir ki, Gömrük İdarəsinin generalının oğlu ilə onun münasibəti yaxşıdır, avtomoibilin gömrük məsələsini həll edəcəkdir, narahat olmasın. Daha sonra Elxan ona demişdir ki, yaxınlıqda notariat kontoru vardır, onun tanışıdır, onlar siqaret çəkib qurtarana qədər etibarnaməni yazacaqdır. Elxan, Akif və o, 32 saylı Notariat kontoruna getmişlər, Elxan notariat kontorunda işləyən Rauf adlı şəxslə öpüşüb görüşmüş, Elxan və o özü şəxsiyyət vəsiqələrini notoriat kontorunun işçisinə vermiş, sonra Akif ona demişdir ki, çölə çıxıb siqaret çəksinlər, o, Akiflə birlikdə çölə çıxmış, Elxan isə notariat kontorunun içərisində qalmışdı. Təxminən 10 dəqiqə sonra Elxan onu içəri çağırıb demişdir ki, etibarnamə hazırdır, gəlsin imza etsin. O, da içəri daxil olub etibarnaməyə imza etmişdir. Daha sonra isə o, onlardan ayrılıb evinə getmişdir. Onun “Hyundai Sonata” markalı avtomobili Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Gömrük İdarəsinin dayanacağında olmuşdur. xx.xx.2023-cü il tarixdə o, yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, Aşurbəyovlar küçəsi, 10 nömrəli binanın yaxınlığında avtomobilinin açarını Təqsirləndirilən şəxs vermişdir. Akif ona demişdir ki, bir neçə gün sonra avtomobilinin sənədləşmə məsələsi həll ediləcəkdir. Həmin vaxtdan bir neçə gün keçdiyinə baxmayaraq Akifdən xəbər çıxmadığı üçün onun mobil telefonuna zəng edib avtomobilinin gömrük sənədləşdirilməsi məsələsinin həll edilib-edilməməsi barədə soruşanda ona demişdir ki, narahat olmasın, əlində pulu yoxdur, yaxın vaxtlarda əlinə pul gələn kimi sənədləşmə işini həll edəcəkdir. O da Akifin sözünə inanıb onu gözləmişdir. xx.xx.2023-cü il tarixdə Akif ilə Elxanın ona 2-ci dəfə etibarnamə yazdırmalarından şübhələndiyi üçün başqa bir notariat kontoruna gedib Elxana verdiyi etibarnaməni yoxlatdıranda ona məlum olmuşdur ki, Elxan onu aldadıb adında olan bütün əmlakın alğısatqısına icazə verməyi barədə ona etibarnamə verdirib, o da həmin etibarnaməni oxumadan imza etmişdir. O dərhal həmin etibarnaməni ləğv etdirmişdir. Daha sonra o, Akifin mobil telefonuna zəng etmiş, lakin onun mobil telefonuna cavab verməmişdir. O, 2024-cü ilin əvvələrində avtomobilinin olduğu gömrük idarəsinin dayanacağına gedəndə ona məlum olmuşdur ki, avtomobili dayanacaqda yoxdur. Daha sonra o, Akifin mobil telefonuna zəng edib avtomobilinin dayanacaqda olmadığını bildirmişdir. Akif ona demişdir ki, avtomobil gömrük İdarəsinin dayanacağındadır, bu mümkün olan iş deyil. Akif ona demişdir ki, Elxana zəng edib danışıb ona geri zəng edəcəkdir. Bir az sonra Akif ona yenidən zəng edib bildirmişdir ki, Elxan avtomobili dayanacaqdan götürüb, gömrük sənədləşdirilməsinə görə verdiyi pulunu istəyir, Elxana 15.000 manat pul vermək lazımdır. O, Akifə demişdir ki, sizinlə söhbətimiz olmuşdur ki, avtomobili satıb gömrük sənədləşdirilməsinə xərclədiyiniz pulunuzu sizə ödəyəcəyəm. Bundan sonra o, avtomobilinə quraşdırılmış “anti-uqon” aparatının mobil telefonunda olan proqramı vasitəsilə avtomobilinin olduğu yeri müəyyən edib sonra mühərrikini söndürmüşdür. Həmin gündən iki gün sonra isə həmin ünvana getmişdir. Onda olan ehtiyat açar üzərində olduğu üçün bir daha yoxlamış və görmüşdür ki, onun avtomobilinin üzərində 99KH002 dövlət qeydiyyat nişanı vardır. Başa düşmüşdür ki, Elxan ilə Akif onun avtombilinin gömrük sənədləşdirilməsini həll edib avtomobili satıb pulunu ələ keçiriblər. O avtomobilin dayandığı evin qapısını döymüşdür, Zərərçəkmiş şəxs9 adlı şəxs qapını açıb onu qarşılamışdır, ondan avtomobil barədə soruşanda ona demişdir ki, həmin avtomobili 40000 manata almışdır. O, Əvəz adlı şəxsə demişdir ki, Akif və Elxan adlı şəxslər onu aldadıb avtomobilini ələ keçiriblər. Həmçinin o, Əvəzə demişdir ki, avtomoblin üzərinə quraşdırılmış “anti-uqon” aparatı vasitəsilə avtomobilin mühərrikini söndürmüşdür. Əvəz də, ona demişdir ki, avtomobilin mühərriki getdiyi yerdə söndüyü üçün həmin avtomobilin üzərində olan həmin aparatı üzərindən sökdürmüşdür. Bundan sonra o, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etmişdir. Elxan və Akif həmin vaxt avtomobili Əvəz adlı şəxsə satmışlar. O, 2021-ci il buraxılışlı “Hyundai Sonata” markalı avtomobilini yeni vəziyyətdə almışdır. Avtomobili alarkən Rusiya Federasiyasının Moskva şəhərində Azərbaycan manatı ilə hesablayanda 62.500 manat məbləğində pul ödəmişdir. Daha sonra avtomobilin üzərinə 2500 manat dəyərində “anti-uqon” aparatı quraşdırtdırmışdır, hansı ki, həmin aparat vasitəsilə dünyanın istənilən yerindən həmin avtomobilə nəzarət edə bilərsən, həmin aparatın sənədi vardır, həmin aparatı sənədsiz avtomobilin üzərindən sökmək qadağandır. O, şikayət ərizəsini yazanda avtomobilinin dəyərini qeyd etmişdir. Ekspert rəy verən zaman avtomobilin üzərində olan 2500 manat dəyərində “anti-uqon” aparatını nəzərə almamışdır. Həmin aparat ilə birlikdə dəymiş ziyanı hesablamışdır, ona dəymiş maddi ziyan 52.500 manat təşkil edir. Elxan yalan danışır. O, birinci dəfə Elxanın adına etibarnamə yazdırmışdır, həmin etibarnaməni Elxan və Akif ilə görüşüb Elxana verəndə Elxan özü ona demişdir ki, etibarnamə səhv yazılıb, onu yenidən notariusa aparıb ona yenidən etibarnamə vermişlər. O da həmin etibarnaməni oxumadan imza etmişdir. Həmin etibarnamə əsasında avtomobilini sənədləşdirib sonra da satmışlar. 700 manat pulu Təqsirləndirilən şəxs ona borc vermiş, dəymiş ziyanın əvəzi olaraq qaytarmamışdır. Mülki iddiasını müdafiə edir, təmin olunmasını xahiş edir. O, hesab edir ki, Təqsirləndirilən şəxs onu Şahid15la birlikdə aldadıb avtomobilini ələ keçirmişlər. Təqsirləndirilən şəxsə ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Tural adlı şəxslə əlbir olub həbsdə olan oğlu Şahid7 azadlığa çıxarılması məsləsini həll edəcəyi adı ilə ona qarşı dələduzluq edib 12.500 manat pulumu ələ keçirmişdir. O, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən “Həyat Məkan” restoranında 5800 manat pul vermişdir. Bundan sonra Akifin ona dediyi 4169 7423 2168 3282 nömrəli kart hesabına xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən “Bravo” marketin içərisindəki MilliÖn ödəmə terminalından aparatından 1200 manat, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 157 ünvanında yerləşən “Araz” marketin içərisindəki eManat ödəmə terminalından 1.000 manat, xx.xx.2022-ci il tarixdə ünvan 5 ünvanında yerləşən “Spar” marketin içərisindəki eManat ödəmə terminalından 800 manat, xx.xx.2022-ci il tarixdə ünvan 6 ünvanında yerləşən “Bazarstore” marketin içərisindəki eManat ödəmə terminalından 1.000 manat, xx.xx.2022-ci il tarixdə Bakı şəhərində yerləşən ünvanını və adını dəqiq bilmədiyi marketin içərisindəki ödəmə terminalından 1.200 manat, xx.xx.2022-ci il tarixdə ünvan 8 ünvanında yerləşən “Grandmart” marketin içərisindəki MilliÖn ödəmə terminalından 1.500 manat pul köçürmüşdür. Ümumilikdə ona 12.500 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, qardaşı X45 2023-cü il tarixdə Azərbaycan Respublikası 206-cı maddəsi ilə Respublika Hərbi prokurorluğunun müstəntiqi tərəfindən həbs edilmişdir. O da qardaşı Turalın zaminliyə çıxarılmasına, yüngül cəza verilməsinə köməklik etmək üçün tanış axtarırmış. 2023-cü ilin yay aylarında dəqiq tarixi xatırlamadığı gündə qardaşı Tural saxlandığı Bakı İstintaq Təcridxanasından onun mobil telefonuna zəg edib onunla danışanda ona bildirmişdir ki, onunla birlikdə Bakı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs onun zaminliyə çıxmağına, şərti olaraq cəza almağına köməklik göstərə bilər. Həmin vaxt Akif onunla telefon vasitəsilə danışıb ona bildirmişdir ki, qardaşı Turalın zaminliyə çıxmağına, şərti olaraq cəza almağına köməklik göstərə bilər, bu iş üçün ondan 41.500 manat pul istəmişdir. O da Akif ilə razılaşmışdır. Həmçinin onu da qeyd etmək istəyir ki, Akif ona demişdir ki, Tural adlı tanışı qardaşı Turalın zaminliyə çıxmağına, şərti olaraq cəza almağına köməklik göstərəcəkdir. Hətta Tural adlı şəxs ona mobil telefonla dəfələrlə zəng edib həmin işlə bağlı danışıb onu inandırmışdı. xx.xx.2023-cü il tarixdə ünvan 14 ünvanında olarkən özünə məxsus 416973******3326 nömrəli kartdan Akifin ona dediyi 416973****** 0408 nömrəli kart hesabına 11.000 manat, xx.xx.2023-cü il tarixdə ünvan 14 ünvanında olarkən özünə məxsus 416973******3326 nömrəli kartdan Akifin ona dediyi 416973****** 5368 nömrəli kart hesabına 11.000 manat, xx.xx.2023-cü il tarixdə ünvan 14 ünvanında olarkən özünə məxsus 416973******3326 nömrəli kartdan Akifin ona dediyi 416973****** 6499 nömrəli kart hesabına 3.000 manat, xx.xx.2023-cü il tarixdə ünvan 14 ünvanında olarkən özünə məxsus 416973******3326 nömrəli kartdan Akifin ona dediyi 416973****** 6499 nömrəli kart hesabına 1.500 manat, xx.xx.2023-cü il tarixdə ünvan 14 ünvanında olarkən özünə məxsus 416973******3326 nömrəli kartdan Akifin ona dediyi 416973****** 6499 nömrəli kart hesabına 4.000 manat, xx.xx.2023-cü il tarixdə ünvan 14 ünvanında olarkən özünə məxsus 416973******3326 nömrəli kartdan Akifin ona dediyi 416973****** 6504 nömrəli kart hesabına 2.000 manat, xx.xx.2023-cü il tarixdə ünvan 14 ünvanında olarkən özünə məxsus 416973******3326 nömrəli kartdan Akifin ona dediyi 416973****** 6499 nömrəli kart hesabına 275 manat, xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, X49 30, bina 6-da yerləşən “Uğur” market MPAY ödəniş terminalından Akifin ona dediyi 416973******7636 nömrəli kart hesabına 5.000 manat, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi, 29-da yerləşən “Milliön” ödəniş terminalından Akifin ona dediyi 416973******7636 nömrəli kart hesabına 1.000 manat, xx.xx.2023- cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, X49 30, bina 6-da yerləşən “Uğur” market MPAY ödəniş terminalından Akifin ona dediyi 416973****** 7636 nömrəli kart hesabına 2.000 manat pulu göndərmişdir. Həmçinin 2023-cü ilin noyabr ayının sonlarında Bakı şəhəri, Sabunçu rayonu, sovxoz Ramana qəsəbəsində yerləşən adını xatırlamadığı marketdə olan Milli ön aparatından, Akifin dediyi kart hesabına 725 manat pul göndərmiş, ümumilikdə 41.500 manat etmişdir. Lakin o, sonuncu dəfə Təqsirləndirilən şəxs göndərdiyi 725 manat pulun qəbzini özündə saxlamamışdır. Sonradan isə ona məlum olmuşdur ki, Akif onu aldadıb və ondan pulunu tələb edəndə ona məxsus kart hesabına 1400 manat göndərməklə qaytarmışdır. O, 41.500 manat pulu Təqsirləndirilən şəxs qardaşı Turalın zaminliyə çıxmağına, şərti olaraq cəza almağına köməklik göstərməyi üçün vermiş, həmçinin Tural adlı şəxs də onunla danışmışdır ki, qardaşı Turalın zaminliyə çıxmaq, şərti olaraq cəza alması məsələsini o, özü həll edəcəkdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmədiyindən şikayətçidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, əvvəllər verdiyi ifadəsini təsdiq edir, bir daha bildirir ki, Təqsirləndirilən şəxs onu Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Yanğından Mühafizə İdarəsinə sürücü vəzifəsinə işə düzəltmək adı ilə ondan ümumilikdə 3000 manat pulunu alıb. Belə ki, Akifin dediyi kart hesabına 1000 manat göndərmiş, sonra isə Akifin özünə 2000 manat pulu nağd vemiş, daha sonra isə Akifin kart hesabına 50 manat, Turalın kart hesabına 100 manat pul köçürmüşdür. Onun ümumilikdə 3150 manat pulu ələ keçirilmişdir. Akif Tural adlı tanışının vasitəsilə onun sürücü kimi işə düzəlməyinə köməklik edəcəyinə vəd edib ondan 1000 manat aldıqdan sonra onu Tural adlı şəxslə görüşdürmüş, Tural adlı şəxs də, onu arxayın edib demişdir ki, onu Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Yanğından Mühafizə İdarəsinə sürücü vəzifəsinə işə düzəldəcək, o, bu söhbətdən sonra Akiflə görüşüb 2000 manat pulu Akifə vermişdir. Həmin vaxtdan bir müddət sonra Tural onunla görüşüb ona sürücü vəzifəsinə təyin edilməyi barədə sənəd vermişdir. Tural Akif ilə əlbir olub ona qarşı dələduzluq etmişdir. O, Təqsirləndirilən şəxs 2022-ci ilin oktyabr ayında onun Sumqayıt Regional Yanğından Mühafizə İdarəsinə sürücü kimi işə təyin olunmağı barədə ona verdiyi sənədin harada olmasını bilmir. Ona dəymiş ziyan ödənilmədiyindən şikayətçidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə ümumi tanışları olduğu üçün təxminən 2021-ci ilin oktyabr ayının əvvəllərində tanış olmuşdur. Təqsirləndirilən şəxs onu Davud və Azərlə də tanış etmişdir. Uzun zamandır ki, mebel işi ilə məşğul olduğundan onlar bundan istifadə edərək dövlət tərəfindən Yasamal rayonunda hərbçilər üçün 9 mərtəbəli ev tikildiyini, içərisinin mebellərini onun düzəldə bilməyi üçün Müdafiə Nazirliyinin keçirəcəyi tenderdə iştirak etməyini təklif etmişlər. Müxtəlif yollarla onu inandırmışlar, hətta müqavilənin şərtlərini də ona bildirmişlər. Bunun üçün 10.000 manat pul ödəməli olduğunu demişlər. Aralarında olan razılaşmaya əsasən 22 oktyabr 2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksinin həyətində X16 yanında Davud adlı şəxslə görüşərək ona 4000 dollar və 200 manat nağd pul vermişdir. 23 oktyabr 2021-ci il tarixdə isə saat 13:30 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ziya Bünyadov prospekti 2062-ci məhəllədə yerləşən “Tosoil” YDM-nin həyətində Davud adlı şəxslə yenidən tək görüşərək 1700 dollar və 110 manat pul nağd pul vəsaitini ona vermişdir. xx.xx.2021-ci il tarixdə Azər adlı şəxs ona zəng edərək daha 3000 manat lazım olduğunu bildirmişdir. Ona razılaşdıqları məbləği Davuda verdiyini, bundan əlavə pul verə bilməyəcəyini bildirmişdir. Həmin zaman onda artıq müəyyən şübhələr yaranmış və araşdırdıqdan sonra onların sonradan dələduz olduqlarını öyrənmiş, onlara zəng edərək pulunu geri istədikdə onlar müxtəlif bəhanələr gətirərək pulunu geri qaytarmamışlar. Onun tenderdə iştirakının konkret olaraq hansı şəxsin həll edəcəyi barədə məlumatı olmamışdır. Lakin, pulu Şahid3 vermiş və həmin məsələnin onun tərəfindən realizə ediləcəyini dəqiq olaraq bilmişdir. Təqsirləndirilən şəxs həmin puldan ona 3000 manat çatdığını bildirərək həmin vəsaiti ona qaytarmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, 2023-ci ilin noyabr ayının sonlarında qaynı Şahid14 onunla əlaqə saxlayaraq kafedə tanış olduğu bir nəfərin 2021-ci ilin “Hyundai Sonata” markalı avtomobilin sərfəli qiymətə satdığını bildirmişdir. O da Elmədainə almaq həmin avtomobili istəmədiyini bildirsə də, sonradan adlarını bildiyi Saməddin və Akif adlı şəxslər Elməddinin mobil nömrəsindən ona həmin avtomobilin bir daha sərfəli olduğunu və yenidən almaq üçün fikirləşməyini demişlər. O da bu israrlardan sonra sözügedən 2021-ci il buraxılışlı “Hyundai Sonata” markalı avtomobili almaq qərarına gəlmişdir. 28 noyabr 2023-cü il tarixdə saat 15 radələrində o, evdə olan zaman Elməddinin mobil nömrəsindən Təqsirləndirilən şəxs zəng edərək, ona beh verilməsini ona bildirmişdir. O ilk öncə behlə razılaşmamış, avtomobilə baxış keçirmək istədiyini bildirmişdir. Akif isə ona pul ilə bağlı problemləri olduğunu, həmin gün ona beh verməyini demişdir. 28 noyabr 2023-cü il tarixdə saat təxminən 16 radələrində Akif qaynı Elməddin ilə birlikdə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi yeni tikili, nömrəsiz evin qarşısına gəlmişlər. O, onlarla görüş zamanı avtomobilə baxmadan beh verə bilməyəcəyini demişdir. Bundan sonra Elməddinə Akifi tanıyıb-tanımadığını, ona inanıb- inanmadığını bildirmişdir, Elməddin isə Akifi tanıdığını, avtomobilə özünün baxdığını, Akifə inandığını, bu səbəbdən Akifin pul problemləri olması səbəbindən avtomobilə baxmadan Akifə beh verə biləciyini bildirmişdir. O da Elməddin bu sözündən sonra Akifə inanaraq 6000 manat pul vermişdir. Akif 6000 manat pulu ondan alaraq cibinə qoymuş, problemlərini həll etdikdən sonra səhəri gün avtomobilini onun adma rəsmiləşdirəcəyini deyərək çıxıb getmişlər. Səhəri gün onun öz şəxsi işləri olması səbəbindən Təqsirləndirilən şəxs ilə görüşə bilməmişdir. 29 noyabr 2023-cü il tarixdə günorta saatlarında Akif Elməddinin mobil nömrəsi ilə onunla əlaqə saxlayaraq avtomobilə dair etibarnamə verə biləciyini, özünün gedib rəsmiləşdirəcəyini demişdir. O isə Akiflə razılaşmamış, Akif isə bir nəfər tanışının moykada işlədiyini, həmin şəxsin adma etibarnamə verə biləciyini demiş, o da yenə də, onunla razılaşmamışdır. Bu vaxt Saməddin Akifdən telefonu alaraq avtomobilin onlara məxsus olduğunu, narahat olmamağı demişdir. O da Saməddinə əgər avtomobildə heç bir problem yoxdursa özünün və ya oğlunun adına etibarnamə verilməsini dedikdə Saməddin oğlunun sənədlərini işə düzəlməsi üçün təqdim edildiyindən oğluna etibarnamə verilə bilməcəyini, lakin yeznələri X28 adına etibarnamə verəcəkələrini demişdir. Hətta Saməddin ona gömrük xərclərindən əlavə avtomobili almaq üçün Akifə 20.000 manat verəcəyini və 20.000 manatdan aşağı qiymətə razılaşmadıqlarını demişdir. O da Saməddinlə razılaşmış və gömrük xərclərində əlavə avtomobil almaq üçün 20.000 manat verəcəyini bildirmişdir. 30 noyabr 2023-cü il tarixdə saat 10 radələrində o, Akif və Elməddinlə birlikdə Şuşa şəhərciyində görüşərək Qaradağ rayonu ərazisində yerləşən gömrüyün həyətinə gəlmişlər. Akif gömrüyün həyətində ona bir nəfər tanışına Fövqəladə Hallar Nazirliyində işlədiyi müddətdə yaxşılıq etdiyini, həmin şəxs hədiyyə olaraq 2021-ci il buraxılışlı “Hyundai Sonata” markalı avtomobilə ona göndərdiyini, öz vəsiqəsi Ədliyyə Nazirliyində olduğu üçün və türmədən yeni çıxdığından həmin avtomobil dostu Arzum adlı şəxsin adına gömrüyə gəldiyini, Arzumun işləri olması səbəbindən Elxanın adına olan mülki etibarnamə əsasında sənədləşmə prosesi aparılacağını bildirmişdir. O da heç bir etirazının olmadığını demişdir. Qeyd edir ki, “Hyundai Sonata” markalı avtomobil X36 adma olmuşdur. Belə ki, sənədləşmə prosesində ilk öncə bəyannamə yazılmış, dəbbə pulu olaraq ümumi gömrük xərcləri 16.345 manat təşkil etmişdir. Bundan başqa avtomobilin 7 ay gömrük qarajında qaldığı pul xərci 2400 manat təşkil etmişdir. Bildirir ki, ilk əvvəl X84ində avtomobil Arzumun adına rəsmiləşmişdir və daha sonra həyat yoldaşı X14 adına rəsmiləşmişdir. Belə ki, X84 xərcləri də 4100 manat təşkil etmişdir. Belə ki, gömrükdə olan zaman ümumilikdə 22.845 manat pul xərcləmişdir. O da Akifə Saməddinin ona dediyi 20.000 manat pulu verə bilməyəcəyini 17000 manat verə biləcəyini dedikdə Akif onunla razılaşsa da, Elxan ilk əvvəl razılaşmamışdır. Akif isə ona bir daha avtomobilin ona məxsus olmasını, bu qiymətə satdığını demişdir. Belə ki, o, beh verdiyi 6000 manat puldan əlavə 30 noyabr 2023-cü il tarixdə 17 radələrində gömrüyün həyətində 4000 manat pulu Akifə vermiş, yerdə qalan 7000 manat pulu isə həmin günün axşamı verəcəyini demişdir. Belə ki, sənədləşmə prosesi başa çatdığı üçün çıxıb getmişlər. Həmin günün axşamı saat təxminən 21 radələrində o, Akiflə yaşadığı Şuşa şəhərciyində yerləşən “Araz” marketin qarşısında görüşmüşlər, həmin vaxtı Təqsirləndirilən şəxs qaynı Şahid14 ilə birlikdə gəlmişdir. O, Elmədddinin yanında Akifə 7000 manat pulu vermişdir. Akif 7000 manat pulu alaraq cibinə qoymuş və daha sonra çıxıb getmişlər. Belə ki, o, Akifə avtomobili almaq üçün ümumilikdə 17000 manat vermiş və gömrük xərclərinə də, ümumilikdə 22.845 pul xərcləmiş olmuşdur. 2021-ci il buraxılışlı “Hyundai Sonata” markalı avtomobilin mobil nömrəsi **-KH-*** dövlət qeydiyyat nişanı verilmişdir. Qeyd edir ki, həyat yoldaşı Könül Nadirova sözügedən avtomobilin rəsmiləşdirilməsi üçün ona mülki etibarnamə vermişdir. Həyat yoldaşı Könül heç bir sənədləşmə prosesində iştirak etməmişdir, hazırda həmin avtomobili etibarnamə əsasında idarə edir. Avtomobilin gömrük rəsmləşdirilməsi də onun tərəfindən həyata keçirilmişdir. Bundan başqa 2023-cü il ilin dekabr ayının əwələrində dəqiq xatırlamadığı tarixdə saat təxminən 10 radələrində qaynı Elməddin ona zəng edərək Akifin ucuz torpaq satdığını bildirmişdir. O, da Elməddinə torpaq almaq istəmədiyini demişdir. Bir qədər sonra Akif öz mobil nömrəsi ilə ona zəng edərək ucuz torpaq satdığını, həmin torpağın onun üçün sərfəli olduğunu, əmisi oğlunun Binəqədi rayonu İcra Hakimiyyətində işlədiyini, özəlləşməyə çıxan torpaqları ucuz qiymətə satdığını, hazırda Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən “Bravo” marketin yaxınlığında 120 kv metr sahəsi olan boş toraq sahəsi satıldığını, həmin ərazidə torpağın 1 sotunun 40.000 manat olduğunu, lakin həmin torpaq özəlləşməyə düşdüyündən ona 20000 manata sata biləciyini bir daha bildirmişdir. O isə Akifə fikirləşdikdən sonra cavab verəcəyini demişdir. Akif isə tez-tez ona zəng edərək həmin torpağı əldən çıxartmamağım deyirmiş. Bundan sonra o, gedib torpağa baxmaq qərarına gəlmişdir. 2023-cü il ilin dekabr ayının əwələrində dəqiq xatırlamadığı tarixdə saat 13 radələrində o, Akiflə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən “Bravo” marketin yaxınlığında görüşmüşlər. Akif həmin ərazidə 120 kv metr boş torpaq sahəsini göstərək dediyi torpaq sahəsinin bura olduğunu və 2000 manat endirim edərək 18000 manata ona satacağmı demiş, O, da razılaşmışdır. 2023-cü il ilin dekabr ayının əwələrində dəqiq xatırlamadığı tarixdə səhər 09 radələrində Akif ona zəng edərək fikrinin dəqiq olub-olmadığını soruşmuş və əgər dəqiqdirsə ona 5000 manat verməyini, həmin pulu aparıb Binəqədi rayon tcra Hakimiyyətində ona göstərdiyi torpaq sahəsini adıma rəsmiləşdirilməsi üçün İcra Hakimiyyətində işləyən əmisi oğlu Elmin Zamanova aparıb verəcəyini bildirmişdir. Hətta Akif onu inandırmaq üçün Elmin Zamanovun vikipediyasmı göstərmişdir. O da vikipediyaya baxdıqda həqiqətəndə Binəqədi rayon İcra Hakiyyətində istismar şöbəsində işlədiyini görərək Akifə inanmışdır. Bundan sonra o, qaynı Elməddinə zəng edərək Akifin ona 18000 manata torpaq satdığını və sənədləşmə işləri üçün ondan 5000 manat pul istədiyini demişdir. Elməddin isə cavabında almaq istəyirsə Akifə pul verə biləcəyini, Akifin özü ilə danışıb razılaşa biləcəyini demişdir. Belə ki, 2023-cü il ilin dekabr ayının əvvələrində dəqiq xatırlamadığı tarixdə saat 12 radələrində o, Təqsirləndirilən şəxs ilə Bakı şəhəri, Binəqədi rayonu İcra Hakimiyyətinin qarşısında görüşmüş və o, sözügedən torpağı almaq üçün ilk əvvəl 5000 manat pulu orada sayaraq Akifə vermişdir. Akif də pulu ondan aldıqdan sonra həmin İcra Hakiyyətində işləyən əmisi oğlu Elmin Zamanova sənədləşmə prosesinin başlanması üçün aparıb İcra Hakiyyətinin içərisinə daxil olmuşdur. Təxminən 10 dəqiqə sonra Akif geri qayıdaraq pulu Elmin Zamanova verdiyini demişdir. Akif orada olan zaman təxminən 1 həftə sonra sənədləşmə prosesinin başa çatacağım bildirərək çıxıb getmişdir. Bundan sonra 2024-cü il ilin dekabr ayının əvvələrində dəqiq xatırlamadığı tarixdə səhər saatlarında Akif ona zəng edərək özəlləşməyə çıxan sənədinin Daşınmaz Əmlaka verilərək təsdiq olunmasından ötrü 6000 manat pul lazım olduğunu bildirmişdir. Belə ki, o, yenə də 2023-cü il ilin dekabr ayının əvvəllərində dəqiq xatırlamadığı tarixdə saat 17 radələrində Akiflə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən “Bravo” marketin içərisində görüşmüşlər. O, orada olan zaman Akifin dediyi kimi 6000 manat pulu ona vermiş və Akif çıxıb getmişdir. 2024-cü il ilin yanvar ayının əvvələrində səhər saatlarında yenidən Akif ona zəng edərək yerdə qalan 7000 manat pulu ondan istəyərək sənədləşmə prosesində müəyyən şəxslərə pul verməli olduğunu bildirmişdir. 07 dekabr 2023-cü il tarixdə saat 12:03-də yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində olarkən ona məxsus 4169-7388-4731- 4345 saylı "xxxx" plastik bank kartı mobil tədbiqindən Akifin ona vatsap proqramı vasitəsi ilə göndərdiyi 416973*****8347 nömrəli karta 1000 manat pul göndərmişdir. Bundan sonra Akif ona Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində “Pətək” marketlə üzbəüz 15 sot yəni 15000 kv metr boş torpaq sahəsini satdığını, torpağın sahibi ilə problemi olduğundan ona verildiyini, torpağı onun adma keçirə biləcəyini və gələcəkdə onunla razılaşdıqdan sonra ya dediyi pulu ona verməyini, ya da ki, yenidən torpağı onun adma keçirərək geri qaytara biləcəyini bildirmişdir. Bundan başqa bildirmişdir ki, bələdiyyə sənədində 1 hektar qeyd edilmiş, alqı-satqı müqaviləsi bağlanıldığından özəlləşməyə sənədlər getdikdən sonra 15 sota çıxarış çıxacaqdır. Bunun üçün Akif ondan 800 manat pul istəmişdir. O, həmin vaxt Gəncə şəhərində olduğundan dostu Babəkə Akiflə görüşərək notariusa getməsini və onun adma 15 sot torpaq sahəsinin sənədləşməsində ona köməklik göstərməsini, daha sonra həmin torpağı onun adma keçirəcəyini demişdir. Dostu Babək onun xahişini nəzərə alaraq Akiflə 13 dekabr 2023- cü il tarixdə 13 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 15 saylı notariusa gedərək Akiflə görüşmüş, Akifin gətirdiyi və sözügedən torpaq sahəsinin guya sahibi olan X17 ilə alqı-satqı müqaviləsi bağlanmış və Babəkin yadında qalmayan bank kartına 2000 manat pul göndərmişdir. Həmin pulu notariusda alqı-satqı müqaviləsini həyata keçirmək üçün göndərmişdir. Babək 800 manat pulu Akifə vermiş, 1200 manat pulu da ona geri qaytarmışdır. Bundan sonra Akif 19 dekabr 2023-cü il tarixdə Akif onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin vatsap proqramına Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən “Bravo” marketin yaxınlığında yerləşən 120 kv metr sahəsi olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tabeliyində olan Daşınmaz Əmlak və X64 Şəxsin 1 saylı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş rəsmi möhürlü sənədi göndərmiş, boş torpaq sahəsinin planı və ölçüsü və mülkiyyət hüququnu təsdiq edilməsi orada qeyd edilmişdir. 21 dekabr 2023-cü il tarixdə Akif ona “4169-7388-3575-8347” nömrəli Kapital bank kartını göndərərək ona 1000 manat pul göndərmiyini bildirmişdir. O da həmin tarixdə saat 16:04də yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində olarkən ona məxsus 4169-7388-4731- 4345 saylı "xxxx" plastik bank kartı mobil tədbiqindən Akifin ona göndərdiyi karta 1000 manat pul göndərmişdir. O, Akifə pulu göndərdikdən sonra onunla telefonda danışarkən Bakı şəhəri, Binəqədi rayonu 7-ci mikrorayonda “Bravo” marketin yaxınlığında onun guya əvvəl torpağın ondan aldığı yerin yanında əlavə 187 kv metr boş torpaq sahəsinin özəlləşməyə düşdüyündən 20.000 manata sataraq adma keçirə biləciyini bildirmişdir. O da ilk əvvəl pulu olmadığını demiş, belə razılaşmışlar ki, Akif həmin 187 kv metr sahəsi olan boş torpaq sahəsini ona 16000 manata satacaqdır. O, Akifə özünün həmin torpaq sahəsinin özünün adma deyil, keçmiş iş yoldaşı X21 adma rəsmiləşdirilməsini demiş, Elhamənin şəxsiyyət vəsiqəsini Akifə göndərmişdir. 23 dekabr 2023-cü il tarixdə Akif ona “5239- 1515-1197-6402” nömrəli bank kart hesab nömrəsi ataraq 1000 manat pulu birinci guya ona satdığı 120 kv metr boş torpaq sahəsindən qalan 5000 manat puldan çıxacağım demişdir. O da 23 dekabr 2023-cü il tarixdə saat 14:11-də Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində olarkən ona məxsus 4169-7388- 4731-4345 saylı "xxxx" plastik bank kartı mobil tədbiqindən sözügedən karta 1000 manat göndərmişdir. 26 dekabr 2023-cü il tarixdə 15 radələrində o, evdə olan zaman Akif ona Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon “Bravo” marketin yaxınlığında yerləşən 187 kv metr boş torpaq sahəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tabeliyində olan Daşınmaz Əmlak və X64 Şəxsin 1 saylı Ərazi İdarəsi tərəfindən X21 adma torpaq sahəsinin planı və ölçüsünü mobil telefonuna vhatsaap .proqramı vasitəsilə göndərmişdir. O da Akifə inanmaqda davam edərək onun ona göndərdiyi 4196-7388-5598-7636 Kapital bank hesab nömrəsinə 26 dekabr 2023-cü il tarixdə saat 15:26-da yaşadığı evdə olan zaman ona məxsus 4169-7388-4731-4345 saylı "xxxx" plastik bank kartı mobil tədbiqindən sözügedən karta 1000 pul göndərmiş, birinci adlığı torpağa görə qalıq qalmış 4000 manat pulu da Akif ona axşam verməyini demişdir. 26 dekabr 2023-cü il tarixdə təxminən 19 radələrində Akiflə Raman qəsəbəsi, Şuşa şəhərciyində “Araz” marketin içərisində görəşərək 4000 manat pulu Akifə vermişdir. Akif də ona digər 2-ci torpaq sahəsinə görə köhnə iş yoldaşı Elhamənin adma rəsmiləşdirəcəyini və hər iki çıxarışları ona təqdim edəcəyini demişdir. 27 dekabr 2023-cü il tarixdə saat 19 radələrində o, yenə də Ramana qəsəbəsi, Şuşa şəhərciyi “Araz” marketin içərisində Akiflə görüşərək ona 2-ci torpağa görə 4000 manat pul vermişdir. Belə ki, 2 ci torpağa artıq o, Akifə 5000 manat vermiş olmuşdur. Həmin günün səhərisi yəni, 28 dekabr 2023-cü il tarixdə Akifin ona Şuşa qəsəbəsində satmış olduğu 15 sot torpaq sahəsinin ona məxsus olmadığını və aldatdığını öyrənmişdir. Bu zamana qədər ona göndərdiyi mülkiyyət sənədlərinin təsdiq kodunu sistemə yazaraq saxta olduğunu öyrənmiş və Akifin onu aldatdığına tam əmin olmuşdur. Həmin günü o, Akifə pul verməli imiş, belə ki, o da Akifə guya başqa bir şəxsə faiz borcu olduğunu bildirirək, Akif həmin borcunu bağlayıb yenidən pul götürərək ona verməyi üçün 3000 manat istəmişdir. Akif də ona 3000 manat pulu 5239- 15******9446 nömrəli kartından onun istifadəsində olan kart sonu 4345 nömrəli kartına göndərmişdir. Bundan sonra o, Akifə daha pul verməmiş, rəsmi qeydiyyat olunmuş torpaq sahələrinin sənədlərini tələb etmiş, lakin Akif müxtəlif bəhanələr gətirərək ondan pul istəməyə davam etmişdir. Bildirir ki, o, Akifə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, “Bravo” marketin yaxınlığında yerləşən 120 kv metr sahəsi olan boş torpağı almağına görə ümumilikdə 18000 manat, Ramana qəsəbəsi, Şuşa Şəhərciyində yerləşən “Pətək” market ilə üzbəüz 15 sot taopaq sahəsini almağına görə 800 manat, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, “Bravo” marketin yaxınlığında yerləşən 187 kv metr sahəsi olan boş torpağı almağına görə ümumilikdə 5000 manat pul versə də, onu aldatdığını anladıqdan sonra 3000 manat pulunu geri almışdır. Daha sonar Zərərçəkmiş şəxs9 mülki iddia verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət nəticəsində dəymiş ziyanın, yəni 20800 manat pul vəsaitinin və 153 manat dövlət rüsumunun təqsirləndirilən şəxsdən tutulub ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X18 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs uzun illərdir ki, tanıyır. 2024-cü ilin yanvar ayının əvvəllərində o, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində Təqsirləndirilən şəxsla rastlaşmışdır. Akiflə söhbət əsnasında Akif ona demişdir ki, Ramana qəsəbəsində 02 sot ölçüdə torpaq sahəsi vardır, həmin torpaq sahəsini 4.000 manata satır. Akif ona təklif etmişdir ki, həmin torpaq sahəsini alsın. O, Akifin sözü ilə razılaşmışdır. Akif sənədlərin düzəldilməsi üçün ilkin olaraq ondan 2.000 manat pul istəmiş, pulun yerdə qalan hissəsini isə hissə-hissə ona verəcəyini bildirmişdir. O, 2024-cü ilin yanvar ayının ortalarında dəqiq tarix yadında qalmayan gündə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən Pətək marketin qarşısında Akiflə görüşüb alacağı torpaq sahəsinin sənədlərinin düzəldilməsi üçün 2.000 manat pulu Akifə vermişdir. Lakin bir neçə gün keçdikdən sonra Akiflə mobil telefon əlaqəsi saxlamaq istəsə də, Akif onun telefon zənglərinə cavab verməmiş, başa düşmüşdür ki, Akif onu aldadıb torpaq satmaq adı ilə ondan 2000 manat pul alıb ələ keçirmişdir. Buna görə də o, Akifin barəsində şikayət etmişdir. Lakin sonradan Akif tərəfindən ona dəymiş 2000 manat pul ödənilmişdir. o, 2000 manat pulu Təqsirləndirilən şəxs 2024-cü ilin yanvar ayının ortalarında dəqiq tarix yadında qalmayan gündə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən “Pətək” marketin qarşısında Akifin ona satdığı torpaq sahəsinə görə vermişdir. O, 2000 manat pulu Təqsirləndirilən şəxs verərkən yanılarmda heç kim olmamışdır. Ona dəymiş ziyan ödənildiyindən təqsirləndirilən şəxsə qarşı heç bir tələb və şikayəti yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, əvvəllər Abşeron rayonu, Fatmai Bələdiyyəsində işləmişdir. Şahid3 Akif vasitəsilə tanımışdir. Belə ki, 2021- ci ilin sentyabr ayının sonlarında Naxçıvan MR-da yaşayan bibisi oğlu Şahinlə söhbət edərkən Binəqədi İH-inə işə düzəlmək istədiyini demişdir. Şahin ona demişdir ki, onun Akif adlı tanışının əmisi oğlu X54 İcra Hakimiyyətinin Başçısının müavini vəzifəsində işləyir və ona işə düzəlməkdə köməklik edə bilər. Onunla razılaşdıqdan sonra Akif hazırda xatırlamadığı mobil nömrədən onun istifadəsində olan mobil nömrəyə zəng etmiş və bu barədə danışmışlar. Akif bu barədə yaxınları ilə danışıb ona məlumat verəcəklərini demişdir. Daha sonra Akif ona zəng edərək əmisi oğlu Elminin Şahid3 adlı köməkçisi olduğunu və onu işə düzəltmək üçün 9000 manat pul istədiyini, əvvəlcə 7.000 manat, daha sonra isə 2.000 manat pul alacağını demişdir. Akif onu Binəqədi icra Hakimiyyətinə tabe olan Mənzil İstismar Sahəsinin birinə rəis vəzifəsinə düzəltdikdən sonra isə icra Hakimiyyətində Yerli Ərazidarəetmə şöbəsinə mütəxəssis vəzifəsinə iş yerini dəyişdirəcəkdi. O, Akifə inanmış, sonra Akif ona Davudun mobil nömrəsini vermişdir. Pulu Davuda verməyini tapşırmışdır. Davudun hazırda xatırlamadığı mobil nömrəsinə zəng etmiş və bu barədə danışmışdır. Davud ona Elmin Zamanovun köməkçisi olduğunu və pulu aldıqdan sonra onu 3 gün müddətində işə düzəldəcəyinə söz vermişdir. Daha sonra Davud Azərin hazırda xatırlamadığı mobil nömrəsini verib demişdir ki, özünün işi var, pulu ona versin. O, Azərlə zəngləşib 05 oktyabr 2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron rayon icra Hakimiyyətinin inzibati binasının qarşısında görüşmüş və 7.000 manat pul, diplomun və şəxsiyyət vəsiqəsinin surətlərini ona vermişdir. Azər pulu və sənədləri ondan aldıqdan sonra Davuda zəng edib demişdir. Azər ona demişdir ki, pul tam ödənildikdən sonrakı 3 gün ərzində işini yekunlaşdıracaqlar və bundan sonra işə çıxacaqdır. Həmin ərəfədə Davud onun mobil telefonuna zəng edərək demişdir ki, «Socar» şirkətində fəhlə işi var, kim istəsə onu da həmin işə düzəldə bilər. Bu barədə dostu Rəhim dedikdə, Rəhim razılaşmış və Davuda bu barədə demişdir. Davud da həmin işə düzəlmək üçün 3.000 manat pul istəmiş, lakin sonra 2300 manat ilə razılaşmışdır. Rəhimi işə düzəltmək üçün pulu da Rəhimin qardaşı X29 verəcəyini demişdir. Bundan sonra Davudla zəngləşərək 10 oktyabr 2021-ci il tarixdə Xəzayıl və Rəhimlə birlikdə Xırdalan şəhəri, «AAF Park» yaşayış kompleksinin qarşısında görüşmüşlər və Xəzayıl 2.300 manat pulu Davuda vermişdir. Davud da söz vermişdir ki, 1 həftə ərzində Rəhimi Socar şirkətinə fəhlə kimi işə düzəldəcəkdir. Daha sonra isə Davudla danışdıqda X65 bağında olmasını, buna görə də göndərəcəyini, həmin pulu da taksi sürücüsü ilə göndərməyini demişdir. Davuda inanmış və Kamil adlı taksi sürücüsünün istifadə etdiyi 55- 791-06-91 mobil nömrəsini vermişdir. Bundan sonra həmin günü, Kamil ilə zəngləşərək «Bakı Olimpiya Stadionu»un qarşısında görüşmüşlər və 1.000 manat pulu ona vermişdir. Kamil ora ağ rəngli markasını xatırlamadığı, «AZ ** UL ***» dövlət qeydiyyat nişanlı avtomobil ilə gəlmişdir. Daha sonra bu barədə Davuda zəng edərək məlumat vermişdir və Davud pulu Kamildən aldığını demişdir. Bir neçə gündən sonra, yəni 13 oktyabr 2021-ci il tarixdə Akif onun mobil nömrəsində olan «Whatsapp» ani mesajlaşma proqramına +90- ***-***-**-** mobil nömrəsindən Mirağa Seyidova məxsus "xxxx"-aid **********318456 hesab nömrəsi göndərmiş və həmin hesaba 1.000 manat pul göndərməyini demişdir. Abşeron rayonu Məhəmmədi qəsəbəsinin ərazisində yerləşən «Əli Market»-də quraşdırılmış «Million» ödəmə terminalı vasitəsilə 1.000 manat pulu həmin hesaba göndərmişdir. Bu barədə Akifə mobil telefonla məlumat vermişdir. Daha sonra isə işə düzəlməsini gözləmişdir. Akiflə səs yazıları da vardır. Akif ona demişdir ki, əmisi oğlu X54 İcra Hakimiyyətində işləyir. Onu da oraya işə düzəldəcəkdir. Əvvəl demişdir ki, Davuda verdiyi pullar ondadır. Sonra isə demişdir ki, Davud pulun hamısını xərcləmişdir. Davuddan pulunu geri tələb etmiş və Davud ona 24 oktyabr 2021-ci il tarixdə 3.900 manat ekvalentində 2.100 ABŞ dolları pul göndərmişdir. Akif isə onun kartına göndərdiyi 1000 manat pulu geri qaytarmışdır. Onu Akif, Davud və Azər birlikdə aldatmışlar. Ona dəymiş ziyan tam olaraq ödənilmədiyindən hər üçündən şikayətçidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs6 Nüsrətdin oğlu ifadəsində göstərmişdir ki, 05 sentyabr 2022-ci il tarixdə yaşadığı küçədə yerləşən mağazanın yaxınlığındakı “Abşeron” adlı kafedə qonşuluqda yaşayan Elnurla birlikdə çay içən zaman əvvəllər tanımadığı, sonradan adının Akif olduğunu bildiyi şəxs onlara yaxınlaşmışdır və salamlaşıb yanlarında oturmuşdur. Aralarında baş tutan söhbət zamanı Akif özünü Abşeron rayon icra Hakimiyyəti başçısının qohumu kimi təqdim etmiş və Abşeron rayonu Saray qəsəbəsi ərazisində aparılan “tikinti- söküntü” işlərinə nəzarət etdiyini, sənədləri qaydasında olmayan evlər üçün sənəd hazırladığını, əgər belə bir işi olarsa, köməklik göstərə biləcəyini bildirmişdir. Sonradan Elnurdan həmin şəxsi haradan tanıdığını soruşanda, Elnur kafeyə gəlib-gedən zaman tanış olduqlarını, ətraflı tanımadığını bildirmişdir. Bundan sonra Akif işlədiyi yeri öyrənərək təxminən 1 həftə ərzində 3-4 dəfə dayısı oğlu Vasiflə birlikdə yanına gəlib-getmiş, etdikləri söhbətlər zamanı Akifə Abşeron rayonu Saray qəsəbəsində yerləşən özünə məxsus 8,5 sot torpaq sahəsinin sənədlərinin tam qaydasında olmaması barədə məlumat vermiş, Akif isə hər dəfə təkidlə sənədlərin qaydasına salınmasına köməklik göstərə biləcəyini təklif etmişdir. Bu şəkildə aralarında münasibət yarandıqdan sonra Akif torpaq sahəsinə dair sənədləri göstərməyini istədiyi üçün təxminən 10 gün sonra yaşadığıı evin qarşısında Akifə sənədləri təqdim etmişdir. Həmin vaxt Akifin qohumu Vasif gəldikləri avtomobildən düşməsə də, onun sənədləri Akifə verməyini görmüşdür. Akif yaşadığı evin həyətində sənədləri nəzərdən keçirib özündə qalmalı olduqlarını və “BT”-də işləyən dostuna göstərəcəyini bildirmişdir. O, buna etiraz etməyib sənədlərin Akifdə qalması ilə razılaşmışdır. İşin həllini tapması üçün pul tələb olunacağını bildiyindən dostu Mərkəzlə əlaqə saxlayaraq torpaq sahəsinə çıxarış almaq üçün yaxın günlərdə 2000 manat pula ehtiyacı olacağını demişdir və lazım gələrsə onunla birlikdə gəlməsini xahiş etmişdir. Təxminən 2 gün sonra Akif mobil telefon vasitəsilə zəng edərək sənədləri “BT”-də işləyən dostuna göstərdiyini və işin 1500 manata həllini tapacağını, həmin pulun 300 manatını verməyin öz öhdəsinə düşdüyünü, pulu olmayanda ondan istəyəcəyini, qalan 1200 manatını isə həmin gün saat 16:00 radələrinədək hazırlamağını istəmişdir. Bundan yarım saat sonra Akif adını bilmədiyi şəxsin idarə etdiyi qəhvəyi rəngli “Toyota Prius” markalı, dövlət qeydiyyat nişanını bilmədiyi yaşadığı ünvana gələrək onu avtomobilinə əyləşdirmidir. Onlar birlikdə onun “BT” kımı tanıdığı Abşeron rayonu Xırdalan şəhərində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi idarəsinə yollanmışlar. İdarənin qarşısına çatdıqdan təxminən 20-25 dəqiqə sonra Mərkəz özünə məxsus “Mercedes” markalı avtomobillə oraya gəlmişdir. Daha sonra Akif ona sənədlərin hazırlandıqdan sonra dostunun idarədən çölə çıxıb sənədləri verəcəyini, pulu həmin vaxt verməli olduqlarını söyləmişdir, idarənin qarşısında gözləyərkən şəxsiyyət vəsiqəsini evdə unutduğunun fərqinə varıb Akifə bu barədə məlumat vermişdir. Akif ona şəxsiyyət vəsiqəsinin hökmən üzərində olmasını bildirdiyi üçün o, Mərkəzə yaşadığı evə gedib şəxsiyyət vəsiqəsini götürmələrini xahiş etmişdir. Yaşadıqları evə doğru yolda olarkən Mərkəz ona Akifin dələduza oxşadığını dediyi üçün mobil telefonla Elnura zəng edərək Akifin necə biri olduğunu soruşmuşdur. Elnur telefonda ona Akifi dərindən tanımadığını, buna görə də bir söz deyə bilməyəcəyini bildirmiş və pulu verməməyini məsləhət görmüşdür. Şəxsiyyət vəsiqəsini götürüb “BT”-nin qarşısına qayıtdıqdan yarım saat sonra əlində sənəd olan bir nəfər şəxs idarədən çıxıb onlara yaxınlaşmışdır. Akif həmin şəxsi “BT”-də işləyən dostu Tural olduğunu və torpaq sahəsinin sənədlərinin Tural tərəfindən hazırlandığını demişdir. Daha sonra Akif və Tural onlara “Bu dəqiqə pulu verməsəniz, müdir sənədləri imzalamayacaq” deyərək pulu vermələrini istəmişdir. Həmin vaxt Mərkəz Akif və Turala inanmadığını desə də həmin şəxslərlə söz danışdığını xatırladaraq Mərkəzə gətirdiyi puldan 1200 manatını Turala verməsini demişdir. Buna görə də Mərkəz yanımda 1200 manat pulu sayaraq ona, o isə Akifin razılığı ilə Turala vermişdir. Tural pulu götürdükdən sonra sənədləri ilə birlikdə idarəyə daxil olmuşdur. Onlar təxminən 1 saat gözləsələr də Tural binadan çölə çıxmamışdır. Bundan sonra Akif ona şəhid ailələrinə məxsus evlərin söküldüyünü, buna görə də təcili getməli olduğunu demişdir. O, bundan şübhələndiyi üçün Mərkəzə orada qalıb gözləməsini bildirərək Akifin avtomobilinə əyləşmişdir. Yolda olarkən Akif telefonda kiminləsə danışıb şəhid ailələri ilə bağlı olan məsələnin həll olunduğunu bildirmişdir. Bundan sonra Akif sürücüyə avtomobili Bakı şəhərində “Şamaxinka” deyilən yerə doğru sürməsini tapşırmışdır. Həmin yerə çatdıqda Akif avtomobildən düşmüş və o, təxminən 10- 15 dəqiqə avtomobilin içərisində sürücü ilə söhbət edərək gözlədikdən sonra Akif qayıdıb avtomobilə əyləşmişdir. Həmin vaxt artıq hava qaralmış, Mərkəz isə onunla əlaqə saxlayıb əsəbi şəkildə saat 20:00 radələrinədək gözləməsinə baxmayaraq, idarədən Turalın çıxmadığını bildirmişdi. Bundan sonra o, söhbət etmək üçün sürücüdən avtomobili Saray qəsəbəsində yerləşən “Murad” adlı kafeyə sürməsini istəmişdir. Kafeyə çatdıqdan bir neçə dəqiqə sonra Mərkəz də oraya gəlmiş və onlar dördlükdə kafeyə daxil olub söhbət etməyə başlamışlar. Akif and-aman içərək ertəsi gün sənədləri ona verəcəyinə dair söz vermişdir. Ertəsi gün Tural mobil telefonuna zəng edərək kadastrın köhnəldiyini, buna görə əlavə 200 manat pul tələb olunduğunu bildirmişdir. O, sənədin təzə olduğunu söyləsə də, Tural “Özün bil, onda gec olacaq” cavabını vermişdir. Bundan sonra Akiflə əlaqə saxlayıb Turalın 200 manat istədiyini bildirmişdir. Akif əvvəlcə pulu verməməyini desə də, təxminən 1 saat sonra iş yerinə gəlib 200 manat pul verməsə, sənədlərin hazırlanmasının gec olacağını söyləmişdir. Bu səbəbdən həmin gün qardaşı Asifdən 200 manat borc alıb Akifə vermişdir. Akif isə yaxınlıqdakı mağazaya daxil olub onun yanında ödəmə terminalı vasitəsilə 200 manat ödəmiş və ödədiyi kartın nömrəsini kağıza yazıb ona vermişdir. Əvvəllər Akifə özünə məxsus 2,2 sot həyətyanı torpaq sahəsini sənədləşdirmək istədiyini bildirdiyi üçün təxminən 3 gün sonra Akif onunla əlaqə saxlayaraq bu işdə Torpaq Komitəsində işləyən “Ağa" deyə çağırılan xalası oğlu Şahların əlaqələri vasitəsilə köməyini təklif etmişdir. O, Akifin bu təklifi ilə razılaşdığı üçün ertəsi gün Akiflə birlikdə Bakı şəhəri Binəqədi rayonunda “Şamaxinka” deyilən ərazidə yerləşən çayxanalardan birinə getmişdir. Həmin çayxanada Akif onu bir nəfər şəxslə tanış edərək xalası oğlu Şahlar olduğunu bildirmişdir. Şahların özü də Akiflə xalaoğlu olduqlarını təsdiq etmişdir. Bu zaman Şahların yanında adını bilmədiyi, 50-55 yaşlı, iri eynəkləri olan başqa bir nəfər şəxs də olmuşdur və həmin şəxs ona xəritə çəkən mütəxəssis kimi təqdim edilmişdir. Aralarındakı söhbət zamanı Şahlar həyətyanı torpaq sahəsini sənədləşdirəcəyinə söz verdiyindən o, Akif və tanımadığı şəxsin yanında qardaşı Asifdən borc aldığı 300 manat pulu Şahlara vermişdir. Ertəsi gün Akif tanımadığı 2 nəfər cavan oğlanla birlikdə yaşadığı ünvana gəlib ölçü işləri aparacaqlarını bildirmişdir. Həmin cavan oğlanlar əllərində olan aparatla torpaq sahəsini gəzməklə özləri üçün qeydlər apardıqdan sonra çıxıb getmişlər. Bir gün sonra Akifə zəng edib torpaq sahəsinin xəritəsinin hazır olub-olmadığını soruşmuşdur. Akif ona xəritənin hazır olduğunu, gedib Şahlardan götürmək üçün yol puluna ehtiyacı olduğunu söyləmişdir. O, bir qədər sonra iş yerinə gələn Akifi iş yerinin yaxınlığında taksi fəaliyyəti ilə məşğul olan Rafiqlə birlikdə Şamaxinka deyilən əraziyə göndərmişdir. Təxminən 40-45 dəqiqə sonra Akif və Rafiq geri qayıtmışlar. Akif ona “Saray bələdiyyəsi tərəfindən Zərərçəkmiş şəxs6 Nüsrətdin oğlunun adına ayrılmış 0,022 ha torpaq sahəsinin döngə nöqtələri və koordinatları”, “Mühəndis “İ.Məmmədov” və “Baş mühəndis T.İsmayılzadə” yazıları, imzalar və koordinatlar, həmçinin fotoşəkil olan sənəd təqdim etmişdir. O, Rafiqdən Akifi haraya apardığını soruşduqda, Rafiq ona Akifi “Şamaxinka” deyilən ərazidə yerləşən çayxanaya apardığını demişdir. Məlumat üçün bildirir ki, Akiflə birlikdə 300 manat pulu verməyə gedən zaman da onları “Şamaxinka” deyilən əraziyə Rafiq aparıb gətirmiş, ancaq çayxanaya daxil olmadan onları avtomobildə gözləmiş, bununla belə Rafiqin torpaq sahəsinin sənədləşdirilməsi üçün pul verməyindən xəbəri olmuşdur. Akif ona sənədi verdikdən sonra torpaq sahəsinə dair arayış almaq üçün əlavə 300 manat pul tələb olunduğunu bildirmişdir. Ertəsi gün qardaşı Asifdən daha 300 manat borc alıb arayış alınması üçün iş yerində Akifə vermişdir. Həmin vaxt yanlarında başqa heç kim olmamışdır. Akif pulu aldıqdan sonrakı günlərdə Şahlara göndərdiyini bildirsə də, Şahların həmin pulu əldə edib-etməməsi barədə məlumatı yoxdur. Bundan sonra Akif müxtəlif bəhanələrlə işin uzandığını deyərək onu yubadırmış. Həmin müddət ərzində Akif onun 8,5 sot torpaq sahəsini sənədləşmə işləri üçün verməli olduğu 300 manat puldan 100 manatını bağışladığını bildirərək qalan 200 manatı verməyini istəmişdir. Buna görə də o, yenidən qardaşından, 200 manat borc alıb iş yerində Akifə vermişdir. Bundan başqa Akif ondan sənədlərin hazırlanması məqsədilə gedib-gəlmək üçün Rafiqə verdiyi 20 manat daxil olmaqla yol pulu adı ilə 100 manat almış, həmçinin işlətdiyi ət dükanından 200 manat dəyərində ət götürərək torpaq sahəsini sənədləşdirməsinə köməklik göstərdiyi üçün guya borclu olduğu pulun qarşılığı olduğunu bildirmiş, hətta bundan sonra da ona borclu qaldığını qeyd etmişdir. Beləliklə, Akif dələduzluq yolu ilə onun 2300 manat pulunu ələ keçirmiş və 200 manat dəyərində ət götürməklə ümumilikdə 2500 manat dəyərində maddi ziyan vurmuşlar. O, əvvəlki izahatında yanlış hesabladığı üçün ona ümumilikdə 2400 manat ziyan dəydiyini bildirmişdir. Ancaq hazırda obyektiv ifadə verərək qeyd edir ki, ona qarşı törədilmiş dələduzluq nəticəsində ona ümumilikdə 2500 manat dəyərində ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, oğlu X44 2022ilin fevral ayında Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə həbs edilərək 3 saylı İstintaq Təcridxanasmda olmuşdur. Oğlu Ayxan istintaq müddətində cəzaçəkmə müəssisində Burhan adlı şəxslə tanış olmuşdur. 2022-ci ilin iyun ayında Burxan onun mobil nömrəsinə zəng edərək bildirmişdir ki, onun oğlu Ayxan ilə istintaq müddətində tanış olub və onun həbsdə olduğu zaman Akif adlı şəxs köməklik edərək onu həbsdən çıxarmışdır. Burxan ona telefonda oğlu Ayxanın həbsdən çıxarmaq işini Akif adlı şəxsin həll edə biləcəyini demiş və bunun üçün 17.000 manat pul düzəltməyini demişdir. Hətta Burxan onunla bir neçə dəfə telefondan Akifin onun işini də həll edəcəyini demişdir. O, Burxan vasitəsi ilə Akif adlı şəxslə əlaqə saxlamışdır. Akif ilə bu haqda telefonda danışdığı müddət ərzində Akif bildirmişdir ki, oğlu Ayxanın işini 12.000 manat pula həll edəcək. O da Akifin dediyi sözlərə inanmışdır. Həmdə Burxan onu çox əmin etdiyi üçün o da Akifə inanmışdır. 2022-ci ilin iyun ayında o, müxtəlif tarixlərdə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə, saat 15:44-də yaşadığı ünvanda olduğu zaman mobil proqram vasitəsi ilə onun istifadə etdiyi Şahid8 adlı şəxsə məxsus “Leobank” pul kartına 350 manat göndərməklə cəmi 5000 manat göndərmişdir. Akif hər dəfəsində məhkəmə prosesində oğlunun azad olunacağını bildirməsinə baxmayaraq vədinə əməl etmədiyini görüb pulunu geri tələb edən zaman müxtəlif bəhanələr gətirərək guya işin düzələcəyini bildirib onu aldatmış, ona qarşı dələduzluq etmişdir. O, Akifin ona dediyi 4169 7385 2641 0638 nömrəli kart hesabına xx.xx.2022-ci il tarixdə ünvan 9 ünvanında yerləşən “Əsmənur” marketin içərisindəki Mpay ödəmə terminalı aparatından 3500 manat, xx.xx.2022-ci il tarixdə ünvan 10 ünvanında yerləşən “Bravo” marketin içərisindəki MilliÖn ödəmə terminalı aparatından həmin kart hesabına 650 manat, xx.xx.2022-ci il tarixdə ünvan 10 ünvanında yerləşən “Bravo” marketin içərisindəki MilliÖn ödəmə terminalı aparatından həmin kart hesabına 500 manat, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə yaşadığı ünvan 11 ünvanında olduğu zaman mobil telefonundan proqram vasitəsilə 350 manat pulu həmin kart hesabına göndərmişdir. Akifə ümumilikdə 5000 manatb pul vermişdir. Ona döymiş ziyan ödənildiyindən təqsirləndirilən şəxsə qarşı heç bir tələb və şikayəti yoxdur. Zərərçəkmiş şəxs10 məhkəməyə teleqram vuraraq Təqsirləndirilən şəxs şikayətçi olduğunu, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, səhhəti ilə bağlı məhkəməyə gələ bilməyəcəyini bildirərək işə onun iştirakı olmadan baxılmasını və ona dəymiş ziyanın ödənilməsini xahiş etmişdir. Məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, 12 fevral 2024-cü il tarixdə ona məlum olmuşdur ki, oğlu X30 narkotik vasitələrin istifadəsi ilə məşğul olduğuna görə 13-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılmışdır. 13 fevral 2024-cü il mən 13-cü PB-nə yaxınlaşıb oğlunun işi ilə maraqlananda ona məlum olmuşdur ki, oğlunun barəsində toplanmış material istintaq şöbəsinə göndərilmiş və oğlunun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Polis bölməsinin qarşısında dayanan zaman ona bir nəfər Akif adlı şəxs yaxınlaşıb rəisin yaxın adamı olduğunu bildirib oğlunun həbsdən azad elətdirəcəyini bildirmişdir. O da çarəsiz olduğuna görə həmin şəxsin ***-***- **-** nömrəsini götürüb onunla əlaqə saxlayacağını söyləmişdir. Altayın işi istintaq şöbəsində olduğuna görə Akif ondan ilk öncə 7000 manat məbləğində pulu istəmişdir. O, da onunla razılaşıb Akifə bildirmişdir ki, pulu onun kartına göndərə bilər. Akif də ona 4169 7377 0939 6499 saylı kart nömrəsini verib bildirmişdir ki, həmin kartı pulu göndərsin. O, ilk dəfə 13 fevral 2024-cü il tarixdə Sabunçu RPİ-nin polis idarəsinin inzibati binasının qarşısında öz telefonu vasitəsi ilə Akifin hesabına 3000 manat məbləğində pulu göndərmişdir. Həmin 3000 manatı o, Akifə 13 fevral 2024-cü il tarixdə saat 16 radələrində göndərmişdir. Həmin günü yəni 13 fevral 2024-cü il tarixdə saat 16 radələrində o, yenə də həmin yerdən Sülh küçəsi 199 ünvandan Akifin kartına öz hesabından 4000 manat məbləğində pulu göndərmişdir. 13 fevral 2024-cü il tarixdə saat 21 radələrində Akif yenə də ona zəng vurub ekspertiza adı ilə ondan 3000 manat məbləğində pulu istəmişdir. O da hələ də idarənin qarşısında durub gözləyirmişdiş ki, Akif oğlu Altayı buraxdıracaq. Buna görə də Akifə inanıb saat 19 radələrində öz hesabından telefon vasitəsi ilə Akifə 2400 manatı göndərmişdir. 13 fevral 2024-cü il tarixdə Akifə o, cəmi 9400 manat məbləğində pulu göndərmişdir ki, oğlu Altayı həbsdən azad elətdirsin. 9400 manatı Akifə o, göndərəndə o ona bildirmişdir ki, səhərisi günü oğlunu buraxdıracaq. 14 fevral 2024-cü il tarixdə o, yenə də Sabunçu RPİ-nin qarşısına gəlmişdir. Gözləyirmiş ki, oğlunu Akif buraxdıracaq, Akif özü gəlməmişdir. Akifə zəng vurub işlə maraqlananda Akif bildirmişdir ki, əlavə olaraq ekspertizalara 4000 manat məbləğində pul lazımdır. O da ona inanıb, yenə də öz hesabından Akifin kartına 14 fevral 2024-cü il tarixdə saat 12.30 radələrində 2000 manat bir və 2000 manat bir cəmi 4000 manat məbləğində pulu göndərmişdir. Akifə cəmi 13400 manat məbləğində pulu göndərmişdir. Akif həmin pulun aldığını ona təsdiq etmişdir. 14 fevral 2024-cü il tarixdə oğlu yenə də buraxılmamış, o, Akiflə bu barədə danışanda o ona demişdir ki, ekspertizalarla danışıb və işləri həll olunub, Bakı İstintaq Təcridxanasından oğlunun buraxılmasına görə 1000 manat da əlavə pul lazımdır. O da razılaşmışdır və Akifə 1000 manat məbləğində pulu kartına göndərmişdir. Sonuncu 1000 manat məbləğində pulu o, Akifə 15 fevral 2024-cü il tarixdə saat 12.45 radələrində göndərmişdir. Bütün qeyd etdiyi məbləğləri o, Sabunçu RPİ-nin qarşısından Akifə göndərirmiş. 9400 manat məbləğində pulu o, Akifə 5522 0941 0923 7132 saylı kart nömrəmdən digər 5000 manatı isə 5239 1517 0464 0203 saylı kartından göndərmişdir Zərərçəkmiş şəxs7 məhkəməyə teleqram vuraraq Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın tam ödənildiyini, məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, özü əvvəllər müxtəlif restoranlarda xadiməçi işləmişdir. Sonuncu dəfə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa yolu, dayanacaq 11 ünvanında yerləşən “Nəqşicahan” adlı restoranda xadiməçi işləmişdir. Təqsirləndirilən şəxs barəsində verdiyi şikayət ərizəsi ilə bağlı qeyd vedə bilər ki, onu 2022-ci ilin sonlarından tanımışdır. Həmin vaxtlarda Akif işlədiyi restorana müştəri kimi gəlirmiş və həmin vaxtı onunla orada müştəri kimi tanış olmuşdur. 2023-cü ilin may ayında mətbəxtə olarkən orada onun işləyən işçilərdən eşitmişdir ki, Akif torpaq alqı satqısı ilə məşğul olur. Belə olan halda o, da həmin vaxtlarda torpaq lazım olduğundan fikirləşmişdir ki, Akif restorana gələndə ona bu barədə desin. 2023-cü ilin may ayının ortalarında Akif restoranda olduqda o, ona yaxınlaşaraq özünə torpaq lazım olduğu barədə ona demiş və demişdir ki, ucuz torpaq olsa o da 6 sot torpa təşkil etsin. Həmin vaxtı Akif demişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində, “Pətək” marketin arxasında təcili satışda olan və hər bir tərəfi hasara alınmış 6 sot torpaq sahəsi vardır və qiymətinin də 30.000 manat olmasını bildirmişdir. O, Akifə demişdir ki, bu barədə evdə məsləhətləşib bir söz deyər. O, evdə bu barədə məsləhət etdikdən sonra həmin torpağı almaq qərarına gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa yolu, dayanacaq 11 ünvanında yerləşən “Şambağı” adlı restoranın qarşısında Akiflə görüşmüşdür və Akifə demişdir ki, pul üzərindədi və torpağa baxmaq istədiyini bildirmişdir. Akif pulu ona verməyini istəmiş və o, 30000 manat pulu sayıb Akifə vermişdir. Akif telefonla harasa zəng edib telefonla danışmış və torpağa baxmaq istəməsini bildirmişdir. Təqribən Akif telefonla 1-2 dəqiqə danışdıqdan sonra demişdir ki, guya həmin torpağı satan şəxsin şəhərdə olduğu və axşam tərəfi qayıdacağını bildirərək onun da torpağa axşam tərəfi baxacağını demişdir. O da Akifi tanıdığından ona inanıb razılaşmışdır. O, öz mobil nömrəsini Akifə vermişdir. Həmin günü ona Akifdən zəng gəlməmişdir. xx.xx.2023-cü ildə saat 11 radələrində Akiflə restoranda görüşdükdə Akif demişdir ki, guya torpağın sahibinin atası xəstə olduğundan şəhərdədir, ona görə gələ bilmir və bildirmişdir ki, bir iki günə gələcək gedib baxarlar. Hətta demişdir ki, torpaq sahibi ilə danışıb və torpağı onlardan basqa heç kimə satmayacaq. Belə olan halda o, Akiflə razılaşmış və gözləməli olmuşdur. Lakin xx.xx.2023-cü ildə eşitmişdir ki, Akif dələduzluqla tutulub və Bakı İstintaq təcridxanasında saxlanılır. Daha sonra Akif saxlandığı yerdən ona zəng edərək ondan şikayət etməməyini və pulunu qaytaracağını deyərək ondan kart hesab nömrəsi istəmişdir. O, özünün və bacısının kartının nömrəsini Akifə demişdir. xx.xx.2023-cü il tarixdə onun kart hesabına Akif tərəfindən yaxınları 11.000 manat onun kart hesabına köçürülmüşdür. Daha sonra 2023-cü ilin sentyabr ayının əvvəllərində bacısının kart hesabına Akif tərəfindən yaxınları 11.000 manat pul köçürülmüşdür. Həmin vaxtdan sonra Akif onunla əlaqə saxlayaraq 8000 manatı ödəyəcəyini bildirsə də lakin ödəniş etməmişdir. Təqsirləndirilən şəxs ona Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində, “Pətək” marketin arxasında 6 sot torpaq sahəsi təşkil edəcəyini bildirib xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa yolu, dayanacaq 11 ünvanda yerləşən “Şambağı” adlı restoranın qarşısında 30000 manat pulunu almışdır. Həmin puldan 22000 manatı qaytarılıb və 8000 manatı qalmışdır. Daha sonra yerdə qalan 8000 manat pul da qaytarılmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 məhkəməyə teleqram vuraraq Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını, məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2020-ci ilin avqust ayının əvvəllərində atası Kamil ona zəng edib bildirmişdir ki, istifadəsində olan mobil nömrəyə zəng edərək özünü Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunuı Polis Şöbəsinin rəisi Əli Nəbiyeyin oğlu kimi təqdim etmiş Elvin adlı şəxs Türkiyədən Bakıya mebel gətizdirəcəyini və bunun üçün 3.000 manat məbləğində pul hazır olduğunu, pulu bir həftə müddətinə qaytaracağını demişdir. X66 rayonu Polis Şöbəsinin rəisi Əli Nəbiyevlə yaxşı münasibətləri yaxşı olduğundan ona, Elvinlə Bakı şəhərində görüşüb sonuncuya 3.000 manat məbləğində pul verməsini tapşırmışdır. Buna görə də o, Elvin adlı şəxşə zəng edib ondan Əli Nəbiyevin oğlu olub- olmadığını soruşmuş, Elvin də Əli Nəbiyevin oğlu olduğunu demişdir. Elvinlə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən metronun “Xətai” stansiyasının yaxınlığında görüşüb 3.000 manat pulu sonuncuya vermişdir. Həmin vaxt Elvin pulu bir həftəyə qaytaracağına dair söz vermiş və onlar ayrılmışdır. Bir həftədən sonra pulu qaytarmadığı üçün Elvinə zəng etmiş, sonuncu hələ pulu düzəldə bilmədiyini və qısa müddət ərzində qaytaracağını demişdir. Lakin hər dəfə Elvinlə əlaqə saxladıqda, sonuncu müxtəlif bəhanələr gətirərək 3.000 manat pulu qaytamaqdan boyun qaçırmışdır. Bundan sonra o, Elvin adlı şəxs barəsində araşdırma apardıqda onun X32 olduğunu, Ordubad rayon Polis Şöbəsinin rəisinin oğlu olmadığını müəyyən etmişdir. Bundan sonra o, Elvinə zəng edib onun əslən Şərur rayonundan olan X32 olduğunu və Əli Nəbiyevin oğlu olmadığını bildiyini söyləmişdir. Bu zaman Elvin onun dediklərini təsdiqləyərək özünü Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim edib 3000 manat məbləğində pulu qısa müddət ərzində qaytaracağını bildirmişdir. X2 hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmamışdır. Məhkəmə istintaqı zamnaı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, X27 həyat yoldaşıdır. Bildirir ki, o, 1984-cü ildən 2011-ci il tarixədək Azərbaycan Respublikası DİO-da xidmət etmişdir. xx.xx.2011-ci il tarixdə Bakı şəhər prokurorluğu tərəfindən barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3cü maddələri ilə cinayət işi başlanılaraq həmin tarixdə həbs edilmişdir. xx.xx.2012-ci il tarixdə Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasını Azərbaycan Respublikası ƏN-nin PXnin 9 saylı CÇM-də çəkmişdir. Cəza çəkdiyi müddətdə 2014-cü ildə CÇM-də dələduzluq cinayətinə görə məhkum olunan şəxs Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Aralarında olan müxtəlif vaxtlarda olan danışıqlar zamanı Akif ona demişdir ki, onun yüksək vəzifəli şəxslərlə qohumluq əlaqəsi vardır. Həmin şəxslərin köməyi ilə onu cəza çəkməkdən azad olunmağında və sonradan işinə bərpa olunmağında köməklik edə bilər. O, Akifin sözlərinə inandığına görə onun ona bu dedikləri barədə də kömək edəcəyinə inanmışdır. Bundan sonra Akif ona əmisi ilə telefonda danışdığını, bu işə görə 30.000 manat pul lazım olduğunu demişdir. O, Akifin yanında həyat yoldaşına zəng edərək ifadəsində göstərdiyi kimi Akifin ona kömək edə biləcəyini ona danışmış və buna görə də 30.000 manat pul lazım olduğunu ona demişdir. Eyni zamanda yoldaşı Təranəyə tapşırmışdır ki, qohuməqrəbanın, ümumilikdə hamının köməyi ilə həmin pulu tapıb düzəltsin. xx.xx.2014-CÜ il tarixdə cəzaçəkmə müəssisəsində olan zaman Akif gəlib ona bildirmişdir ki, pulun 12.000 manat hissəsi lazımı adama çatmışdır. Bundan sonra ona məlum olmuşdur ki, Akifin dediyi adamların vasitəsilə həyat yoldaşı ayrı-ayrı şəxslərə, ayrı-ayrı vaxtlarda 2014-cü ilin oktyabr ayından 2015-ci ilin aprel aymadək ümumilikdə 12.000 manatdan əlavə, 29.000 manat pul vermişdir. O, Akifdən həyat yoldaşından ayrı-ayrı şəxslərin vasitəsilə nəyə görə ümumilikdə 30.000 manat deyil 41.000 manat aldığını soruşduqda, o ona demişdir ki, bu iş 30.000 manata həll olunmadığına görə 41.000 manat pul alınmışdır. Bundan başqa bildirir ki, Akif ayrı- ayrı vaxtlarda vəkilə, məhkəməyə və digər instansiyalara əlavə pul çatdırılmaq lazım olduğuna görə 3.800 manat pul almışdır. Bu qədər pulun həyat yoldaşı Təranə tərəfindən verilməsinə baxmayaraq Akif və ona adını bildirdiyi şəxslərin heç biri kömək etməmişdir. Pulu bir neçə dəfə ondan istəsə də müxtəlif bəhanələr və vədlər verməklə aldatmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərdi ki, X59 onun qardaşıdır, Şahid17 isə onun baldızıdır. 2023-cü ilin noyabr ayında qardaşı Arzum özünə Rusiya Federasiyası Moskva şəhərindən özünə 2021-ci il buraxılışlı “Hyundai Sonata” markalı avtomobili Bakı şəhərində idarə etməsi üçün almışdır. Lakin avtomobili almasına baxmayaraq gömrüydə rəsmiləşdirməsi üçün pulu çatmırmış. Həmin ərəfədə baldızı Şahid17 sevgilisi Təqsirləndirilən şəxs gömrüydə tanışlarının olduğunu və sözügedən avtomobili rəsmiləşdirə biləcəyini demişdir və Ayşən ona Akifin mobil nömrəsini vermişdir. O da Akifə zəng etmiş və Akif ona bildirmişdir ki, onun gömrüydə çoxlu tanışları var. Qardaşı Arzuma məxsus avtomobili ucuz qiymətə rəsmiləşdirə bilər, lakin bunun müqabilində ona şirinlik verilməlidir. O da bundan sonra qardaşı Arzuma Akifin mobil nömrəsini verərək onunla danışaraq görüşməsini demişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs qardaşı Arzum Əzizova məxsus 2021-ci il buraxılışlı “Hyundai Sonata” markalı avtomobili gömrüydə rəsmiləşdirmək üçün Şahid15 adına etibarnamə alaraq həmin avtomobili Arzum üçün rəsmiləşdirməyib, başqa bir şəxsə yəni, Əvəz adında şəxsə sataraq qardaşı Arzuma məxsus avtomobili dələduzluq yolu ilə ələ keçirmişdir. X73 sevgili olduğundan Akif onu da inandıraraq vəzifəli şəxslərin qohumları olduğunu bildirmiş, Ayşən də ona inandığı üçün qardaşı Arzuma köməklik etməsi üçün ona Akifin nömrəsini vermiş, o da qardaşının avtomobilinin gömrükdən çıxarılmasına köməklik etmək üçün Arzumla Akifi tanış etmişdir. Onun və ya Ayşən Abdullayevin əvvəlcədən Təqsirləndirilən şəxs dələduzluq olmasından heç bir məlumatları olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun anasının əmisi nəvəsidir və həm də, qaynatası X10 xalası oğludur. X7rdaşı isə Şahid20dur. 2023-cü ilin noyabr ayının ortalarında Təqsirləndirilən şəxs ona zəng edərək dostuna məxsus avtomobilin gömrükdə olduğunu, həmin avtomobilin sənədləşdirilməsi üçün özünün şəxsiyyət vəsiqəsi olmadığından mənim şəxsiyyət vəsiqəm əsasında etibarnaməni mənim adıma alaraq sənədləşdirmə aparması üçün müraciət etmişdir. O, da Akifə ilkin olaraq yox desə də, sonradan yenidən dəfələrlə zəng edərək şəxsiyyət vəsiqəsi olmadığına görə sənədləşdirmə apara bilmədiyini deyərək onun adma etibarnamə almağını bir daha xahiş etmişdir. Həmin vaxtlar o, Opel markalı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olurmuş. Hətta həmin ərəfədə Akif onunla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi Şuşa şəhərciyində görüşərək həmin məsələ barədə ona köməklik göstərməyini xahiş etmişdir. Bu səbəbdən o, özünə məxsus şəxsiyyət və sürücülük vəsiqəsinin şəkilini Akifə mobil telefondan “Whatsap” yazışması vasitəsilə göndərmişdir. xx.xx.2023-cü il tarixdə Akif onunla telefon əlaqəsi saxlayıb ondan soruşmuşdur ki, onun portalına etibarnamə gəlmişdirmi? O, da, Akifə bildirmişdir ki, etibarnamə gəlmişdir. O, həmin etibarnamədə yazılanları Akifə oxumuş, Akif ona demişdir ki, həmin etibarnamə səhv yazılıb, Arzuma deyəcəkdir ki, etibarnaməni yenidən versin. xx.xx.2023-cü il tarixdə Akif ilə birlikdə Arzumla görüşmüşdür. Akif Arzuma demşidir ki, etibarnamədə səhvlik vardır, yenidən etibarnamə vermək lazımdır. O, isə etibarnamə barədə bir söz deməmişdir. O, da avtomobilini 32 saylı Notariat kontorunun qarşısına sürmüş, onlar avtomobildən düşüb 32 saylı Notariat kontoruna daxil olmuşlar, orada notariat kontorunun əməkdaşına deyilmişdir ki, Arzum onun adına mülki etibarnamə verir, sonra Arzum ona etibarnamə vermişdir. Həmin etibarnamə səhv etmirsə Akif də qalmışdır. Həmin günün sabahı günü Akif onu taksi kimi dəvət etmiş, O, Akifi Lökbatan qəsəbəsində yerləşən Meyvəli Ticarət Mərkəzinin yanında yerləşən avtomibllərin Gömrük İdarəsinə aparmış, Arzumun avtomobilinə görə etibarnamə onun adına oldüğu üçün o, Gömrük İdarəsinə daxil olmuşdur. Həmin vaxt Akifin yanında Elməddin adlı şəxs olmuşdur. Akif Elməddinin onun tanışı olduğunu bildirmişdir. Akif və Elməddin də gömrük idarəsinə daxil olmuşlar. Akif özünün smartfon tipli mobil telefonu olmadığından ona məxsus mobil telefon ilə avtomobilin şəkillərini gömrüyün həyətində çəkməyini istəmişdir. O, da “Hyundai Sonata” markalı avtomobilin şəkillərini çəkmişdir. Gömrükdə hansı otağa daxil olmaq lazım olduğunu Elməddin ona izah etmiş, o, da həmin otaqlara daxil olub sənədləşmə işlərini etmişdir. Həmin gün sənədlər hazır olduqdan sonra sabahı gündə, Gömrük İdarəsinə Akiflə birlikdə getmişdir. O. Akifə demişdir ki, iki gündür onu bura gətirib avara edir, o, bir daha bura gəlməyəcəkdir. Akif ona demişdir ki, sənədləşmə işi qurtarır, o, imza edib gedəcək, avtomobil basqa adamın adma keçəcək, o özü qalan işləri Arzum ilə özü həll edəcəkdir, bu gündən sonra o, gömrük idarəsinə gəlməyəcək, sonra isə həmin idarənin yanında olan X84 İdarəsinə daxil olmuşlar. Orada bilmişdir ki, həmin avtomobili Əvəz adlı şəxsin adına keçirilir. O, DYPİ-də alqı-satqı sənədlərinə imza edib sonra isə çıxıb getmişdir. Həmin söhbətdən bir həftə sonra Arzumun qardaşı adı yadında qalmayan şəxs onun istifadə etdiyi “Facebook” sosial şəbəkəsi vasitəsi ilə ona mesaj yazaraq onun mobil nömrəsini istəmişdir. O, həmin şəxsi tanımadığına görə ona mobil nömrəsini verməmişdir. Həmin şəxs qardaşı Arzumun ona etibarnamə verdiyini, qardaşına məxsus “Hyundai Sonata” markalı avtomobilin harada olduğunu soruşmuşdur. O, da həmin şəxsə avtomobilin onda olmadığını, Təqsirləndirilən şəxs olduğunu demişdir. Bundan sonra o, Akifə zəng edərək bu barədə məlumat vermişdir. Akif ona heç bir problem olmadığını, həmin avtomobilin onun özündə olduğunu, lazım olarsa Arzumun özü ilə danışacağını, Arzumun gəlib avtomobilini götürəcəyini bildirmişdir. Həmin söhbətdən təxminən 15-20 gün sonra onu Baş Mütəşəkkil Cinayətkarlıq Mübarizə idarəsinə çağırmışlar, izahatını almışlar. Orada ona məlum olmuşdur ki, Akif onu aldadaraq X34 onun adına aldığı etibarnamə əsasında gömrükdə oxumayaq imza etdiyi sənədlər vasitəsi ilə Arzum Əzizova məxsus “Hyundai Sonata” markalı avtomobil ilkin olaraq Arzum Əzizovun adına rəsmiləşdirdikdən sonra Könül adlı xanımın adma rəsmiləşdirərək Əvəz adlı şəxsə satmışdır. Onun bu işdə günahı yoxdur. O heç kimə qarşı dələduzluq cinayətini törətməmişdir. Onun ümumiyyətlə sözügedən avtomobilə dair heç bir əlaqəsi olmadığından yalnız Akifin xahişini yerinə yetirərək etibarnamə alıb sənədlərə oxumadan imza etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid17 ifadəsində göstərmişdir ki, o, 1 il bundan öncə Ramana qəsəbəsi, Şuşa şəhərciyində yaşadığından və orada yerləşən “Sərin su” kafesində qabyuyan işlədiyindən Təqsirləndirilən şəxs tanımışdır və Akiflə aralarında sevgi münasibətləri olmuşdur. Sonradan Təqsirləndirilən şəxs dələduzluq cinayətlərini törətdiyinə görə Abşeron RPİ-də barəsində cinayət işinin istintaqı aparılmış, həbsdə olmuş və 2023-cü ilin noyabr ayında isə azadlığa çıxmışdır. X59 yeznəsi Şahid13 qardaşı olduğundan yeznəsi Rəşad ona Arzuma məxsus avtomobilin xaricdən göndərildiyini və gömrükdə rəsmiləşdirmə üçün tanış birinə ehtiyacı olduğunu bildirmişdir. Həmin ərəfələrdə Akiflə yaxından münasibəti olduğundan bu barədə Akif bildirmişdir. Akif isə ona onun gömrükdə tanışlarının çox olduğunu və yeznəsinin qardaşı Arzum Əzizova məxsus avtomobili gömrüydə rəsmiləşdirəcəyini demişdir. O, yeznəsi X67 əlaqə saxlaması üçün Akifə məxsus yadında qalmayan mobil nömrəsini vermişdir. Həmin vaxt o, Kürdəmir şəhərində olmuşdur. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs yeznəsinin qardaşı Arzum Əzizova məxsus 2021-ci il buraxılışlı “Hyundai Sonata” markalı avtomobili gömrükdə rəsmiləşdirmək üçün Şahid15 adına etibarnamə alaraq həmin avtomobili Arzum üçün rəsmiləşdirməyərək başqa bir şəxsə, yəni Əvəz adında şəxsə satmışdır. Lakin o, bunu sonradan bilmiş, əvvəlcədən heç bir məlumatı olmamışdır. Onun niyyəti yalnız yeznəsinin qardaşı Arzum Əzizova köməklik göstərməkdən ibarət olmuşdur. Akifin barəsində cinayət işinin istintaqı aparılmasını bilsə də, sonradan həbsdən azad edilmiş və həbsdən çıxdıqdan sonra da, yenə də onunla yaxından münasibətləri olmuşdur. Akif həbsdən çıxandan sonra işinin həll olunduğunu və günahının olmadığını ona bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs söhbət zamanı hər dəfəsində qohumlarının yüksək vəzifələrdə işlədiyini demişdir. O da buna görə ona inanmışdır. Əgər Akifin yenidən cinayət törətməsini bilsəydi heç vaxt Arzumla Akifi yeznəsi Rəşadın vasitəsi ilə tanış etməzdi Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid20 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs doğma xalası oğludur. Şahid15 isə onun qardaşı Zaminin yeznəsidir. Şahid14 isə Şuşa şəhərciyində yaşadığından tanıyır. Dəqiq tarix yadında qalmasa da, təxminən 2023-cü noyabr ayında o, Şuşa şəhərciyində yerləşən “Həyat Məkan” kafesində olan zaman Akif kafeyə daxil olmuş və yanında tanımadığı bir şəxs olmuşdur. Onlar kafedə çay içmişlər. Akif kafedən çıxıb həmin şəxsi yola saldıqdan sonra kafeyə geri qayıtmış və Akifdən yanında olan şəxsin kim olduğunu soruşmuşdur. Akif ona həmin şəxsin Arzum adında dostu olduğunu, həmin şəxsə xaricdən 2021 -ci il buraxılışlı “Hyundai Sonata” markalı avtomobilin göndərildiyini və pulu olmadığından gömrükdə rəsmiləşdirə bilmədiyini deyərək həyətə çıxmışdır. Bir qədər sonra kafeyə Elməddin gəlmiş və sonra Akif geri qayıtmışdır. Söhbət zamanı Akif Elməddinə dostuna xaricdən 2021 -ci ilin “Hyundai Sonata” markalı avtomobilin göndərildiyini və pulu adığından gömrükdə rəsmiləşdirə bilmədiyini və bir az ucuz qiymətə satmaq istədiyini demişdir. Elməddin həmin vaxt yeznəsi Əvəzin avtomobil almaq istədiyini, onunla danışıb nəticəsi barədə deyəcəyini bildirmişdir. Bundan sonra Elməddin çıxıb getmişdir. X31 nə danışdığından heç bir xəbəri olmamışdır, həmin söhbətdən təxminən 2-3 gün sonra o, “Həyat Məkan” kafesində olan zaman Akif də yanında olmuşdur. X74 arasında telefon danışığı olmuş, lakin nə danışdıqlarından heç bir məlumatı olmamışdır. Akif Əvəzlə danışan zaman “inanmırsansa, xalam oğlu ilə danış” deyərək mobil telefonu ona təqdim etmişdir. O da mobil telefonu götürərək Əvəzlə danışmışdır. Əvəz onunla salamlaşaraq sözügedən avtomobilin nə maşını olduğunu soruşmuşdur. O da Əvəzə bildirmişdir ki, Akifin deməsinə görə həmin avtomobil dostuna məxsusdur, avtomobil 2021-ci il buraxılışlı “Hyundai Sonata” markalı avtomobildir. Əvəz ona Akifin Elməddinə avtomobili gömrük xərclərindən əlavə 23000 manata satdığını, onun oğlunun adına etibarnamə verilməsini dedikdə isə o, oğlunun sənədlərini işə düzəlməsi üçün təqdim etdiyindən oğluna etibarnamə verilə bilməcəyini demişdir. Əvəz ondan Şahid15 kim olduğunu və onu aldadıb-aldatmayacağını soruşmuşdur. O da Əvəzə Elxanın onların yeznələri olduğunu, onu aldatmayacağını demişdir. Hətta Əvəz ona Akifin Elməddinə avtomobili gömrük xərclərindən əlavə 23.000 manat satdığını dedikdə, o, Əvəzə Elməddini tanıdığına görə Akifə 20.000 manata ona avtomobili satması üçün deyəcəyini bildirmişdir. Daha sonra onun olanlardan məlumatı olmamışdır. O, Akifin dələduzluq yolu ilə həmin avtomobili ələ keçirərək Əvəzə satmasından heç bir məlumatı olmamışdır. O, heç kimdən pul almamış və heç kimə pul verməmişdir. Həmin avtomobilin gömrük rəsmləşdirilməsində iştirak etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, 23 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə tutulmuşdur. İstintaq müddətində Ayxan Cəfərov ilə tanış olmuşdur. O, İstintaq təcridxanasmda Davud adlı şəxs ilə tanış olmuş və Davud adlı şəxs ona bildirmişdir ki, “əmisi oğlu Şahin Baş prokurorluqda işləyir və onun cinayət işini Şahin həll edə bilər”. O, bu barədə atası Rizvanla danışmış və atası Rizvan Davudun vasitəsi ilə Akif adlı şəxs ilə görüşmüşdür. İstintaq müddətində çölə çıxması və işinin həlli üçün Akif atası Rizvanla söhbət etmişdir. X81 ümumilikdə 12.500 manat pul vermişdir ki, onun işini həll etsin. İstintaq müddəti başa çatdığı üçün o, Nərimanov Rayon Məhkəməsi tərəfindən zaminə buraxılmışdır. O, elə bilmişdir ki, onun işini Akif həll etmişdir. Həmin ərəfədə Akif demişdir ki, “narahat olmayın hamının pulunu vermişəm iş həll olunacaq”. O, istintaq təcridxanasmda olan zaman Ayxana bildirmişdir ki, “işini həll etmək üçün prokurorluqda tanışı var”. Lakin o, ilk öncə Ayxana Davudun vasitəsi işini həll etdiyini deməmişdir. Ayxan ona demişdir ki, “əgər sənin işin həll olunsa mənim işimi də həll edərsən”. O, 2022-ci ilin may ayının 24-də istintaq təcridxanasmdan azad olunandan sonra Ayxan ilə bir neçə dəfə telefonda danışmış və Ayxan razılıq vermişdir ki, Ayxanın işini danışsın. O, Ayxanın anası Zərərçəkmiş şəxs12 mobil telefonuna zəng etmişdir. Daha sonra Azadənin evinə getmiş, Ayxanın anası Azadəni Akif adlı şəxs ilə tanış etmiş və Akifin nömrəsini Zərərçəkmiş şəxs12 vermişdir. Zərərçəkmiş şəxs12 Akiflə özü əlaqə saxlamış və sonra bilmişdir ki, Zərərçəkmiş şəxs12 oğlu Ayxanıın işini həll etməsi üçün Akifə 5000 manat pul vermişdir. Onun barəsində olan cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmışdır. Məhkəmə prosesində onlar bilmişlər ki, Akif onları aldatmış və aldığı pulu heç kimə verməmişdir. X81 zəng edərək ona demişdir ki, “sən pulu heç kimə verməmisən”. Akif isə bu haqda atasına heç bir söz deməmiş və telefonlara cavab verməyərək Akiflə əlaqə saxlaya bilməmişlər. Həmin ərəfələrdə o, biləndəki Akif onları aldatmışdır, Zərərçəkmiş şəxs12 da zəng edib demişdir ki, “Akifə pul verməsin”. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X32 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əmisi oğludur. Təqsirləndirilən şəxs dələduzluq etdiyinə görə 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 9 saylı cəzaçəkmə müəssisəsində cəsasım çəkirmiş. Akif cəza çəkdiyi müddətdə Şahid5 ilə tanış olmuşdur. Rafael keçmiş polis əməkdaşı olmuş və işindən xaric olunmaqla Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə cəzası almışdır. Rafaelə onun nömrəsini orada onunla birlikdə cəza çəkən əmisi oğlu Akif vermişdir. Rafael də arvadı Təranəyə onun nömrəsini vermişdir. Təranə onunla əlaqə saxlamışdır. Onlara vəkil tutmaqda köməklik göstərməli idi. Bu məqsədlə Təranə ilə görüşmüş və ondan 3800 manat pul almışdır. Sonra həmin pulları xərcləmiş, vəkil tutmamışdır. İş üzrə Şahid6 məhkəməyə ərizə ilə müraciət edərək istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək nəzərə alınmasını və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəməyədək icraat zamanı Şahid6 ifadəsində göstərmişdir ki, oğlu Fərhad Məmmədovun həbsdən azad olunması üçün əri 2022-ci ilin fevral ayında yaşadıqları evdə Akif adlı şəxsə əvvəlcə 3000 (üç min) manat, bir neçə gün sonra isə 7000 (yeddi min) manat olmaqla cəmi 10000 (on min) manat pul vermişdir. 2022-ci ilin fevral ayında əri Calalın yaşadıqları evdə Fərhadın işi ilə bağlı Akifə 3000 (üç min) manat pul verməsini şəxsən görmüşdür. Həmin pulu əri Calal yaşadıqları evdə onun və övladları Tofıqin yanında Akifə vermişdir. 7000 (yeddi min) manat pulu isə əri X68 parkında vermişdir. İş üzrə Şahid14 məhkəməyə ərizə ilə müraciət edərək istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclaslarına gələ bilməyəcəyini bildirərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəməyədək icraat zamanı Şahid14 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs9 onun bibisi oğludur və həm də, yeznəsidir. Təqsirləndirilən şəxs isə Ramana qəsəbəsində yaşadığından təxminən 2 ildir ki, tanıyır. O, Akiflə bir neçə dəfə kafedə oturub yeyib-içmişlər. 2023-ci ilin noyabr ayının sonlarında Akif ona bir nəfər tanışı olan Arzum adlı şəxsin səhv etmirsə, ona hədiyyə olaraq göndərilmiş 2021-ci ilin “Hyundai Sonata” markalı avtomobili satdığını, həmin avtomobilin xaricdən gətirildiyi üçün gömrükdə rəsmiləşdirilməsini bildirmişdir. Bu səbəbdən onun tanışlarından kimsə istəyərsə ona müraciət edə biləcəyini demişdir. Həmin ərəfədə yeznəsi Zərərçəkmiş şəxs9 özünə avtomobil almaq istədiyi üçün o, Əvəzə zəng edərək sərfəli qiymətə 2021-ci ilin “Hyundai Sonata” markalı avtomobilin satıldığını, lakin gömrükdə qaldığını demişdir. Həmin vaxtı o, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən “Həyat Məkan” kafesində olmuşdur, yanında Akif və kafeni işlədən Saməddin adlı şəxs olmuşdur. Əvəz ona həmin avtomobili almaq istəmədiyini bildirsə də, Saməddin və Akif adlı onun mobil nömrəsindən Əvəz ilə danışaraq həmin avtomobilin bir daha sərfəli olduğunu və yenidən almaq üçün fikirləşməyini demişlər. Daha sonra yeznəsi Əvəz avtomobili almaq qərarına gəlmişlər. 28 noyabr 2023-cü il tarixdə saat 15 radələrində o, yenidən Şuşa şəhərciyində olan zaman Akifi görmüş və Akif onun mobil nömrəsindən Əvəzə zəng edərək, Əvəzə avtomobil üçün beh verilməsini demişdir. Əvəz isə ilk öncə behlə razılaşmamış, avtomobilə baxış keçirmək istədiyini demişdir. Akif isə telefonda Əvəzə pul ilə bağlı problemləri olduğunu, həmin gün ona beh verməyini demişdir. 28 noyabr 2023-cü il tarixdə saat təxminən saat 16 radələrində o, Akif ilə birlikdə yeznəsi Əvəzin yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi yeni tikili, nömrəsiz evin qarşısına gəlmişlər. Əvəz orada avtomobilə baxmadan beh verə bilməyəcəyini demişdir. Bundan sonra yeznəsi Əvəz ondan Akifin necə adam olub-olmadığını, Akifə inanıb-inanmayacağını soruşmuşdur. O, X82 qəsəbəsi, Şuşa şəhərciyindən tanıdığını, avtomobilə baxdığını, avtomobilə baxmadan Akifə beh verə biləcəyini demişdir. Çünki Akif həmin ərəfədə onu gömrüyə apararaq avtomobili ona göstərmiş, onu inandırmışdır. Bundan sonra yeznəsi Əvəz Akifə onun yanında 6000 manat pul vermişdir. Akif 6000 manat pulu Əvəzdən alaraq cibinə qoymuşdur, problemlərini həll etdikdən sonra səhəri gün avtomobili Əvəzin adma rəsmiləşdirəcəyini demişdir. Daha sonra onlar çıxıb getmişlər. 29 noyabr 2023-cü il tarixdə günorta saatlarında Akif onun nömrəsindən Əvəzlə əlaqə saxlayaraq avtomobilə dair etibarnamə veriləcəyini, Akifin özününü gedib rəsmiləşdirəcəyini demişdir. Yeznəsi Əvəz isə Akiflə razılaşmamış, Akif isə bir nəfər tanışının moykada işlədiyini, həmin şəxsin adına etibarnamə verə biləcəyini demişdir, Əvəz isə yenə də, Akiflə razılaşmamışdır. Həmin vaxt Saməddin də onların yanlarında olmuşdur. Bildirir ki, Saməddin Akifin qohumu olmuş, hətta öz aralarında bir-birilərinə xaloğlu deyirmişlər. Bu vaxt Saməddin Akifdən telefonu alaraq avtomobilin onlara məxsus olduğunu, narahat olmamağını Əvəzə demişdir. Əvəz Saməddinə əgər avtomobildə heç bir problem yoxdursa özünün və ya oğlunun adma etibarnamə verilməsini dedikdə Saməddin oğlunun sənədlərini işə düzəlməsi üçün təqdim edildiyindən oğluna etibarnamə verilə bilməcəyini, lakin yeznələri olan X28 adına etibarnamə verəcəkələrini demişdir. Hətta telefonda Saməddin Əvəzə gömrük xərclərindən əlavə avtomobili almaq üçün Akifə 20.000 manat verəcəyini və 20.000 manatdan aşağı qiymətə razılaşmayazacaqlarmı demişdir. Həmin söhbətlər onun yanında olduğu üçün bütün söhbətlərdən məlumatı olmuşdur. Əvəz Saməddinlə razılaşmış və gömrük xərclərində əlavə avtomobil almaq üçün 20.000 manat pul verəcəyini bildirmişdir. 30 noyabr 2023-cü il tarixdə saat 10 radələrində o, Akif və Əvəzlə birlikdə Şuşa şəhərciyində görüşərək Qaradağ rayonu ərazisində yerləşən gömrüyün həyətinə gəlmişlər. Akif gömrüyün həyətində Əvəzə bir nəfər tanışma Fövqəladə Hallar Nazirliyində işlədiyi müddətdə yaxşılıq etdiyini, 2021- ci il buraxılışlı “Hyundai Sonata” markalı avtomobilin ona göndərildiyini, öz vəsiqəsi olmadığından həmin avtomobilin dostu Arzum adlı şəxsin adına gömrüyə gəldiyini, Arzumun işləri olması səbəbindən Elxanın adına olan mülki etibarnamə əsasında sənədləşmə prosesi aparılacağını bildirmişdir. Əvəz də, heç bir etirazının olmadığını demişdir. Belə ki, sənədləşmə prosesi olduqdan sonra ümumi gömrük xərcləri 16.345 manat təşkil etmişdir. Bundan başqa avtomobilin 7 ay gömrük qarajında qaldığı pul xərci 2400 manat təşkil etmişdir. Bildirir ki, ilk əvvəl X84ində avtomobil Arzumun adma rəsmiləşmişdir və daha sonra yeznəsi Əvəzin həyat yoldaşı X14 adma rəsmiləşmişdir. Belə ki, X84 xərcləri də 4100 manat təşkil etmişdir. Belə ki, gömrükdə olan zaman Əvəz ümumilikdə 22845 manat pul xərcləmişdir. Əvəz onun yanında Akifə Saməddinin ona dediyi 20.000 manat pulu verə bilməyəcəyini 17000 manat verə biləcəyini dedikdə Akif Əvəzlə razılaşmışdır. Akif isə Əvəzə bir daha avtomobilin ona məxsus olmasını, bu qiymətə satdığını demişdir. Belə ki, Əvəz beh verdiyi 6000 manat puldan əlavə 30 noyabr 2023-cü il tarixdə 17 radələrində gömrüyün həyətində 4000 manat pulu Akifə vermiş, yerdə qalan 7000 manat pulu isə həmin günün axşamı verəcəyini demişdir. Belə ki, sənədləşmə prosesi başa çatdığı üçün çıxıb getmişlər. Həmin günün axşamı saat təxminən 21 radələrində Şuşa şəhərciyində yerləşən “Araz” marketin qarşısında o, Akiflə görüşmüş, Əvəz də həmin vaxtı ora gəlmişdir. Təqsirləndirilən şəxs orada olarkən onun yanında Akifə 7000 manat pulu vermişdir. Akif 7000 manat pulu alaraq cibinə qoymuşdur və daha sonra çıxıb getmişlər. Belə ki, Əvəz Akifə avtomobili almaq üçün ümumilikdə 17.000 manat vermiş və gömrük xərclərinə də, ümumilikdə 22.845 pul xərcləmiş oldu. 2021-ci il buraxılışlı “Hyundai Sonata” markalı avtomobilin mobil nömrəsi **-KH-*** dövlət qeydiyyat nişanı verilmişdir. Bundan başqa bildirir ki, 2023-cü il ilin dekabr ayında Akif yenidən ona müraciət edərək onda ucuz torpaqlar olduğunu və satdığını bildirmişdir. Həmin torpaqların birinin Binəqədi rayonu 7-ci mkr ərazisində, digərinin isə Şuşa şəhərciyində yerləşdiyini demişdir. O da bu barədə yeznəsi Əvəzə bildirərək avtomobil aldığı Təqsirləndirilən şəxs torpaqlar satdığını əgər istəyirsə özünün danışıb baxmasını demişdir. Sonradan o, bildiyinə görə Akif Əvəzlə özü görüşüb, sözügedən torpaqları Əvəzə göstərib. Yeznəsi Əvəz ona Akifin ona 18000 manata torpaq satdığını və sənədləşmə işləri üçün ondan 5000 manat pul istədiyini demişdir. O, Əvəzə əgər torpaqları almaq istəyirsə Akifə pul verə biləcəyini, Akifin özü ilə danışıb razılaşmasını demişdir. Çünki Akifə o da inanmışdır. Torpaq məsələsində o, Əvəzə şəxsi işləri olması səbəbindən Akiflə ətraflı danışıb, torpağın sənədlərinə baxmasını və daha sonra pul verməsini əvvəlcədən demişdir. Sonradan Akif yeznəsi Əvəzi aldadaraq başqasına məxsus və sənədləri olmayan torpaqlar sataraq onun pulunu dələduzluq yolu ilə ələ keçirməsindən məlumatı olmuşdur. Bu barədə yeznəsi Əvəz ona bildirmişdir. Hətta Akif dələduzluq edərək yeznəsi Əvəz üçün aldıqları 2021-ci ilin “Hyundai Sonata” markalı avtomobili də, Arzumun xəbəri olmadan Şahid15 adına aldığı etirabnamə əsasında Əvəzə satmışdır. Halbuki həmin avtomobil Arzumun olmuş, Arzum öz adına rəsmiləşdirməsi üçün Akifi tanıyaraq ona müraciət etmiş, Akif də, Arzuma qarşı dələduzluq edərək onun avtomobilini Əvəzə satmışdır. Qeyd edir ki, onun bu söhbətlərdən sonradan məlumatı olmuşdur. Əgər əvvəlcədən Akifin dələduz olmasını bilsəydi yeznəsi Əvəz ilə onu tanış etməzdi. Akif aldığı pullardan ona heç bir məbləğdə pul verməmişdir, o, Akifə inandığı üçün ona köməklik göstərmək istəmiş, həm də, sözügedən avtomobilin bir qədər ucuz satılmasını bildiyi üçün Əvəzində bir qədər ucuz qiymətə avtomobili alması üçün onları tanış etmişdir. Zərərçəkmiş şəxs-mülki iddiaçı X11 vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid22 ifadəsində göstərmişdir ki, taksi fəaliyyəti ilə məşğul olur, təxminən 2015-cilin mart-aprel aylarında Akif türmədən şəhər nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsinə zəng etmiş və ona Təranə adlı xanımdan gedib pul götürüb sonra gətirib ona verməsini bildirmişdir. Bu minvalla o, Təranə xanımdan 4 dəfə hər dəfəsində 3000, 5000, 1000 manat olmaqla pul götürmüşdür. Akifi ümumiyyətlə tanımamışdır. Sadəcə onunla telefonda danışmışdır. Bu məsələ ilə bağlı tanımışdır. Pulu Təranə xanımdan götürdükdən sonra gətirib 9 saylı CÇM-də oranın əməkdaşına vermişdir. Həmin əməkdaş özü ona yaxınlaşmış, Akifin göndərdiyini demiş, pulu sayıb götürmüşdür. Oradan ona xidmət haqqı kimi 20-25 manat pul vermişdir. Sonra Akif zəng edib pulun çatdığını bildirmişdir. Həmçinin Təranə xanım da zəng edib pulun çatdığını bildirmişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 07 avqust 2024-cü il tarixli qərardan görünür ki, X1 müraciətinə əsasən fakta görə AR CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Hadisə yerinə baxış keçirilməsi haqqında 25 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, vətəndaş X1 müraciətinə əsasən hadisə yerinə baxış keçirilmiş və hadisə yerinin Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi olduğu müəyyən edilərək fotoşəkilləri çəkilmiş və protokola əlavə olunmuşdur. Cinayət işlərinin bir icraatda birləşdirilməsi və iş üzrə cinayət əməlinin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraatda olan ********* nömrəli cinayət işinə birləşdirilmiş, cinayət təqibinin ********* nömrəsi altında istintaqın davam etdirilməsi və iş üzrə cinayət əməlinin AR CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilməsi qərara alınmışdır. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 13 may 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs8 müraciətinə əsasən fakta görə AR CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanmış və cinayət işinə ********* nömrəsi verilmişdir. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 19 fevral 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs10 müraciətinə əsasən fakta görə AR CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işlərinin bir icraatda birləşdirilməsi və iş üzrə cinayət əməlinin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraatda istintaq olunan ********* nömrəli cinayət işinə birləşdirilmiş, cinayət təqibinin ********* nömrəsi altında istintaqın davam etdirilməsi və iş üzrə cinayət əməlinin AR CMnin 178.2.1 və 178.2.4-cü maddələrindən həmin Məcəllənin 178.2.1, 178.2.2 və 178.2.4cü maddələrinə tövsif edilməsi qərara alınmışdır. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs10 müraciətinə əsasən hadisə yerinə baxış keçirilmiş və hadisə yerinin Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 199 ünvanında yerləşən Sabunçu Rayon Polis İdarəsinin qarşısı olduğu müəyyən edilərək fotoşəkilləri çəkilmiş və protokola əlavə olunmuşdur. Zərərçəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs10 zərərçəkmiş şəxs qismində tanınmışdır. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 12:30-da AR CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 20 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmaqla ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 3 ay müddətə həbs qismində qətimkan tədbiri seçilmişdir. Cinayət işlərinin bir icraatda birləşdirilməsi və iş üzrə cinayət əməlinin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraatda istintaq olunan ********* nömrəli cinayət işinə birləşdirilmiş, cinayət təqibinin ********* nömrəsi altında istintaqın davam etdirilməsi və iş üzrə cinayət əməlinin AR CMnin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilməsi qərara alınmışdır. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs7 müraciətinə əsasən fakta görə AR CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs7 müraciətinə əsasən hadisə yerinə baxış keçirilmiş və hadisə yerinin Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən “Həyat məkan” restoranının qarşısı olduğu müəyyən edilərək fotoşəkilləri çəkilmiş və protokola əlavə olunmuşdur. Cinayət işlərinin bir icraatda birləşdirilməsi və iş üzrə cinayət əməlinin tövsif edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraatda istintaq olunan ********* nömrəli cinayət işinə birləşdirilmiş, cinayət təqibinin ********* nömrəsi altında istintaqın davam etdirilməsi və iş üzrə cinayət əməlinin AR CMnin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilməsi qərara alınmışdır. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs6 müraciətinə əsasən fakta görə AR CM-nin 178.1ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Zərərçəkmiş şəxs qismində tanıma haqqında 12 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs6 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İ.Məmmədov adlı mühəndisin və Tural İsmayılzadə adlı baş mühəndisin DƏDK və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron ərazi idarəsində əvvəllər və ya hal-hazırda işləyib-işləməməsi, müsbət halda hansı tarixlərdə işləməsi barədə məlumat verilməsi, həmçinin Zərərçəkmiş şəxs6 adına Abşeron rayonu ərazisində torpaq və həyətyanı sahələrin olub-olmaması barədə məlumat verilməsi, müsbət halda buna dair sənədlərin surətlərin təqdim edilməsi barədə müraciətə cavab olaraq bildirilmişdir ki, Zərərçəkmiş şəxs6 Nüsrətdin oğlunun mülkiyyətində Abşeron rayonu ərazisində daşınmaz əmlak aşkar olunmamış, İ.Məmmədov adlı mühəndis və Tural İsmayılzadə (yaxud Turan İsmayılzadə, Tural İsmayılov və ya Turan İsmayılov) adlı baş mühəndisin idarədə heç vaxt işləmədiyi qeyd edilmişdir. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 müraciətinə əsasən fakta görə AR CM-nin 178.1ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış, Zərərçəkmiş şəxs5 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən tarixdə saat 14:00 radələrində Sumqayıt şəhər ərazisində tutulmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 05 fevral 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs AR CM-nin 178.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutualn ittiham elan olunmuşdur. Qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə o, dərhal Sumqayıt ŞPİ MSY-dən azad edilmişdir. Cinayət işlərinin bir icraatda birləşdirilməsi və əməlin tövsif edilməsi haqqında 15 mart 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi ********* saylı cinayət işinə birləşdirilmiş və bir icraatda istintaqın davam etdirilməsi qərara alınmışdır. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs12 müraciətinə əsasən fakta görə AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi icraatda istintaq olunan ********* saylı cinayət işinə birləşdirilmiş və cinayət təqibinin ********* nömrəsi altında davam etdirilməsi qərara alınmışdır. Zərərçəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında 06 aprel 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və yeri müəyyən edilib tutulduqda barəsində cinayət təqibinin davam etdirilməsi üçün Bakı şəhəri Sabunçu RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır. Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 06 may 2022-ci il tarixdə Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən tutularaq Saunçu RPİ-nin MSY-nə təhvil verilmiş, 07 may 2022-ci il tarixdə ona AR CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan ittiham elan olunmuş, həmin tarixdə barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. 07 may 2022-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi icraata qəbul edilmiş və icraatda istintaq olunan ********* saylı cinayət işinə birləşdirilmiş və cinayət işinin istintaqının ********* nömrəsi altında davam etdirilməsi qərara alınmışdır. Zərərçəkmiş şəxs kimi tanınma haqqında 16 mart 2023-cü il tarixli qərardan görünür ki, 20116205 saylı cinayət işi üzrə X27 zərərçəkmiş şəxs kimi tanınmışdır. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Naxçıvan MR Şərur rayonunda saxlanılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 28 noyabr 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 ay, yəni xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 15:30 radələrində saxlanılaraq Sabunçu RPİ-nin İŞ-nə təhvil verilməsi üçün PŞ-nə gətirilmişdir. Tutma haqqında protokoldan görünür ki, AR CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğundan xx.xx.2022ci il tarixdə saat 19:00-da Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Ruhid Tağıyev tərəfindən tutulmuşdur. Zərərçəkmiş şəxs kimi tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs4 Bəysəfa oğlu zərərçəkmiş şəxs kimi tanınmışdır. Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Sabunçu RPİ-nin MSY-də saxlanılan AR CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina olunmuş və, o, dərhal saxlanıldığı yerdən azadlığa buraxılmışdır. Qətimkan tədbiri seçilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs kimi tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs12 zərərçəkmiş şəxs kimi tanınmışdır. Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi ********* saylı cinayət işinə birləşdirilmiş və bir icraatda istintaqı davam etdirilmişdir. Zərərçəkmiş şəxs kimi tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə X47 zərərçəkmiş şəxs kimi tanınmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 dekabr 2013-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Axtarışda olan şəxsin tutulması haqqında 05 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 iyun 2023-cü il tarixdə təxminən saat 20:00 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində saxlanılaraq Abşeron RPİ-nin Saray PB-nə gətirilmiş və Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 05 iyul 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs qismində tanıma haqqında 02 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs7 ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə"”qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs qismində tanınma haqqında 01 aprel 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs9 ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Təqdim edilmiş sənədlərə baxış keçirilmiş və götürülməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə X36 təqdim etdiyi 02 ədəd sənədin kserosurətinə baxış keçirilmişdir. “Hyundai Sonata” markalı avtomobilin Gömrük İdarəsində qiymətləndirilməsi barədə sənədin surəti bir vərəqdən ibarətdir, həmin sənəddə sözü gedən “Hyndai Sonata” markalı avtomobilin 41.500 manat qiymətləndirilməsi qeyd edilmişdir. Digər sənəd bir vərəqdən ibarət olmaqla etibarnamənin surətidir. Həmin etibarnaməyə əsasən X8 Elxan Ənvər oğluna öz adına olan əmlakının üzərində sərəncam vermək barədə etibar etməsi qeyd edilmişdir. Digər sənəd bir vərəqdən ibarət olmaqla avtomobilin texniki eyniləşdirmə şəhadətnaməsinin surətidir. Həmin sənəddə X46 “Hyndai Sonata” markalı avtomobilin texniki göstəriciləri qeyd edilmişdir. Baxış zamanı həmin sənədlərin surəti sübut əhəmiyyəti kəsb etdiyi üçün hazırki protokolla götürülmüşdür. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs8 ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Mülki iddiaçının cinayət prosesinin iştirakçısı qismində tanınması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X27 ********* saylı cinayət işi üzrə mülki iddiaçı qismində tanınmış və bu barədə ona məlumat verilməklə hüquq və vəzifələri izah olunmuşdur. Təqdim olunan sənədlərə baxış keçirilməsi və götürülməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar Zərərçəkmiş şəxs9 təqdim etdiyi 03 ədəd sənədin kserosurətinə baxış keçirilmiş və 01 ədəd qəbzdə xx.xx.2023-cü il tarixdə 416973******4345 nömrəli kart hesabından 416973******8347 nömrəli kart hesabına 1000 manat pulun köçürülməsi, 01 ədəd qəbzdə xx.xx.2023-cü il tarixdə 416973*****4345 nömrəli kart hesabından 523915*****6402 nömrəli kart hesabına 1000 manat pulun köçürülməsi, 01 ədəd qəbzdə xx.xx.2023-cü il tarixdə 416973*****4345 nömrəli kart hesabından 416973*****7636 nömrəli kart hesabına 1000 manat pulun köçürülməsi müəyyən edilmişdir. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X18 ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(001)-290/2015 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ona Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM-nin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki cəza ilə CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanaraq, o, qəti olaraq 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli, 7(005)- 113/2018 saylı qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən AR CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinmiş məhkum Təqsirləndirilən şəxs əməli AR CM-nin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələrinə tövsif edilməklə azadlıqdan məhrum etmə cəzasının müddəti 04 il həddində müəyyən edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən AR CM-nin 178.2.3-cü maddəsi ilə yanaşı, CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilmiş məhkum Təqsirləndirilən şəxs əməlinin AR CM-nin 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğu nəzərə alınmaqla, CM-nin 178.2.4-cü maddəsi üzrə təqsirli bilinməsinə dair hissə hökmdən xaric edilmiş və 178.2.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə cəzasının müddəti 02 il 06 ay həddində müəyyən edilmiş, AR CM-nin 66.5-ci maddəsinə əsasən cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 04 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2013-cü il tarixdən hesablanması müəyyən edilmişdir. Təqdim olunan sənədlərə baxış keçirilməsi və götürülməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar Zərərçəkmiş şəxs10 təqdim etdiyi 07 ədəd sənədin kserosurətinə baxış keçirilmiş və 01 ədəd qəbzdə xx.xx.2024-cü il tarixdə saat 16:57-də 5522********7132 nömrəli kart hesabından 4169*****6499 nömrəli kart hesabına 3000 manat pulun köçürülməsi, 01 ədəd qəbzdə xx.xx.2024-cü il tarixdə saat 16:00-da 5522********7132 nömrəli kart hesabından 4169*****6499 nömrəli kart hesabına 4000 manat pulun köçürülməsi, 01 ədəd qəbzdə xx.xx.2024-cü il tarixdə saat 19:24-də 5522********7132 nömrəli kart hesabından 4169*****6499 nömrəli kart hesabına 2400 manat pulun köçürülməsi, 01 ədəd qəbzdə xx.xx.2024-cü il tarixdə saat 12:26-da 523915********0203 nömrəli kart hesabından 416973*****6499 nömrəli kart hesabına 1000 manat pulun köçürülməsi, 01 ədəd qəbzdə xx.xx.2024-cü il tarixdə saat 12:28-də 523915********0203 nömrəli kart hesabından 4169*****6499 nömrəli kart hesabına 2000 manat pulun köçürülməsi, 01 ədəd qəbzdə xx.xx.2024-cü il tarixdə saat 15:58-də 523915********0203 nömrəli kart hesabından 4169*****6499 nömrəli kart hesabına 1000 manat pulun köçürülməsi, 01 ədəd qəbzdə xx.xx.2024-cü il tarixdə saat 12:45-də 523915********0203 nömrəli kart hesabından 4169*****6499 nömrəli kart hesabına 1000 manat pulun köçürülməsi müəyyən edilmişdir. AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/8309 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 2021-ci il buraxılışlı 2.0 həcmli benzin yanacağı ilə işləyən tünd boz rəngli, dəri salon, “Hyundai Sonata” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı, 82718 km yürüşlü avtomobilin 2023-cü ilin noyabr ayına olan orta bazar qiyməti təxminən 48300 manat müəyyən olunmuşdur. Mülki iddiaçının cinayət prosesinin iştirakçısı qismində tanınması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X59 ********* saylı cinayət işi üzrə mülki iddiaçı qismində tanınmış və bu barədə ona məlumat verilməklə hüquq və vəzifələri izah olunmuşdur. AR ƏN PX-nin 10 saylı Cəzaçəkmə Müəssisəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə AR Milli Məclisinin qəbul etdiyi Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli qanununun tətbiqinə əsasən cəzası 4 il 3 ay təyin edilərək cəzadan azad edilmişdir. Zərərçəkmiş şəxs9 məhkəməyə daxil olmuş mülki iddia ərizəsindən görünür ki, törətdiyi cinayət əməllərinə görə AR CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 320.1, 320.2-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs 20.800 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 153 manat pul vəsaitinin alınıb, ona ödənilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. "xxxx" MMC-dən xx.xx.2025-ci il tarixdə daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsinə daxil olan, çıxan zənglər və anten məlumatlarından görünür ki, 19 fevral 2022-ci il tarixdə qeyd edilən telefon nömrəsi ilə bir dəfə Zərərçəkmiş şəxs11 istifadəsində olan 070 296-87-00 telefon nömrəsi ilə danışıq olmuş, xx.xx.2022-ci il tarixdə həmin telefon nömrəsi ilə bir neçə dəfə Zərərçəkmiş şəxs11 istifadəsində olan 070 296-87-00 telefon nömrəsi ilə danışıq olmuş və anten məlumatı Nərimanov rayonu ərazisində qeydə alınmış, xx.xx.2022-ci il tarixdə isə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsinin anten məlumatı Səbail rayonu ərazisində qeydə alınmışdır. "xxxx" MMC-dən xx.xx.2025-ci il tarixdə daxil olmuş Zərərçəkmiş şəxs11 istifadəsində olan 070 296-87-00 saylı telefon nömrəsinə daxil olan, çıxan zənglər və anten məlumatlarından görünür ki, 19 fevral 2022-ci il tarixdə qeyd edilən telefon nömrəsi ilə bir dəfə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** telefon nömrəsi ilə danışıq olmuş, xx.xx.2022-ci il tarixdə həmin telefon nömrəsi ilə bir neçə dəfə təqsirləndirilən şəxsin istifadəsində olan ***-***-**-** telefon nömrəsi ilə danışıq olmuş və anten məlumatı Nərimanov rayonu ərazisində qeydə alınmış, xx.xx.2022-ci il tarixdə isə Zərərçəkmiş şəxs11 istifadəsində olan 070 296-87-00 saylı telefon nömrəsinin anten məlumatı Səbail rayonu ərazisində qeydə alınmışdır. Qeyd edilən tarixdən sonra Zərərçəkmiş şəxs11 anten məlumatı Beyləqan rayonu ərazisində qeydə alınmışdır. "xxxx" MMC-dən xx.xx.2025-ci il tarixdə daxil olmuş Şahid22 istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsinin və X11 istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsinin saylı telefon nömrəsinə daxil olan, çıxan zənglər barədə məlumatlardan görünür ki, hər iki telefon nömrəsinin bir-birilə danışıqları qeydə alınmış, eyni zamanda hər iki telefon nömrəsinin ***-***-**-** saylı telefon nömrəsi ilə danışıqları qeydə alınmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə X12 qarşı dələduzluq edərək onun 44800 manat pul vəsaitini ələ keçirməməsnə dair ifadəsini məhkəmə özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Müdafiə hüququnun təməl insitutu kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsinin cinayət məsuliyyəti yaratmadığını nəzərə alır və hesab edir ki, belə ifadə verməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmağa çalışır. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsə bilə-bilə yalan ifadə vermək barədə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmiş və yalnız bundan sonra zərərçəkmiş şəxs dindirilmişdir. Zərərçəkmiş şəxs X11 və şahidlər Şahid22 və Şahid5 ifadəsi ilə Təqsirləndirilən şəxs ifadəsi istisna edilmiş, zərərçəkmiş şəxsin ifadəsi məhkəmə istintaqı zamanı tədqiq olunmuş iş materialları ilə tam təsdiq olunmaqla üst-üstə düşmüşdür. Məhkəmə təqsirləndirilən şəxsə elan edilmiş digər epizod üzrə, yəni Zərərçəkmiş şəxs11 qarşı dələduzluq edib ona xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etməsi ilə bağlı qeyd edir ki, həmin hissədə ittihamın həcmi azaldılmalı və həmin epizod üzrə təqsirləndirilən şəxsə elan edilmiş ittihamdan vahid niyyətlə əhatə olunan qəsdlə xeyli miqdarda ziyan vurma əlaməti (CM-nin 178.2.4) xaric olunmalıdır. Belə ki, məhkəmə iclasında həm təqsirləndirilən şəxs, həm zərərçəkmiş şəxs ifadələrində göstərmişlər ki, fevral ayının sonlarında onlar ilk öncə telefon vasitəsilə danışmış, daha sonra Nərimanov rayonu ərazisində görüşmüşlər, növbəti gün isə Səbail rayonunda zərərçəkmiş şəxsin evində görüşmüşlər. Təqsirlənləndirilən şəxs ifadəsində bildirmişdir ki, zərərçəkmiş şəxsin Səbail rayonunda yerləşən evində görüşən zaman ondan oğlunun işini həll etmək adı ilə 2000 manat almış, zərərçəkmiş şəxs isə həmin gün təqsirləndirilən şəxsə evində 3000 manat verdiyini bildirmişdir. Zərərçəkmiş şəxs bundan sonra fevral ayının sonlarında təqsirləndirilən şəxslə yenidən Nərimanov rayonunun ərazisində görüşüb ona 7000 manat pul verdiyini bildirmiş, təqsirləndirilən şəxs isə onunla Nərimanov rayonunun ərazisində görüşmədiyini, ondan 7000 manat pul almadığını bildirmişdir. Məhkəmənin qərarı əsasında 2022-ci ilin fevral ayının sonlarına dair həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş şəxsin anten məlumatları əldə edilmişdir. Həmin anten məlumatlara baxış keçirilən zaman müəyyən edilmişdir ki, 19 fevral 2022-ci il tarixdə zərərçəkmiş şəxsin istifadəsində olan 070 296-87-00 saylı telefon nömrəsi ilə bir dəfə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** telefon nömrəsi arasında danışıq olmuş, xx.xx.2022-ci il tarixdə həmin telefon nömrələri arasında bir neçə dəfə danışıq olmuş və anten məlumatı Nərimanov rayonu ərazisində qeydə alınmış, xx.xx.2022-ci il tarixdə isə qeyd edilən telefon nömrələrinin anten məlumatı Səbail rayonu ərazisində qeydə alınmışdır. Qeyd edilən tarixdən sonra, yəni xx.xx.2022-ci il tarixdən ayın son günü də daxil olmaqla Zərərçəkmiş şəxs11 anten məlumatı Beyləqan rayonu ərazisində qeydə alınmışdır. Zərərçəkmiş şəxs bunun səbəbini məhkəmə iclasında izah edə bilməmiş, 7000 manat pulu konkret olaraq nə vaxt verməsininin yadında olmadığını bildimişdir. Təqsirləndirilən şəxsə həmin epizod üzrə elan edilmiş ittihama əsasən isə məhz 2022-ci ilin fevral ayının sonlarında Zərərçəkmiş şəxs11 ümumilikdə 10.000 manat pulunun ələ keçirilməsinə dair ittiham verilmişdir. Bu ittiham zərərçəkmiş şəxsin sözlərinə əsaslanmışdır. Məhkəmə istintaqı zamanı aparılmış araşdırma zamanı isə 2022-ci ilin fevral ayının sonlarında 22..02.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (həmin tarixdə daxil olmaqla) zərərçəkmiş şəxsin Beyləqan rayonunda olduğu müəyyən edilmişdir. Zərərçəkmiş şəxs11 təqsirləndirilən şəxsə 7000 manat pul verməsini təsdiq edən digər mötəbər sübut yoxdur. Həmin epizod üzrə şahid qismində zərərçəkmiş şəxsin ailə üzvləri dindirilmişdir. Onlardan Şahid6 məhkəməyə ərizə ilə müraciət edərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Həmin şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində isə onların yanında evdə yalnız 3000 manat pulun təqsirləndirilən şəxsə verildiyini bildirmişdir. 7000 manat pulun təqsirləndirilən şəxsə verilməsini Zərərçəkmiş şəxs11 sözünə əsasən bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı da ifadəsində Zərərçəkmiş şəxs11 oğlunun işinin həll olunması üçün 2000 manat pul aldığını bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə araşdırması nəticəsində təqsirləndirilən şəxsin 2022-ci ilin fevral ayının sonlarında Nərimanov rayonu ərazisində Zərərçəkmiş şəxs11 7000 manat pul vəsaitini ələ keçirməsi sübut olunmadığından qeyd edilən epizod üzrə ittihamın həcmi azaldılaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs11 3000 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinin müəyyən olunması nəzərə alınaraq ona həmin epizod üzrə verilmiş ittihamdan “vahid niyyətlə əhatə olunan qəsdlə xeyli miqdarda ziyan vurma” əlaməti xaric olunmalıdır. Bundan əlavə “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 37-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrıayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs11 qarşı törətdiyi dələduzluq əməli üzrə epizoddan “vahid niyyətlə əhatə olunan qəsdlə xeyli miqdarda ziyan vurma” sözlərinin xaric edilməsi, həmçinin 2 epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs barəsində həmin epizodlar üzrə başlanmış cinayət işi üzrə icraata xitam verilməsi ümumilikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayət əməlinin tövsifini dəyişmədiyindən cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 320.1-ci maddəsi ilə düzgün tövsif edilməsi nəzərə alınmalıdır. Bundan başqa məhkəmə iclasında dövlət ittihamçısı çıxışında təqsirləndirilən şəxsin əməlinin AR CM-nin 320.1-ci maddəsi ilə əhatə olunduğundan ona elan edilmiş ittiamdan AR CM-nin 320.2-ci maddəsinin xaric edilməsini təklif etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamdan AR CM-nin 320.2-ci maddəsi xaric edilməlidir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadn əlbir olan bir qrup şəxs halında, təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinə əsasən hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma- üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 320.1, 178.2.1, 178.2.2 və 178.2.4cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3- 2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Həmin qərarda göstərilmişdir ki, hər bir əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin müstəqil hesablanmalı olması birbaşa Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələbindən irəli gəlir. Həmin maddədə cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq konkret müddətlərin keçməsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuşdur. Maddədə göstərilmiş müvafiq müddətlər keçdikdə, şəxsin cinayət məsuliyyətinə cəlb edilə bilməməsi imperativ formada qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinin tələbinə uyğun olaraq cinayət təqibi və ya cinayət işi üzrə icraat başlanıla bilməz, başlanmış cinayət təqibinə və ya cinayət işi üzrə icraata isə xitam verilməlidir. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi bəraətverici əsas hesab olunmayan cinayət təqibini istisna edən hallara aid olduğundan, bu əsasla cinayət təqibinə xitam verilərkən həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əməl edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, eyni və yaxud həmcins yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını kəsmir və bu səbəbdən cinayətlərin təkrar törədilməsi vəziyyətində də yeni cinayətin törədilməsi təkrarlığa daxil olan əvvəlki cinayətə müstəqil cinayət kimi yanaşılmasını və ümumiyyətlə təkrarlığı təşkil edən hər bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin ayrı-ayrılıqda hesablanmasını istisna etmir. Bu səbəbdən məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs12 5000 manat məbləğində pulunu ələ keçirdiyi epizod üzrə əməli ayrılıqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin tərkibini yaradır. Həmçinin, məhkəmə, ittiham aktında qeyd olunan həmin epizod üzrə cinayət əməlinin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmalarını, həmin cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin 02 (iki) il nəzərdə tutulmasını, həmin epizod üzrə cinayət əməlinin son epizodunun 21 iyun 2022-ci il tarixdə baş verməsini, Təqsirləndirilən şəxs ittiham aktında qeyd olunan müvafiq əməl üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi səbəbilə həmin epizod üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq, hesab edir ki, cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən Təqsirləndirilən şəxs barəsində həmin epizod üzrə başlanmış cinayət işi üzrə icraata xitam verilməlidir. Bundan başqa təqsirləndirilən şəxsə elan edilmiş ittihama əsasən Zərərçəkmiş şəxs11 qarşı dələduzluq edərək onun 10000 manat pulunu ələ keçirməsinə dair epizod üzrə ittihamın həcmi azaldılaraq 3000 manat müəyyən edildiyindən və həmin epizod üzrə cinayət əməlinin 2022-ci ilin fevral ayının sonlarında baş verməsini nəzərə alaraq məhkəmə hesab edir ki, həmin epizod üzrə də cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs barəsində həmin epizod üzrə başlanmış cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CM-nin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Bundan başqa məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs İ epizod üzrə elan olunmuş ittiham üzrə (X19 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi) cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən və təqsirləndirilən şəxs həmin epizod üzrə özünü təqsirli bilmədiyindən AR CPM-nin 44.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarılmalıdır. Belə ki, AR CPM-nin 44.2-ci maddəsinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə aşağıdakılara riayət edərək ittiham hökmü çıxarır: bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda - təqsirləndirilən şəxsə cəza təyin etməməklə; Beləliklə, təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf eməsini, dəymiş ziyanın bir hissəsinin ödənilməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. İş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli, 7(005)-113/2018 saylı qərarına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən AR CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinmiş məhkum Təqsirləndirilən şəxs əməli AR CM-nin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələrinə tövsif edilməklə azadlıqdan məhrum etmə cəzasının müddəti 04 il həddində müəyyən edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən AR CM-nin 178.2.3-cü maddəsi ilə yanaşı, CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilmiş məhkum Təqsirləndirilən şəxs əməlinin AR CM-nin 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğu nəzərə alınmaqla, CM-nin 178.2.4-cü maddəsi üzrə təqsirli bilinməsinə dair hissə hökmdən xaric edilmiş və 178.2.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə cəzasının müddəti 02 il 06 ay həddində müəyyən edilmiş, AR CM-nin 66.5-ci maddəsinə əsasən cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 04 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2013-cü il tarixdən hesablanması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2018-ci ildə cəzadan azad edilmişdir. Təqsirləndirilən şəxs cəzadan azad edildiyi vaxtdan 02 ildən artıq müddət keçmişdir, yəni az ağır cinayətlərə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslərin məhkumluğun ödənilməsi üçün Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsində nəzərdə tutulmuş 02 il müddət artıq keçmişdir. Bu isə onu göstərir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddələrində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan AR CM-nin 320.2-ci maddəsi xaric edilməli, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələr üzrə sanksiyada nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, təyin olunmuş cəzalar qismən toplanılmalı (CM-nin 66.2), Təqsirləndirilən şəxs istintaq zamanı həbsdə olduğu 08 ay 22 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı (CM-69.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), iş üzrə məhkəmə məsrəfi olan 50 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut yoxdur. AR CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş – mülki iddiaçı X36 mülki iddiası ilə bağlı avtomobilin gömrük rəsmiləşdirilməsinə çəkilən xərcin mülki iddia məbləğindən çıxılmasına dair mövqeyinə münasibət bildirərək qeyd edir ki, məhkəmə iclasında “Hyundai Sonata” markalı avtomobili əldə etmiş Zərərçəkmiş şəxs9 bildirmişdir ki, avtomobilin gömrük rəsmiləşdirilməsi xərci onun tərəfindən ödənilmişdir. Bundan başqa AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/8309 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 2021-ci il buraxılışlı 2.0 həcmli benzin yanacağı ilə işləyən tünd boz rəngli, dəri salon, “Hyundai Sonata” markalı, **-KH- *** dövlət qeydiyyat nişanlı, 82718 km yürüşlü avtomobilin 2023-cü ilin noyabr ayına olan orta bazar qiyməti təxminən 48300 manat müəyyən olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin gömrük rəsmiləşdirilməsi xərclərinin mülki iddia məbləğindən çıxılmasına dair vəsatəti təmin olunmamalıdır. Beləliklə, məhkəmə hesab edir ki, zərərçəkmiş – mülki iddiaçı X59 tərəfindən verilmiş mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş maddi ziyana görə 48.300 manat pul tutularaq zərərçəkmiş şəxs-mülki iddiaçı X46 ödənilməlidir. Məhkəmə hesab edir ki, zərərçəkmiş – mülki iddiaçı Zərərçəkmiş şəxs9 tərəfindən verilmiş mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş maddi ziyana görə 20.800 manat pul və 153 manat dövlət rüsumu, ümumilikdə 20.953 manat pul tutularaq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs9 ödənilməlidir. “Məhkəmə hökmü” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarından görünür ki, bəraət hökmü CPM-nin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (əməldə cinayət tərkibinin olmamasına görə) və yaxud 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsasla (təqsirliliyinin sübuta yetirilməməsinə görə) çıxarıldıqda, eləcə də cinayət təqibinə istər bəraətverici olan, istərsə də bəraətverici olmayan əsaslarla xitam verildiyi bütün hallarda məhkəmə müvafiq qərarı bəraət hökmünün və yaxud cinayət işi üzrə icraat xitam verilməsi haqqında qərarın nəticəvi hissəsində göstərməklə mülki iddianı baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs X12 44.800 manat ziyan vurmaqla dələduzluq edilməsinə dair epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən və müdafiə tərəfi ittihamedici əsaslarla cinayət işi üzrə icraata xitam verilməsinə razı olmadığına görə məhkəmə tərəfindən cəza təyin etməməklə ittiham hökmü çıxarıldığından zərərçəkmiş şəxs-mülki iddiaçı X11 mülki iddiası baxılmamış saxlanılmalıdır. AR CPM-nin 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə AR Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixdə rəsmi qaydada dərc olunmuş xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına əsasən “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında aşağıdakı dəyişiklik edilmişdir: “2. 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilsin və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilsin” Göstərilən dəyişikliyə əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməli və bu zaman dövlət büdcəsindən tutulacaq vəsaitin məbləği müdafiəçinin xx.xx.2025-ci il tarixədək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün sərf etdiyi hər iş saatına görə 6 manat, xx.xx.2025-ci il tarixdən sonra isə sərf edilmiş hər iş saatına görə 11 manat olmaqla hesablanması nəzərə alınaraq müyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza – 04 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı həbsdə olduğu 08 ay 22 gün müddət ona təyin edilmiş 04 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 03 il 6 ay 8 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs – mülki iddiaçı X36 mülki iddiası təmin edilsin və Təqsirləndirilən şəxs 48.300 manat pul tutularaq zərərçəkmiş şəxs-mülki iddiaçı X46 ödənilsin. Zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs9 mülki iddiası təmin edilsin və Təqsirləndirilən şəxs 20.953 manat pul tutularaq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs9 ödənilsin. Zərərçəkmiş şəxs – mülki iddiaçı X11 mülki iddiası baxılmamış saxlanılsın və ona mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ izah edilsin. İş üzrə məhkəmə məsrəfi olan 50 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 xx.xx.2025-ci il tarixədək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün sərf etdiyi 42 iş saatına görə (hər iş saatına görə 6 manat hesablanmaqla) 252 manat məbləğində vəsait, xx.xx.2025-ci il tarixdən sonra isə sərf etdiyi 34 iş saatına (hər iş saatına görə 11 manat hesablanmaqla) 374 manat məbləğində vəsait, cəmi 626 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu- hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar